Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-443/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu sədrliyi və məruzəsi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 26 aprel tarixli 2-2(103)317/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Cavabdeh ASC tərəfindən tərtib olunmuş abonent haqqında məlumatdan görünür ki, İddiaçı məxsus abonent kodu 053768 olan, Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev küçəsi, ev 35-də yerləşən mehmanxananın 14.100,60 manat məbləğində sudan istifadəyə görə borcu mövcuddur. Saldodan görünür ki, borc 2012-ci ildən yaranmış, illər üzrə artaraq 2021-ci il 16 may tarixinə borcun məbləği 14.100,60 manat olmuşdur.
2. İddia ərizəsinə əlavə edilmiş alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı 2019-cu il 28 yanvar tarixində ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini X1.
3. Cavabdeh ASC-nin 2021-ci il 28 sentyabr tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh ASC ilə İddiaçı arasında 2011-ci il 1 fevral tarixində müqavilə bağlanmış, su xətti üzərində 2014-cü il 4 noyabr tarixində smart tipli sayğac quraşdırılm ışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə 2022-ci 29 iyul tarixində Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, hazırda X2 (bundan sonra “A.Məmmədova”) mülkiyyətində olan ünvan 3, 1-ci giriş, 1-ci mərtəbə qapı 1, 2-ci mərtəbə qapı 1A ünvanında yerləşən 1.115,2 m2 sahədən ibarət qeyri-yaşayış sahəsi (“Otel Eqosit”) ilə bağlı əvvəlki mülkiyyətçi olan iddiaçıya hesablanmış 14.100,6 manat borcun silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və mediasiya xərci kimi ödənilmiş 200 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı 2019-cu il 28 yanvar tarixində Bakı şəhəri Nəsimi rayonu, Şövqiya r Abdullayev küçəsi 9A, 1-ci giriş, 1-ci mərtəbə, qapı 1, 2-ci mərtəbə qapı 1A ünvanında yerləşən 1.115,2 m2 sahədən ibarət qeyri-yaşayış sahəsini A.Məmmədovaya satmışdır. Bir müddət sonra cavabdehin əməkdaşları həmin qeyriyaşayış sahəsinə görə əvvəlki mülkiyyətçi olan iddiaçının 2011-2014-cü illər üzrə 14.100,6 manat borcunun qaldığını bildirərək, suyun verilməsini dayandırmışlar. Sonradan A.Məmmədova tərəfindən 1.200 manat ödəniş edildikdən sonra suyun verilişi bərpa olunmuş və 12.900,6 manat borcunun olduğu bildirilmişdir. Halbuki 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin 2015-ci il 4 mart tarixli 2-(81)-299/2015 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən “Otel Eqosit” adlı obyektə hesablanmış 1.568 manat məbləğində borcun iddiaçının hes abından silinməsinin cavabdehə həvalə edilməsi və cavabdehdən iddiaçının xeyrinə 8.604 manat məbləğin və 15 manat dövlət rüsumunun tutulması qət olunmuşdur. Ali Məhkəmənin 2016-cı il 27 oktyabr tarixli 2-2(102)-310/16 saylı Qərarı ilə, yuxarıda göstərilən qətnamə qüvvədə saxlanılmışdır. 2020-ci il 27 yanvar tarixində isə cavabdeh tərəfindən 8.619 manat məbləğində pul vəsaiti iddiaçıya ödənilmişdir.
6. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM”) 551.2.1-ci maddəsinin tələbinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Beləliklə, ünvan 3, 1-ci giriş, 1-ci mərtəbə qapı 1, 2-ci mərtəbə qapı 1A ünvanında yerləşən 1.115,2 kv.metr sahədən ibarət qeyri-yaşayış sah əsinə (Otel Eqosit) dair iddiaçıya hesablanmış 14.100,6 manat məbləğində borc qanunsuz və əsassızdır. Eyni zamanda borc öhdəliklərinə müddətin keçməsi səbəbi ilə xitam verilməlidir.
7. Eyni zamanda, ünvan 2 A, 1-ci giriş, 1-ci mərtəbə qapı 1, 2-ci mərtəbə qapı 1A ünvanında yerləşən 1.115,2 m2 sahədən ibarət qeyri-yaşayış sahəsinin (Otel Eqosit) hazırkı mülkiyyətçisi A.Məmmədova müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birinci və apellyasiya instansiyaları məhkəmələrində borcun silinməsinə nail olmuşdur. Lakin Ali Məhkəmənin 2022-ci il 26 aprel tarixli 2(102)-1900/2022 saylı Qərarı ilə borc məbləği iddiaçıya yazıldığından və A.Məmmədovanın həmin borcun silinməsini tələb etməyə subyektiv hüququ olmadığından qətnamələr ləğv edilərək, A.Məmmədovanın iddiası təmin edilməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
8. İddia tələbinin maddi hüquqi əsası kimi MM-in 551.2.1-ci maddəsinə istinad edilmişdir.
9. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim etməmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 22 sentyabr tarixli e-2-2(113)-4364/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh tərəfindən ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə aid 053768 nömrəli abonent koduna yazılmış 14.100,60 manat məbləğində borcun silinməsi, mediasiya xərci kimi ödənilmiş 200 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – E.Əliyev)
11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh 14.100,60 manat məbləğində borcun yaranmasının səbəbl əri və dövrü ilə bağlı heç bir sübut təqdim etməməklə yanaşı, yeni nəsil smart kart tipli sayğaclara əvvəl pul yüklənir, daha sonra həmin vəsaitə uyğun həcmdə su abonentə verilir, həmin sayğacda pul balansı “0” olduğu təqdirdə suyun verilməsi dayandırılır, yalnız əlavə vəsait yüklənəndən sonra suyun verilişi bərpa edilir, bu isə o deməkdir ki, bu qayda ilə işləyən sayğacda 2014-cü ilin noyabr ayından (sayğacın quraşdırıldığı vaxt) sonra hər hansı borcun yaranması mümkün deyil. Həmçinin hətta sözügedən borc 2014-cü ilin noyabr ayından qabaq yaransa belə, MM-in 551.2.1-ci maddəsinə əsasən vaxtaşırı ödənişlər haqqında tələblər üçün nəzərdə tutulan beş il müddət keçdiyindən cavabdehin sözügedən borc məbləği ilə bağlı tələbi təmin edilə bilməz.
12. İddiaçının hazırkı tələbi irəli sürməkdə subye ktiv hüququnun olmaması ilə bağlı cavabdehin istinad etdikləri ilə bağlı məhkəmə qeyd etmişdir ki, 053768 nömrəli abonent kodu üzrə suyun alıcısı qismində məhz iddiaçı rəsmiləşdirilmişdir.
13. Birinci instansiya məhkəməsi öz mövqeyini MM-in 551.2.1-ci, “Mediasiya haqqında” Qanunun 36.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
14. Cavabdeh 2022-ci il 18 noyabr tarixində apellyasiya şikayəti verməklə, həmin qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 66.15 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 26 aprel tarixli 2-2(103)-317/2023 sayl ı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia rədd edilmişdir (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və A.Hüseyn).
16. İşdəki saldodan və maliyyə arayışından görünür ki, iddiaçının silinməsini tələb etdiyi borc sudan və kanalizasiya xidmətindən istifadəyə görə 2012-ci ildən 2018-ci ilədək yaranmış və illər üzrə artmış borcdan ibarətdir.
17. İddiaçı MM-in 551-ci maddəsinə əsasən tələbetmə müddəti bitdiyi üçün həmin borcun silinməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60maddəsi baxımından şərh olunmasına dair” 2023-cü il 15 fevral tarixli qərarında qeyd edilmişdir ki, MM-in 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir.
18. Qeyd edilən qərarda ifadə edilmiş hüquqi mövqeyə görə, MM-in 551.2.1-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət deyil, iddia müddəti olduğu üçün bu müddətin keçməsi öhdəliyin xitam olunmasına əsas vermir. Buna görə də öhdəliyin xitam olunması əsası ilə borcun silinməsi barədə iddiaçının tələbi təmin edilə bilməz.
19. İddia rədd edildiyindən cavabdehin apellyasiya şikayəti verilməsi üçün ödədiyi 66,5 manat dövlət rüsumu iddiaçıdan cavabdehin xeyrinə tutulmalıdır.
20. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 552.1, 551.2.1, 553.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azər baycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 2023-cü il 15 fevral tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 119, 124-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
21. Həmin qətnamə 2023-cü il 8 may tarixində tərəflərə məktub ilə göndərilmiş və elektron kabinetlərində yerləşdirilmişdir.
22. İddiaçı 2023-cü il 3 iyul tarixində kassasiya şikayəti verməklə, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam şəkildə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin və onlara qarşı etirazların dəlilləri a) Kassasiya şikayətinin dəlill əri
23. MM-in 551.2.1-ci maddəsi üzrə - Apellyasiya instansiyası məhkəməsi iş materiallarını, o cümlədən iddia ərizəsinin əsaslarını lazımi şəkildə araşdırmadan, işi öyrənmədən belə qənaətə gəlmişdir ki, iddiaçı MM-in 551-ci maddəsinə əsasən tələbetmə müddəti bitdiyi üçün həmin borcun silinməsini tələb edir. Halbuki iddia ərizəsində iddia tələbinin iki əsası göstərilmişdir: 1 ) 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin 2015-ci il 4 mart tarixli 2-(81)-299/2015 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən “Otel Eqosit” adlı obyektə hesablanmış 1.568 manat məbləğində borcun iddiaçının hesabından silinməsinin cavabdehə həvalə edilməsi və cavabdehdən iddiaçının xeyrinə 8.604 manat məbləğin və 15 manat dövlət rüsumunun tutulması qət olunmuşdur. Al i Məhkəmənin 2016-cı il 27 oktyabr tarixli 2-2(102)-310/16 saylı Qərarı ilə yuxarıda göstərilən qətnamə qüvvədə saxlanılmışdır. 2020-ci il 27 yanvar tarixində isə cavabdeh tərəfindən 8.619 manat məbləğində pul vəsaiti iddiaçıya ödənilmişdir. Belə olan halda hansı borc məbləğindən söhbət getdiyi anlaşılan deyil. Apellyasiya instansiyası məhkəməsi bu əsasa ümumiyyətlə qiymət verməmiş və bu əsası araşdırmamışdır. 2) İddia tələbinin digər əsası isə borc öhdəliklərinə müddətin keçməsi səbəbi ilə xitam verilməsindən ibarət olmuşdur. Apellyasiya instansiyası məhkəməsi iddia tələblərinin yalnız bu əsasına hüquqi qiymət vermiş və Konstitusiya Məhkəməsinin müvafiq qərarına istinad etmişdir. Beləliklə məhkəmə yalnız bu maddi hüquq normasını tətbiq edərək, iddianı rədd etməkdə yanlışlığa yol vermişdir.
24. MPM-in 88-ci maddəsi üzrə - Apellyasiya instansiyası məhkəməsi iddia tələblərinin birinci əsasını araşdırmamışdır. Halbuki iş materiallarından görünür ki, cavabdeh 14.100,60 manat məbləğində borcun yaranmasının səbəbləri və dövrü ilə bağlı heç bir sübut təqdim etməmişdir. Yeni nəsil smart kart tipli sayğaclara əvvəl pul yüklənir, daha sonra həmin vəsaitə uyğun həcmdə su abonentə verilir, həmin sayğacda pul balansı “0” olduğu təqdirdə suyun verilməsi dayandırılır, yalnız əlavə vəsait yüklənəndən sonra suyun verilişi bərpa edilir, bu isə o deməkdir ki, bu qayda ilə işləyən sayğacda 2014-cü ilin noyabr ayından (sayğacın quraşdırıldığı vaxt) sonra hər hansı borcun yaranması mümkün deyildir. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnamədə göstərmişdir ki, işdəki saldodan və mali yyə arayışından görünür ki, iddiaçının silinməsini tələb etdiyi borc sudan və kanalizasiya xidmətindən istifadəyə görə 2012-ci ildən 2018-ci ilədək yaranmış və illər üzrə artmış borcdan ibarətdir. Lakin məhkəmə bu borcun tərkibinə həmin borcun əvvəlki məhkəmə qərarları ilə silinmiş borclar aid olub-olmamasını müəyyənləşdirməmiş və ümumiyyətlə bu istiqamətdə hər hansı bir araşdırma aparmamaqla işdəki sübutlara tam və hərtərəfli baxmamışdır. Əvvəlki məhkəmə qərarlarının preyudisiallığı nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad e tməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
551. Öhdəliklərin xitamı üçün müddətlər... 551.2. Aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər;...” “Maddə
552. Öhdəliklərin xitamı üçün müddətin axımının başlanması 552.1. Müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır....” “Maddə
553. Öhdəliklərin xitamı üçün müddətin kəsilməsi 553.1. Aşağıda kı hallarda müddətin axımı kəsilir: 553.1.1. mükəlləfiyyətli şəxs tələbi ixtiyarlı şəxsə hissə-hissə ödənişlərlə, faizlər ödəməklə, təminat verməklə və ya digər üsulla icra edirsə; 553.1.2. ixtiyarlı şəxs məhkəməyə iddia verirsə....”
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2023-cü il 15 fevral tarixli Qərarında müəyyən edilmişdir ki: “1.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir....”
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Babayevin şikayə ti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 25 fevral 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 28 dekabr tarixli qərarında qeyd edilmişdir ki: “Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı hüquqi mövqeyi ondan ibarətdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli Qərarı).”
32. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 4 nömrəli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun....
17. Kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər....”
33. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Huk Niderlanda qarşı” iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırm aq vəzifəsini qoyur.
34. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kraska İsveçrəyə qarşı iş” üzrə 1993cü il 19 aprel tarixli qərarında məhkəmə araşdırmasının ədalətli aparılıb-aparılmamasının müəyyənləşdirilməsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı “məhkəmə” üçün öhdəlik yaradır ki, o, öz qərarına aid olub-olmamasına dair qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırsın (§ 30)
35. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə di nlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (“Hiro Balani İspaniyaya qarşı” iş üzrə 1994-cü il 9 dekabr, “Kuznetsov və digərləri Rusiyaya qarşı” iş üzrə 2007-ci il 21 yanvar tarixli Qərarları).
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi dü zgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq nor malarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” İV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
37. İddiaçı hazırda A.Məmmədovanın mülkiyyətində olan qeyri-yaşayış sahəsi (“Otel Eqosit”) ilə bağlı əvvəlki mülkiyyətçi olan iddiaçıya hesablanmış 14.100,6 manat borcun silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi iddianı təmin etmiş, apellyasiya instansiya məhkəməsi aşağı məhkəmənin qətnaməsini ləğv edərək iddianı rədd etmişdir.
38. Apellyasiya instansiyası məhkəməsi iddiaçının MM-in 551-ci maddəsindəki tələbetmə müddəti bitdiyi üçün həmin borcun silinməsini tələb etdiyini göstərmiş, öz qətnaməsində yalnız həmin dəlil üzrə əsaslandırma apararaq, Konstitusiya Məhkəməsinin Plenumunun 2023-cü il 15 fevral tarixli qərarına istinadən belə nəticəyə gəlmişdir ki, MM-in 551.2.1-ci maddədə nəzərdə tutulmuş müddət kəsici müddət deyil, iddia müddəti olduğu üçün bu müddətin keçməsi öhdəliyin xitam olunmasına əsas vermir.
39. Halbuki iddia ərizəsindən, habelə müahisələndirilən qətnamənin təsviri hissəsinin özündən də məlum olur ki, iddiaçı borcun silinməli olmasının başqa ə saslarını da qeyd etmişdir.
40. Belə ki, iddia ərizəsinin əsaslarına görə, 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin 2015-ci il 4 mart tarixli 2-(81)-299/2015 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçıya məxsus “Otel Eqosit” adlı obyektə hesablanmış 1.568 manat məbləğində borcun iddiaçının hesabından silinməsinin cavabdehə həvalə edilməsi və cavabdehdən iddiaçının xeyrinə 8.604 manat məbləğin tutulması qət olunmuş, həmin qətnamə qüvvədə saxlanılmışdır. 2020-ci il 27 yanvar tarixində isə cavabdeh tərəfindən 8.619 manat məbləğində pul vəsaiti iddiaçıya ödənilmişdir. Belə olan halda hazırda hansı borc məbləğindən söhbət getdiyi anlaşılan deyil.
41. Bununla əlaqədar hazırkı iş üzrə birinci instansiya məhkəməsi də hesab etmişdir ki, cavabdeh 14.100,60 manat məbləğində borcun yaran masının səbəbləri və dövrü ilə bağlı heç bir sübut təqdim etməməklə yanaşı, yeni nəsil smart kart tipli sayğaclara əvvəl pul yüklənir, daha sonra həmin vəsaitə uyğun həcmdə su abonentə verilir, həmin sayğacda pul balansı “0” olduğu təqdirdə suyun verilməsi dayandırılır, yalnız əlavə vəsait yüklənəndən sonra suyun verilişi bərpa edilir, bu isə o, deməkdir ki, bu qayda ilə işləyən sayğacda 2014-cü ilin noyabr ayından (sayğacın quraşdırıldığı vaxt) sonra hər hansı borcun yaranması mümkün deyil.
42. Lakin apellyasiya instansiyası məhkəməsi iddiaçının həmin dəlilləri, habelə birinci instansiya məhkəməsinin bununla bağlı gəldiyi nəticə üzrə heç bir hüquqi qiymətləndirmə aparmasmışdır.
43. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işdəki saldoya və maliyyə arayışına istinadən öz qətnaməsin də göstərmişdir ki, iddiaçının silinməsini tələb etdiyi borc sudan və kanalizasiya xidmətindən istifadəyə görə 2012-ci ildən 2018-ci ilədək yaranmış və illər üzrə artmış borcdan ibarətdir.
44. Lakin məhkəmə bu borcun tərkibinə əvvəlki məhkəmə qərarları ilə silinmiş borcların daxil olub-olmamasını müəyyənləşdirməmiş və ümumiyyətlə işdəki sübutlar üzrə bu istiqamətdə hər hansı dəyərləndirmə aparmamaqla işə tam və hərtərəfli baxmamış, əvvəlki məhkəmə qərarlarının hazırkı işdə preyudisial əhəmiyyət kəsb edib-etməməsini əsaslandırmamışdır.
45. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iddianın əsaslarının bir qisminə, bununla əlaqədar iddiaçının gətirdiyi dəlillərə, təqdim etdiyi sübutlara qiymət verməmişdir.
46. Məhkəmə kollegiyasının mövqeyinə görə, iddianı rədd edən məhkəmə tərəfindən id diaçının bütün dəlillərinə qiymət verilməməsi iş üzrə əsassız nəticəyə gəlinməsinə səbəb olmaqla yanaşı, həm də hüququn təməl sütunu hesab edilən hüquqi müəyyənlik prinsipinə, bununla bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun, Ali Məhkəməsi Plenumunun, eləcə də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdıqları hüquqi mövqelərə ziddir.
47. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunun aliliyinin əsas elementlərindən biri kimi, hüquqi müəyyənlik prinsipi ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmə qərarlarında həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalı, işin ədalətli həll ini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (bax yuxarıda § 31).
48. Ali Məhkəmə Plenumunun mövqeyinə görə, qətnamədə iş üçün əhəmiyyətli olan, işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmədikdə, məhkəmənin qəti nəticəsi şərh edilmədikdə, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olmadıqda, qətnamə əsaslı hesab edilə bilməz; kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər (bax yuxarıda § 32).
49. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin də mövqeyi ondan ibarətdir ki, məhkəmə nin vəzifəsi öz qərarına aid olub-olmamasına dair qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaqdır. Məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir, ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (bax yuxarıda § 33-35).
50. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları onların aidliyi, mümkünlüyü və mötəbərliyi baxımından qiymətləndirərkən MPM-in 88-ci maddəinin (bax yuxarıda § 36) tələblərini pozmuş, nəticədə MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 36) zidd olaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
51. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 26 aprel tarixli 2-2(103)-317/2023 saylı qətnaməsi ləğv edilməli və iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalıdır.
52. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, iddiaçının bütün dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmalı, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.
53. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏR ARA ALİR: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 26 aprel tarixli 22(103)-317/2023 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.