Məhkəmə qərarları › İş №2-2(102)-37/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-37/2021

27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-37/2021 27.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı cavabdeh “xxxx” məhdud məsuliyyətli cəmiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim İlqar Dadaşovun sədrliyi, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi M.Həsənovanın, iddiaçının vəkili Vəkil2 İlyaz qızının iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” MMC-nə qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiy asının 2020-ci il 05 avqust tarixli, 2-2(103)-322/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. Qaz paylayıcısı İddiaçı (bundan sonra – “iddiaçı”) istehlakçı “xxxx” MMC (bundan sonra – “cavabdeh”) arasında bağlanmış “Qazın alğı-satqısı barədə” 2016-cı il 19 iyul tarixli, 1147-07-16 saylı müqavilənin şərtlərinə əsasən, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir, müqavilənin 2.3.2-ci bəndinə əsasən, istehlakçı “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməlidir; 3.4-cü bəndinə görə, hesab istehlakçıya paylayı cı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir.

2. Cavabdehə məxsus abonent saldosundan görünür ki, onun təbii qazdan istifadəyə görə xx.xx.2018-ci il tarixə 21.596,41 manat ödənilməmiş borcu yaranmışdır. İddiaçı xx.xx.2018-ci il tarixdə pretenziya məktubu ilə cavabdehə müraciət edərək, istehlak olunmuş təbii qazdan istifadəyə görə xx.xx.2018-ci il tarixə ödənilməmiş 48.382,40 manat məbləğində debitor borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, istifadə olunmuş təbii qaza görə xx xxxx xxxx 2018-ci il tarixədək yaranmış 21.596,41 manat əsas borc məbləğinin və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq onun hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2016-cı il 19 iyul tarixli müqaviləyə əsasən cavabdehi təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə ikitərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf müqavilədə üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh müqavilə öhdəliklərinə əməl etməmiş, istehlak olunmuş təbii qazın dəyərini tam şəkildə ödəməmiş, bunun nəticəsində iddiaçıya 2018-ci il 1 sentyabr tarixə 21.596,41 manat məbləğində borc yaranmışdır. Qeyd olunan mübahisənin məhkəməyədək hə ll olunması məqsədi ilə 2018-ci il 29 iyun tarixli məktubla cavabdehə müraciət olunmasına baxmayaraq, cavabdehdən heç bir cavab alınmamışdır. 5. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 05 dekabr il tarixli, 2-2(82)926/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, istifadə olunmuş təbii qaza görə yaranmış 21.596,41 manat əsas borcun və 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 21.626,41 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – R.L.Kərimli).

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında qazın alqı-satqısı barədə bağlanmış müqaviləyə əsasən paylayıcı üzərinə düşən öhdəlikləri tam icra edərək, istehlakçını keyfiyyətli qazla təmin etsə də, istehlakçı aldığı qazın dəyərini qaz sayğacının göstərici sinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən vaxtında ödəməmiş, nəticədə onun iddiaçıya xx.xx.2018-ci il tarixə 21.596,41 manat borcu yaranmış, beləliklə, cavabdeh 2016-cı il 19 iyul tarixli müqavilə ilə üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir.

7. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “Mülki Məcəllə”) 385.1, 386.1, 389.1, 389.3-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 1.1, 3.2.1, 5-ci bəndinə istinad etməklə əsaslandırmışdır.

8. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 15 avqust tarixli, 2-2(103)-403/2019 qətnaməsi ilə (hakimlər V.M.Məmmədov (sədrlik edən), S.S.Seyidova və İ.B.Əhmədov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 05 dekabr tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh birinci instansiya məhkəməsinə öz etirazının əsasları ilə bağlı heç bir mötəbər sübut təqdim etməmiş, bu sənədləri apellyasiya şikayətinə də əlavə etməmişdir. Apellyasiya şikayətinin dəlilləri isə, əsasən, başqa hüquqi şəxsin İddiaçı İB ilə olan münasibətlərinə istinad edir. Digər tərəfdən, cavabdehin fəaliyyətə başladığı 2016-cı ilin iyun ayından sonrakı dövrdə istehlak etdiyi təbii qazın dəyəri və ödənilməsi dinamikasını əks etdirən ona məxsus abonentin saldosundan görünür ki, sonuncunun borcları hətta 2018-ci ilin iyul ayında 58.083,80 manat, avqust ayında 35.038,81 manat təşkil etmişdir.

11. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 386, 442, 443.1, 448.1-ci maddələrinə, Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5-ci bəndinə istinad etməklə əsaslandırmışdır.

12. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019cu il 25 dekabr tarixli, 2-2(102)-535/2019 saylı qərarı ilə (hakimlər İ.K.Hüseynov (sədrlik edən), N.İ.Rəsulbəyova və Z.M.Quliyev) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 15 avqust tarixli, 2-2(103)-403/2019 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh iddia tələbinə qarşı etirazının əsası kimi “xxxx” MMC ilə bağladığı icarə müqaviləsinə istinad etmiş, müqaviləni etiraza əlavə etmişdir. Cavabdehin həmin etirazında əsaslandığı hallara apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamədə hər hansı münasibət bildirliməmişdir. Halbuki, 2016-cı il 9 iyun tarixli icarə müqaviləsinə görə cavabdeh istehsalat sahəsini və avadanlıqları icarədardan icarəyə götürmüş, həmin müqavilə ilə i carəçi (cavabdeh) təbii qazdan istifadəyə görə icarədarın hər-hansı öhdəliyini öz üzərinə götürməmişdir.

15. Digər tərəfdən, cavabdeh (icarəçi) qaz paylayıcısı (iddiaçı) ilə 2016-cı il 19 iyul tarixdə “qazın alğı-satqısı barədə” müstəqil müqavilə bağlamışdır. “Qazdan istifadə Qaydaları”nın tələbinə görə də, mübahisə tərəfləri arasında münasibətlər məhz həmin müqavilə ilə tənzimlənməlidir. Həmin müqavilənin şərtlərində cavabdehin üzərinə əvvəlki istehlakçının (icarədarın) borcları üzrə hər hansı öhdəlik qoyulmamışdır.

16. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi özünün də istinad etdiyi, cavabdehin adına tərtib olunmuş abonent saldosunda göstərilən məlumatları mübahisə tərəflərinin arasındakı müqavilə münasibətlərinə uyğun araşdırmamış, abonent saldosunda göstərilən hesabatların han sı hissəsinin əvvəlki istehlakçıya, hansının isə hazırkı iş üzrə cavabdehə aid olduğunu tədqiq etməmiş, tərəflər arasında müqavilə münasibətlərinin yaranmasınadək abonent saldosunda əvvəldən borcun mövcud olduğuna, cavabdehin qazdan istifadə etdiyi dövrdə ödənişlərin məbləğlərinin sərfin məbləğindən artıq olduğuna baxmayaraq, iddia edilən borcun yaranma əsaslarına aydınlıq gətirməmiş, onlara münasibət bildirməmişdir.

17. Məhkəmə öz qərarını Mülki Məcəllənin 386.1, 399.1-ci maddələrinə, Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın müddəalarına istinad etməklə əsaslandırmışdır. d) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat

18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 05 avqust tarixli, 2 -2(103)-322/2020 saylı qətnaməsi ilə (hakimlər V.Ə.Baxışova (sədrlik edən), C.A.Yusifov və R.Ə.Qurbanov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi rədd edilmişdir.

19. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin abonent saldosuna görə xx.xx.2016-cı il tarixə (qazın alqı-satqısı barədə müqavilə bağlandığı tarixdən əvvələ) cavabdehə 43.804,56 manat qalıq borc yazılmışdır. Saldoya əsasən, cavabdeh tərəfindən müqavilə bağlandığı tarixdən sonra özünün istehlak etdiyi təbii qazın dəyəri ödənildiyindən, hazırda tələb olunan 21.596,41 manat borcun xx.xx.2016-cı ilə qədər hesablanmış 43.804,56 manat qalıq borcun bir hissəsi olduğu müəyyən olunur. 20. xx xxxx 2016-cı il tarixli icarə müqaviləsinə görə cavabdeh fəaliyyət göstərdiyi istehsalat sahəsini və avadanlıqları icarədar “xxxx” MMC-dən icarəyə götürmüşdür. Həmin icarə müqaviləsində və xx.xx.2016-cı il tarixli 1147-07-16 saylı qazın alqı-satqısı müqaviləsində cavabdeh təbii qazdan istifadəyə görə icarədarın hər-hansı öhdəliyini öz üzərinə götürməmişdir.

21. Cavabdeh fəaliyyət göstərdiyi obyektdə əvvəlki istehlakçının (icarədarın) təbii qazdan istifadəyə görə yaranmış borcuna görə hər hansı məsuliyyət daşımadığından və özünün istehlak etdiyi təbii qazın dəyərini tam ödədiyindən, 21.596,41 manat borcun tutulması barədə iddiaçının iddiası rədd edilməlidir.

22. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 386.1, 399.1-ci maddələrinə istinad etməklə əsaslandırılmışdır.

23. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

24. Apellyasiya məhkəməsi titul vərəqi ilə birlikdə cəmi 3 vərəqdən ibarət olan qətnaməsində maddi hüquq normalarına istinad etməmiş, cəmi bir dəfə MPM-nin 385.1.2ci maddəsinə istinad etməklə kifayətlənmişdir.

25. Cavabdeh düzgün olaraq qeyd etmişdir ki, məhz avadanlıqları “xxxx” MMC-dən icarəyə götürmüşdür. Lakin, burada borcun da qəbul edilməsindən bəhs edilmir. Bu borcla bağlı həmin dövrdə iddiadan qabaq verilmiş “xxxx” MMC- nin, iddiaçıya qarşı 15.298 manat borcun silinməsinə dair iddiası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin № 22(82)-726//19 sayl, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə təmin edilmişdir. İddiaçı İB tərəfindən həmin qətnamədən verilmiş apelyasiya şikayətini Bakı Apelyasiya Məhkəməsi xx.xx.2020-ci il tarixli 2-2(103)- 427/2020 saylı qətnaməsi ilə təmin etmiş, “xxxx” MMC“xxxx” MMC-nin iddiası rədd edilmişdir.

26. Beləliklə, 21.596,41 manat borcun 15.300 manat hissəsinin ayrıca məhkəmə qaydasında mübahisələndirilmişdir. Bu halda da “xxxx” MMC-nin iddiası rədd edilmişdir.

27. Cavabdehin apelyasiya şikayətinin dəlilləri isə, əsasən, başqa hüquqi şəxsin İddiaçı İB ilə olan münasibətlərinə istinad edir. Digər tərəfdən, cavabdehin fəaliyyətə başladığı 2016-cı ilin iyun ayından sonrakı dövrdə istehlak etdiyi təbii qazın dəyəri və ödənilməsi dinamikasını əks etdirən ona məxsus abonentin saldosundan görünür ki, sonuncunun borcları hətta 20 18-ci ilin iyul ayında 58.083,80 manat, avqust ayında 35.038,81 manat təşkil etmişdir.

28. Tərəflər arasında müəyyən edilmiş öhdəliklər müqavilə münasibətləri üzrə tənzimləndiyindən, apelyasiya məhkəməsi qətnamə qəbul edərkən tərəflər arasında həmin münasibətləri tənzimləyən maddi hüquq normalarını (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386.1, 389, 442, 448, 1096-1097-ci və s. maddələrinin tələbləri) hazırki iş üzrə düzgün tədbiq etməmişdir.

29. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.3, 218.1-ci maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçısının izahatı İddiaçının vəkili Vəkil2 İlya z qızı kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

32. İş üzrə iddiaçı tərəf apellyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

33. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

34. Mülki Prosessual Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yo xdur”. Maddə

89. Yazılı sübutlar 89.3. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Maddə

220. Qətnamənin məzmunu 220.4 Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhk əmə tərəfindən qəbul edilməsi göstərilə bilər. “Maddə

420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir”. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra d igər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020ci il 05 avqust tarixli, 2-2(103)-322/2020 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, iddiaçının kassasi ya şikayəti qismən təmin edilməlidir.

36. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 25 dekabr tarixli, 22(102)-535/2019 saylı qərarında qeyd edilmişdir ki, apelyasiya məhkəməsi cavabdehin adına tərtib olunmuş abonent saldosunda göstərilən məlumatları mübahisə tərəflərinin arasındakı müqavilə münasibətlərinə uyğun araşdırmamış, abonent saldosunda göstərilən hesabatların hansı hissəsinin əvvəlki istehlakçıya, hansının isə hazırkı iş üzrə cavabdehə aid olduğunu tədqiq etməmiş, tərəflər arasında müqavilə münasibətlərinin yaranmasınadək abonent saldosunda əvvəldən borcun mövcud olduğuna, cavabdehin qazdan istifadə etdiyi dövrdə ödənişlərin məbləğlərinin sərfin məbləğindən artıq olduğuna baxmayaraq, iddia edilən borcun yaranma əsaslarına aydınlıq gətirməmiş, onlara münasibət b ildirməmişdir.

37. İş materiallarından da göründüyü kimi işə yenidən baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən Ali Məhkəmənin qərarında verilən və icrası məcburi olan göstərişlərə tam riayət edilməmiş, cavabdehin adına tərtib olunmuş abonent saldosunda göstərilən məlumatlar mübahisə tərəflərinin arasındakı müqavilə münasibətlərinə uyğun araşdırılmamış, abonent saldosunda göstərilən hesabatların hansı hissəsinin əvvəlki istehlakçıya, hansının isə hazırkı iş üzrə cavabdehə aid olduğu tam tədqiq edilməmiş, gəldiyi nəticə isə konkret və mötəbər sübutlarla deyil, yalnız mülahizə ilə əsaslandırılmış, ödənilməsi tələb edilən borcun vaxtilə cavabdehin, yaxud digər hüquqi şəxsin istifadə etmiş olduğu qaza görə yarandığı dəqiq və mötəbər sübutlarla müəyyən edilməmişdir. Belə ki, qəbul edilm iş qətnamədən ödənilməsi tələb olunan borcun əslində kimin istifadə etdiyi qaza görə yaranmış borc olduğu dəqiq aydın olmur, bu isə öz növbəsində qətnamənin əsaslandırıcı hissəsinə qanunvericiliklə verilmiş prosessual tələblərə məhkəmə tərəfindən riayət edilmədiyini göstərir. İş materiallarına əsasən iddiaçı 2016-cı ilin iyun ayına kimi yaranmış borcun deyil, xx xxxxxxxx 2018-ci il tarixədək yaranmış borcun, icarə müqaviləsi bağlandıqdan iki il sonra əmələ gəlmiş borcun ödənilməsini tələb edir və işdə hər hansı bir sənəddə tələb olunan borcun digər hüquqi şəxsin istifadə etdiyi borc olduğu qeyd edilməmişdir. Cavabdehin buna dair etdiyi etiraz isə hər hansı mötəbər sənədlə təsdiq edilmir, sonuncu isə buna dair heç bir sübut təqdim etməmişdir.

38. İşə yenidən baxılan zaman həmçinin nəzərə al ınmalıdır ki, işdəki sənədlərə əsasən cavabdehin hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, XXXolaraq qeyd edilmiş, xx xxxx 2016-cı il tarixli 04 saylı icarə müqaviləsinə əsasən həmin ünvanda yerləşən, icarədar “xxxx” MMC-nə məxsus 7811 kv.m əmlakın 3978 kv.m hissəsi və digər avadanlıqlar cavabdehə icarəyə verilmiş, cavabdehə məxsus abonentin saldosunda isə ünvan olaraq Bakı şəhəri Binəqədi, X3 sah., İ mədən küçəsi qeyd edilmiş, “Elster G-400” TRZ EK-220 saygacın məhz həmin ünvanda xx.xx.2016-cı ildə və sonradan yenidən xx.xx.2018-ci ildə quraşdırıldığı qeyd edilmişdir. Həmin saldodakı məlumatlara əsasən tələb olunan borc Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, XXXünvan üçün deyil, Bakı şəhəri Binəqədi, X3 sah., İ mədən küçəsi ünvanda quraşdırılmış qaz avadanlıql arına görədir.

39. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarı). 40. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkə məsi Plenumunun xx xxx 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

41. Beləliklə, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən işdəki sübutların qiymətləndirilməsində və qətnamənin əsaslandırılmasında səhvə yol verilmiş, bu isə öz növbəsində qanunsuz məhkəmə qətnaməsinin qəbul edilməsinə səbəb olmuşdur.

42. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, iş üçün əhəmiyyət kəsb edən sənədlərin əsli, yaxud lazımi qaydada təsdiq edilmiş surətləri tələb olunaraq iş materiallarına əlavə edilməli, abonent saldosunda göstərilən məlumatlar müqavilə münasibətlərinə uyğun olaraq araşdırılmalı, ödənilməsi tələb edilən borcun və abonent saldosunda göstərilən hesabatların hansı hissəsinin əvvəlki istehlakçıya, hansının isə hazırkı iş üzrə cavabdehə aid olduğu dəqiq müəyyən edilməli, cavabdehə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, XXXvə Bakı şəhəri Binəqədi, X3 sah., İ mədən küçəsi ünvanları ilə bağlı müvafiq araşdırmalar aparılmalı və nəticəsindən asılı olaraq da mübahisənin qanuni həlli təmin edilməlidir.

43. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesa b edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna və işdəki sübutların qiymətləndirilməsində isə səhvə yol verildiyindən, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 05 avqust tarixli, 22(103)-322/2020 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, iddiaçının kassasiya şikayəti qismən təmin edilməlidir.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

45. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 05 avqust tarixli, 2-2(103)-322/2020 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin. İddiaçının kassasiya şikay əti qismən təmin olunsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar