Məhkəmə qərarları › İş №2-2(102)-395/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-395/2019

27.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-395/2019 27.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı x1 cavabdeh x2-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sayğacdan kənar istifadə edilmiş təbii qazın sərfiyyatına görə borcun hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Hüseynova Zəmilə Əli qızının katibliyi, İddiaçının vəkili (nümayəndəsi) Allahverdiyev Anar Yusif oğlunun iştirakı ilə, İddiaçı x1 cavabdeh x2-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iqtisadi iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 21 dekabr tarixli 2-2(106)-79/2018 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Tərəflər arasında qazın alğı-satqısına dair 2015-ci il 8 dekabr tarixli, 2041-12-15 saylı müqavilə bağlanmışdır. İddiaçı 2018-ci il 26 yanvar tarixdə cavabdehə pretenziya qaydasında müraciət edərək 68.010,20 manat məbləğində pulun ödənilməsini xahiş etmiş, lakin müraciət təmin edilməmişdir. İddiaçı iddia ərizəsi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehdən 68.010,20 manat məbləğində əsas borcun və 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 2015-ci il 8 dekabr tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alğı-satqısı barədə” müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq cavabdeh müqavilənin şərtlərini pozaraq istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmişdir. Cavabdehin 2018-ci il 1 fevral tarixə iddiaçıya təbii qaza görə 68.010,20 manat məbləğində borcu yaranmışdır. İddiaçı tərəfindən 2018-ci il 26 yanvar tarixdə pretenziya qaydasında müraciət olunmasına baxmayaraq, cavabdeh borcun ödənilməsi istiqamətində heç bir tədbir görməmiş, kreditorla borclu arasında bağlanmış müqavilənin, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur. Birinci insta nsiya məhkəməsinin gəldiyi nəticə: Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 11 may tarixli 2-2(86)-155/2018 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 68.010,20 manat məbləğində əsas borcun və 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 21 dekabr tarixli 2-2(106)-79/2018 nömrəli qətnaməsi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin olunmuş, 2016-cı il 28 noyabr, 2017-ci il 30 sentyabr, 2017-ci il 31 oktyabr, 2017-ci il 30 noyabr, 2017-ci il 20 noyabr tarixli aktlar üzrə cavabdehdən 42.265 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması qət edilmiş, qətnamə qalan hissədə rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli borc məbləği sayğacın olmadığı müddətdə “Qazdan istifadə Qaydaları”nın tələblərinə uyğun hesablanmamışdır. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir. O, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermişdir. O, qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətlərinin dəlilləri: İddiaçının kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-in 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. “Qaz təchizatı haqqında” Qanunun 1-ci maddəsinə görə, müqavilə və ya energetika müqaviləsi - podratçıya qaz nəqli s istemlərini, paylayıcı şəbəkələri, yeraltı qaz anbarlarını quraşdırmaq və onlardan istifadə etmək və yaxud başqa hallarda dövlət tərəfindən yerinə yetiriləcəyi nəzərdə tutulan digər fəaliyyət növlərini həyata keçirmək şərtlərini müəyyən edən və podratçıya hüquq verən, müvafiq icra hakimiyyəti orqanı ilə podratçı arasında bağlanan və nəzarət orqanı ilə razılaşdırılmış yazılı sazişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.5-ci bəndinə əsasən, qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alğı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müq aviləyə uyğun təmin edilir. Qeyd etmək vacibdir ki, tərəflər arasında imzalanmış 2018-ci il 8 dekabr tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alğı-satqısı barədə” müqavilə mövcuddur. Tələb edilən borc məbləği sayğac çıxarılandan sonra 2016cı ilin noyabr ayında və 2017-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr aylarında tərtib edilmiş aktlar əsasında hesablanmışdır. Həmin aktlar hər iki tərəfin qarşılıqlı razılığı ilə tərtib edilmiş, daha sonra aktları MMC-nin nümayəndəsi də imzalamışdır. Hər iki tərəfin razılığı ilə tərtib olunduğundan, həmin aktlar müqavilə qüvvəsinə malikdir. Cavabdeh tərəf müqavilənin məcbur olma nəticəsində imzalandığını bildirsə də, məhkəməyə bu məcburetməni sübut edən hər hansı dəlil təqdim etməmişdir. Bundan əlavə, məhkəmə qətnaməsində göstərmişdir ki, x1 ilə MMC arasında qazın alğı-satqısına dair müqavilə qüvvədədir və həmin müqavilədən kənar razılaşmanın hüquqi qüvvəsi yoxdur.», Ancaq, məhkəmənin qeyd edilən hüquqi mövqeyi əsassızdır. Belə ki, MM-in 6.2-ci və 390.1-ci maddələrinin tələbindən də göründüyü kimi, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Bununla əlaqədar, qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 2012-ci il 12 mart tarixli qərarında göstərilmişdir ki, MM-in 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Bu azadlıqları mülki dövriyyə iştirakçılarına təqdim edərkən qanunvericilik hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Əks hal sübut edilməyənə qədər hər kəsin hərəkətlərinin düzgün olmasını nəzərdə tutan vicdanlılıq prezumpsiyası fundamental hüquqi prezumpsiyalardan biridir (quivis praesumitur bonus dones probetur contrarium). Bundan əlavə, tərəflər arasında 2018-ci il 12 iyul tarixdə qarşılıqlı razılaşma protokolu imzalanıb. Bu protokola əsasən, qeyd edilən borc məbləği cavabdeh tərəfindən hissəhissə (ayda 3.000 manat) ödənilməsi barədə razılığa gəlinib. Həmin protokol sübut edir ki, cavabdeh tərəf qeyd edilən razılaşma ilə mövcud olan borc məbləği (68.010,20 manat) ilə razılaşmışdır. Eyni zamanda, iddiaçı ilə cavabdeh istehlak edilmiş təbii qazın dəyərinin ödənilməsi üçün razılığa gəlib və bununla bağlı olaraq aktlar tərtib edilmişdir. Ancaq, məhkəmə heç bir hüquqi əsas olmadan qeyd edilən razılaşma aktlarına və protokola doğru hüquqi qiymət verməyib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. MPM-in 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtər əfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-in 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 217.1-ci maddəsinə görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. MPM-in 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Apellyasiya instansiyası məhkəməsi göstərilən normaların tələblərinə əməl etməmişdir. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə, MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət i etməlidir... və ya hərəkətdən çəkinməlidir. MM-in 442.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımı icra edilməməsi... başa düşülür. Lakin məhkəmə qətnaməni qəbul edərkən işi kifayət qədər araşdırmadığından, faktları kifayət qədər təhlil etmədiyindən qanunun yuxarıda göstərilən tələblərini pozmuşdur. Halbuki, iddiaçı sayğacı vaxtında qoymamış və təlimatda nəzərdə tutulmuş qaydada və vaxtda sayğaca nəzarət etməmiş iddiaçının borc kəmərində apardığı təmir işləri zamanı qaynaqdan yaranan dəmir tozu və qırıntıları sayğaca daxil olaraq sayğacın normal fəaliyyətinə mane olmuş, lakin iddiaçı sayğacın fəaliyyətinə təlimata uyğun nəzarəti həyata keçirmədiyi və onun təqsiri nəticəsində yaranmış nasazlıqları vaxtında aradan qaldırmadığı üçün sonradan iddiaçı təşkilatın nümayəndəsi sayğacı söküb başqası ilə əvəz etmədən təmirə aparmış və sayğac yenidən quraşdırılanadək olan müddətə qazdan istifadə qaydalarına zidd olan formada öz mülahizələrinə uyğun heç bir normativə əsaslanmadan sərfiyyat yazmış və cavabdehə əsassız borclandırma şəraiti yaratmışdır. Cavabdeh qeyd edir ki, borclu yalnız öz öhdəliyini təqsirli olaraq icra etmədiyi halda mülkü məsuliyyət daşıyır. Cavabdehin isə iddiaçı qarşısında öhdəliyinin icrası ilə bağlı heç bir təqsirli və məsuliyyətə səbəb ola biləcək hərəkət və ya hərəkətsizliyi sübut olunmamışdır. Lakin məhkəmə bütün bunları nəzərə almamışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını, həmçinin cavabde hin kassasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırıcı hissə: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü, məhkəməyə gəlməməyin səbəbləri barədə məhkəmə iclasının təyin olunduğu vaxtadək məhkəməyə məlumat vermək vəzifəsi barədə qeyd olmuşdur (MPM-in 139.2.9-cu maddəsi). Şikayətlər qətnamənin ləğv edilməsi hissəsində əsaslıdır. MPM-in 365-ci maddəsinə əsasən, apellyasiya icraatına XLİ fəslin və həmin Məcəllənin müddəaları tətbiq olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasə n, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci maddəsinin müddəalarına əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1). Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi iddiaçının mahiyyətcə müqavilə şərtlərinə uyğun olaraq borcunu tələb etdiyini təsdiq etməklə yanaşı, həmçinin qeyd etmişdir ki: - 2016-cı ilin noyabr ayında qaz sayğacı çıxarıldıqdan sonra tərtib edilmiş 2016-cı il 28 noyabr tarixli akta görə, 1 günlük qaz sərfiyyatı 4162 m3 - dən hesablanmış və 2016-cı il 25 noyabr tarixdən həmin məbləğdən borc hesablanmışdır. Təqdim edilmiş “Abonentin saldosu”ndan görünür ki, bu rəqəm əvvəlki aylardan çoxdur; - iddiaçı tərəf 2016-cı il 28 noyabr tarixli akt üzrə hesablanmanı (1 günlük qaz sərfiyyatının 4162 m3-dən hesablanmasını) əsaslandıra bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Qazdan İstifadə Qaydaları”nın 5.4-cü bəndinə əsasən, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfi nə uyğun aparılır; - iddiaçının təqdim etdiyi elektron çıxarışdan görünür ki, sayğacın çıxarıldığı noyabr ayından əvvəlki ayda (2016-cı ilin oktyabrında) qazın sərfi 84900 m3 olmuşdur və bir günə düşən orta sərfiyyat (84900 m3: 30 gün) 2830 m3 təşkil edir. Belə halda, “Qazdan İstifadə Qaydaları”na uyğun olaraq 2016-cı ilin dekabr ayı üzrə orta sərfiyyat (2830 m3 x 27,5 gün) 77825 m3, qaz sərfinin məbləği isə (77825 m3 x 0,20 manat) 15.565 manat hesablanmalıdır; - 2017-ci ilin sentyabr ayında akt üzrə bir günə düşən orta sərfiyyat 1500 m3, həmin ay üzrə orta sərfiyyət 3750 m3, sərfin məbləği (37500 x 0,20 manat) 7.500 manat hesablanmışdır. 2017-ci ilin sentyabr ayı üçün gündəlik orta sərfiyyat 1500 m3 hesablandığı halda, növbəti aylar heç bir əsas olmadan gündəlik sərfiyyat 3500 m3-dən hes ablanmışdır. 2017-ci ilin oktyabr, noyabr və dekabr ayları üzrə gündəlik orta sərfiyat 1500 m3 hesablanarsa onda 2017-ci ilin oktyabr ayında orta sərfiyyat (1500 m3 x 31 gün) 46500 m3, qaz sərfinin məbləği 9.300 manat, 2017-ci ilin noyabr ayında orta sərfiyyat (1500 m3 x 30 gün) 45000 m3, qaz sərfinin məbləği 9.000 manat, 2017-ci ilin dekabr ayında orta sərfiyyat (1500 m3 x 3 gün) 4500 m3, qaz sərfinin məbləği 900 manat hesablanmalıdır; - x1 ilə x2 arasında qazın alğı-satqısına dair 2015-ci il 8 dekabr tarixli müqavilə qüvvədədir və həmin müqavilədən kənar razılaşmanın hüquqi qüvvəsi yoxdur. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd edilən əsaslandırmalarını MPM-in 88, 217.1 və 217.3-cü maddələrinin tələblərinə uyğun hesab etmir. Belə ki, apellyasiya instansiy ası məhkəməsi tərəflər arasında alğı-satqı müqaviləsinin qüvvədə olduğuna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan İstifadə Qaydaları”nın 5.4-cü bəndinə istinadla, bir halda, tərəflərin tərtib etdikləri razılaşma aktlarının hüquqi qüvvəsinin olmadığını qeyd edərək 2016-cı ilin dekabr ayı üçün sərfiyyatın hesablanmasını razılaşma aktında müəyyən edildiyi kimi qəbul etməmiş, digər halda, 2017-ci ilin sentyabr ayı üçün tərtib edilmiş razılaşma aktı ilə müəyyən edilən hesablama qaydasına əsaslanmaqla 2017ci ilin sonrakı aylarının da (oktyabr, noyabr, dekabr) sərfiyyatını və həmin sərfiyyata görə ödənilməli məbləği müəyyən etmişdir. Apellyasiya instansiyası məhkəməsi mübahisə tərəflərinə münasibətdə eyni faktlara fər qli yanaşmanın səbəblərini qətnaməsində göstərməmiş, onları əsaslandırmamışdır. Beləliklə, MPM-in yuxarıda qeyd edilən normalarının tələbləri pozulduğundan qətnamə ləğv edilməli, iş yenidən baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. İş yenidən baxılması və yuxarıda qeyd edilən prosessual normaların tələblərinin təmin olunması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli olduğundan, iddiaçının şikayəti iddianın tam təmin olunmasına aid hissədə, cavabdehin şikayəti iddianın tam rədd edilməsinə aid hissədə təmin edilə bilməz. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 418, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 21 dekabr tarixli 2-2(106)-79/2018 nömrəli qətnaməsi ləğv edilir. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayətlər qalan hissələrdə təmin olunmur. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar