Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-39/2020 21.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi X2 Hüseynov (sədrlik edən, məruzəçi), hakimlər Rahib Sahib oğlu Nəbizadə və X4 ibarət tərkibdə, Vahid Süleyman oğlu Rizvanovun katibliyi, “xxxx” MMC-nin direktoru X5 və İddiaçı vəkili Vəkil iştirakı ilə, İlk İddiaçı cavabdeh «xxxx-İ» MMC-yə qarşı qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi haqqında ilk və «xxxx-İ» MMC-nin İddiaçınə qarşı qanunsuz hesablanmış borcun silinməsi haqqında qarşılıqlı iddia tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətna məsindən ilk iddiaçı İstehsalat Birliyi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə (hakim F.Mədətli; iş No 2-2 (81)-70/2019) ilk İddiaçı iddia tələbinin təmin edilməməsi; qarşılıqlı iddia üzrə iddiaçı «xxxx-İ» MMC-nin iddia tələbinin təmin edilməsi; İddiaçı tərəfindən “xxxx-İ” MMC-nin hesabına hesablanan 32.796,4 manat pulun silinməsinin İddiaçınə həvalə edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən V.Baxışova, hakimlər E.Nağıyeva və H.Həmidov; iş № 22(103)-683/2019) ilkin iddia üzrə İddiaçı İB-nin apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin x x.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən ilk iddiaçı İstehsalat Birliyi kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ İlk İddiaçı cavabdeh «xxxx-İ» MMC-yə qarşı ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «xxxx-İ» MMC-dən təbii qazdan istifadəyə görə yaranmış 25.702,96 manat əsas borcun, 30 manat dövlət rüsumunun, ümumilikdə 25.732,96 manat pulun tutularaq ilk iddiaçı İstehsalat Birliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda "xxxx-İ" MMC İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilikn iddiaçı İstehsalat Birliyinin iddiaçının rədd edilməsi və qarşılıqlı iddia üzrə iddia təmin edilərək, ilkin iddiaçı İstehsalat Birliyi tərəfindən “xxxx-İ” MMC-yə hesabladığı 32.79 6,4 manat pulun hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırkı iş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İlk İddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, məhkəmə kollegiyasından həmin qətnaməni ləğv edərək, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsni xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tətbiqi zamanı qanun pozuntusuna yol vermiş, nəticədə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. KASSASİYA ŞİKAYƏTİNƏ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin də lillərinə dair hər hansı yazılı etiraz məhkəmə kollegiyasına təqdim edilməmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh İdarənin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsini ləğv edərək, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsni xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasına gəlmiş “xxxx” MMC-nin direktoru İ.Əliyev Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddələrinə zidd olaraq vəkillə iştirak etmədiyindən məhkəmə kollegiyası tərəfindən ona çıxış etmək üçün söz verilməmi şdir. Məhkəmə kollegiyası məruzəçini, ilk iddiaçı İstehsalat Birliyinin vəkilinin izahatını dinləyib, işin materiallarını, kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, İddiaçı (Paylayıcı) ilə «xxxx-İ» MMC (İstehlakçı) arasında “Qaz paylayıcıları ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında q azın alqısatqısı barədə” xx.xx.2017-ci il tarixli 1535 05-17 saylı müqavilə bağlanmışdlr. İşin materiallarında olan İddiaçı xx.xx.2016-cı il tarixli “Yeni qaz sayğacının təhvilqəbul aktı” ilə G-250 markalı, spinal tipli, 22080 nömrəli qaz sayğacı ilk dəfə yoxlanılması üçün təhvil verilmişdir. İşin amteriallarında olan SOCAR Azərbaycan Respublikası Dövlət X6 Texnologiyaları və Rabitə İdarəsinin xx.xx.2016-cı il tarixli, 29/1602-02820 saylı arayışına əsasən, Rusiya istehsalı, Floqaz 00695 markalı, Turbin tipli, G-250 22080 nömrəli sayğac yararlı olması barədə rəy aldıqdan sonra həmin İdarənin nümayəndələri tərəfindən zavoda gətirilərək quraşdırılmışdır. İşin materiallarında olan 001341 nömrəli, xx xxxxxxxx 2017-ci il tarixli Akta görə, İddiaçı X1 Texnoligiyaları və Rabitə İdarəsinin əməkdaşl arı tərəfindən «xxxx-İ» MMC-nin Güzdək qəsəbəsində yerləşən kərpic istehsalı işə məşğul olan obyektinin sənaye sayğacına texniki baxış keçirmiş, korrektor açılmış, parametrlər standarta gətirilmiş, daxildə olan ******* olan yapışqan plombu, ******* nömrəli plombla əvəz edilmiş və S0004947 saylı eyni tarixli akta əsasən sayğacın korrektoruna parametrlərin daxil edilmədiyi, bu səbəbdən xx.xx.2017-ci il tarixədək istifadə olunan 90522 m3qaz sərfi (p=242kpa) əmsala uyğun hesablandığı qeyd olunaraq 90522 x 2,42 = **********2 = 128541 m3 qaz sərfiyyatı yazılaraq akt tərtib edilmiş, istehlakçı tərəfindən akta imza etməkdən imtina edilmişdir. İşin materiallarına əlavə olunmuş ******* nömrəli, xx xxxxxxxx 2018-ci il tarixli Akta əsasən, İddiaçı əməkdaşları tərəfindən Rotor tipli, G-250 markalı, 7 5019134 nömrəli, EK90 korrektor markalı, ******* korrektor nömrəli sayğac çıxarılaraq, əvəzinə müvəqqəti olaraq Gorus İtron tipli, G-250 ********** №li qaz sayğacı quraşdırılaraq qutuya yerləşdirilmiş və 14150696 nömrəli plomb vurulmuşdur. İş materiallarına əlavə olunmuş, «xxxx-İ» MMC-nin abonentin saldosuna müvafiq olaraq İddiaçı tərəfindən «xxxx-İ» MMC-yə birinci akt üzrə 2017-ci ilinsentyabr ayına 25.708,20 manat məbləğində, 2018-ci ilin sentyabr ayına 2-ci akt üzrə 7.088,20 manat məbləğində borc qeydə alınmışdır. İşin materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 1674 nömrəli, xx xxxx 2019-cu il tarixli ekspert rəyinə əsasən, Abşeron rayonu, Güzdək kəndində yerləşən qeyri-yaşayış sahəsinə qaz təchizatı 108 mmlik polad qaz borusu ilə Qob u 5 saylı QPS-in ərazisində başlayaraq 50 sm hündürlükdə metal dayaqların üzəri ilə, QPS-in ərazisindən çıxandan sonra yeraltı çəkilərək aparılmışdır. Ekspertin və tərəflərin iştirakı ilə baxış keçirilən zaman “xxxx-İ” MMC-yə məxsus İtron tipli TZ/G250 markalı, **********/D/2016 zavod nömrəli sayğacın elektron yaddaşına və qoşulma sxeminə müdaxilə edilmə əlamətləri aşkar edilmədi. Baxış zamanı müəyyən edildi ki, mübahisə predmeti olan Turbin tipli, G250 markalı, 22080 nömrəli sayğac “İddiaçı İB"nin əməkdaşları tərəfindən çıxarılaraq yoxlama keçirilməsi üçün laboratoriyaya aparılmış və əvəzinə yeni sayğac quraşdırılmışdır. Bir qayda olaraq laborator (xüsusi stenddə) yoxlama zamanı sayğacın plombları qırılaraq birləşmə yerləri açıldığına və ilkin vəziyyəti saxlanılmadığına görə, akt tərtib o lunan müddət üçün Turbin tipli, G250 markalı, 22080 nömrəli sayğaca müdaxilə olunubolunmamasını müəyyən etmək üçün tədqiqat aparılmadı. Mülki işin materialları ilə təqdim olunmuş sənədlərə əsasən, Azərbaycan Respubilkası Dövlət Neft Şirkəti İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin xx xxxxxx 2016-cı il tarixli, 29/1602-02820 nömrəli arayışından göründüyü kimi, turbin tipli, G250 markalı, 22080 nömrəli sayğac istismara yararlı olmuşdur. Bununla yanaşı qaz sayğacları (ilkin və sonradan quraşdırılmış) Qobu 5 saylı QPS-in çəpərlənmiş, mühafizə və nəzarət olunan ərasizisində yerləşmişdir. Ekspert rəyində həmçinin həmin əraziyə kənar şəxslərin girişinə yol verilmədiyi qeyd edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən İddiaçı nümayəndəsi izahatında göstərmişdir ki, “xxxx-İ” MMC-yə məx sus obyektin qaz sayğacı qaz təchizatçısının balansında və nəzarətində olan stansiyada yerləşdiyindən, həmin sayğaca kənar şəxslər tərəfindən qanunsuz müdaxilə edilməsi mümkün deyil. Sayğaca qarşı tərəfin nümayəndələrinin müdaxilə etmədiyi mübahisəsizdir. Lakin hesab edirlər ki, “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz sayğacının düzgün işləməməsində təqsiri olmasa belə, istehlakçı istehlak etdiyi qazın dəyərini ödəməlidir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, ilk iddiaçı İstehsalat Birliyinin dəlillərindən fərqli olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları” nın 5.2-ci bəndi istehlakçının təqsiri olmadan qaz sayğacının yararsız vəziyyətə düşməsi və nəticədə qaz sərfiyyatının düzgün qeydə alınmamasına görə, ona əlavə borc hesablanmasına əsas ola bilməz. Həmin bənddə qeyd edilir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bil məz. Göründüyü kimi, “Qazdan istifadə Qaydaları”nda hüquqi şəxs olan istehlakçının təqsiri olmadan yararsız vəziyyətə düşmüş qaz sayğacının yalnız yenisi ilə əvəz edilməsi nəzərdə tutulmuş, sayğacın qüsurla işlədiyi dövr üçün istehlakçıya əvvəlki dövr üçün əlavə sərfiyyat hesablanması və bu hesablamanın qaydası nəzərdə tutulmamışdır. Bundan başqa, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 7 7.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. İlk iddia üzrə iddiaçı İddiaçı tərəfindən nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə «xxxx-İ» MMC-yə məxsus obyektdə quraşdırılmış qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə istehlakçının təqsiri olması barədə sübut təqdim edilməmişdir. Qanunvericiliyin tələbinə görə iddiaçının qaz sayğacına baxış keçirilməsi müvafiq reyestrdə qeydiyyata alınmalı olduğu halda İddiaçı İB tərəfindən q anunvericilik ilə müəyyən edilmiş müddətdə və qaydada həyata keçirdiyi yoxlamaların sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması iş materialları ilə öz təsdiqini tapmamış və məhkəmə araşdırmasında bu barədə sübut təqdim edilməmişdir. Eyni zamanda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.1ci, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələblərinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin Qanunun 2.1-ci maddəsinə görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşd ırmalar, müayinələr, monitorinqlər,müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 20.1-ci maddəsinə müvafiq olaraq yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nüm ayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti,yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. 17.3-cu maddəsinə əsasən yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Bununla yanaşı “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə xx.xx.2015-ci ildən edilmiş dəyişikliyə əsasən, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və ap arılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5 və 1.6-cı bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra -yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan so nra həyata keçirilə bilər. Sərhəd-buraxılış məntəqələrində keçirilən yoxlamalar, dəniz və hava limanlarında nəzarətdən irəli gələn yoxlamalar, dövlət mülkiyyətində olan müəssisələrin idarəetməyə verilməsi barədə müqavilələrdən irəli gələn yoxlamalar reyestrdə qeydiyyata alınmır. Əsasnamənin 7.1-ci bəndinə əsasən yoxlayıcı orqanların vəzifəli şəxsləri Reyestrdə qeydiyyatdan keçməyən və ya bu Əsasnamənin tələbləri pozulmaqla yoxlamaların aparılmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Qeyd olunan Əsasnamənin tələbinə görə sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik yoxlayıcı orqanlar sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrd ə qeydiyyata alınmasını təmin etməli, habelə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yoxlayıcı orqan tərəfindən yalnız reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilməlidir. Qanunvericiliyin tələbinə görə iddiaçının qaz sayğacına baxış keçirilməsi müvafiq reyestrdə qeydiyyata alınmalı olduğu halda İddiaçı İB tərəfindən qanunvericilik ilə müəyyən edilmiş müddətdə və qaydada həyata keçirdiyi yoxlamaların sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması iş materialları ilə öz təsdiqini tapmamış və məhkəmə araşdırmasında bu barədə sübut təqdim edilməmişdir. Bu səbəbdən də birinci instansiya məhkəmə haqlı olaraq hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus obyektin qaz təchizatı sisteminə keçirilmiş texniki baxışlar hüquqi nəticə doğurmadığından həmin baxışların nəticəsi olaraq hesablanmış borclar qanunsuz hesab edilərək silinməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə müvafiq olaraq dövlət orqanlarının, icra və sair orqanların aktlarının etıbarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 88 və 106.1-ci maddələrinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafıq olaraq qiymət verməli, həmçinin işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları işdə toplanmış digər sübutlarla yanaşı yoxlanılmaqla qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan qanun po zuntusuna yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR Cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-2(102)-39/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-39/2020
21.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver