Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-41/2021 27.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı X1 Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: müqavilənin etibarsız sayılması və qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim İlqar Dadaşovun sədrliyi, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi M.Həsənovanın, cavabdehin vəkili Vəkil1 iştirakları ilə, iddiaçı X6 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 12 avqust tarixli, 2-2(103)-378/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq mə hkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ 1. xx xxxxxxx 2009-cu il tarixli icarə müqaviləsinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, “28 May” metrosunun yaxınlığında yerləşən və Nəqliyyat Nazirliyinin sərəncamı ilə Cavabdeh MMC (bundan sonra – “cavabdeh”) icarəyə verilən yeraltı keçid kompleksinə daxil olan ticarət mərkəzinin layihəsində 60 m2 olan və layihədə 67 nömrəsi ilə işarələnən ticarət təyinatlı qeyri-yaşayış sahəsi iddiaçı X4 (bundan sonra – “iddiaçı”) aylıq 800 manat müqabilində müddətsiz icarəyə verilmişdir. 2. xx xxxxxx 2011-ci il tarixli icarə müqaviləsinə görə cavabdeh icarəyə verilən yeraltı keçid kompleksinə daxil olan ticarət mərkəzinin layihəsində 60 m2 olan və layihədə 67 nömrəsi ilə işarələnən ticarət təyinatlı qeyri-yaşayış sahəsi iddiaçıya aylıq 800 manat müqabilində 30 il müddətində icarəyə verilmişdir. 3. xx xxxxxx 2014-cü il tarixli icarə müqaviləsinə əsasən, yeraltı keçid kompleksinə daxil olan Ticarət mərkəzinin layihəsində sahəsi 60 kv.m olan və layihədə 67 nömrəsi ilə işarələnən ticarət təyinatlı qeyri-yaşayış sahəsi aylıq 800 manat olmaqla 4 il müddətinə iddiaçıya icarəyə verilmişdir. 4. xx xxxxxx 2014-cü il tarixli sub-icarə müqaviləsi ilə yeraltı keçid kompleksinə daxil olan Ticarət mərkəzinin layihəsində sahəsi 60 kv.m olan və layihədə 67 nömrəsi ilə işarələnən ticarət təyinatlı qeyri-yaşayış sahəsi aylıq 850 manat olmaqla iddiaçı tərəfindən X3 tərəflər arasında bağlanmış və xx xxxxxx 2014-cü il tarixli icarə müqaviləsi ilə müəyyən edilmiş, icarə müddəti daxilində xx xxxxxx 2018-ci il tarixədək sub-icarəyə verilmişdir. 5. xx xxxxxx 2017-ci il tarixli icarə müqaviləsinə əsasən, yeraltı keçid kompleksinə daxil olan ticarət mərkəzinin layihəsində 50 m2 olan və layihədə 67 nömrəsi ilə işarələnən ticarət təyinatlı qeyri-yaşayış sahəsi iddiaçıya aylıq 1000 manat müqabilində xx.xx.2018-ci il tarixədək icarəyə verilmişdir. Müqavilənin 2.1.3-cu bəndinə əsasən icarəçi bu müqavilə icarə haqqı ilə bağlı öhdəliklərini tam və ya qismən yerinə yetirmədikdə 30 iş günü qabaqcadan yazılı xəbərdar etməklə müqaviləni birtərəfli qaydada ləğv etmək hüququ vardır. 6. xx xxxxxx 2017-ci il tarixli sub-icarə müqaviləsinə əsasən, yeraltı keçid kompleksinə daxil olan Ticarət mərkəzinin layihəsində sahəsi 60 kv.m olan və layihədə 67 nömrəsi ilə işarələnən ticarət təyinatlı qeyri-yaşayış sahəsi aylıq 1100 manat olmaqla iddiaçı tərəfində n X3 tərəflər arasında bağlanmış və xx xxxxxx 2017-ci il tarixli icarə müqaviləsi ilə müəyyən edilmiş, icarə müddəti daxilində xx xxxxxx 2018-ci il tarixədək sub-icarəyə verilmişdir.
7. Mədaxil qəbzlərinə əsasən, iddiaçı tərəflər arasında bağlanmış və aylıq icarə haqqı 1000 manat olan xx xxxxxx 2017-ci il tarixli icarə müqaviləsini tam olaraq icra edilmişdir. 8. 07/18 saylı xx xxxxxxxx 2018-ci il tarixli məktubla icarədar iddiaçı, 40 gün qabaq xəbərdar edilərək, nəzərinə çatdırılmışdır ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin müddəti xx xxxxxx 2018-ci il tarixdə bitir və mülkiyyətçinin müqavilə müddətini uzatmaq niyyəti olmadığından, müddətin bitməsi ilə əlaqədar müqaviləyə xitam veriləcəkdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
9. İddi açı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx xxxxxx 2014-cü il tarixli 67 nömrəli icarə müqaviləsinin etibarsız hesab olunması və Bakı şəhəri, Nəsimi rayonu, XXXünvanı meydanında yerləşən ümumi sahəsi 2854,3 kv.m olan qeyri-yaşayış sahəsinə daxil olan sahəsi 60 kv.m olan və layihədə 67 nömrəsi ilə işarələnən ticarət təyinatlı qeyri-yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi və həmin qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2009-cu il tarixli icarə müqaviləsinə əsasən, cavabdeh tərəfindən icarəyə verilən yeraltı keçid kompleksinə daxil olan ticarət mərkəzinin layihə sində 60 m2 olan və layihədə 67 nömrəsi ilə işarələnən ticarət təyinatlı qeyri-yaşayış sahəsi iddiaçıya aylıq 800 manat müqabilində icarəyə verilmişdir (bax yuxarıda § 1). Daha sonra tərəflər arasında eyni şərtlərlə xx.xx.2011-ci il tarixdə yeni icarə müqaviləsi bağlanılmış, lakin bu dəfə müqavilənin müddəti 30 il müəyyən edilmişdir. xx.xx.2009-cu il tarixdə ilkin icarə müqaviləsi bağlanılmasından sonra iddiaçı həmin müqavilənin tələblərinə riayət etmiş, icarə haqqı vaxtı-vaxtında ödənilmişdir. Lakin 2018-ci ilin noyabr ayının əvvəlində iddiaçı ilə bağlanmış müqavilə qüvvədə olduğu və ləğv edilmədiyi halda, heç bir səbəb olmadan iddiaçı cavabdehin əməkdaşları tərəfindən həmin qeyri-yaşayış sahəsindən çıxarılmış və həmin qeyri-yaşayış sahəsi digər bir şəxsə icarəyə verilmişdir.
11. Bakı Kom mersiya Məhkəməsinin 2020-ci il 10 mart tarixli, 2-2(113)-81/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim – S.Nuriyeva).
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, əqdin etibarsızlığına əsas verən hallar əqdin bağlanmasına qədər mövcud olmalıdır. Lakin iddiaçı tərəfindən bu barədə, eləcə də qanunvericilikdə müəyyənləşdirilmiş hansı şərtin pozulmasına dair heç bir sübut təqdim edilməmişdir. İddiaçı iddia ərizəsində və məhkəmə araşdırması zamanı əqdin etibarsızlığına dair hər hansı bir hüquqi əsas da göstərməmişdir. Əksinə iddiaçı qeyd olunan müqavilə üzrə qeyri-yaşayış sahəsindən istifadə etdiyi müddətdə xx xxxxxx 2014cü il tarixli, 67 nömrəli icarə müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmişdir. İddiaçı müqavilənin onun tərəfindən imzalanmadığını qeyd etsə də, id diaçı ilə X5 ilə arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli sub-icarə müqaviləsində müddət olaraq xx xxxxxx 2014-cü il tarixli, 67 nömrəli icarə müqaviləsinin şərtlərinə istinad edilmişdir.
13. Cavabdeh tərəfindən edilmiş hərəkətlər xx xxxxxx 2017-ci il tarixli, 67 nömrəli icarə müqaviləsinə əsasən əvvəlcədən razılaşdırılmış öhdəliklərə uyğun edilmişdir. Belə ki, cavabdehin xx xxxxxx 2017-ci il tarixli icarə müqaviləsinin 2.1.3-cu bəndinə əsasən icarəçi bu müqavilə icarə haqqı ilə bağlı öhdəliklərini tam və ya qismən yerinə yetirmədikdə 30 iş günü qabaqcadan yazılı xəbərdar etməklə müqaviləni birtərəfli qaydada ləğv etmək hüququ vardır. Lakin iddiaçı tərəfindən cavabdehin qanunsuz hərəkətlərini təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir.
14. Məhkəmə bu qənaətini Azərbaycan Resp ublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə”) 2.2, 6.2, 14.2.1, 337.1, 354.1, 354.2, 385.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
15. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
16. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 12 avqust tarixli, 2-2(103)-378/2020 saylı qətnaməsi ilə (hakimlər V.Ə.Baxışova (sədrlik edən), C.A.Yusifov və R.Ə.Qurbanov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 10 mart tarixli, 2-2(113)-81/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, xx xxxxxx 2019-cu il tarixli, 27042 nömrəli ekspert rəyinə görə, ekspertizaya təqdim olunmuş iqtisadi işin 168170-ci vərəqələrindəki xx xxxxxx 2017-ci il tarixli, 67 nömrəli icarə müqaviləsinin 3-cü vərəqəsində “İcarəçi” hissəsindəki imza qrafasındakı imza iddiaçı tərəfindən icra edilmişdir. Eyni zamanda xx xxxxxx 2020-ci il tarixli, 31383 nömrəli ekspert rəyinə görə, ekspertizaya təqdim olunmuş iqtisadi işin 180-182-ci vərəqlərindəki xx xxxxxx 2014-cü il tarixli 67 nömrəli icarə müqaviləsinin 3-cü vərəqəsində “İcarəçi” hissəsindəki imza qrafasındakı imza iddiaçı tərəfindən icra edilmişdir. Beləliklə, ekspert rəylərinə əsasən məhkəmə tərəfindən iddiaçının mübahisələndirilən müqavilənin onun tərəfindən imzalanmadığına dair dəlilinin əsassız olduğu müəyyən edilmişdir.
18. Əqdin etibars ız hesab edilməsi üçün əqdi mübahisələndirən şəxs əqd bağlayarkən aldadıldığını və ya həmin əqdi bağlamağa məcbur edildiyini təsdiq edən halları sübut etməlidir. İş materiallarında iddiaçının xx xxxxxx 2014-cü il tarixli müqaviləni imzalayarkən aldadıldığını və ya həmin müqaviləni imzalamağa məcbur edildiyini təsdiq edən sübutlar mövcud deyildir.
19. İddiaçı xx xxxxxx 2014-cü il tarixli müqaviləni mübahisələndirmək üçün qanunla nəzərdə tutulmuş bir illik iddia müddətini də ötürmüşdür. Müqaviləni imzalamış şəxs onun məzmunu ilə tanış olmalı olduğundan bir illik müddətin axımı müqavilənin imzalandığı gündən başlamış, xx.xx.2015-ci il tarixdə bitmişdir.
20. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 339.1,354.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
21. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı cavabdehlə xx.xx.2019-cu il tarixdə icarə müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən, yeraltı keçid kompleksinə daxil olan ticarət mərkəzinin layihəsində 60 kv m olan və layihədə 67 nömrəsi ilə işarələnən ticarət təyinatlı qeyri-yaşayış sahəsi iddiaçıya aylıq 800 manat müqabilində icarəyə verilmişdir. Daha sonra tərəflər arasında eyni şərtlərlə xx.xx.2011-ci il tarixdə yeni icarə müqaviləsi bağlanılmış, lakin bu dəfə müqavilənin müddəti 30 il müəyyən edilmişdir. xx.xx.2009-cu tarixdə ilkin icarə müqaviləsi bağlanılmasından sonra iddiaçı həmin müq avilənin tələblərinə riayət etmiş, icarə haqqı vaxtı-vaxtında ödənilmişdir. Lakin, cari 2018-ci ilin noyabr ayının əvvəlində iddiaçı ilə bağlanmış müqavilə qüvvədə olduğu və ləğv edilmədiyi halda, heç bir səbəb olmadan iddiaçı cavabdehin əməkdaşları tərəfindən həmin qeyri-yaşayış sahəsindən çıxarılmış və həmin qeyri-yaşayış sahəsi digər bir şəxsə icarəyə verilmişdir.
23. İddiaçı cavabdehlə 2011-ci ildə 30 illik müqavilə bağlamış, bundan sonra daimi olaraq icarə haqqı ödəyərkən müvafiq ödəniş qəbzlərinə imza etmişdir. Lakin xx xxxxxx 2017-ci ildə cavabdehlə hər hansı icarə müqaviləsi bağlamamışdır. Müqavilədəki imzanı isə həmin sənədi ödəniş qəbzi hesab etdiyi üçün çəkmişdir. 30 illik icarə müqaviləsinin 1 illik müddətə dəyişdirilməsi onun mənafeyinə uyğun deyildir və belə bir müqavilənin onun tərəfindən imzalanmasının məntiqi əsası yoxdur.
24. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 76.1, 88-ci maddələrinin, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin, 13-cü maddəsinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçısının izahatı
26. Cavabdehin vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
27. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəməyə ərizə ünvanlayar aq Bakı Apelyasiya Məhkəməsində digər işlə əlaqədar işə baxılmasının təxirə salınmasını xahiş etmiş və məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir.
28. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.
29. Məhkəmə kollegiyası iddiaçının məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq və onun iştirak etməməsini üzrlü hesab etməyərək işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instans iyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
31. İş üzrə iddiaçı tərəf apelyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
33. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
339. Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olanəqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər”. “Maddə
354. Etibarsız əqdlər üzrə müddətlər 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu an dan bir ay ərzində mübahisə edilə bilər”. “Maddə 390 Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğından iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 12 avqust tarixli, 2-2(103)-378/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
36. Məhkəmələr tərəfindən müəyyən edildiyi kimi, tərəflər arasında ayrı-ayrı vaxtlarda Bakı şəhəri, Nəsimi rayonu, XXX metrosunun yaxınlığında yerləşən və Nəqliyyat Nazirliyinin sərəncamı ilə cavabdehə icarəyə verilən yeraltı keçid kompleksinə daxil olan Ticarət mərkəzinin layihəsində sahəsi 60 m2 olan və layihədə 67 nömrəsi ilə işarələnən ticarət təyinatlı qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair müqavilələr bağlanmış, həmin müqavilələr üzrə öhdəliklər icra edilmişdir. Cavabdeh xx xxxxxx 2017-ci il tarixli, 67 nömrəli icarə müqaviləsinin 2.1.3-cu bəndinə uyğun olaraq iddiaçıya xx xxxxxxxx 2018-ci il tarixdə məktub ünvanlayaraq müqavilənin müddətinin xx xxxxxx 2018-ci il tarixdə bitməsi ilə əlaqədar olaraq müqaviləyə xitam veriləcəyini bildirmiş, bundan sonra qeyd olunan tarixdə qeyri-yaşayış sahəsi boşal dılmış və digər icarəçiyə verilmişdir.
37. İddiaçının kassasiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, 2018-ci ilin noyabr ayının əvvəlində cavabdehlə bağlanmış müqavilə qüvvədə olduğu və ləğv edilmədiyi halda, heç bir səbəb olmadan iddiaçı cavabdehin əməkdaşları tərəfindən həmin qeyriyaşayış sahəsindən çıxarılmış və həmin qeyri-yaşayış sahəsi digər bir şəxsə icarəyə verilmişdir. Eyni zamanda cavabdehlə 2011-ci ildə 30 illik müqavilə bağlamış, bundan sonra daimi olaraq icarə haqqı ödəyərkən müvafiq ödəniş qəbzlərinə imza etmişdir. Lakin xx xxxxxx 2017-ci ildə cavabdehlə hər hansı icarə müqaviləsi bağlamamış, müqavilədəki imzanı isə həmin sənədi ödəniş qəbzi hesab etdiyi üçün çəkmişdir. 30 illik icarə müqaviləsinin 1 illik müddətə dəyişdirilməsi onun mənafeyinə uyğun deyildir və belə bir müqavilənin onun tərəfindən imzalanmasının məntiqi əsası yoxdur.
38. Kassasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edilməlidir ki, şikayətdə qeyd etməsə də, cavabdehlə 2011-ci ildə 30 illik müqavilə bağlandıqdan sonra tərəflər arasında yeni bağlanmış xx xxxxxx 2014-cü il tarixli icarə müqaviləsinə əsasən, həmin qeyri-yaşayış sahəsi aylıq 800 manat olmaqla 4 il müddətinə iddiaçıya icarəyə verilmiş, xx xxxxxx 2014cü il tarixdə isə iddiaçı sub-icarə müqaviləsi ilə mübahisəli qeyri-yaşayış sahəsini aylıq 850 manat icarə haqqı müqabilində X3 xx xxxxxx 2014-cü il tarixli icarə müqaviləsi ilə müəyyən edilmiş, icarə müddəti daxilində xx xxxxxx 2018-ci il tarixədək sub-icarəyə vermişdir. Tərəflər arasında imzalanmış xx xxxxxx 2017-ci il tarixli icarə müqaviləsinə əsasən isə həmin qeyri-yaşayış sahəsi iddiaçıya aylıq 1000 manat müqabilində xx.xx.2018-ci il tarixədək icarəyə verilmiş, müqavilənin 2.1.3-cu bəndinə əsasən icarəçi bu müqavilə icarə haqqı ilə bağlı öhdəliklərini tam və ya qismən yerinə yetirmədikdə 30 iş günü qabaqcadan yazılı xəbərdar etməklə müqaviləni birtərəfli qaydada ləğv etmək hüququ vardır. Qeyd edilən hallar isə bir daha iddiaçının kassasiya şikayətində qeyd edilən dəlillərin əsassız olduğunu təsdiq edir. Bu zaman həmçinin iddiaçı tərəfindən cavabdehin qanunsuz hərəkətlərini təsdiq edən hər hansı sübutun məhkəmələrə təqdim edilmədiyi də nəzərə alınmalıdır.
39. Bununla bağlı qeyd edilməlidir ki, mülki qanunvericiliyə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmçinin iş materialları ndakı ekspert rəylərinə əsasən xx xxxxxx 2017-ci il tarixli və xx xxxxxx 2014-cü il tarixli icarə müqavilələrinin məhz iddiaçı tərəfindən imzalandığı təsdiq edildiyindən, 30 illik icarə müqaviləsinin 1 illik müddətə dəyişdirilməsinin onun mənafeyinə uyğun və belə bir müqavilənin onun tərəfindən imzalanmasının məntiqi əsasının olmadığı barədə iddiaçının dəlilləri də uğurlu hesab edilə bilməz. Qanunvericiliyə uyğun olaraq əqdin etibarsız hesab edilməsi üçün əqdi mübahisələndirən şəxs əqd bağlayarkən aldadıldığını təsdiq edən halları sübut etməlidir. İş materiallarında isə məhkəmələrin düzgün olaraq qeyd etdiyi kimi iddiaçının həmin müqaviləni imzalayarkən aldadıldığını təsdiq edən müvafiq sübutlar mövcud deyildir.
40. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin rədd edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iş materiallarındakı xx xxxxxx 2019-cu il tarixli və xx xxxxxx 2020-ci il tarixli ekspert rəylərinə əsasən mübahisələndirilən müqavilənin məhz iddiaçı tərəfindən imzalanmasının təsdiq edildiyini, iddiaçı tərəfindən işə baxmış məhkəmələrə əqdin etibarsızlığına əsas verən və əqdin bağlanmasına qədər mövcud olmuş hallar barədə, həmçinin qanunvericilikdə müəyyənləşdirilmiş hansı şərtlərin pozulmasına dair hər hansı bir sübut təqdim edilmədiyini, beləliklə, mübahisələndirilən əqdin etibarsızlığı üçün hər hansı hüquqi əsasların olmadığını nəzərə alaraq kassasiya şikayətinin dəlillərinə tənqidi yanaşır.
41. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxıla rkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 12 avqust tarixli, 22(103)-378/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
43. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 12 avqust tarixli, 2-2(103)-378/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.