Məhkəmə qərarları › İş №2-2(102)-315/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-315/2020

20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-315/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı cavabdeh XXX qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-315/20 Bakı şəhəri xx xxxxxxx 2020-ci il 20.10.2020 Açar sözlər: qazdan istifadəyə görə borcun tutulması; Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər Azər Hüseynov və İlqar Dadaşovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun və cavabdehin vəkili Vəkil iştirakları ilə, cavabdeh XXXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-2(103)-237/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh XXXX (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadə olunmuş təbii qaza görə yaranmış 27701,40 və 197489,40 manat borc məbləğinin və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq onun hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək istifadə olunmuş təbii qaza görə yaranmış 262078,40 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmçinin, cavabdeh XXXX ilk iddia üzrə İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus Pirallahı rayonu, Damba-1 ərazisində yerlə şən istixanaya hesablanmış 192865 manat məbləğində pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki vəziyyəti İlk iddia üzrə iddiaçı bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdehə məxsus Pirallahı rayonunda yerləşən istixananı təbii qazla təchiz etsə də, sonuncu istifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bu səbəbdən istehlak olunmuş təbii qaza görə cavabdeh tərəfindən müəyyən ödənişlər edilsə də, xx xxxxxx 2018-ci il tarixə 197489,40 manat məbləğində borc qalmışdır. İddia tələbinin həcmin artırılması barədə ərizədə isə bu məbləğ 262078,40 manat kimi göstərilmişdir. Qarşı tərəfə mübahisənin məhkəməyədək həlli məqsədilə göndərilmiş pretenziya məktubuna cavab alı nmamışdır. İlk iddia üzrə cavabdeh bildirmişdir ki, Pirallahı rayonu, Damba-1 ərazisində yerləşən istixanada istifadə etdiyi təbii qazın dəyərini vaxtında ödəmişdir. 2017-ci ilin yay aylarında qarşı tərəfin işçiləri tərəfindən yoxlama məqsədilə sayğac aparılmış, geri gətirildikdən sonra isə sayğac əvvəlki aylara nisbətən artıq yazmağa başlamışdır. Bununla bağlı dəfələrlə şifahi şəkildə istixanaya baxan şəxslərə məlumat verilmişdir. Cavabdehə göndərilmiş pretenziya məktubunun isə nəticəsi olmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-2(81)155/2219 saylı qərardadı ilə (hakim Fərid Mədətli) iş üzrə kompleks mühəndis-texniki və mühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspert tərəfindən xx xxxxxx 2019-cu il tarixli məhkəmə mühəndis-texniki ekspertizas ının keçirilməsinin və rəy verilməsinin mümkün olmaması barədə məlumat təqdim edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(81)155/2019 saylı qətnaməsi ilə (hakim Fərid Mədətli) ilk iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia tələbi rədd edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdeh üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş və iddiaçıdan aldığı qazın dəyəri olaraq fevral 2019-cu il tarixə 262078,40 manat borcu ödəməmişdir. Müqavilədə əks olunmuş G-1000 markalı 83045573 saylı sayğac üzrə 262078,40 manat məbləğində borcun yarandığı abonentin saldosundan müəyyən edilir. İlk iddia tələbinin təmin edilməsi qarşılıqlı iddia tələbinin təmin edilməsini aradan qaldırmış, digər tərəfdən, qarşılıql ı iddia üzrə iddiaçı tələblərinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Həmin qətnamədən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv, ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-2(103)-237/2020 saylı qətnaməsi ilə (sədrlik edən hakim Vüsalə Baxışova, hakimlər Elmira Nağıyeva və Həmid Həmidov) ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin qətnaməsı Apellyasiya instansiya məhkəməsinin qətnaməsində işin halları və əsasla ndığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İlk iddia üzrə iddiaçı (paylayıcı) ilə ilk iddia üzrə cavabdeh (istehlakçı) arasında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli 1800-09-13 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alğı-satqısı barədə” müqavilənin təsdiq olunmuş surətindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən, bu müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 (bir) m3 üçün 0,10 manat məbləğində müəyyə n edilir. İlk iddia üzrə iddiaçı tərəfindən ilk iddia üzrə cavabdehə ünvanlanmış xx xxxxxxxx 2017-ci il tarixli, SOCAR**********30490075X00419 saylı pretenziya məktubunun təsdiq olunmuş surətindən görünür ki, iddiaçı cavabdehə xx xxxxxxxx 2017-ci il tarixə 38020,40 debitor borcun yarandığını bildirmiş və 10 gün müddətində ödənilməsinin təmin olunmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdehin abonent saldosundan görünür ki, cavabdehin istifadə olunmuş təbii qaza görə fevral 2019-cu il tarixinə 262.078,40 manat borcu mövcuddur. Saldoya əsasən xx xxxxxx 2017-ci il tarixə onun istehlak edilmiş qaza görə 38001,80 manat ödənilməmiş borcu olmuşdur. Bundan əlavə, ilk iddia üzrə cavabdeh tərəfindən 2017-ci ilin avqust ayında obyektdə yeni sayğac quraşdırıldıqdan sonra qaz sərfiyyatının artıq hesa blanması ilə bağlı iddiaçıya müraciət edilməmiş, sayğacın düzgün işləməməsi ilə bağlı sübut təqdim edilməmişdir. Abonentin saldosuna əsasən isə 2017-ci ilin avqust ayından sonra qaz sərfiyyatında əvvəlki aylara nisbətdə əhəmiyyətli artım olmamışdır. İşin bu hallarına və sübutlara əsaslanmaqla apellyasiya məhkəməsi bildirmişdir ki, ilk iddia üzrə cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməyərək, istehlak etdiyi qaza görə sayğac üzrə 262.078,40 manat borcunun ödənilmədiyinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Həmçinin, ilk iddia üzrə cavabdeh tərəfindən 2017-ci ilin yay aylarına qədər yaranan borc məbləği mübahisələndirilməmiş, qeyd edilən tarixədək yaranmış borcun hansı səbəbdən ödənilmədiyi əsaslandırılmamışdır. Qarşılıqlı iddia ərizəsi üzrə apellyasiya məhkəməsi bildirmişdir ki, iddiaçının nümayəndəsi 2017-ci ilin avqust ayında cavabdehə məxsus obyektdə yeni sayğac quraşdırıldığını təsdiq etsə də, sayğacın düzgün işləməməsi barədə qarşılıqlı iddia ərizəsinin dəlili məhkəmə araşdırması zamanı sübut edilməmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi maddi hüquq normalar kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, prosessual hüquq normalar kimi Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddələr göstərilmişdir. Kassasiya şikayəti Sonuncu qətnamədən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı kassasiya şikayəti verərək, onun ləğv edilməsini və işin yenidən baxılması üçün göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh şikayətində bildirmişdir ki, 2017-ci il tarix ə kimi onun istehlak olunmuş qaza görə 38001,80 manat ödənilməmiş borcu olmuşdur. 2017-ci il tarixdə ona məxsus istixana fəaliyyət göstərmədiyindən, qazdan istifadəyə zərurət olmamışdır. xx xxxxxx 2017-ci il tarixdən sonra yaranmış borca səbəb isə sayğacda yaranmış nasazlıq olmuşdur. Həmin nasazlığın müəyyən edilməsi üçün kompleks mühəndis-texniki və mühasibatlıq ekspertizası təyin edilməsi barədə məhkəmə ekspertiza təyin edilmişdir. Ekspertiza təyin edilməsi haqqında qərardadın icrası olaraq, ekspert tərfindən tərəflərin nümayəndələrinin iştirakı ilə mübahisələndirilən sayğaca baxış keçirilmiş, zəruri məlumatları cavabdehin nümayəndəsindən alınmış, tərəflər lazımi sənədləri təqdim etmişdir. Lakin ekspertizanın icra etməyin mümkün olmaması əsası ilə qərardad icra olunmadan geri qaytarılmış, ekspertizanın aparılmasından imtina əsasları isə qətnamədə təsvir edilməmişdir. Nəticədə, ekspertiza rəyi ilə iş üzrə obyektiv həqiqətin üzə çıxarılması imkanından mərhum edilməklə onun prosessual hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Məhkəmə ekspertiza təyin edilməsi barədə qərardadın icrasını təmin etməməklə məhkəmə prosesində çəkişmə prinsipini təmin etməmişdir. Kassasiya şikayətinin dəlillərinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 78.2, 97.1, 101.3, 101.4, 101.5, 418.1, 418.3, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanunun 12ci maddələrinə istinad olunmuşdur. Tə r ə f l ə r i n i ş t i r a k ı v ə i z a h a t l a r ı Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayə tinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı tərəfməhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsaslanmaqla işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kass asiya şikayəti ilə qətnamənin ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qətnamənin tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya instansiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsinin gəldiyi nəticəyə görə, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməyərək, istehlak etdiyi qaza görə sayğac üzrə 262.078,40 manat borcu ödəməmişdir. İddiaçı tərəfindən 2017-ci ilin avqust ayında cavabdehə məxsus obyektdə yeni sayğacın quraşdırıldığı təsdiq edilsə də, sayğacın düzgün işləməməsi barədə qarşılıqlı iddia ərizəsinin dəlili məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. Bu mövqeyi mü bahisələndirən ilk iddia üzrə cavabdehin dəlillərinə görə, 2017-ci il tarixə kimi onun istehlak olunmuş qaza görə 38001,80 manat ödənilməmiş borcu olmuşdur. 2017-ci il tarixdə ona məxsus istixana fəaliyyət göstərmədiyindən, qazdan istifadəyə zərurət olmamış, xx xxxxxx 2017-ci il tarixdən sonra yaranmış borca səbəb isə sayğacda yaranmış nasazlıq olmuşdur. Məhkəmə kollegiyası dəlillər üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsinə əsasən, zərər vurulma, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Sadalanan maddi hüquq normalarının tələblərindən aydın olduğu kimi, tərəflər arasında müqavilə mövcud olduqda müqavilə tərəflərinin bir-biri qarşısında öhdəlikləri yaranır. Öhdəliyə əsasən borclu tərəf kreditorun xeyrinə müəyyən hərəkətləri etməlidir. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən, tərəflər arasında xx xxxxxxxx 2013-cü il tarixli, 1800-09-13 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, müqavilənin tələblərinə uyğun ola raq iddiaçı cavabdehi qazla təmin etmişdir. Lakin, cavabdeh tərəfindən istifadə olunmuş təbii qazın dəyəri ödənilməmiş və 2019-cu ilin fevral ayına onun 262.078,40 manat borcu mövcud olmuşdur. Kassasiya şikayətinin digər dəlili bundan ibarət olmuşdur ki, sayğacda yaranmış nasazlığın müəyyən edilməsi üçün kompleks mühəndis-texniki və mühasibatlıq ekspertizası təyin edilməsi barədə məhkəmə ekspertiza təyin edilmişdir. Lakin, ekspertizanın icra edilməsinin mümkün olmaması əsası ilə qərardad icra olunmadan geri qaytarılmış, ekspertizanın aparılmasından imtinanın əsasları isə qətnamədə təsvir edilməmişdir. Kassasiya şikayətinin göstərilən dəlili ilə bağlı məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirməsini aparmışdır. İşin prosessual vəziyyətindən göründüyü kimi, birinci instansiya məhkəmə si tərəfindən iş üzrə kompleks mühəndis-texniki və mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert tərəfindən xx xxxxxx 2019-cu il tarixli məhkəmə mühəndis-texniki ekspertizasının keçirilməsinin və rəy verilməsinin mümkün olmaması barədə məlumat təqdim edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən əsas üzrə apellyasiya məhkəməsinin qətnaməsi ləğv oluna bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 418.3-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddənin tələbləri tətbiq edilərkən məhkəmə kollegiyası bildirir ki, apellyasiya məhkəməsi tərəfindən cavabdehin