Məhkəmə qərarları › İş №2-2(102)-34/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-34/2019

06.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-34/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası iddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRAR (iş № 2-2(102)-34/2019) Bakı şəhəri xxx 2019-cu il 06.02.2019 GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, iddiaçının vəkili Vəkil2 iştirakı, M.Həsənovanın katibliyi ilə, iddiaçı Cavabdeh ASC-yə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-2(103)-274/2018 saylı qətnaməsindən iddiaçı və onun vəkili Vəkil1 tərəfindən veri lmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Xətai rayon İcra Hakimiyyəti Başçısının 400 saylı, xxx 2007-ci il tarixli sərəncamı ilə ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 48 kv metr ölçüdə sahəsinin adına keçirildiyini, qeyd edilən ünvanda həmin qeyriyaşayış sahəsində avtomobillərin yağdəyişmə xidməti göstərdiyini, qeyri-yaşayış sahəsinə cavabdeh tərəfindən sayğacın quraşdırıldığını və sudan istifadəyə görə cavabdehlə aralarında 081187 saylı müqavilənin bağlandığını, sayğac üzrə istifadə edilmiş su sərfıyyatının haqqını gecikdirmə olmadan ödədiyini, xxx 2016-cı il tarixdə ona əvvəlcə dən heç bir məlumat vermədən və iştirakı qanunla müəyyən edilmiş qaydada təmin edilmədən cavabdehin əməkdaşları tərəfindən 4288 saylı akt tərtib edildiyini, 2017-ci ilin yaz aylarında bildiriş verildikdə 3468,62 manat borcun olmasının ona məlum olduğunu, aktın surətinə və abonent haqqında məlumata görə guya kənar su xəttindən istifadə etdiyinə görə xxx 2017-ci il tarixdə yoxlama aparıldığını, kənar su xəttinin ləğv olunduğunu və bunun əsasında ona içməli suya görə 2040,12 manat, çirkab suyuna görə 1468,5 manat, cəmi 3468,62 manat məbləğində cərimə yazıldığını, halbuki xidmət göstərilən qeyri-yaşayış sahəsində sudan heç vaxt kənar xəttdən istifadə olunmadığını, obyektdə avtomobillərin yağının dəyişməsi xidmətinin göstərildiyini və böyük həcmdə sudan istifadə edilmədiyini, aktın onun iştirak ı olmadan tərtib edildiyini, aktın mövcudluğundan məlumatı yalnız borcun yaranma mənbəyini öyrənmək məqsədilə cavabdeh İdarəyə getdikdən sonra əldə etdiyini və təkid etdikdən sonra aktın surətinin ona verildiyini bildirərək, cavabdeh tərəfindən tərtib edilmiş xxx 2016-cı il tarixli, 4288 saylı akta əsasən hesablanmış içməli suya görə 2040,12 manat, çirkab suyuna görə 1468,5 manat, cəmi 3468,62 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxx 2018-ci il tarixli, 2-2(81)188/18 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, X2 məxsus olan qeyriyaşayış sahəsinə (obyektinə) Cavabdeh ASC tərəfindən tərtib edilmiş xxx 2016-ci il tarixli,4288 saylı akta əsasən hesablanmış içməli suya görə 2052,00 manat, çir kab suya görə 1416,22 manat, cəmi 3468,22 manat məbləğində borcun silinməsi vəzifəsi cavabdehin üzərinə qoyulması, iddia tələbi qalan hissədə rədd edilmiş, CavabdehSCdən X1 xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğ tutulmuşdur (hakim – M.T.Hacıbəyova). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-2(103)-274/2018 saylı qətnaməsi ilə (sədrlik edən K.N.Abiyeva, hakimlər M.N.Tağızadə və Ü.A.Mayılov) Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxx 2018-ci il tarixli qətnaməsi iddianın qismən təmin olunması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinə (obyektinə) xxx 2016-ci il tarixli, 4288 saylı akta əsasən hesa blanmış içməli suya görə 2052,00 manat, çirkab suya görə 1416,22 manat, cəmi 3468,22 manat məbləğində borcun silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli qətnaməsindən iddiaçıX3 və onun vəkili Vəkil1 kassasiya şikayəti verərək məhkəmə qətnaməsinin ləğv edilməsi, apellyasiya məhkəməsində müəyyən edilmiş sübutlar əsasında iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, cavabdehin əməkdaşları tərəfindən 06 dekabr 2016-cı il tarixli, 4288 saylı akt qanunsuz tərtib edilmiş, həmin akt əsasında iddiaçıya içməli suya görə 2040,12 manat, çirkli suya görə 1468,5 manat, cəmi 3468,62 manat məbləğində cərimə yazılmış, həmin akt iddiaçının iştirakı olmadan birtərəfli qaydada tərtib edilmiş, aktın mövcudluğundan, iddiaçı yalnız borcun yaranma mənbəyini öyrənmək məqsədilə cavabdeh İdarəyə getdikdən sonra məlumat alıb və təkid etdikdən sonra aktın surətini ona veriblər, aktın təqdim edilmiş surətinə baxdıqda da iddiaçının imzasının olmadığı aydın görünür, cavabdehin aktı tərtib edən əməkdaşları kənar xəttin haradan çəkilməsini, harda olmasını aktda qeyd etməmişlər, akt iddiaçının iştirakı olmadan tərtib edildiyindən, kənar xəttin mövcud olmasını sübut etmək vəzifəsi də cavabdehin üzərinə düşür, Xidmət gös tərilən qeyri-yaşayış sahəsində sudan istifadə zamanı heç vaxt kənar xəttdən istifadə olunmamış, belə ki, obyektdə avtomobillərin yağının dəyişməsi xidməti göstərilir və böyük həcmdə sudan istifadə edilmir, iş materiallarında iddiaçının su xəttinə qanunsuz qoşulma halını təsdiq edəcək heç bir sübut yoxdur, cavabdeh qanunsuz qoşulmanı əks etdirən videoçəkiliş təqdim edəcəyini dəfələrlə bildirsə də, təqdim etməmişdir. İddiaçının vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, apellyasiya məhkəməsində müəyyən edilmiş sübutlar əsasında iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh ASC məhkəmə iclas ının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası Cavabdeh ASC-nin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının vəkili Vəkil2 izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-2(103)-274/201 8 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı X3 ünvan 2 ünvanda avtomobillərə yağ dəyişmə xidməti sahəsində sahibkarlıq fəaliyyətini həyata keçirir, həmin obyektə suyun verilməsi və çirkab sularının axıdılması xidmətləri iddiaçı ilə cavabdeh arasında 2014-cü ildə bağlanmış “Su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyri-əhali istehlakçıları üçün müqavilə”yə əsasən həyata keçirilir, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş MXD-4288 saylı inventar aktına əsasən həmin ünvanda xxx 2016-ci il tarixdə obyektin su təchizati və kanalizasiya sisteminə baxiş keçirilmiş və sayğacdan kənar diametri 20 mm-lik su xəttindən qeyri-qanuni istifadə olunması aşkar edilmiş, “Qeyri-qan uni istifadə nəticəsində itirilmiş su hesabatı”na əsasən MXD-4288 nömrəli akta görə iddiaçıya 12 ay üçün 3468,22 manat, o cümlədən 2052,0 manat suyun axıdılmasına görə 1416,22 manat içməli suya görə əlavə sərfiyyat hesablanmışdır. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, iş materiallarına tərəflər arasında 2014-cü ildə bağlanmış “Su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyri-əhali istehlakçıları üçün müqavilə» əlavə edilsə də, «Abonent haqqında məlumat» cədvəlinə və iddia ərizəsinə görə iddiaçıya məxsus obyektə suyun verilməsi 2007-ci ildən başlamış, həmçinin 2007-ci ildə içməli su sərfiyyatı 115,97 manat olduğu halda, 2009-cu ildən etibarən su sərfiyyatı əvvəlki illərlə müqayisədə 3-4 dəfəyədək azalmış, lakin iddiaçının sahibkarlıq subyekti kim i fəaliyyət istiqamətinin (avtomobillərə texniki xidmət) dəyişməsi müəyyən edilməmiş, beləliklə, cavabdeh tərəfindən sözügedən MXD-4288 saylı akta əsasən iddiaçıya 12 ay üçün 3468,22 manat, o cümlədən 2052,0 manat suyun axıdılmasına görə, 1416,22 manat içməli suya görə əlavə sərfiyyat hesablanması «Sudan istifadə Qaydaları»na uyğun olmuşdur. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxx 2014-cü il tarixli, 262 saylı qərarı ilə təsdiq edilmiş «Sudan istifadə Qaydaları»nın 8.7-ci bəndinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaları n 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına istinad iddianın təmin olunmaması barədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçıya məxsus obyektdə 2007-ci ildə içməli su sərfiyyatı 115,97 manat olduğu halda, 2009-cu ildən etibarən su sərfiyyatının əvvəlki illərlə müqayisədə 3-4 dəfəyədək azaldığını, lakin iddiaçının sahibkarlıq subyekti kimi fəaliyyət istiqamətinin (avtomobillərə texniki xidmət) dəyişməsinin müəyyən edilmədiyini, beləliklə, cavabdeh tərəfindən «Sudan istifadə Qaydaları»na uyğun olaraq iddiaçıya 12 ay üçün 3468,22 manat əlavə sərfiyyatın hesablandığını nəzərə alaraq kassasiya şikayətinin işin faktiki halları ilə bağlı dəlillərini əsassız hesab edi r. Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəl inmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 22(103)-274/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-2(103)-274/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar