Məhkəmə qərarları › İş №2-2(102)-40/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-40/2020

15.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-40/2020 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh ASC-ə qarşı iş üzrə (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi) 15.01.2020 GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçının vəkilinin iştirakı ilə, İddiaçı cavabdeh ASC-ə qarşı borcun silinməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(104)-545/19 saylı 26 sentyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 15.01.2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı fərdi sahibkardır. Cavabdeh ASC-n in Xəzər rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən ünvanında yerləşən Iddiaçı ona məxsus «X» restoranının su təchizatına baxış keçirilən zaman müəyyən edilmişdir ki, sayğacdan kənar d=50 mm-lik boru vasitəsi ilə quyu suyundan qeyri-qanuni istifadə edilmiş, bu barədə 29 avqust 2018-ci il tarixli MXD-***** saylı inventar aktı tərtib edilmişdir. İddiaçıya ***** nömrəli 25 sentyabr 2018-ci il tarixli hesab-fakturasına əsasən 12 ay ərzində çirkab suyun qeyri-qanuni axıdılması ilə əlaqədar 10.987 manat məbləğində maddi ziyan hesablanmışdır. İddiaçı cavabdeh ASC-nin Xəzər rayon Sukanal İdarəsininə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh ASC-nin Xəzər rayon Sukanalı idarəsi tərəfindən əsassız hesablamış 10.987 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı yazılı ərizə təqdim edərək, cavabdeh ASC-nin Xəzər rayon Sukanal İdarəsinin əsl cavabdeh ASC ilə əvəz etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 29.08.2018-ci il tarixdə cavabdeh ASC-nin Xəzər rayon Sukanal İdarəsi tərəfindən ***** saylı inventar aktı tərtib edilərək ünvanda yerləşən «X Klub» obyektində su təchizatına baxış keçirilən zaman məlum olub ki,obyektin ***** saylı sayğacına kənarda 50-lik plastik boru çəkilməklə qeyri qanuni olaraq sudan istifadə edilmiş və nəticədə cavabdeh ASC-nin Xəzər rayon Sukanalı idarəsi tərəfindən 10.987 manat cərimə yazılmışdır. Hər ay istifadə edilmiş kanalizasiyaya görə ödənişlər vaxtı vaxtında edilmişdir.Bundan sonra 08.10.2018-ci il tarixdə cavabdeh ASCnin Xəzər rayon Sukanalı idarəsinin işç iləri Iddiaçı istifadəsində olan obyektə gələrək kanalizasiya sistemini bağlamışlar. Bununla bağlı iddiaçı müvafiq olaraq cavabdeh ASC-nin Xəzər rayon Sukanalı idarəsinə müraciət olunmuş, həmin idarənin əməkdaşları tərəfindən bildirilmişdir ki, onun tərəfindən müdaxilə edildiyi üçün 10.987 manat cərimə yazılmış və bu cəriməni ödədikdən sonra obyektin kanalizasiya sistemi bərpa olunacaq.Cavabdeh təşkilat tərəfindən müdaxilənin onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tam əsassız olduğundan rədd olunmalıdır. Belə ki, iddiaçı ilə cavabdeh ASC arasında kanalizasiya xidmətinin göstərilməsi ilə bağlı müqavilə bağlanmışdır. cavabdeh ASC-nin əməkdaşları 29 avqust 2018- ci il tarixdə Iddiaçı obyektinə baxış keçirilən zaman məlum olmuşdur ki, kanalizasiya sayğacından qeyri-qanuni d=50 mm-lik boru vasitəsilə qeyri-qanuni sayğacdan keçmədən çirkab suyu axıdılır. Həmçinin qeyd etmişdir ki, hamam kimi istifadə edilən obyektdə sərfiyyat 10 kub təşkil edə bilməzdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-663/2019 saylı, 16 may 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Iddiaçı iddiasının təmin edilməsi, cavabdeh cavabdeh ASCnin əməkdaşları tərəfindən tərtib edilmiş 29 avqust 2018-ci il tarixli inventar akt əsasında hesablanmış 10.987 manat borc ləğv edilərək həmin borcun Iddiaçı şəxsi hesabından silinməsinin cavabdeh ASC-yə həvalə edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iş üzrə cavabdeh apellyasiya şikayəti verərə k, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-663/2019 saylı, 16 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(104)-545/19 saylı 26 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-663/2019 saylı, 16 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçıya tullantı sularının axıdılması xidmətindən qanunsuz istifadəsi nəticəsində hesablanmış borcun silinməsi ilə bağlı tələbin əsaslılığına qiymət verilərkən, həyata keçmirilmiş yoxlamanın qanuniliyini, qanunsuz istifadə halının mövcudluğunu sübut etmək vəzifəsi prinsip etibarı ilə cavabdehə aiddir.Lakin nə qədər ki, cavabdeh ASC-nin əməkdaşları tərəfindən keçirilmiş baxış qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçməsi barədə cavabdeh tərəfindən sübut təqdim edilməmişdir, keçirilmiş yoxlama hüquqi nəticə yaratmadığından həmin yoxlama nəticəsində tərtib edilmiş bütün aktlar etibarsız hesab edilməlidir. Həmçinin, birinci instansiya məhkəməsinə cavabdeh tərəfindən sübut qismində təqdim olunmuş video diskə baxış keçirilən zaman məlum olmuşdur ki, cavabdeh ASC əməkdaşları tərəfindən sahibkarlıq subyekti olan Iddiaçı obyektinə aid olan su sayğacına baxış keçirilmiş, bu zaman həmin obyektin səlahiyyətli şəxsləri məlumatlandırılmamış, bu baxışda iştirak etməmiş, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçmə barədə məlumat təqdim edilməmişdir. Həmçinin, video-diskdən tullantı sularının axıdılması xidmətindən qeyri-qanuni istifadə halının olması aydın olmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(104)-545/19 saylı 26 sentyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçı ilə cavabdeh ASC arasında kanalizasiya xidmətinin göstərilməsi ilə bağlı müqavilə bağlanmışdır. cavabdeh ASC-nin əməkdaşları 29 avqust 2018-ci il tarixdə Iddiaçı obyektinə baxış keçirilən zaman məlum olmuşdur ki, kanalizasiya sayğacından qeyri-qanuni d=50 mm-lik boru vasitəsilə q eyriqanuni sayğacdan keçmədən çirkab suyu axıdılır. Kassator “Sudan istifadə Qaydaları”nın 3.1.1, 8.7-ci maddələrinə, “Su təchizatı və tullantı suları haqqında” Qanunun 67.1, 72-ci maddələrinə, MPM-nin 77, 1096, 1097, 1099.1, 1115-ci maddələrinə isitnad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-2(104)-545/19 saylı 26 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Bakı Apellyasiya Məhkəməsinin İnzib ati-İqtisadi Kollegiyasının 2-2(104)-545/19 saylı 26 sentyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(104)-545/19 saylı 26 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, cavabdeh ASC-nin Xəzər rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən ünvanında yerləşən Iddiaçıya məxsus «X» restoranının su təchizatına baxış keçirilmiş, sayğacdan kənar d=50 mm-lik boru vasitəsi ilə quyu suyundan qeyri-qanuni istifadə edilməsi müəyyən edilməsi barədə Akt tərtib edilmişdir. Sözügedən Akt yalnı z cavabdeh ASC-nin Yasamal rayon Su kanalı İdarəsinin nümayəndələrin tərəfindən imzalanmış, obyektin nümayəndəsi X1 adlı şəxs akta imza etməkdən imtina etmişdir. Qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatına əsasən ünvanında yerləşən fərdi sahibkar X2 məxsus «X» Restoranına tullantı sularının axıdılması xidmətindən qeyri-qanuni istifadə etməklə 10.987 manat dəyərində cavabdeh ASC-yə ziyan dəymişdir. Mübahisələndirilən Akta əsasən iddiaçıya ***** nömrəli 25 sentyabr 2018-ci il tarixli hesab-fakturasına əsasən 12 ay ərzində çirkab suyun qeyri-qanuni axıdılması ilə əlaqədar 10.987 manat məbləğində maddi ziyan hesablanmışdır. Birinci instansiya məhkəməsinin 16.05.2019-cu il tarixə təyin edilən məhkəmə iclasında cavabdeh ASC-nin müştəri xidmətləri departamenti satışın təhlili və ödə nişin təşkili şöbəsində mühəndis vəzifəsində çalışan X3 şahid qismində dindirilmiş və ifadəsində göstərmişdir ki, cavabdeh ASC ilə arasında çirkab suyun axıdılmasına dair müqavilə olduğunu, abonentin obyektində su xətti olmadığını, abonent quyu suyundan istifadə etdiyini və cavabdeh ASC abonentə ancaq tullantı suların axıdılması xidməti göstərdiyini, bağlanmış müqaviləyə əsasən ayda 1 dəfə cavabdeh ASC-nin əməkdaşları kanalizasiya xəttinə baxış keçirtməyə hüquqları olduğunu bildirmişdir. Ünvanında yerləşən «X» restoranına baxış keçirilən zamanı 50 mm-lik boru vasitəsilə tullantı suların qeyri-qanuni axıdıldığını və sayğacdan keçmədiyini bildirdi. Həmçinin, bildirmişdir ki, quyu Iddiaçıya məxsusdur, akt sudan qeyri-istifadəyə görə yox, əlavə çirkab suyun kanalizasiya sayğacından keçmədiyinə görə tərtib edilmişdir. Yoxlama Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçməmişdir. Göründüyü kimi, hazırkı mübahisə iddiaçıya məxsus obyektdə baxış keçirilməsi nəticəsində tullantı sularının axıdılması xidmətindən qeyri-qanuni istifadənin aşkar olunması ilə bağlıdır və iddiaçı, cavabdehin qeyri-qanuni olaraq iddiaçıya hesabladığı 10.987 manat borcu qəbul etməmiş və bununla əlaqədar olaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, zərərin vurulması öhdəliyin əmələgəlmə əsaslarından biridir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan v ə ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı, zərər vuranın hüquqazidd əməli və əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Apellyasiya instansiya məhkəməsi tərəfindən aparılan məhkəmə araşdırması ilə sabit olmuşdur ki, cavabdehə iddiaçının hüquqazidd əməli nəticəsində ziyan vurulmamış, cavabdeh isə bunu təkzib edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, ilk növbədə «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» 02.07.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüqu qi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasını n Ədliyyə Nazirliyi tərəfindən aparılır. Lakin hazırkı iş üzrə cavabdeh ASC-nin əməkdaşları tərəfindən keçirilmiş baxış qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçməsi barədə sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Bundan əlavə, cavabdeh tərəfindən tullantı sularının axıdılması xidmətindən qeyriqanuni istifadə halının olması barədə video-disk təqdim olunsa da, birinci instansiya məhkəməsi tərəfindən sübut qismində təqdim olunmuş video diskə baxış keçirilən zaman tullantı sularının axıdılması xidmətindən qeyri-qanuni istifadə halının olması müəyyən edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Sudan istifa də qaydaları»na əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halı aşkar edildikdə cavabdeh ASC-nin əməkdaşları əvvəlcə qoşulmanın tarixini müəyyənləşdirmək üçün tədbirlər görməli, mümkün olmadıqda isə suyun həcmini bir illik dövr üçün hesablamalıdırlar. Lakin hazırkı halda cavabdeh tərəfindən bununla əlaqədar hər hansı araşdırma aparılmamış, məhkəməyə bir il müddətində tullanti sularının axıdılması xidmətindən qeyriqanuni istifadə etdiyini təsdiq edən sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmə k üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106.1-ci maddəs inə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd edilən hüquq normalarının tələblərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh ASCnin Xəzər rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə su təchizatı və kanalizasiya sisteminə baxış keçirilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Ədliyyə Nazirliyində yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçməsini təsdiq edən sübut iş materiallarında mövcud olmadığından və belə bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyindən keçirilmiş yoxlama qanuni hesab edilə və yuxarıda qeyd edil ən normaların tələbləri baxımından hüquqi nəticə yarada bilməz. Belə olan halda qanuni hesab edilməyən yoxlama nəticəsində çıxarılmış akt hüquqi nəticə yaratmadığından, cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 29 avqust 2018-ci il tarixli inventar akt və həmin akt əsasında hesablanmış 10.987 manat borc ləğv edilərək həmin borcun Iddiaçı şəxsi hesabından silinməsinin cavabdeh ASC-yə həvalə edilməsi barədə birinci instansiya məhkəməsinin nəticəsi əsaslıdır. Beləliklə apellyasiya məhkəməsinin hazırki iş üzrə mövqeyi yuxarıda sadalanan hüquq normalarının tələblərinə uyğundur. Qeyd edilənlərə əsasən, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıd ır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.1-ci maddəsinə əsasən, kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(104)-545/19 saylı 26 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar