Məhkəmə qərarları › İş №2-2(102)-321/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-321/2020

21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-321/2020 21.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdehna qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim İlqar Dadaşovun sədrliyi, hakimlər X1 və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi N.Nəcəfzadənin iştirakı ilə, Cavabdeh tərəfindən Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 19 iyun tarixli, 2-2(106)-43/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. a) İŞİN HALLARİ

1. İddiaçı ilə (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) ara sında bağlanmış qazın alqı-satqısı barədə xx.xx.2018-ci il tarixli, SAX-450 nömrəli müqaviləyə görə paylayıcı iddiaçı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçı-cavabdehi keyfiyyətli qazla təmin etməyi, cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq iddiaçı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdələrinə götürmüşlər.

2. X5 İstismar İdarəsinin cavabdehə ünvanladığı xx.xx.2019-cu il tarixli, 01İR/13-1788 nömrəli pretenziya məktubu ilə cavabdehə təbii qazdan istifadəyə görə yaranmış borcunun hazırki xəbərdarlığı aldığı vaxtdan 3 gün müddətində iddiaçının hesabına ödənilməsinin təmin edilməsi təklif edilmiş, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı, əsas borcun, ona hesablanmış peniyanın cavabdehdən alınması, yaxud d a əmlakına yönəldiləcəyi barədə xəbərdarlıq edilmişdir.

3. Abonentin (**********00008) 08.2019-cu il tarixə dair saldosuna görə cavabdehin təbii qazdan istifadəyə görə 08.2019-cu il tarixə 11.098,80 manat ödənilməmiş borcu qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları b) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Şirvan İnzibati-İqtisadi Məhkəməsində cavabdehə qarşı iddia qaldıraraq, istixanada təbii qazdan istifadə etdiyinə görə yaranmış 11.098,80 manat əsas borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı barədə xx.xx.2018-ci il tarixli, SAX-450 nömrəli müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, cavabdeh isə müqavilənin şərtlərini pozaraq istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmiş və nəticədə xx.xx.2019-cu il tarixə 11.098,80 manat borcu yaranmışdır.

6. İddiaçı Salyan RQİİ-si tərəfindən 11.098,80 manat məbləğində borcun ödənilməsi barədə cavabdehə pretenziya qaydasında müraciət olunsa da, o, borcunu ödəməmiş, tərəflər arasında bağlanmış müqavilənin, eləcə də qanunvericiliyin tələblərini pozmuş, mübahisənin məhkəməyədək həll olunması məqsədilə tərəflərindən xx.xx.2019-cu il tarixli, 01İR/13-1788 nömrəli pretenziya məktubu ilə müraciət olunmasına baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Məktubda cavabdehə qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir (bax yuxarıda § 2).

7. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 5 dekabr tarixli, e-2-2(086)581/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehdən 11.098,80 manat borc və ödənilmiş 30 (on) manat dövlət rüsumu tutularaq iddiaçının hesabına köçürülməsi qət edilmişdir (hakim – O.İsmayılov).

8. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında qazın alqı-satqısına dair xx.xx.2018-ci il tarixli, SAX-450 nömrəli müqavilə bağlanmış və cavabdehə abonent kodu verilmiş, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək abonenti qaz ilə təchiz etmiş, cavabdeh üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyindən, müqavilə öhdəlikləri üzrə borcu yaranmışdır. Belə ki, abonentlərin istehlak olunmuş qazın sərfiyyatını göstərən saldosuna görə cavabdehin 11.098,80 manat debitor borcu vardır.

9. Məhkəmə öz qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “Mülki Məcəllə”) 21, 385.1, 386.1, 425.2, 427.3, 442, 443.1, 445.2, 448.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “Mülki Prosessual Məcəllə”) 14.2, 77.1, 217.4, 106.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

10. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apelyasiya instansiyası məhkəməsində icraat

11. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 19 iyun tarixli, 2-2(106)-43/2020 saylı qətnaməsi ilə (hakimlər İ.Əhmədov (səd rlik edən), F.Soltanov və T.Kərimov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibatiİqtisadi Məhkəməsinin 2019-cu il 5 dekabr tarixli, e-2-2(086)-581/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apelyasiya instansiyası məhkəməsi öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik aktlarına (bax yuxarıda §§ 9-11) əsaslandırmış, onun gəldiyi nəticələrlə razılaşmışdır.

13. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri d) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh tərəfindən0.26 ha sahədə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün istixana inşa edilmişdir. 2019-ci il mövsümündə qazdan istifadəyə görə iddiaçıya 32.778,80 manat borc yaranmış, həmin borcun 21.680 manatı cavabdeh tərəfindən ödənilmiş, hazırda 11.098,80 manat borc qalmışdır. Cavabdeh qalan borcdan da hər ay 100 manat olmaqla aldığı pensiyadan ödəyir.

15. Kassasiya şikayəti Mülki Prosessual Məcəllənin 88, 217.1, 217.3, 218.1-ci maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. e) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı iddiaçı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçısının izahatı İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə i ştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası tərəflərin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (Mülki Prosessual Məcəllənin 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu Mülki Prosessual Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. İş üzrə cavabdeh tərəf iddianın təmin edilmiş hissəs indən şikayət versə də, faktiki olaraq apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (Mülki Prosessual Məcəllənin 403 və 416-cı maddələri). İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

20. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyə n hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır”. “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər”. “Maddə

427. Öhdəliyin icrası müddəti 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli ol duğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir”. “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır....”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr öz qətnamələrini qanunvericilik aktlarına istinad etməklə düzgün olaraq əsaslandırmış, qanuni nəticəyə gəlmişlər, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğından iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 19 iyun tarixli, 2-2(106)43/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

22. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2008-ci il tarixli Qərarında göstə rmişdir ki, MPM-in mülki məhkəmə icraatının həyata keçirilməsinə dair tələblərinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olun muş sübutlarla əsaslandırır (MPM-in 9.3, 88 və 217-ci maddələri).

23. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı).

24. Məhkəm ələr tərəfindən müəyyən edildiyi kimi, xx.xx.2018-ci il tarixli, SAX-450 nömrəli müqaviləyə əsasən iddiaçı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq cavabdehi keyfiyyətli qazla təmin etməyi, cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq iddiaçı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdələrinə götürsələr də cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, müqavilə öhdəlikləri üzrə borcu yaranmış, onun debitor borcu 11.098,80 manat təşkil edir.

25. Cavabdehin kassasiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, tərəfindən0.26 ha sahədə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün istixana inşa edilmiş, 2019-ci il mövsümündə qazdan istifadəyə görə iddiaçıya 32.778,80 manat borcu yaranmış, həmin borcun 21.680 manatı cavabdeh tər əfindən ödənilmişdir. Hazırda 11.098,80 manat borcu qalmışdır, qalan borcdan da hər ay 100 manat olmaqla aldığı pensiyadan ödəyir, 2020-ci ilin qış mövsümündə istixanaya qaz verilişi bərpa edilərsə və istixanada yetişdirəcəyi məhsulu sataraq qalan borcu ödənilməsini təmin edə bilər.

26. Bununla bağlı qeyd edilməlidir ki, yaranmış maliyyə çətinlikləri ilə əlaqədar borc məbləğinin ödənilməsinin təmin edilməməsi, yəni 2020-ci ilin qış mövsümündə istixanaya qaz verilişi bərpa edilərsə, istixanada yetişdirəcəyi məhsulu sataraq qalan borcun ödənilməsinin təmin edəcəyi barədə cavabdehin dəlilləri əsassız olmaqla, apellyasiya instansiyası məhkəməsinin qanuni qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, bu məsələ yalnız qətnamənin icrası mərhələsində müzakirə predmeti ola bilər. Məhkəm ə kollegiyası bu zaman onu da nəzərə alır ki, cavabdeh iddiaçı tərəfindən qaz sayğacının göstəricilərinə əsasən hesablanmış borc məbləğini mübahisələndirməmiş, kassasiya şikayətində sadaladığı prosessual hüquq normalarının pozuntusunun isə nədən ibarət olduğunu əsaslandırmamışdır.

27. Beləliklə, məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təminedilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası tərəflər arasında bağlanmış qazın alqı-satqısına dair xx.xx.2018-ci il tarixli, SAX-450 nömrəli müqavilə üzrə iddiaçının üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək abonenti qaz ilə təchiz etsə də, cavabdehin isə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini və onun 11.098,80 manat debitor borcunun olduğunu nəzərə alaraq kassasiya şika yətinin dəlillərini əsassız hesab edir.

28. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 19 iyun tarixli, 2-2(106)43/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

30. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 19 iyun tarixli, 2-2(106)-43/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassa siya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar