Məhkəmə qərarları › İş №2-2(102)-350/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-350/2021

02.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-350/2021 02.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-350/2021 Bakı şəhəri 2021-ci il 2 sentyabr Açar sözlər: elektrik enerjisi sərfiyyatı borcunun silinməsi; tələb hüququ üzrə müddət Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Kəmalə Abiyevanın sədrliyi, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviç ibarət tərkibdə, X5 oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin vəkili Vəkil, cavabdeh "xxxx" ASC-nin vəkili X2 iştirakları ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “qərarın ləğvi və borcun silinməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 1 aprel tarixli 2-2(106)-18/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ 1. "xxxx" ASC ilə "xxxx" MMC arasında 2020-ci il 7 yanvar tarixli, 004873 saylı enerjitəchizatı müəssisəsi ilə istehsalat, dəmiryolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi arasında elektrik enerjisinin alğı-satqısına dair birtipli müqaviləyə bağlanmışdır.

2. Enerji təchizat müəssisəsinin X1yə görə istehlakçı ilə tərtib etdiyi 2020-ci il 1 yanvar tarixli üzləşmə aktına əsasən, "xxxx" ASC Şirvan RETSİ-nin X3 və istehlakçı "xxxx" MMC-nin istifadə olunan elektrik enerjisinə görə qarşılıqlı üzləşmə aparılmış və müəyyən olunmuşdur ki, "xxxx" MMC- nin 2006-cı il 1 mart tarixə 18.459,48 manat borcu mövcud olmuşdur. Akt onu tərtib edən şəxslər tərəfindən imzalanaraq təsdiq olunmuşdur. 3. 2020-ci il 10 fevral tarixli xəbərdarlıqla elektrik enerjisinin sərfinə görə 2020-ci il 1 fevral tarixə yaranmış 18.886,29 manat borcun ödənilməsi "xxxx" MMC-dən tələb olunmuş, borc ödənilmədiyi təqdirdə obyektin enerji təchizatının əlavə xəbərdarlıq edilmədən 2020-ci il 13 fevral tarixdə saat 10:00-dan etibarən dayandırılacağı barədə iddiaçı xəbərdar edilmişdir. 4. "xxxx" MMC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış pretenziya ilə 2006-cı il 1 mart tarixə qədər yaranmış 18.459,48 manat borcun silinməsinə köməklik göstərilməsi cavabdehdən xahiş olunmuşdur. 5. 2020-ci il 19 yanvar, 2020-ci il 22 fevral, 2020-ci il 17 mart, 2020-ci il 19 aprel və 2020-ci il 16 may tarixli hesab ödəniş vərəqələrinə əsasən, cari borcun və 18.459,48 manat borcun ödənilməsi iddiaçıdan tələb olunmuşdur.

6. Abonentin saldosundan göründüyü kimi iddiaçıya 18.459,60 manat qalıq borc hesablanmışdır. Lakin abonentin saldosunda "xxxx" MMC-nin cari elektrik enerji sərfiyyatına dair 2015-ci il 30 sentyabr tarixdən əvvəlki dövrləri əhatə edən məlumatlar əks olunmamış, hesablanmış 18.459,60 manat borcun nə zaman və hansı əsasla yaranması qeyd edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı "xxxx" MMC (bundan sonra mətndə iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra mətndə cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh tərəfindən 2006-cı il 1 mart tarixədək yaranmış 18.459,48 manat borcun silinm əsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, müəssisə tərəfindən istifadə olunan elektrik enerjisinin dəyəri tam olaraq ödənilmişdir. İddiaçının 2020-ci il 1 fevral tarixə 18.886,29 manat debitor borcu yaranmış, faktiki istifadə olunmuş sərfiyyat görə 426,81 manat ödənilmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının 2006-cı il 1 mart tarixə 18.459,48 manat borcunun mövcud olması bildirilmişdir. 2006-cı il tarixə mövcud olan borc öhdəliyi üzrə tələb etmə hüququnun müddəti ötürüldüyündən, borcun ondan tələb edilməsi əsassızdır. Belə ki, qanunvericiliyin tələblərinə görə kirayə, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər 5 il keçdikdən sonra qüvvəsini itirir və müddət keçdikdə tələb etmə hüququna xitam verilməlidir.

9. Cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı "xxxx" MMC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 saylı Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın tələblərinə əsasən "xxxx" ASC-nin struktur vahidi olan X3 tərəfindən elektrik enerjisi ilə təchiz edilmişdir. Təchiz edilmiş elektrik enerjisinə görə sayğac göstəricilərinə əsasən, tərəflər arasında tərtib olunan üzləşmə aktlarına əsasən ödənişlər edilmiş, lakin müvafiq üzləşmə aktının mövcud olmasına baxmayaraq, iddiaçı üzərinə götürdüyü öhdəliyi icra etməkdən boyun qaçırmış və ümumilikdə 18.459,48 manat ödənilməyən borcu qalmışdır.

10. Şirvan Kommersiya Məhkəməsinin 2020-ci il 2 iyul tarixli, e-2-2(121)-563/2020 saylı qətnaməsi ilə iddia təmin edilmi şdir (hakim Rafiq İsmayılov).

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında tərtib edilmiş 2020-ci il 1 yanvar tarixli üzləşmə aktına qədər iddiaçının 18.459,48 manat borcunun olması barədə məlumatı olmamış, iddiaçıdan həmin borc ilk dəfə yalnız 2020-ci il 10 fevral tarixli xəbərdarlıqla tələb edilmişdir, bunun əksini təsdiq edən sübut isə cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Həmçinin, cavabdeh tərəfindən iddiaçının mübahisələndirilən borcunun yaranma əsasına, o cümlədən borcun nə zaman yaranmasına dair hər-hansı sübutlar mövcud olmamışdır. Mübahisələndirilən borcun yaranma əsası və tarixi müəyyən olunmamış və cavabdehin iddiaçıdan həmin borcu tələb etməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət keçmişdir. Belə olan halda i sə iddiaçının öhdəliyin icrasından imtina etmək hüququ yaranmışdır.

12. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 527.1, 550, 551.1, 551.2, 552.1, 554.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

13. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 1 aprel tarixli, 2-2(106)-18/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia təmin edilməmişdir (sədrlik edən İsmayıl Əhmədov, hakimlər Tale Kərimov və Tofiq Heydərov).

15. Apellyasiya instansiyası məhkəm əsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən müddətin keçməsinə görə iddia tələbinin təmin edilməsi düzgün olmamışdır. Tərəflər arasında 2020-ci il 1 yanvar tarixli üzləşmə aktından iddiaçının həmin aktla cavabdehə 18.459 manat borcunun olduğunu etiraf etməsi aydın olmuşdur. Mülki qanunvericiliyin tələblərinə görə isə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

16. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası MMin 380.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

17. Apellyasiya məhkəmənin qətnaməsi 2021-ci il 7 aprel tarixində iş üzrə tərəflərə göndərilmişdir.

18. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti verməklə onun ləğv, iddia t ələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. II. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

19. Maddi hüquq normalarının düzgün tətbiq edilməməsinə dair dəlillər: 2006-cı il 1 mart tarixinə yaranmış borcun tələb edilməsi tamamilə əsassızdır. Borc öhdəliyinin tələb etmə müddətinin keçməsinin nəzərə alınmalı və həmin borc silinməlidir. Belə ki, idarədə X1 edilməklə işlədilən və.s məişət əşyalarının üçün sərf edilməli olan həcmi ilə bağlı bütün sərfiyyat (426.81 manat faktiki istifadə edilmiş sərfiyyat) vaxtında və tam şəkildə ödənilməsinə baxmayaraq, sonradan əldə edilmiş sənədlər və üzləşmə aktı əsasında məlum olmuşdur ki, cavabdehin 2006-ci il 1 mart tarixə qədər yaranmış b orcu 18.459,48 manat təşkil etmişdir.

20. Heç bir sübuta söykənməyən və bugünə kimi MMC-dən tələb edilməmiş qeyd edilən həmin məbləğ əsassız hesablanmışdır. Yalnız 2020-ci il 10 fevral tarixli xəbərdarlıq bildirişi ilə MMC-yə bildirilmişdir ki, obyektin istifadə edilmiş elektrik enerjisinin sərfinə görə 2020-ci il 1 fevral tarixə 18.886,29 manat məbləğində debitor borcu yaranmışdır. Xəbərdarlıqda vaxtında ödənilməmiş borca görə elektrik təchizatı əlavə xəbərdarlıq edilmədən kəsiləcəyi bildirilmişdir. Amma 2006-cı ildən qalmış borc kimi göstərilən 18.459,48 manat borc əsassız olduğu üçün ödənilməmiş və mübahisələndirilmişdir.

21. Mülki qanunvericiliyə görə yenidən təşkil edilən hüquqi şəxsin kreditorunun ixtiyarı var ki, yenidən təşkil edilən hüquqi şəxsin borclu olduğu öhdəliklərə xitam ve rilməsini və ya onların vaxtından əvvəl icra olunmasını və zərərin əvəzinin ödənilməsini tələb etsin. MM-in 442-ci maddəsində göstərilən 2006-ci il 1 mart tarixə qədər yaranmış borcu təsdiq edən öhdəlik yoxdur.

22. O cümlədən, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 2013-cü il 2 iyul tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmişdir ki, yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 23. “X1 Qaydaları”na əsasən isə enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. 2006-ci il 1 mart tarixə qədər yaranmış borcdan bəri bütün illərdə istifadə edilən enerji sərfiyyatının dəyəri ödənilmişdir. Həmin dövrdən bəri rəsmi olaraq həmin borcun ödənilməsi bildirişlə tələb olunmalı idi ki, bu isə mövcud deyil. Tələb edilən borcun nə vaxt, hansı sayğacda yarandığı və borcun yaranma əsası iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Yaranmış borc barədə buraxılmış elektrik enerjisi haqqını cavabdeh tərəfindən MMC-yə 2006-cı il 1 mart tarixdən 2020-ci ilin yanvar ayına qədər ödəmə sənədi təqdim etməmişdir. MMC 2006-ci il 1 mart tarixdən bəri sərf etdiyi elektrik enerjisinin haqqını vaxtında tam həcmdə ödənilməsini təmin etmişdir. 24. 2014-cü il yanvar ayında “X4 Şəbəkəsi MMC ilə 38 saylı Yol İstismar idarəsi arasında bağlanmış, 004062 saylı 2018-ci il 4 yanvar tarixli Şirvan RETSİ X3 ilə 44 saylı Yol İstismarı MMC, 004873 saylı 2020-ci il 7 yanvar tarixli Şirvan RETSİ X3 ilə 44 saylı Yol İstismarı MMC, 043316 saylı 2021-ci il 5 yanvar tarixli X3 ilə 44 saylı Yol İstismarı MMC arasında bağlanmış müqavilələrin 16-cı bəndinə əsasən abonent ləğv edildikdə 10 gün əvvəl alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə müraciətinə baxmalıdır. Göründüyü kimi, MMC-nin adı axırıncı dövrdə iki dəfə dəyişilmiş və hər ilin əvvəlində müqavilə bağlanmışdır. Borc olduğu halda müqavilənin bağlanmasından iddiaçı sonuncu günə qədər olan borcu tələb etməli idi. Elektrik enerjisinə görə hesablaşmalar yalnız tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə əsasən aparılır.

25. Prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinə dair dəlillər: MM-nin 527, 550, 551, 554-cü maddələri tətbiq edilməli olduğu halda, MM-in 380.1-ci maddəsi tətbiq edilmişdir. MM-də borclunun hansı hərəkətlərinin borcu etiraf kimi qəbul edilməli olması barədə göstəriş yoxdur. Üzləşmə aktı borcun etirafı hesab edilə bilməz. Çünki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, 2005-ci il 2 fevral tarixli EEİQ barədə Qərarın 8.3-cü bəndinə əsasən, qeyd olunur ki hesablaşma elektrik sayğacının göstərişinə əsasən aparılır. Həmçinin, Azərbaycan Respublikasının qanunvericiliyində üzləşmə aktı öhdəliyin yaranmasının əsası kimi qəbul edilmir və üzləşmə aktı borcun qəbul edilməsi üçün əsas hesab edilə bilməz. 13 il sonra üzləşmə aktı tərtib edilməsinin hüquqi əsası yoxdur. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

27. İddiaçının vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin olun ması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Cavabdehin vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş, şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

30. İş üzrə iddiaçı tərəfindən apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam o laraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

31. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III.TƏTBİQ EDİLƏN HÜQUQ

32. Azərbaycan Respublikası MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etir af etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.” “Maddə

527. Öhdəliklərə xitam verilməsi əsasları 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. 527.2. Öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir.” “Maddə

550. Tələblər üçün müddət Tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər.” “Maddə

551. Öhdəliklərin xitamı üçün müddətlə r 551.1. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. 551.2. Aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər; 551.2.2. ərzaq məhsulları, qida və içki satışı və ya gələnlərə yaşayış yeri verilməsi üzrə tələblər; 551.2.3. zavod tikintisi, mallar satışı, daşımalar üzrə tələblər, sərbəst peşə adamlarının (məsələn, həkimlərin, vəkillərin və ya məsləhətçilərin) tələbləri, habelə işçilərin əmək münasibətləri üzrə tələbləri; 551.2.4. məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir.” “Maddə

552. Öhdəli klərin xitamı üçün müddətin axımının başlanması 552.1. Müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır....” “Maddə

554. Öhdəliklərin xitamı üçün müddətin keçməsinin nəticələri 554.1. Müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır....”

33. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarına əsasən, “... iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intiza mlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.”

34. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutu lur: “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” “Maddə

420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan mə hkəmə üçün məcburidir.” IV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. İşin məhkəmələr tərəfindən üəyyən edilmiş hallarına görə mübahisəli borc 2006-cı il 1 mart tarixinə yaranmış, bu halı hər iki tərəf 2020-ci il 1 yanvar tarixli üzləşmə aktı ilə təsdiq etmişdir.

36. İddiaçı hazırki iddiasında cavabdehə olan 18.459,48 manat borcunun tələb edilməsi üçün mülki qanunvericiliklə müəyyən edilmiş müddətin keçməsinə görə silinməsini xahiş etmişdir.

37. Apellyasiya instansiyası məhkəməsi iddiaçının tələbini təmin etməmiş, iddiaçının 2020-ci il 1 yanvar tarixli aktla cavabdehə 18.459 manat borcunun olmasını etiraf etməsinə, bununla da iddia müddətinin axımının kəsilməsinə əsaslanmışdır.

38. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edi r ki, məhkəmə tərəfindən işin müəyyən edilmiş faktiki hallarına maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.

39. Belə ki, iddia ərizəsindən göründüyü kimi, iddiaçının tələbinin maddi hüquqi əsasını MM-in 527.1, 550, 551.2.1 və 554.1-ci maddələri təşkil edir. Lakin apellyasiya instansiyası məhkəməsi qətnaməsində həmin maddi hüquq normalarının tələbləri baxımından iddianın əsaslı olub-olmamasına hüquqi qiymət verməmiş, mülki qanunvericiliyin göstərilən normalarının dispozisiya şərtlərinin olub-olmamasını müəyyən etməmişdir.

40. Həmçinin, məhkəmə birinci instansiya məhkəməsinin qətnaməsinin MPM-in 385-ci maddəsi ilə müəyyən edilmiş hansı əsaslara görə apellyasiya qaydasında ləğv edildiyini göstərməmiş, bununla da qətnamənin qanuniliyi və əsaslığına dair MPM-in 217-ci maddəsinin tələbləri ni pozmuşdur.

41. Kollegiya üzləşmə aktı ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyinə gəldikdə qeyd edilməsini zəruri hesab edir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur.

42. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi MM-in 380-ci maddəsində iddia müddətinin axımının kəsilməsinin iki əsası nəzərdə tutulur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi və borclunun borcu etiraf etməsin i göstərən hərəkətlər etməsi. Maddənin mənasına görə iddia müddətinin axımının kəsilməsi onu nəzərdə tutur ki, iddia müddəti hesablanmağa başlamış, müddətin axımı davam edir və müddət hələ bitməmişdir, iddia müddətinin axımının kəsilməsinə əsas verən hərəkətlər iddia müddətinin axımının davam etdiyi dövrdə baş verməlidir. Müddət bitdikdən sonra iddia müddətinin axımı dayandığından həmin vaxtdan sonra edilmiş hərəkətlər iddia müddətinin axımının kəsilməsinə əsas verə bilməz.

43. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 2 aprel tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 28 no yabr tarixli Qərarında göstərilmişdir ki, “…mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi və borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: borcun qismən ödənilməsi; əsas borc üzrə faizin köçürülməsi; kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər.).”

44. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, 2006-cı ilədək yaranmış borcu üzrə iddia müddətinin axımının 2020-ci ildə üzləşmə aktı imzalanmaqla kəsilməsinə dair apellyasiya instansiyas ı məhkəməsinin nəticəsi mülki qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun göstərilən qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olmamışdır.

45. Beləliklə, məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini əsaslı hesab edir və belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosesessual hüquq normalarının pozulmasına görə ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

46. Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 418, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 1 aprel tarixli 2-2(106)-18/2 021 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.F. Qəribov E.Y.Şamayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar