Məhkəmə qərarları › İş №2-2(102)-349/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-349/2019

24.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-349/2019 24.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı “xxxx” MMC-nin Cavabdeh ASC-yəqarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Azər Hüseynov, Rahib Nəbizadədən ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh ASC-yə qarşı pul tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 05 fevral 2019-cu il tarixli 2-2(103)-23/2019 qətnaməsindən cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 24 iyul 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı “ xxxx” MMC-nin Cavabdeh ASC-yə qarşı cavabdehin müqavilə öhdəliklərini pozması nəticəsində dəymiş maddi ziyana görə ƏDV-sız 348934, 23 manat əsas, ƏDV-siz 17446,716 manat faiz, cəmi ƏDV-siz 366381,036 manat pulun cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehdən ƏDV-siz 354612,61 manat əsas, ƏDV-siz 17730,6305 manat faiz, cəmi ƏDV-siz 372343,2405 manat pulun onun xeyrinə tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehdən ƏDV daxil 41841 2,88 manat əsas, ƏDV daxil 20922,14 manat faiz, cəmi ƏDV daxil 439365,02 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 14.11.2017-ci il tarixli iş № 2-2(81)-1167/2017, (sədrlik edən hakim A.Hüseyn) qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehdən 411742,49 manat əsas borcu, 20587,12 manat faiz borcu, 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 432349,61 manat tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan cavabdehapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 14.11.2017-ci il tarixliqətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə nin qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 24 aprel 2018-ci il tarixli iş № 2-2(103)-142/2018 (hakimlər K.Abiyeva - sədrlik edən və məruzəçi, M.Tağızadə və Ü.Mayılov) qətnaməsi ilə Cavabdeh MMC tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 14.11.2017-ci il tarixli qətnaməsinin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamənin qəbul edilməsi, iddiaçının iddiasının rədd edilməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan iddiaçı kasasiyaşikayəti verərək apelyasiya instansiyası məhkəməsinin 24 aprel 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli iş № 2-2(102)366/2018 (hakimlər S.Hüseynova - sədrlik edən və məruzəçi, G.Quliyev və A.İsgəndərov) qərarı ilə kasasiya şikayətinin qismən təmin edilməsi, apelyasiya instansiyası məhkəməsinin 24 aprel 2018ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin 05 fevral 2019-cu il tarixli iş № 2-2(103)-23/2019 (hakimlər E.Nağıyeva - sədrlik edən və məruzəçi, V.Baxışova və H.Həmidov) qətnaməsi ilə cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisad i Məhkəməsinin 14 noyabr 2017-ci il tarixli, 2-2(81)-1167/2017 saylı qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi, həmin hissədə yeni qətnamənin qəbul edilməsi, Cavabdeh ASC-dən 180813,16 manat əsas borc, 20 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cəmi 180833,16 manatın tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməsi, iddia tələbinin qalan Cavabdeh ASC-dən 230929,33 manat əsas borc, 20587,12 manat faiz borcu, cəmi 251516,45 manatın tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməsi hissəsində təmin edilməməsi qət edilmişdir. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,“xxxx” MMC ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılmış 20.09.2013-cü il tarixli, 374/21-37/KL saylı “İşlər üzrə satınalma müqaviləsi”nin dəyəri 500000 manat təşkil etmi şdir. Sözügedən müqavilə üzrə Cavabdeh ASC tərəfindən 319186,84 manat ödəniş işlərin yerinə yetirilməsi ilə əlaqədar olaraq “xxxx” MMC-yə tərəfindən ödənilmişdir. İddiaçı “xxxx” MMC 20.09.2013-cü il tarixli, 374/21-37/KL saylı “işlər üzrə satınalma” müqaviləsindən kənar işlər gördüyünü və həmin işlərin dəyərinin müqavilədə nəzərdə tutulan 500000 manatdan artıq olduğunu iddia etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 753.3-cü maddəsində aydın göstərilmişdir ki, əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazd an əvvəl məlumat verməlidir. Qeyd edilən normanın tələbinə uyğun olaraq podratçı əgər muzd qarşılığında iş görəcəyi halda əvvəlcədən sifarişçiyə məlumat verməli idi. Bununla bağlı sifarişçiyə heç bir məlumat verilməmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin 05 fevral 2019-cu il tarixli, 22(103)-23/2019 saylı qətnaməsini ləğv edib, apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin tam surətdə rədd edilməsinə dair yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının və cavabdehin nümayəndələri məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı o lmadan baxılmışdır Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 05 fevral 2019-cu il tarixli, 2-2(103)-23/2019 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən apelyasiya instansiyası məhk əməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının hazırkı iş üzrə qəbul etdiyi 05 fevral 2019-cu il tarixli, 2-2(103)-23/2019 saylı qətnamə ilə, cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 noyabr 2017-ci il tarixli, 2-2(81)-1167/2017 saylı qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilmə si, həmin hissədə yeni qətnamənin qəbul edilməsi, Cavabdeh ASC-dən 180813,16 manat əsas borc, 20 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cəmi 180833,16 manatın tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməsi, iddia tələbinin qalan Cavabdeh ASC-dən 230929,33 manat əsas borc, 20587,12 manat faiz borcu, cəmi 251516,45 manatın tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməsi hissəsində təmin edilməməsi qənaətinə gələrkən Mülki məcəllənin 385.1, 386.1, 442, 445.7, 752.1, 753.2, 753.3, 753.4, 754.1, 754.2, 769, 770-ci maddələrinə əsaslanmışdır. Məhkəmə kollegiyası cavabdehin kasasiya şikayətində göstərdiyi dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında hazırkı mübahisə artıq bir dəfə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasında baxış predmeti olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli, 2-2(102)-366/18 saylı qərarı ilə iddiaçı “xxxx” MMC-nin vəkili Aynur Musayeva tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 24 aprel 2018-ci il tarixli, 2-2(103)-142/2018 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Ali Məhkəmə İnzibati-İqtisadi Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli, 2-2(102)-366/18 saylı qərarının “Hüquqi məsələlər” adlanan hissəsində göstərilmişdir ki, qeyd edildiyi kimi, tərəflər arasında podrat müqaviləsi imzalanmışdır. Həmin müqavilədə nəzərdə tutulmayan işlərin görülməsi ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsi ndə (bundan sonra - Mülki Məcəllə) aşağıdakılar müəyyən edilmişdir: - 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; - 753.2-ci maddəsinə əsasən, əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır; - 753.3-ci maddəsinə əsasən, əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcə yini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir; - 753.4-ci maddəsinə əsasən, müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Maddələrin mənasına görə, podratçının gördüyü işlərə görə sifarişçi razılaşdırılmış muzdu ödəməyə borcludur. Razılaşdırılmış muzdun artırılması və ya azalması hallarına müqavilə bağlandıqdan sonra iş həcminin yerinə yetirilməsi üçün muzdun əsaslarının sifarişçinin sərəncamları əsasında dəyişməsi aiddir. Bu halda muzdun dəyişməsi müqavilədə nəzərdə tutulmuş işlərin yerinə yetirilməsi ilə bağlı əlaqələndirilmiş, digər müddəada isə müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsi ilə əlaqələndirilmişdir. İkinci halda podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumatı sifarişçiyə verməlidir. Podratçı əlavə işlərin icrasına və buna görə də ayrıca muzd ödəməyə sifarişçi razılıq verdikdən sonra başlamalıdır. Müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsinin digər halı təqribi smetadan kənarçıxmalara aiddir və onlar Mülki Məcəllədə aşağıdakı qaydada tənzimlənmişdir: - 754.1-ci maddəsinə əsasən, əgər podratçı təqribi smetadan əhəmiyyətli dərəcədə kənara çıxarsa, yalnız razılaşdırılmış muzdun verilməsini tələb edə bilər, amma artıq xərci qabaqcadan nəzərdə tutmağın mümkün olmadığı hallar istisna təşkil edir; - 754.2-ci maddəsinə əsasən, müqavilə bağlanarkən nəzərdə tutulması mümkün olmayan təqribi smetadan bu cür kənaraçıxma barəsində podratçı ləngimədən sifarişçiyə məlumat verməlidir. Əgər sifarişçi smetadan kənaraçıxma nəticəsində müqaviləyə xitam verərsə, icra olunmuş işi təqribi smeta üzrə ödəməyə borcludur. Bu maddələrin məzmununa əsasən, artıq xərci qabaqcadan nəzərdə tutmağın mümkün olmadığı hallarda təqribi smetadan kənara çıxma barədə podratçı sifarişçiyə məlumat verməlidir. Yəni bu halda da sifarişçinin artıq xərclərin ödənilməsinə razılıq verilməsi nəzərdə tutulmuşdur. Əks halda isə podratçı yalnız razılaşdırılmış muzdun verilməsini tələb edə bilər. Qanunvericiliyin aparılmış təhlilindən göründüyü kimi, bütün hallarda podrat müqaviləsində nəzərdə tutulan və ya tutulmayan əlavə işlərin görülməsi üçün sifarişçinin buna razılıq verilməsi tələb olunur ki, belə razılığa qüvvənin podratçı görüləcək işlərin dəyərinin ödənilməsində əmin olsun. İşin hallarından göründüyü kimi, podrat müqavilə si bağlandıqdan sonra, lakin işlər tamamlanmayana qədər sifarişçinin müqavilədə müəyyən edilmiş məbləğdən əlavə ödənişlərin aparılmasını zəruri edən əlavə işlərin görülməsinə razılıq verilməmişdir. İddiaçı tərəfindən tələbinin bu hissədə əsaslılığı ilə bağlı Mülki Məcəllənin “Özgə işlərini tapşırıqsız aparma” barədə qaydaları və onlardan irəli gələn göndərici norma kimi “Tapşırıq” haqqında maddələrə istinadı isə məhkəmə kollegiyası o əsasla düzgün hesab etmir ki, tərəflər arasında yaranan münasibətlər podrat müqaviləsindən irəli gəldiyindən, həmin müqaviləyə dair mülki qanunvericiliyin müddəaları tətbiq edilməlidir. Yuxarıda göstərilmiş maddələrdə isə iddiaçının əsaslandığı hallarla bağlı tənzimlənmə qaydası nəzərdə tutulmuş və onlar daha üstün hüquqi qüvvəyə malikdir. Yalnız mübahisə edil ən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, digər qaydaların tətbiq edilməsi mümkün hesab edilməlidir. Beləliklə, məhkəmə kollegiyası iddiaçının bu hissədə bildirdiyi dəlilləri əsasız hesab edir. Tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq görülmüş işlərin ödənilməsi ilə bağlı isə apelyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının dəyərinin ödənilməsini tələb etdiyi işlər sifarişçi olan cavabdeh tərəfindən qəbul edilmədiyindən, həmin işlərin dəyərinin ödənilməsi barədə də tələb təmin edilməməlidir. Apelyasiya məhkəməsinin bu mövqeyinə münasibətdə iddiaçı bildirmişdir ki, işlərin icra edilməsindən sonra sifarişçinin həmin işlərə dair təhvil-təslim aktının imzalamaqdan yayınması sifarişçinin həmin işlərə görə pul ödəmək vəzifəsindən azad etmir. Sifarişçi görülmüş iş lərin qüsuru barədə qanunla müəyyən edilmiş iddia müddətini də ötürmüşdür. Məhkəmə kollegiyası dəlillə aşağıdakılara əsasən razılaşdığını qeyd edir. Mülki Məcəllənin: - 769-cü maddəsinə əsasən, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir; - 770-cı maddəsinə əsasən, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməlidirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Maddələrin mənasına görə, görülmüş işlərin müqavilədə nəzərdə tutulmuş həcmdə yerinə yetirilməsi və razılaşdırılmış muzdun iş yerinə yetirildikdən sonra ödənilməsi mü əyyən olunmuşdur. Bu qaydadan fərqli olaraq işlərin tədricən görülməsi və müvafiq olaraq muzdun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Sonuncu halda isə muzdun axırıncı hissəsi müqavilə ilə razılaşdırılmış iş həcminə daxil olan bütün işlər icra edildikdən sonra ödənilir. Yerinə yetirilmiş işlərin sifarişçi tərəfindən qəbul edilməsi müəyyən edildiyi təqdirdə, sifarişçi onları qəbul etməyə borcludur. Qəbul edilmiş işlər üzrə müvafiq olaraq ödənişlər aparılmalıdır. Lakin müəyyənləşdirilmiş müddətdə işlər qəbul edilmirsə, onlar qəbul edilmiş sayılır. Ümumi qayda olaraq, müddəada nəzərdə tutulmuş “müəyyənləşdirilmiş müddət” anlayışına tərəflərin razılaşmasına əsasən müəyyən edilmiş müddət, bu müəyyən edilmədikdə isə podratçının işlərin qəbul edilməsi üçün müəyyən edilmiş müddət və yaxud i şlərin qüsurları barədə sifarişçinin əlavə icra barədə tələbinin irəli sürülməsi müddəti aid edilə bilər. Tərəflər arasında bağlanmış müqavilənin “Xüsusi Şərtlər” adlanan əlavəsinin 22.6-cı maddəsində göstərilmişdir ki, icraçı sifarişçiyə görülən işlərin nəticələri əlavə edilməklə icraçı tərəfindən imzalanmış aktı göndərir. Sifarişçi əlavə edilmiş sənədlərlə birlikdə aktı aldığı gündən 5 iş günü ərzində nəzərdən keçirməli və icraçıya imzalanmış aktı və ya görülən işlərin nəticələrinə dair iradlarını göndərməlidir. Həmin müqavilənin 22.7-ci bəndində çatışmazlıqların aradan qaldırılması müddəti və yenidən aktın göndərilməsi müəyyən edilmişdir. Qanunvericiliyin sadalanmış müddəalarının tərəflər arasından bağlanmış müqavilə şərtlərinə tətbiqi o anlamı yaradır ki, işlər o halda qəbul edilmiş sayılır ki, əgər sifarişçi görülmüş işlərin nəticələrinə dair öz iradlarını bildirməmişdir. Sifarişçi görülmüş işlərə dair iradlar bildirdiyi halda, podrat müqaviləsi üzrə qüsurlara dair Mülki Məcəllənin 763-766-cü maddələrinin tələbləri, bildirmədiyi halda isə istinad edilmiş 770-ci maddəsinin tələbləri tətbiq edilməlidir. Belə olan halda apelyasiya məhkəməsinin yalnız müqavilənin “Xüsusi Şərtlər” adlanan əlavəsinin 22.4-cü maddəsinə istinad etməklə, təhvil-qəbul aktının cavabdeh tərəfindən imza edilməməsinə əsaslanmaqla iddia tələbinin təmin edilməməsi nəticəsinə gəlməsini məhkəmə kollegiyası düzgün hesab etmir. Çünki cavabdeh ya 5 gün ərzində həmin aktı imzalamalı və yaxud qüsurlar barədə bildirməli idi. Qüsurlar barədə bildirmədiyi halda isə həmin aktların imzalanmaması işlərin qəbul e dilməsi kimi sayılmalıdır. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, məlum olduğu kimi Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Göründüyü kimi kasasiya instansiyası məhkəməsinin iş üzrə verdiyi göstərişləri apelyasiya instansiyası məhkəməsi üçün məcburi xarakter daşıyır. Bununla bağlı məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsi Ali Məhkəmə İnzibati-İqtisadi Kollegiyasının hazırkı iş üzrə qəbul etdiyi 26 sentyabr 2018-ci il tarixli qərarında verdiyi yuxarıda göstərilmiş məcburi xarakter daşıyan göstərişləri tam və hərtərəfli icra edərək, bununla da Mülki Prosessual Məcəllənin 420- ci maddəsinin tələblərini yerinə yetirmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı “xxxx” MMC (Podratçı) ilə Cavabdeh ASC (Sifarişçi) arasında bağlanmış 20 sentyabr 2013-cü il tarixli 374/21-37/KL saylı “işlər üzrə satınalma müqaviləsi”ndən görünür ki, sifarişçi məişət sayğaclarının quraşdırılması (D15–20mm) və binadaxili kommunikasiya xətlərinin yenidən qurulması layihəsi çərçivəsində “Xətai rayonu M.Hadi, M.Rüstəmov, S.Ə.Şirvani və Sarayeva küçələri arasında yerləşən yaşayış binalarının su təchizatı sisteminin yenidən qurulması və smart kart tipli sayğacların, quraşdırılması” işlərinin satın alınması üçün icraçının 500000 (ƏDV daxil) manat məbləğində tender təklifini qəbul etmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən məişət sayğacların ın quraşdırılması (D15– 20mm) və binadaxili kommunikasiya xətlərinin yenidən qurulması layihəsi çərçivəsində “Xətai rayonu, M.Hadi, M.Rüstəmov, S.Ə.Şirvani və Sarayeva küçələri arasında yerləşən yaşayış binalarının su təchizatı sisteminin yenidən qurulması və smart kart tipli sayğacların quraşdırılması” işlərini yerinə yetirilməsini öhdəsinə götürür. Yerinə yetirilmiş işlər icraçının tender təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, İcraçı aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. 2.3-cü bəndinə əsasən Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında işlərin icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. Həmin müqavilənin 13.1-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) Sifarişçi tərəfindən tenderin əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə icraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 30 bank günündən gec olmamaq şərti ilə aparılır. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 20 sentyabr 2013-cü il tarixli 374/21-37/KL saylı Müqaviləyə dair əlavə razılaşmaya əsasən müqavilənin müddəti 25 dekabr 2013-cü il tarixindən 30 dekabr 2016-cı il tarixinə qədər uzadılır. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, qeyd olunan müqavilə üzrə podratçı müəssisə olan iddiaçı tərəfindən görülmüş işlərin həcminə uyğun olaraq, cavabdeh tərəfindən 319186,84 manat ödəniş aparılmışdır. Qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış müqaviləni podrat müqaviləsi hesab etmiş, nəticə etibarı ilə də maddi hüquq normaları düzgün tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.2-ci maddəsinə görə əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. Həmin Məcəllənin 753.3-cü maddəsinə müva fiq olaraq əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. Həmin Məcəllənin 753.4-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Bu arada apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, maddələrin mənasına görə, sifarişçi podratçının gördüyü işlərə görə razılaşdırılmış muzd ödəməyə borcludur. Razılaşdırılmış muzdun artırılması və ya azalması hallarına müqavilə bağlandıqdan sonra iş həcminin yerin ə yetirilməsi üçün muzdun əsaslarının sifarişçinin sərəncamları əsasında dəyişməsi aiddir. Bu halda muzdun dəyişməsi müqavilədə nəzərdə tutulmuş işlərin yerinə yetirilməsi ilə bağlı əlaqələndirilmiş, digər müddəada isə müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsi ilə əlaqələndirilmişdir. İkinci halda podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumatı sifarişçiyə verməlidir. Podratçı əlavə işlərin icrasına və buna görə də ayrıca muzd ödəməyə sifarişçi razılıq verdikdən sonra başlamalıdır. Mülki Məcəllənin 754.1-ci mədəsinə əsasən əgər podratçı təqribi smetadan əhəmiyyətli dərəcədə kənara çıxarsa, yalnız razılaşdırılmış muzdun verilməsini tələb edə bilər, amma artıq xərci qabaqcadan nəzərdə tutmağın mümkün olmadığı hallar istisna təşkil edir. Həmin Məcəllənin 754.2-ci maddəsinə görə müqavilə bağlanarkən nəzərdə tutulması mümkün olmayan təqribi smetadan bu cür kənaraçıxma barəsində podratçı ləngimədən sifarişçiyə məlumat verməlidir. Əgər sifarişçi smetadan kənaraçıxma nəticəsində müqaviləyə xitam verərsə, icra olunmuş işi təqribi smeta üzrə ödəməyə borcludur. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi doğru olaraq qeyd etmişdir ki, bütün hallarda podrat müqaviləsində nəzərdə tutulan və ya tutulmayan əlavə işlərin görülməsi üçün sifarişçinin buna razılıq verilməsi tələb olunur ki, belə razılığa podratçı görüləcək işlərin dəyərinin ödənilməsində əmin olsun. Bununla belə apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, podrat müqaviləsi bağlandıqdan sonra işlər tamamlanmayana qədər sifarişçinin müqavilədə müəyyən edilmiş məbləğdən əlavə ödənişlərin aparılmasını zəruri edən əlavə işlərin görülməsinə razılıq verilməmişdir. Mülki Məcəllənin 763.9-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin Məcəllənin 770-ci maddəsinə görə müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Bununla yanaşı, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin “Xüsusi şərtlər” adlanan əlavəsinin 22.6-cı maddəsində göstərilmişdir ki, icra çı sifarişçiyə görülən işlərin nəticələri əlavə edilməklə icraçı tərəfindən imzalanmış aktı göndərir. Sifarişçi əlavə edilmiş sənədlərlə birlikdə aktı aldığı gündən 5 iş günü ərzində nəzərdən keçirməli və icraçıya imzalanmış aktı və ya görülən işlərin nəticələrinə dair iradlarını göndərməlidir. Həmin Müqavilənin 22.7-ci bəndində çatışmazlıqların aradan qaldırılması müddəti və yenidən aktın göndərilməsi müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, qanunvericiliyin sadalanmış müddəalarının tərəflər arasında bağlanmış müqavilə şərtlərınə tətbiqi o anlamı yaradır ki, işlər o halda qəbul edilmış sayılır ki, sifarişçi görülmüş işlərin nəticələrinə dair öz iradlarını bildirməmişdir. Sifarişçi görülmüş işlə rə dair iradlar bildirdiyi halda, podrat müqaviləsi üzrə qüsurlara dair Mülki Məcəllənin 763-766-cı maddələrinin tələbləri, bildirmədiyi halda isə istinad edilmiş 770-ci maddəsinin tələbləri tətbiq edilməlidir. Ona görə də cavabdeh ya 5 gün ərzində həmin aktı imzalamalı yaxud qüsurlar barədə bildirməli idi. Qüsurlar barədə bildirmədiyi halda isə həmin aktların imzalanmaması işlərin qəbul edilməsi kimi sayılmalıdır. Belə ki, cavabdeh tərəfindən təsdiq edilmiş, adları siyahılarda (məlumatlar) quraşdırılmış sayğacların ünvanı, kodu və sayını dəqiq göstərməklə, həmin işlərin cavabdeh tərəfindən qəbulunu təsdiq edir. Siyahılar məhz quraşdırılmış sayğacların qəbulunun rəsmiləşdirilməsi məqsədilə tərtib edilmişdir. Buna görə də apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, üm umilikdə “xxxx” MMC tərəfindən görülmüş işlərə görə Cavabdeh ASC tərəfindən ƏDV daxil olmaqla 319186,84 manat ödənişinin həyata keçirilməsi işin mübahisələndirilməyən halıdır. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı “xxxx” MMC (Podratçı) ilə Cavabdeh ASC (Sifarişçi) arasında bağlanmış 20 sentyabr 2013-cü il tarixli 374/21-37/KL saylı “İşlər üzrə satınalma müqaviləsi”nə əsasən sifarişçi məişət sayğaclarının quraşdırılması (D15–20mm) və binadaxili kommunikasiya xətlərinin yenidən qurulması layihəsi çərçivəsində “Xətai rayonu M.Hadi, M.Rüstəmov, S.Ə.Şirvani və Sarayeva küçələri arasında yerləşən yaşayış binalarının su təchizatı sisteminin yenidən qurulması və smart kart tipli sayğacların quraşdırılması” işlərinin satın alınması üçün İcraçının 50000 0 (ƏDV daxil) manat məbləğində tender təklifini qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə (öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə g örə, öhdəliyı icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 385.1, 386.1, 442, 752.1-ci maddələrini düzgün tətbiq etməklə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, ümumilikdə “xxxx” MMC tərəfindən görülmüş işlərə görə Cavabdeh ASC tərəfindən ƏDV daxil olmaqla 319186,84 manat ödəniş həyata keçirildiyindən iddia qismən təm in edilərək cavabdehdən 180913,16 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin qalan Cavabdeh ASC-dən 20587,12 manat faiz borcun tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməsi hissəsi ilə bağlı isə əsassız olması ilə əlaqədar apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni doğru hesab edir ki, belə buna dair heç bir sübut təqdim olunmamışdır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 05 fevral 2019-cu il tarixli, 2-2(103)23/2019 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Mülki Prosessual Məcəllənin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh ASC-nin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 05 fevral 2019-cu il tarixli, 22(103)-23/2019 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar