Məhkəmə qərarları › İş №2-2(102)-329/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-329/2024

08.05.2024 · Torpaq mübahisələri - Digər - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-329/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti barədə fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Mülki Kollegiyasının hakimi Şamayev Elşad Yaquboviç və İnzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “torpaq sahəsini qanunsuz zəbt etməklə yaradılmış maneənin cavabdehin hesabına aradan qaldırılması” tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2024-cü il 22 aprel tarixli e-2-2(119)777/2024 nömrəli qərardadına əsasən, Siyəzən Rayon Məhkəməsi ilə Sumqayıt Kommersiya Məhkəməsi arasında fikir ayrılığının həll edilməsi ilə bağlı məsələ üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı a) Siyəzən Rayon Məhkəməsindəki icraat

1. İddiaçı (bundan sonra – “iddiaçı”) "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Siyəzən Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin onun mülkiyyətində olan Siyəzən şəhəri, Şəhriyar küçəsində yerləşən 0,01 ha torpaq sahəsinin bir hissəsini qanunsuz zəbt etməklə, onun üçün yaratdığı maneənin cavabdehin hesabına aradan qaldırılması b arədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Siyəzən Rayon Məhkəməsinin 2024-cü il 28 mart tarixli 2(059)-6/2024 nömrəli qərardadına əsasən, mülki iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim – B.Ələkbərov).

3. Məhkəmə qeyd etmişdir ki, Siyəzən Bələdiyyəsinin 2014-cü il 30 aprel tarixli 5-6 nömrəli qərarına və torpaq icarə müqaviləsinə əsasən Siyəzən şəhərinin Şəhriyar küçəsindəki 0,01 ha torpaq sahəsi 99 il müddətinə icarə hüququ üzrə sahibkarlıqda istifadə etməsi məqsədilə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 23 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində qeydiyyata alınmış, habelə bu torpaq sahəsinin üzərində hüququn əlavə yüklülüyü olmamışdır.

4. Tərəflər arasında yaranmış mübahisə onların faktiki vəziyyətdə bağlı olduqları, habelə sahibkarlıq tələbatının ödənilməsi məqsədilə iddiaçıya icarə hüququ üzrə verilmiş torpaq sahəsindən istifadəsinə cavabdeh tərəfindən yaradılmış maneənin sonuncunun hesabına aradan qaldırılmasından ibarət olmaqla, özlüyündə mahiyyət etibarı ilə mübahisənin predmeti baxımından iqtisadi məzmunlu (xarakterli), sahibkarlıq fəaliyyətinin həyata keçirilməsini ehtiva edir. Hazırkı məqamda iddiaçı fərdi sahibkar statusuna malik olmayan fiziki şəxs olsa da, cavabdeh bütün səhmləri dövlətə məxsus hüquqi şəxsdir.

5. Digər tərəfdən, iddiaçının nümayəndəsi və vəkili izahatında qeyd etmişdir ki, iddiaçı həmin torpaq sahəsini sahibkarlıq məqsədilə almaqla, orada ticarət obyekti inşa etdirmək niyyətində olmuş, lakin cavabdeh tərəfindən yaradılmış maneələr nəticəsində iddiaçı torpaq sahəsindən təyi natı üzrə istifadə etmək imkanından məhrum olmuşdur.

6. Məhkəmə hesab etmişdir ki, iddiaçı hazırkı tələblə ümumi məhkəməyə müraciət edərkən, əslində cavabdeh tərəfindən öz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə yaranmış maneənin aradan qaldırılmasına nail olmağa çalışmış və bunun üçün əmlak hüququnun pozulması halına istinad etmişdir. Bütün bunlar isə bu mübahisənin kommersiya fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğunu göstərir. b) Sumqayıt Kommersiya Məhkəməsindəki icraat

7. Sumqayıt Kommersiya Məhkəməsinin 2024-cü il 22 aprel tarixli e-2-2(119)777/2024 nömrəli qərardadı ilə məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün iş materialları Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir (hakim – F.Həmidli).

8. Kommersiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı fərdi s ahibkar statusuna malik olmayan fiziki şəxs olduğundan, mübahisənin ümumi və ya kommersiya məhkəməsinə aidiyyətini müəyyən etməyə imkan verən üç qiymətləndirici meyarın, yəni tərəflərin subyekt tərkibinin, mübahisənin predmetinin və hüquq münasibətlərinin xarakterinin qarşılıqlı bağlılığı yaranmır. Belə ki, “Elektron məhkəmə” İnformasiya sistemindən, o cümlədən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin rəsmi portalından əldə edilən məlumatlara əsasən, iddiaçı vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə (VÖEN-ə) malik deyil, yəni o, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmamışdır.

9. Bundan əlavə, qanunvericilik fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsi ndə baxılması imkanını tanısa da, bu halların siyahısı konkretdir: a) mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi kommersiya hüquqi şəxslərinin korporativ mübahisələri; b) Mülki Prosessual Məcəllənin 30-cu maddəsinin tələbləri baxımından fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxılması halı. Hazırkı halda qeyd edilən şərtlər ödənilmir.

10. Məhkəmə Siyəzən Rayon Məhkəməsinin qərardadında qeyd edilən “mübahisənin özlüyündə mahiyyət etibarilə mübahisənin predmeti baxımından iqtisadi məzmunlu (xarakterli) sahibkarlıq fəaliyyətinin həyata keçirilməsini ehtiva etməsi, iddiaçının hazırkı tələblə ümumi məhkəməyə müraciət edərkən, əslində cavabdeh tərəfindən sahibkarlıq fəaliyyətinə edilən maneənin aradan qaldırılmasına nail olmağa çalışması” barədə göstərilənlərlə də razılaşmamışdır. Belə ki, iş materiallarına əsasən, iddiaçı Siyəzən şəhəri ərazisində yerləşən və sahəsi 0,01 ha olan həmin torpaq sahəsini Siyəzən bələdiyyəsinin 2014-cü il 30 aprel tarixli 5-6 nömrəli qərarı və həmin bələdiyyə ilə aralarında bağlanmış torpaq icarəsi müqaviləsi əsasında 99 il müddətinə icarəyə götürmüşdür. İddia ərizəsi ilə məhkəməyə isə 2023-cü il 18 yanvar tarixində müraciət edilmişdir. Yəni torpağın icarəyə götürülməsindən iddia ərizəsi verilənədək 9 ilə yaxın müddət keçməsinə baxmayaraq həmin torpaq sahəsindən istifadə edilməmiş, hətta iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi hasarlanma işləri belə aparılmamışdır. İddiaçının fərdi sahibkar st atusuna malik olmayan fiziki şəxs olması da nəzərə alındıqda, həmin torpaq sahəsinin faktiki olaraq hansı məqsədlə - şəxsi istehlak məqsədləri ilə, yaxud sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə əldə etməsi sual yaradır.

11. Digər tərəfdən, Siyəzən Rayon Məhkəməsinin qərardadında göstərildiyi kimi, “iddiaçının hazırkı tələblə ümumi məhkəməyə müraciət edərkən, əslində cavabdeh tərəfindən sahibkarlıq fəaliyyətinə edilən maneənin aradan qaldırılmasına nail olmağa çalışması” halı mövcud olsa belə, iddiaçı vergi ödəyicisi statusuna malik olmadığından onun “həyata keçirəcəyi” sahibkarlıq fəaliyyəti qanunsuz sahibkarlıq fəaliyyəti hesab ediləcək və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarında (bundan sonra – “Plenum Qərarı”) formalaşdırılmış hüquqi mövqe baxımından, bu mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....”

13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarında müəyyən edilmişdir ki: “...

27. Fər di sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilatihüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrin kommersiya məhkəmələrində baxılması imkanı yalnız bu Qərarın 26-cı bəndində qeyd edilən iki halla məhdudlaşacaqdır.”...” Ali Məhkəmənin mövqeyi

14. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin hər birinin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən iş araşdırılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilməlidir.

15. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin (bax § 12) əlaqəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisənin kommersiya məhkəməsinin aidiyyətində olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılı ğı müəyyən olunmalıdır.

16. Hazırkı mübahisənin subyektiv tərkibi ona kommersiya məhkəməsində baxılmasına əsas vermir.

17. Belə ki, iş materiallarından, o cümlədən internet vergi idarəsinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsinə dair rəsmi internet səhifəsindən əldə olunmuş məlumata görə, hazırkı iş üzrə iddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs statusuna malik deyildir (yəni iddiaçının VÖEN-i yoxdur).

18. Plenum Qərarının 27-ci bəndində (bax § 13) formalaşdırılmış hüquqi mövqelərdən aydın olur ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz f əaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır.

19. Belə olan təqdirdə isə, artıq digər meyarlar, yəni mübahisəli hüquq münasibətinin xarakteri və mübahisənin predmeti baxımından mübahisə kommersiya fəaliyyətindən yaranan mübahisə kimi qiymətləndirilsə belə, ona kommersiya məhkəməsində baxılması mümkünsüzdür. Odur ki, həmin meyarlar üzrə hüquqi dəyərləndirmə aparılmasına prosessual qənaət prinsipi baxımından lüzum da qalmır.

20. Göstərilənləri ümumiləşdirərək qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, iddiaçının sahibkar statusu olmadığından hazırkı mübahisəyə kommersiya məhkəməsində baxılması hər bir halda istisna olunur. Odur ki, hazırkı mübahisəyə ümumi məhkəmədə, yəni iddianın verildiyi Siyəzən Rayon Məhkəməsində baxılmalıdır.

21. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 32.7, 403-1.6, 403-1.7, 403-1.9 və 403-1.9.1-ci madd ələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “torpaq sahəsini qanunsuz zəbt etməklə yaradılmış maneənin cavabdehin hesabına aradan qaldırılması” tələbinə dair mülki iş baxılması üçün Siyəzən Rayon Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar