Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-437/2025 07.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmlakın qanunsuz sahiblikdən geri qaytarılması, mülkiyyət hüququnun müdafiəsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı əmlakdan çıxarılma tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 3 aprel tarixli 2-2(103)-360/2025 nömrəli qətn aməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş 1997-ci il 22 may tarixli 763 nömrəli sərəncamı ilə Salyan şossesi, İİ Yubiley döngəsinin arasında /48x30/m ölçüdə avtomobillərə texniki xidmət emalatxanasının tikintisi üçün İddiaçınə torpaq sahəsinin ayrılmasına icazə verilmişdir.
2. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (icarəyə verən) ilə İddiaçı (icarəçi) arasında “hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə” 2021-ci il 27 may tarixli 418 nömrəli müqavilə bağlanmış və həmin müqavilənin 1.1-ci bəndinə əsasən icarəyə verənin icarəyə verdiyi Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 622,1 m2 torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilmişdir.
3. Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 74G ünvanında yerləşən 116,9 kv.m ibarət qeyri-yaşayış binasının İddiaçı xüsusi mülkiyyətində olması barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmış (qeydiyyat tarixi xx.xx.2022-ci il, qeydiyyat nömrəsi: **********) və bu barədə reyestrdən çıxarış verilmişdir. Həmin çıxarışda torpaq sahəsinin ölçüsü 0.062210 ha və İddiaçı həmin torpaq sahəsi üzərində icarə hüququnun olması qeyd olunmuşdur.
4. Bakı İnzibati Məhkəməsinin 2024-cü il 21 iyun tarixli qərardadı ilə Dövlət Neft Şirkəti Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi nə qarşı (üçüncü şəxs İddiaçı cəlb edilməklə) “dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi” barədə iddia tələbi mümkün sayılmamış, qərardad qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı (bundan sonra – "xxxx") cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu Salyan şossesi, 74G ünvandakı 0,062210 ha torpaq sahəsi üzərində yerləşən 116,90 m2 ibarət qeyri-yaşayış binasından, eləcə də həmin binanın yerləşdiyi istifadə (icarə) hüququnun qeydə alındığı 0,062210 ha torpaq sahəsindən cavabdeh və onun tabeçiliyind əki qurum olaraq “Bibiheybətneft” NQÇİnin rəhbər və işçi heyətinin çıxarılması, həmin qeyri-yaşayış binasına və torpaq sahəsinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia belə əsaslandırılmışdır ki, iddiaçı mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi torpağa görə Əmlak Komitəsinə hər ay icarə haqqı ödəyir, lakin cavabdeh binanı boşaltmadığı üçün nə torpaqdan, nə də üzərindəki xüsusi mülkiyyətində olan binadan istifadə edə bilir. Cavabdeh tərəfindən hüquqları və qanunla qorunan mənafeləri əhəmiyyətli dərəcədə pozulur.
7. Cavabdeh iddiaya qarşı yazılı etiraz verərək bildirmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 74 G ünvanındakı 0,062210 ha torpaq sahəsinin üzərində mövcud olan 116,90 kv.metrdən ibarət qeyri-yaşayış binası, SOCAR-in Cavabdeh, “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin 3 saylı Neft və Qazçıxarma Sahəsinin müvafiq işçi biriqadasının iş otağı və operator otağı olaraq istifadə edilir, həmin bina xx.xx.1960-cı il tarixindən SAP nömrəsi ******* olmaqla “Bibiheybətneft” NQÇİ-nin istismarına verilmişdir. Qeyd edilən bina ilə bağlı iddiaçı tərəfindən xx.xx.2022-ci il qeydiyyat tarixli **********3506301 reyestr nömrəli, qeydiyyat nömrəsi ********** olan çıxarış qanunvericiliyin tələbləri pozulmaqla əldə edilmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 16 dekabr tarixli e-2-2(113)-2331/2024 nömrəli qərardadı ilə “iddiaçının mülkiyyətində olan qeyri-yaşayış binası və onun üzərində yerləşən, eləcə də iddiaçının icarə hüququnun qeydə alındığı torpaq sahəsinə köçürülmə” hissəsində iş üzrə icraata xitam verilmişdir.
9. Birinci instansiya məhkəməsinin 2024-cü il 16 dekabr tarixli e-2-2(113)-2331/2024 nömrəli qətnaməsi ilə iddia təmin olunmuşdur (hakim – Z.Axundova).
10. Məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 2024-cü il 26 avqust tarixli 10/4660 nömrəli ekspert rəyi verilmişdir. Həmin rəydə göstərilmişdir ki, cavabdehin “Bibiheybətneft” NQÇİ-nin rəhbər və işçi heyətinin yerləşdiyi qeyd olunan qeyri-yaşayış binası bütövlüklə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 74 G ünvanda 0,062210 ha torpaq sahəsi üzərində yerləşən 116,90 kv.metrdən ibarət qeyri-yaşayış binası, eləcə də həmin binanın yerləşdiyi, istifadə (icarə) hüququnun qeydə alındığı 0,062210 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdi yi müəyyən edilmişdir. Cavabdehin işçilərinin yerləşdiyi deyilən binanın, binanın yerləşdiyi torpaq sahəsinin koordinatlarının iddiaçı tərəfindən təqdim olunmuş texniki pasportda qeyd olunmuş koordinatlarla üst-üstə düşdüyü müəyyən olunmuşdur. Cavabdehin yerləşdiyi mübahisəli binaya, binanın yerləşdiyi torpaq sahəsinə dair cavabdehə məxsus hər hansı mülkiyyət, istifadə və sahiblik hüququnu təsdiq edən dövlət tərəfindən qeydə alınmış hüquqmüəyyənedici sənəd mövcud olub-olmamasının müəyyən edilməsi məsələsi məhkəmə tikniti-texniki obyektlərinin tədqiqi ekspertizasının predmetinə aid olmamışdır.
11. Məhkəmə hesab etmişdir ki, iddiaçı əmlakın mülkiyyətçisi olsa da, əmlak üzərində mülkiyyət hüquqlarını həyata keçirə bilmir, çünki həmin əmlak cavabdehin istifadəsindədir, iddiaçı cavabdehə əmlakı ndan çıxmağı, əmlakı boşaltmağı təklif etsə də, cavabdeh əmlakı təhvil verməmiş, ona görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdehin mübahisəli əmlak üzərində hər hansı əmlak hüquqlarının olması, həmin əmlakdan istifadə etməkdə davam etməsi üçün hər hansı əsasın olması müəyyən olunmamışdır.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 4.1, 6, 14.1, 152.1 və 157.2-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 76.1, 77, 103.1, 107, 115.0.1, 119.1, 206.1 və 218.3-cü maddələrinə istinadla əsasland ırmışdır.
13. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 3 aprel tarixli 2-2(103)-360/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: E.Həsənov – sədrlik edən və məruzəçi, T.Mahmudova və Z.Şirinov).
15. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə tam razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən irəli sürülmüş iddia neqator iddiadır və belə iddianın təmin olunması üçün mübahisəli əmlak mülkiyyətçinin sahibliyində olmalı, cavabdeh həmin əmlakdan istifadə, sahiblik və ya onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə maneə olan hərəkətlər etməli və həmin hərəkətlər hüquqazidd olmalıdır. İşin faktiki hallarında olan yerli icra hakimiyyəti orqanının sərəncamından və Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilən texniki pasportdan, eləcə də çıxarışdan görünür ki, sözügedən əmlak üzərində mülkiyyət hüququ (torpaq sahəsinə münasibətdə istifadə hüququ) iddiaçıda olmuşdur. Ekspert rəyi ilə cavabdehin işçilərinin yerləşdiyi iddia olunan binanın və onun yerləşdiyi torpaq sahəsinin koordinatlarının iddiaçı tərəfindən təqdim olunmuş texniki pasportda qeyd olunmuş koordinatlarla üst-üstə düşdüyü müəyyən edilmiş və bununla da cavabdehin iddiaçının öz əmlakından istifadə etmək hüququna maneə ol an hərəkətlər etməsi sübut olunmuşdur. Həmçinin cavabdeh də həmin əmlakdan istifadəsini təkzib etməmiş, əksinə özünün ona hüququnun olmasını iddia etmişdir. Beləliklə, cavabdehin faktiki olaraq iddiaçıya məxsus əmlakdan istifadəsi işin mübahisəsiz halını təşkil etmişdir.
16. Göründüyü kimi cavabdehin iddiaçıya məxsus əmlakdan istifadəsi hüquqazidd olmuşdur. Belə ki, cavabdeh çıxarışın qanunsuz olmasını və sözügedən torpaq sahəsi üzərində olan qeyri-yaşayış sahəsinin 1960-cı ildən etibarən onun balansında olmasını irəli sürsə də, iddiaçıya məxsus mülkiyyət sənədinin mübahisələndirilməsi ilə bağlı iddiası məhkəmələr tərəfindən mümkün hesab edilməmişdir.
17. Məhkəmə kollegiyası cavabdehin məhkəmə aidiyyətinin pozulması barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, hər iki tərəf kommersiya fəa liyyəti ilə məşğul olan müəsissələrdir, bununla bağlı vergi ödəyiciləri kimi qeydiyyatdan keçmişlər və iki sahibkarlıq subyekti arasında mülkiyyət hüququnun müdafiəsi ilə bağlı iddialara isə kommersiya məhkəmələri tərəfindən baxılır.
18. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, MM-in 5.3, 14.2.1, 139.1, 140, 152.1, 152.2, 152.5, 157.2 və 157.4-cü maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 12.1, 16.6-cı maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının 12, 13, 14-cü bəndlərinə və MPM-in 14.2, 24.2, 77.1, 81, 217. 3 və 385-ci maddələrinə istinadla əsaslandırmışdır.
19. Cavabdeh qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv olunması, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və MM-in 152.1-ci maddələri üzrə - mübahisəli qeyri-yaşayış binası, cavabdehin “Bibiheybətneft” NQÇİ-nin 1960-ci il 1 yanvar tarixindən istismarına verilmişdir. Qeyd edilən bina ilə bağlı iddiaçının 2022-ci il 16 may tarixli ********** nömrəli çıxarışı qanunvericiliyin tələbləri pozulmaqla əldə edilmişdir.
21. MPM-in 9.3, 88, 217.1 və 217.3-cü maddələri üzrə - apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən prosessual hüquq normalarının tələblərini pozmuş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
22. MPM-in 1, 24.2, 25.1, 26.1, 31.1, 32.1 və 32.4-cü maddələri üzrə - işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Çünki iddiaçının tələbi “qeyri-yaşayış binasından və torpaq sahəsindən çıxarılma, binaya köçürülmə”yə dairdir və bu isə mülki mübahisə olmaqla sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisədir. Odur ki, tərəflər arasında olan mülki mübahisəyə Səbail Rayon Məhkəməsində baxılmalıdır. Lakin işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi əsassız olaraq vəsatəti təmin etməmiş, işə mahiyyəti üzrə baxılmasını davam etdirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassas iya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
24. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-cı maddəsinə uyğun olaraq tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır” “Maddə
140. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir”. “Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməy in hüquqi cəhətdən təmin edilmiş imkanıdır.” “Maddə
157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.” “Maddə
158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.” Maddə
159. Əşyaya sahiblik Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Maddə
163. Sahibliyin verilməsi 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Maddə
164. Sahibliyin müdafiəsi 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkət lərindən çəkinməlidir. 26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq maddələrində aşağıdakılar nəzərdə tutulur: “Maddə
12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.” “Maddə
16. Dövlət reyestrində düzəlişlər 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir”.
27. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.” “Maddə
416. Kassasiya inst ansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməlidir.
29. İlk olaraq kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
30. Kassasiya şikayətində istinad edilən məhkəmə aidiyyatının pozulması barədə dəlillər də əsassızdır.
31. Belə ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, həm iddiaçı, həm də cavabdeh kommersiya fəaliyyəti ilə məşğul olan müəsissələrdir və bununla bağlı vergi ödəyiciləri kimi qeydiyyatdan keçmişlər. İki sahibkarlıq subyekti arasında mülkiyyət hüququnun müdafiəsi ilə bağlı iddialara isə MPM-in 24.2-ci maddəsi və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 12-14-cü bəndləri nə əsasən kommersiya məhkəmələri tərəfindən baxılır.
32. Kassasiya şikayətində iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinə dair verilmiş çıxarışın mübahisələndirilməsi ilə bağlı dəlillər də əsassızdır və məhkəmə kollegiyası həmin dəlillərlə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi və onun əsaslandırılması ilə razılaşır.
33. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, məhkəmə tərəfindən MM-in 152.1-ci maddəsinin tətbiqinində səhvə yol verilmişdir.
34. Belə ki, məhkəmənin qənaətinə görə iddiaçı həm mübahisə predmeti olan qeyriyaşayış sahəsinin, həm də torpaq sahəsinin MM-in 152.1-ci maddəsinə uyğun olaraq mülkiyyətçisidir (qanuni istifadəçisidir).
35. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələrin tətbiq etdikləri MM-in 157.2 və 157.4-cü maddələri öz əşyasından məhrum olan və ya məhrumetmə olmadan qəsdə məruz qalan mülkiyyətçinin hüquqlarının qorunması ilə bağlı vindikasiya və neqator iddiaları nəzərdə tutur.
36. Vindikasiya və ya neqator tələbin təmin olunması üçün iddiaçı əşyanın mülkiyyətçisi, cavabdeh isə əşyanın sahibi olmalı, yaxud onun tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməli, habelə cavabdehin sahibliyi və ya müdaxiləsi qanunsuz olmalıdır.
37. Bu normalara əsasən irəli sürülən tələbin əsaslı hesab edilməsi üçün həmin ünsürlərin hər biri müəyyən edilməlidir. Yəni iddiaçının bildirdiyi hallar və işin müəyyən edilən halları göstərilən dispozisiya şərtləri ilə uzlaşdıqda iddia əsaslı sayıla və təmin edilə bilər. Onlardan biri aşkar olunmadıqda sonrakı ünsürlərin araşdırılmasına zərurət olmur və iddia rədd olunmalıdır.
38. İşə mahiyyəti üz rə baxmış məhkəmələr də mübahisəli qeyri-yaşayış sahəsinə dair bu qaydada hüquqi dəyərləndirmə aparmış və MM-in 157.2-ci maddəsinin tətbiqində pozuntuya yol verməmişlər.
39. Lakin mübahisəli torpaq sahəsinə aid hissədə qeyd olunan hüquqi dəyərləndirmə aparılmamış, normanın birinci dispozisiya şərtini - iddiaçının mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olduğunu müəyyən etməmişlər. Belə olan halda, həmin normaların müstəqil əsas kimi işə tətbiq edilməsi qanuni olmamışdır.
40. Bununla belə həmin normaların tətbiqinin MM-in 157.8-ci maddəsi ilə əlaqəli şəkildə nəzərdən keçirilməsi mümkündür. Həmin maddəyə əsasən, mülkiyyət hüququnun müdafiəsinə dair hüquqlar mülkiyyətçi olmasa belə, əşyaya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla sahiblik edən şəxsə də mənsubdur. Mülkiyyət hüquq u ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
41. Kollegiya vurğulayır ki, bu normalarda müqavilədən irəli gələn tələb hüquqları (şəxsi hüquqlar) deyil, məhdud əşya hüquqlarından (servitut, uzufrukt, girov və s.) irəli gələn sahiblik və istifadə nəzərdə tutulmuşdur.
42. Əmlak hüquqlarının iki ayrı növü olan əşya və tələb hüquqları isə bir-birindən əhəmiyyətli dərəcədə fərlənirlər.
43. Belə ki, əşya hüquqları, başqa bir şəxsin vasitəçiliyinə gərək duyulmadan, müəyyən bir əşya üzərində birbaşa hakimiyyət təmin edən və hər kəsə qarşı irəli sürülə bilən hüquqlardır (mülkiyyət hüququ, servitut, ipoteka və s.). Bu səbəbdən əşya hüquqları mütləq hüquqlar sayılır.
44. Tə ləb hüquqları isə sahibinə borcludan hər hansı bir hərəkəti yerinə yetirməyi tələb etmək imkanı verir. Hətta kreditorun tələb hüququnun predmeti bir əşya olduqda belə vəziyyət dəyişmir (məsələn, alqı-satqı müqaviləsi üzrə alıcının əşyanın onun mülkiyyətinə verilməsini satıcıdan tələb etmək hüququ – MM-in 567-ci maddəsi; kirayə müqaviləsi üzrə kirayəçinin əşyanın onun istifadəsinə verilməsini kirayəyə verəndən tələb etmək hüququ – MM-n 675-ci maddəsi). Bu tələblər üzrə hərəkəti yerinə yetirmək öhdəliyi yalnız borcluya aiddir, digər şəxslərə aidiyyəti yoxdur. Ona görə də kreditor müqavilədən irəli gələn tələb hüququnu müqavilənin tərəfi olmayan üçüncü şəxslərə qarşı irəli sürə bilməz. Bu xüsusiyyətlərinə görə tələb hüquqları nisbi hüquqlar sayılır.
45. Beləliklə, tələb hüququ öhdəlik münas ibətlərində kreditorun borcludan bir hərəkəti yerinə yetirməsini tələb etmək səlahiyyətini özündə ehtiva edirsə, əşya hüququnun özü əşya üzərində birbaşa hakimiyyət təmin edir və hər kəs bu hüququ pozmamaq öhdəliyi daşıyır. Əşya hüququ mövcud və müəyyən bir əşya üzərində qurula biləcəyi halda, mövcud olmayan və gələcəkdə orataya çıxa biləcək bir əşya (məsələn, podratda hər hansı məmulatın hazırlanması) tələb hüququnun predmeti ola bilər.
46. Qanunverici, MM-in 157.8-ci maddəsində məhz məhdud əşya hüquqlarını (servitut, tikintiyə vərəsəlik hüququ və s.) tam əşya hüququ olan mülkiyyət hüququ ilə eyni səviyyədə qoruma altına almışdır. Bununla da, məhdud əşya hüququna sahib olan şəxs, MM-in 157-ci maddəsinə istinad etməklə öz hüququnu hər kəsə qarşı qoruya bilər.
47. Normanın qeyd olunan təfsi rinə və tətbiqinə dair qənaət ondan irəli gəlir ki, əvvəla, sözügedən müddəa Mülki Məcəllənin “Əmlak və Əşya hüququ” bölməsində yer alan “Mülkiyyət hüququnun ümumi müddəaları” adlı 6-cı fəslindəki “Mülkiyyətin müdafiəsi”nə dair 157-ci maddənin tərkibində nəzərdə tutulmuşdur. Yəni, məsələyə normaların sistematik təfsiri baxımından yanaşdıqda Məcəllənin Xüsusi Hissəsində tənzimlənən tələb hüquqlarına (7-ci bölmədəki müqavilədən əmələ gələn öhdəliklərə) aid bir qaydanın tam əşya hüququ sayılan mülkiyyət hüququna aid fəsildə və normada yer alması ağlabatan deyil. Bundan əlavə, mülkiyyət hüququnun müdafiəsinə dair qaydaların müqavilədən irəli gələn tələb hüquqlarına da şamil edilməsi, bu hüquqları eyniləşdirmək anlamına gəlir. Halbuki, yuxarıda göstərilən əlamətləri baxımından mahiyyətcə fərqli olan həmin hüquqlara (əşya və tələb hüquqlarına) eyni yanaşma sərgilənə bilməz. Əks halda, bu hüquqlar arasındakı fərqləndirmənin bir mənası qalmazdı.
48. Hazırkı işdə cavabdehin torpaq sahəsindən çıxarılmasını tələb edən iddiaçının hər hansı məhdud əşya hüququna malik olması məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Belə olan halda, iddianın MM-in 157.2 və 157.8-ci maddələrinin birgə tətbiqi ilə təmin edilməsi qanuni və əsaslı yanaşma sayıla bilməz.
49. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, mübahisəli torpaq sahəsinə dair iddiaçının tələbi Əmlak Məsələləri Dövlət Xidməti ilə bağladığı icarə müqaviləsinə əsaslanır. Beləliklə, iddiaçının torpaq sahəsinə dair icarə hüququ həmin müqavilədən irəli gələn tələb hüququdur. Bu hüquq üçüncü şəxslərə qarşı deyil, m üqavilə tərəfinə qarşı irəli sürülə bilər. Hazırkı işdə iddia müqavilənin tərəfinə (icarəyə verənə) qarşı deyil, üçüncü şəxs olan cavabdehə qarşı qaldırılmışdır. Belə olan halda iddiaçının tələbinin təmin edilməsi üçün əsas olan maddi hüquq norması məhkəmələr tərəfindən göstərilməmişdir.
50. Eyni zamanda, kollegiya qeyd edir ki, icarə və ya digər müqavilə əsasında əşyadan istifadə etmək hüququna malik olan şəxs üçüncü şəxslərin həmin əşyaya edilən müdaxiləsindən qorunmaq hüququ da mövcuddur. Lakin bu hüquq o vaxt yaranır ki, həmin əşya müqavilə əsasında ondan istifadə etmək hüququna malik olan şəxsin sahibliyində olmuş olsun. Belə hüququn müdafiəsi ilə bağlı iddia isə əşya hüququnun deyil, sahiblik hüququnun müdafiəsindən irəli gəlir.
51. Belə ki, MM-in 164.1-ci maddəsi sahibin iradəsi olm adan sahiblikdən məhrumetmə və onu pozmanın qadağan edilmiş özbaşınalıq sayıldığını nəzərdə tutur. MM-in bundan sonrakı maddələri isə sahibliyin müdafiəsinə dair qaydaları tənzimləyir.
52. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir (MM-in 159-cu maddəsi). Başqa sözlə, sahiblik bir əşya üzərində əməli (faktiki) hakimiyyəti iradəvi olaraq ələ keçirmiş və bunu itirməmiş olmaqdır. Şəxs öz iradəsi ilə bu hakimiyyəti tərk edənədək və ya iradəsi xaricində başqa biri onu ələ keçirənədək və ya hakimiyyəti başqa səbəbdən sona çatanadək əşyanın sahibi sayılır.
53. Sahibliyin verilməsi isə digər şəxsin əşya üzərində faktiki hakimiyyətinin təmin edilməsi, yəni əşyanın onun birbaşa - vasitəsiz sahibliyinə verilməsi və ya əşyaya vasitəli sahibliyinin təmin edilməsi ilə mümkün olur (MM-in 163.1-ci maddəsi).
54. Beləliklə, sahibliyin müdafiəsinə dair normaların tətbiq edilməsi üçün iddiaçının əşyanın (ilkin qazanma və ya sahibliyin verilməsi nəticəsində) sahibi olması və bu vəziyyətin cavabdeh tərəfindən özbaşınalıqla pozulması müəyyən edilməlidir.
55. Hazırkı işə mahiyyəti üzrə baxmış məhkəmələr isə iddiaçının mübahisəli torpaq sahəsinin sahibi olmasını, yəni həmin əşyanın onun sahibliyinə verilib-verilməməsi ilə bağlı dəqiq mövqe bildirməmişlər.
56. Halbuki, hazırki mübahisə üzrə (torpaq sahəsinə aid hissədə) sahibliyin müdafiəsinə dair normaların tətbiq edilib-edilməməsi birbaşa həmin halın müəyyən edilməsindən asılıdır.
57. Qeyd edilənlər ona dəlalət edir ki, məhkəmə mübahisəli torpaq sahəsinə aid hissədə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. Ona görə də apellyasiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və həmin hissədə iş yeni apellyasiya baxışına göndərilməlidir.
58. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 3 aprel tarixli 22(103)-360/2025 nömrəli qətnaməsi qismən – mübahisə predmeti olan torpaq sahəsindən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh və onun tabeliyində olan qurum “Bibiheybət” NQÇİ-nin rəhbər və işçi heyətinin çıxarılması hissəsində ləğv edilsin və iş həmin hissədə təkrar baxılması üçün apellyasiya instansiyası m əhkəməsinə qaytarılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.