Məhkəmə qərarları › İş №2-2(102)-355/2022

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-355/2022

15.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-355/2022 15.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh "xxxx" ASC-yə qarşı Açar sözlər: kassasiya şikayətinin icraata qəbulundan imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Abiyeva Kəmalə Nəbi qızı (sədrlik edən və məruzəçi), Qəribov Bəhman Fərhad oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 28 sentyabr tarixli, 2-2(106)-212/2022 saylı qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 (bundan s onra mətndə iddiaçılar) cavabdeh "xxxx" ASC-yə (bundan sonra mətndə cavabdeh) qarşı, cavabdehdə olan paylarının naturada ayrılaraq onlara təhvil verilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişlər. Şirvan Kommersiya Məhkəməsinin 5 may 2021-ci il tarixli, 2-2(121)-325/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim R.İsmayılov). Şirvan Apellyasiya Məhkəməsinin 2021-ci il 28 sentyabr tarixli 2-2(106)-212/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə isə dəyişdirilmədən saxlanılmışdır. 2021-ci il 10 noyabr tarixində qətnamə tərəflərə poçt vasitəsilə göndərilmişdir. İddiaçılar 2022-ci il 26 yanvar tarixində Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 28 sentyabr tarixli, 2-2(106)-212/2022 saylı qətnaməsindən kassasiya şikayəti vermi ş, qətnamənin tam ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişlər. Kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, iddiaçılar tərəfindən 2022-ci il 26 yanvar tarixində verilmiş kassasiya şikayəti Mülki Prosesual Məcəllənin (bundan sonra mətndə MPM) 2021-ci il 1 oktyabr tarixindən qüvvəyə minmiş redaksiyası ilə müəyyən edilmiş formada (3 saylı Əlavə) tərtib edilməmişdir. MPM-nin 407.1-ci maddəsində kassasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuş, həmin forma Məcəlləyə 3 saylı Əlavədə göstərilmişdir. Həmin forma onu nəzərdə tutur ki, kassasiya şikayətinin maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qət namə çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və ya prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında isə düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. MPM-nin 408.1 və 408.1.1-ci maddələrinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 28 sentyabr tarixli, 2-2(106)-212/2022 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.F.Qəribov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar