Məhkəmə qərarları › İş №2-2(102)-322/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-322/2019

30.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-322/2019 30.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası QƏRAR Açar sözlər: apellyasiya şikayəti üzrə müddətin buraxılması giriş hissə: Hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı MMM-in nümayəndəsi X1 oğlunun iştirakı ilə, İddiaçı MMM-in Azərbaycan Respublikasındakı filialının (bundan sonra iddiaçı) cavabdeh “xxxx” ASC-yə (bundan sonra cavabdeh) qarşı qanunsuz hesablanmış 11.664 manat borcun ləğv olunması tələbinə dair iş üzrə cavabdehin verdiyi kassasiya şikayətinin qaytarılmasına dair Bakı Ap ellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 30 aprel 2019-cu il tarixli qərardadından verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq təsviri hissə: işin halları: İddiaçı iddia ərizəsi ilə cavabdehə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 20 fevral 2018-ci il tarixə qədər qanunsuz olaraq hesablanmış 11.664 manat borcun ləğv olunması barədə qətnamə çixarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 7 fevral 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdiril mədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın rədd olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 30 aprel 2019-cu il tarixli qərardadı ilə kassasiya şikayəti vaxtında verilməməsi səbəbi ilə geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti vermişdir. kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 21 fevral 2019-cu ildə cavabdehə təqdim edilmiş, 19 aprel 2019-cu il tarixdə cavabdeh qətnamədən kassasiya şikayəti vermişdir. Həmin gün şikayət surətli poçta təqdim edilmişdir. Şikayətin 29 aprel 2019-cu il tarixdə verilməsi barədə apellyasiya məhkəməsinin qərardadı qanunsuzdur. Prosessual hüquqi əsas kimi Mülki Prosessual Məcəllənin 128.3, 129.1 və 408.1.4 və 417-.1-ci maddələrinə istinad edilmişdir. tərəflərin izahatları: İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən çıxışlarda iştirak etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 415.3-cü maddəsinə əsasən hazırkı vəziyyətdə işə baxılması mümkün sayılmışdır. əsaslandırma hissəsi: Məhkəmə kollegiyası aşağıdakılara görə kassasiya şikayətinin dəlillərini əsaslı saymır. İşdəki sənədlərə görə iddiaçı məhkəmə qətnaməsini 21 fevral 2019-cu il tarixdə almış, 29 aprel 2019-cu il tarixdə kassasiya şikayəti apellyasiya məhkəməsinə təqdim edilmişdir. İddiaçı kassasiya şikayətini 19 aprel 2019-cu il tarixdə p oçta təqdim etməsini bildirmiş, lakin bu hal işdə olan hər hansı mötəbər sübutla təsdiq edilməmişdir. MPM-in 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Qətnamənin surəti 21 fevral 2019-cu il tarixdə alınaraq ondan şikayət 29 aprel 2019cu il tarixdə verildiyindən kassasiya şikayəti üzrə qanunla müəyyən edilən şikayət müddəti buraxılmışdır. Odur ki, kassasiya şikayəti üzrə müddətin buraxılması barədə kassasiya şikayətinin qaytarılmasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. nəticə hissəsi: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.4, 411, 415-1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının2-2(103)-43/2019 saylı, 30 aprel 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar