Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-319/2022 21.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: protokolun etibarsız hesab edilməsi tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 24 noyabr tarixli 2-2(104)-159/2021 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ 1. "xxxx" t am ortaqlı X7 1990-cı il 19 iyun tarixdə yaradılmışdır. Təsərrüfatın başçısı X4 olmuşdur. İddiaçı1 və İddiaçı2 həmin hüquqi şəxsin təsisçiləri olmuşlar. 2011-ci il 30 aprel tarixli 01 nömrəli "xxxx" şərikli (tam ortaqlı) kəndli (fermer) təsərrüfatı təsisçilərinin ümumi yığıncağının protokolunda Cavabdeh1 və Cavabdeh2, "xxxx" KFTyə bərabər hüquqlu təsisçi kimi qəbul edilməsi, "xxxx" şərikli kəndli təsərrüfatının "xxxx" MMC-yə çevrilməsi və onun nizamnaməsinin təsdiq olunması, Cəmiyyətinin nizamnamə kapitalının 40 manat olduğu, hər biri 1 manat olmaqla 40 pay olduğu, bundan 36 payın Cavabdeh1, 2 payın Cavabdeh2, 1 payın İddiaçı1, 1 payın İddiaçı2 məxsus olması, Cavabdeh2 Cəmiyyətin direktoru seçilməsi və ona Cəmiyyətin yenidən təşkili ilə bağlı təşkilatı məsələləri həll edilməsi, nizamnaməni n vergi orqanında dövlət qeydiyyatına alınmasını təmin etməsi qərara alınmışdır. 2. “Torpaqdan daimi istifadə hüququna dair” JN 147, KOD 61000001 nömrəli dövlət aktının surətindən görünür ki, "xxxx" KFT-yə Bərdə rayon İcra Hakimiyyəti başçısının 1997-ci il 13 oktyabr tarixli 435 nömrəli sərəncamı ilə 20 ha torpaq sahəsi daimi istifadəyə verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a)Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra birgə halda iddiaçılar) 2020-ci il 21 avqust tarixində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra birgə halda cavabdehlər) qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, “Ülfət Əmirli KFT”-nin 2011-ci il 30 aprel tarixli 01 saylı protokolunun etibarsız hesab edilməsi və həmin protokol əsa sında verilmiş hüquqi sənədlərin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə rayon İcra Hakimiyyəti başçısının 1997-ci il 13 oktyabr tarixli 435 saylı sərəncamı ilə "xxxx" KFT-yə 20 hektar pay torpaq sahəsi ayrılmışdır. İddiaçılar həmin təsərrüfatı üç ailə olaraq yaratmışlar. Təsərrüfatın başçısı mərhum X3 təyin edilmişdir. Ələmşah rəhmətə getdikdən sonra oğlu Cavabdeh2 gələrək həmin təsərrüfatda MMC yaratdığını bildirmiş və protokol tərtib etdiyini bildirərək iddiaçılara imza etdirmişdir. İddiaçıların inamı olduğundan heç bir iclas keçirilmədən protokola imza etmişlər, bir müddət sonra imza edilməklə təsərrüfatın parçalanmasına və ləğv edilməsinə səbəb olduğunu bilmişlər, hazırda həmin təsərrüfat qanuna uyğun fəaliyyət göstərə bilməmiş, MMC olduğu üçün Cavabdeh2 onu özü imza etməklə idarə etmişdir.
5. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 45.2, 47.1, 55.2, 55.3, 59.1, 59.2, 87.2-87.6, 90-1.1, 92.1-ci maddələrinə istinad edilmişdir.
6. Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 6 may tarixli e-2-2(115)-232/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" şərikli (tam ortaqlı) kəndli (fermer) təsərrüfatı təsisçilərinin ümumi yığıncağının 2011-ci il 30 aprel tarixli 01 saylı protokolunun etibarsız hesab edilməsi qət edilmişdir (hakim K.Vəliyev).
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, hazırki iş üzrə etibarsızlığı mübahisələndirilən protokolda təşkilati məsələlərlə yanaşı, əmlak məsələləri ilə bağlı razılaşma olduğundan əqd xarakterini də daşıyır. Ona görə də, əqdin etibarsızlığına aid maddi hüquq normaları hazırkı mübahisəyə tətbiq oluna bilər. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
8. Bir hüquqi şəxs digərinə çevrilərkən onun ancaq təşkilati-hüquqi forması dəyişməlidir. Hüquqi şəxsin təsisçılərinin əmlak məsələlərində hər hansı dəyişiklik baş verməməlidir. Bu çevrilmə onların əmlak vəziyyətinin pisləşməsinə səbəb olmamalıdır. Hazırkı protokolun məzmunundan göründüyü hüquqi şəxsin nizamnamə kapitalındakı paylar Cavabdeh1 münasibətdə 36 manat (90%), İddiaçı2 münasibətdə 1 manat (2.5% ) təsdiq edilmişdir.
9. İclas protokolu iclasda iştirak edən şəxslər tərəfindən səsləndiril ən çıxışları təzahür etdirən və orada şifahi elan edilən qərarı yazılı qaydada rəsmiləşdirən və bununla da, hüquqi nəticə yaradan sənəddir. Hazırkı protokolda göstərilən iclasın hansı binada, hansı şəraitdə, hansı saatlarda keçirilməsi, protokolun kim tərəfindən yazılması məlum deyildir. Keçirilməyən iclas haqqında tərtib edilmiş protokol imzalanmış olsa da belə etibarsızdır və o, heç bir hüquqi əhəmiyyət daşımır. Protokolda İddiaçı2 iclasa sədrlik etməsi, onun çıxışları göstərilmişdir. Məhkəmə dinləmələri nəticəsində aydın olmuşdur ki, protokolda həmin şəxsin çıxışları kimi göstərilənlər, xüsusən də ikinci məsələ üzrə çıxışında yazılanlar onun ifadə tərzinə uyğun deyildir.
10. Protokol 2011-ci il 30 aprel tarixində tərtib olunduğu halda 2011-ci il 31 may tarixində notarial qaydada təsdiq edilmişdir. Protokolun 30 aprel tarixində imzalanması və 31 may tarixində təsdiq edilməsi onun notariusun iştirakı ilə imzalanmamasını göstərir. 30 aprel tarixində tərtib olunub 31 may tarixində imzalanmış olduğu halda isə notariusun qeydi ilə sənədin tarixi arasında uyğunsuzluq yaranmış olur.
11. Həmin məhkəmə MM-in 45.2, 47.1, 56.5, 337.2, 339, 347.1, 347.2-ci maddələrinə istiadla belə nəticəyə gəlmişdir ki, "xxxx" Şərikli (tam ortaqlı) kəndli (fermer) təsərrüfatı təsisçilərinin ümumi yığıncağının 2011-ci il 30 aprel tarixli, 01 saylı protokolu etibarsız hesab edilməli, iddia tələbinin ikinci hissəsində ləğv edilməli sənədlərin adı, onların verilməsində cavabdehlik daşıyan şəxslər göstərilmədiyindən tələbin həmin hissəsi təmin edilməməlidir.
12. Cavabdeh2 2021-ci il 16 iyun tarixində ape llyasiya şikayəti verərək, həmin qətnamənin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edərək, iddianın tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 24 noyabr tarixli, 2-2(104)-159/2021 saylı qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilərək, həmin hissədə iddianın rədd edilməsi qət edilmişdir (hakimlər (sədrlik edən-məruzəçi) A.Hüseynzadə, Ş.Rzaquliyev və L.Süleymanov).
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış, apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək göstərmişdir ki, "xx xx" KFT-nin 2011-ci il 30 aprel tarixli 01 saylı protokolu həmin tarixdə Bərdə şəhərində tərtib edilmişdir ki, bununla da, ümumi yığıncağın nə vaxt və harada keçirilməsi, təsisçilər tərəfindən tərtib edilməsi, ümumi yığıncağın gündəliyi, çıxışların xülasəsi, səsə qoyulan hər bir məsələ üzrə səsvermənin nəticələri və ümumi yığıncaq tərəfindən qəbul edilmiş qərarların dəqiq və səlis ifadə olunmuş mətni müəyyən edilməkdədir. Bununla yanaşı, iddiaçılar həmin protokolunun etibarsız hesab edilməsi tələbinə dair iddia qaldırmışlar ki, təsisçilərin ümumi yığıncağının protokolu iclasın keçirilməsinin mühüm anlarını özündə əks etdirən sənəd olmaqla, mahiyyət etibarı ilə hər hansı bir hüquqi nəticə yaratmamaqdadır. Hüquq nəticəni təsisçilərin ümumi yığıncağı zamanı tərəflər arasındakı razılaşmalar və bununla bağlı qəbul edilmiş qərarlar yaratmaqdadır. İddianın mahiyyətindən görünür ki, iddiaçılar təsisçilərin ümumi yığıncağı zamanı cavabdehlərlə aralarında olan, ortaqlığın MMC-yə çevrilməsi və MMC üzrə payların müəyyən edilməsi ilə bağlı qərarın verilməsinə dair razılaşmaları mübahisələndirmirlər. Hansı ki, sözügedən razılaşma və ya qərar mahiyyət etibarı ilə çoxtərəfli əqd hesab olunur. Buna görə də məhkəmə iddia tələbini ortaqlığın MMC-yə çevrilməsi və MMC üzrə payların müəyyən edilməsi ilə bağlı qərarın verilməsinə dair razılaşmaların, yəni əqdlərin etibarsızlığı kimi qəbul etmişdir.
15. İddiaçılar qeyd olunan razılaşmaların aldatma yolu ilə bağlandığını, belə ki, Cavabdeh2 inandıqlarından təsisçilərin ümumi yığıncağının iclas protokolunu oxumadan imzaladıqlarını iddia etmişlər. İddiaçılar yalnız ümumi yığıncağının iclas protokolunu deyil, bundan sonra "xxxx" KFT MMC-nin təsisçilərinin 2011-ci il 30 aprel tarixli təsis müqaviləsini, onun nizamnaməsini və təhvil aktını imzalamışlar ki, iddiaçılar "xxxx" KFT MMC-nin təsisçilərinin 2011-ci il 30 aprel tarixli "xxxx" şərikli (tam ortaqlı) KFT çevrilməsi nəticəsində yenidən təşkil olunmaqla onun bazasında "xxxx" KFT MMC-nin yaradılması və cəmiyyətin nizamnamə kapitalındakı payların müəyyən edilməsi ilə bağlı ayrıca bağlanmış təsis müqaviləsini mübahisələndirməmişlər.
16. İddiaçıların iddialarının bir hissəsi onların öz iddia ərizələri ilə inkar olunmaqdadır. Belə ki, iddiaçılar iddia ərizəsində qeyd etmişlər ki, “Ələmşah rəhmətə getdikdən sonra oğlu Hikmət gələrək həmin təsərrüfatda MMC yaratdığını bildirmiş və protoko l tərtib etdiyini bildirərək onlara imza etdirmişdir.” Göründüyü kimi iddiaçılar ortaqlığın MMC-yə çevrilməsi ilə bağlı Cavabdeh2 onlara müraciət etməsini etiraf etmişlər ki, bu da ortaqlığın MMC-yə çevrilməsi ilə bağlı razılşamanın aldatma yolu ilə bağlanmaqla etibarsız olmasını istisna etmişdir.
17. Məhkəmə ortaqlıq üzrə payın bir hissəsinin verilməsi və MMC üzrə payların müəyyən edilməsi ilə bağlı razılaşma üzrə iddiaçıların aldadılmasına münasibətdə qeyd etmişdir ki, iddiaçılar bununla bağlı hər hansı bir sübut təqdim edə bilməmişdirlər. Onların aldadılma ehtimalını da ağlabatan və inandırıcı hesab etmək olmaz. Belə ki, işin materiallarında olan Bərdə bağçılıq-tərəvəzçilik müəssisəsinin 1997-ci il 23 sentyabr tarixli 09 saylı iclas protokolundan görünür ki, X1 fermer təsərrüfatı yaratm aq üçün müəssisənin ərazisindən 20 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır ki, həmin müəssisənin rəhbəri hazırkı iş üzrə İddiaçı1, üzvlərindən biri isə digər İddiaçı2 olmuşdur. Yəni, iddiaçılar müəssisənin yaradılması, onun idarə olunmasında müəyyən təcrübəyə malik olan şəxslər olmuşlar ki, "xxxx" KFT-nın 2011-ci il 30 aprel tarixli 01 saylı iclas protokoluna imza edərkən nəyə imza etmələrini bilməmələri ilə bağlı dəlilləri inandırıcı olmamışdır. Buna görə də məhkəmə iddiaçıların aldadılmaması qənaətinə gəlmişdir.
18. Bundan başqa, məhkəmə MM-nin 339.2, 354.2-cü maddələrinin tələblərini və Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 02 aprel tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeləri əsas götürərək hesab etmişdir ki, iddiaçılar təsisçilərin ümumi yığıncağı zamanı onlar cavab dehlərlə aralarında olan ortaqlığın MMC-yə çevrilməsi və MMC üzrə payların müəyyən edilməsi ilə bağlı razılaşmaları mübahisələndirə bilmək üçün qanunla müəyyən edilmiş kəsici müddəti də ötürmüşlər. Belə ki, "xxxx" KFT-nin 2011-ci il 30 aprel tarixli 01 saylı iclas protokolu ilə qəbul edilmiş qərarlar üzrə razılaşmalar 2011-ci il tarixdə baş versə də, həmin razılaşmalar 9 il sonra mübahisələndirilmişdir. Həmçinin, iddiaçılar ortaqlığın MMC-yə çevrilməsi ilə bağlı Cavabdeh2 2011-ci ildə onlara müraciət etməsini bildirmişlər ki, bu da onların razılaşmanın etibarsız sayılmasına əsas verən halları 2011-ci il tarixdən bildiklərini təsdiq etməkdədir. Bundan xəbərdar olmadıqlarını iddia etdikləri halda da onların arqumentləri əsassız olmuşdur.
19. Eyni zamanda “Ulfət Əmirli" X7 "xxxx" KFT MMC-yə ç evrildikdən sonra keçən 9 il ərzində iddiaçı tərəfindən "xxxx" KFT MMC-nin istifadəsində olan torpaq sahəsinin bir hissəsinə cavabdehlər tərəfindən bağ salınmaqla müvafiq investisiya qoyulmuşdur ki, iddiaçılar bu faktı mübahisələndirməmişlər. Həmçinin, onlar cavabdehlərin keçən müddət ərzində investisiya qoyuluşunun şahidi olsalar da, cavabdehlərin bu hərəkətlərinə hər hansı bir reaksiya verməmişlər.
20. İşin materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Bərdə X9 arayışına əsasən "xxxx" KFT MMC-nin 3,0 ha bağ sahəsində 1500 ədəd 4 illik xurma ağacı mövcud olmuşdur. Cavabdehlər tərəfindən qoyulmuş investisiyanın qiymətləndirilməklə, dəyərinin bərabər pay qismində iddiaçılara düşən hissəsinin onlar tərəfindən cavabdehlərə ödənilməsi şərti ilə "xxxx" KFT MMC-nin niza mnamə kapitalındakı payların bütün təsisçilər arasında bərabər şəkildə müəyyən edilməsi cavabdehlər tərəfindən təklif olunsa da, iddiaçılar buna razı olmamış, mübahisəyə yalnız torpağın naturada bölgüsü qismində istifadə edilməsi prizmasından baxmışlar ki, bu da yolverilməz olmuşdur. Belə ki, 20 ha torpaq sahəsi xüsusi mülkiyyət deyil, dövlət mülkiyyəti olmaqla istifadə üçün verilmişdir. Cavabdehlər tərəfindən qoyulmuş sərmayənin qiymətləndirilməklə, dəyərinin bərabər pay qismində iddiaçılara düşən hissəsinin onlar tərəfindən cavabdehlərə ödənilməsi şərti ilə "xxxx" KFT MMC-nin nizamnamə kapitalındakı payların bütün təsisçilər arasında bərabər şəkildə müəyyən edilməsi ilə bağlı cavabdehlərin təklifinin iddiaçılar tərəfindən qəbul edilməməsi mahiyyət etibarı ilə iddiaçıların cəmiyyətin fə aliyyətində maraqlı olmamaları və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşımaqdan yayınmaları kimi qiymətləndirilir. Məhkəmə nəzərə almışdır ki, cavabdehin iddiaçıları aldatması halında onun tərəfindən belə bir təklif irəli sürməsi məntiqsiz hesab olunur.
21. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda göstərmişdir ki, təsisçilər arasında hazırda mövcud olan naturada bölgü əsasında torpaqdan istifadə qaydasının müəyyən olunmasına dair əvvəllər hər hansı bir razılaşma olmuş olsa da bu razılaşma etibarsız olmuşdur. Belə ki, 20 ha torpaq sahəsi xüsusi mülkiyyət deyil, kənd təsəsrüfatı təyinatlı torpaq sahəsi qismində dövlət mülkiyəti olmaqla istifadəyə verilmişdir. Qeyd olunan torpaq sahəsinin isə təyinatından kənar, naturada bölünməklə isti fadəsi qanunsuz olmuşdur. İş materiallarında olan X2 Təşkili üzrə Dövlət Agentliyinin 2019-cu il 22 oktyabr tarixli məktubundan görünür ki, Bərdə ərazi şöbəsinin əməkdaşları tərəfindən araşdırma zamanı kənd təsərüfatı təyinatlı torpaq sahəsi üzərində hazırki iş üzrə İddiaçı1 fərdi yaşayış evi tikməsi müəyyən olunmuş və torpaq qanunvericiliyinin tələblərini pozduğu üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq cərimə olunmuşdur. "xxxx" KFT MMC tərəfindən digər şəxslərə qarşı torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi tələbinə dair iddia qaldırılmışdır.
22. Məhkəmə gəldiyi nəticəni əsaslandırmaq üçün həmçinin MM-nin 66.1, 71.1, 71.3, 79.1, 87.1, 90-1.2-ci maddələrinə istinad etmişdir.
23. İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayətləri verm əklə həmin qətnaməni ləğv edərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONLARA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətlərinin dəlilləri
24. MM-in 337.1-ci maddəsinin tələbi pozulmuşdur- Mübahisələndirilən əqd mülki qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilmiş, iclas protokolu ilə alğı-satqı müqaviləsinin tələbləri həyata keçirilərək, müəssisənin İddiaçı2 məxsus 50 faiz payının böyük hissəsi əvəzsiz olaraq cavabdehlərə satılmışdır. Hansı ki, təsis payı yalnız alğı-satqı müqaviləsi əsasında satıla bilərdi. Protokolun 2011-ci il 30 aprel tarixdə keçirilməsi qeyd olunduğu halda, həmin protokol 2011-ci il 31 may tarixdə notarial qaydada təsdiq edilmişdir. Bu hal onu sübut edir ki, həmin protokol notariusun yanında tə rtib edilməmiş və imzalanmamışdır.
25. MM-in 339-cu maddələrinin tələbləri pozulmuşdur. Bu protokol cavabdeh tərəfin iddiaçılarla pis niyyətlə razılığa gəlməsi və iddiaçıların müəssisədəki paylarını qanunsuz və əvəzsiz olaraq ələ keçirilməsinə yönəlməsi formasında tərtib edilmiş, cavabdeh tərəf bu əqd nəticəsində mərhum valideyninə məxsus payın dəyərini qat-qat artırmış, əvvəl yarıbayarı olan pay sonradan müəssənin payı 40 manat hesbalanmaqla, cəmi 2 payı iddiaçılara, qalan 38 pay isə cavabdehlərə keçmişdir. 26. “Müəssisələr haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin tələbi pozulmuşdur. "xxxx" KFT azı iki fiziki şəxs, yəni iddiaçılar İddiaçı1, İddiaçı2 və mərhum X4 tərəfindən təsis edilmiş və hər birinin payları bərabər olmuşdur. İdarəetmə isə tərəflərin inamı və etibarı əsa sında bir nəfərə həvalə edilir ki, bu hal qanuni təmsilçinin digər təsisçilərdən üstün mövqeyə malik olması anlamına gəlmir.
27. MM-in 66.1-cı maddəsinin tələbi pozulmuşdur. Qanunvericilik imkan verir ki, hüquqi şəxslərin iştirakçılarının ümumi yığıncağının qərarı ilə MM-də müəyyənləşdirlmiş qaydada başqa növlü təsərrüfat ortaqlıqları və cəmiyyətlərinə çevrilə bilər. Lakin bu çevrilmə heç kəsə digərlərinə nisbətdə əvəzsiz pay əldə etmələri üçün əsas ola bilməz.
28. MM-in 354.2-ci maddəsinin tələbi pozulmuşdur. Hazırki mübahisəyə müddətin tətbiqi qanunsuz olmuşdur. Ona görə ki, iddiaçılar hüquqlarının pozulduğunu bildiyi andan 1 il müddətində hazırki iddia tələbləri ilə məhkəməyə müraciət etmişlər. Apellyasiya instansiya məhkəməsi iddiaçıların hüquqlarını pozulduğu anı bilməli olduğu vaxt a dair heç bir araşdırma aparmamışdır.
29. MPM-in 14.1, 77.1, 97, 217.2, 218.1-ci maddələrinin tələbləri pozulmuşdur. Tərəf istinad edirsə ki, fermer təsərrüfatı yalnız mərhum ailə üzvləri olan Ələmşah Məmmədovun vəsaiti hesabına yaradılıb və s. bunu iddiaçılara qarşı məhkəmə qaydasında tələb edə bilərdi. Qeyd olunan protokol iddiaçıların mülkiyyət hüquqlarının əvəzsiz qaydada məhdudlaşdırılmasına, hər birinin ayrı-ayrılıqda 33,3 faiz olmaqla, cəmi 66,7 faiz payın birdən-birə təxminən 5-6 faizə enməsinə səbəb olmuşdur.
30. Təsisçilər arasında əmlakların naturada və ya məhkəmə qaydasında bölgüsü həyata keçirilməyib və bu məhkəmə mübahisəsi olmamışdır. Cavabdeh H.Məmmədov iddiaçılara göndərdiyi səs yazısında etdiyi əməlləri etiraf etsə də, məhkəmə bu hala qiymət verməmişdir. Cavabdeh məhkəmə də etiraf etmişdir ki, iddiaçıların adından özü nizamnamə kapitalı üçün banka ödəniş etmişdir. Halbuki, iddiaçılar tərəfindən ona bu barədə səlahiyyət, və ya hər hansı formada pul vəsaiti verilməmişdir. H.Məmmədov bildirmişdir ki, fermer təsərrüfatını atası tərəfindən təsis edilmiş, onun vəfatından sonra isə o və anası tərəfindən idarə olunmuşdur. Halbuki, onun dedikləri yalnız söz yığınıdır, sübutlarla öz təsdiqini tapmır.
31. Məhkəmələr fermer təsərrüfatının MMC-yə keçirilməsinin hansı tələbdən irəli gəlməsini, fermer təsərrüfatının əmlakı hesabına yeni MMC yaradılarkən, müəssisədəki payların bərabər şəkildə bölünməli olduğu halda, qanunvericiliyin hansı normalarına əsasən bu payların qəflətən dəyişməsini əsaslandırmamışdır. Halbuki, fermer təsərrüfatının cəmi 1 təsisçisi, yəni cavabdehl ərdən birini əri, digərinin isə atası olan Ə.Məmmədov vəfat etmişdir ki, onun da təsərrüfatda payı 3/1 hissədə mövcud olmuşdur. Cavabdehlər yalnız həmin paya münasibətdə vərəsə ola bilərdilər.
32. Təsərrüfatın payçısı olmuş Ə.Məmmədovun digər vərəsələrinin olması, cavabdehlərin yığıncaqda mərhumun vərəsələri olmasını təsdiq edən vərəsəlik şəhadətnaməsini təqdim etmələri məhkəmə tərəfindən araşdırılmamışdır.
33. Bundan əlavə, iddiaçılar dəfələrlə mübahisələndirilən protokoldakı və MMC-nin təsis sənədlərindəki imzaların onlara məxsus olmadıqlarını bildrisələr də, məhkəmə həmin hala ümumiyyətlə qiymət verməmiş, protokoldakı imzaların həqiqiliyi barədə xətşünaslıq ekspertizası təyin etməmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətlərinə qarşı tərəflər etira z təqdim etməmişlər. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
35. Kassasiya şikayətləri vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayətlər mümkün hesab edilmişlər.
36. İddiaçılar apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdikləri üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yox layarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
45. Hüquqi şəxsin yaradılması... 45.2. Əgər hüquqi şəxs bir neçə təsisçi tərəfindən yaradılırsa, təsisçilər müqavilə bağlayaraq hüquqi şəxsin nizamnaməsini, onun yaradılması üzrə birgə fəaliyyət qaydasını, özlərinin əmlakının ona verilməsi və onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər.” “Maddə
47. Hüquqi şəxsin nizamnaməsi 47.1. Hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. “Banklar haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, bir təsisçinin yaratdığı hüquqi şəxs həmin təsisçinin təsdiq etdiyi nizamnamə əsasında fəaliyyət göstərir....” “Maddə
56. Hüquqi şəxslər yenidən təşkil edilərkən hüquq varisliyi... 56.5. Bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir.” “Maddə
66. Təsərrüfat ortaqlıqlarının və cəmiyyətlərinin çevrilməsi 66.1. Təsərrüfat ortaqlıqları və cəmiyyətləri iştirakçıların ümumi yığıncağının qərarı ilə b u Məcəllədə müəyyənləşdirilmiş qaydada başqa növlü təsərrüfat ortaqlıqlarına və cəmiyyətlərinə çevrilə bilər....” “Maddə
71. Tam ortaqlıqda idarəetmə 71.1. Tam ortaqlığın fəaliyyəti bütün iştirakçıların ümumi razılığı ilə idarə edilir. Tam ortaqlığın nizamnaməsində qərarın iştirakçıların səs çoxluğu ilə qəbul olunduğu hallar nəzərdə tutula bilər.... 71.3. Ortaqlığın hər bir iştirakçısı ortaqlığın işlərini aparmağa vəkil edilibedilmədiyindən asılı olmayaraq işlərin aparılmasına dair bütün sənədlərlə tanış ola bilər. Bu hüquqdan imtina və ya onun məhdudlaşdırılması, o cümlədən ortaqlıq iştirakçılarının razılaşması üzrə imtina və ya məhdudlaşdırma əhəmiyyətsizdir.” “Maddə
79. İştirakçının tam ortaqlığın şərikli kapitalındakı payının verilməsi 79.1. Tam ortaqlığın iştirakçısı onun qalan işti rakçılarının razılığı ilə şərikli kapitaldakı payını və ya onun bir hissəsini ortaqlığın başqa iştirakçısına və ya üçüncü şəxsə verə bilər....” “Maddə 90-1. Məhdud məsuliyyətli cəmiyyətdə mənfəətin bölüşdürülməsi... 90-1.2. Məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir....” “Maddə
87. Məhdud məsuliyyətli cəmiyyət 87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cə miyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır....” “Maddə
337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər... 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.” “Maddə
339. Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağl anmış əqdin etibarsızlığı... 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya x əbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.... 339.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.” “Maddə
347. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. 347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir....” “Maddə
354. Etibarsız əqdlər üzrə müddətlər... 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhə miyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.”
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” İV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 40.Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi) 41. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tə rəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).
42. Məhkəmə kollegiyası hər iki iddiaçının eyni məzmunlu kassasiya şikayətinin maddi hüquq normalarının pozulmasına dair §§ 24-28-də göstərilən dəlillərini iş üzrə qəbul edilmi ş qətnamənin ləğv edilməsi üçün əsas hesab etmir və qeyd edilməsini zəruri hesab edir ki, mübahisələndirilən protokolun etibarsız hesab edilməsi üçün MM-nin 339-cü maddəsi ilə müəyyən edilən dispozisiya şərtlərinin mövcud olmamasına, tərəflər arasındakı mübahisənin əslində dövlət mülkiyyətində olan torpaq sahəsinin bölünməsinə yönəlməsinə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmişdir (bax yuxarıda §14-21).
43. Həmçinin iddiaçılar kassasiya şikayətlərində hüquqlarının pozulduğunu bildikləri andan 1 il ərzində iddianı qaldırdıqlarını göstərsələr də, bu barədə mötəbər sübutları işə mahiyyəti üzrə baxılarkən təqdim etməmişlər. Bu baxımdan iddiaçılar tərəfindən əqdlərin mübahisələndirilməsi üçün MM-nin 354.2-ci maddəsi ilə müəyyən edilmiş 1 illik kəsici müddətin ötürülməsi barədə apellyasiya instansiyası məhkəməsinin qənaəti həm həmin maddi hüquq normasının tələbinə, həm də Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 02 aprel tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə, eləcə də MPM-nin sübutetməyə dair 14.2, 77.1-ci maddələrinin tələblərinə uyğun olmuşdur (bax yuxarıda §38-39).
44. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 02 aprel tarixli qərarında göstərilmişdir ki, «Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibars ız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir».
45. İddiaçıların kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının poz ulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 14, 77.1, 80, 88, 217-ci maddələrinin tələblərinə əməl edilmiş, işdəki sübutlar ətraflı araşdırılmış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
46. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalar ının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 47.Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 24 noyabr tarixli 2-2(104)-159/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: K.N.Abiyeva İ.A.Dadaşov B.F.Qəribov