iş üzrə eksp ertizanın icra edilməsinin hansı səbəbdən mümkün olmamasına dair dəlilinə qiymət verilməsə də, bu hal düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmamışdır. Beləliklə, Ali Məhkəmənin Kommersiya Kollegiyası yuxarıda sadalananlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qətnamənin ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikaı MPM-nin 417.1.1-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: cavabdeh XXXX tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-2(103)-237/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qərarına və onun nəticəvi hissəsinə dair hakim Sevda Hüseynovanın XÜSUSİ RƏYİ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh XXXX (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadə olunmuş təbii qaza görə yaranmış 262078,40 manat məbləğində borcun və 30 manat məbləğində dövl ət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmçinin, cavabdeh XXXX ilk iddia üzrə İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus Pirallahı rayonu, Damba-1 ərazisində yerləşən istixanaya hesablanmış 192865 manat məbləğində pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-2(103)-237/2020 saylı qətnaməsindən kassasiya şikayəti verilərək, qətnamənin ləğv olunması və işi yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyasının qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş və apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Qəbul edilmiş qərarla bağlı aşağıdakı məsələlərlə əlaqədar olaraq xüsusi rəyin bildirilməsini zəruri hesab edirəm. Məhkəmə kollegiyasının qəldiyi qənaətə görə, apellyasiya instansiya məhkəməsi müəyyən etdiyi işin hallarına uyğun olaraq düzgün olan maddi hüquq normalarını tətbiq etmişdir. Kassasiya şikayətinin dəlilləri ilə ekspertizanın aparılması məsələsi mübahisələndirilmiş, lakin apellyasiya məhkəməsi məsələyə qiymət vermədiyindən, məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən düzgün qətnamə qəbul edildiyindən, prosessual normalarının pozuntusu qətnamənin ləğv edilməsi üçün əsas deyildir. Fikrimcə, məhkəmə kollegiyası bu qənaətə gələrək, kassasiya şikayətində bildirilmiş prosessual və maddi normaların pozulması ilə bağlı dəlilləri araşdırmamış və apellyasiya mə hkəməsi tərəfindən aşağıdakı prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini nəzərə almamışdır. Apellyasiya məhkəməsinin gəldiyi nəticəyə görə, ilk iddia üzrə cavabdehin qazın alğısatqısı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi nəticəsində abonentin saldosunda göstərilən borc yaranmışdır. Onun tərəfindən borcun yaranmasına səbəb kimi göstərilən sayğacda nasazlığın olması halı isə sübutlarla öz təsdiqini tapmamışdır. Bu mövqeyi mübahisələndirən ilk iddia üzrə cavabdehin dəlillərinə görə, qarşılıqlı iddia tələbinin sübuta yetirilməsi üçün məhkəmə tərəfindən ekspertizanın təyin edilməsi barədə qərardad qəbul edilmiş, lakin onun icrası təmin edilməmiş və ekspertizanın aparılmasından imtina əsasları qətnamədə təsvir edilməmiş, bunun nəticəsində isə çəkişmə pr insipinin tələbləri gözlənilməmişdir. Dəlillər üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edirəm. Azərbaycan Respublikası MPM-in: - 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir; - 9.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin; - 9.3-cü maddəsinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müza kirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz; - 99.1-ci maddəsinə əsasən, ekspertiza çəkişmə prinsipinə və bu Məcəllənin müddəalarında nəzərdə tutulmuş işdə iştirak edən şəxslərin hüquqlarına riayət olunmaqla keçirilir. Məhkəmə və işdə iştirak edən şəxslər ekspertizanın keçirilməsinin gedişi haqqında məlumat əldə etməyə haqlıdır. Sadalanmış normaların məzmununa əsasən, ədalətli məhkəmə araşdırmasının əsas prinsiplərindən olan çəkişmə prinsipi hər bir tərəfin məhkəmədə öz mövqeyini müdafiə etmək üçün bərabər hüquqlara və imkanlara, o cümlədən qarşı tərəfin təqdim etdiyi qeydlərdən və sübutlardan xəbərdar olmaq və onlar barəsində iz ahat vermək imkanlarına malik olmağı tələb edir. Bu prinsipə riayət olunması sübutların toplanılması mərhələsində sübut növü olan ekspertizanın keçirilməsi zamanı da zəruridir. Yekun qərar yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə edilən dəlillərə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslanmaqla çıxarılmalıdır. Hesab edirəm ki, ilk iddia üzrə cavabdehin ekspertiza təyin edilməsi barədə qərardadının icrasının məhkəmə tərəfindən təmin edilməməsi ilə bağlı qeyd etdikləri məhkəmə prosesində çəkişmə prinsipinin pozuntusu kimi qiymətləndirilməlidir. Belə ki, işin prosessual vəziyyətindən göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə kompleks mühəndis-texniki və mühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspert tərəfindən xx xxxxxx 2019-cu il tarixli məhkəmə mü həndis-texniki ekspertizasının keçirilməsinin və rəy verilməsinin mümkün olmaması barədə məlumat təqdim edilmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, onun dəlilləri ilə birinci instansiya məhkəməsinin qətnaməsi bilavasitə məhkəmə ekspertizasının keçirilməməsi əsası üzrə mübahisələndirilmişdir. Lakin apellyasiya məhkəməsi apellyasiya şikayətini təmin etməyərək, qətnamədə qarşılıqlı iddia ərizəsinin dəlilinə münasibətdə mövqeyini bildirmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin tələbləri anlamında apellyasiya məhkəməsinin vəzifəsi birinci instansiyada işin mahiyyətinə aid olmayan hallardan təmizlənmiş və apellyasiya şikayə tinin həcmində mübahisənin predmetinə baxılmasından ibarətdir. Habelə, Azərbaycan Respublikası MPM-in 392.2-ci maddəsində müəyyən edilmişdir ki, apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Lakin məhkəmə kollegiyası ilk iddia üzrə cavabdehin kassasiya şikayətində məhkəmə ekspertizasının keçirilməsi ilə bağlı dəlillərini qiymətləndirməyərək, apellyasiya məhkəməsi tərəfindən prosessual pozuntuya yol verilmədiyini bildirmişdir. Halbuki, apellyasiya məhkəməsi qətnaməsində həmin ekspertizaya dair öz mövqeyini bildirməmiş və apellyasiya şikatənin dəlillərinə hüquqi qiymət verməmişdir. Həmin ekspertizanın birinci in stansiya məhkəməsi tərəfindən təyin edilməsi və onun aparılmasından imtinanın əsaslarına kassasiya icraatı çərçivəsində qiymətin verilməsinə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2020-ci il tarixli qərarında ifadə edilmiş aşağıdakı mövqeyinin bildirilməsini zəruri hesab edirəm: “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”(Konstitusiya Məhkəməsi Plenumunun“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı).” Qeyd edilənləri nəzərə almaqla hesab edirəm ki, apellyasiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla, iş yeni apellyasiya baxışına qaytarılmalı idi. Yeni apellyasiya baxışı zamanı o cümlədən ilk iddia üzrə cavabdehin apellyasiya şikayətində mübahisələndirdiyi məsələlər apellyasiya baxışının predmetini təşkil etməli idi. Habelə, qənaətimə görə, məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddələrinin tələbləri bu halda düzgün tətbiq edilməmişdir. Belə ki, həmin maddəyə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsa s ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Qeyd olunduğu kimi, ilk iddia üzrə cavabdehin mövqeyi bilavasitə prosessual hüquq normalarının pozulması, yəni sübutların qiymətləndirilməsi ilə əlaqədar onun dəlillərinin araşdırılmaması və sübut növü ola bilən məhkəmə ekspert rəyinin alınmaması ilə bağlı olduğundan, qəbul edilmiş qətnamənin düzgün olmaması ehtimalı mövcuddur. Beləliklə, xüsusi rəyimə görə, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməli idi. Ali Məhkəmənin hakimi Sevda Hüseynova “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar