Məhkəmə qərarları › İş №2-2(102)-326/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-326/2020

04.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-326/2020 04.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçılar İddiaçı MMC və “xxxx” MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: alqı-satqı müqavilələrin etibarsız hesab edilməsi və əmlakın qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim İlqar Dadaşovun sədrliyi, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu, Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi H.Əbilovun, İddiaçı MMC-nin nümayəndəsi X8, vəkili X7, cavabdehin nümayəndəsi X17 oğlunun iştirakları ilə, İddiaçılar İddiaçı MMC və “xxxx” MMC tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 16 iy un tarixli, 2-2(103)-168/2020 qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İŞİN HALLARİ 1. xx.xx.2012-ci il tarixli, AB 000 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, 000 dövlət qeydiyyat nişanlı “Liebherr” markalı avtokran İddiaçı MMC-nin (bundan sonra – “iddiaçı”) mülkiyyətində olmuş, xx.xx.2016-cı il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə görə “Liebherr” markalı, 000 dövlət qeydiyyat nişanlı, avtokran iddiaçı tərəfindən Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) 12.000 manata satılmış, xx.xx.2016-cı il tarixli 006 nömrəli kassa məxaric orderinə görə cavabdeh tərəfindən “Liebherr” markalı, avtokranın alınması üçün iddiaçının nümayəndəsi X1 12.000 manat ödənilmişdir. 2. xx.xx.2016-cı il tarixli, 000 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, 000 dövlət qeydiyyat nişanlı “Liebherr” markalı avtokran cavabdehin mülkiyyətindədir. 3. “LTM 1040 Xüsusi” markalı, ** JO *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2011-ci ildə AB seriyalı 496106 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “xxxx” MMC-nin adına qeydiyyata alınmış, nəqliyyat vasitəsi xx xxxxxx 2016-cı il tarixli, 008 saylı kassa məxaric orderinə və xx.xx.2016-cı il tarixli “avtomobil alqı-satqısı müqaviləsi”nə əsasən iddiaçının nümayəndəsi X4 tərəfindən 15.000 manata Cavabdeh MMC-yə satılmış, avtomobil xx.xx.2016-cı il tarixdə “xxxx” MMC-nin adından qeydiyyatdan çıxarılaraq, dövlət qeydiyyat nişanı saxlanılmaqla Cavabdeh MMC-nin adına təkrar dövlət qeydiyyatına alınmışdır. 4. xx.xx.2016-cı il tarixli, 000 nömr əli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, “LTM 1040 Xüsusi” markalı, ** JO *** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin mülkiyyətindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində e-2-2(82)521/2019 saylı iş üzrə icraat

5. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Liebherr” markalı **-JS-*** dövlət qeydiyyat nişanlı avtokrana dair tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin əmlakın cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında olan şifahi razılaşmaya əsasən iddiaçı öz mülkiyyətində olan “Liebherr” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtokranı cavabdeh şirkətin mülkiyyətinə verməli, cavabdeh isə bunun əvəzində iddiaçı şirkətə 255.000 manat məbləğində pul ödəməli idi. Qeyd olunan şifahi razılıq üzrə iddiaçı öz mülkiyyətindəki “Liebherr” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtokranı cavabdeh şirkətin mülkiyyətinə verib. Cavabdeh şirkət həmin avtokranı artıq istifadə edir, lakin buna baxmayaraq, avtokranın dəyəri olan 255.000 manat məbləğində pulu iddiaçıya verməkdən yayınır. Bu məsələ ilə bağlı iddiaçı cavabdehə dəfələrlə yazılı və şifahi müraciət etsə də, heç bir nəticə əldə etməmişdir. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 27 noyabr tarixli, e-22(82)521/2019 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim – Ə.Ələkbərov).

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının m ülkiyyətində olmuş “Liebherr” markalı, 000 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən cavabdehə satılmış və cavabdehin həmin nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.

9. Əqdin etibarsızlığına əsas verən hallar əqdin bağlanmasına qədər mövcud olmalıdır. Lakin iddiaçı tərəfindən bu barədə, eləcə də qanunvericilikdə müəyyənləşdirilmiş hansı şərtin pozulmasına dair məhkəməyə heç bir sübut təqdim edilməmiş, iddiaçı iddia ərizəsində və məhkəmə araşdırması zamanı əqdin etibarsızlığına dair hər hansı bir hüquqi əsas göstərməmiş, yalnız müqavilənin cəmiyyət tərəfindən səlahiyyət verilməmiş şəxs tərəfindən imzalanmasını göstərmişdir. Mübahisəli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsini iddiaçı tərəfindən X5 imzalamı ş və həmin hüquqi şəxsin möhürü ilə təsdiq olunmuş, bu şəxsin səlahiyyətsiz olması barədə məhkəməyə isə hər hansı sübut təqdim edilməmişdir.

10. İddiaçı alqı-satqı müqaviləsinin bağlanmasından məhkəmə baxışı zamanı xəbər tutduğunu iddia etsə də, göstərilən hal toplanmış sübutlarla və işin faktiki halları ilə sübuta yetmir. Belə ki, nəqliyyat vasitəsi həmin müqavilə bağlandığı vaxtdan etibarən cavabdehin faktiki sahibliyində olmuşdur. Belə olan halda isə əqdin mövcudluğu barədə iki ilə yaxın müddət ərzində məlumatlı olmamasına dair iddiaçının istinad etdiyi dəlillər inandırıcı görünmür. Eyni zamanda etibarsızlığı iddia olunan əqdin icrasına artıq 2016-cı ildən başlanılmış, beləliklə, iddiaçının tələbi əsassız olduğundan, həm də iddia müddəti keçdiyindən təmin edilməməlidir.

11. Məhkəmə bu q ənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “Mülki Məcəllə”) 337.1, 354.1, 354.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “Mülki Prosessual Məcəllə”) 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Birinci instansiya məhkəməsində e-2-2(82)955/2019 saylı iş üzrə icraat

12. İddiaçı “xxxx” MMC (bundan sonra – “iddiaçı”) cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırmışdır ki, “xxxx” MMC ilə Cavabdeh MMC bir neçə il birlikdə fəaliyyət göstərmiş, yükdaşıma və bu kimi digər xidmətlər göstərmişlər. Daha sonra şirkətlər fəaliyyətlərini ayıraraq müstəqil şək ildə fəaliyyət göstərməyə qərar vermişlər. Bu zaman onlara məxsus avtokranın cavabdeh tərəfindən qanunsuz şəkildə ələ keçirildiyi məlum olmuşdur.

14. Belə ki, xx xxxxxx 2016-cı il tarixində tərəflər arasında saxta nəqliyyat vasitəsinin alqı-satqısı müqaviləsi bağlanmış, saxta müqaviləyə görə alıcı-cavabdeh, satıcı-iddiaçıya müqavilənin məbləği olaraq 15.000 manat pulu ödəmişdir. Lakin bu müqavilə tərəflərindən bağlanmadığı və 15.000 manat ona ödənmədiyindən, etibarsız hesab olunmalıdır. Müqavilədə satıcı qismində X6 göstərilmişdir. Lakin həmin şəxsin iddiaçı ilə heç bir əlaqəsi yoxdur, MMC tərəfindən belə bir müqavilənin imzalanması üçün həmin şəxsə səlahiyyət verilməmiş, müqavilədə öz əksini tapan möhür zahirən iddiaçıya məxsus olsa da, imza iddiaçının səlahiyyətli şəxsi tərəfindən icra e dilməmişdir. 15. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 27 noyabr tarixli, e-22(82)955/2019 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim – L.Əliyeva).

16. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunverici əqdin etibarsız hesab edilməsi tələbinin irəli sürülməsi üçün bir illik kəsici müddət müəyyən etmişdir. Maraqlı şəxs əqdin etibarsızlığına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən hesablanan həmin müddət keçdikdən sonra əqdin etibarlılığını mübahisələndirmə hüququnu itirir. İddia müddətindən fərqli olaraq kəsici müddətin məhkəmə tərəfindən tətbiq edilməsi üçün cavabdeh tərəfindən müddətin tətbiqi barədə ərizənin verilməsi tələb edilmir.

17. İddiaçı alqı-satqı müqaviləsinin bağlanmasından bir neçə ay əvvəl xəbər tutduğunu iddia etsə də, gö stərilən halları məhkəməyə təqdim etməmiş, həmin halları məhkəmədə sübuta yetirməmişdir.

18. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 354.2-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

19. İddiaçılar İddiaçı MMC 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 27 noyabr tarixli, e-2-2(82)521/2019 saylı qətnaməsindən və “xxxx” MMC 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 27 noyabr tarixli, e-2-2(82)955/2019 saylı qətnaməsindən apelyasiya şikayətləri verərək, qətnamələrin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apelyasiya instansiyası məhkəməsində icraat

20. Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 19 mart tarixli, 2-2(103)-169/2020 saylı qərardadı ilə həmin kommersiya mübahisələri bir icraatda birləşdirilmişdi r.

21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 16 iyun tarixli, 2-2(103)-168/2020 qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov (sədrlik edən), C.A.Yusifov və V.Ə.Baxışova) iddiaçıların apellyasiya şikayətləri təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 27 noyabr tarixli, e-2-2(82)-521/2019 saylı və 2019-cu il 27 noyabr tarixli, e-2-2(82)-955/2019 saylı qətnamələri dəyişdirilmədən saxlanılmışdır.

22. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, mübahisəli avtokranların alqı-satqı müqavilələrini müvafiq olaraq iddiaçıların adından X5 imzalasa da, iş materiallarında X2 həmin hüquqi şəxslərin adından alqı-satqı müqavilələrini imzalamaq səlahiyyəti verən hər hansı bir etibarnamə mövcud deyil, bununla yanaşı həmin sənədlərdəki möhür əkslərinin müvafiq olaraq iddiaçılara məxsus olması faktı onların qanuni nümayəndəsi-direktoru tərəfindən mübahisələndirilmir.

23. Qeyd olunan müqavilələrdə möhürün həqiqiliyi təsdiq edildiyi halda, həmin sənədlərin müqavilədə hüquqi şəxs tərəfindən müvafiq səlahiyyət verilməyən şəxs tərəfindən imzalanması həmin sənədlərin saxta olması və ya hüquqi şəxs tərəfindən təsdiq edilmədiyi barədə birmənalı qənaətə gəlməyə əsas vermir. Belə ki, məhkəmədə iddiaçıların nümayəndəsi müqavilələrdəki möhürün iddiaçıların vəzifəli şəxsləri tərəfindən deyil, başqa bir şəxs tərəfindən ələ keçirilərək vurulduğunu bildirmişdir.

24. Oxşar vəziyyətlərdə fiziki şəxslərlə müqayisədə hüquqi şəxslərin üzərinə öz statusuna görə daha böyük məsuliyyət düşür. Hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti ol maqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən möhürə və rekvizitlərə, o cümlədən təsis sənədlərinin və digər zəruri rekvizitlərin saxlanmasına maddi məsul olan şəxslərə malikdir. Hüquqi şəxsin rəsmi reyestrdə qeydə alınması və möhürə malik olması onunla hüquq münasibətinə daxil olan fiziki və ya digər hüquqi şəxsdə ona təqdim edilmiş sənədlərin rəsmi xarakterə malik olması barədə əminlik yaradır. Bu zaman sənədin möhürlə təsdiq edildiyini görən şəxs həmin sənədin mötəbərliyini və səlahiyyətli şəxs tərəfindən imzalandığını güman etməkdə haqlıdır. Çünki bir qayda olaraq möhürün saxlanmasına məsul olan şəxs məhz sənədə hüquqi şəxsin adından imza etmək (təmsilçilik) səlahiyyətinə malik olan şəxs olur.

25. Müv afiq müqavilələrdə olan möhür əkslərinin mötəbərliyi öz təsdiqini tapmış, iddiaçılar həmin dövrdə möhürlərin oğurlandığı, itirildiyi və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi barədə heç bir sübut təqdim etməmişdir. Bu baxımdan iddiaçıların nümayəndəsinin “müqavilələrdəki möhür iddiaçıların vəzifəli şəxsləri tərəfindən deyil, başqa bir şəxs tərəfindən ələ keçirilərək vurulduğu” barədə dəlili açıq-aşkar əsassızdır. Çünki, məhz sonuncu hüquqi şəxsin rəhbəri kimi möhürün üçüncü şəxslərin qanunsuz istifadəsinə yol verməməyə məsul olmuşdur. Bu baxımdan müqavilələrdə olan möhürlərin müvafiq olaraq iddiaçıların səlahiyyətli şəxsi tərəfindən vurulduğu müəyyən edilir. Yaranmış vəziyyətdə isə müqavilələrdə imzanın həmin səlahiyy ətli şəxs tərəfindən icra edilməməsi onların etibarlılığını birmənalı şübhə altına almır. Əgər həmin müqavilələr imzalandıqdan sonra hüquqi şəxsin rəhbəri tərəfindən möhürlə təsdiq edilmişdirsə, hüquqi şəxsin təmsilçisi müqaviləni bəyənmişdir. Yaxud əgər hüquqi şəxsin təmsilçisi imzalanmamış müqaviləni qabaqcadan öz möhürü ilə təsdiq etmişdirsə, yenə də təmsilçi imzanın hər hansı şəxs (ixtiyarlı və ya ixtiyarsız) tərəfindən imza ediləcəyini göz altına alaraq müqaviləni, o cümlədən onu imzalayacaq şəxsin imzasını öncədən təsdiq etmiş (bəyənmiş), müqavilə imzalandığı andan qüvvəyə minmişdir.

26. İddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi digər dəlil müqavilələr üzrə pulun ödənilməməsindən ibarətdir. Lakin həmin dəlillər Mülki Məcəllənin 337.1 və 339350-ci maddələrində göstərilmiş əqdlərin etibarsız hesab edilməsi şərtləri və əsaslarından heç birinə aid deyildir. Bu dəlillər alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün deyil, Mülki Məcəllənin 421.2-ci maddəsinin tələblərinə uyğun olaraq (müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozulması) müqavilənin ləğvi üçün əsas ola bilər. Həmçinin xx.xx.2016-cı il tarixli və xx.xx.2016-cı il tarixli kassa məxaric orderlərinə əsasən müqavilələrdə göstərilən məbləğlər İ.Xasayevə ödənilmişdir.

27. İddiaçı MMC bir neçə dəfə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermiş və hər dəfə istinad etdiyi halların əsaslarını dəyişmişdir. İddiaçı MMC alqı-satqı müqaviləsinin səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığını və tərəflər arasında alqısatqı ilə bağlı hər hansı bir razılaşmanın olmadığını bildirsə də, ilk də fə verdiyi iddia ərizəsində əvvəlcə tərəflər arasında şifahi qaydada nəqliyyat vasitəsinin alqı-satqısının olduğunu qeyd etmişdir.

28. İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2019-cu il tarixli pretenziya məktubunda qeyd olunmuşdur ki, “Liebherr” markalı avtokran cavabdehə satılmasına baxmayaraq, ödəniş həyata keçirilməmişdir. Ona görə də satılmış avtokranların ödənişinin icra edilməsi, ödəniş 1 həftə ərzində həyata keçirilmədiyi halda isə məhkəməyə müraciət ediləcəyi göstərilmişdir.

29. İddiaçılar tərəfindən Mülki Məcəllənin 35ində nəzərdə tutulmuş etibarsız əqdlər üzrə müddətlər ötürülmüşdür. Mübahisələndirilən alqı-satqı müqavilələri xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixlərdə bağlanılmış, hazırkı iş üzrə iddia ərizələri isə müvafiq olaraq 2019-cu ilin mart və avqust ayla rında verilmişdir. İddiaçılar mübahisəli alqı-satqı müqavilələrindən məlumatlı olmalı idilər. Müqavilələrin predmeti olan avtokranlar müqavilələr bağlandığı vaxtdan hazıra kimi cavabdehin sahibliyindədir. İddiaçılar hər il özündə müəssisənin balansını əks etdirən vergi bəyannaməsi təqdim edən hüquqi şəxslərdir, belə olan halda isə mübahisəli avtokranların alqı-satqı müqavilələri üzrə onların mülkiyyətindən çıxmasından məlumatlı olmalı idilər. Müqavilələrin etibarsız hesab edilməsi tələbləri Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilən etibarsız əqdlər üzrə müddətlər ötürülməklə verildiyindən, rədd edilməlidir.

30. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 354.2, 360.1, 360.2, 398.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

31. İddiaçılar həmin qətnamədən kassasiya şikayəti vermiş, qə tnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

32. Müqavilələrə imza çəkən və məhkəmənin qənaətinə əsasən möhürü saxlamalı olan Xasaylı İsmayıl adlı o “məsul şəxs” özü də izahatında heç bir şübhə yeri qoymadan bildirir ki, müqavilə bağlanan zaman heç yerdə işləmirdi, yəni məsul şəxs o deyildi. Xasaylının səlahiyyətli olmadığı halda, belə möhürün niyə və hansı səbəbdə onda olması, əməkdaşı olmadığı təşkilatın möhürünü necə əldə etməsini, müqaviləyə hansı əsasla imza çəkdiyini məhkəmə araşdırmamışdır.

33. İş materiallarına əlavə edilmiş həmin saxta alqı-satqı müqavilələrində guya iddiaçıların “Liebherr” markalı **-JS-*** dövlət qeydiyyat nişanlı avtokranın 12.000 manata və “ Liebherr LTM 1040” markalı **-JO-*** dövlət qeydiyyat nişanlı avtokranın isə 15.000 manata cavabdehə satılması göstərilmişdir. Lakin, həmin modelli avtokranların dəyəri qat- qat yüksəkdir və yüzminlərlə dəyəri olan avtokranı sadəcə 12.000 və 15.000 manata satmaq mümkünsüzdür.

34. Kassa məxaric orderlərində müqavilələrdə göstərilən məbləğlərin İsmayıl Xasayevə ödənildiyini sübut kimi qəbul etsə də, həmin şəxsin iddiaçı müəssisələrin heç birinin əməkdaşı olmadığı faktı unudulmuş, kassa məxariclərində MMC-lərin adlarının olmaması halları məhkəmə tərəfindən nəzərə alınmamışdır.

35. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 129, 130-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88, 89-cu maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şik ayətinə qarşı etirazın dəlilləri 36.Kassasiya şikayətinə qarşı cavabdeh tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçısının izahatı 37.İddiaçı MMC-nin nümayəndəsi X15 və vəkil X13 məhkəmə kollegiyasının iclasında kassasiya şikayəti üzrə izahat vermədilər. 38.Cavabdehin nümayəndəsi X14 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün izahatı dinlənilmədi. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 39.Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 40.İş üzrə iddiaçılar apelyasiya məhkəməsinin qətnaməsini bütö vlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri). 41.Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

42. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

354. Etibarsız əqdlər üzrə müddətlər 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər”. “Maddə

360. Səlahiyyət verilməyən şəxsin əqd bağlaması 360.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şə xsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ 43.Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr öz qətnamələrini yuxarıda qeyd olunan qanunvericilik aktlarına istinad etməklə düzgün olaraq əsaslandırmış, qanuni nəticəyə gəlmişlər, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələb lərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğından, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 16 iyun tarixli, 22(103)-168/2020 qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. 44.Məhkəmələr tərəfindən müəyyən edildiyi kimi, “Liebherr” markalı, 90JS380 dövlət qeydiyyat nişanlı və “Liebherr LTM 1040” markalı **-JO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri iddiaçıların mülkiyyətində olmuş, xx.xx.2016-cı il tarixli və xx.xx.2016-cı il tarixl müqavilələrə əsasən həmin nəqliyyat vasitələri cavabdehə satılmış və cavabdehin həmin nəqliyyat vasitələri üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İddiaçı tərəfindən isə həmin əqdlərin etib arsızlığına dair qanunvericilikdə müəyyənləşdirilmiş hansı şərtin pozulması barədə məhkəmələrə heç bir sübut təqdim edilməmişdir. Qanunverici isə əqdin etibarsız hesab edilməsi tələbinin irəli sürülməsi üçün bir illik kəsici müddət müəyyən etmişdir. İddiaçılar isə alqı-satqı müqavilələrinin bağlanmasından bir neçə ay əvvəl xəbər tutduqlarını iddia etsələr də, göstərilən halları təsdiq edən müvafiq sübutları məhkəməyə təqdim etməmiş, həmin halları məhkəmədə sübuta yetirməmişdir. 45.İddiaçıların kassasiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, müqavilələrə imza çəkən möhürü saxlamalı olan Xasaylı İsmayıl adlı o “məsul şəxs” özü izahatında heç bir şübhə yeri qoymadan bildirmişdir ki, müqavilə bağlanan zaman heç yerdə işləmirdi, yəni məsul şəxs deyildi, onun səlahiyyətli olmadığı halda, belə möhürün hansı səbəbdən onda olmasını, iddiaçı təşkilatın möhürlərini necə əldə etməsini, müqaviləyə hansı əsasla imza çəkdiyini məhkəmə araşdırmamış, məhkəmə kassa məxaric orderlərində, müqavilələrdə göstərilən məbləğlərin İsmayıl Xasayevə ödənildiyini sübut kimi qəbul etsə də, həmin şəxsin iddiaçı müəssisələrin heç birinin əməkdaşı olmadığı faktı unudulmuş, kassa məxaric orderlərində MMC-lərin adlarının olmaması halları məhkəmə tərəfindən nəzərə alınmamış, ümumiyyətlə, işə baxan məhkəmələr tərəfindən müqavilənin Xasaylı tərəfindən imzalanması, möhürün onda olması, əməkdaşı olmadığı təşkilatın möhürünü hansı yolla əldə etməsi, müqaviləyə hansı əsasla imza çəkməsi araşdırılmamışdır. 46.Kassasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edilməlidir ki, işə məhkəmədə baxılarkən müqavilələrdə olan möhür əkslərinin mötəbərliyi öz təsdiqini tapmış, iddiaçılar həmin dövrdə möhürlərin maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi barədə heç bir sübut təqdim etməmişdir. Apellyasiya məhkəməsi bununla bağlı həmçinin qeyd etmişdir ki, iş materiallarına əsasən, müqavilələrdə olan möhürlər müvafiq olaraq iddiaçıların səlahiyyətli şəxsi tərəfindən vurulmuş, yaranmış vəziyyətdə isə müqavilələrdə imzanın həmin səlahiyyətli şəxs tərəfindən icra edilməməsi onların etibarlılığını birmənalı şübhə altına almır. Əgər həmin müqavilələr imzalandıqdan sonra hüquqi şəxsin rəhbəri tərəfindən möhürlə təsdiq edilmişdirsə, hüquqi şəxsin təmsilçisi müqaviləni bəyənmişdir. Yaxud əgər hüquqi şəxsin təmsilçisi imzalanmamış müqaviləni qabaqcada n öz möhürü ilə təsdiq etmişdirsə, yenə də təmsilçi imzanın hər hansı şəxs (ixtiyarlı və ya ixtiyarsız) tərəfindən imza ediləcəyini göz altına alaraq müqaviləni, o cümlədən onu imzalayacaq şəxsin imzasını öncədən təsdiq etmiş (bəyənmiş), müqavilə imzalandığı andan qüvvəyə minmişdir. 47.Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 48.Həmçinin alqı-satqı müqavilələrində guya iddiaçıların “Liebherr” markalı **-JS-*** dövlət qeydiyyat nişanlı avtokranın 12.000 manata və “Liebherr LTM 1040” mark alı **-JO*** dövlət qeydiyyat nişanlı avtokranın isə 15.000 manata cavabdehə satılması göstərilsə də, həmin modelli avtokranların dəyərinin qat-qat yüksək olduğu və yüz minlərlə dəyəri olan avtokranın sadəcə 12.000 və 15.000 manata satılmasının mümkün olmadığı barədə iddiaçıların dəlilləri əsassız olmaqla, apelyasiya instansiyası məhkəməsinin qanuni qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, hər iki avtomobil 1999-cu il buraxılışı olmaqla cavabdehə satılanadək uzun müddət (17 il) ərzində istismarda olmuş və həmin avtomobillərin hazırda dəyərinin yüz min manatlarla olması barədə isə iddiaçılar tərəfindən məhkəmələrə hər hansı mötəbər sübutlar da təqdim edilməmişdir. Bundan başqa müqavilələrdə qeyd edilmiş pul məbləğlərinin iddiaçılara verilməməsi isə, apelyasiya məhkəməsinin də düzgün olaraq qeyd etdiyi kimi, həmin müqavilələrin etibarsız hesab edilməsi barədə deyil, yalnız ləğv edilməsi barədə müvafiq iddia qaldırılması üçün əsas ola bilərdi. 49.Beləliklə, məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin rədd edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası mübahisəli avtokranların alqı-satqı müqavilələrinin iddiaçıların adından İ.Xasaylı tərəfindən imzalandığını, iş materiallarında İ.Xasaylıya həmin hüquqi şəxslərin adından alqı-satqı müqavilələrini imzalamaq səlahiyyəti verən hər hansı bir etibarnamə olmasa da, sənədlərdəki möhür əkslərinin müvafiq olaraq iddiaçılara məxsus olması faktının onların direktoru tərəfindən mübahisələndirilmədiyini, alqı-satqı müqavilələri xx.xx.2016-cı il və xx.xx.2016-c ı il tarixlərdə bağlanıldığı, iş üzrə iddia ərizələri isə müvafiq olaraq 2019-cu ilin mart və avqust aylarında verildiyindən, iddiaçılar tərəfindən həmçinin Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş etibarsız əqdlər üzrə nəzərdə tutulmuş bir illik kəsici iddia müddətlərinin də ötürüldüyünü, bundan əlavə mübahisə predmeti olan avtokranların müqavilələr bağlandığı vaxtdan hazıra kimi cavabdehin mülkiyyətində olmaqla, sonuncu tərəfindən istifadə edildiyini, iddiaçıların isə hüquqi şəxslər olaraq mübahisəli avtokranların alqı-satqı müqavilələri üzrə onların mülkiyyətindən çıxmasını hər il müvafiq hesabatlar verərkən və müvafiq vergiləri ödəyərkən bilməli olduqlarını nəzərə alaraq kassasiya şikayətinin dəlillərinə tənqidi yanaşır. 50.Qeyd edilənlərə əsasən işə kassasiya qaydasında b axan məhkəmə hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 16 iyun tarixli, 2-2(103)168/2020 qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 51.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: 52.Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 16 iyun tarixli, 2-2(103)-168/2020 qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar