Məhkəmə qərarları › İş №2-2(102)-351/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-351/2025

09.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-351/2025 09.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Quba bələdiyyəsinin cavabdehlər Cavabdeh5, Cavabdeh4, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi publik hüquqi şəxsinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz ərazi idarəsinə, Quba regional “ASAN xidmət” mərkəzindəki Notariat ofisinə və Cavabdeh3 qarşı iş üzrə QƏRAR Açar sözlər: Hərracın nəticələrinin etibarsızlığı, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kom mersiya Kollegiyasının hakimi X2 məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənli Azərin Mürvət qızının katibliyi ilə, İddiaçı Quba Bələdiyyəsinin cavabdehlər Cavabdeh5, Cavabdeh4, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi publik hüquqi şəxsinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz ərazi idarəsinə, Quba regional “ASAN xidmət” mərkəzindəki Notariat ofisinə və Cavabdeh3 qarşı hərracların nəticələrinə dair iclas protokollarının və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi və torpaq sahələrinin qaytarılması tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 24 yanvar tarixli, 2-2(105)-14/2025 nömrəli qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayətinə şifahi icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Quba Bələdiyyəsinin 2012-ci il 30 may tarixli 9/4 nömrəli qərarı ilə Quba Bələdiyyəsinin alqı-satqı predmeti olan 300 kv.m. və ya 0,03 ha torpaq sahəsinin məqsədli təyinatı ərazinin yer quruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, k analizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmədiyindən, həmin torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə satılması ilə bağlı açıq müsabiqənin keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması qərara alınmışdır.

2. Hərraca çıxarılan torpaq sahəsinin ilkin qiyməti 1500 manat, hərrac addımı 150 manat olmaqla, hərrac keçirilmiş və torpaq sahəsi 9000 manat olmaqla ən yüksək qiyməti təklif etmiş Cavabdeh2 satılmış, bu barədə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və ya şəhər Torpaq hərrac və müsabiqə Komissiyasının (Təşkilatçının) torpaq hərrac və ya müsabiqənin nəticələri barədə 2013-cü il 19 yanvar tarixli, 125 nömrəli protoko lu tərtib olunmuşdur.

3. Cavabdeh2 0,03 ha torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı 2013-cü il 19 yanvar tarixdə keçirilmiş açıq hərracın qalibi olmuş və bu barədə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ********* nömrəli şəhadətnamə verilmişdir.

4. Quba Bələdiyyəsi ilə Cavabdeh2 arasında 2013-cü il 19 fevral tarixli ******* nömrəli alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən, satıcı Quba Bələdiyyəsi AR ƏMDKY DƏDRX-nın Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 2012-ci il 22 noyabr tarixli, RX ******* seriya nömrəli, ********** qeydiyyat nömrəli, **********20 reyestr nömrəli çıxarışa əsasən Quba şəhəri ünvanında yerləşən Quba Bələdiyyəsinin mülkiyyətində olan 0,03 hektar torpaq sahəsini alıcı Cavabdeh2 mülkiyyətinə verir.

5. Quba şəhəri 223-cü Atıcı Diviziya küçəsində yerləşən 0,03 hektar torpaq sahəsi Cavabdeh2 mülkiyyətində olması barədə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 2013-cü il 14 mart qeydiyyat tarixli, **********2 qeydiyyat nömrəli, **********36 reyestr nömrəli, ******* seriya nömrəli çıxarış verilmişdir.

6. Azərbaycan Respublikası Quba Bələdiyyəsinin 2012-ci il 30 may tarixli 9/4 nömrəli qərarı ilə Quba Bələdiyyəsinin alqı-satqı predmeti olan 90 kv.m. və ya 0,009 ha torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən, habelə elektr ik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmədiyindən, həmin torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə satılması ilə bağlı açıq müsabiqənin keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması qərara alınmışdır.

7. Hərraca çıxarılan torpaq sahəsinin ilkin qiyməti 450 manat, hərrac addımı 45 manat olmaqla, hərrac keçirilmiş və torpaq sahəsi 270 manat olmaqla ən yüksək qiyməti təklif etmiş Cavabdeh2 satılmış və bu barədə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və ya şəhər Torpaq hərrac və müsabiqə Komissiyasının (Təşkilatçının) torpaq hərrac və ya müsabiqənin nəticələri barədə 2013-cü il 19 y anvar tarixli, 126 nömrəli protokolu tərtib olunmuşdur. 8.Cavabdeh2 0,009 ha torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı 2013-cü il 19 yanvar tarixdə keçirilmiş açıq hərracın qalibi olmuş və bu barədə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş ********* nömrəli şəhadətnamə verilmişdir. 9.Quba Bələdiyyəsi ilə Cavabdeh3 arasında 2014-cü il 14 mart tarixli ******* nömrəli alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən, satıcı Quba Bələdiyyəsi AR ƏMDKYDƏDRX-nın Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 2014-cü il 22 fevral tarixli, RX ******* seriya nömrəli, ********** qeydiyyat nömrəli, **********20 reyestr nömrəli çıxarışa əsasən Quba şəhəri ünvanında yerləşən Quba Bələdiyyəsinin mülkiyyətində olan 0,0021 hektar torpaq sa həsini alıcı Cavabdeh3 mülkiyyətinə verir.

10. Hərraca çıxarılan torpaq sahəsinin ilkin qiyməti 105 manat, hərrac addımı 10 manat olmaqla, hərrac keçirilmiş və torpaq sahəsi 630 manat olmaqla ən yüksək qiyməti təklif etmiş Cavabdeh3 satılmış və bu barədə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və ya şəhər Torpaq hərrac və müsabiqə Komissiyasının (Təşkilatçının) torpaq hərrac və ya müsabiqənin nəticələri barədə 2013-cü il 18 fevral tarixli 261 nömrəli protokolu tərtib olunmuşdur.

11. Cavabdeh3 2014-cü il 18 fevral tarixdə keçirilmiş açıq hərracın qalibi olmuş, Quba şəhərində yerləşən Quba Bələdiyyəsinə məxsus 0,0021 hektar torpaq sahəsi 630 manata onun mülkiyyətinə verilmiş və bu barədə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən v erilmiş ********* nömrəli şəhadətnamə verilmişdir.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz regional Ədliyyə İdarəsindən Quba Bələdiyyəsinə ünvanlanmış 2022-ci il 31 mart tarixli 04Q/104 nömrəli məktubdə qeyd edilmişdir ki, vətəndaş Cavabdeh3 torpaq mübahisəsi ilə bağlı müraciətinə Xaçmaz regional Ədliyyə İdarəsində baxılmış və müəyyən olunmuşdur ki, Quba Bələdiyyəsinin 2012-2013-cü illər ərzində bələdiyyə sədri vəzifəsində işləmiş Cavabdeh4 tərəfindən “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin tələblərinə zidd olaraq Quba şəhəri 223-cü Atıcı Diviziya küçəsində yerləşən bələdiyyənin yaşayış məntəqəsi torpaqlarına aid 0,03 ha və 0.009 ha torpaq sahələrinin sahibkarlıq məqsədilə satılması üçun üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması barədə hər bir torpaq sahəsi ilə bağlı ayrıayrılıqda gündəlik məsələ müzakirə olunmadan və hər bir məsələ ilə bağlı ayrı-ayrı qərarlar qəbul edilmədən, Quba Bələdiyyəsinin 2012-ci il 30 may tarixli, 9 nömrəli iclasının 3312 kv.m. torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi və sahibkarlıq məqsədilə satılması barədə 2-ci qərarından çıxarış edilərək 0.03 ha və 0.009 ha torpaq sahələrinə bələdiyyənin mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışlar almaqla hər iki torpaq sahəsinin hərrac və müsabiqəyə çıxarılması barədə qərarlar qəbul edilmədən, hərrac qaydasında bacısının həyat yoldaşı Cavabdeh2, o cümlədən həmin ərazidən sahibkarlıq məqsədilə 0,0021 ha torpaq sahəsi isə hərrac və müsabiqəyə çıxarılması barədə qərar qəbul edilmədən hərrac q aydasında şikayətçi Cavabdeh3 mülkiyyətinə satmışdır. Araşdırma zamanı Cavabdeh2 satılmış 0.03 ha və 0.009 ha torpaq sahələrinin hərrac və müsabiqəyə çıxarılması və satılması barədə, həmçinin şikayətçi Cavabdeh3 sahibkarlıq məqsədilə mülkiyyətinə satılmış 0,0021 ha torpaq sahələrinin hərrac və müsabiqəyə çıxarılması barədə Quba Bələdiyyəsinin hər hansı iclasının keçirilmədiyi və hər hansı qərarı aşkar edilmədiyindən, həmin torpaq sahələrinə dair mülkiyyət sənədlərinin etibarsız hesab edilməsi və torpaq sahələrinin bələdiyyə mülkiyyətinə qaytarılması ilə bağlı müvafiq məhkəməyə müraciət edilməsi xahiş olunur.

13. Quba Bələdiyyəsinin 2022-ci il 11 aprel tarixli, 04 nömrəli qərarı ilə 2014-cü il 19 fevral tarixdə Cavabdeh2 satılmış 0.03 ha və 0.009 ha torpaq sahələrinin hərrac və müsabiqəyə çıxarılması və satılması barədə Quba Bələdiyyəsində hər hansı iclasın keçirilmədiyi və hər hansı bir qərarın aşkar edilmədiyindən həmin torpaq sahələrinə dair mülkiyyət sənədlərinin etibarsız hesab edilməsi və torpaq sahələrinin bələdiyyə mülkiyyətinə qaytarılması ilə bağlı və 2014-cü il 4 mart tarixdə Cavabdeh3 sahibkarlıq məqsədilə mülkiyyətinə satılmış 0.0021 ha torpaq sahəsinin hərrac və müsabiqə barədə Quba Bələdiyyəsində hər hansı iclasının keçirilmədiyi və hər hansı bir qərarın aşkar edilmədiyindən həmin torpaq sahələrinə dair mülkiyyət sənədlərinin etibarsız hesab edilməsi və torpaq sahələrinin bələdiyyə mülkiyyətinə qaytarılması ilə bağlı müvafiq məhkəməyə müraciət edilməsi qərara alınmışdır.

14. Sumqayıt İnzibati Məhkəməsinin 2022-ci il 25 noyabr tarixli, 2-1(118)-3681/2022 nömr əli qərardadı ilə iddiaçı Quba Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı vermiş olduğu iddia mümkün sayılmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

15. İddiaçı Quba Bələdiyyəsi (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh2 (prosessual hüquq varisliyi qaydasında hazırda oğlu Cavabdeh5), Cavabdeh4, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi publik hüquqi şəxsinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz ərazi idarəsinə, Quba regional “ASAN xidmət” mərkəzindəki Notariat ofisinə və Cavabdeh3 (bundan sonra birlikdə – cavabdehlər) qarşı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək İddiaçının mülkiyyətində olmuş Quba şəhəri 223-cü Atıcı Diviziya küçəsində yerləşən 0,03 ha torpaq sahəsinin satılması ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və ya şəhər torpaq hərrac və müsabiqə komissiyasının torpaq hərrac və ya müsabiqəsinin nəticələri barədə 2013-cü il 19 yanvar tarixli 125 nömrəli iclas protokolunun, həmin torpaq sahəsinin satılması ilə bağlı iddiaçı ilə Cavabdeh2 (bundan sonra – “Cavabdeh2”) arasında bağlanmış 2013-cü il 19 fevral tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 Hüquql arın dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, 2013-cü il 14 mart tarixli, **********36 reyestr nömrəli çıxarışın ləğv edilməsi, Quba şəhər ərazisində yerləşən 0,009 ha torpaq sahəsinin satılması ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və ya şəhər torpaq hərrac və müsabiqə komissiyasının torpaq hərrac və ya müsabiqəsinin nəticələri barədə 2013-cü il 19 yanvar tarixli 126 nömrəli iclas protokolunun, həmin torpaq sahəsinin satılması ilə bağlı iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 2013-cü il 19 fevral tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 Quba şəhərində yerləşən 0,009 ha t orpaq sahəsinə dair verilmiş çıxarışın ləğv edilməsi, Quba şəhər ərazisində yerləşən 0,0021 ha torpaq sahəsinin satılması ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və ya şəhər torpaq hərrac və müsabiqə komissiyasının torpaq hərrac və ya müsabiqəsinin nəticələri barədə 2014-cü il tarixli 18 fevral 261 nömrəli iclas protokolunun, həmin torpaq sahəsinin satılması ilə bağlı iddiaçı ilə Cavabdeh3 (bundan sonra – “Cavabdeh3”) arasında bağlanmış 2014-cü il 4 mart tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 Quba şəhərində yerləşən 0,0021 ha torpaq sahəsinə dair verilmiş çıxarışın ləğv edilməsi və göstərilən torpaq sahələrinin iddiaçının mülkiyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının 2012-2013-cü illər ərzində sədri vəzifəsində işləmiş Cavabdeh4 tərəfindən “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinin tələblərinə zidd olaraq Quba şəhəri, 223-cü Atıcı Diviziya küçəsində yerləşən bələdiyyənin yaşayış məntəqəsi torpaqlarına aid 0,03 ha və 0,009 ha torpaq sahələrinin sahibkarlıq məqsədilə satılması üçün üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması barədə hər bir torpaq sahəsi ilə bağlı ayrı-ayrılıqda qərarlar qəbul edilmədən, iddiaçının 2012-ci il 30 may tarixli 09 nömrəli iclasının 3312 kv.m. torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi və sahibkarlıq məqsədilə satılması barədə 2-ci qərarından çıxarış ed ilərək 0,03 ha və 0,009 ha torpaq sahələrinə bələdiyyənin mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar almaqla hər iki torpaq sahəsinin hərrac və müsabiqəyə çıxarılması barədə qərar qəbul edilmədən, hərrac qaydasında bacısının həyat yoldaşı Cavabdeh2, o cümlədən həmin ərazidən sahibkarlıq məqsədilə 0,0021 ha torpaq sahəsi isə hərrac və müsabiqəyə çıxarılması barədə qərar qəbul edilmədən hərrac qaydasında Cavabdeh3 satmışdır.

17. Məhkəmə iclasında verdiyi izahatlarda cavabdeh A.X3 sədri vəzifəsində işləmiş və hazırkı iş üzrə digər cavabdeh olan Cavabdeh4 tərəfindən bələdiyyənin 15 nəfər üzvünün razılıqları olmadan torpaq sahələrini birbaşa hərracda satışa çıxarmasından, onun özünün torpaq sahəsinin qanunsuz yolla ona satılmasından xəbərinin olmadığını qeyd etmiş v ə məhkəmənin yekun qərarı iddianın təmin edilməsi ilə bağlı olarsa, ona satılmış torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılmasına etirazının olmadığını bildirmişdir.

18. Cavabdehlər Cavabdeh5 və Cavabdeh4 nümayəndəsi isə iddiaya etiraz edərək izahatında torpaq sahələrinin hərracda satışa çıxarılması üçün bələdiyyənin ayrıca qərarına ehtiyac olmadığını, bunun formal, texniki xarakter daşıyan bir hal olduğunu və torpaq sahələrinin hərracda satışa çıxarılması ilə bağlı qərarın bələdiyyə üzvlərinin iştirakı olmadan qəbul edilməsinin fundamental pozuntu hesab edilmədiyini, həmçinin iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü qeyd etmişdir.

19. Quba Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli 2(027)-816/2024 nömrəli qərardadı ilə işin baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiy a Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

20. Sumqayıt Kommersiya Məhkəməsinin 2024-cü il 20 sentyabr tarixli, 2-2(119)612/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim - F.Həmidli).

21. Məhkəmə bildirmişdir ki, Quba Bələdiyyəsi tərəfindən mülkiyyətində olan torpaq sahələri barədə bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması barədə qərarlar qəbul edilsə də, Əsasnamənin 22-ci bəndinin tələblərinə zidd olaraq hər bir torpaq sahəsinə dair ayrıca hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edilmədən torpaq sahələri hərraca çıxarılmış və cavabdehlər Cavabdeh2 (vəfat etmiş) və Cavabdeh3 həmin torpaq sahələrini satın almışlar.

22. Belə bir qərarın qəbul edilməməsi həm də ona gətirib çıxarmışdır ki, kollegial qaydada fəaliyyət göstərən bələdi yyə orqanında həmin torpaq sahələrinin hərraca çıxarılması məsələsi bələdiyyə üzvləri ilə müzakirə edilməmiş, bu barədə iclas keçirilməmiş, yerli əhali tərəfindən seçilmiş və yerli səviyyədə onların maraq və manafelərinin təmsilçisi hesab edilən bələdiyyə üzvlərinin məsələ ilə bağlı rəyi öyrənilməmişdir.

23. Məhkəmə cavabdehlər Cavabdeh5 və Cavabdeh4 nümayəndəsinin dəlillərlə razılaşmayaq qeyd etmişdir ki, istinad edilmiş qanunvericilik aktlarında belə bir qərarın qəbul edilməli olduğu birbaşa və imperativ qaydada təsbit edilmişdir. Digər tərəfdən, bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması barədə qərarlar qəbul edilməsi onun əmlakının özgəninkiləşdirilməsi anlamına gəlmir, bu prosedurla bələdiyyə, sadəcə olaraq özünün mülkiyyətində olan torpaq sahələrini daş ınmaz əmlakın dövlət reyestrində qeydə aldırır. Lakin bundan fərqli olaraq torpaq sahələrinin hərracda satışa çıxarılması üçün qərar qəbul edilməsi artıq onun əmlakının bilavasitə özgəninkiləşdirilməsinə yönəlmiş fəaliyyətdir və hazırkı işdə bələdiyyə məhz belə bir qərarı qəbul etməmişdir.

24. Həmçinin məhkəmə onu da vurğrlamışdır ki, yerli özünidarəetmə orqanı olan bələdiyyə müvafiq ərazinin əhalisi tərəfindən seçki yolu formalaşdırılır və həmin yerin əhalisinin maraqlarını nəzərə almaqla fəaliyyət göstərməli olan ictimai təşkilatdır. Bununla əlaqədar bələdiyyənin mülkiyyətində olan əmlaka dair sərəncam verilməsi ilə bağlı məsələ “ictimai əsaslı”dır, cəmiyyətin, yəni həmin yerin əhalisinin maraq və manefələri ilə birbaşa bağlı olan məsələdir.

25. Bu mənada məhkəmə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” adlanan 1-ci maddəsinə istinadən hesab etmişdir ki, nümayəndənin torpaq sahələrinin hərracda satışa çıxarılması ilə bağlı qərarın bələdiyyə üzvlərinin iştirakı olmadan qəbul edilməsinin fundamental pozuntu hesab edilməməsi barədə dəlili əsaslı hesab edilə bilməz.

26. Cavabdehlər Cavabdeh5 və Cavabdeh4 nümayəndəsinin öz dəlillərini, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında qeyd edilən hüquqi mövqelərlə əsaslandırılması ilə bağlı məhkəmə qeyd etmmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun icraatında olmuş həmin işə məhkəmələr inzibati məhkəmə icraatı çərçivəsində baxmış, Konstitusiya Məhkəməsinin Plenumu da inzibati və inzibati-pr osessual qanunvericiliyin norma və prinsiplərini nəzərə alaraq müvafiq qiymətləndirmə aparmışdır və buna görə də həmin işin hazırkı kommersiya işi ilə müqayisə edilməsi nəzəri və praktiki baxımdan doğru olmayan nəticələrə gəlməyə səbəb ola bilər. Ən əsası isə, həmin Qərarda söhbət bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınmamasının yekun inzibati aktın hüquqi qüvvəsinə təsirinin olmamasından gedir. Hazırkı işdə isə mübahisə predmeti belə rəylərin olmaması deyil, bilavasitə bələdiyyə iclası keçirilməklə müzakirə edilərək səsverməylə qəbul edilməsi zəruri olan bələdiyyə mülkiyyətində olan tor paq sahələrinin hərracda satışa çıxarılması barədə qərarların mövcud olmamasıdır.

27. Məhkəmə bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz regional ədliyyə idarəsi tərəfindən iddiaçıya 2022-ci il 31 mart tarixində məktubla müraciət edilərək bələdiyyənin mülkiyyətində olan sözügedən torpaq sahələrinin satılması zamanı qanun pozuntularına yol verilməsinin aşkar edildiyi barədə məlumat verilmiş və həmin torpaq sahələrinə dair mülkiyyət sənədlərinin etibarsız hesab edilməsi və torpaq sahələrinin bələdiyyə mülkiyyətinə qaytarılması ilə bağlı müvafiq məhkəməyə müraciət edilməsi xahiş edilmişdir. İddiaçı Quba Bələdiyyəsi də hazırkı iddia ilə 2022-ci il 21 aprel tarixində Quba Rayon Məhkəməsinə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 2022ci il 27 iyul tarixli qərardadı i lə işin icraatına xitam verilmiş, daha sonra məhkəmə 2024-cü il 12 fevral tarixli qərardadı ilə 2022-ci il 27 iyul tarixli əvvəlki qərardadını ləğv etmiş və işə baxmış, daha sonra isə 2024-cü il 11 mart tarixli qərardadı ilə işin baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Yəni torpağa dair alqı-satqı müqavilələri 2013-cü və 2014-cü illərdə bağlanılsa da, həmin torpaq sahələri satılarkən qanun pozuntularına yol verilməsi halı iddiaçıya 2022-ci ildə məlum olmuş (Xaçmaz regional ədliyyə idarəsi tərəfindən iddiaçıya ünvanladığı 31 mart 2022-ci il tarixli məktub), iddiaçı da 2022-ci il 21 aprel tarixində Quba Rayon Məhkəməsinə müraciət etməklə cavabdehin nümayəndəsinin ərizəsində istinad etdiyi iddia müddətini ötürməmişdir.

28. Digər tərəfdən m əhkəmə qeyd etmişdir ki, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə (özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə) iddia müddəti tətbiq edilmir. İddiaçı Quba bələdiyyəsi sözügedən torpaq sahələrinin əvvəlki mülkiyyətçisi kimi, torpaq sahələrinin indiki mülkiyyətçiləri ilə yanaşı, həmçinin həmin əqdləri bağlamış bələdiyyənin keçmiş sədri Cavabdeh4 qarşı da iddia qaldırmaqla mülkiyyətçi rolundan çıxış etmiş olur və bu halda onun mülkiyyət hüququnun pozulmasının aradan qaldırılması haqqında tələblərinə iddia müddəti tətbiq edilə bilməz. Bu hissədə məhkəmə həm də onu əlavə etməyi zəruri hesab edir ki, iddiaçı Quba Bələdiyyəsinin keçmiş sədri olmuş Cavabdeh4 mübahisələndirilən alqı-satqı müqav ilələrini bələdiyyənin adından bilavasitə özü bağladığından (imzaladığından) həmin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinin də olduğu iddia ərizəsində cavabdehlərdən biri kimi göstərilmişdir.

29. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddəsinin 2-ci və 4-cü hissələrinə, 143-cü maddəsinin 1-ci hissəsinə, 144-cü maddəsinin 6-cı hissəsinə, 145-ci maddəsinin 1-ci və 2-ci hissələrinə, 146-cı maddəsinin 3-cü hissəsinə, 147-ci maddəsinin 1-ci və 2-ci hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 14.1, 152.1, 156.1, 157.2, 337.2, 354.2, 372.1, 373.2, 377.1, 384.0.4, 416.2-ci maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (bundan sonra – “TM”) 8, 47-ci maddəsinin 6-cı his səsinə, 109-cu maddəsinə, “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinin 1-ci və 6-cı hissələrinə, 48-ci maddəsinin 1-ci hissəsinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2, 6.5-ci maddələrinə, Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 3-cü hissəsinin 16-cı bəndinə, 4-cü hissəsinin 22-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88, 106.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

30. Cavabdehlər Cavabd eh5 və Cavabdeh4 birgə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

31. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 24 yanvar tarixli 2-2(105)-14/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – İ.Dəmirov, hakimlər – Z.Məmmədov və M.Hüseynov).

32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq həmçinin qeyd etmişdir ki, apellyasiya şikayəti ilə mübahisələndirilən mübahisə predmeti olan 0.03 ha və 0.009 ha torpaq sahələri elektrik xətlərinin mühafizə zol ağında yerləşir və həmin torpaq sahələrində X6 Filialına və X7 Regional mərkəzinə məxsus 2011-ci ildə çəkilmiş 6 kv-luq yüksək gərginlikli yeraltı elektrik xətləri keçir. Məhkəmə kollegiyasının araşdırması əsasında həmçinin müəyyən olunmuşdur ki, apellyasiya şikayəti ilə mübahisələndirilən həmin 0.03 ha və 0.009 ha torpaq sahələri “Nərgiz Plaza” şadlıq sarayının ön hissəsinə aid sahədir və həmin torpaq sahələrində hər hansı tikinti işləri aparılmamışdır. Bununla əlaqədar Cavabdeh5 nümayəndəsi məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, həmin torpaq sahəsindən qeyd olunan şadlıq sarayı ilə əlaqədar yalnız avtomobil dayanacağı kimi istifadə olunur. “Torpaq bazarı haqqında” Qanunun 8-ci maddəsinə və TM-nin 62-ci maddəsinə əsasən həmin torpaq sahələri xüsusi mülkiyyətə verilə bilməz. Bun a görə həmin torpaq sahələrinə dair bağlanmış müqavilələr əhəmiyyətsiz əqdlərə aid olduğundan həmin müqavilələr hər hansı müddət tətbiq edilmədən öz-özlüyündə etibarsızdır. Belə ki, MM-nin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq öz-özlüyündə etibarsız olan əqddir.

33. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinin Cavabdeh3 ünvanladığı ünvanladığı 2022-ci il 31 mart tarixli məktubunda göstərilmişdir ki, hazırki mübahisə ilə əlaqədar iddiaçının sədri vəzifəsində işləyən X1 müvafiq izahat alınmış, o isə qeyd olunan torpaq sahəsindən hər hansı kommunikasiya xətlərinin keçməsindən həmin vaxt məlumatsız olduğunu bildirmişdir.

34. Cavabdeh5 k assasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:

35. İddia ərizəsində iddia tələblərinin qeyri-dəqiq olması səbəbindən iddiaya baxılmanın mümkün olmaması barədə qərardad qəbul olunmalı idi. Belə ki, 3 dəfə hazırlıq iclası keçirilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclaslarında iştirak etməmiş və cavabdeh iddia tələbinin dəqiqləşdirilməsi ilə əlaqədar suallarını verə bilməmişdir. Cavabdeh4 qarşı iddiaçının hansı tələbi irəli sürməsi aydın deyil, iddia ərizəsində o cavabdeh kimi göstərilsə də, iddia tələbində ona qarşı heç bir tələb irəli sürülmür. İddiaçının məhkəmə yə mövqeyini təsdiq edən heç bir tutarlı sübut təqdim etməməsinə, heç bir məhkəmə iclasında iştirak etməməsinə baxmayaraq, onun xeyrinə qərar verməsi məhkəmə tərəfindən işə birtərəfli qaydada baxılmasına sübutdur. Bundan əlavə, mübahisə həm inzibati, həm də mülki xarakter daşıdığından, işə bir məhkəmə tərkibində baxılması yolverilməz olmuşdur. İnzibati tələb və mülki tələblər bir işdə birləşdirilə bilməz və buna görə də işin aidiyyəti üzrə ayrılaraq ayrı-ayrı məhkəmələrə yönəldilməsi tələb olunmalı idi. Eyni zamanda, məhkəmənin işə birtərəfli yanaşdığı, iddiaçının heç bir məhkəmə iclasında iştirak etmədiyi, öz mövqeyini sübut edən sənədlər təqdim etmədiyi halda iddianın təmin edilməsi ədalət mühakiməsi prinsiplərinin pozulması kimi qiymətləndirilməlidir. MPM-in 220.4 və 385.1-ci maddələrin ə əsasən, məhkəmə qərarının əsaslandırılması və sübutlara hüquqi qiymət verilməsi zəruri olduğu halda, apellyasiya instansiyası bu tələbləri də yerinə yetirməmişdir. Qətnamə ümumi formada və ilkin instansiyanın nəticələrini təkrar etməklə tərtib edilmişdir ki, bu da prosessual hüquqların pozulmasına səbəb olmuşdur. Həmçinin, iddia müddəti tətbiq olunmaqla, iddianın rədd edilməsini birinci instansiya məhkəməsində xahiş edilsə də, habelə vəsatətə birinci instansiyanın münasibət bildirilməməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi də bu hala qiymət verməmişdir. Bundan əlavə, torpaq sahələrinin ayrılması zamanı bələdiyyə tərəfindən müəyyən prosessual pozuntulara yol verilsə də, bu hallar vətəndaşın mülkiyyət hüququnun pozulmasına əsas ola bilməz. Belə ki, Avropa Məhkəməsinin Gashi X orvatiyaya qarşı və Stolyarova Rusiya Federasiyasına qarşı işlərində də təsbit olunduğu kimi, dövlət orqanlarının fəaliyyətindəki səhvlərə görə məsuliyyət dövlətin üzərinə düşür və həmin səhvlərin nəticələri maraqlı şəxsin hesabına düzəldilə bilməz. Həmçinin, torpaq sahələri açıq hərrac qaydasında, dövlət orqanlarının rəyi və çıxarışları əsasında qanuni şəkildə əldə olunmuşdur. Hərrac protokolları, alqı-satqı müqavilələri və müvafiq çıxarışlar torpaq sahələrinin hüquqi əsasla əldə edildiyini təsdiq etdiyi halda, bu mülkiyyət hüququnun ləğvi üçün hüquqi əsasların olmamasını göstərir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

36. Cavabdeh3 kassasiya şikayətinə qarşı etiraz verərək bildirmişdir ki, Cavabdeh2 satılan torpaq sahələri ümumi istifadədə olan, üzərində yüksək gərginlikli el ektrik xətləri keçən və hərrac və müsabiqəyə dair hər hansı rəsmi qərarı olmayan ərazilər olmuşdur. Həmin torpaq sahələrinin qanunsuz satıldığını müəyyən etdikdən sonra bu barədə Prezident Administrasiyasına müraciət edilmiş və məsələ Ədliyyə Nazirliyinin Xaçmaz regional idarəsində araşdırılmışdır. Araşdırma nəticəsində qeyd olunan torpaq sahələrinin satışı ilə bağlı bələdiyyənin heç bir qərarı olmadığı təsbit edilmiş və bələdiyyəyə müvafiq sənədlərin etibarsızlığı ilə bağlı məhkəməyə müraciət tövsiyə olunmuşdur. İddianın inzibati deyil, məhz mülki mübahisə predmeti olduğu isə Sumqayıt İnzibati Məhkəməsinin 2022-ci il 25 noyabr tarixli qərarı ilə müəyyən edilmişdir. Bələdiyyənin iddiası konkret inzibati aktın ləğvinə deyil, ümumiyyətlə, belə aktların mövcud olmamasına əsaslanaraq torpaq hə rracının və müqavilələrin etibarsız hesab edilməsinə yönəlmişdir. Kassasiya şikayətində iddia müddətinin buraxıldığı irəli sürülsə də, Ədliyyə Nazirliyinin 2022-ci il 31 mart tarixli məktubu ilə pozuntu halları bələdiyyəyə həmin tarixdə məlum olmuşdur və iddiaçı da dərhal 2022-ci il 21 aprel tarixində məhkəməyə müraciət etmişdir. Kassasiya şikayətində irəli sürülən iddialar hüquqi cəhətdən əsaslandırılmamışdır və yalnız formal xarakterlidir.

37. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək bildirmişdir ki, iş üzrə cavabdehin kasasiya şikayəti formal mülahizələrdən ibarətdir və kassasiya şikayətində maddi və prosesual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması real dəlillərlə göstərilməmişdir. d) məhkəmə iclasında iştirak edən şəxslərin iza hatları

38. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etmişdir.

39. Cavabdeh3 vəkillə iştirak etmədiyi üçün dinlənilməmiş, işdə iştirak edən digər şəxslər isə məhkəmə iclasına gəlməmiş və MPM-in 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

40. Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin tam ləğv edilməsi xahiş edilmişdir. Bununla yanaşı, işdə iştirak edən digər şəxslər tərəfindən kassasiya şikayəti verilməmişdir. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasını qət etsə də, qətnamənin əsaslandırıcı hissəsində mübahisələndirilə n hissə dəqiq müəyyən edilməmişdir. Qeyd olunanlar və kassasiya şikayətinin dəlilləri nəzərə alınaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı yalnız mübahisə predmeti olan 0.03 ha və 0.009 ha torpaq sahələrinə aid hissədə və MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə yoxlanılacaqdır. TƏTBİQ EDİLƏN HÜQUQ

41. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

16. Mülki hüquqların həyata keçirilməsinin məhdudlaşdırılması 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.” “Maddə

324. Əqd anl ayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.” “Maddə

337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasınd an asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.” “Maddə

389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlı lıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” 42. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Ma ddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir.” 43. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Torpaq sahəsinin ayrılmasına dair müraciətə baxılması qaydası” adlanan 3-cü hissəsinin 16-cı bəndi. “Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət h üququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir.” “Torpaqayırma sənədlərinin hazirlanması və rəsmiləşdirilməsi” adlanan 4-cü hissəsinin 22-ci bəndi. “Bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə h ərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir.”

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.” “Maddə

218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.” “Maddə

386. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Maddi hüquq nor maları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.” “Maddə

415. İşdə iştirak edən şəxslərin xəbərdar edilməsi 415.3. Kassasiya instansiyasında işə məhkəmə iclasında baxıldıqda, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; 417.2.Bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun.” KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

45. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin olunmalıdır.

46. Belə ki, mülki qanunvericiliyə əsasən əqdin etibarlı olmasının ümumi şərtləri dörd qrupa bölünür: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər, əqdin formasına aid edilən şərt.

47. Əqdlərin etibarsız hesab edilməsi əsasları isə MM-in 337.1, 339-350-ci və s. maddələrində göstərilmişdir.

48. Hazırki işdə iddiaçı həmin əsasların hansı birinə istinad edilməsi ilə bağlı mövqeyini dəqiq ifadə etməmişdir.

49. İddiaçının istinad etdiyi yeganə faktiki hal isə ondan ibarətdir ki, mübahisəli 0,03 ha və 0,009 ha torpaq sahələrinin hər rac və müsabiqəyə çıxarılması ilə bağlı Quba Bələdiyyəsinin qərarları qəbul edilməmiş, bununla da “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2, 6.5-ci maddələrinin və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 3-cü hissəsinin 16-cı bəndi, 4-cü hissəsinin 22-ci bəndinin tələbləri pozulmuşdur.

50. Kollegiya qeyd edir ki, əqdin bağlanması ilə bağlı hər hansı normativ hüquqi aktda müəyyən edilən prosedur qaydaların pozulması birmənalı olaraq həmin əqdin etibarsızlığına səbəb olmur. Belə pozuntu yalnız o vaxt əqdin etibarsızlığı ilə nəticələnir ki, yuxarıda qeyd edilən əqdin etibarlı olması üçün zəruri olan dörd qrup şərtlərdən heç olmasa biri pozulmuş olsun.

51. İddiaçı isə qeyd edilən prosedur qaydanın pozulması ilə əqdin etibarlı olması üçün zəruri olan hansı şərtin pozulmasını əsaslandırmamışdır.

52. Bununla yanaşı, iddiaçının istinad etdiyi hallara əsasən belə nəticəyə gəlinə bilər ki, iddiaçı əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlərin pozulduğuna istinad edir.

53. Bununla bağlı kollegiya qeyd edir ki, MM-in 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır (MM-in 389.1-ci maddəsi).

54. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranm a əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları).

55. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələrinə əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar).

56. Hazırki işin mübahisəsiz halları da ondan ibarətdir ki, mübahisəli 0,03 ha və 0,009 ha tor paq sahələrinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə satılması ilə bağlı açıq müsabiqənin keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması barədə Quba bələdiyyəsinin 2012-ci il 30 may tarixli 9/4 nömrəli qərarı qəbul edilmiş, torpaq sahələri Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və ya şəhər Torpaq hərrac və müsabiqə Komissiyasında hərraca çıxarılmış və hərracın qalibi ən yüksək qiymət təklif etmiş Cavabdeh2 olmuş, qeyd olunanlar barədə hərrac təşkilatı tərəfindən protokol tərtib olunmuş və şəhadətnamə verilmiş, Quba bələdiyyəsi ilə Cavabdeh2 arasında notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanılmış, daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat apar ılmış və torpaq sahələri alıcının istifadəsinə verilmişdir.

57. Göründüyü kimi, mübahisəli 0,03 ha və 0,009 ha torpaq sahələrinin hərrac və müsabiqəyə çıxarılması ilə bağlı Quba Bələdiyyəsinin qərarları qəbul edilməsə də, həmin torpaq sahələri Quba Bələdiyyəsinin iradə ifadəsinə uyğun olaraq hərraca çıxarılmış və alqı-satqı müqavilələri bağlanmışdır. Bu isə mübahisələndirilən əqdlərdə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlərin pozulduğunun mövcud olmadığını təsdiq edir.

58. Bundan əlavə, “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023-cü il tarixli Qərarında Azərbaycan Respub likası Konstitusiya Məhkəməsi Plenumunun qeyd etmişdir ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarı). Burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. İlkin olaraq bu prinsip beynəlxalq və arbitraj mübahisələrinin həllində istifadə edilirdi. Beləliklə, tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənə bilər; müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda. Qeyd olunan prinsip Mülki Məcəllənin müvafiq normalarının məzmununda da ifadə edilmişdir. Belə ki, Məcəllənin 5.3, 351.2 və 351.3-cü maddələrinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Məlum olduğu kimi, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bu səbəbdən onu bağlamış şəxsin həmin müqaviləni təsdiq etməsi (icra etməsi), əhəmiyyətsiz əqdin hüquqi qüvvə əldə etməsi kimi deyil, eyni məzmunlu yeni müqavilənin bağlanması kimi qiymətləndirilməlidir. Əhəmiyyətsiz əqdin etibarlı hala gətirilməsi hüquqi baxımdan mümkün olmadığı halda, mübahisələndirilən əqdlərin müəyyən müddətlər ərzində mübahisələndirilməklə etibarsız hala gətirilməsi mümkün olur, mübahisə edilmədikdə isə həmin əqd bağlandığı andan etibarlı hesab edilir. Bu mənada həmin əqd onu mübahisələndirmək hüququna malik olan şəxs tərəfindən təsdiq edildiyi təqdirdə, o, özünün mübahisə etmək hüququndan məhrum olur və əqd bağlandığı andan etibarlı olaraq qəbul edilir. Təsdiqetmə o zaman etibarlı sayıla bilər ki, əqd ictimai mənafeyə və əxlaq normalarına zidd olmasın. Eləcə də, mülki qanunvericiliyin tələblərinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (Mülki Məcəllənin 16.1 və 560.2-ci maddələri). Məcəllənin 560.3-cü maddəsi ilə şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hərəkətləri həyata keçirməsi və s. hüquqdan sui-istifadə olaraq müəyyən edilmişdir. Məhz bu səbəbdən əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqd in etibarsız hesab edilməsindən Mülki Məcəllənin 560-cı maddəsinə əsasən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq və estoppel prinsipinin məqsədləri ilə uzlaşmayan hesab edilməlidir.

59. Hazırki işin halları da ondan ibarətdir ki, iddiaçı hazırda mübahisəli 0,03 ha və 0,009 ha torpaq sahələrinin alqı-satqısına dair müqavilələri mübahisələndirsə də, müqavilələr üzrə öz öhdəliklərinin icrasını həyata keçirmişdir (mübahisəli torpaq sahələrinin alıcının mülkiyyətinə keçməsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmış, torpaq sahələri alıcıya təhvil verilmiş və on ilə yaxın müddətdə etiraz edilmədən istifadə edilmişdir). Ona görə də, hazırda həmin müqavilələrin mübahisələndirməsi vicdanlılıq və estoppel prinsipinin məqsədlər i ilə uzlaşmır.

60. Bundan başqa, iddiaçı istinad etdiyi qərarlar qəbul edilmədən mübahisəli 0,03 ha və 0,009 ha torpaq sahələrinin hərraca çıxarılaraq satılması nəticəsində onun hansı qanunla qorunan hüquqlarının və ya maraqlarının pozulmasını da əsaslandırmamışdır.

61. Halbuki MPM-in 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

62. Həmçinin, iddiaçı mübahisələndirdiyi hərracların keçirilməsi qaydasının pozulmasına və ya hərraclarla bağlı hər hansı dəlillərə istinad etməmişdir.

63. Qeyd olunanlardan müəyyən edilir ki, mübahisəli 0,03 ha və 0,009 ha torpaq sahələrinə dair keçirilmiş hə rracların və bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, habelə həmin tələblərdən irəli gələn daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi üçün əsaslar mövcud deyildir.

64. Apellyasiya instansiyası məhkəməsi isə qeyd olunanları nəzərə almamış və istinad edilən maddi hüquq normalarının tələblərini pozmuşdur.

65. Bundan əlavə, yuxarıda qeyd edildiyi kimi iddiaçının istinad etdiyi yeganə faktiki hal ondan ibarətdir ki, mübahisəli 0,03 ha və 0,009 ha torpaq sahələrinin hərrac və müsabiqəyə çıxarılması ilə bağlı Quba Bələdiyyəsinin qərarları qəbul edilməmişdir.

66. Məhkəmə isə həmçinin mübahisə predmeti olan 0.03 ha və 0.009 ha torpaq sahələrinin elektrik xətlərinin mühafizə zolağında yerləşməsinə istinad etmişdir.

67. Halbuki, MPM-in 218.3-cü maddəsinin tə ləblərinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin maddədə qeyd edilən “tələblər”ə həm iddianın əsası, həm də predmeti daxildir. İddianın əsasını – irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi və sübutedici faktlar təşkil edir.

68. Apellyasiya instansiyası məhkəməsi isə iddiaçının istinad etmədiyi faktiki hallara istinad edərək iddianın əsasından kənara çıxmış və bununla da, MPM-in 218.3-cü maddəsinin tələblərini pozmuşdur.

69. Qeyd olunanları və MPM-in 417.1.4, 417.2, 418.2, 386-cı maddələrinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, mübahisə predmeti olan 0.03 ha və 0.009 ha torpaq sahələrinə dair irəli sürülmüş iddianın təmin edilməsi hissəsində apellyasiya məhkəməsi tərəfindən maddi hüquq normalarının pozuntusuna yol verildiyindən, qətnamə həmin hissədə ləğv olunmalı və həmin hissədə iddia rədd edilməlidir.

70. Göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 24 yanvar tarixli, 2-2(105)-14/2025 nömrəli qətnaməsi - Quba şəhəri 223-cü Atıcı Diviziya küçəsində yerləşən 0,03 ha torpaq sahəsinin satılması ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və ya şəhər torpaq hərrac və müsabiqə komissiyasının torpaq hərrac və ya müsabiqəsinin nəticələri barədə 2013-cü il 19 yanvar tarixli 125 nömrəli iclas protokolunun, həmin torpaq sahəsinin satılması ilə bağlı iddiaçı ilə Cavab deh2 arasında bağlanmış 2013-cü il 19 fevral tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, 2013-cü il 14 mart tarixli, **********36 reyestr nömrəli çıxarışın ləğv edilməsi, Quba şəhər ərazisində yerləşən 0,009 ha torpaq sahəsinin satılması ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və ya şəhər torpaq hərrac və müsabiqə komissiyasının torpaq hərrac və ya müsabiqəsinin nəticələri barədə 2013-cü il 19 yanvar tarixli 126 nömrəli iclas protokolunun, həmin torpaq sahəsinin satılması ilə bağlı iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 2013- cü il 19 fevral tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 Quba şəhərində yerləşən 0,009 ha torpaq sahəsinə dair verilmiş çıxarışın ləğv edilməsi barədə tələblərin təmin edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar