Məhkəmə qərarları › İş №2-2(102)-366/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-366/2024

14.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-366/2024 14.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: daşınmaz əşyaya mülkiyyət hüququnun əldə edilməsi, müqavilənin bağlanmış hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh1 MMC-yə qarşı (Cavabdeh2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “mülkiyyət hüququnun tanınması, müqavilə öhdəliklərinin icrasının başa çatdırılması və s.” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 dekabr tarixli 22(106)-107/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında 2**0-ci il 27 sentyabr tarixli 2416 saylı icarə müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 389,61 m2 təşkil edən Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin sərəncamında olan qeyri-yaşayış sahəsi xidmət məqsədilə icarəçi "xxxx" Firmasının müddətli istifadəsinə verilmiş, müqavilənin 3.1-ci bəndinə əsasən, icarə müqaviləsinin müddəti 2**0-ci il 15 sentyabr tarixindən 2**0-ci il 31 dekabr tarixinədək müəyyən edilmişdir. 2. "xxxx" ASC ilə "xxxx" Firmas ı arasında bağlanmış 2**1-ci il 27 iyul tarixli müqaviləyə əsasən, "xxxx" ASC 118.**0.**0 manat pulun "xxxx" Firmasının hesabına köçürülməsi, "xxxx" Firması isə pulu aldıqdan sonra binanın "xxxx" ASC-yə təhvil verilməsi barədə öhdəlik götürmüşdür. 3. "xxxx" ASC-nin Kürdəmir filialı tərəfindən "xxxx" Firmasının hesabına 2**1-ci il 27 iyul tarixli müqaviləyə əsasən binanın alınması üçün 118.**0.**0 manat pulun köçürülməsinə dair 2**1-ci il 31 iyul tarixli 52 saylı ödəniş tapşırığı verilmişdir.

4. İcarəyə verilmiş əmlakın alqı-satqısı haqqında 2**1-ci il 23 avqust tarixli 96 saylı müqaviləyə əsasən satıcı Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 375,8 m2 təşkil edən qeyri-yaşayış sa həsi 33.344.**0 manata alıcı "xxxx" Firmasına satılmışdır.

5. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilən Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 2**4-cü il 12 fevral tarixli Şəhadətnamənin surətindən görünür ki, ünvan 2 ünvanındakı ikimərtəbəli binada yerləşən 375,8 kv.m qeyri-yaşayış sahəsi "xxxx" firmasının toxunulmaz mülkiyyətidir.

6. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 9 dekabr tarixli e-2-2(086)567/2019 nömrəli qətnaməsi ilə iddiaçı "Könüİ-Z” MMC-nin iddiası təmin edilərək, "xxxx" ASC-nin (Kürdəmir filialının) əmlakları ilə birlikdə ünvanında yerləşən iddiaçı "Könüİ-Z” MMC-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşay ış sahəsinin "xxxx" ASC tərəfindən "Könüİ-Z” MMC-yə təhvil verilməsi qət edilmiş, iddia tələbi dəymiş zərərin ödənilməsi hissəsində təmin edilməmişdir.

7. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 26 avqust tarixli 2-2(106)-68/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 9 dekabr tarixli e-2-2(086)-567/2019 nömrəli qətnaməsi iddianın qismən təmin edilməsi - "xxxx" ASC-nin (Kürdəmir filialının) əmlakları ilə birlikdə Kürdəmir şəhəri, ünvanında yerləşən MMC-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsinin "xxxx" ASC tərəfindən MMC-yə təhvil verilməsi hissəsində ləğv edilərək, id dia həmin hissədə rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 16 mart tarixli 2-2(102)-64/2021 nömrəli qərarı ilə MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 26 avqust tarixli 2-2(106)-68/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 9. "xxxx" ASC (bundan sonra – “iddiaçı”) Cavabdeh1 MMC-yə (bundan sonra “cavabdeh”) qarşı (Cavabdeh2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) iddia ərizəsi ilə 2021-ci il 1 iyul tarixində məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 2**1-ci il 27 iyul tarixli alqı-satq ı müqaviləsi üzrə öhdəliklərin icrasının başa çatdırılması, ünvanında yerləşən qeyri-yaşayış sahəsinin iddiaçıya satılması və onun mülkiyyətinə keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada bütün hüquqi və faktiki hərəkətlərin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. İddia tələbi işin yuxarıda göstərilən hallarına (bax § 1-8) istinad olunmaqla belə əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə bank tərəfindən öhdəliklər yerinə yetirilərək cavabdehə müvafiq ödəniş edilmiş, lakin cavabdeh müqavilənin məqsədi olan ona məxsus qeyri-yaşayış sahəsinin bankın mülkiyyətinə keçirilməsi üçün zəruri addımları atmamışdır. Həmçinin mübahisəli qeyri-yaşayış sahəsinin bankın qanuni sahibliyində və ist ifadəsində olması faktı da öz təsdiqini tapmışdır.

11. Cavabdeh iddia tələbinə qarşı etiraz və iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək bildirmişdir ki, iddiaçının istinad etdiyi 2**1-ci il 27 iyul tarixli müqavilə notariat qaydasında təsdiq edilmədiyindən etibarsızdır və belə müqavilədən hər hansı öhdəlik yarana bilməz. Həmçinin müqavilənin ünvanında yerləşən qeyri-yaşayış sahəsinə aid olunması da mümkün deyildir. Belə ki, həmin tarixdə göstərilən ünvandakı qeyri-yaşayış sahəsi cavabdehin mülkiyyətində olmamışdır. Göstərilən qeyri-yaşayış sahəsi dövlət əmlakı kimi 2**0-ci il 27 sentyabr tarixində cavabdeh tərəfindən icarəyə götürülmüş, həmin binanın satın alınması ilə bağlı Dövlət Əmlak Komitəsi ilə 2**1-ci il 23 avqust tarixində müqavilə bağlanmış, yalnız 2**4-cü il 12 aprel t arixində həmin əmlakın pulu ödənilərək mülkiyyət hüququ əldə olunmuşdur. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən yaranır. Bundan başqa, iddiaçı bir tərəfdən tərəflər arasında alqı-satqı müqaviləsinin bağlandığını göstərmiş, digər tərəfdən cavabdehin üzərinə əmlakın satılması vəzifəsinin qoyulmasını istəmişdir. Cavabdehin müqavilə bağlamağa məcbur edilməsinə dair tələb isə qanuni ola bilməz.

12. Cavabdeh həmçinin qeyd etmişdir ki, qanunvericilik daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə 6 illik iddia müddəti müəyyən etmiş, iddiaçı isə 2**1-ci il 27 iyul tarixli müqavilə üzrə öhdəliklərin icrası ilə bağlı 20 ildən sonra iddia qaldırmaqla iddia müddətini ötürmüşdür. Bu səbəbdən, iddia müddə ti tətbiq olunmaqla iddia tələbi rədd edilməlidir.

13. Daha sonra iddiaçı 2021-ci il 16 sentyabr tarixində məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının tanınması və dövlət qeydiyyatına alınması ilə bağlı qətnamə qəbul olunmasını xahiş etmişdir.

14. Ərizədə MM-in 178.1, 336.1, 139-1.1.4-cü maddələrinə istinadla qeyd olunmuşdur ki, qanunvericiliyin tələblərinə görə müqavilə tərəflərindən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. Bu səbəbdən, iddiaçı pozulmuş mülkiyyət hüquqlarının məhkəmə qərarı əsasında bərpa olunmasının təmin edilməsi hüququna malikdir.

15. Cav abdeh iddia tələbinin dəyişdirilməsinə dair ərizəyə qarşı məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, mübahisənin predmetini daşınmaz əmlaka dair alqı-satqı münasibətləri təşkil etmiş, daşınmaz əmlaka dair alqı-satqı müqaviləsi isə tərəflərin iştirakı ilə dövlət qeydiyyatına alınmalı müqavilə deyil, notariat qaydasında bağlanmalı olan müqavilədir. Belə müqavilənin bağlanması satıcının üzərinə hüquqların qeydə alınması ilə bağlı hər hansı öhdəlik qoymur. Bu səbəbdən, cavabdeh tərəfindən hüquqların dövlət reyestrində qeydə alınmasından boyun qaçırılması kimi qeyd olunan normanın hipotezasında nəzərdə tutulan faktiki hal hazırkı mübahisədə mövcud olmamışdır.

16. İddiaçı 2021-ci il 27 sentyabr tarixində məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, ünvanında yerləş ən qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının tanınması ilə bağlı qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə § 14-də qeyd edilənlərlə əsaslandırılmışdır.

17. Şirvan Kommersiya Məhkəməsinin 2021-ci il 13 oktyabr tarixli e-2-2(121)1355/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim – R.İsmayılov).

18. Məhkəmə göstərmişdir ki, qanuni qüvvəyə minmiş Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 26 avqust tarixli 2-2(106)-68/2020 nömrəli qətnaməsi ilə tərəflər arasında bağlanmış 2**1-ci il 27 iyul tarixli alqı-satqı müqaviləsinin “ilkin müqavilə” olduğu müəyyən edilmişdir.

19. Tərəflər arasında 2011-ci il 27 iyul tarixli ilkin alqı-satqı müqaviləsindən sonra əsas müqavilə bağlanmamışdır. Əsas müqavilə bağlanılmadan isə ünvanında yerləşən qeyriyaşayış sahəsinə iddiaçının mülkiyyət hüququ mövcud olmadığından, mövcud olmayan mülkiyyət hüququ məhkəmə tərəfindən tanına bilməz. Həmçinin mübahisəli qeyri-yaşayış sahəsi dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 2**4-cü il 12 fevral tarixli **1571 saylı şəhadətnaməyə əsasən iddiaçının toxunulmaz mülkiyyəti olduğundan, eyni bir qeyri-yaşayış sahəsinə dair eyni vaxtda 2 fərqli şəxsin (paylı deyil) mülkiyyət hüquqlarının olması da mümkün deyildir.

20. Məhkəmə iddia müddətinin tətbiqi barədə cavabdehin dəlillərinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında ilkin alqı-satqı müqaviləsi 2**1-ci il 27 iyul tarixində bağlanılmışdır. Qanunvericiliyin tələbinə görə, əgər ilkin müqavilədə müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandı ğı andan bir il müddətində bağlanmalıdır. Bunu nəzərə alaraq, iddiaçı onun hüququnun pozulduğunu ən geci 2**2-ci il 27 iyul tarixində bilmiş və ya bilməli olmuşdur. Lakin hazırkı iddia ərizəsi ilə məhkəməyə bundan təqribən 19 il sonra müraciət etməklə, iddia müddətini ötürmüşdür.

21. Məhkəmə eyni zamanda hesab etmişdir ki, hazırkı iddia Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 384.0.4-cü maddəsinin tələblərinə görə, iddia müddətinin şamil edilmədiyi tələb hesab edilə bilməz. Belə ki, həmin norma mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə aiddir. Hazırkı iddia isə pozuntunun aradan qaldırılması ilə bağlı deyil, mülkiyyət hüquqlarının tanınması ilə bağlıdır.

22. Bundan əlavə, iddiaçının istinad etd iyi MM-in 336.1-ci maddəsinin hazırkı işə heç bir aidiyyəti yoxdur. Həmin maddənin tələbinə görə, əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. İşin materiallarından göründüyü kimi, cavabdeh hər hansı hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırmamışdır ki, digər tərəf olan iddiaçı ərizə ilə məhkəməyə müraciət etmiş olsun.

23. Birinci instansiya məhkəməsi bu qənaətini MM-in 139-1.1.5, 336.1, 372.1, 372.2, 373, 375.2, 377.1, 384.0.4, 402.1, 402.2, 402.4, 402.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 82.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

24. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ü nvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının tanınması ilə bağlı qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

25. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 11 yanvar tarixli 2-2(106)-23/2022 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin 2021-ci il 13 oktyabr tarixli e-2-2(121)- 1355/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – T.Heydərov, hakimlər – T.Kərimov və Z.Zeynalov).

26. Apellyasiya instansiyası məhkəməsi işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsaslanaraq, həmin məhkəmənin gəldiyi nəticə ilə razılaşmış, apellyasiya şikayətinin dəlillərinə münasibə tdə isə göstərmişdir ki, hazırkı işin mübahisələndirilməyən hallarına əsasən tərəflər arasında 2**1-ci il 27 iyul tarixli alqı-satqı müqaviləsi bağlanmış, tərəflər cavabdehə məxsus binanın iddiaçıya satılması barədə razılığa gəlmişlər. Müqaviləyə əsasən, iddiaçı 118.**0.**0 manat pulun cavabdehin hesabına köçürülməsi, cavabdeh isə pulu aldıqdan sonra binanın iddiaçıya təhvil verilməsi barədə öhdəlik götürmüşlər. İddiaçının Kürdəmir filialı tərəfindən cavabdehin hesabına 2**1-ci il 27 iyul tarixli müqaviləyə əsasən binanın alınması üçün 118.**0.**0 manat pulun köçürülməsinə dair 2**1-ci il 31 iyul tarixli 52 saylı ödəniş tapşırığı verilmişdir. Bundan sonra, 2**1-ci il 23 avqust tarixli 96 saylı alqı-satqı müqaviləsi ilə sözügedən qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən 33.344.**0 manata cavabdehə satılmış, cavabdehə bununla bağlı dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında **1571 saylı şəhadətnamə verilmişdir. Şəhadətnaməyə əsasən, ünvan 1 ünvanında ikimərtəbəli binada yerləşən, ümumi sahəsi 375,8 m2 qeyri-yaşayış sahəsi cavabdehin mülkiyyəti kimi qeydiyyata alındıqdan sonra daşınmaz əmlakın iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınması baş verməmişdir. Başqa sözlə, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. 27. ünvan 1 ünvanında ikimərtəbəli binada yerləşən, ümumi sahəsi 375,8 m2 qeyriyaşayış sahəsi cavabdehin mülkiyyəti kimi qeydiyyata alınmasına baxmayaraq Şirvan Apellyasiya Məhkəməsinin 2020-ci il 26 avqust tarixli 2-2(106)-68/2020 nömrəli qətnaməsi və Ali Məhkəmənin 2021-ci il 16 mart tarixli 2-2(102)-64/2021 nömrəli qərarında da mübahisəli əmlakın iddiaçının qanuni sahibliyində və istifadəsində olması faktı öz təsdiqini tapması həmin əmlak üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün deyil, aparılan qeydin əsassız olması üçün əsas ola bilərdi ki, tərəflər bu halı mübahisələndirmir.

28. Daşınmaz əşya üzərindəki əşya hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitamı əsasən rəsmi dövlət yolu ilə olduğuna görə daşınmaz əşyaya olan haqlar içərisində yalnız əşya haqlarının reyestrə etimad sayəsində vicdanlı əldə edilməsi mümkündür. Göründüyü kimi, ünvan 1 ünvanında ikimərtəbəli binada yerləşən, ümumi sahəsi 375,8 m2 qeyriyaşayış sahəsi cavabdehin mülkiyyəti kimi qeydiyyata alınmasına baxmayaraq, həmin əmlak üzərində mülki yyət hüququ tərəflər arasında müqavilə razılaşması səbəbindən iddiaçının haqqı olmuşdur.

29. Cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə aralarında olan müqavilə üzrə öhdəliyi yerinə yetirilməsinə zəmin yaratmaq üçün hərəkət etməli olması və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliyin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməli olması halına hüquqi cəhətdən qiymət verilməsi üçün mütləq şəkildə tərəflərin müqavilə üzrə öhdəliyinin yerinə yetirilməsinə məcbur edilməsi barədə iddia tələbi mövcud olmalıdır. Düzdür, iddiaçı ilk iddiasında məhkəməyə bu iddianı qaldırsa da, sonradan iddiasını dəyişmişdir. Prosessual qanunvericiliyə görə isə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Hаzırkı tələbdə isə bu hallar mövcud olmamışdır.

30. Məhkəmə qətnamələri ilə iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinin qanuni və faktiki sahib olmasının müəyyən edilməsi, mülkiyyət hüququnun tanınması üçün preyudisial əhəmiyyət daşıya bilməz. Belə ki, MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

31. Hazırkı iddia tələbinin mahiyyəti mülkiyyət hüququnun tanınması olduğundan və mülkiyyət hüququ tələb olunan ünvan 1 ünvanında ikimərtəbəli binada yerləşən, ümumi sahəsi 375,8 m2 olan qeyri-yaşayış sahəsi cavabdehin mülkiyyəti kimi qeydiyyata alındığınd an, eyni bir qeyri-yaşayış sahəsinə dair eyni vaxtda 2 fərqli şəxsin tam (paylı deyil) mülkiyyət hüquqlarının olmasının mümkün ola bilməməsi əsas götürülmüş və birinci instansiya məhkəməsi məhz bu əsasla da iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir. Bu isə ona dəlalət edir ki, iddiaçının məhkəmə tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin də nəzərə alınması barədə apellyasiya şikayətinin dəlili əsaslıdır və birinci instansiya məhkəməsi iddia müddətinin keçməsi barədə ərizəni də, nəzərə almaqda haqlı olmamışdır. Məhkəmə tərəfindən iddia tələbinin sübut olunmaması əsası ilə təmin edilməməsi, iddia müddətinin tətbiqi barədə ərizəyə yenidən hüquqi qiymət verilməsi zərurətini aradan qaldırır.

32. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 139.1, 139-1.1.5, 140- cı, MPM-in 14.2, 77.1, 82.3, 88, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

33. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 14 sentyabr tarixli 2-2(102)-457/2022 nömrəli qətnaməsi ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 11 yanvar tarixli 2-2(106)-23/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir (sədrlik edən – K.Abiyeva, hakimlər – V.Həsənov, B.Qəribov).

35. Kassasiya instansiya sı məhkəməsi MM-in 402-ci maddəsinin hazırkı mübahisəyə tətbiqi ilə bağlı işə baxan məhkəmələrin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, baxılan iş üzrə hər iki tərəfin iştirak etdiyi, başqa kommersiya mübahisəsi üzrə qəbul edilmiş, qanuni qüvvədə olan məhkəmə aktları ilə sözügedən qeyri-yaşayış sahəsindən iddiaçının çıxarılmasına dair cavabdehin tələbi təmin edilməmiş və müəyyən edilmişdir ki, 2**1-ci il 27 iyul tarixli müqaviləyə görə bank binanın dəyərini pulla ödəməyi, iddiaçı (hazırkı iş üzrə cavabdeh) isə binanı bankın mülkiyyətinə keçirməyi öz öhdəsinə götürmüşdür. Müqavilə, bina özəlləşməmişdən əvvəl baş vermişdir və iddiaçı satıcı olaraq əqdin subyekti ola bilməzdi. Lakin bu cür müqavilə bağlanması qanunvericilikdə qadağan da edilməmişdir. Müqavilə üzrə tərəflər üzərlərinə öh dəlik götürmüşlər, cavabdeh öz öhdəliyini yerinə yetirmiş, lakin iddiaçı öz öhdəliyini yerinə yetirməmişdir. İddiaçının öz öhdəliyini yerinə yetirməməsi səbəbindən tərəflər arasında sonradan alqı-satqı müqaviləsi rəsmiləşdirilməmiş, lakin təxminən 18 il ərzində cavabdehin əmlakdan istifadəsinə etirazını bildirməmişdir. Aydın olduğu kimi, bina əvvəldən, yəni tərəflər arasında icarə müqaviləsi bağlanan tarixdən cavabdehin qanunsuz sahibliyində olmamış, daha sonra tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış və bank müqavilə üzrə öhdəliklərini yerinə yetirmişdir. Belə olan halda, cavabdehin faktiki olaraq sahibliyi və istifadəsində olan qeyriyaşayış sahəsindən qanunsuz istifadə etməsi barədə iddiaçının dəlilləri əsassız olmuşdur.

36. Göründüyü kimi, qanuni qüvvədə olan məhkəmə aktlarına əsasən tərəflərin sözügedən qeyri-yaşayış sahəsinin alqı-satqısı üzrə əldə etdikləri razılığa əsasən əmlakın alıcıya təqdim edilməsi, alıcının 2**1-ci ildən faktiki olaraq əldə etdiyi əmlaka görə dəyəri satıcıya ödəməsi, lakin satıcının həmin alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi ilə bağlı öhdəliyini yerinə yetirməməsi, başqa sözlə, alqı-satqı münasibətlərinin başa çatmaması müəyyən edilmişdir.

37. İşə baxan məhkəmələrin mübahisəli hüquq münasibətinə tətbiq etdikləri MM-in 402.2-ci maddəsinin dispozisiya şərtləri isə qeyd olunan qaydada faktiki icra edilmiş müqavilə münasibətlərini tənzimləmir. Nəzərə alınmalıdır ki, MM-in 402-ci maddəsinin tələbləri baxımından ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməmə si onun əhəmiyyətsizliyinə səbəb olur. Hazırkı halda isə qanuni qüvvədə olan məhkəmə aktları ilə tərəflər arasındakı müqavilə münasibətlərinin etibarsızlığı müəyyən edilməmiş, əksinə sözügedən qeyri-yaşayış sahəsinin alıcısının (iddiaçı Bankın) həmin əmlakdan keçən 18 il ərzində istifadəsinin qanuni olması, sonuncunun həmin sahədən çıxarılması üçün əsasların olmaması müəyyən edilmişdir.

38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin iddia tələbini tərəflər arasında ilkin müqavilədən sonra, əsas müqavilənin bağlanmaması səbəbindən təmin etməməsi, artıq qanuni qüvvədə olan məhkəmə aktları ilə müəyyən edilmiş hallara zidd olmuş, MPM-in 82.3-cü maddəsinin tələbləri pozulmuş, MM-in 402-ci maddəsinin tələbləri işin müəyyən edilmiş faktiki hallarına düzgün tətbiq edilməmişdir.

39. Məhkəmə kollegiyası qeyd etmişdir ki, baxılan iş üzrə iddiaçı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun tanınması barədə iddiasını MM-in 336.1-ci maddəsinə istinadla qaldırmışdır. Lakin həmin maddə tərəflər arasında əqd bağlandıqdan sonra, əqddən əmələ gələn hüququn qeydiyyatı ilə bağlı yaranan mübahisəni tənzimləyir. Hazırkı halda isə qanuni qüvvədə olan məhkəmə aktları ilə iddiaçı Bankın notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi icra etməsi, digər tərəfin isə həmin əqdin notariat qaydasında təsdiq edilməsindən boyun qaçırması, alqı-satqı münasibətlərinin başa çatmaması müəyyən edilmişdir.

40. Nəzərə alınmalıdır ki, MM-in tərəflər arasında münasibətlərin yarandığı 2**1-ci ildə qüvvədə olmuş (Azərbaycan Respublikasının 2**5-ci il 4 iyu n tarixli 949-İİQD nömrəli Qanunu ilə MM-dən çıxarılmış) 335.2-ci maddəsinə görə, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir.

41. İşin materiallarından iddiaçının MM-in zamana görə qüvvədə olmuş maddəsinin tələblərinə müvafiq olaraq iddia qaldırması müəyyən edilmir. Mülki prosessual qanunvericiliyin tələblərinə görə hakim tərəflərlə işin və mübahisənin vəziyyətini müzakirə edir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (MPM-in 14.1 və 184.1, 365-ci maddələri).

42. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, işin yeni apellyasiya baxışı zamanı, iddianın əsaslı olub-olmamasına qanuni qüvvədə olan məhkəmə aktları ilə müəyyən edilmiş hallar və MM-nin zamana görə qüvvədə olmuş 335.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla yenidən hüquqi qiymət verilməlidir. ç) Birinci instansiya məhkəməsindəki ikinci iddia ərizəsi üzrə icraat

43. İddiaçı cavabdehə qarşı (Cavabdeh2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) iddia ərizəsi ilə 2022-ci il 24 fevral tarixində məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 2**1-ci il 27 iyul tarixli alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icrasının başa çatdırılması, ünvanında yerləşən qeyri-yaşayış sahəsinin əlavə ödəniş edilmədən iddiaçıya verilməsi və onun mülkiyyətinə keçirilməsi üçün Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada bütün hüquqi və faktiki hərəkətlərin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması vəzifəsinin müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

44. Şirvan Kommersiya Məhkəməsinin 2022-ci il 23 iyun tarixli e-2-2(121)-559/2022 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim – E.Abdullayev).

45. Məhkəmə iddiaçının “cavabdeh tərəfindən 2**1-ci il 27 iyul tarixli alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icrasının başa çatdırıl ması” tələbi ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında 2**1-ci il 27 iyul tarixində bağlanmış müqavilə alqı-satqı müqaviləsi deyil, alqı-satqı zəminində bağlanmış ilkin müqavilədir.

46. İlkin müqavilə gələcəkdə əsas müqavilə bağlanması barədə tərəflərin razılığını ifadə edir. İlkin müqavilələrə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə bağlamağı öhdələrinə götürürlər. Deməli, ilkin müqavilənin başlıca mahiyyəti tərəflərin gələcəkdə əsas müqavilə bağlamaq barədə razılığa gəlmələrindən ibarətdir. Tərəflər ilkin müqaviləni elə qayda və məzmunda bağlamalıdırlar ki, bu, əsas müqavilənin predmetini, habelə onun digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtləri nəzərdə t uta bilsin. Əgər ilkin müqavilədə sadalanan xüsusiyyətlər müəyyən olunmayıbsa, o, hüquqi əhəmiyyət kəsb etmir və etibarsız hesab olunur.

47. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, ilkin müqavilənin forması əsas müqavilənin forması ilə şərtlənir, yəni əsas müqavilənin formasından asılıdır. Belə ki, ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. Bu o deməkdir ki, əgər əsas müqavilə üçün notarial forma müəyyənləşdirilmişdirsə, o zaman ilkin müqavilə də notariat qaydasında təsdiq olunmalıdır. Eyni zamanda, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 26 avqust tarixli 2-2(106)-68/2020 nömrəli qətnaməsi və Ali Məhkəmənin 2021-ci il 16 mart tarixli 2-2(102)-64/2021 nömrəli qərarında icarə münasibətlərindən irəli gələrək əmlakın iddiaçının qanuni sahi bliyində və istifadəsində olması faktı və müqavilənin ilkin müqavilə olduğu öz təsdiqini tapmışdır. Hazırkı iş üzrə mübahisə predmeti olan müqavilənin isə etibarlılığına dair həmin qərarlarda hüquqi qiymət verilməmişdir. Məhkəmə qətnamələri ilə müqavilənin ilkin müqavilə olaraq müəyyən edilməsi hazırkı iş üzrə mübahisə predmeti olan həmin müqavilənin etibarlılığı üçün preyudisial əhəmiyyət daşımır.

48. Məhkəmə qeyd edilənlərə, işin hallarına, maddi hüquq normalarına əsasən hesab etmişdir ki, tərəflər arasında bağlanılmış 2**1-ci il 27 iyul tarixli müqavilə qanunvericilik normaları ilə müəyyən edilmiş qaydada bağlanılmamışdır. Belə olduğu təqdirdə həmin müqavilə etibarsızdır və heç bir hüquqi nəticəyə səbəb ola bilməzdi.

49. Bununla yanaşı, məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlan mış müqavilədə cavabdehə məxsus binanın iddiaçıya satılması qeyd olunsa da, həmin bina ilə bağlı məlumatlar, yəni qeyri-yaşayış binasının yerləşdiyi ünvan, binanın sahəsi, koordinatları və digər zəruri məlumatlar göstərilməmişdir. Bununla da, sözügedən müqavilədə, yəni ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə onun digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər nəzərdə tutulmamışdır.

50. Məhkəmə, iddia tələbinin ünvanında yerləşən qeyri-yaşayış sahəsinin əlavə ödəniş edilmədən iddiaçıya verilməsi və onun mülkiyyətinə keçirilməsi üçün Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada bütün hüquqi və faktiki hərəkətlərin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması vəzifəsinin müəyyən edilməsi barədə” hissəsinə münasibətdə qeyd etmişdir ki, idd ia tələbinin göstərilən hissəsi 2**1-ci il 27 iyul tarixli müqavilədən irəli gəldiyindən və həmin müqavilə yuxarıda göstərilənlərə əsasən etibarsız hesab edildiyindən iddia tələbi göstərilən hissədə də əsassız hesab olunmaqla təmin oluna bilməz.

51. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, cavabdehin nümayəndəsi tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilmişdir. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia ərizəsi ilə 2022-ci il 24 fevral tarixində məhkəməyə müraciət etməklə müqavilə öhdəlikləri üzrə qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüş, bu vaxt ərzində hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət edənədək, göstərilən tələb üçün qan unla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Belə ki, tərəflər arasında ilkin müqavilə 2**1-ci il 27 iyul tarixdə bağlanılmışdır. Qanunvericiliyin tələbinə görə, əgər ilkin müqavilədə müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Bunu nəzərə alaraq, iddiaçı onun hüququnun pozulduğunu ən geci 2**2-ci il 27 iyul tarixdə bilmiş və ya bilməli olmuşdur. Lakin hazırkı iddia ərizəsi ilə məhkəməyə bundan təqribən 20 il sonra müraciət etməklə, iddia müddətini ötürmüşdür.

52. Birinci instansiya məhkəməsi bu qənaətini MM-in 144.1, 146.1, 329.1, 337.1, 337.4, 373.1, 373.2, 376, 377.1, 377.2, 390.2, 394, 402.1, 402.2, 402.4, 402.5, 406.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respu blikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 2022-ci il 18 mart tarixli qərarlarına, MPM-in 14.2, 77.1, 2.1, 217.1, 217.2, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

53. İddiaçı apellyasiya şikayəti verərək Şirvan Kommersiya Məhkəməsinin 2022-ci il 23 iyun tarixli e-2-2(121)-559/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, yeni qətnamə qəbul olunaraq, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki birləşdirilmiş icraatda ikinci icraat

54. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 noyabr tarixli qərardadı ilə iddiaçının cavabdehə qarşı (Cavabdeh2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “müqavilə öhdəliklərinin başa çatdırılması və.s” tələbinə dair 2-2(106)-132/2022 nömrəli kommersiya işi ilə, iddiaçının cavabdehə qarşı (Cavabdeh2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası üzrə 2-2(106)-149/2022 nömrəli kommersiya işi birlikdə baxılmaları üçün bir icraatda birləşdirilmiş və birləşdirilmiş kommersiya işində 2-2(106)-149/2022 qeydiyyat nömrəsi saxlanılmışdır (sədrlik edən – Z.Allahyarov, hakimlər – M.Həsənov, O.İsmayılov).

55. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 22 dekabr tarixli 2-2(102)149/2022 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən Şirvan Kommersiya Məhkəməsinin 2021-ci il 13 oktyab r tarixli e-2-2(121)-1355/2021 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şirvan Kommersiya Məhkəməsinin 2021-ci il 13 oktyabr tarixli e-2-2(121)-1355/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilmiş, iddiaçının ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqları tanınmış, iddiaçının Şirvan Kommersiya Məhkəməsinin 2022-ci il 23 iyun tarixli e-2-2(121)559/2022 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin 2022-ci il 23 iyun tarixli e-2-2(121)-559/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – N.Mirzəyev, hakimlər – S.Mayılov, İ.Əsədov).

56. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında 2**1-ci il 27 iyul tarixli müqavilə bağlandıqdan sonra 2* *1-ci il 31 iyul tarixli 52 saylı ödəniş tapşırığı ilə iddiaçının Kürdəmir rayon filialı tərəfindən cavabdehin 468027 saylı hesabına (VÖEN 57**06999) 2**1-ci il 27 iyul tarixli müqaviləyə əsasən binanın alınması üçün 118.**0.**0 manat ödənildikdən 23 gün sonra, yəni 2**1-ci il 23 avqust tarixində cavabdeh əldə etdiyi puldan 33.344.**0 manata ünvan 2 ünvanında yerləşən mübahisəli 375,8 kv.m qeyriyaşayış sahəsini almışdır.

57. İddiaçı tələbində mübahisə olunan qeyri-yaşayış sahəsini cavabdeh ilə müqavilə bağlamaqla əmlakın onun mülkiyyətinə cavabdeh tərəfindən əldə edilməklə satın alınması barədə razılaşmaya əsasən əldə etdiyini, həmin razılaşmaya uyğun olaraq cavabdehə 118.**0.**0 manat ödəsə də, cavabdehin həmin əmlakı əldə etdikdən sonra iddiaçının mülkiyyətinə keçirilməsi öhdəliyini icra etməməsi, lakin müqavilə bağlanmasından keçən 18 il müddətində həmin əmlakın mülkiyyətçisi olmasa da, həmin əmlaka faktiki sahiblik və istifadə etdiyini, balanssaxlayan kimi əmlakın hesabatını verdiyini, lakin cavabdehin təqsiri üzündən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnu rəsmiləşdirmək imkanından məhrum olduğunu göstərmişdir.

58. Tərəflər arasında müqavilə münasibətlərinin yarandığı 2**1-ci ildə qüvvədə olmuş MM-in (Azərbaycan Respublikasının 2**5-ci il tarixli, 949-İİQD nömrəli Qanunu ilə MM-dən çıxarılmış) 335.2-ci maddəsinə görə, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq i xtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir.

59. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına münasibətdə hesab etmişdir ki, iddiaçının cavabdehə qarşı mülkiyyət hüququnun tanınması tələbinə cavabdehin müxtəlif əsaslar gətirməklə istinad etdiyi hallar əsaslı hesab edilə bilməz. Belə ki, 2**1-ci il 27 iyul tarixli müqaviləyə əsasən iddiaçı 118.**0.**0 manat pulu cavabdehin hesabına köçürmüş, cavabdeh isə pulu aldıqdan sonra həmin pul vəsaiti hesabına binanı əldə etsə də, həmin əmlakı iddiaçının mülkiyyətinə verməli olduğu halda verməmişdir. İddiaçı mübahisə olunan əmlaka 18 il müddətində qanuni əsaslarla fasiləsiz və etirazsız sahiblik və istifadə etmiş, hazırda həmin əmlak onun qanuni sahibliyindədir.

60. Apellyasiya instansiya məhkəməsi gə ldiyi nəticəni MM-in 390.1, 390.3, 404.1, 404.2-ci, MPM-in 82.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

61. İddiaçı kassasiya şikayəti verərək, onun təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin 2022-ci il 22 dekabr tarixli 2-2(106)-149/2022 nömrəli qətnaməsinin “iddiaçı tərəfindən Şirvan Kommersiya Məhkəməsinin 2022-ci il 23 iyun tarixli e-2-2(121)-559/2022 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Şirvan Kommersiya Məhkəməsinin 2022-ci il 23 iyun tarixli e-2-2(121)-559/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması” hissəsində ləğv edilməsi, Ali Məhkəmə tərəfindən həmin hissədə yeni qərar qəbul edilməsi, iddiaçının iddia tələbinin təmin edilməsi, cavabdeh tərəfindən 2**1-ci il 27 iyul tarixli müqavilə üzrə öhdəliklərin icrasının başa çatdı rılması, ünvanında yerləşən qeyri-yaşayış sahəsinin əlavə ödəniş edilmədən iddiaçıya verilməsi və onun mülkiyyətinə keçirilməsi üçün Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada bütün hüquqi və faktiki hərəkətlərin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması vəzifəsinin müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

62. Cavabdeh kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin 2022-ci il 22 dekabr tarixli 2-2(106)-149/2022 nömrəli qətnaməsinin qismən - Şirvan Kommersiya Məhkəməsinin 2021-ci il 13 oktyabr tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması hissəsində ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

63. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 iyul tarixli 2-2(102)-262/2023 nömrəli qətnaməsi ilə iddiaçının və cavabdehin kassasiya şikayətləri qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 22 dekabr tarixli 2-2(106)-149/2022 nömrəli qətnaməsi ləğv edilərək, iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmışdır (sədrlik edən – İ.Dadaşov, hakimlər – M.Əhmədova, İ.Şəfiyev).

64. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, işin faktiki hallarına əsasən, tərəflər arasında 2**1-ci il 27 iyul tarixli müqavilə bağlandıqdan sonra əsas müqavilə bağlanmamış və əsas müqavilənin bağlanması ilə bağlı tərəflər məhkəməyə hər hansı sübut təqdim etməmişdirlər. Daşınmaz əmlak ın alqısatqısına dair notarial qaydada təsdiq edilmiş müqavilə bağlanılmadan isə ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun məhkəmə tərəfindən tanınması, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyasının qənaətinə görə, qanuni hesab edilə bilməz.

65. Mübahisəli daşınmaz əmlak iddiaçının maneəsiz istifadəsindədir, qeyri-yaşayış sahəsinin iddiaçının sahibliyində və istifadəsində olması faktı isə həmin daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması üçün yetərli qanuni əsas hesab oluna bilməz. Belə ki, iddiaçının istinad etdiyi ilkin müqavilədə əmlakın iddiaçıya təhvil verilməsi nəzərdə tutulmuş, tərəflər arasında pul məbləğinin ödənildiyi, pul məbləğinin firmanın hesabına köçürülməsi mübahisə doğurmasa da, tərəflər arasınd a sonradan qanunvericiliklə müəyyən edilmiş qaydada alqı-satqı müqaviləsi bağlanmadığından, iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüququnun müəyyən edilməsi üçün iş materialları ilə hüquqi əsas müəyyən edilmir. Tərəflərin niyyəti əmlakın gələcəkdə alqı-satqısı olsa belə, bu hal nəticə etibarilə onlar arasında alqı-satqı müqaviləsinin bağlanmasını özündə ehtiva etmir və iş materiallarına əsasən tərəflər arasında sonradan notariat qaydasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi rəsmiləşdirilməmişdir.

66. İddiaçı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun tanınması barədə iddiasını MM-in 336.1-ci maddəsinə istinadla qaldırmış, lakin həmin maddə tərəflər arasında əqd bağlandıqdan sonra, əqddən əmələ gələn hüququn qeydiyyatı ilə bağlı yaranan mübahisəni tənzimləyir. Hazırkı halda isə qanuni qüvvədə olan məhkəmə aktları ilə iddiaçının notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi icra etməsi, digər tərəfin isə həmin əqdin notariat qaydasında təsdiq edilməsindən boyun qaçırması, alqı-satqı münasibətlərinin başa çatmaması müəyyən edilmişdir. MM-in tərəflər arasında münasibətlərin yarandığı 2**1-ci ildə qüvvədə olmuş (Azərbaycan Respublikasının 2**5-ci il 4 iyun tarixli 949-İİQD nömrəli Qanunu ilə MM-dən çıxarılmış) 335.2-ci maddəsinə görə, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi təl əb edilmir.

67. İş materiallarından isə iddiaçının Azərbaycan Respublikasının 2**5-ci il 4 iyun tarixli 949-İİQD nömrəli Qanunu ilə MM-dən çıxarılmış 335.2-ci maddəsinə istinadla əqdin etibarlı sayılmasına dair iddia qaldırması müəyyən edilmir və belə olduğu təqdirdə həmin normaya istinad etməklə qeyri-yaşayış sahəsi üzrə iddiaçının mülkiyyət hüquqları tanına bilməzdi.

68. Tərəflər arasında bağlanılmış müqavilədə cavabdehə məxsus binanın iddiaçıya təhvil verilməli olduğu qeyd olunsa da, həmin bina ilə bağlı məlumatlar, yəni qeyri-yaşayış binasının yerləşdiyi ünvan, binanın sahəsi, koordinatları və digər zəruri məlumatlar göstərilməmiş, başqa sözlə həmin müqavilədə, yəni ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə onun digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər nə zərdə tutulmamışdır.

69. MM-in 139-1-ci maddəsinin məzmunundan göründüyü kimi, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün tərəflər arasında alqısatqı müqaviləsi bağlanmalı və həmin müqavilə notarial qaydada təsdiq edilməlidir. Hazırkı halda isə tərəflər arasında qanunvericiliklə müəyyən olunan formada tərtib edilmiş və notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi mövcud olmadığından mübahisəli əmlaka mülkiyyət hüququnun tanınması qanunvericiliyin tələblərinə əsasən qanuni hesab edilə bilməz. Bu isə öz növbəsində işə baxmış məhkəmə tərəfindən MM-in 335.2-ci və 139-1-ci maddələrinin pozulması anlamına gəlir.

70. Mülkiyyət hüququnun tanınması tələb edilən ünvanında yerləşən qeyri-yaşayış sahəsi isə dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmas ı haqqında 2**4-cü il 12 fevral tarixli, **1571 saylı şəhadətnaməyə əsasən cavabdehin mülkiyyətidir. Buna görə də məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq, qətnamənin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmalı olduğu nəticəsinə gəlmişdir.

71. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnamənin əsaslandırma hissəsində digər iddia ərizəsi üzrə icraat zamanı qəbul olunmuş Şirvan Kommersiya Məhkəməsinin 2022-ci il 23 iyun tarixli e2-2(121)-559/2022 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin dəlillərinə ümumiyyətlə qiymət verməmiş və bir icraatda birləşdirilmiş həmin iş üzrə qəbul edilmiş qətnamədən verilmiş şikayət üzrə hər hansı araşdırma aparmamış, apellyasiya şikayətinin nə üçün təmin edilmədiyi əsaslandırılmamış, yalnız qətnamənin nəticə hissəsində onun qüvvədə saxlanılması barədə qətnamə qəbul etmişdir. Beləliklə, faktiki olaraq məhkəmə kollegiyası tərəfindən həmin işə apellyasiya qaydasında baxılması, hazırkı halda belə qiymətləndirmənin aparılması apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamədən müəyyən olunmur. ə) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

72. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 dekabr tarixli 2-2(106)-107/2023 nömrəli qətnaməsi ilə birinci iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Şirvan Kommersiya Məhkəməsinin 2021-ci il 13 oktyabr tarixli e-2-2(121)-1355/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni q ətnamə qəbul edilərək iddia təmin edilməmiş; ikinci iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Şirvan Kommersiya Məhkəməsinin 2022-ci il 23 iyun tarixli 2-2(121)-559/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməmişdir.

73. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş, mübahisələndirilməyən hallarına görə tərəflər arasında 2**1-ci il 27 iyul tarixində alqı-satqı müqaviləsi bağlanmış, cavabdehə məxsus binanın iddiaçıya satılması barədə tərəflər razılığa gəlmişdir. Müqaviləyə əsasən, iddiaçı 118.**0.**0 manat pulun cavabdehin hesabına köçürülməsi, cavabdeh isə pulu aldıqdan sonra binanın iddiaçıya təhvil verilməsi barədə öhdəl ik götürmüşdür. İddiaçı tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilərək, cavabdehin hesabına 2011-ci il 31 iyul tarixli ödəniş tapşırığına əsasən, 2**1-ci il 27 iyul tarixli müqavilə üzrə binanın alınması üçün 118.**0.**0 manat pulun köçürülməsinə baxmayaraq, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir.

74. İddiaçı birinci iddia üzrə tələbində cavabdeh tərəfindən 2**1-ci il 27 iyul tarixli alqısatqı müqaviləsi üzrə ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının tanınmasını, ikinci iddia üzrə tələbində isə cavabdeh tərəfindən 2**1-ci il 27 iyul tarixli alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icrasının başa çatdırılması, ünvanında yerləşən qeyri-yaşayış sahəsinin əlavə ödəniş edilmədən iddiaçıya verilməsi və onun mülkiyyətinə keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada bütün hüquqi və faktiki hərəkətlərin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması vəzifəsinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

75. Baxılan iş üzrə hər iki tərəfin iştirak etdiyi, başqa kommersiya mübahisəsi üzrə qəbul edilmiş, qanuni qüvvədə olan məhkəmə aktları ilə (Şirvan Apellyasiya Məhkəməsinin 2020-ci il 26 avqust tarixli 2-2(106)-68/2020 nömrəli qətnaməsi və Ali Məhkəmənin 2021-ci il 16 mart tarixli 2-2(102)-64/2021 nömrəli qərarı) ilə tərəflərin mübahisəli qeyri-yaşayış sahəsinin alqı-satqısı üzrə əldə etdikləri razılığa əsasən əmlakın alıcıya təqdim edilməsi, alıcının 2**1-ci ildən faktiki olaraq əldə etdiyi əmlaka görə dəyərini satıcıya ödəməsi, lakin satıcının həmin alqı-satqı müqaviləsinin rəsmiləşdiri lməsi ilə bağlı öhdəliyini yerinə yetirməməsi, başqa sözlə, alqı-satqı münasibətlərinin başa çatmaması müəyyən edilmişdir.

76. Birinci instansiya məhkəmələrinin mübahisəli hüquq münasibətinə tətbiq etdikləri MM-in 402.2-ci maddəsinin dispozisiya şərtləri isə qeyd olunan qaydada faktiki icra edilmiş müqavilə münasibətlərini tənzimləmir. MM-in 402-ci maddəsinin tələbləri baxımından ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. Hazırkı halda isə qanuni qüvvədə olan məhkəmə aktları ilə tərəflər arasındakı müqavilə münasibətlərinin etibarsızlığı müəyyən edilməmiş, əksinə, sözügedən qeyri-yaşayış sahəsinin alıcısının (iddiaçı Bankın) həmin əmlakdan keçən 18 il ərzində istifadəsin in qanuni olması, sonuncunun həmin sahədən çıxarılması üçün əsasların olmaması müəyyən edilmişdir. Göstərilənlərə əsasən, məhkəmənin iddia tələbini tərəflər arasında ilkin müqavilədən sonra əsas müqavilənin bağlanmaması səbəbindən təmin etməməsi, artıq qanuni qüvvədə olan məhkəmə aktları ilə müəyyən edilmiş hallara zidd olmuş, MPM- in 82.3-cü maddəsinin tələbləri pozulmuş, MM-in 402-ci maddəsinin tələbləri işin müəyyən edilmiş faktiki hallarına düzgün tətbiq edilməmişdir.

77. Məhkəmə kollegiyası qeyd etmişdir ki, daşınmaz əmlakın alqı-satqısına dair notarial qaydada təsdiq edilmiş müqavilə bağlanmadan, qeyri-yaşayış sahəsinin iddiaçının sahibliyində və istifadəsində olması faktı həmin daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması üçün yetərli qanuni əsas hesa b oluna bilməz. Belə ki, iddiaçının istinad etdiyi ilkin müqavilədə əmlakın iddiaçıya təhvil verilməsi nəzərdə tutulmuş, tərəflər arasında pul məbləğinin ödənildiyi, pul məbləğinin cavabdehin hesabına köçürülməsi mübahisə doğurmasa da, tərəflər arasında sonradan qanunvericiliklə müəyyən edilmiş qaydada alqı-satqı müqaviləsi bağlanmadığından, iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüququnun müəyyən edilməsi üçün iş materialları ilə hüquqi əsas müəyyən edilmir.

78. Tərəflərin niyyəti əmlakın gələcəkdə alqı-satqısı olsa belə, bu hal nəticə etibarilə onlar arasında alqı-satqı müqaviləsinin bağlanmasını özündə ehtiva etmir və iş materiallarına əsasən tərəflər arasında sonradan notariat qaydasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi rəsmiləşdirilməmişdir. Baxılan iş üzrə iddiaçı daşınma z əmlak üzərində mülkiyyət hüququnun tanınması barədə iddiasını MM-in 336.1-ci maddəsinə istinadla qaldırmışdır. Lakin həmin maddə tərəflər arasında əqd bağlandıqdan sonra, əqddən əmələ gələn hüququn qeydiyyatı ilə bağlı yaranan mübahisəni tənzimləyir. Hazırkı halda isə qanuni qüvvədə olan məhkəmə aktları ilə iddiaçının notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi icra etməsi, digər tərəfin isə həmin əqdin notariat qaydasında təsdiq edilməsindən boyun qaçırması, alqı-satqı münasibətlərinin başa çatmaması müəyyən edilmişdir.

79. MM-in tərəflər arasında münasibətlərin yarandığı 2**1-ci ildə qüvvədə olmuş (Azərbaycan Respublikasının 2**5-ci il 4 iyun tarixli 949- İİQD nömrəli Qanunu ilə MM-dən çıxarılmış) 335.2-ci maddəsinə görə, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. İşin materiallarından isə iddiaçının Mülki Məcəllənin zamana görə qüvvədə olmuş 335.2-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia qaldırması müəyyən edilmir.

80. İddiaçının ikinci tələbi üzrə məhkəmə kollegiyası qeyd etmişdir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar MM-də nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İddiaçı ilə cavabdeh arasında qeyd edilən mübahisəli ünvanında yerləşən qeyri- yaşayış sahəsi barəsində azad və könüllülük prinsipinə uyğun olan müqavilə bağlanmamışdır. Tərəflər arasında belə bir müqavilə bağlanmadığından tərəflərdən hər hansı birinin müqavilə bağlamağa məcbur edilməsi qanunla yolverilməzdir. Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmalı və həmin müqavilə notarial qaydada təsdiq edilməlidir. Hazırkı halda isə tərəflər arasında qanunvericiliklə müəyyən olunan formada tərtib edilmiş və notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi mövcud olmadığından mübahisəli əmlakın iddiaçının mülkiyyətinə keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada bütün hüquqi və faktiki hərəkətlərin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qanunvericiliyin tələblərin ə əsasən qanuni hesab edilə bilməz.

81. Tərəflər arasında bağlanmış müqavilədə cavabdehə məxsus binanın iddiaçıya təhvil verilməli olduğu qeyd olunsa da, həmin bina ilə bağlı məlumatlar, yəni qeyri-yaşayış binasının yerləşdiyi ünvan, binanın sahəsi, koordinatları və digər zəruri məlumatlar göstərilməmiş, başqa sözlə həmin müqavilədə, yəni ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə onun digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər nəzərdə tutulmamışdır.

82. Bundan başqa, iddiaçı cavabdehə qarşı hazırda Şirvan Kommersiya məhkəməsinə yeni bir iddia ilə müraciət edərək, tərəflər arasında bağlanmış ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 375.8 kv/m təşkil edən qeyri-yaşayış sahəsinin alqı-satqısı ilə bağlı əqdin etibarlı sayılması barədə qətnamə çıxarılmasını xahiş e tmişdir. Həmin iş hal-hazırda Şirvan Kommersiya məhkəməsinin icraatındadır.

83. Apellyasiya instansiyası məhkəməsi mövqeyini MM-in 139.1, 139-1.1.5, 335.1 və 335.2-ci (2**5-ci il 24 iyun tarixli Qanunla MM-dən çıxarılmış redaksiyası), 336.1, 384.0.4, 372.1, 372.2, 373.1, 373.2, 373.3, 373.4, 373.5, 375.2, 377.1, 390.1, 390.2, 390.3, 390.4, 390.5, 394, 402.1, 402.2, 402.4, 402.5, 404.1, 404.1-ci, MPM-in 14.2, 77.1, 80, 82.3, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

84. İddiaçı qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələblərinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

85. MM-in 390.1, 351.2, 351.3, 355.2 və 560.3.4-cü maddələri üzrə - Apellyasiy a məhkəməsi tərəflər arasında bağlanmış 2**1-ci il 27 iyul tarixli müqavilənin etibarlı olmasını, cavabdehin müvafiq müqavilə bağlandıqdan sonra öz hərəkətləri və rəftarı ilə (sonradan verilən razılığı ilə) tərəflər arasında olan əqdi təsdiq etməsini və bəyənməsini, müvafiq müqavilə bağlandıqdan sonra iddiaçı tərəfindən müqavilə üzrə edilmiş ödənişlərin (118.**0.**0 manat vəsaitin) cavabdeh tərəfindən qəbul edilməsini, bundan sonra müvafiq daşınmaz əmlakın cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsini, cavabdehin tərəflər arasında müqavilə bağlandıqdan sonra 18 il ərzində iddiaçıya qarşı heç bir iddia, pretenziya qaldırmamasını, bu müddət ərzində iddiaçının həmin daşınmaz əmlakdan heç bir etiraz olmadan fasiləsiz istifadə etməsini nəzərə almamışdır. Tərəflər arasında bağlanmış müqavilən in forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə qənaətə gələn apellyasiya məhkəməsi bu zaman formal mülahizələrdən çıxış etmiş, işin mühüm əhəmiyyət kəsb edən hallarını aydınlaşdırmadan yalnız bağlanmış müqavilənin forma tələblərinə riayət edilmədiyinə görə hüquqi qüvvəsinin olmadığı qənaətinə gəlmiş, müqavilə şərtlərini təfsir edərkən müqavilədəki söz və ifadələrin hərfi mənasını ilə yanaşı, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almamışdır.

86. MM-in 404.1, 777.1 və 782.1-ci maddələri üzrə - Tərəflər arasında bağlanmış müqavilənin kompleks təfsiri zamanı aydın olur ki, həmin müqavilə alqı-satqı deyil, tapşırıq müqaviləsidir. Sözügedən müqavilə ilə i ddiaçı cavabdehə, müəyyən şərtlərə uyğun gələn daşınmaz əmlakı iddiaçının xeyrinə alınmasını təmin etməyi tapşırmışdır. İddiaçı vəkalət verən olaraq müqavilədə nəzərdə tutulmuş öhdəliklərini icra etmiş, yəni vəsaiti ödəmiş, lakin cavabdeh müqaviləyə riayət etməmiş, aldığı tapşırığı vicdanla yerinə yetirməmiş, iddiaçının vəsaiti hesabına öz adına əmlak əldə etmiş və əmlakın iddiaçının mülkiyyətinə keçirilməsini təmin etməmişdir. Məsələnin mühüm əhəmiyyət kəsb edən hallarından biri ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi müqavilənin bağlanma tarixində cavabdehin mülkiyyətində olmadığına görə tərəflər arasında alqı-satqı müqaviləsi bağlana bilməzdi. Məhkəmə, iddiaçı və cavabdeh arasında bağlanmış müqavilənin hüquqi təbiətinə qiymət verərkən yalnız yazılı müqaviləyə və onun formasına qiymət vermiş, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətlərini də müəyyən etmək üçün tərəflər arasında bundan əvvəl bağlanmış 2**0-ci il 1 oktyabr tarixli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 2**0-ci il 1 oktyabr tarixindən 2**0-ci il 31 dekabr tarixinədək iddiaçının Kürdəmir rayon filialına subicarəyə verilməsi faktının 2**1-ci il 21 iyul tarixli müqavilənin bağlanması üçün zəmin rolu oynadığını nəzərə almamışdır. Tərəflərin sonrakı hərəkəti olaraq iddiaçı tərəfindən cavabdehə ödənilmiş 118.**0.**0 manat vəsaiti də xüsusi qeyd etmək lazımdır. Məhkəmə bu səhv yanaşması ilə iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş bu təkzibedilməz şəraiti və motivi, yəni tərəflər arasındakı münasibətləri və tərəflər in sonrakı hərəkətlərinin həyata keçirilməsinə hesablandığını nəzərə almamışdır.

87. MM-in 407.1 və 409.4-cü maddələri üzrə - Apellyasiya məhkəməsi tərəflər arasında bağlanmış müqavilənin qanunvericilik normaları ilə müəyyən edilmiş qaydada bağlanılmasına və tamamilə etibarlı və hüquqi qüvvəsi olan müqavilə olmasına münasibət bildirməmişdir. 2**1-ci il 21 iyul tarixli müqavilə həm iddiaçı, həm də cavabdeh tərəfindən təsdiqlənmişdir. Bu təsdiq onların hərəkətində ehtiva olunub. Belə ki, iddiaçı bu müqaviləyə əsasən cavabdehə müvafiq ödənişi edib, cavabdeh isə üzərinə düşən öhdəliklərdən müvafiq daşınmaz əmlakın iddiaçının sahibliyinə və istifadəsinə verilməsini həyata keçirmiş, lakin digər öhdəlikləri (rəsmiləşdirməni tamamlamaq) yerinə yetirməmişdir. İddiaçının Kürdəmir filialı tərəflər ar asında müvafiq münasibətlər yarandığı andan həmin daşınmaz əmlakda fəaliyyət göstərir. Buradan aydın olur ki, tərəflər müqaviləni aksept ediblər. Tərəflər arasındakı bu münasibətlər Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 26 avqust tarixli qətnaməsi və Ali Məhkəmənin 2021-ci il 16 mart tarixli qərarında da öz əksini tapmışdır. Bu məhkəmə prosesləri cavabdehin iddia ərizəsinə əsasən başladılıb. Cavabdeh öz iddia ərizəsi ilə tərəflər arasında 2**1-ci il 21 iyul tarixli müqavilədən irəli gələn münasibətlərin mövcud olduğunu bir daha təsdiqləmişdir. Beləliklə, tərəflər arasındakı əqd əvvəldən etibarlı hesab edilir və tərəflər bir-birinə çatası hər şeyi bir-birinə verməyə borcludular.

88. MM-in 149.2-ci maddəsi üzrə - İşin faktiki hallından göründüyü kimi, tərəflər arasında bağlanmış tapşırıq müqaviləsinə uyğun olaraq cavabdeh tərəfindən iddiaçının xeyrinə və sonuncunun vəsaiti hesabına qeyri-yaşayış sahəsi alınmalı və Bankın mülkiyyətinə verilməliydi, lakin cavabdeh alınmış qeyri-yaşayış sahəsini Bankın mülkiyyətinə verməmiş və heç bir hüquqi əsası olmadan öz adına qeydiyyat şəhadətnaməsini almışdır.

89. MM-in 157.1 və 157.8-ci maddələri üzrə - Məhkəmə işə formal yanaşaraq, qeyriyaşayış sahəsinin əldə olunma tarixçəsinə qiymət verməyərək iddiaçının MM-in 157.8-ci maddəsinə uyğun olaraq mülkiyyətçi hüquqlarının olub-olmamasını araşdırmamış və iddia tələbini rədd etmişdir.

90. MPM-in 14.2, 77, 80, 88, 217.1 və 217.3-cü maddələri üzrə - İddiaçı tərəfindən tərəflərin hüquqi münasibəti ilə bağlı zəruri olan bütün sübutlar təqdim edilmiş, bu sübutlar əsas landırılmış, amma məhkəmə tərəfindən ümumiyyətlə bu sübutlar nəzərə alınmamış, tərəflər arasında olan tapşırıq müqaviləsindən irəli gələn hüquqi münasibəti araşdırılmamış, ona qiymət verilməmiş, işin hallarına zidd olan nəticələrə gəlinmişdir. Şirvan Apellyasiya Məhkəməsi hansı sübuta və işin hansı hallarına əsasən tərəflər arasında olan müqavilənin azad və könüllülük prinsipinə uyğun bağlanmadığı barədə əsaslandırma aparmamış, bu zaman yalnız formal olaraq qanunvericiliyin normalarına istinad etmişdir. Halbuki işin hallarına və işdə olan mötəbər sübutlara nəzər yetirdikdə tərəflərin iradə ifadəsi açıq-aşkar bəlli olur və bunlar bir daha sübut edir ki, tərəflər arasında olan müqavilə azad və könüllülük prinsiplərinə riayət edilməklə bağlanmış, bu məsələ özünü həm tərəflərin müqavilədən əvv əl, həm də müqavilədən sonrakı davranışları ilə öz əksini tapmışdır: cavabdeh müvafiq müqavilə bağlandıqdan sonra öz konkludent hərəkətləri və rəftarı ilə (sonradan verilən razılığı ilə) tərəflər arasında olan əqdi təsdiq etmiş və bəyənmişdir; müvafiq müqavilə bağlandıqdan sonra iddiaçı tərəfindən müqavilə üzrə edilmiş ödənişlər (118.**0.**0 manat vəsait) cavabdeh tərəfindən qəbul edilmişdir; bundan sonra müvafiq daşınmaz əmlak cavabdeh tərəfindən iddiaçıya təhvil verilmişdir; cavabdeh tərəflər arasında müqavilə bağlandıqdan sonra 18 il ərzində iddiaçıya qarşı heç bir iddia qaldırmamış, pretenziya irəli sürməmişdir; bu müddət ərzində iddiaçı həmin daşınmaz əmlakdan heç bir etiraz olmadan fasiləsiz istifadə etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

91. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

92. İddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

93. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətb iq edilən hüquq

94. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;...” “Maddə

335. Əqdin notarial formasına riayət edilməməsinin nəticələri (tərəflər arasında müqavilə bağlandığı vaxt qü vvədə olmuş redaksiyası) 335.1. Əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Bu cür əqd əhəmiyyətsiz sayılır. 335.2. Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir....” “Maddə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.... 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və y a könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir....” “Maddə

394. Daşınmaz əşyanın özgəninkiləşdirilməsi barədə müqavilənin bağlanması qaydası Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.” “Maddə

404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.” “Maddə

777. Tapşırıq müqaviləsi 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür....” “Maddə

778. Tapşırığın məzmunu 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir....”

95. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan is tifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq edilməsini yoxlayır....” “Maddə

420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

96. Məhkəmə aşağıdakı səbəblərdən iddiaçının kassasiya şikayətinin dəlillərini mübahisələndirilən qətnamənin ləğvi üçün yetərli hesab etmir.

97. Hazırkı mübahisəyə iddiaçının tərəflər arasında bağlanmış 2**1-ci il 27 tarixli alqısatqı müqaviləsindən irəli gələn iki iddiası əsasında birləşdirilmiş məhkəmə icraatında baxılmaqdadır. İddialardan biri mübahisəli qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun tanınmasından, digəri isə həmin qeyri-yaşayış sahəsinin əlavə ödəniş edilmədən iddiaçıya ver ilməsi və onun mülkiyyətinə keçirilməsi üçün qanunla müəyyən edilmiş qaydada bütün hüquqi və faktiki hərəkətlərin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.

98. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş, mübahisələndirilməyən hallarına görə, sözügedən müqavilə ilə cavabdehə məxsus binanın iddiaçıya satılması barədə razılığa gəlinmiş, iddiaçı 118.**0.**0 manat (KAZN) pulun cavabdehin hesabına köçürülməsi, cavabdeh isə pulu aldıqdan sonra binanın iddiaçıya təhvil verilməsi barədə öhdəlik götürmüşlər. İddiaçı tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilərək, cavabdehin hesabına binanın alınması üçün 118.**0.**0 manat pulun köçürülməsinə baxmayaraq, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir.

99. Hazırkı iş üzrə keçirilmiş əvvəlki kassasiya icraatlarında Ali Məhkəmənin iki qərarı qəbul olmuşdur.

100. Son kassasiya icraatında Ali Məhkəmənin qəbul etdiyi 2023-cü il 27 iyul tarixli qərarla apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunaraq iş yeni baxışa qaytarılmış, həmin qərarda işə yenidən baxan məhkəmənin işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməsinə, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməsinə, araşdırılan sübutlara MPM-in 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməsinə, yeni apellyasiya baxışında kassasiya məhkəməsinin qərarında (Ali Məhkəmənin 2022-ci il 14 sentyabr tarixli qərarı) maddi və prosessual hüquq normalarının tətbiqinə dair MPM-in 420-ci maddəsinə uyğun olaraq şərh edilən g östərişlər nəzərə alınmaqla, işin qanuni həllinin təmin olunmasına dair göstərişlər verilmişdir.

101. Son apellyasiya icraatında məhkəmə hər iki iddianın əsassız olması qənaətinə gəlmişdir.

102. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyi maddi və prosessual qanunvericiliyin tələblərinə uyğundur.

103. Hazırkı kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə 2**1-ci il 27 iyul müqavilənin etibarlı olmasını, müqavilə bağlandıqdan sonra cavabdehin öz hərəkətləri və rəftarı ilə (sonradan verilən razılığı ilə) əqdi təsdiq etməsini və bəyənməsini, iddiaçı etdiyi ödənişləri qəbul etməsini, əmlakı iddiaçıya təhvil verməsini, müqavilə bağlandıqdan sonra 18 il ərzində iddiaçıya qarşı heç bir iddia, pretenziya qaldırmamasını, bu müddət ərzində iddiaçının həmin daşı nmaz əmlakdan heç bir etiraz olmadan fasiləsiz istifadə etməsini, habelə tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almamışdır. Həmçinin kassator göstərmişdir ki, məhkəmə işə formal yanaşaraq, qeyri-yaşayış sahəsinin əldə olunma tarixçəsinə qiymət verməyərək iddiaçının MM-in 157.8-ci maddəsinə uyğun olaraq mülkiyyətçi hüquqlarının olub-olmamasını araşdırmamış və iddia tələbini rədd etmişdir.

104. Məhkəmə kollegiyasının mövqeyinə görə, hazırkı mübahisədə sözügedən halların heç biri iddiaçının mübahisəli əmlak üzərində mülkiyyət hüququnun tanınması üçün bilavasitə əsas ola bilməz və apellyasiya instansiyası məhkəməsi də bununla bağlı hər hansı hüquq pozuntusuna yol verməmişdir.

105. Belə ki, MM-in 139-1.1 və 139-1.1.3-cü maddələrinə (bax § 94) görə, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı əsaslardan biri üçün daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatıdır.

106. Qeyd olunan normanın məzmunundan göründüyü kimi, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmalı və həmin müqavilə notarial qaydada təsdiq edilməlidir.

107. Bundan başqa, MM-in 394-ci maddəsinin (bax § 94) tələbi ondan ibarətdir ki, əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əş ya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.

108. Hazırkı halda isə tərəflər arasında qanunvericiliklə müəyyən olunan formada tərtib edilmiş və notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi mövcud olmadığından mübahisəli əmlaka mülkiyyət hüququnun tanınması qanunvericiliyin tələblərinə əsasən qanuni hesab edilə bilməz.

109. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, tərəflərin niyyəti əmlakın gələcəkdə alqı-satqısı olsa belə, bu hal nəticə etibarilə onlar arasında hazırkı vəziyyətdə qanunun tələblərinə uyğun formada alqı-satqı müqaviləsinin bağlanmasını özündə ehtiva etmir. Belə ki, tərəflər arasında sonradan notariat qaydasında daşınmaz əmlakın alqı-satqı müqaviləsinin rəsmiləşdirilməməsi işin məhk əmələr tərəfindən müəyyən edilmiş mübahisələndirilməyən halıdır.

110. Beləliklə, hazırda qüvvədə olan mülki qanunvericiliyin imperativ tələbləri daşınmaz əmlakın alqı-satqısına dair notarial qaydada təsdiq edilmiş müqavilə bağlanılmadan mübahisəli qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun məhkəmə tərəfindən tanınmasını mümkünsüz edir. 111.O da qeyd olunmalıdır ki, MM-in tərəflər arasında münasibətlərin yarandığı 2**1-ci ildə qüvvədə olmuş (Azərbaycan Respublikasının 2**5-ci il 4 iyun tarixli 949-İİQD nömrəli Qanunu ilə MM-dən çıxarılmış) 335.2-ci maddəsinə (bax § 94) görə, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmi ş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir.

112. Lakin hazırkı məhkəmə icraatında MM-in zamana görə qüvvədə olmuş 335.2-ci maddəsinin tələblərindən irəli gələn iddia tələbi baxış predmeti deyildir.

113. Kassatorun digər dəlillərinə görə, tərəflər arasında bağlanmış müqavilə alqı-satqı deyil, tapşırıq müqaviləsidir. Sözügedən müqavilə ilə iddiaçı cavabdehə, müəyyən şərtlərə uyğun gələn daşınmaz əmlakı iddiaçının xeyrinə alınmasını təmin etməyi tapşırmışdır. İddiaçı vəkalət verən olaraq müqavilədə nəzərdə tutulmuş öhdəliklərini icra etmiş, yəni vəsaiti ödəmiş, lakin cavabdeh müqaviləyə riayət etməmiş, aldığı tapşırığı vicdanla yerinə yetirməmiş, iddiaçının vəsaiti hesabına öz adına əmlak əldə e tmiş və əmlakın iddiaçının mülkiyyətinə keçirilməsini təmin etməmişdir. Mübahisəli qeyri-yaşayış sahəsi müqavilənin bağlanma tarixində cavabdehin mülkiyyətində olmadığına görə tərəflər arasında alqı-satqı müqaviləsi bağlana bilməzdi.

114. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, cavabdeh əvvəlcə özünə icarəyə verilmiş mübahisəli qeyri-yaşayış sahəsini 2**0-ci il 1 oktyabr tarixli icarə müqaviləsinə əsasən iddiaçının Kürdəmir rayon filialına subicarəyə vermiş, daha sonra iddiaçı ilə cavabdeh arasında alqı-satqı zəminində 2**1-ci il 27 iyul tarixli müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən, tərəflər cavabdehə məxsus binanın iddiaçıya satılması barədə razılığa gəlmiş, iddiaçı 118.**0.**0 manat (KAZM) məbləğində pulun cavabdehin hesabına köçürülməsi, cavabdeh i sə pulu aldıqdan sonra binanın iddiaçıya təhvil verilməsi barədə öhdəlik götürmüşlər. İddiaçı pulu cavabdehin hesabına köçürdükdən sonra, 2**1-ci il 23 avqust tarixli 96 saylı alqı-satqı müqaviləsi ilə sözügedən qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən 33.344.**0 manata (KAZM) alıcı cavabdehə satılmış, cavabdehə bununla bağlı dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında **1571 saylı şəhadətnamə verilmişdir. Şəhadətnaməyə əsasən, mübahisəli qeyri-yaşayış sahəsi cavabdehin toxunulmaz mülkiyyətidir.

115. Məhkəmə kollegiyasının mövqeyinə görə, iki subyektin onlardan birinə məxsus olan əmlakın digərinə satılması barədə razılığa gəlmələri heç bir halda tapşırıq müqaviləsinin bağlanılmas ı kimi qiymətləndirilə bilməz. Ən azından ona görə ki, bunun əksini qəbul etmək həmin müqavilələrin təbiətinə və mahiyyətinə zidd olardı.

116. Belə ki, əvvəla, alqı-satqı və digər müqavilələrdən fərqli olaraq, tapşırıq əsasında müqavilə bağlayan vəkalət alan şəxs həmin müqaviləni öz maraqları üçün və öz hesabına deyil, vəkalət verənin maraqları üçün və vəkalət verənin hesabına bağlayır. İkincisi isə, vəkalət alan şəxs tapşırıq əsasında müqaviləni vəkalət verən şəxsin özü ilə deyil, üçüncü şəxslərlə bağlayır.

117. MM-in 777.1 və 778.1-ci maddələrinə (bax § 94) görə, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icr a etməyi öhdəsinə götürür. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.

118. İstinad olunan normalarda “konkret nəticə əldə olunmasına təminat vermədən” və “vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir” ifadələrindən istifadə olunması heç də təsadüfi deyildir və eyni mətləblərdən xəbər verir.

119. Hazırkı işin halları isə həmin normaların dispozisiya şərtlərinə uyğun gəlmədiyindən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli alqı-satqı müqaviləsini tapşırıq müqaviləsi kimi qiymətləndirməməklə hər hansı hüquq pozuntusuna yol verməmişdir.

120. Kassator öz şikayətində qeyd edir ki, apellyasiya məhkəməsi tərəflər arasında bağlanmış müqavilənin qanunvericilik normaları ilə müəyyən edilmiş qaydada bağlanılmasına və tamamilə etibarlı və hüquqi qüvvəsi olan müqavilə olmasına münasibət bildirməmişdir.

121. Halbuki mübahisələndirilən qətnamədə tərəflər arasında əvvəllər olmuş digər mübahisə üzrə qəbul edilmiş qanuni qüvvəyə minmiş qətnamələrə istinad edilərək göstərilmişdir ki, tərəflər arasında 27 iyul 2**1-ci il tarixli müqavilə, bina özəlləşməmişdən əvvəl bağlanmışdır və həmin vaxt iddiaçı satıcı olaraq tərəflər arasında bağlanmış əqdin subyekti ola bilməzdi. Lakin bu cür müqavilə bağlanması qanunvericilikdə qadağan da edilməmişdir.

122. Həmçinin apellyasiya instansiyası məhkəməsi daha sonra göstərmişdir ki, qanuni qüvvədə olan məhkəmə aktları ilə, tərəflər arasındakı müqavilə münasibətlərinin etibarsızlığı müəyyən edilməmiş, əksinə, sözügedən qeyri-yaşayış sahəsinin alıcısın ın (iddiaçı Bankın) həmin əmlakdan keçən 18 il ərzində istifadəsinin qanuni olması, sonuncunun həmin sahədən çıxarılması üçün əsasların olmaması müəyyən edilmişdir.

123. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 95) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 420-ci maddəsinə (bax § 95) uyğun olaraq, iş üzrə əvvəlki kassasiya icraatlarında qəbul edilmiş Ali Məhkəmənin qərarlarında verilmiş göstərişləri yerinə yetirmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 95) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

124. Odur ki, kassa siya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 dekabr tarixli 2-2(106)-107/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

125. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 dekabr tarixli 2-2(106)-107/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar