Məhkəmə qərarları › İş №2-2(102)-408/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-408/2023

19.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-408/2023 19.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: icraata xitam Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 23 may tarixli, 2-2(103)-553/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı, cav abdehlər "xxxx" MMC, X9, X10 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən cavabdehlər X9 və X3 adına verilən RX seriyalı ******* saylı 2012-ci il 7 dekabr tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, cavabdehlər X9, X10 və "xxxx" MMC-dən müştərək qaydada iddiaçı kiçik müəssisənin mülkiyyətində olan əmlakına mülkiyyət hüququndan məhrum edilməklə iddiaçıya məxsus 30.5 kv.m olan qeyri-yaşayış sahəsinin qanunsuz olaraq sökülməsi nəticəsində iddiaçıya dəymiş olan maddi zərər qismində hər bir kvadrat metri üçün 4.000 manat olmaqla, ümumilikdə 12 2.000 manat pulun tutulması və ya zərərin əvəzini naturada ödəməklə eyni növlü əmlakın verilməsi barədə öhdəliyin qoyulması, öz obyektindən istifadəyə maneçilik törətmək nəticəsində əldən çıxmış fayda kimi 74.000 manat məbləğində maddi zərərin, 100.000 manat mənəvi zərərin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və həmin Məhkəmənin 2019-cu il 27 sentyabr tarixli, 2(007)-161/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

2. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2020-ci il 11 mart tarixli, 2(103)-1071/2020 saylı qətnaməsi ilə şikayəti təmin edilməmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2019cu il 27 sentyabr tarixli, 2(007)-161/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmı şdır.

3. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2020-ci il 4 noyabr tarixli, 2(102)-4901/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2020-ci il 11 mart tarixli, 2(103)-1071/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı (bundan sonra-“iddiaçı”) Cavabdehnə (bundan sonra-“cavabdeh”) qarşı 2022-ci il 14 dekabr tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçıya aid olan və ünvan 1 ünvanında yerləşən və iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan 30,5 kv.metrlik qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən qanunsuz olaraq sökü lməsi nəticəsində dəymiş olan 122.000 manat həddində maddi zərər, 50.000 manat həddində mənəvi zərər və 400 manat mediasiya xərcləri, dövlət rüsumu üçün ödənilmiş 62 manat olmaqla, ümumlikdə 172.460 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 1994-cü il 24 iyun tarixində 11893 saylı qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə iddiaçı arasında 1998-ci il 1 iyun tarixli, 151 saylı icarəyə verilmiş müəssisənin (obyektin) alqısatqı müqaviləsi bağlanmış, ünvan 2 ünvanında yerləşən və müəssisənin icarəyə götürdüyü 30,5 kv.m olan qeyri-yaşayış sahəsi müəssisə tərəfind ən dəyəri tam ödənilməklə satın alınmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən AR Dövlət Əmlak Komitəsi tərəfindən iddiaçının adına 01506 saylı 1998-ci il 5 iyun tarixli, 10506 qeydiyyat nömrəli “Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında Şəhadətnamə” verilmişdir. Daha sonradan iddiaçının yerləşdiyi həmin ərazidəki torpaq sahəsi və həmin torpaq sahəsində mövcud olan bütün tikililər (qeyri-yaşayış sahələri və yardımçı tikililər) "xxxx" Dövlət Şirkətinin Qazan Mexaniki Zavodunun bazasında “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinə dair dövlət proqramı”na uyğun olaraq yaradılmış “X15” ASC-nin mülkiyyətinə keçmişdir. “X15” ASC-nin səhmdarlarının 2008-ci il 14 avqust tarixli ümumi yığıncağının qərarı ilə ASC-nin ləğv edilməsi barədə qərar qəbul edilmi ş və 2009-cu il 29 yanvar tarixində reyestr sistemində ləğv haqqında müvafiq qeydiyyat aparılmaqla hüquqi şəxs statusu itirilmiş hesab edilmişdir. İddiaçı tərəfindən 2013-cü il tarixində mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazinin qanunsuz söküldüyünə dair hüquq mühafizə orqanlarına müvafiq ərizələrlə müraciət edilmişdir. Lakin yekunda Nizami Rayon Polis İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 2016-cı il 28 noyabr tarixli qərarı qəbul edilərkən kiçik müəssisəyə aid qeyri-yaşayış sahəsinin fiziki şəxslər tərəfindən başqa hüquqi şəxslərə satıldığı müəyyən edilmişdir. Belə ki, 2016-cı il 28 noyabr tarixli qərarda cavabdehin səlahiyyətli nümayəndəsi olaraq öz izahatını vermiş X5 izahatında 2012-ci il 11 dekabr tarixli Daşınmaz Əmlakın alqı-satqı müqavi ləsinə əsasən ünvan 2 ünvanında mülkiyyətdə olan 4,5414 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 14.644,5 kv.m. olan əmlak kompleksinin X10 və X9 tərəfindən "xxxx" MMC-yə satıldığı bildirilmişdir. Alqı-satqı müqaviləsinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən yeni mülkiyyətçiyə əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış verilmişdir. Alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsindən bir müddət sonra yeni tikintinin aparılması məqsədi ilə həmin ərazidə olan binaların söküntüsünə başlanılmışdır. Daha sonra "xxxx" MMC-nin təsisçilərinin ümumi yığıncağının qərarı ilə "xxxx" MMC-nin cavabdehə qoşulması barədə qərar qəbul edilmiş və bunun nəticəsində cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Kommersiya Hüquqi X8 İdarəsi tərəfindən 2012-ci il 26 noyabr tarixində ********** saylı qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmişdir və onun hüquqi varisidir. Məhz bundan sonra cavabdeh tərəfindən hüquqi varis olaraq həmin əraziyə AR ƏMDK yanında DƏDRX-dən 2014-cü il 7 mart tarixində RX seriyalı ******* saylı **********23 reyestr nömrəsi, ********** saylı qeydiyyat nömrəsi ilə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmışdır ki, həmin çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ərazidəki torpaq sahəsinin ümumi ölçüsü 4,5414 ha təşkil edirdi. Ancaq əvvəlki çıxarışlardan fərqli olaraq həmin ərazidəki torpaq sahəsinin üzərində yerləşən 14.644,5 kv.m ə mlak kompleksi kimi müəəsisə artıq mövcud deyildir, "xxxx" MMC və ya onun hüquqi varisi cavabdeh tərəfindən qanunsuz olaraq sökülmüşdür. Belə ki, torpaq sahəsi üzərindəki bütün tikililər sökülən zaman iddiaçıya aid 30,5 kv.m qeyriyaşayış sahəsi də digər tikililər kimi cavabdeh tərəfindən sökülmüş və beləliklə, kiçik müəssisənin mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. İddiaçıya aid olan və ünvan 3 ünvanında yerləşən 30,5 kv.m. olan qeyri-yaşayış sahəsi 2012-ci il 11 dekabr tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında "xxxx" MMC (hüquqi varisi: cavabdeh) tərəfindən əldə edilmiş 14.644,5 kv.m. olan əmlak kompleksi kimi müəssisənin və 4,5414 ha torpaq sahəsinin ərazisində yerləşirdi. Qeyd edilən 30,5 kv.m. olan qeyri-yaşayış sahəsi əmlak kompleksi kimi müəssisədə A tikilisi k imi qeyd edilən və alqı-satqı zamanı ümumi sahəsi 765,0 kv.metr olan 2 mərtəbəli inzibati binanın 1-ci mərtəbəsində yerləşirdi və A tikilisinin 1-ci mərbəbəsinin planında iddiaçıya aid 30,5 kv.m. qeyri-yaşayış sahəsi qonşu sahə kimi göstərilmişdir ki, bu gün həmin sahə artıq mövcud deyildir, həmin sahə sökülərək yerində cavabdeh tərəfindən yeni tikililər inşa edilmişdir. Bu xüsusatlar AR İN yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X16 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən 2022-ci il 16 mart tarixli, **********29 saylı mütəxəssis rəyində də öz əksini tapmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2019-cu il 27 sentyabr tarixli, 2(007)-161/2019 saylı qətnaməsi ilə iddiaçının cavabdehlər X6 X7, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşı nmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və hazırki iş üzrə cavabdehə (Cavabdeh MMC) qarşı çıxarışın ləğv edilməsi, mülkiyyət hüququndan məhrum edilməklə qeyriyaşayış sahəsinin qanunsuz sökülməsi nəticəsində dəymiş maddi zərərin, əldən çıxmış faydanın və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2020-ci il 11 mart tarixli, 2(103)1071/2020 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-161/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2020-ci il 4 noyabr tarixli, 2(102)-4901/20 saylı qərarı ilə iddiaçının kassassiya şikayəti t əmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2020-ci il 11 mart tarixli, 2(103)-1071/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsi özünün qərarında kassasiya şikayətinin təmin edilməməsinin əsası kimi qeyd etmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi əmlak kompleksinin daşınmaz əmlakın dövlət reyestrində cavabdehlərin adına qeydə alınmasının əsası (özəlləşdirmə, mülki hüquqi əqd və s.) mübahisələndirilmədən və etibarsız sayılmadan cavabdehlərə verilmiş çıxarışların ləğv edilməsi tələbi əsaslı sayıla və təmin edilə bilməz. Bundan sonra iddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin ünvan 4 ünvanında yerləşən "xxxx" Dövlət Şirkətinin Qazan Mexani ki Zavodunun bazasında “X15” ASC-nin yaradılmasına dair 2006-cı il 23 oktyabr tarixli, 254 saylı sərəncamının iddiaçının mülkiyyətində olan 30,5 kv.m. qeyri-yaşayış sahəsinin “X15” ASC-nin mülkiyyətinə verilməsinə dair hissədə etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi mütəxəssis rəyinin alınması ilə əlaqədar 30,5 kv.m qeyri-yaşayış sahəsinin həqiqətən də özəlləşdirilmiş əmlakın tərkibində olub-olmamasına dair məlumatın dəqiqləşdirilməsi ilə bağlı 2021-ci il 29 noyabr tarixli, 2-1(112)-6618/2021 saylı qərardad qəbul etmişdir. Mütəxəssis rəyindən müəyyən edilmişdir ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə dair texniki pasporta əsasən 30,5 kv.m sahə həmin ünvanda yerləşən "xxxx" ASC-yə verilmiş və texniki pasportdakı 2 mərtəbəli “A” lite rli tikilinin 1-ci mərtəbəsinin bir hissəsi olmuşdur. Lakin "xxxx" ASC-yə verilmiş texniki pasportda qonşu sahə kimi göstərilməklə həmin 30,5 kv.m sahə öz əksini tapmamışdır. Faktiki olaraq ASC-nin texniki pasportunda göstərilən tikililər, o cümlədən iddiaçıya məxsus 30,5 kv.m sahə də sökülərək yerində yeni tikililər inşa edilmişdir. İş üzrə tərəflərin iştirakı ilə aparılmış məhkəmə araşdırması zamanı da texniki sənədlərdə əmlakın yerləşdiyi yer konkret müəyyən edildiyindən həqiqətən də əmlakın özəlləşdirməyə daxil olmadığı müəyyən edildiyindən, məhkəmə prosessual qənaət prinsipi baxımından ekspertizanın təyininə zərurət görməmişdir. Mütəxəssis rəyi kifayətedici sübut qismində tədqiq edilərək məhkəmənin gəldiyi nəticə üzrə yetərli olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2022-ci il 20 may tari xli, 2-1(112)-6618/2021 saylı qərardadı ilə iddiaçının cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı sərəncamın etibarsız hesab edilməsi tələbinə dair inzibati iş üzrə iddia tələbi mümkün sayılmamışdır. Cavabdehin rəhbərliyinə dəfələrlə qeyd edilən ünvanda iddiaçıya mülkiyyət hüququ ilə məxsus 30,5 kv.m. qeyriyaşayış sahəsinin olduğunun bildirilməsinə baxmayaraq, iddiaçıya aid sahənin də digər sahə ilə birlikdə hasara alınmaqla bütün tikililərin sökülməsini həyata keçirməsi onların bu hərəkətinin qanunsuzluğundan xəbər verir və iddiaçıya dəymiş olan zərərin əvəzinin ödənilməsi üçün hüquqi əsas təşkil etməmişdir.

6. Tələbin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, 59, 60-cı maddələrinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 21, 23.1, 55.5, 56.2, 139.1, 139-1, 152.1, 157, 1096, 1097, 1108.1, 1115-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 4, 149, 150-ci maddələrinə istinad edilmişdir.

7. Cavabdeh 2023-cü il 15 fevral tarixində iddia ərizəsinə qarşı etiraz təqdim edərək, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

8. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsindən göründüyü kimi, iddia tələbi cavabdehdən iddiaçıya aid olan ünvan 2 ünvanında yerləşən və iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan 30.5 kv.m. qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən qanunsuz olaraq sökülməsi nəticəsində dəymiş olan 122.000 manat məbləğində maddi zərərin, 50.000 manat məbləğində mənəvi zərərin və 400 manat mediasiya xərcinin, dövlət rüsumu üçün ö dənilmiş 62 manat olmaqla, ümumilikdə 172.460 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasından ibarətdir. 2019-cu ildə iddiaçı həmin iddia tələbi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 2019-cu il 27 sentyabr tarixli, 2(007)-161/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2020-ci il 11 mart tarixli, 2(103)1071/20 saylı qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2019-cu il 27 sentyabr tarixli, 2(007)-161/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2020-ci il 4 noyabr tarixli, 2(102)-4901/2020 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2020-ci il 11 mart tarixli, 2(103)-1071/20 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, iddiaçı eyni iddia tələbi ilə eyni tərəfə (cavabdehə) qarşı artıq bir dəfə məhkəməyə müraciət etmiş və həmin iş üzrə yekun məhkəmə qərarı qüvvəyə minmişdir. Azərbaycan Respublikasının MPM-nin 261.0.2-ci bəndinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir.

9. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 2 mart tarixli, 2-2(113)-555/2023 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmişdir (hakim Z.Axundova).

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə ba ğlı göstərmişdir ki, iddiaçı iddia ərizəsi və iddia həcminin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən cavabdehlər X9 və X3 adına verilən RX seriyalı ******* saylı 2012-ci il 7 dekabr tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, cavabdehlər X9, X10 və hazırki iş üzrə cavabdehdən (Cavabdeh MMC) müştərək qaydada iddiaçı kiçik müəssisənin mülkiyyətində olan əmlakına mülkiyyət hüququndan məhrum edilməklə iddiaçıya məxsus 30.5 kv.m. olan qeyri-yaşayış sahəsinin qanunsuz olaraq sökülməsi nəticəsində iddiaçıya dəymiş maddi zərər qismində hər bir kvadrat metri üçün 4.000 manat olmaqla, ümumilikdə 122.000 manat pulun tutulması və ya zərərin əvəzini naturada ödəməklə eyni növlü əmlakın verilməsi barədə öhdəliyin qoyulması, öz obyektindən istifadəyə maneçilik törətmək nəticəsində əldən çıxmış fayda kimi 74.000 manat məbləğində maddi zərərin, 100.000 manat mənəvi zərərin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2019-cu il 27 sentyabr tarixli, 2(007)-161/2019 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2019-cu il 27 sentyabr tarixli, 2(007)-161/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apelyyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2020-ci il 11 mart tarixli, 2(103)-1071/2020 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2019-cu il 27 sentyabr tarix li, 2(007)-161/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2020-ci il 11 mart tarixli, 2(103)-1071/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2020-ci il 4 noyabr tarixli, 2(102)-4901/2020 saylı qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apelyyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2020-ci il 11 mart tarixli, 2(103)-1071/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sözügedən qərar qəbul edildiyi andan qüvvəyə minmişdir.

11. Beləliklə, göründüyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin artıq qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Odur ki, məhkəmə MPM-in 261.0.2, 262.1, 262.4, 262.5-ci maddələrinə istinadla belə nəticəyə gəlmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iş üzrə icraata xitam verilməlidir.

12. İddiaçı 2023-cü il 29 mart tarixində şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 2 mart tarixli, e-2-2(113)-555/2023 saylı qərardadını ləğv, iddia tələbi üzrə icraatın davam etdirilməsi barədə qərardad qəbul edilməsini, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

13. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 13 aprel tarixli, 2-2(113)-555/2023 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 2 mart tarixli, e-2-2(113)555/2023 saylı qərardadından şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair iddiaçı tərəfindən verilmiş ərizə təmin edilərək, buraxılmış prosessual müddət üzrlü hesab edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 2 mart tarixli, e-22(113)-555/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərardada alınmışdır (hakim – Z.Axundova). b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 23 may tarixli 2-2(103)-553/2023 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 2 mart tarixli, e-2-2(113)-555/2023 saylı qərardadı dəyi şdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər V.Baxışova və A.Hüseyn).

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırki işdə iddiaçı ona aid olan ünvan 2 ünvanında yerləşən və iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan 30,5 kv.m. qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən qanunsuz olaraq sökülməsi nəticəsində dəymiş 122.000 manat həddində maddi zərər, 50.000 manat həddində mənəvi zərərin cavabdehdən tutulmasını tələb etmişdir.

16. Eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmə mübahisəsi olmuş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmiş və həmin Məhkəmənin 2019-cu il 27 sentyabr tarixli, 2(007)-161/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir (bax yuxarıda bu qərarın 1-ci bəndi).

17. MPM-in 261.0.2-ci maddəsində isə təsbit olunmuşdur ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Ona görə də məhkəmə belə qənaətə gəlmişdir ki, iş üzrə icraata xitam verilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

18. Apellyasiya instansiyası məhkəməsi iddiaçının şikayətin dəlillərinə qiymət verərək göstərmişdir ki, isə əsassızdır. Belə ki, tərəflər arasında baş tutan digər iş üzrə pulun hazırki iş üzrə cavabdeh ilə yanaşı digər cavabdehlərdən də tutulmasının tələb edilməsi və həmin iddiada hazır ki iddia tələbindən əlavə başqa tələblərin də olması eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmə mübahisəsini olmasını aradan qaldırmır. Çünki hazırda irəli sürülən tələblər həmin iddiada irəli sürülən tələblərlə tam əhatə olunmuşdur.

19. İddiaçı tərəfindən həmin qərardaddan verilmiş kassasiya şikayətində qərardadın ləğv edilməsi və hazırki iddia tələbi üzrə icraatın davam etdirilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətin dəlilləri

20. MPM-in 261.0.2-ci maddəsinin tələbi pozulmuşdur - iş üzrə icraata xitam verilməsi üçün göstərilən şərtlərin olması zəruridir: eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin artıq qanuni qüvvəyə minmiş məhk əmə qətnaməsi olmalıdır. İddiaçı iddiadan imtina etməlidir, tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa. İşə baxan məhkəmələr tərəfindən işin icraatına xitam verilsə də, işdə olan materiallara və tələbin predmetinə əsasən, iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas olmamışdır.

21. Belə ki, birinci iddia tələbində iddia tələblərindən biri cavabdeh DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən cavabdehlər X4 və X3 adına verilən 2012-ci il 7 dekabr tarixli, RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsini təşkil etmişdir, hazırki iddia tələbində isə belə bir tələb mövcud deyildir.

22. Birinci iddia tələbində dəymiş olan maddi zərər qismində 122.000 manat maddi ziya nın cavabdehlər X1, X2 və hazırki iş üzrə cavabdehdən (Cavabdeh MMC) müştərək qaydada tutulması tələbi vardır, hazırki iddia tələbində isə dəymiş olan zərərin sadəcə cavabdehdən (hazırki iş üzrə Cavabdeh MMC) tutulmasını təşkil etmişdir. Sadəcə hər iki iddia tələbində məbləğin 122.000 manat olaraq eynilik təşkil etməsinin səbəbi ondan ibarət olmuşdur ki, daha əvvəlcədən iddiaçı tərəfindən verilən sifariş əsasında əmlakın ümumi bazar qiymətinə görə aparılan qiymətləndirmə rəyi əsasında müəyyən edilən məbləğ əsasında iddia tələbinin irəli sürülməsi olmuşdur. Yəni hazırki iddia üzrə yenidən qiymətləndirmə rəyi alınmamış, əvvəlki rəy əsasında müəyyən edilmiş məbləğə uyğun olaraq iddia tələbi irəli sürülmüşdür.

23. Barəsində qanuni qüvvəyə minmiş iddia tələbi ilə qəbul edilmiş qətnamədə qeyd ed ilən hallar və tələblər, o cümlədən tərəflər, hazırki iddia tələbi üzrə tərəflər və tələbindən əsaslı şəkildə fərqli olmuşdur. Hazırda irəli sürülən tələblərin əvvəlki iddiada irəli sürülən tələbləri tam əhatə etməsi ilə bağlı apellyasiya məhkəməsinin qeyd etdikləri də qanuni deyildir. Sadəcə əvvəlki tələbin bir hissəsi ilə hazırki tələb arasında bir paralellik quraraq, bunun eyni tərəflər arasında eyni predmet və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olması və bu səbəbdən icraata xitam verilməli olması ilə əlaqəli hesab etməyə heç bir hüquqi əsası olmamışdır.

24. MPM-in 88-ci maddəsinin tələbi pozulmuşdur - işdə olan materiallardan da göründüyü kimi iddiaçı daha əvvəlcədən iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Dövlət Əml akı Nazirliyinin (hazırki cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin) ünvan 4 ünvanında yerləşən "xxxx" Dövlət Şirkətinin Qazan Mexaniki Zavodunun bazasında "xxxx" ASC aid olmasına dair 2006-cı il 23 oktyabr tarixli, 254 saylı sərəncamının iddiaçının mülkiyyətində olan 30,5 kv.m. qeyri-yaşayış sahəsinin "xxxx" ASC-nin mülkiyyətinə verilməsinə dair hissədə etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə tərəflərin iştirakı ilə aparılmış məhkəmə araşdırması zamanı, texniki sənədlərdə əmlakın yerləşdiyi yer konkret müəyyən edildiyindən əmlakın özəlləşdirməyə daxil olmadığı müəyyən edildiyindən, məhkəmə prosessual qənaət prinsipi baxımından ekspertizanın təyininə zərurət görməmişdir. Mütəxəssis rəyi kifayət edici sübut qismində tətqiq edilərək məhkəmənin gəldiyi nəticə üzrə yetərli olmuşdur. Məhz bu rəyin alınmasından sonra iddiaçı cavabdehə (Cavabdeh MMC) qarşı Bakı Kommersiya Məhkəməsinə müraciət edərək iddiaçıya məxsus olan əmlakın sökülməsi nəticəsində iddiaçıya dəymiş olan zərərin ödənilməsini xahiş etmişdir. 2022-ci il 16 mart tarixli mütəxəssis rəyində bu qeyd edilən xüsusatlar aşkar edildikdən sonra hazırki iddia ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Bunu təsdiq edən mülkiyyət hüququna dair reyestrdən çıxarışlar işin materiallarında mövcuddur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Cavabdeh tərəfindən 2023-cü il 3 iyul tarixində təqdim edilmiş, kassasiya şikayətinə qarşı etirazda göstərilmişdir ki, iddia ərizəsində iddiaçının tələblərindən biri hazırki iddia tələbi eynilik təşkil edir (eynilik dedikdə ancaq tə ləb olunan məbləğdən söhbət getmir, iddia tələbinin əsası eynidir), bundan başqa hər iki iş üzrə cavabdeh də eynidir. İddiaçı eyni iddia tələbi ilə eyni cavabdehə qarşı artıq bir dəfə məhkəməyə müraciət etmiş və həmin iş üzrə yekun məhkəmə qərarı qüvvəyə minmişdir. Azərbaycan Respublikasının MPM-in 261-ci maddəsində icraata xitam verilməsinin əsasları göstərilmişdir. Həmin maddənin 2-ci bəndinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışın hədləri

26. Kassasiya ş ikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

261. İcraata xitam verilmə əsasları 262.4, 262.5... 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəfl ərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa...” “Maddə

262. İcraata xitam verilmə qaydası və nəticələri 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.... 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). 30. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlən mişdir ( Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).

31. İddiaçının kassasiya şikayətinin dəlilləri eyni zamanda, birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətin də dəlili olmuşdur. Kollegiya həmin dəlillərə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda bu qərarın 15-18-ci bəndləri) və hesab edir ki, eyni məzmunlu dəlillər üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa zərurət yoxdur.

32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadı qəbul edilərkən, onun ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Həmin qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edlməməlidir.

33. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 23 may tarixli, 22(103)-553/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.M.Məmmədli İ.Ə.Şəfiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar