Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-320/2024 10.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: işin kassasiya baxışından çıxarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğvi, tikilidən çıxarılma, icarə haqqının və vurulmuş zərərin ödənilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 23 yanvar tarixli, 2-2(107)-3/2024 nömrəli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 tərəfind ən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı (bundan sonra-“iddiaçı”) Cavabdeh (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2019-cu il 1 fevral tarixli icarə müqaviləsinin ləğv olunması və cavabdehin ona məxsus olan Ağsu rayon İcra Hakimiyyətinin 1999-cu il 31 mart tarixli 45 nömrəli sərəncamı ilə ** ilə Ü.Hacıbəyov küçəsinin kəsişdiyi ərazidə ona ayrılmış 110 kv.m torpaq sahəsində inşa etdiyi eyni ölçülü mağaza binası/tikilisindən çıxarılaraq obyektin ona təhvil verilməsi, 1100 manat icarə haqqının və 150 manat vurulmuş zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 2023-cü il 16 may tarixli protokol qərardadı ilə X1 (bundan sonra-“üçüncü şəxs”) iş üzrə müstəqil tələb i rəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Şəki Kommersiya Məhkəməsinin 2023-cü il 25 sentyabr tarixli e-2-2(117)-421/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim M.Hüseynov). Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması xahiş edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 23 yanvar tarixli 22(107)-3/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən-tərəflər arasında bağlanmış 2019-cu il 1 fevral tarixli icarə müqaviləsinin ləğv olunmuş hesab edilməsi, cavabdehin Ağsu rayon İcra Hakimiyyətinin 1999-cu il 31 mart tari xli 45 nömrəli sərəncamı ilə ** ilə Ü.Hacıbəyov küçəsinin kəsişdiyi ərazidə iddiaçıya ayrılmış 110 kv.m torpaq sahəsində inşa olunmuş eyni ölçülü mağaza bina-tikilisindən çıxarılması və 1.100 manat icarə haqqı borcunun cavabdehdən tutularaq iddiaçıya verilməsi hissəsində təmin olunmuş, iddia qalan hissədə təmin olunmamışdır (sədrlik edən-məruzəçi hakim E.Hüseynov, hakimlər R.Rəfiyev və V.Məlikov). Həmin qətnamədən üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması xahiş edilmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti, onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MP M) 403.1-ci maddəsinə əsasən, bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Baxılan işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə cavabdehlə bağlanmış icarə müqaviləsinin ləğvi, sonuncunun icarə sahəsindən çıxarılması və ondan icarə haqqının tutulması qət edilsə də, cavabdeh tərəfindən qətnamə mübahisələndirilməmiş, şikayət üçüncü şəxs tərəfindən verilmiş, dəlil olaraq icarə obyektinin ona məxsusluğu vurğulanmışdır. Nəzərə alınmalıdır ki, icarə obyektinin iddiaçıya və ya üçüncü şəxsə məxsus olması hazırki iddianın predmetini təşkil etməmiş, icraat gedişində üçüncü şəxs tərəfindən hazırda kassasiya şikayətin də mübahisələndirilən hallarla bağlı müstəqil tələb irəli sürülməmişdir. Məhkəmə kolegiyası icarə obyektinin iddiaçıya, yoxsa üçüncü şəxsə məxsus olması ilə bağlı mübahisənin hazırki iddianın predmetini təşkil etməməsini, eləcə də mübahisələndirilən qətnamə ilə üçüncü şəxsə münasibətdə iddianın predmetinə daxil olan hər hansı tələbin həll edilməməsini nəzərə alaraq hesab edir ki, üçüncü şəxs tərəfindən icarə obyektinin ona məxsus olmasına yönələn dəlillərlə verilmiş kassasiya şikayəti MPM-nin 403.1-ci maddəsinə əsasən yol verilən deyildir. Hazırki iş üzrə məhkəmə qətnaməsinin üçüncü şəxsə münasibətdə preyudisia əhəmiyyətinin olub-olmamasına gəldikdə, bununla bağlı “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenum unun 2016-cı il 23 fevral tarixli Qərarında göstərilmişdir ki, «....mülki iş üçün əhəmiyyətli olan faktlar və hallar iddia tələbinə və (və ya) etirazların predmetinə aid olmalı, məhkəmədə araşdırılmalı, eləcə də məhkəmə qətnaməsində əks olunmalı və qiymətləndirilməlidir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, üçüncü şəxsin kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2024-cü il 2 may tarixli 2-2(102)-320/2024 nömrəli qərardadı ləğv edilməli, iş kassasiya baxışından çıxarılmaqla, apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası MPM-in 403.1, 417.1.7-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 23 yanvar tarixli, 2-2(107)-3/2024 saylı qətnaməsindən üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2024-cü il 2 may tarixli 2-2(102)-320/2024 nömrəli qərardadı ləğv edilsin. Kommersiya mübahisəsi üzrə hazırki iş kassasiya baxışından çıxarılsın və sonrakı prosessual hərəkətlərin yerinə yet irilməsi üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-320/2024
Ali Məhkəmə Qərar — İş №2-2(102)-320/2024
10.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver