Məhkəmə qərarları › İş №2-2(102)-322/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-322/2020

27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-322/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı X9 qarşı iddiasına dair iş üzrə QƏRAR (Açar sözlər: istehlak edilmiş təbii qazın dəyərinin ödənilməsi) 27.10.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Hüseynov Azər Soltanhəmid oğlu (sədrlik edən və məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və X23, oğlundan ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi, cavabdehin vəkili X10 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı cavabdeh X9 və 3-cü şəxs X14 qarşı istehlak edilmiş təbbi qazın dəyərinin ödənilməsi haqqında iddia tələbin ə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kolegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən X13 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İşin materiallarına əlavə edilmiş AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinin surətinə əsasən, X11 xx xxxx 2017-ci il tarixdə Şəmkir rayonu, Əliyaqublu kəndində yerləşən ümumi sahəsi 0,1448 ha olan torpaq sahəsini X2.

2. İşin materiallarına əlavə edilmiş AN-İ seriyalı, 0599517nömrəli alqı-satqı müqaviləsinin surətinə müvafiq olaraq X11 xx xxxx 2017-ci il tarixdə Şəmkir rayonu, Əliyaqublu kəndində yerləşən ümumi sahəsi 0,5331 ha olan torpaq sahəsini X2.

3. İşin materiallarına əlavə edilmiş AN-İ seriyalı, ******* nömr əli alqı-satqı müqaviləsinin surətinə görə, X11 xx xxxx 2017-ci il tarixdə ünvan 3ində yerləşən ümumi sahəsi 0,5316 ha olan torpaq sahəsini X2.

4. İşin materiallanna əlavə edilmiş X7 Şəmkir RQİİ-yə ünvanlandığı xx xxxx 2019-cu il tarixli ərizəsinin surətinə uyğun olaraq O, Şəmkir rayonu, Əliyaqublu kəndində yerləşən İstixananı 2016-cı ilin sentyabr ayından X3 bildirməklə, həmin X1 adına keçirilməsini xahiş etmişdir. Ərizə 18 mart 2019-cu il tarixdə Şəmkir RQİİ tərəfindən qəbul edilmişdir.

5. İşin materiallanna əlavə edilmiş X12 Şəmkir RQİİ-yə ünvanladığı xx xxxx 2019-cu il tarixli ərizəsinin surətinə əsasən, O, Şəmir rayonu, Əliyaqublu kəndində yerləşən istixananın qeydiyyatının X7 adından borcla birlikdə onun adına qeydə alınmasını xahiş etmişdir. Ərizə xx xxxx 2019-cu il tarixdə Şəmkir R Qİİ tərəfindən qəbul edilmişdir.

6. İşin materillarında olan X26 X20 Xidmət Sahəsinin rəis müavininin.X27 İdarəsinin baş mühəndisinə ünvanladığı xx xxxxx 2019-cu il tarixli məktubuna müvafiq olaraq ünvan 3ində yerləşən KP kodu "29/24928", abonent kodu "**********00030" olan qeydiyyatda "F/Ş İsmayılova Saidə (istixana)"nin adına olan qeyri-yaşayış sahəsi (İstixana) X12 adına keçirilmişdir. Odur ki, qeyd olunan istixananın abonent bazasında müəssisə adının dəyişdirilməsinə münasibət bildirilməsi xahiş edilmişdir.

7. İşin materiallanna əlavə edilmiş Gəncə İnzibati-iqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2-2(83)-674/2018 saylı qətnaməsinin surətinə görə, 76.687,30 manat borc məbləğinin X6 trutularaq Şəmkir RQİİ-yə ödənilməsi qət edilmişdir.

8. İşin materiallarına əlavə edilmiş "F/ Ş İsmayılova Saidənin (İstixana)" adına olan **********00030 saylı abonent saldosuna uyğun olaraq, həmin abonent üzrə xx.xx.2019-cu il tarixinədək olan borc məbləği 76.687,30 manat təşkil etmişdir.

9. İşin materiallarına əlavə edilmiş İddiaçı ilə cavabdeh X11 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli “Qazın alqı-satqısına dair müqavilə”nin 7.2-ci bəndinə əsasən, müqavilə 3 il müddətinə bağlanmışdır. Həmin müqavilənin 7.4-cü bəndinə əsasən istehlakçının müqavilənin vaxtından əvvəl ləğv etmək hüququ vardır.

10. İşin materiallarına əlavə edilmiş mülkiyyət hüququna dair çıxarışın surətinə müvafiq olaraq Şəmkir rayonu, Əliyaqublu kəndində yerləşən ümumi sahəsi 0,5316 ha və 0,1448 ha olan torpaq sahəsi üzərində X12 mülkiyyət hüquqları qeydiyyata alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AK TLARİ Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı cavabdeh X9 və 3-cü şəxs X14 qarşı iddia ərizəsi ilə məhkəmyə müraciət edərək, cavabdehin Şəmkir RQİİ-nə istehlak edilmiş təbii qazın dəyərinə və müəyyənləşdirilmiş dəymiş zərərin məbləğinə görə 97.681,60 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən X13nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli, ***-**-** nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı” barədə müqaviləyə əsasən, cavabdehə məxsus İstixana X13 tərəfindən təbii qazla təchiz olunur. xx.xx.2019-cu il tarixə qədər İstixanada təbii qazdan istifadəyə görə Şəmkir RQİİ-yə 51.676,40 manat borc yaranmışdır. Borc tərəflər arasında tərtib olunmuş “Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı” ilə də təsdiq olunmuşdur. Mübahisənin məhkəməyədək həll olunması məqsədilə xx.xx.2019-cu il tarixli 01/01QS-13HŞ-659 nömrəli borcun ödənilməsi haqqında göndərilmiş pretenziya məktubunun icrası olaraq cavabdeh tərəfindən ödəniş aparılmamışdır. Sonradan qazdan qanunsuz istifadə edilməsi nəticəsində xx.xx.2019-cu il tarixə olan borc məbləği artırılaraq, ümumilikdə 97.681,60 manat olmuşdur. Buna görə də iddia tələbinin təmin edilməsi xahiş edilmişdir.

13. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim K.Rzayev, iş No e-2-2(83)-585/2018) iddianın təmin edilməsi, cavabdehdən təbii qazdan ist ifadəyə görə yaranmış 97.681,60 manat borcun və ödənilmiş 30 manat dövlət rüsmunun cavabdeh tərəfindən X8 hesabına ödənilməsi qət edilmişdir. 14. 1-ci instansiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, tərəflər arasında “Qaz paylayıcısı ilə sənayə qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” xx.xx.2016-cı il tarixli, ***-**-** nömrəli müqavilə bağlanmış, təbii qazdan istifadəyə görə 51.676,40 manat məbləğində borc yaranmış və bununla bağlı tərəflər arasında üzləşmə aktı yərtib edilmişdir.

15. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq ed ilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərərsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüuquq normalarına müvafiq olaraaq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

16. Həmin qətnamədən narazı qalan cavabdeh ondan apellyasiya şikayəti verərək, qətnamə ləğv edilərək, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasınıdan xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən A.Hüseynzadə, hakimlər Ş.Rzaquliyev və İ. Şəfiyev; iş № 2-2(104)-23/2020) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi; Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi qət edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçı, Şəmkir rayonu, Əliyaqublu kəndindəki, üzərində İstixana yerləşən və ölçüləri müvafiq olaraq 0,1448 ha, 0,5331 ha və 0,5316 ha olan torpaq sahələrini xx xxxx 2017-ci il tarixdə iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X5, sonuncu da məhkəmə iclasında özünün etiraf etdiyi kimi, 2016-cı il tarixdən etibarən istixananı cavabdeh deyil, özü istifadə etmişdir. Həmçinin, iş üzrə cavabdeh və 3-cü şəxs A.Məmmədov xx xxxx 2019-cu il tarixdə ərizə ilə Şəmkir RQİİ-yə müraciət edərək, Şəmkir rayonu Əliyqaublu kəndində yerləşən İstixananın qeydiyyatının cavabdehin adından borcla birlikdə onun adına qeydə alınmasını xahiş etmişdir. X26 X20 Xidmət Sahəsinin rəis müavininin X27 İdarəsinin baş mühəndisinə ünvanladığı xx xxxxx 2019-çu il tarixli məktubla, ünvan 3ində yerləşən KP kodu "29/24928", abonent kodu "**********00030" olan qeydiyyatda "F/Ş İsmayılova Saidənin (İstixana)" adına olan qeyri-yaşayış sahəsi (İstixana) A.Məmmədovun adına keçirildiyi qeyd olunsa da, X13 qazdan istifadə haqqına görə tələbini, 3-cü şəxsə qarşı deyil, əvvəlki sahibə qarşı qaldırmışdır. Hərçənd ki, tələb edilən borc məbləğinin 2019-cu ilin fevral ayından sonra yaranması müəyyən edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş "F/Ş İsmayılova Saidənin (istixana)" adına olan **********00030 saylı abonent saldosundan göründüyü kimi, həmin abonent üzrə xx.xx.2019-cu il tarixinədə k olan borc məbləği 76.687,30 manat təşkil etmişdir ki, həmin məbləğin işin materiallarında olan Gəncə İnzibati-iqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə cavabdehdən tutulması qət edilmişdir.

19. Beləliklə, tələb edilən borc məbləğinin 2019-cu ilin fevral ayından sonra, mart, aprel, may aylan üzrə yaranmasına, həmçinin 3-cü şəxs A.Məmmədovun xx xxxx 2019-cu il tarixdə ərizə ilə Şəmkir RQİİ-yə müraciət edərək, Şəmkir rayonu, Əliyaqublu kəndində yerləşən istixananın qeydiyyatının X7 adından borcla birlikdə onun adına qeydə alınmasını xahiş etməsinə, həmçinin X26 X20 Xidmət Sahəsinin Şəmkir X22 ünvanlandığı xx xxxxx 2019-cu il tarixli məktubuna əsasən, ünvan 3ində yerləşən KP kodu "29/24928", abonent kodu "**********00030" olan qeydiyyatda "F/Ş İsmayılova Saidə (İstixa na)"nin adına olan qeyri-yaşayış sahəsinin (İstixana) A.Məmmədovun adına keçirilməsinə baxmayaraq, X13 qeyd olunan dövr üzrə qazdan istifadə haqqına görə tələbini, 3-cü şəxsə qarşı deyil, hazırkı cavabdehə qarşı qaldırmışdır.

20. Hərçənd ki, X13 ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli qazın alqı-satqısına dair müqavilənin 7.2-ci bəndinə əsasən, müqavilə 3 il müddətinə bağlanmış, həmin müqavilənin 7.4-cü bəndinə əsasən isə istehlakçının müqavilənin vaxtından əvvəl ləğv etməsi hüququ mövcud olmuşdur ki, X7 xx xxxx 2019-cu il tarixdə ərizə ilə Şəmkir RQİİ-yə müraciət etməsi, müqavilə üzrə öhdəlik daşımamasının bəyanı olmuşdur. Digər tərəfdən isə qeyd edilən dövr üzrə cavabdehin qazdan istifadə etməsi məhkəməyə təqdim edilmiş sübutlarla istisna olunmuşdur. Buna görə də məh kəmə kollegiyası hesab edir ki, tələb iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırılmaqla, cavabdehin hazırkı mübahisə üzrə X13 qarşısında müqavilədən və ya qanundan irəli gələn hər hansı bir öhdəliyinin olması müəyyən edilməmişdir.

21. Məhkəmənin qətnaməsi iddiaçıya xx.xx.2020-ci il tarixdə və cavabdehə xx.xx.2020-ci il tarixdə təqdim edilmişdir.

22. Həmin qətnamədən narazı qalan X13 ondan kassasiya şikayəti verərək, qətnaməni ləğv edərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

23. X8 kassasiya şikayətində qeyd edilənlərə görə, tərəflər arasında qüvvədə olan xx.xx.2016-cı il tarixli, ***-* *-** saylı müqavilə mövcuddur. Eyni zamanda İddiaçıinin cavabdehə qarşı əvvəlki iddiasına dair iş üzrə qanuni qüvvəsini almış məhkəmə qətnamələri mövcuddur ki, cavabdeh həmin qətnamələri mübahisələndirməyib, icra vərəqələri icra olunması üçün icra və probasiya şöbəsinə göndərilmişdir.

24. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi X7 Şəmkir rayonu, Əliyaqublu kəndində yerləşən torpaq sahələrini X4 əsas götürsə də, torpaq üzərində olan İstixanaların istifadəsi ilə bağlı tərəflər arasında müqavilənin olub-olmamasına münasibət bildirməmişdir.

25. Əgər doğurdan İstixananı cavabdeh istifadə etməyibdirsə, nə üçün apellyasiya şikayətində bu barədə heç bir fikir bidirməmiş, yalnız məhkəmə iclasında bu barədə məlumat vermişdir. Cavabdeh öz apellyasiya şikayətində yalnız məbləği və üzləşmə aktı nı mübahisələndirmişdir. 26. “X17”nın 6.4-cü bəndinə əsasən qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır.

27. Göründüyü kimi, cavabdeh “X18”nın tələblərini yerinə yetirməmiş, borcunu tam şəkildə ödəyib, qaz paylayıcısından borcunun olmaması barədə arayış almamışdır. Bundan sonra yeni mülkiyyətçi qazın alqı-satqısına dair müqavilə bağlanması üçün yazılı müraciət etməli idi.

28. Azərbaycan Respublikası Mülki məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

29. Göründüyü kimi “İddiaçı” İstehsalat Birliyi ilə X19 arasında qazın alqı satqısına dair müqavilə olmadığından qeyd olunan borcun ondan tələb edilməsi mümkün olmur.

30. Həmçinin məhkəmə nəzərə almamışdır ki, 3 il ərzində bütün hesabfakturalar İsmayılova Saidənin adına göndərilsə də, bu illər ərzində X19 tərəfindən 1 dəfə də olsun bununla bağlı irad bildiri lməmişdir.

31. Göründüyü kimi məhkəmə bunların heç birini araşdırmamış, düzgün maddi hüquq normalarını tətbiq etməmiş, nəticədə əsassız qətnamə qəbul etmişdir.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006cı il tarixli Qərarına əsasən, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifavətlanməməli. hər bir sübutun. o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 3

3. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

34. Cavabdehin vəkili N.Əliyev kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin olunmaması, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

35. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq X8 və 3-cü şəxsin nümayəndələri məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməs inin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

37. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi hallan istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

38. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icr a edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

39. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Həmin Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

41. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

42. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri). KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir.

44. Belə ki, apellyasiya instansiya məhkəməsi qətnaməsində qey d etmişdir ki, X13 ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli “Qazın alqı-satqısına dair” müqavilənin 7.2-ci bəndinə əsasən, müqavilə 3 il müddətinə bağlandığından, həmin müqavilənin 7.4-cü bəndinə əsasən isə, istehlakçının müqavilənin vaxtından əvvəl ləğv etmək hüququ mövcud olduğundan, cavabdeh xx xxxx 2019-cu il tarixdə ərizə ilə Şəmkir RQİİ-yə müraciət etməklə müqavilə üzrə öhdəlik daşımamasını bəyan etmişdir. Digər tərəfdən isə borc məbləğinin yarandığı 2019-cu ilin fevral ayından sonra, mart, aprel, may aylarını əhatə edən dövr üzrə cavabdehin qazdan istifadə etməsi məhkəməyə təqdim edilmiş sübutlarla istisna olunmuşdur, çünki qazdan istifadə olunan obyektin (İstixananın) yerləşdiyi torpaq sahələri başqa şəxsə, yəni 3-cü şəxs A.Məmmədova satılmışdır. Buna görə də, t ələb iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırılmaqla, cavabdehin hazırkı mübahisə üzrə X13 qarşısında müqavilədən və ya qanundan irəli gələn hər hansı bir öhdəliyinin olması müəyyən edilmir.

45. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, istehlakçı (cavabdeh) yuxarıda qeyd edildiyi kimi, “Qazın alqı-satqısına dair” vaxtından əvvəl müqaviləni ləğv etmək hüququna malik olsa da, O, bu hüquqdan tam olaraq istifadə etməmişdir. Əslində, apellyasiya instansiyası məhkəməsi tərəfindən müqavilənin ləğv edilməsinə əsas kimi qiymətləndirilən, cavabdehin Şəmkir RQİİ-yə ərizə ilə müraciət etməsi bu müqavilənin ləğv edilməsinə niyyət (ilkin addım) kimi qiymətləndirilməli, çünki həmin ləğv prosesi başa çatmamışdır, müqavilə ləğv olunmamış vəziyyətdə, yəni qüvvədə qalmış dır.

46. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1911-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazjan istifadə qaydaları”nın 6.3-cü bəndinə əsasən, istehlakçı qazın verilməsinin dayandırılması (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) və ya qazın alqı-satqı müqaviləsinin vaxtından əvvəl ləğv olunması (bu Qaydaların 6.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olunmaqla) barədə qaz paylayıcısına yazılı müraciət etdikdə, qaz paylayıcısı 2 iş günü müddətində müvafiq olaraq qazın verilməsinin dayandırılması və ya qazın alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qərar qəbul etməlidir. İstehlakçıya qazın verilməsi həmin qərarın qəbul edildiyi gündə dayandırılmalıdır və istehlakçı sonuncu günə qədər istifadə etdiyi qazın dəyərini ödəməl idir. Həmin Qaydaların 6.4-cü bəndinə müvafiq olaraq qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. Qazlaşdırılmış obyektin mülkiyyətçisinin (istifadəçisinin) dəyişilməsi qazın verilməsinin dayandırılması üçün əsas deyildir.

47. Hazırki işin materiallarından göründüyü kimi, cavabdeh, qaz istifadəçisinin dəyişdirilməsi ilə əlaqədar xx xxxx 2019-cu il tarixdə ərizə ilə Şəmkir RQİİ-yə müraciət etdikdən sonra bu tarixdən əvvəl, qazdan istifadəyə görə yaranmış borcunu ödəməmişdir (işin materiallarından həmçinin, cavabdehdən qazdan istifadəyə görə borcun tutulması haqqında Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017 və xx.xx.2018-ci il tarixli qətnamələrinin icra olunması myəyyən olunmur).

48. Digər tərəfdən X13 ilə 3-cü şəxs A.Məmmədov arasında qazın alqı satqısına dair müqavilə olmadığından qeyd olunan borcun sonuncudan tələb edilməsi də hüquqi cəhətdən mümkün sayıla bilməz (bax hazırki qərarın 37-ci bəndinə).

49. Ona görə də, cavabdeh İstesalat Birliyinin kassasiya şikayətində qeyd edilən dəlillər apellyasiy a instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslı hesab edir.

50. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi 2-2(104)-23/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar