Məhkəmə qərarları › İş №2-2(102)-363/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-363/2019

24.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-363/2019 24.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı “xxxx” MTK-nın cavabdeh “xxxx” ASC-yəqarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Fərhad Əliyev, Vəfaddin İbayevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun iştirakı ilə, İddiaçı “xxxx” MTK-nın cavabdeh “xxxx” ASC-yə qarşı ödənilmiş məbləğin qaytarılması və borcun silinməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 11 aprel 2019-cu il tarixli 2-2(103)-172/2019 qətnaməsindən cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 24 iyul 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasınd a baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı “xxxx” MTK cavabdeh “ünvan 1 ünvanda quraşdırılmış yarımstansiyanın “xxxx” ASC-nin balansına alınması, həmin yarımstansiyanın girişində 17.10.2009-cu ildə quraşdırılmış balans sayğacının ləğv edilməsi (götürülməsi) və 17.10.2009-cu ildən bu günə kimi sərfiyatın mənbəyi məlum olmayan elektrik enerjisindən qeyri-qanuni təqdim olunmuş elektrik enerjisinə (texnoloji sərfiyat) görə ödənilmiş 56452 manat məbləğin “xxxx”dən tutularaq iddiaçıya qaytarılması və 14.01.2014-cü il tarixli bildirişə əsasən texniki sərfiyata görə hesablanmış qalıq borcu 13377,83 manat pulun silinməsi vəzifəsinin cavabdehin üzərinə həvalə edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məh kəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 03 iyul 2015-ci il tarixli protokol qərarı ilə əsl olmayan cavabdeh “xxxx” ASC əsl cavabdeh “xxxx”xxxxəvəz edilmişdir. İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək, ünvan 3 ünvanlardakı yaşayış binalarını elektrik enerjisi ilə təchiz edən yarımstansiyanın girişində 17.10.2009-cu il tarixdə quraşdırılmış balans sayğacının həmin tarixdən bu günə kimi sərfiyatın mənbəyi məlum olmayan elektrik enerjisinə (texnoloji sərfiyata) görə ödənilmiş 56452 manat məbləğin cavabdehdən geri tutularaq iddiaçıya qaytarılması və 10.06.2015-ci il tarixli bildirişə əsasən texniki sərfiyata görə hesablanmış qalıq borcu olan 28688 manat pulun silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdı r ki, iddiaçıya məxsus TM-762 yarımstansiyasının yüksək gərginlikli giriş xəttində balans sayğacı quraşdırılmış, sayğaclar mənzillərdən binanın zirzəmi hissəsinə köçürülmüş, həmin gündən etibarən X1 Satış İdarəsi tərəfindən təqdim olunan hesab-fakturalarda balans sayğacına əsasən sakinlərin elektrik enerjisindən istifadəyə görə hər ay sərfiyatın təyinatı məlum olmayan 1500 manatdan çox olmaqla əvvəlki illərə nisbətən ödəmə fərqləri artmışdır. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı hissəsinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Azərbaycan Respublikası Nazirlər Kabineti nin 02 fevral 2005-ci tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 7.13-cü bəndinin 3-cü abzasına əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Məişət abonentləri ilə hesablaşmalarda elektrik enerjisi itkiləri (texnoloji sərfiyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasın a yol verilmir (texnoloji sərfiyat). Məişət istehlakçıları ilə hesablaşma yalnız elektrik sayğacının göstərişinə əsasən aparılır və onlardan digər ödənişin alınmasına yol verilmir. Lakin “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.20-ci bəndində də göstərildiyi kimi, yaşayış binasının mülkiyyətçisi və mənzil kommunal təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlərə (həyətin, küçənin, pilləkənlərin, işıqlandırılması, nasosxanalar, liftlər və s.) sərf olunan elektrik enerjisinə görə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlayır. Həmin Qaydaların 8.25-ci bəndinə əsasən yaşayış binasının mülkiyyətçisi və ya mənzil istismar təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlər (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, l iftlər və s.) üçün sərf etdiyi elektrik enerjisinə görə şəbəkənin balans mənsubiyyəti sərhəd nöqtəsində quraşdırılmış hesablaşma elektrik sayğacı vasitəsilə, bu qrup istehlakçılar üçün müəyyən edilmiş tarif üzrə enerjitəchizatı müəssisəsi ilə hesablaşır. Birinci instansiya məhkəməsinin 23.07.2015-ci il tarixli iş № 2(81)-38/2015, (sədrlik edən hakim Q.Abbasov) qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehdən 38774,8 manat tutularaq iddiaçıya ödənilməsi, iddiaçının şəxsi hesab vərəqinə hesablanmış 28688 manat borc məbləğinin silinməsini cavabdehə həvalə edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan cavabdehapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 23.07.2015-ci il tarixli qətnaməsinin qis mən cavabdehdən 38774,8 manat tutularaq iddiaçıya ödənilməsi, iddiaçının şəxsi hesab vərəqinə hesablanmış 28688 manat borc məbləğinin silinməsi hissəsində ləğv edilməsi və iddianın həmin hissədə də təmin edilməməsi barədə yeni qətnamənin qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 17 iyun 2016-cı il tarixli iş № 2-2(103)-308/2018 (hakimlər V.Məmmədov - sədrlik edən və məruzəçi, S.Hacıyev və S.Hüseynov) qətnaməsi ilə cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 23.07.2015-ci il tarixli qətnaməsinin yoxlanılan hissədə - cavabdehdən 38774,8 manat tutularaq iddiaçıya ödənilməsi, iddiaçının şəxsi hesa b vərəqinə hesablanmış 28688 manat borc məbləğinin silinməsi cavabdehə həvalə edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan iddiaçı kasasiyaşikayəti verərək apelyasiya instansiyası məhkəməsinin 17 iyun 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 15 noyabr 2016-cı il tarixli iş № 2-2(102)436/2018 (hakimlər R.Nəbizadə - sədrlik edən və məruzəçi, N.Rəsulbəyova və İ.Hüseynov) qərarı ilə kasasiya şikayətinin təmin edilməsi, apelyasiya instansiyası məhkəməsinin 17 iyun 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılmas ı üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin 05 aprel 2017-ci il tarixli iş № 2-2(103)-95/2017 (hakimlər E.Vəliyeva - sədrlik edən və məruzəçi, E.Nağıyeva və H.Həmidov) qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 23.07.2015-ci il tarixli qətnaməsinin cavabdehdən 38774,8 manat tutularaq iddiaçıya ödənilməsi, iddiaçının şəxsi hesab vərəqinə hesablanmış 28688 manat borc məbləğinin silinməsinin cavabdehə həvalə edilməsi ləğv edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan iddiaçı kasasiyaşikayəti verərək apelyasiya instansiyası məhkəməsinin 05 aprel 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli iş № 2-2(102)355/2017 (hakimlər A.Hüseynov - sədrlik edən və məruzəçi, X.Məmmədov və K.Bədəlov) qərarı ilə kasasiya şikayətinin təmin edilməsi, apelyasiya instansiyası məhkəməsinin 05 aprel 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin20 iyul 2018-ci il tarixli iş № 2-2(103)-20/2018 (hakimlər S.Seyidova - sədrlik edən və məruzəçi, A.Nuriyeva və C.Yusifov) qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 23.07.2015-c i il tarixli qətnaməsinin cavabdehdən 38774,8 manat tutularaq iddiaçıya ödənilməsi, iddiaçının şəxsi hesab vərəqinə hesablanmış 28688 manat borc məbləğinin silinməsi cavabdehə həvalə edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan iddiaçı kasasiyaşikayəti verərək apelyasiya instansiyası məhkəməsinin 20 iyul 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 26 dekabr 2018-ci il tarixli iş № 2-2(102)470/2018 (hakimlər İ.Dadaşov - sədrlik edən və məruzəçi, S.Hüseynova və S.Hacıyev) qərarı ilə kasasiya şikayəti nin təmin edilməsi, apelyasiya instansiyası məhkəməsinin 20 iyul 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin11 aprel 2019-cu il tarixli iş № 2-2(103)-172/2018 (hakimlər Ü.Mayılov - sədrlik edən və məruzəçi, M.Tağızadə və K.Abiyeva) qətnaməsi ilə cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 23 iyul 2015-ci il tarixli, 2(81)-38/2015 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,MTK ilə hesablaşmanın balansuçot sayğacının göstəriciləri əsasında aparılması Azərbaycan Respublikası Nazirlə r Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.25-ci bəndinin və “xxxx”xxxx“Yeni tikilmiş binalarda (MTK) elektrik enerjisi uçotunun dəlil və itkisiz aparılması haqqında” 27 fevral 2008-ci il tarixli S-08-0071 saylı Sərəncamın 4-cü bəndinə əsaslanır. EEİQ-nin 8.25-ci bəndinə görə yaşayış binasının mülkiyyətçisi və ya mənzil istismar təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlər (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) üçün sərf etdiyi elektrik enerjisinə görə şəbəkənin balans mənsubiyyəti sərhəd nöqtəsində quraşdırılmış hesablaşma elektrik sayğacı vasitəsilə, bu qrup istehlakçılar üçün müəyyən edilmiş tarif üzrə enerjitəchizatı müəssisəsi ilə hesablaşır. Adı çək ilən Sərəncamın 4-cü bəndində isə, MTK-lardakı mənzillər fərdi qaydada qeydiyyata alındıqdan, hesabat (balans) sayğacından əhali və digər abonentlərin sərfiyatı çıxıldıqdan sonra qalan sərfiyata dair fakturaların MTK-lara təqdim olunması nəzərdə tutulur. Bundan başqa, nəzərə almaq lazımdır ki, sayğac uçot komplektinin yerləşdiyi 762 saylı TM (transformator məntəqəsi) 2002-ci ildən istifadəyə verilməklə, MTK-nın öz balansındadır. Bu isə o deməkdir ki, EEİY-nin 7.7 və 9.1-ci bəndlərinin tələblərinə əsasən, hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına, sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə görə cavabdehlik iddiaçının üzərinə düşür. Məhkəm ənin hansı mötəbər sübutlar əsasında iddiaçının 2009–2015-ci illərdə elektrik enerjisinə görə cəmi 71755,5 manat ödəniş etməsi qənaətinə gəlməsi məlum deyil. Digər tərəfdən, məhkəmənin silinməsi qət etdiyi 28688 manat heç də əlavə hesablanmış məbləğ deyil, iddiaçının istifadə olunan elektrik enerjisinə görə 13 iyun 2015-ci il tarixə olan qalıq borcudur. Məhkəmə kollegiyası işi yeni apelyasiya baxışına qaytaran Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 26 dekabr 2018-ci il tarixli qərarında qeyd edilən göstərişlərə əməl etməyərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələbini pozmuşdur. Ali Məhkəmə həmin qərarda göstərmişdir ki, yeni apelyasiya baxışı zamanı iddia olunan texnoloji itkilərin iddiaçının faktiki enerji sərfiyatına görə və hesablaşma sayğ acının transformatorun çıxış nöqtəsində deyil, məhz giriş xəttində quraşdırılması ilə əlaqədar yaranmış itkilər olması barədə iddiaçının dəlilləri mütəxəssis və ekspertin iştirakı ilə dəqiq müəyyən edilməli və bu araşdırmanın nəticəsindən asılı olaraq mübahisənin obyektiv və qanuni həlli təmin olunmalıdır. Lakin Ali Məhkəmənin sözügedən göstərişi işə yenidən baxan apelyasiya məhkəməsi tərəfindən icra edilməmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 11 aprel 2019-cu il tarixli, 2-2(103)172/2019 saylı qətnaməsinin ləğv edilməsini və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haq qında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının direktoru Nurbala Eskəndərovməhkəmə iclasına vəkilsiz gəldiyi üçün, cavabdehin nümayəndəsi isə məhkəmə iclasına gəlmədiyi üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 11 aprel 2019-cu il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının hazırkı iş üzrə qəbul etdiyi 11 aprel 2019-cu il tarixli, 2-2(103)-172/2019 saylı qətnamə ilə, cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apelyasi ya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 iyul 2015-ci il tarixli, 2(81)-38/2015 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 80, 88, 217.4, 372.6, 420-ci maddələrinə, Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.13, 8.4, 8.20, 8.25-ci bəndlərinə istinad etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər mahiyyətcə tam düzgün olan birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasın da yaranmış hazırkı mübahisə 3 dəfə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının məhkəmə baxışı predmeti olmaqla, sonuncu belə qərar, yəni, 26 dekabr 2018-ci il tarixli, 2-2(102)-470/2018 saylı qərar Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası tərəfindən iddiaçı “xxxx” MTK tərəfindən Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 20 iyul 2018-ci il tarixli qətnaməsindən verilmiş kasasiya şikayəti əsasında qəbul edilərək, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 20 iyul 2018-ci il tarixli, 2-2(103)-20/2018 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmiş, iddiaçı «xxxx» Mənzil-Tikinti Kooperativinin kasasiya şikayəti qismən təmin olunmuşdur. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 26 dekabr 2018-ci il t arixli, 2-2(102)470/2018 saylı qərarının “Əsaslandırıcı hissəsində” göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşə sonuncu dəfə baxan apelyasiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə ekspertizası üzrə 587475 saylı, 07 may 2018-ci il tarixli ekspert rəyinə əsasən güc transformatorlarında itkilər, bir qayda olaraq qeyri-iş vaxtı, əsasən yüksüz rejimdə işləyən zaman (polad hissələrdə aktiv güc itkiləri, nominal gücə nisbətən yükün azalması, transformatorun dolaqlarında aktiv güc itkiləri) yaranır, tədqiq olunan şər aitdə transformator məntəqəsinin yalnız MTK-nın yaşayış binalarını elektrik enerjisi ilə təchiz etdiyi, bu istehlakçı qrupundan olan abonentlərin, istehsalat müəssisələrindən fərqli olaraq, elektrik enerjisindən davamlı və fasiləsiz olaraq istifadə etdiyi (yüksüz iş rejiminin faktiki olaraq mümkün olmaması), eləcə də “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.13 bəndinə görə, məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmaların, quraşdırıldığı yerdən asılı olmayaraq, yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparıldığı, məişət abonentləri ilə hesablaşmalarda elektrik enerjisi itkiləri (texnoloji sərfiyat) nəzərə alınmadığı və ona görə ödəniş tutulmadığı nəzərə alındıqda, “xxxx” MTK-nın Bakı şəhəri, Nərimanov rayonu, İ.D adaşov küçəsində yerləşən yaşayış binalarında yaşayan abonentlərə elektrik enerjisi paylanmasından ötrü tranzit qurğu olaraq istifadə edilən 762 saylı transformator məntəqəsinin (TM-nin) elektrik enerjisinin texniki itkiləri nəzərə alınmır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.25 bəndinə görə, yaşayış binasının mülkiyyətçisi və ya mənzil istismar təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlər (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) üçün sərf etdiyi elektrik enerjisinə görə şəbəkənin balans mənsubiyyəti sərhəd nöqtəsində quraşdırılmış hesablaşma elektrik sayğacı vasitəsilə, bu qrup istehlakçılar üçün müəyyən edilmiş tarif üzrə enerjitəchizatı müəssisəsi ilə hesablaşır, hazırda 762 saylı TM-də istifadə olunan sayğacların üzərində m üvafiq möhürlər (o cümlədən Azərbaycan Respublikası Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət komitəsinin möhürü) vardır və transformatorun giriş tərəfinə qoşulmuş, hesablaşma uçot cihazlarının dövlət yoxlanışı Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müəyyən etdiyi müddətlərdə aparılmalıdır, TM-də istifadə olunan sayğacların düzgün işləyib-işləməməsi laborator şəraitdə müvafiq stenddə yoxlanılmaqla müəyyən edilə bilər, 762 saylı transformator məntəqəsindəki elektrik xətlərindən istifadə edən bütün istehlakçılar sayğacla təmin olunmuş, Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsində “xxxx” MTK-ya məxsus yaşayış binalarında abonentlərin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir mənzil üzrə, həmçinin yaşayış binalarınd a ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasını, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacları quraşdırılmış və həmin sayğacların aylıq sərfiyat göstəriciləri qeydə alınmışdır. Beləliklə də ekspert rəyinə əsasən bir daha 762 saylı transformator məntəqəsindəki elektrik xətlərindən istifadə edən bütün istehlakçıların sayğacla təmin olunduğu, “xxxx” MTK-ya məxsus yaşayış binalarında abonentlərin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir mənzil üzrə, həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılması, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğaclarının quraşdırıldığı və həmin sayğacların aylıq s ərfiyat göstəricilərinin qeydə alındığı, həmçinin iddiaçıya məxsus hesablaşma elektrik sayğacının transformatorun çıxış tərəfinə deyil, onun giriş tərəfinə qoşulduğu təsdiq edilir. İşə baxmış apelyasiya məhkəməsi isə işin bu halına əhəmiyyət verməmiş, 762 saylı transformator məntəqəsində balans mənsubiyyəti müəyyən edildikdən sonra enerji sərfiyatında baş vermiş kəskin artımın hesablaşma elektrik sayğacının transformatorun çıxış tərəfinə deyil, onun giriş tərəfinə qoşulması ilə əlaqədar yaranmasına dair iddiaçının dəlilləri məhkəmə qiymətləndirilməsindən kənarda qalmış, bu texnoloji itkilərin iddiaçının faktiki sərf etdiyinə görə deyil, məhz transformatorun giriş xəttinə qədər yaranmış itkilər olması barədə iddiaçının şikayətlərində qeyd olunan hallar məhkəmə qiymətləndirilməsindən kənarda qalmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017ci tarixli, 2-2(102)-355/2017 saylı qərarında qeyd olunmuşdur ki, iddiaçı MTK-ya görə o, 2002– 2009-cu illər üzrə cavabdeh ASC-dən satın aldığı elektrik enerjisinə görə, artıq ödəmələr etmiş və bu artıq ödəmələr ASC tərəfindən texnoloji itkilərlə izah edilsə də, iddiaçı MTK 2009-cu ildən hazıradək, yəni ona məxsus olan TM-də sayğac quraşdırıldıqdan sonra öz ehtiyacları üçün eyni həcmdə elektrik enerjisi istehlak etsə də, ümumi aylıq sərfiyatı azalmış və belə olan halda onun texnoloji itkiləri də azalmış, buradan iddiaçı MTK belə qənaətə gəlir ki, texnoloji itkilər adı ilə ondan tələb olunmuş və ödənilmiş artıq ödəmələr əsassız və qanunsuzdur, hazırkı mübahisənin ədalətli həlli üçün texnoloj i itkilərin tərkibi müəyyən edilməli, bu mənada hazırkı işə birinci dəfə baxmış Ali Məhkəmə müvafiq göstərişlər versə də, apelyasiya instansiya məhkəməsi həmin göstərişləri tam olaraq yerinə yetirməmiş, təcrübi ekspertiza yolu ilə itkilərin tərkibini müəyyən etməmiş, yalnız özü də natamam olmasını qeyd etdiyi ekspertiza rəyinə, mütəxəssis rəyinə və şahid ifadəsinə istinad etmiş, halbuki həmin mənbələrə görə iddiaçı MTK-da texnoloji itkilərdən deyil, başqa xassəli itkilərdən, o cümlədən işlədicilərin, o cümlədən mənzillərin qapılarının üzərində közərmə lampalarının, blokların, həyətin işıqlandırılması, nəqliyyat vasitələrinin saxlanılması üçün qarajın, habelə MTK-nın həyətində yerləşən xeyir-şər evinin işıqlandırılması üçün sərf olunan elektrik enerjisinın ayrıca hesablaşma sayğacına qoşu lmaması səbəbindən yaranan itkilərdən bəhs olunur. İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 29 may 2015-ci il tarixli, 7132 nömrəli ekspert rəyinə əsasən iddiaçı MTK-ya məxsus yaşayış binalarında məişət abonentlərinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılmış, həmçinin yaşayış binalarında iddiaçının texniki qurğularının elektrik sayğaclarının göstəricilərinə əsasən aylıq elektrik enerjisi sərfiyatı (məişət abonentləri istisna olmaqla) 2010-2015-ci illərdə orta hesabla 7944,51 kVt (476,6 manat) təşkil edir. İddiaçı şikayətlərində, eləcə də etirazlarında TM-də iri həcmdə texnoloji itkilərin olmasının müəyyən edilmədiyi, həmçinin istehlakçılarla bağlı sayğaclaşdırma tam şəkildə aparıldığı üçün kommersiya itkilərinin (nəzəri mənbələrdə “oğurluq” itkilər adlanır) də mövcud olmadığı iş materialları, habelə iki ekspert rəyi ilə təsdiq olunduğunu qeyd etsə də, apelyasiya instansiyası məhkəməsi iş üçün əhəmiyyətli olan ekspert rəylərinə hər hansı münasibət, faktiki hüquqi qiymət verməmiş, ekspert rəyi ilə razılaşıb-razılaşmadığını və hansı səbəbdən razılaşmadığını qəbul etdiyi qətnamədə əsaslandırmamışdır. Məlum olduğu kimi, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bununla əlaqədar məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə növbəti dəfə baxarkən Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərinə riayət edərək Ali Məhkəmə İnzibati-İqtisadi Kollegiyasının 26 dekabr 2018-ci il tarixli qərarında verilmiş və məcburi xarakter daşıyan göstərişləri tam icra etmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdehin “xxxx” MTK Nərimanov rayonu, İ.Dadaşov küçəsi, 48 və 50 saylı binalardan ibarətdir və binalar 232 mənzildən ibarət olaraq 2002-ci ildən etibarən Dövlət komissiyasına təhvil verilib və həmin tarixdən etibarən elektrik enerjisindən istifadə edir. 17 oktyabr 2009-cu il tarixdən “xxxx” MTK-nın yuxarıda göstərilmiş ünvanda MTK-ya məxsus TM-762 yarımstansiyasında sakinlərin elektrik enerjisindən istifadəyə görə ödənişin aparılması üçün yarımstansiyanın yüksək gərginlikli giriş xə ttində balans sayğacı quraşdırılmışdır. Həmin vaxt Nərimanov rayon Elektrik şəbəkəsi satış idarəsinin işçilərinin iştirakı ilə kooperativin daxili imkanları hesabına sayğacları mənzillərdən binanın zirzəmi hissəsinə köçürülmüş və həmin gündən etibarən X2 İdarəsi tərəfindən təqdim olunan hesab-fakturalarda balans sayğacına əsasən sakinlərin elektrik enerjisindən istifadəyə görə hər ay sərfiyat hesablanaraq iddiaçıdan alınmışdır. 17 oktyabr 2009-cu il tarixdən sonra “xxxx” MTK tərəfindən 232 mənzildə yaşayan sakinlərdən pul toplamaq yolu ilə balans sayğacının göstəricisinə uyğun ödəmələr aparılmış, iddiaçının təqdim etdiyi və cavabdehin hazırladığı qaimə fakturalardan belə məlum olur ki, 17 oktyabr 2009-cu ildən, yəni, balans sayğacının quraşdırıldığı tarixdən 10 iyun 2015-ci il tarixədək id diaçı tərəfindən cavabdehə 71755,5 manat ödəmələr edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisə həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları” tətbiq edilməlidir. Belə ki, həmin Qaydaların 7.13-cü bəndinin 3-cü abzasına əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Məişət abonentləri ilə hesablaşmalarda elektrik enerjisi itkiləri (texnoloji sərfiyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yaln ız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir (texnoloji sərfiyat). Məişət istehlakçıları ilə hesablaşma yalnız elektrik sayğacının göstərişinə əsasən aparılır və onlardan digər ödənişin alınmasına yol verilmir. Sözügedən Qaydaların 8.20-ci bəndində də göstərildiyi kimi, yaşayış binasının mülkiyyətçisi və ya mənzil kommunal təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlərə (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) sərf olunan elektrik enerjisinə görə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlayır. Həmin Qaydaların 8.25-ci bən dinə görə yaşayış binasının mülkiyyətçisi və ya mənzil istismar təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlər (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) üçün sərf etdiyi elektrik enerjisinə görə şəbəkənin balans mənsubiyyəti sərhəd nöqtəsində quraşdırılmış hesablaşma elektrik sayğacı vasitəsilə, bu qrup istehlakçılar üçün müəyyən edilmiş tarif üzrə enerjitəchizatı müəssisəsi ilə hesablaşır. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, bu qrup istehlakçılarla qeyd olunanlardan kənar hər hansı hesablaşmanın aparılmasının qanunvericilikdə nəzərdə tutulmamasını, yarımstansiyanın girişində balans sayğacının quraşdırıldığı halda elektrik enerjisindən istifadəyə görə transformatorun yüklənməsinə (texnoloji sərfiyat) ö dənişin nəzərdə tutulmamasını və qeyd olunan qanun normalarına uyğun olaraq hesab etmişdir ki, cavabdeh 232 mənzildə yaşayan abunəçilərə balans sayğacına əsasən enerji itkisi hesablaması və hər kilovata görə yüksək tarif müəyyən edərkən qanun pozuntusuna yol vermişdir. Eyni zamanda Məhkəmə Ekspertiza Mərkəzinin 29 may 2015-ci il tarixli 7132 saylı rəyi ilə aparılmış tədqiqatla ekspert bu nəticəyə gəlmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsində “xxxx” MTK-ya məxsus yaşayış binalarında məişət abonentlərinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılmışdır. Həmçinin yaşayış binalarında “xxxx” MTK-nın texniki qurğularının (liftlər, işıqlandırma sistemləri, motorxanalar və s.) elektrik sayğaclarının göstərişlərinə əsasən aylıq elektrik enerjisi sərfiyatı (məişət abonentləri istisna olunmaqla) 2010–2015-ci illərdə orta hesabla 7944,51 kVt (476,6 manat) təşkil edir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, işə sonuncu dəfə baxan apelyasiya məhkəməsi tərəfindən təmin edilmiş məhkəmə ekspertizası üzrə 07 may 2018-ci il tarixli, 5874/75 saylı “Ekspert Rəyi”nə əsasən güc transformatorlarında itkilər, bir qayda olaraq, qeyri-iş vaxtı, əsasən yüksək rejimdə işləyən zaman (polad hissələrdə aktiv güc itkiləri, nominal gücə nisbətən yükün azalması, transformatorun dolaqlarında aktiv güc itkiləri) yaranır, tədqiq olunan şəraitdə transformator məntəqəsinin yalnız MTK-nın yaşayış binalarını elektrik enerjisi ilə təchiz etdiyi, bu istehlakçı qrupundan olan abonentlərin, istehsalat müəssisələrindən fərqli olaraq, elektrik enerjisindən davamlı və fasiləsiz olaraq istifadə etdiyi (yüksək iş rejiminin faktiki olaraq mümkün olmaması), eləcə də “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.13-cü bəndinə görə, məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmaların, quraşdırıldığı yerdən asılı olmayaraq, yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparıldığı, məişət abonentləri ilə hesablaşmalarda elektrik enerjisi itkiləri (texnoloji sərfiyat) nəzərə alınmadığı və ona görə ödəniş tutulmadığı nəzərə alındıqda, «xxxx» MTK-nın Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsində yerləşən yaşayış binalarında yaşayan abonentlərə elektrik enerjisi paylanmasından ötrü tranzit qurğu olaraq istifadə edilən 762 saylı transformator məntəqəsinin (TM-nin ) elektrik enerjisinin texniki itkiləri nəzərə alınmır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.25-ci bəndinə görə, yaşayış binasının mülkiyyətçisi və ya mənzil istismar təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlər (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) üçün sərf etdiyi elektrik enerjisinə görə şəbəkənin balans mənsubiyyəti sərhəd nöqtəsində quraşdırılmış hesablaşma elektrik sayğacı vasitəsilə, bu qrup istehlakçılar üçün müəyyən edilmiş tarif üzrə enerjitəchizatı müəssisəsi ilə hesablaşır, hazırda 762 saylı TM-də istifadə olunan sayğacların üzərində müvafiq möhürlər (o cümlədən Azərbaycan Respublikası Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət komitəsinin möhürü) vardır və transformatorun giriş tərəfinə qoşulmuş, hesablaş ma uçot cihazlarının dövlət yoxlanışı Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müəyyən etdiyi müddətlərdə aparılmalıdır. TM-də istifadə olunan sayğacların düzgün işləyib-işləməsi laborator şəraitdə müvafiq stenddə yoxlanılmaqla müəyyən edilə bilər. 5874/75 saylı, 07 may 2018-ci il tarixli “Ekspert Rəyi”ndə həmçinin göstərilmişdir ki, 762 saylı transformator məntəqəsindəki elektrik xətlərindən istifadə edən bütün istehlakçılar sayğacla təmin olunmuş, Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsində “xxxx” MTK-ya məxsus yaşayış binalarında abonentlərin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir mənzil üzrə, həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasını, liftlərin, nasosların işləməsinə və s. sər f edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacları quraşdırılmış və həmin sayğacların aylıq sərfiyat göstəriciləri qeydə alınmışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, sözügedən ekspert rəyinə əsasən bir daha 762 saylı transformator məntəqəsindəki elektrik xətlərindən istifadə edən bütün istehlakçıların sayğacla təmin olunduğu, “xxxx” MTK-ya məxsus yaşayış binalarında abonentlərin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir mənzil üzrə həmçinin yaşayış binalarında ümumi məqsədlərə pilləkənlərin işıqlandırılmasını, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğaclarının quraşdırıldığı və həmin sayğacların aylıq sərfiyat göstəricilərinin qeydə alındığı, həmçinin iddiaçıya məxsus hesablaşma elektrik sayğacının transformatorun çıxış tərəfinə deyil, onun giriş tərəfinə qoşulduğu təsdiq edilir. Buna görə də apelyasiya instansiyası məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsi tərəfindən Məhkəmə Ekspertiza Mərkəzinin 29 may 2015-ci il tarixli 7132 saylı “Rəy”ində göstərilənlərə uyğun şəkildə iddiaçıya məxsus yaşayış binalarında “xxxx” MTK-nın texniki qurğularının (liftlər, işıqlandırma sistemləri, motorxanalar və s.) elektrik sayğaclarının göstəricilərinə əsasən iddia ərizəsi ilə mübahisələndirilən dövr üzrə elektrik enerjisi sərfiyatı (məişət abonentləri istisna olunmaqla) aşağıdakı kimi müəyyən edilmişdir: 2009-cu ildə 2 ay 13 gün üçün 2 ay x 476,6 manat = 953,2 manat + 13 gün üçün 206,5 manat = 1159,7 manat; 2010–2014-cı illərdə 60 ay x 476,6 manat = 2859,6 manat; 2015-ci ildə 6 ay 23 gün üçün: 6 ay x 476,6 = 2859,6 manat + 23 gün üçün 365,4 manat = 3225 manat; Cəmi ödənilməli məbləğ: 32980,7 manat. Beləliklə, iddiaçı mübahisələndirilən dövrdə 71755,5 manat məbləğində ödənişlər etmiş və həmin məbləğdən ödəməli olduğu məbləği çıxdıqda 38774,8 manat (71755,5 – 32980,7 = 38774,8) artıq ödəmə olduğu müəyyən edilir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsi doğru olaraq qeyd etmişdir ki, bu hissədə iddia əsaslı olduğundan təmin edilməlidir; birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmışdır. Bununla yanaşı, iddiaçı iddia tələbində göstərmişdir ki, cavabdeh iddiaçıya elektrik enerjisi sərfiyatı üzrə hələ ödənməmiş 28688 manat da əlavə hesablamış dır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu əlavə ödəmə hesablanmasını əsaslı hesab etməmişdir və bu qənaətə gəlmişdir ki, həmin məbləğ də iddiaçının şəxsi hesab vərəqəsindən silinməlidir. Belə ki, artıq ödəmə olduğu halda borc yarana bilməz. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 11 aprel 2019cu il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Nəticəəvi hissə: Şərh edilənləri və Mülki Prosessual Məcəllənin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “xxxx” ASC-nin kasasiya şikayəti təmin edilmə sin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 11 aprel 2019-cu il tarixli, 22(103)-172/2019 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar