Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-337/2024 13.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD İddiaçı1 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin icraata qəbulundan imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə,hakimlər Məmmədov Vidadi Məmməd oğlu, Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 12 mart tarixli, 2-2(104)-44/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı1 (bundan sonra-“iddiaçı”) 2020-ci il 20 fevral tarixində Cavabdeh1 MMC və Cavabdeh2 MT K-ya (bundan sonra-“MMC” və "xxxx") qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək MMC və MTK tərəfindən qanunsuz olaraq sökülmüş tikilinin yerində-ünvan 1 ünvanında bərpa edilməsi, vurulan 150.**0 manat məbləğində maddi ziyanın, 50.**0 manat məbləğində mənəvi ziyanın və 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 2**.030 manat məbləğin MMC və MTK-dan tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçının vəkili tərəfindən məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edilərək MTK və MMC tərəfindən müəssisənin sökülməsinə görə 90.525 manatın, müəssisədə söküntü vaxtı götürülmüş və ya tikili ilə birlikdə sökülmüş əşyalara görə 50.**0 manatın, əldən çıxmış faydaya münasibətdə 50.**0 manat məbləğində maddi zərərin, işgüzar nüfuza vurulmuş zərərə görə 50.**0 manat məbləğində mənəvi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 240.525 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 2020-ci il 14 oktyabr tarixli 2-2(115)-420/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim K.Vəliyev). Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 7 aprel tarixli 2- 2(104)-49/2021 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Kommersiya Məhkəməsinin 2020-ci il 14 oktyabr tarixli e-22(115)-420/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən Ş.Rzaquliyev, hakimlər L.Süleymanov və A.Hüseynzadə). Azərbaycan R espublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 26 oktyabr tarixli, 2-2(102)-489/2021 saylı qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 7 aprel tarixli 2- 2(104)-49/2021 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmışdır (məruzəçi hakim B.Məmmədli, hakimlər B.Qəribov və İ.Dadaşov). Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 25 fevral tarixli 2- 2(104)-44/2022 saylı qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Gəncə Kommersiya Məhkəməsinin 2020-ci il 14 oktyabr tarixli 2-2(115)-420/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən hakimA.Bayramov, hakimlə r R.Mamedov və Ə.Abdullayev). İddiaçı tərəfindən həmin qətnamədən kassasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 iyun tarixli, 2-2(102)-514/2022 saylı qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 25 fevral tarixli 2- 2(104)-44/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilmiş və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bundan sonra iddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizə və kassasiya şikayəti ilə məhkəməyə müraciət edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 12 mart tarixli, 2-2(104)-44/2022 saylı qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 25 fevral tarixli, 2-2(104)-44/2022 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə İddiaçı1 tərəfindən verilmiş ərizə təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır (sədrlik edən-məruzəçi hakim A.Bayramov, hakimlər A.İsgəndərova və R.Mamedov). İddiaçı tərəfindən həmin qərardaddan kassasiya şikayəti verilərək ərizənin təmin olunaraq işin baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndə rilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, şikayəti elektron qaydada iddiaçının adından nümayəndə kimi Vəkil1 imzalamışdır. Lakin iddiaçı tərəfindən Vəkil1 verilmiş etibarnamənin müddəti 2021-ci il 24 avqust tarixində bitmişdir. Bu isə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətini imzalayan şəxsin onu nümayəndə kimi təmsil etmək səlahiyyətinin olmaması qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası MPM-in 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 408.1.1-ci maddəsinə əsasən kassasiya ş ikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2 024-cü il 12 mart tarixli, 2-2(104)-44/2022 saylı qərardadından İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın. Hakimlər: K.N.Abiyeva V.M.Məmmədov Ə.A.Əhmədov
Məhkəmə qərarları › İş №2-2(102)-337/2024
Ali Məhkəmə Qərardad — İş №2-2(102)-337/2024
13.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver