Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-327/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı-nin cavabdeh “xxxx” ASC-yə qarşı iş üzrə QƏRARDAD (kassasiya icraatına xitam verilməsi barədə) iş № 2-2(102)-327/19 Bakı şəhəri 21 avqust 2019-cu il 21.08.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı-nin vəkili Vəkil1un, cavabdeh“xxxx” ASC-nin vəkili Vəkil iştirakları ilə, cavabdeh “xxxx” ASC-nin nümayəndəsi və vəkili Vəkil tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 fevral 2019-cu il tarixli, 2-2(103)-111/2019 sayl ı qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə icraat zamanı daxil olmuş ərizəyə açıq məhkəmə iclasında baxılmışdır. İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ÜnvanX117 ünvanında yerləşən əmlaka dair İddiaçı-nin şəxsi uçot haqqında məlumatlarına borc vəsaiti kimi əks etdirilmiş 52.809,23 manat məbləğin silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasıbarədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ÜnvanX117 ünvanında yerləşən əmlaka dair İddiaçı-nin şəxsi uçot haqqında məlumatlarına borc vəsaiti kimi əks etdirilmiş 52.809,23 manat məbləğin şəxsi uçot haqqında məlumatlardan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmiş dir. Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02noyabr 2018-ci il tarixli, 2-2(81)958/2018 saylı qətnaməsi ilə (hakim Məhəmməd Əkbərov) iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 fevral 2019-cu il tarixli, 2-2(103)-111/2019 saylı qətnaməsi ilə (sədrlik edən Vidadi Məmmədov, hakimlər Elşad Şamayev və İlham Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin qətnaməsi Apellyasiya instansiya məhkəməsinin qətnaməsində işin halları və əsaslandığı sübutlar a şağıdakı kimi müəyyən edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının 23 may 2017-ci il tarixli, 226 saylı “Yaşayış kompleksinin layihələndirilməsi haqqında” sərəncamına əsasən, ÜnvanX 2008-ci məhəllədə 13,32616 ha torpaq sahəsində yaşayış kompleksinin tikintisinin layihələndirilməsinə iddiaçıya icazə verilmişdir. 23 yanvar 2009-cu il tarixli, ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə görə ÜnvanX 117 ünvanda yerləşən 0,5246 hektar torpaq sahəsi X1 tərəfindən iddiaçıya satılmışdır. 23 yanvar 2009-cu il tarixli, ******* saylı “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən Bakı şəhəri ünvanx 117 ünvanda yerləşən 0,03082 hektar torpaq sahəsi X1 tərəfindən iddiaçıya satılmışdır. İddiaçının cavabdehə ünvanladığı 08 may 2018-ci il tarixli 01 saylı, 15 aprel 2018-ci il tarix li, 03 saylı məktublarda bildirmişdir ki, Bakı şəhəri, ünvanx 117 ünvanda yerləşən İddiaçı tərəfindən inşa edilmiş XXX yaşayış kompleksinin olduğu ərazi əvvəllər “xxxx” ASC-yə məxsus olmuşdur, həmin ərazini İddiaçı 2007-ci ildə satın almışdır. “xxxx” ASC-nin 2004-cü ilin mart ayından 2006-cı ilin noyabr ayına qədər istehlak etdiyi elektrik enerjisinə görə 52.809,23 manat məbləğində ödənilməmiş borcu qalmışdır, həmin borc İddiaçı-nin şəxsi uçot haqqında məlumatlarına daxil edilərək onun borcu kimi göstərilmişdir. İddiaçı həmin borcun ona aid olmaması əsası ilə borcun silinməsini xahiş etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı 14 may 2018-ci il tarixli, HX-18/0504 saylı məktubda cavabdeh müraciətə cavab olaraq iddiaçıdan borcun ödənilməsini tələb etmişdir. Abunə haqqında sənədlərə əsasən, i ddiaçının saldosunda Bakı şəhər ünvanx 117 ünvan üzrə 52.809,23 manat qalıq borcun akt əsasında daxil edildiyi qeyd olunmuşdur. İşin bu hallarına və sübutlara əsaslanmaqla apellyasiya məhkəməsi bildirmişdir ki, iddiaçının mübahisələndirdiyi istehlakdan əlavə hesablanan məbləğin əsaslılığının sübuta yetirilməsi mülki prosesin tələblərinə uyğun olaraq cavabdehin vəzifəsi olmasına baxmayaraq, cavabdeh həmin məbləğin iddiaçının hərəkətləri nəticəsində yaranmasını əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh mənbəyi bəlli olmayan və onun özü tərəfindən tərtib olunmuş sənədlərə istinad etmişdir ki, həmin sənədlər iddiaçı üçün hər-hansı öhdəlik yarada bilməz. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixl i, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.17, 8.2, 8.4, 8.18-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qətnamədən cavabdeh kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra cavabdeh ərizə təqdim edərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 fevral 2019-cu il tarixli, 2-2(103)-111/2019 saylı qətnaməsindən verdiyi kassasiya şikayətindən imtina etilməsinin qəbul olunmasını və iş üzrə kassasiya instansiyasında icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətindən imtinaya da ir və kassasiya icraatına xitam verilməsi barədə ərizəni müfdafiə edərək, onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili cavabdehin kassasiya şikayətindən imtina edilməsinə dair ərizəyə etiraz etmədiyini bildirmişdir. Hüquqi məsələlər Məhkəmə kollegiyası məruzəçinin məsələyə dair məruzəsini dinləyib, işin materiallarını və ərizəni nəzərdən keçirərək hesab edirki, aşağıdakı əsaslara görə ərizə təmin edilməli, kassasiya şikayətindən cavabdehin imtinası qəbul olunmaqla kassasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Məcəllə): - 410.1-ci maddəsinə əsasən, kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır; - 410.2-ci maddəsinə əsasə n, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir; - 410.3-ci maddəsinə əsasən, kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır. Maddələrin tələblərindən göründüyü kimi, kassasiya şikayəti vermiş şəxsin ondan imtina edilməsi və kassasiya icraatına xitam verilməsi yalnız iki halla məhdudlaşdırılmışdır. Onlara həmin Məcəllənin 191-ci maddəsində müəyyən edilmiş əsasların mövcudluğu və başqa şəxslərin şikayətin verilməsi aiddir. Qeyd edilmiş hallar müəyyən edilmədiyi halda, məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edib kassasiya instansiyasında icraata xitam verir. Məcəllənin 191-ci maddəsi “İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi”nin qaydalarını tənzimləmiş və həmin prosessual hərəkətlərin aparılması məhkəmə iclasının protokoluna yazılması və yaxud bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə olunması nəzərdə tutulmuşdur. Habelə, həmin maddə ilə əlaqəli olan Məcəllənin 52.5-ci maddəsində müəyyən olunmuşdur ki, göstərilən prosessual hərəkətlər qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Müddəaların t ələblərinə uyğun olaraq məhkəmə kollegiyası qeyd edir ki, barəsində cavabdeh tərəfindən verilmiş qətnamədən başqa şikayət verilməmiş, habelə istinad edilən Məcəllənin 191-ci maddəsində əks olunmuş əsaslar müəyyən edilməmişdir, çünki cavabdeh tərəfindən kassasiya şikayətindən imtina məhkəməyə göndərilən yazılı ərizədə ifadə olunmuşdur. Habelə, cavabdehin kassasiya şikayətindən imtinası hər hansı başqa şəxsin hüquqlarını və qanunla qorunan mənafeyinin pozulmasına səbəb olmamışdır. Eyni zamanda, cavabdehə izah etməklə məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 fevral 2019-cu il tarixli, 22(103)-111/2019 saylı qətnaməsindən onun tərəfindən yenidən şikayətin verilməsi istisna olunur. Bununla da, məhkəmə kollegiyası belə nitəcəyə gəlir ki, cavabdeh tərəfindən ona tanınan hüququndan istifadə edərək kassasiya şikayətindən imtina edilməsi qanuna zidd deyildir və bu əsasla ərizə təmin edilməklə, kassasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: cavabdeh “xxxx” ASC-nin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş ərizə təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 fevral 2019-cu il tarixli, 2-2(103)-111/2019 saylı qətnaməsində cavabdeh tərəfindən verilmiş kassasiya şikayətindən imtina qəbul edilsin və kassasiya icraaatına xitam verilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-2(102)-327/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-327/2019
21.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver