Məhkəmə qərarları › İş №2-2(102)-313/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-313/2019

23.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-313/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı oğlunun Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: maddi ziyanın ödənilməsi 23.07.2019 giriş hissəsi: Hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı oğlunun vəkili Vəkil oğlu, Cavabdeh vəkili X2 iştirakı ilə, İddiaçı oğlunun (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh) qarşı “cavabdehdən maddi ziyanın iddiaçının hesabına tutulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(105)-85/2018 saylı, 13 noyabr 2018-ci il tarixli qətnaməsindən iddiaçının verdiyi kassasiya şikayətinə baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: işin halları: İddiaçı cavabdehə qarşı 26 dekabr 2018-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 10.300 manat maddi ziyanın onun hesabına tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh 23.12.2010-cu il tarixli məktubu ilə iddiaçı tərəfindən təqdim olunmuş (kipliyin, obyektə gələn və daxildə sızmanın yoxlanılması habelə digər sənədlər) texniki-icra sənədləri “Qaz Təsərrüfatının İstismarı Qaydaları”na uyğun olmasını nəzərə alaraq istehlakçı ilə alqı-satqı müqaviləsinin bağlanması, qaydalara uyğun mülkiyyətində olan ünvan 1 ünvanda obyektə təbii qazın verilməsi Sumqayıt Qaz İstismarı Sahəsinə tapşırılmı şdır. Həmin vaxtdan obyektin yol tərəfə hasarında, 03.11.2010-cu il tarixli, 4183 saylı layihə və texniki şərtə uyğun dəmir qutuda quraşdırılmış sayğacın göstəricisinə əsasən sərfiyyata görə istifadə olunan qazın dəyəri normal ödənilmişdir. Ona xəbərdarlıq edilmədən 04.11.2015-ci il tarixdə sayğac layihəyə və texniki şərtə uyğun quraşdırılan yerdən, cavabdeh təşkilatın əməkdaşları tərəfindən sökülərək yoxlanılması üçün laboratoriyaya göndərilmiş və kənar xətdə sızma yoxlanılmadan obyektdən təxminən 600 metr məsafədə başqa sayğac quraşdırılmışdır. 24.12.2015-ci il tarixdə nəzarətçi tərəfindən sərfiyyat barədə akt tərtib olunarkən, əvvəlki aylara nisbətdə həddən çox qaz sərfiyyatı müəyyən olunduğuna görə obyektdən kənar qaz xətti 25.12.2015-ci il tarixdə Sumqayıt QİS-nin nümayəndəsi V.Mustaf ayevin iştirakı ilə yoxlanılarkən, obyektdən təxminən 100 metr məsafədə sızma aşkar edilmiş və bu barədə akt tərtib edilmişdir. Sumqayıt QİS-nin nümayəndəsi V.Mustafayev aktı imzalamaqdan imtina etmişdir. Qaz sızması tərəfindən aradan qaldırılmışdır. Sayğac obyektdən təxminən 600 metr məsafədə quraşdırılarkən kənar qaz xəttində sızma müvafiq qaydada qaz istismar sahəsinin işçiləri tərəfindən yoxlanılmamışdır. Qaz xəttində hər hansı dəyişiklik və ya əlavə cihaz quraşdırılması lazım gələrsə, layihədə və texniki şərtdə yenidən düzəliş edilməlidir. Bundan başqa, qaz istismar sahəsinin əməkdaşları maliyyə hesabına alınıb laboratoriyada yoxlanılmış BK-G6, 26909495 saylı, yoxlamalararası müddəti 10 il olan (23.12.2010-cu il tarixdən istismar olunan) sayğacı 04.11.2015-ci il tarixdə söküb laborato riyaya göndərmişlər. Obyektdən 600 metr məsafədə başqa 28254245 saylı, G-6 markalı sayğac quraşdırılmışdır. 2016-cı il 7 yanvar tarixdə ona məxsus sayğacın istismara yararsız hesab olunması barədə laboratoriyanın aktı olduğunu bildirmişlər. Həmin sayğacın laboratoriyaya göndərilməsi ona bildirilməmiş, yoxlanılmasında iştirakı təmin olunmamışdır. Sayğac quraşdırıldığı vaxtdan sökülən günə kimi normal işləmiş, göstəricisinə şübhə olmamış, hər ay normal istifadə olunan sərfiyyatın haqqı ödənilmişdir. 20.10.2015-ci il tarixli akt- 300 kub.m, 11.11.2015-ci il tarixli akt- 110 kub.m (05.11.2015-ci il tarixdə 6 gün öncə quraşdırılmış sayğacın göstəricisi), sonuncu 24.12.2015-ci il tarixli akt- 3863 kub.m. Sumqayıt QİS-nin əməkdaşları layihəyə və texniki şərtə uyğun yerdə quraşdırılmış sayğacın iş tirakı olmadan qanunsuz sökülüb, obyektdən 600 metr məsafədə başqa sayğac quraşdıraraq qanunvericiliyin normalarına və qazdan istifadə qaydalarına uyğun istifadəsində olan sayğacın onu məlumatlandırmadan laboratoriyaya göndərilməsi barədə təşkilatın hərəkətlərini qanunsuz hesab etmişdir. Həmçinin Sumqayıt QİS tərəfindən sayğac 600 metr məsafədə qanunsuz quraşdırılarkən obyektdən kənar xəttə sızma olmasını yoxlamadığına görə məsuliyyət onların üzərinə düşür. Sonuncu qanunsuz hərəkətlərinin aradan qaldırılması üçün ona məxsus sayğacı layihəyə və texniki şərtə uyğun əvvəlki yerinə quraşdırmalı, həmçinin sonuncu 2015-ci il noyabr və dekabr aylarının qaz sərfiyyatını əvvəlki aylara mütənasib hesablamalıdır. İddiaçı göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra 29.01.2016-cı il tarixli ərizə ilə iddianı təmin etmək üçün tədbir görülməsi barədə ünvan 3 ünvana qaz verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş, məhkəmənin 05.02.2016-cı il tarixli qərardadı ilə ərizə təmin olunmamışdır. Məhkəmənin adıçəkilən qərardadı Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə ləğv edilmişdir. Sumqayıt İİM-nin 02.05.2016-cı il tarixli qərardadı ilə ərizəsi təmin edilərək, həmin ünvana qazın verilməsi bərpa olunmuşdur. 21.06.2016-cı il tarixdə məhkəmənin həmin qərardadı icra olunmuşdur.Cavabdeh təşkilat 06.10.2016-cı il tarixdə obyektə qazın verilməsini, heçbir səbəb olmadan təkrar dayandırmışdır. İddiaçı 08.11.2016-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, 02.05.2016-cı il tarixli qərardadın yenidən icraya yönəldilməsi barədə qərardad çıxarılmasını xahiş etmiş. Məhkəmənin qərardadı ilə təkrar qazın obyektə verilməsi bərpa olunmuş, lakin bir neçə gün sonra cavabdeh təşkilat tərəfindən təkrar qazın verilməsi dayandırılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 27.02.2017-ci il tarixli, 2-2(105)-13/2017 saylı qətnaməsi ilə cavabdeh Sumqayıt QİS-ə qarşı iddia tələbi qismən təmin edilərək, ünvan 5 ünvanda iddiaçının mülkiyyətində olan mal-qara kəsilməsi və ət məhsullarının istehsalı sayəsində qaz xəttində sızma yoxlanılmadan 600m məsafədə başqa sayğac quraşdırılması, habelə xətdə sızan qazın sərfiyyat hesablanmasını qanunsuz hərəkətlər hesab etməklə, onların aradan qaldırılması cavabdeh Sumqayıt Qaz İstismar Sahəsinə həvalə edilmişdir. İddianın maddi hüquqi əsası kimi Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1097.1-ci maddələrinə istinad olunmuşdur. İddiaçı iddia ərizəsinə əlavədə ona dəymiş ziyanının məbləğinin əsası kimi istifadəsində olan yeməkxananın fəaliyyətindən 2014-2015-ci illərdə 9.600 manat gəlirinin olduğunu, sadələşdirilmiş vergi ödəyicisi kimi 5.850 manat və 3.750 manat mədaxilə görə 2 faiz vergi ödədiyini, 2016-2017-ci illərdə həmin gəlirdən məhrum olmasını göstərmişdir. Məhkəmə tərəfindən iddiaçının ünvan 6 ünvanda yerləşən obyektdə hansı fəaliyyət növü ilə məşğul olması və hansı verginin ödəyicisi olması, 2014, 2015, 2016, 2017-ci illər üzrə hansı vergiləri nə qədər ödəməsi və nə qədər gəlir əldə etməsi barədə məlumat verilməsi və bununla bağlı müvafiq sənədlərin məhkəməyə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında 2 saylı Ərazi Vergilər Departamentinə sorğu göndərilmişdir. Sorğuya c avab olaraq bildirilmişdir ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş vergi hesabatlarına və şəxsi hesab vərəqəsinə əsasən gəlirlərinin 2014-cü ildə 3.294 manat, 2015-ci ildə 3.845 manat, 2016-cı ildə 1.600 manat və 2017-ci ildə 2.480 manat, vergi ödənişlərinin 2014-cü ildə 162 manat, 2015-ci ildə 90 manat, 2016-cı ildə 20 manat və 2017-ci ildə 20,4 manat təşkil etdiyi qeyd edilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin (hakim X5, 2-2(85)-94/2018 saylı iş) 29 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İş apellyasiya instansiyası məhkəməsinin icraatında olarkən iddiaçı dəymiş ziyanın dəqiqləşdirilməsi barədə ərizə verərək əlavə sayğacın dəyəri 300 manat nəzərə alınmaqla 7.833,90 manat cavabdeh təşkilatdan tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqa yıt İnzibati-İqtisadi Məhkəməsinin 29 iyun 2018-ci il tarixli qətnaməsi ilə razılaşan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X6məruzəçi, X7 və X4, 2-2(105)-85/2018 saylı iş) 13 noyabr 2018-ci il tarixli qətnamə ilə apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. İddiaçı 1 dekabr 2018-ci il tarixdə qətnamənin surətini almış, 30 yanvar 2019-cu il tarixdə kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Aşağıda göstərilənlərə əsasən apellyasiya məhkəməsinin iş üzrə 13 noyabr 2018-ci il tarixli, 2-2(105)-85/2018 saylı qətnaməsi qanunsuz və əs assızdır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Habelə məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçıya məxsus obyektdə qazın verilməməsi onun fəaliyyətinin dayandırılmasının yeganə səbəbi kimi qəbul edilə bilməz.2016-2017-ci illərdə iddiaçının fəaliyyətinin olmaması ilə bağlı dəlili təkzib olunur. Digər 300 manat məbləğində pul vəsaitinin ödənilməsinə dair tələbə münasibətdə məhkəmə belə nəticəyə gəlmişdir ki, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmənin həmin qətnaməsi tam və hər tərəfli araşdırılmayan, həmçinin iş materiallarına uyğu n olmayan əsaslarla qəbul edilmişdir. Cavabdeh təşkilat tərəfindən “Qaz təchizatı haqqında” Qanunun, habelə Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın normalarının pozulması Sumqayıt Apellyasiya Məhkəməsinin 2-2(105)-13/2017 saylı, 27 fevral 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. MPM-ın 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə tərəfindən məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 80 saylı Qərarının 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (Bu Qayd aların 6.1.2-ci yarım bəndi istisna olmaqla) qaz paylayıcı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir, Cavabdeh təşkilat xəbərdarlıq etmədən 04.11.2015-ci il tarixdə qaz sayğacını çıxarıb, 600 metr məsafədə başqa sayğac quraşdıraraq, normal işləyən sayğacı yoxlanılması üçün laboratoriyaya göndərmiş və 07.01.2016-cı il tarixdə sayğacın istismara yararsız olması barədə saxta akt almış və obyektdə qazın verilməsini dayandırmışdır. Yuxarıda adıçəkilən qaydaların 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüququ şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin rədd olunmasını xahiş etmişdir. əsaslandırıcı hissə: İddianın əsaslarına görə cavabdehin təqsiri üzündən işlətdiyi obyektə qaz verilməsi 2016-cı ilin yanvar ayından dayandırılmış, iki il ərzində fəaliyyət göstərə bilməmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsində obyektin fəaliyyətinin dayandırılması Sumqayıt Apellyasiya Məhkəməsinin 27.02.2017-ci il tarixli qətnaməsi ilə də təsdiq olunur. 20162017-ci illərdə işləməməsi səbəbindən gəlirindən məhrum olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 27 fevral 2017-ci il tarixli qərarından görünür ki, ünvan 7 ünvanda İddiaçı oğlunun mülkiyyətçisi olduğu malqara kəsilməsi və ət məhsullarının istehsalı sahəsində qaz xəttində sızma yoxlanılmadan 600 m məsafədə başqa sayğac quraşdırılması, habelə xətdə sızan qazın ona sərfiyyat hesablanmasını qanunsuz hərəkətlər hesab etməklə, onların aradan qaldırılması cavabdeh Sumqayıt Qaz İstismar Sahəsinə həvalə edilmişdir. İddiaçının istinad etdiyi məhkəmə qərarı ilə cavabdehin təqsirli hərəkəti nəticəsində 2016-2017-ci illərdə fəaliyyətinin dayandırılması müəyyən edilməmişdir. İşdə olan sənədlərlə iddiaçının 13 dekabr 2016-cı ildən 13 dekabr 2021-ci ilə qədər fəaliyyəti və əməliyyatları dayandırılmışdır. Lakin apellyasiya instansiyası məhkəməsi işdə olan sübutlarla müəyyən etmişdir ki, iddiaçının vergi orqanına təqdim etdiyi vergi hesabatlarına və şəxsi hesab vərəqəsinə əsasən, gəliri 2016-cı ildə 1.600 manat, 2017-ci ildə 2.480 manat olmuşdur. İddiaçı 2016-cı illərdə həqiqətən fəaliyyətini dayandırması, həmçinin cavabdehin hüquqa zidd hərəkəti nəticəsində fəaliyyətinin dayandırılması ilə bağlı məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakın vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakın və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir... Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlə t orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şərait ində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşdə olan sənədlərlə cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçının fəaliyyətinin dayanması və iddiaçının gəlirdən məhrum olması təsdiq olunmur. Cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkət, yaxud hərəkətsizliyi nəticəsində vurulması, iddiaçının hüquqi vəziyyətinin cavabdehin öz vəzifəsini yerinə yetirməməsi ilə pisləşmiş olması, cavabdehi n hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması sübut olunmur. Odur ki, cavabdehin mülki hüquq məsuliyyət daşıması, hər hansı zərərin əvəzinin onlar tərəfindən ödənilməsi istisna olunduğundan apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normalarının pozuntusuna yol verilməmişdir. Məhkəmə işdə olan sübutlara MPM-in 88-ci maddəsinə uyğun olaraq tətbiq olunan hüquq normalarına müvafiq olaraq qiymət vermişdir. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hiss ə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.1 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(105)-85/2018 saylı, 13 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar