Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-14/2025 24.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X6 qızının katibliyi, Cavabdeh3, Cavabdeh5 nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Quba bələdiyyəsinin cavabdehlər Cavabdeh5, Cavabdeh4, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi publik hüquqi şəxsinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz ərazi idarəsinə, Quba regional “ASAN xidmət” mərkəzindəki Notariat ofisinə və Cavabdeh3 qarşı “hərracların nəticələrinə dair iclas protokollarının və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi və torpaq sahələrinin qaytarılması" tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, 2-2(119)- 612/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh5 və Cavabdeh4 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Quba bələdiyyəsi cavabdehlər Cavabdeh2 (prosessual hüquq varisliyi qaydasında hazırda oğlu Cavabdeh5 cavabdehdir), Cavabdeh4, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi publik hüquqi şəxsinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz ərazi idarəsinə, Quba regional “ASAN xidmət” mərkəzindəki Notariat ofisinə və Cavabdeh3 qarşı “hərracların nəticələrinə dair iclas protokollarının və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi və torpaq sahələrinin qaytarılması” tələbi barədə iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək iddiaçı Quba bələdiyyəsinin mülkiyyətində olmuş Quba şəhəri 223-cü Atıcı Diviziya küçəsində yerləşən 0,03 ha torpaq sahəsinin satılması ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və ya şəhər torpaq hərrac və müsabiqə komissiyasının torpaq hərrac və ya müsabiqəsinin nəticələri barədə 19 yanvar 2013-cü il tarixli 125 nömrəli iclas protokolunun, həmin torpaq sahəsinin satılması ilə bağlı Quba bələdiyyəsi ilə Cavabdeh2 arasında bağlanmış 19 fevral 2013-cü il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli, **********36 reyestr nömrəli çıxarışın ləğv edilməsi, Quba şəhər ərazisində yerləşən 0,009 ha torpaq sahəsinin satılması ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və ya şəhər torpaq hərrac və müsabiqə komissiyasının torpaq hərrac və ya müsabiqəsinin nəticələri barədə 19 yanvar 2013-cü il tarixli 126 nömrəli iclas protokolunun, həmin torpaq sahəsinin satılması ilə bağlı Quba bələdiyyəsi ilə Cavabdeh2 arasında bağlanmış 19 fevral 2013-cü il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 Quba şəhərində yerləşən 0,009 ha torpaq sahəsinə dair verilmiş çıxarışın ləğv edilməsi, Quba şəhər ərazisində yerləşən 0,0021 ha torpaq sahəsinin satılması ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və ya şəhər torpaq hərrac və müsabiqə komissiyasının torpaq hərrac və ya müsabiqəsinin nəticələri barədə 18 fevral 2014-cü il tarixli 261 nömrəli iclas protokolunun, həmin torpaq sahəsinin satılması ilə bağlı Quba bələdiyyəsi ilə Cavabdeh3 arasında bağlanmış 04 mart 2014-cü il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 Quba şəhərində yerləşən 0,0021 ha torpaq sahəsinə dair verilmiş çıxarışın ləğv edilməsi və göstərilən torpaq sahələrinin iddiaçı Quba bələdiyyəsinin mülkiyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, Quba bələdiyyəsinin 2012- 2013-cü illər ərzində sədri vəzifəsində işləmiş Cavabdeh4 tərəfindən “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinin tələblərinə zidd olaraq Quba şəhəri, 223-cü Atıcı Diviziya küçəsində yerləşən bələdiyyənin yaşayış məntəqəsi torpaqlarına aid 0,03 ha və 0,009 ha torpaq sahələrinin sahibkarlıq məqsədilə satılması üçün üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması barədə hər bir torpaq sahəsi ilə bağlı ayrı-ayrılıqda qərarlar qəbul edilmədən, Quba bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 09 nömrəli iclasının 3312 kv.m. torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi və sahibkarlıq məqsədilə satılması barədə 2-ci qərarından çıxarış edilərək 0,03 ha və 0,009 ha torpaq sahələrinə bələdiyyənin mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar almaqla hər iki torpaq sahəsinin hərrac və müsabiqəyə çıxarılması barədə qərar qəbul edilmədən, hərrac qaydasında bacısının həyat yoldaşı Cavabdeh2, o cümlədən həmin ərazidən sahibkarlıq məqsədilə 0,0021 ha torpaq sahəsi isə hərrac və müsabiqəyə çıxarılması barədə qərar qəbul edilmədən hərrac qaydasında Cavabdeh3 satmışdır. Quba Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli 2(027)-1379/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən işin icraatına xitam verilmişdir (hakim Rahim Həsənov). İş üzrə Cavabdeh3 Quba Rayon Məhkəməsinin həmin qərardadından şikayətlə məhkəməyə müraciət edərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli 2(027)-816/2024 nömrəli qərardadı ilə şikayət təmin edilmiş və məhkəmənin 27 iyul 2022-ci il tarixli 2(027)- 1379/2022 nömrəli qərardadı ləğv edilmişdir (hakim Rahim Həsənov). Quba Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli 2(027)-816/2024 nömrəli qərardadı ilə işin baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Rahim Həsənov). Qərardaddan cavabdehlər Cavabdeh4 və Cavabdeh5 (Cavabdeh2 prosessual varislik qaydasında əvəz edən) nümayəndəsi tərəfindən şikayət verilmişdir. Quba Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli 2(027)-816/2024 nömrəli qərardadı ilə cavabdehlər Cavabdeh4 və Cavabdeh5 nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilməmiş şikayət işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 13 may 2024-cü il tarixli 2(102)-2061/2024 nömrəli qərarı ilə sözügedən şikayət təmin edilməmiş və Quba Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli 2(027)-816/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, 2-2(119)- 612/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, iddiaçı Quba bələdiyyəsinin mülkiyyətində olmuş Quba şəhəri 223-cü Atıcı Diviziya küçəsində yerləşən 0,03 ha torpaq sahəsinin satılması ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və ya şəhər Torpaq hərrac və müsabiqə Komissiyasının torpaq hərrac və ya müsabiqəsinin nəticələri barədə 19 yanvar 2013-cü il tarixli 125 nömrəli iclas protokolu, həmin torpaq sahəsinin satılması barədə Quba bələdiyyəsi ilə Cavabdeh2 arasında bağlanmış 19 fevral 2013- cü il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli, **********36 reyestr nömrəli çıxarışın ləğv edilməsi, Quba şəhər ərazisində yerləşən 0,009 ha torpaq sahəsinin satılması ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və ya şəhər Torpaq hərrac və müsabiqə Komissiyasının torpaq hərrac və ya müsabiqəsinin nəticələri barədə 19 yanvar 2013-cü il tarixli 126 nömrəli iclas protokolunun, həmin torpaq sahəsinin satılması barədə Quba bələdiyyəsi ilə Cavabdeh2 arasında bağlanmış 19 fevral 2013-cü il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 Quba şəhərində yerləşən 0,009 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi, Quba şəhər ərazisində yerləşən 0,0021 ha torpaq sahəsinin satılması ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və ya şəhər Torpaq hərrac və müsabiqə Komissiyasının torpaq hərrac və ya müsabiqəsinin nəticələri barədə 18 fevral 2014-cü il tarixli 261 nömrəli iclas protokolu, həmin torpaq sahəsinin satılması barədə Quba bələdiyyəsi ilə Cavabdeh3 arasında bağlanmış 04 mart 2014-cü il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 Quba şəhərində yerləşən 0,0021 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi və göstərilən torpaq sahələrinin iddiaçı Quba bələdiyyəsinin mülkiyyətinə qaytarılması qət edilmişdir (hakim Fərman Həmidli). Sumqayıt Kommersiya Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, 2-2(119)- 612/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh5 və Cavabdeh4 tərəfindən birgə apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdehlər Cavabdeh5 və Cavabdeh4 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, iddiaçının iddia ərizəsində göstərdiyi tələb qeyri-dəqiqdir və anlaşılmazdır. Belə ki, 3 dəfə hazırlıq iclası keçirilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclaslarında iştirak etməmiş və iddia tələbinin dəqiqləşdirilməsi ilə əlaqədar sualları ona verə bilməmişlər. Cavabdeh Müslüm Allahvediyevə qarşı iddiaçının hansı tələbi irəli sürməsi aydın deyil, belə ki, iddia ərizəsində o cavabdeh kimi göstərilsə də, iddia tələbində Cavabdeh4 qarşı heç bir tələb irəli sürülmür. İddianı qəbul etməmişlər və bununla eyni zamanda bildirirlər ki, iddiaçı tərəfindən iddia müddətləri MPM-in 373.2-ci maddəsinə əsasən buraxılmışdır. Torpaq sahələri ayrılarkən bələdiyyə tərəfindən hətta formal xarakter daşıyan prosessual pozuntulara yol verilmiş olsa belə, bu əsasla vətəndaşa torpaq ayrılması barədə qərar ləğv oluna bilməz və torpaq geri qaytarıla bilməz. Buna əsasən və iddia ərizəsində iddia tələblərinin qeyri-dəqiq olması səbəbindən iddiaya baxılmanın mümkün olmaması barədə qərardad qəbul olunmalı idi. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh5 nümayəndəsi Vəkil birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız apellyasiya şikayəti vermiş cavabdehlərə münasibətdə mübahisələndirdiyini və bununla əlaqədar apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq Quba bələdiyyəsinin nümayəndəsi, digər cavabdehlər Cavabdeh4, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi publik hüquqi şəxsinin nümayəndəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz ərazi idarəsinin nümayəndəsi, Quba regional “ASAN xidmət” mərkəzindəki Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, cavabdehin vəkilinin və digər cavabeh Cavabdeh3 izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz regional Ədliyyə İdarəsindən Quba bələdiyyəsinə ünvanlanmış 31 mart 2022-ci il tarixli 04Q/104 nömrəli məktubundan görünür ki, vətəndaş (hazırkı iş üzrə cavabdeh) Cavabdeh3 torpaq mübahisəsi ilə bağlı müraciətinə Xaçmaz regional Ədliyyə İdarəsində baxılmış və müəyyən olunmuşdur ki, Quba bələdiyyəsinin 2012-2013-cü illər ərzində bələdiyyə sədri vəzifəsində işləmiş Cavabdeh4 tərəfindən “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin tələblərinə zidd olaraq Quba şəhəri 223-cü Atıcı Diviziya küçəsində yerləşən bələdiyyənin yaşayış məntəqəsi torpaqlarına aid 0,03 ha və 0.009 ha torpaq sahələrinin sahibkarlıq məqsədilə satılması üçun üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması barədə hər bir torpaq sahəsi ilə bağlı ayrı-ayrılıqda gündəlik məsələ müzakirə olunmadan və hər bir məsələ ilə bağlı ayrı-ayrı qərarlar qəbul edilmədən, Quba bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 9 nömrəli iclasının 3312 kv.m. torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi və sahibkarlıq məqsədilə satılması barədə 2- ci qərarından çıxarış edilərək 0.03 ha və 0.009 ha torpaq sahələrinə bələdiyyənin mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışlar almaqla hər iki torpaq sahəsinin hərrac və müsabiqəyə çıxarılması barədə qərarlar qəbul edilmədən, hərrac qaydasında bacısının həyat yoldaşı Cavabdeh2, o cümlədən həmin ərazidən sahibkarlıq məqsədilə 0,0021 ha torpaq sahəsi isə hərrac və müsabiqəyə çıxarılması barədə qərar qəbul edilmədən hərrac qaydasında şikayətçi Cavabdeh3 mülkiyyətinə satmışdır. Həmin məktubda daha sonra araşdırma zamanı Cavabdeh2 satılmış 0.03 ha və 0.009 ha torpaq sahələrinin hərrac və müsabiqəyə çıxarılması və satılması barədə, həmçinin şikayətçi Cavabdeh3 sahibkarlıq məqsədilə mülkiyyətinə satılmış 0,0021 ha torpaq sahələrinin hərrac və müsabiqəyə çıxarılması barədə Quba bələdiyyəsinin hər hansı iclasının keçirilmədiyi və hər hansı qərarı aşkar edilmədiyindən, həmin torpaq sahələrinə dair mülkiyyət sənədlərinin etibarsız hesab edilməsi və torpaq sahələrinin bələdiyyə mülkiyyətinə qaytarılması ilə bağlı müvafiq məhkəməyə müraciət edilməsi xahiş olunur. İş materiallarında olan Azərbaycan Respublikası Quba bələdiyyəsinin 30 may 2012ci il tarixli iclas protokolunun 9/4 nömrəli qərarından çıxarışdan görünür ki, Quba bələdiyyəsinin alqı-satqı predmeti olan 300 kv.m. və ya 0,03 ha torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmədiyindən, həmin torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə satılması ilə bağlı açıq müsabiqənin keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması qərara alınmışdır. İş materiallarında olan iddiaçı Quba bələdiyyəsi (müqaviləni bələdiyyə adından Cavabdeh4 bağlamışdır) ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2013-cü il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən, satıcı Quba bələdiyyəsi AR ƏMDKY DƏDRX-nın Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, RX ******* seriya nömrəli, ********** qeydiyyat nömrəli, **********20 reyestr nömrəli çıxarışa əsasən Quba şəhəri ünvanında yerləşən Quba bələdiyyəsinin mülkiyyətində olan 0,03 hektar torpaq sahəsini alıcı Cavabdeh2 mülkiyyətinə verir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il qeydiyyat tarixli, **********2 qeydiyyat nömrəli, **********36 reyestr nömrəli, ******* seriya nömrəli çıxarışa əsasən Quba şəhəri 223- cü Atıcı Diviziya küçəsində yerləşən 0,03 hektar torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş ********* nömrəli şəhadətnaməyə əsasən, Cavabdeh2 0,03 ha torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı 19 yanvar 2013-cü il tarixdə keçirilmiş açıq hərracın qalibi olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və ya şəhər Torpaq hərrac və müsabiqə Komissiyasının (Təşkilatçının) torpaq hərrac və ya müsabiqənin nəticələri barədə 19 yanvar 2013-cü il tarixli, 125 nömrəli protokoluna əsasən, hərraca çıxarılan torpaq sahəsinin ilkin qiyməti 1500 manat, hərrac addımı 150 manat olmaqla, hərrac keçirilmiş və torpaq sahəsi 9000 manat olmaqla ən yüksək qiyməti təklif etmiş Cavabdeh2 satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Quba bələdiyyəsinin 30 may 2012ci il tarixli iclas protokolunun 9/4 nömrəli qərarından çıxarışdan görünür ki, Quba bələdiyyəsinin alqı-satqı predmeti olan 90 kv.m. və ya 0,009 h torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmədiyindən, həmin torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə satılması ilə bağlı açıq müsabiqənin keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və ya şəhər Torpaq hərrac və müsabiqə Komissiyasının (Təşkilatçının) torpaq hərrac və ya müsabiqənin nəticələri barədə 19 yanvar 2013-cü il tarixli, 126 nömrəli protokoluna əsasən, hərraca çıxarılan torpaq sahəsinin ilkin qiyməti 450 manat, hərrac addımı 45 manat olmaqla, hərrac keçirilmiş və torpaq sahəsi 270 manat olmaqla ən yüksək qiyməti təklif etmiş Cavabdeh2 satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş ********* nömrəli şəhadətnaməyə əsasən, Cavabdeh2 0,009 ha torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı 19 yanvar 2013-cü il tarixdə keçirilmiş açıq hərracın qalibi olmuşdur. İş materiallarında olan iddiaçı Quba bələdiyyəsi (müqaviləni bələdiyyə adından Cavabdeh4 bağlamışdır) ilə Cavabdeh3 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən, satıcı Quba bələdiyyəsi AR ƏMDKYDƏDRX-nın Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, RX ******* seriya nömrəli, ********** qeydiyyat nömrəli, **********20 reyestr nömrəli çıxarışa əsasən Quba şəhəri ünvanında yerləşən Quba bələdiyyəsinin mülkiyyətində olan 0,0021 hektar torpaq sahəsini alıcı Cavabdeh3 mülkiyyətinə verir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və ya şəhər Torpaq hərrac və müsabiqə Komissiyasının (Təşkilatçının) torpaq hərrac və ya müsabiqənin nəticələri barədə 18 fevral 2013-cü il tarixli 261 nömrəli protokoluna əsasən, hərraca çıxarılan torpaq sahəsinin ilkin qiyməti 105 manat, hərrac addımı 10 manat olmaqla, hərrac keçirilmiş və torpaq sahəsi 630 manat olmaqla ən yüksək qiyməti təklif etmiş Cavabdeh3 satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş ********* nömrəli şəhadətnaməyə əsasən, Cavabdeh3 18 fevral 2014-cü il tarixdə keçirilmiş açıq hərracın qalibi olmuş və Quba şəhərində yerləşən Quba bələdiyyəsinə məxsus 0,0021 hektar torpaq sahəsi 630 manata onun mülkiyyətinə verilmişdir. İş materiallarında olan Quba bələdiyyəsinin 11 aprel 2022-ci il tarixli, 04 nömrəli iclas protokolundan çıxarışla müəyyən olunur ki, xx.xx.2014-cü il tarixdə Cavabdeh2 satılmış 0.03 ha və 0.009 ha torpaq sahələrinin hərrac və müsabiqəyə çıxarılması və satılması barədə Quba Bələdiyyəsində hər hansı iclasın keçirilmədiyi və hər hansı bir qərarın aşkar edilmədiyindən həmin torpaq sahələrinə dair mülkiyyət sənədlərinin etibarsız hesab edilməsi və torpaq sahələrinin bələdiyyə mülkiyyətinə qaytarılması ilə bağlı və xx.xx.2014cü il tarixdə Cavabdeh3 sahibkarlıq məqsədilə mülkiyyətinə satılmış 0.0021 ha torpaq sahəsinin hərrac və müsabiqə barədə Quba bələdiyyəsində hər hansı iclasının keçirilmədiyi və hər hansı bir qərarın aşkar edilmədiyindən həmin torpaq sahələrinə dair mülkiyyət sənədlərinin etibarsız hesab edilməsi və torpaq sahələrinin bələdiyyə mülkiyyətinə qaytarılması ilə bağlı müvafiq məhkəməyə müraciət edilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2- 1(118)-3681/2022 nömrəli qərardadına əsasən iddiaçı Quba bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı vermiş olduğu iddia mümkün sayılmamışdır. İş materiallarında olan 24 fevral 2023-cü il tarixli ölüm haqqında şəhadətnamə ilə müəyyən edilir ki, Cavabdeh2 17 fevral 2023-cü il tarixində vəfat etmişdir. İş materiallarında olan 13 iyun 2023-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, Cavabdeh2 vərəsəsi oğlu Cavabdeh5 miras əmlakdan tam hissədə pay almalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29-cu maddəsinin 4-cü hissəsinin birinci cümləsinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 143-cü maddəsinin 1-ci hissəsinə əsasən, bələdiyyə öz fəaliyyətini iclaslar, daimi və başqa komissiyalar vasitəsi ilə həyata keçirir. 144-cü maddəsinin 1-ci hissəsinin 6-cı bəndinə əsasən, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam bələdiyyələrin iclaslarında həll edilir. 145-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. 146-cı maddəsinin 3-cü hissəsinə əsasən, dövlət bələdiyyələrin fəaliyyətinə nəzarət edir. 147-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən. mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 156.1-ci maddəsinə əsasən, bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 384.0.4-cü maddəsinə əsasən, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti tətbiq edilmir. 416.2-ci maddəsinə əsasən, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 8-ci maddəsinin 2-ci abzasına əsasən, qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində həyata keçirdiyi səlahiyyətlərinə daxildir. 47-ci maddəsinin 6-cı bəndinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. 62-ci maddəsinə əsasən, elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər. 109-cu maddəsinə əsasən, torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının 07 may 1999-cu il tarixli Qanununun: 8-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqları mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (şəxslərin razılığı) ilə bilavasitə, torpaq hərracları və müsabiqələri vasitəsi ilə alınıb satıla bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının 02 iyul 1999-cu il tarixli Qanununun: 16-cı maddəsinin 1-ci hissəsinə əsasən, bələdiyyənin iclasları ayda bir dəfədən az olmayaraq bələdiyyənin sədri tərəfindən çağırılır. Bələdiyyə üzvləri iclas gününə azı 5 gün qalmış xəbərdar edilməlidirlər. Bələdiyyənin iclası bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. 16-cı maddəsinin 6-cı hissəsində qeyd edilir ki, bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur. 48-ci maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinə uyğun olaraq, bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər (2 dekabr 2024-cü il tarixə qədər qüvvədə olmuş redaksiyasına əsasən). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli Qanununun: 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 6.5-ci maddəsinə əsasən, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin: “Torpaq sahəsinin ayrılmasına dair müraciətə baxılması qaydası” adlanan 3-cü hissəsinin 16-cı bəndində qeyd edilir ki, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. “Torpaqayırma sənədlərinin hazirlanması və rəsmiləşdirilməsi” adlanan 4-cü hissəsinin 22-ci bəndinə əsasən, bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsinə dair qətnaməsini onunla əsaslandırmışdır ki, bələdiyyənin mülkiyyətində olan əmlaklar barəsində sərəncam verilməsi məsələsi bələdiyyələrin iclaslarında həll edilməli və iclasda baxılan məsələlərə dair qərarlar qəbul edilməlidir. Bu onunla əlaqədardır ki, bələdiyyə seçkili kollegial orqan olmaqla yerli özünidarəni həyata keçirir. Yerli özünüidarə isə müvafiq ərazidə yaşayan əhali qrupunun mənafeləri nəzərə alınmaqla həyata keçirilməli olan fəaliyyətdir. Başqa sözlə, bələdiyyənin mülkiyyətində olan əmlak barəsində sərəncam verilməsi ilə bağlı məsələnin bələdiyyə iclasında həll edilməsi ilə bağlı qanunvericiliyin imperativ yanaşması ona yönəlir ki, müvafiq yerin əhalisi tərəfindən seçki yolu ilə formalaşdırılan və müəyyən sayda üzvlərdən ibarət olan bələdiyyənin mülkiyyətində olan əmlak barədə sərəncam verilərkən tək bir şəxsin, yəni bələdiyyənin hər hansı bir vəzifəli şəxsinin deyil, bütün bələdiyyə üzvlərinin bu məsələylə bağlı mənfi və ya müsbət rəyləri nəzərə alınaraq keçirilən səsvermənin nəticələrinə uyğun qərar qəbul edilsin və bununla da həmin yerin əhalisinin hüquq və mənafelərinin nəzərə alınmasına nail olunsun. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə” hərrac və ya müsabiqənin keçirilməsinə qədər bələdiyyənin yerinə yetirilməli olduğu iki müstəqil hüquqi mərhələ təsbit edir: əvvəlcə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması barədə qərar qəbul edilməli, sonra isə bələdiyyənin torpaq sahəsinin üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra isə hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edilməlidir. İş materialları ilə müəyyən edilir ki, Quba bələdiyyəsi tərəfindən mülkiyyətində olan torpaq sahələri barədə bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması barədə qərarlar qəbul edilsə də, istinad edilən Əsasnamənin 22-ci bəndinin tələblərinə zidd olaraq hər bir torpaq sahəsinə dair ayrıca hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edilmədən torpaq sahələri hərraca çıxarılmış və cavabdehlər Cavabdeh2 (vəfat etmiş) və Cavabdeh3 həmin torpaq sahələrini satın almışlar. Belə bir qərarın qəbul edilməməsi həm də ona gətirib çıxarmışdır ki, kollegial qaydada fəaliyyət göstərən bələdiyyə orqanında həmin torpaq sahələrinin hərraca çıxarılması məsələsi bələdiyyə üzvləri ilə müzakirə edilməmiş, bu barədə iclas keçirilməmiş, yerli əhali tərəfindən seçilmiş və yerli səviyyədə onların maraq və manafelərinin təmsilçisi hesab edilən bələdiyyə üzvlərinin məsələ ilə bağlı rəyi öyrənilməmişdir. Bütün bunlar isə istinad edilən normativ-hüquqi aktların - Azərbaycan Respublikasının Konstitusiyasının 143-cü maddəsinin 1-ci hissəsi, 144-cü maddəsinin 6-cı hissəsi və 145-ci maddəsinin 1-ci və 2-ci hissələrinin, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinin, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.5-ci maddəsinin və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 22-ci bəndinin tələblərinin pozulmasına səbəb olmuşdur. Məhz bu pozuntularla əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz regional ədliyyə idarəsi Quba bələdiyyəsinə yuxarıda istinad edilən 31 mart 2022-ci il tarixli 04Q/104 nömrəli məktubla müraciət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq həmçinin qeyd edir ki, iş materiallarına əsasən müəyyən edilir ki, apellyasiya şikayəti ilə mübahisələndirilən mübahisə predmeti olan 0.03 ha və 0.009 ha torpaq sahələri elektrik xətlərinin mühafizə zolağında yerləşir və həmin torpaq sahələrində X5 Filialına və X7 Regional mərkəzinə məxsus 2011-ci ildə çəkilmiş 6 kv-luq yüksək gərginlikli yeraltı elektrik xətləri keçir. Məhkəmə kollegiyasının araşdırması əsasında həmçinin müəyyən olundu ki, apellyasiya şikayəti ilə mübahisələndirilən həmin 0.03 ha və 0.009 ha torpaq sahələri “Nərgiz Plaza” şadlıq sarayının ön hissəsinə aid sahədir və həmin torpaq sahələrində hər hansı tikinti işləri aparılmamışdır.Bununla əlaqədar Cavabdeh5 nümayəndəsi məhkəmə kollegiyasının iclasında bildirdi ki, həmin torpaq sahəsindən qeyd olunan şadlıq sarayı ilə əlaqədar yalnız avtomobil dayanacağı kimi istifadə olunur. Yuxarıda qeyd olunan “Torpaq bazarı haqqında” Qanunun 8-ci maddəsinə və Torpaq Məcəlləsinin 62-ci maddəsinə əsasən həmin torpaq sahələri xüsusi mülkiyyətə verilə bilməz.Buna görə həmin torpaq sahələrinə dair bağlanmış müqavilələr əhəmiyyətsiz əqdlərə aid olduğundan həmin müqavilələr hər hansı müddət tətbiq edilmədən öz-özlüyündə etibarsızdır. Belə ki, Mülki Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq öz-özlüyündə etibarsız olan əqddir. Apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər apellyasiya şikayətində iddia müddətinin tətbiq edilməməsini qeyd etsələr də birinci instasniya məhkəməsi bununla bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz regional ədliyyə idarəsi tərəfindən iddiaçıya 31 mart 2022-ci il tarixində məktubla müraciət edilərək bələdiyyənin mülkiyyətində olan sözügedən torpaq sahələrinin satılması zamanı qanun pozuntularına yol verilməsinin aşkar edildiyi barədə məlumat verilmiş və həmin torpaq sahələrinə dair mülkiyyət sənədlərinin etibarsız hesab edilməsi və torpaq sahələrinin bələdiyyə mülkiyyətinə qaytarılması ilə bağlı müvafiq məhkəməyə müraciət edilməsi xahiş edilmişdir. İddiaçı Quba bələdiyyəsi də hazırkı iddia ilə 21 aprel 2022-ci il tarixində Quba Rayon Məhkəməsinə müraciət etmişdir. Yəni torpağa dair alqı-satqı müqavilələri 2013-cü və 2014-cü illərdə bağlanılsa da, həmin torpaq sahələri satılarkən qanun pozuntularına yol verilməsi halı orada hər hansı tikinti işləri hal-hazıradək aparılmadığından iddiaçıya 2022-ci ildə məlum olmuş (Xaçmaz regional ədliyyə idarəsi tərəfindən iddiaçıya ünvanladığı 31 mart 2022-ci il tarixli məktub), iddiaçı da 21 aprel 2022-ci il tarixində Quba Rayon Məhkəməsinə müraciət etməklə cavabdehin nümayəndəsinin ərizəsində istinad etdiyi iddia müddətini ötürməmişdir. Digər tərəfdən, o da nəzərə alınmalıdır ki, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə (özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə) iddia müddəti tətbiq edilmir. İddiaçı Quba bələdiyyəsi sözügedən torpaq sahələrinin əvvəlki mülkiyyətçisi kimi, torpaq sahələrinin indiki mülkiyyətçiləri ilə yanaşı, həmçinin həmin əqdləri bağlamış bələdiyyənin keçmiş sədri Cavabdeh4 qarşı da iddia qaldırmaqla mülkiyyətçi rolundan çıxış etmiş olur və bu halda onun mülkiyyət hüququnun pozulmasının aradan qaldırılması haqqında tələblərinə iddia müddəti tətbiq edilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinin Cavabdeh3 ünvanladığı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, hazırki mübahisə ilə əlaqədar Quba bələdiyyəsinin sədri vəzifəsində işləyən X2 müvafiq izahat alınmış, o isə qeyd olunan torpaq sahəsindən hər hansı kommunikasiya xətlərinin keçməsindən həmin vaxt məlumatsız olduğunu bildirmişdir. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətlərinin dəlilləri formal mülahizələrə əsaslandığı üçün əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh5 və Cavabdeh4 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, 2-2(119)- 612/2024 nömrəli qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndiilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(105)-14/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-14/2025
24.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər - Müqavilə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver