Məhkəmə qərarları › İş №2-2(102)-357/2022

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-357/2022

15.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-357/2022 15.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD İddiaçı "xxxx" ASC Cavabdeh1 MMC-yə qarşı Açar sözlər: kassasiya şikayətinin icraata qəbulundan imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Abiyeva Kəmalə Nəbi qızı (sədrlik edən və məruzəçi), Qəribov Bəhman Fərhad oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 11 yanvar tarixli, 2-2(106)-23/2022 saylı qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC (bundansonra mətndə - iddiaçı) Cavabdeh1 MMC-yə (bundan sonra mətndə - c avabdeh) qarşı (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti olmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC tərəfindən 2**1-ci il 27 iyul tarixli alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icrasının başa çatdırılması, Kürdəmir şəhəri, H.Əliyev prospekti 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin iddiaçı "xxxx" ASC-yə satılması və onun mülkiyyətinə keçirilməsi üçün Azərbaycan Respublikasıqanunvericiliyi ilə müəyyən edilmiş qaydada bütün hüquqi və faktiki hərəkətlərin edilməsi vəzifəsinin Cavabdeh1 MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə ünvanlayaraq, Kürdəmir şəhəri, H.Əliyev prospekti 14 ünvanında yerləşən qeyri-yaşayış sahə si üzərində "xxxx" ASC-nin mülkiyyət hüquqlarının tanınması və dövlət qeydiyyatına alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə növbəti ərizə ünvanlayaraq, Kürdəmir şəhəri, H.Əliyev prospekti 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində "xxxx" ASC-nin mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, e-2-2(121)1355/2021 saylı qətnaməsi ilə iddia təmin edilməməmişdir (Hakim R.İsmayılov). Qətnamədən narazı iddiaçı "xxxx" ASC tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2022-ci il 11 yanvar tarixli 2-2(106)-23/2022 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmədən, qətnamə isə dəyişdiri lmədən saxlanılmışdır. 2022-ci il 19 yanvar tarixində qətnamə tərəflərə poçt vasitəsilə göndərilmişdir. İddiaçı 2022-ci il 29 mart tarixində Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 11 yanvar tarixli, 2-2(106)-23/2022 saylı qətnaməsindən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Mülki Prosesual Məcəllənin (bundan sonra mətndə MPM) 2021-ci il 1 oktyabr tarixindən qüvvəyə minmiş redaksiyası ilə müəyyən edilmiş formada (3 saylı Əlavə) tərtib edilməmişdir. MPM-nin 407.1-ci maddəsində kassasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzə rdə tutulmuş, həmin forma Məcəlləyə 3 saylı Əlavədə göstərilmişdir. Həmin forma onu nəzərdə tutur ki, kassasiya şikayətinin maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və ya prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında isə düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. MPM-nin 408.1 və 408.1.1-ci maddələrinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən iddiaçı tərəfindən verilmiş k assasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 11 yanvar tarixli, 2-2(106)-23/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.F.Qəribov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar