Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-334/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi ilə və məruzəsi ilə, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 9 mart tarixli 2- 2(106)-11/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I.İŞİN HALLARİ
1. RX seriyalı, ******* saylı Çıxarışdan görünür ki, Lənkəran rayonu, Şiləvar kəndində yerləşən ümumi sahəsi 115,9 kv.m olan qeyri-yaşayış sahəsinin 45,4 kv.m hissəsi üzərində Cavabdeh2, 70,5 kv.m hissəsi üzərində isə İddiaçı mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmışdır. 2. 2009-cu il noyabr ayından 2010-cu il noyabr ayına olan qaimə fakturaların surətindən görünür ki, İddiaçı müxtəlif adlarda tikinti materialları almışdır. 3. "xxxx" ASC-nin Lənkəran filialı tərəfindən verilmiş qəbzlərin surətlərindən görünür ki, İddiaçı müxtəlif vaxtlarda Cavabdeh1 kredit borcları hesabına ödənişlər etmişdir.
4. Lənkəran Rayon Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli, 2(049)-2566/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmla k” tələbinə dair iddiası təmin edilməmişdir.
5. Lənkəran Rayon Məhkəməsinin 2021-ci il 11 fevral tarixli, 2(049)-361/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və X1, Bakı şəhəri 14 saylı notariat ofisinə, Lənkəran Rayon 1 saylı Notariat ofisinə, DƏDRX-nin Lənkəran şəhər Ərazi İdarəsinə qarşı Lənkəran rayonu Şilavar kəndi ərazisində yerləşən ümumi sahəsi 130.0 kv.m, yaşayış sahəsi 71.8 kv.m olan fərdi yaşayış evinin və 0,12712 ha torpaq sahəsinin cavabdeh İddiaçı bağışlanılmasına dair 2020-ci il 13 avqust tarixli Daşınmaz Əmlakın bağışlanılması müqaviləsi, həmin mülkün İddiaçı adına qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 2020-ci il 1 sentyabr t arixli çıxarışın, İddiaçı tərəfindən həmin daşınmaz əmlakın qızı X1 bağışlanılmasına dair 2020ci il 8 sentyabr tarixli Daşınmaz Əmlakın bağışlanılması müqaviləsi, eləcə də həmin daşınmaz əmlakla əlaqədar X1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 2020-ci il 21 sentyabr tarixli çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh1 (bundan sonra – “Cavabdeh1”) və Cavabdeh2 (bundan sonra – “Cavabdeh2”, bundan sonra birgə işlədildikdə “cavabdehlər”) qarşı 2021-ci il 13 iyul tarixdə iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, 90.000 manat pulun, 70.5 k v.m sahədən istifadəyə görə 36.000 manat pulun, 70.5 kv.m sahənin boşaldılıb təhvil verilənədək hər ay üçün 500 manat pulun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması və 15.000 manat pulun Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Lənkəran rayonu, Şiləvar kəndində yerləşən bir mərtəbəli ümumi sahəsi 115,9 kv.m sahənin müvafiq olaraq tikintialtı sahə 0,00506 ha, ümumi sahə 45.4 kv.m – Cavabdeh1 və tikintialtı sahə 0.00782 ha, ümumi sahə 70.5 kv.m iddiaçının mülkiyyətində olmuş və sahəyə qeydiyyat hüququ 2014-cü ildən yaranmışdır. 2008-ci ildən həmin qeyri-y aşayış sahəsində “Xəzər” inşaat materialları mağazası fəaliyyət göstərmişdir. Mağazaya iddiaçı və cavabdehlər tərəfindən birgə vəsait sərf olunsa da, cavabdehlər əldə etdikləri gəliri qoyulmuş vəsaitə mütənasib şəkildə bölüşdürməyərək özləri üçün sərf etmişlər. Müxtəlif banklardan kredit və fiziki şəxslərdən borc alaraq mağazanın dövriyyəsi artırılmış, həmçinin Bakı şəhərində yerləşən topdan satış mərkəzlərindən mal-material alınaraq mağazaya göndərilmişdir. Lakin cavabdehlər bunun müqabilində iddiaçıya pul verməmişlər. Belə ki, Cavabdeh1 tərəfindən "xxxx" ASC-dən alınmış kredit üzrə müxtəlif vaxtlarda 170,34, 14.000, 1.023, 187,96, 2.350, 254,91, 32 manat və müxtəlif vaxtlarda 2.690,10 və 17 ABŞ dolları məbləğində kredit borcu ödənilmiş, həmçinin "xxxx" ASC-yə 3.761 manat kredit borcu v ə digər xərclər olmaqla, 4.154 manat pul ödənilmişdir.
8. İkinci tələb üzrə cavabdehlər iddiaçıya məxsus 70.5 kv.m sahədən 2014-cü ildən istifadə edərək heç bir vəsait ödəməmişlər. Belə ki, sahənin bir aylıq icarə haqqı 500 manat təşkil etmişdir. 2014-cü ildən 2021-ci ilədək müddət üzrə ümumi məbləğ (500 manat x 12 ay = 6.000 manat x 6 il = 36.000 manat) 36.000 manat məbləğində pul vəsaiti hesablanmışdır. Üçüncü tələb üzrə: Lənkəran Rayon Məhkəməsinin 2021-ci il 11 fevral tarixli və həmin qətnamənin qüvvədə saxlanılmasına dair Şirvan Apellyasiya Məhkəməsinin 2021-ci il 30 iyun tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 bank qarşısında kredit borcu üzrə Cavabdeh2 məxsus Şilavar kəndi ərazisində yerləşən yaşayış sahəsi girov qoyulmuş və iddiaçı evin sonuncunun adına rəsmiləşdiril məsinə dair verilmiş vədə inanaraq banka olan borcu ödəmiş və sahəni qızının adına keçirmişdir. Lakin cavabdehlər sonradan vədlərinə əməl etməyərək sahənin geri alınması ilə bağlı iddia qaldırmışlar və onların iddiası təmin edilmişdir. Belə olan halda iddiaçı tərəfindən sahənin girovdan azad edilməsi üçün ödənilmiş cavabdehlərin etiraf etmiş olduğu 10.000 və əməliyyatın aparılması üçün çəkilmiş xərc olan 5.000 manat, ümumilikdə 15.000 manat pulun cavabdehlərdə qalması üçün heç bir əsası mövcud olmamışdır.
9. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - “MM”) 21.1, 21.2, 21.3, 152.1-ci maddələrinə istinad etmişdir.
10. Cavabdehlər tərəfindən iddia tələbinə dair etiraz təqdim olunmamışdır.
11. Lənkəran Rayon Məhkəməsinin 2021-ci il 15 noyabr tarixli, 2(049)-2446/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 10.000 manat məbləğində pul alınaraq iddiaçıya ödənilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir (hakim – M.İsayev).
12. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2022-ci il 26 may tarixli, 2(106)-1177/2022 saylı qərardadı ilə apellyasiya şikayətləri qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək mülki işin aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qət olunmuşdur (sədrlik edən hakim – Z.Zeynalov, hakimlər – Z.Allahyarov və M.Həsənov).
13. Şirvan Kommersiya Məhkəməsinin 2022-ci il 13 oktyabr tarixli, 2-2(121)-1522/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 10.000 manat məbləğində pul al ınaraq iddiaçıya ödənilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir (hakim – İ.Cabbarov).
14. Birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarına istinadən gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddiaçı iddia tələbinin ilk üç hissəsi ilə bağlı məhkəməyə heç bir tutarlı sübut təqdim etməmiş, mal-material sonuncu tərəfindən alındığı təqdirdə belə həmin mal-materialın məhz cavabdehə məxsus mağazada satılması təsdiqini tapmamışdır. İddiaçının ərizəsində qeyd olunduğu kimi sonuncu mağaza işlədiyi vaxtdan pul ödənilmədiyi halda tərəfindən banklardan kredit götürülərək mağazaya xərclənməsi, həmçinin mal alınması barədə bildirdikləri inandırıcı gəlməmişdir. Faktiki olaraq iddiaçı tələbinin ilk 3 hissəsində dəymiş ziyanı və əldən çıxmış faydanı tələb etmişdir ki, bununla bağlı da tərəfindən sübut təqdim olunmamışdır.
15. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasındakı olan münasibət şifahi formada bağlanmış borc müqaviləsindən əmələ gəlmişdir. Belə ki, iddiaçı ünvan 1 ünvanında yerləşən “Xəzər” inşaat-tikinti materialları mağazasının cavabdehlərlə şərikli işlətməsi və bunun müqabilində iddiaçıya 90.000 manat borclu olduqlarına, sonuncuya məxsus 70.5 kv.m sahənin cavabdehlərə icarəyə verilməsi barədə razılıq əldə etməsi və Cavabdeh2 məxsus Lənkəran rayonu, Şilavar kəndi ərazisində yerləşən ümumi sahəsi 130.0 kv.m, yaşayış sahəsi 71.8 kv.m olan fərdi yaşayış evi və 0,12712 ha torpaq sahəsini ipotekadan azad edilməsi üçün "xxxx" KB ASC-də Cavabdeh1 adına olan kredit borcu hesabına 10.000 manatdan əlavə əməliyyatın aparılması üçün 5.000 manat ö dəməsinə dair mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.
16. Məhkəmə öz mövqeyini MM-in 385.1, 386.1, 430.1, 448.1, 739.1, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 18 mart tarixli Qərarına, “Kraska İsveçrəyə qarşı” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 1993-cü il 19 aprel tarixli Qərarına, “Mahmudov Rusiyaya qarşı” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2007-ci il 26 iyul tarixli Qərarına, “Qavazov Bolqarıstana qarşı” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2008-ci il 6 mart tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1, 217.4, 218.3cü maddələrinə istinad etmişdir.
17. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – iddianın təmin edilməyən hissəsində ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
18. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edərək iddia tələbinin – Cavabdeh1 10.000 manat alınaraq iddiaçıya verilməsi hissəsində rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 5 dekabr tarixli, 2-2(106)-167/2022 saylı qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin MPM-in 361-ci maddə sinin tələblərinə uyğunluğunun yoxlanılması üçün kommersiya işi məhkəmə baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmışdır (sədrlik edən hakim – T.Heydərov, hakimlər – T.Kərimov və Z.Zeynalov).
20. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 9 mart tarixli, 2-2(106)-11/2023 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – C.İmanov, hakimlər – S.Həsənov və P.Əhmədov).
21. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı qeyd edilən tikinti mağazasının fəaliyyətə başlaması və dövriyyəsinin artırılması ilə bağlı sonuncu ilə cavabdehlər arasında şifahi razılaşmanın olması, mağazanın dövriyyəsinin artırılması və fəaliyyətinin gücləndirilməsi məqsədilə həm maddi vəsaiti mədaxil etməsi, həm də tərəfdaşlarla müqavilələrin bağlanmasını, malların alınmasını göstərsə də, məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, mal-material iddiaçı tərəfindən alındığı təqdirdə belə həmin mal-materialın məhz cavabdehə məxsus mağazada satılması ilə bağlı əsaslı sübut təqdim edə bilməmişdir. Mübahisəli mağaza üzərində iddiaçının 70.5 kv.m hissədə mülkiyyət hüququ olsa da həmin pay naturada bölünməmiş, beləliklə də mağazanın hansı hissəsinin konkret olaraq iddiaçının mülkiyyətində olması müəyyənləşdirilməmişdir. Hazırda qeyd olunan mübahisəli mağaza vahid tam olmaqla tərəflərin payları naturada bölünməmişdir. Belə olan halda iddiaçıya aid hansı hissədən cavabdehlərin istifadə etməsini konkret göstərə bilməmişdir.
22. İddiaçı cav abdehlərin banka olan borcundan "xxxx" KB ASC-yə 10.000 manat ödəməsini bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası iddianı qismən, 10.000 manat hissədə təmin edən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
23. Məhkəmə öz qətnaməsini MM-in 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 448.2, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 18 mart tarixli Qərarına, MPM-in 385.2, 402.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
24. Apellyasiya məhkəməsinin qətnaməsi 2023-cü il 10 mart tarixdə iddiaçı ilə Cavabdeh1 göndərilmişdir.
25. İddiaçı ərizə ilə Şirvan Apellyasiya Məhkəməsinə mü raciət edərək, kassasiya şikayətinin verilməsi üçün dövlət büdcəsinin hesabına vəkillə təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 aprel tarixli, 2-2(106)-11/2023 saylı qərardadı ilə iddiaçının ərizəsi təmin olunmamışdır (sədrlik edən hakim – C.İmanov, hakimlər – İ.Əsədov və S.Mayılov).
27. İddiaçı həmin qətnamədən 2023-cü il 25 aprel tarixində kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qismən – iddianın təmin edilməyən hissəsində ləğv olunması və həmin hissədə işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
28. MM- in 21.2, 157, 213.2, 215, 385, 442, 443.3, 443.4, 1091.1, 1091.2, 1092.1-ci maddələrinin tələbləri pozulmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, tikinti materialları mağazasının fəaliyyətə başlaması və dövriyyəsinin artırılması ilə bağlı tərəflərin şifahi razılaşması olmuş, bundan irəli gələrək iddiaçı mağazanın dövriyyəsinin artırılması və fəaliyyətinin gücləndirilməsi məqsədilə həm maddi vəsaiti mədaxil etmiş, həm də tərəfdaşlarla müqavilələrin bağlanmasını malların alınması, qəbul edilməsi və bundan irəli gələn digər hərəkətləri etmiş, bəzi dövrlərdə isə birbaşa olaraq mağazada satışda iştirak etmişdir. Mağazada iddiaçının da payı olmuş (dövriyyə artırılıb və mağazanın ərsəyə gəlməsində iştirak edib), lakin cavabdehlər iddiaçıya çatası payı sonuncuya verm əmişlər, dolayısı ilə iddiaçı həmin gəlirdən məhrum olmuşdur. Ancaq məhkəmələr iddia tələbi üzrə qiymətləndirmə apararkən hazırkı paraqraf üzrə istinad olunan maddi hüquq normalarının düzgün tətbiq etməyərək mübahisəni düzgün olmayan formada həll etmişdir.
29. Cavabdehlər sahədən istifadə etməklə bəhər əldə etmişlər, cavabdehlərin həmin sahədən bəhrələnməsi iddiaçını bundan məhrum etmişlər və sonuncuların qanunsuz sahibliyi davam edildiyi halda, iddiaçının tələblərinə əməl olunmamış, həmin sahədən istifadəyə görə ziyan tələbi qanuni və işin hallarına uyğun olmuşdur. İddiaçının cavabdehlərin həmin sahədən çıxarılmasına dair iddiası üzrə məhkəmə qətnaməsi heç bir əsas olmadan cavabdehlər tərəfindən mübahisələndirilmiş və qətnamənin icrası gecikdirilmişdir. 2023-cü il 30 mart tarixdə cavabdeh lər iddiaçıya məxsus hissəni boşaldaraq təhvil vermişlər. Bu baxımdan iddiaçının sahə boşaldılıb təhvil verilənədək əvəzin ödənilməsi barədə tələbi də mülkiyyət hüququnun müdafiəsindən irəli gəlməklə bu hüququn realizəsi ilə birbaşa bağlı olmuşdur. Lakin məhkəmə bu tələblər üzrə ümumiyyətlə səthi araşdırma aparmış, həmin tələblər üzrə iddiaçının dəlillərinə hüquqi qiymət verməmişdir.
30. MPM-in 77.1, 88.1, 217.1, 217.3-cü maddələrinin tələbləri pozulmuşdur. İddiaçı tərəfindən müvafiq sübutlar məhkəməyə təqdim edilməklə iddianın əsaslı olmasına dair qənaət formalaşdırılmış, lakin cavabdehlər tərəfindən bunu istisna edən hər hansı fakt təqdim olunmasa da, məhkəmə qeyd edilən halı nəzərə almamışdır. Həmçinin məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmiş, işin hallarını düzgün qiymətləndirmə miş və iddia predmetinə uyğun olaraq mübahisəyə hüquqi qiymət verməmişdir. Belə ki, apellyasiya məhkəməsi tərəfindən əmlaka paylar natura şəklində müəyyən edilsə də, lakin məhkəmə tərəfindən buna hüquqi qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
33. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən yoxlanılacaqdır.
34. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellya siya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlmə əsasları 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında məxsusdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülk iyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
430. Öhdəliyin icrasından imtina 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....”
36. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri. 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya insta nsiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 09 mart tarixli, 2-2(106)-11/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
38. İş materiallarını araşdıraraq apellyasiya məhkəməsi o nəticəyə gəlmişdir ki, iddiaçı qeyd edilən tikinti mağazasının fəaliyyətə başlaması və dövriyyəsinin artırılması ilə bağlı sonuncu ilə cavabdehlər arasında şifahi razılaşmanın olması, mağazanın dövriyyəsinin artırılması və fəaliyyətinin gücləndirilməsi məqsədilə həm maddi vəsaiti mədaxil etməsi, həm də tərəfdaşlarla müqavilələrin bağlanması, malların alınmasını göstərsə də, məhkəməyə bütün bunlara dair hər hansı mötəbər sübut təqdim etməmiş, mal-materialın iddiaçı tərəfindən alındığı təqdirdə belə həmin mal-materialın məhz cavabdehə məxsus mağazada satılması ilə bağlı mövqeyini əsaslı sübutlarla təsdiq edə bilməmişdir.
39. İsə baxmış məhkəmələr düzgün olaraq qeyd etmişlər ki, iddiaçının həmin mağazaya 70.5 kv.m hissədə mülkiyyət hüququ olsa da, həmin pay naturada bölünməmiş, həmin mağazanın hansı hissəsinin konkret olaraq iddiaçının mülkiyyətində olması müəyyən edilməmiş, qeyd edilən mağaza vahid tam olmaqla, iddiaçıya aid hansı hissədən cavabdehlərin istifadə etməsi göstərilməmiş və beləliklə, iddiaçının həmin sahədən istifadəyə görə z iyan tələbi əsassız olmuşdur. Apellyasiya məhkəməsinin həmin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası kassasiya şikayətinin bununla bağlı dəlillərini əsaslı hesab etmir.
40. Qeyd edilənləri nəzərə alaraq, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
42. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 09 mart tarixli, 2-2(106)-1 1/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.