Məhkəmə qərarları › İş №2-2(102)-444/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-444/2022

13.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-444/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı X1 Kooperativinin Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: istehlak edilmiş suya görə borcun silinməsi, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, iddiaçı Kənd X1 Kooperativinin Cavabdeh ASC-yə qarşı “borcun silinməsi, içməli və istehsalat məqsədli su ilə təmin edilmə” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 2 mar t tarixli, 2-2(103)-170/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. X5 Kooperativi (bundan sonra-“iddiaçı”) ilə Cavabdeh ASC (bundan sonra“cavabdeh”) arasında bağlanmış 2020-ci il 12 oktyabr tarixli, 19355378 nömrəli “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan Müqavilə”də göstərilmişdir ki, bu müqavilə su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82 Dövlət Standartının tələblərinə uyğun, məişət (təsərrüfat)-içməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlə nməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir.

2. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən, müəssisə ayda 1 dəfədən az olmayaraq (smart-kart tipli sayğaclar istisna olmaqla) istehlakçı tərəfindən istifadə edilmiş suyun və axıdılmış çirkab suyun hesabatını aparır və müvafiq qaydada tərtib edilmiş ödəniş sənədini istehlakçıya təqdim edir.

3. Cavabdeh tərəfindən tərtib olunmuş, 2018-ci il 3 aprel tarixli mexaniki su sayğacının laborator yoxlamadan keçirilməsi haqqında arayışdan görünür ki, 2018-ci il 9 fevral tarixdə 0253 saylı mexaniki su sayğacı istifadəyə yararsız olduğundan çıxarılaraq NÖCİ-nə göndərilmiş, həmçinin abonentin su təchizatı dayandırılmış və N 308126 loqoli plomb ilə plomblanmışdır. Daha sonra 2018-ci il 3 aprel tarixində abonentin öz vəsaiti hesabına alınmış 200126 saylı smart tipli su sayğacı cavabdeh tərəfindən quraşdırılaraq plomblanmışdır.

4. Cavabdehin Nəzarət Ölçü Cihazların Kalibrləmə laboratoriyasının 2018-ci il 15 fevral tarixli 0253/0032191 saylı rəyindən görünür ki, 0253 saylı mexaniki su cihazının zavod plombuna və hesablama mexanizminə müdaxilə aşkar olunmuş, su cihazının təmirə və istifadəyə yararsız olması müəyyən olunmuşdur.

5. Abonent haqqında məlumata əsasən iddiaçının 2020-ci il 29 oktyabr tarixinə qalıq borcu 34.729 manat təşkil etmişdir.

6. İddiaçı tərəfindən cavabdehə 2018-ci il 4 iyun və 2020-ci il 30 iyun tarixli məktublar göndərilərək, sayğaca müdaxilə olunmadığı və iddiaçıya əsassız borcun hesablandığı bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı 2021-ci il 14 yanvar tarixində cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, (üçüncü şəxs X2 olmaqla) iddiaçının məişət (təsərrüfat) içməli və istehsalat məqsədli su ilə təmin edilməsinin cavabdehin üzərinə qoyulması, dəymiş maddi zərərə görə 15.600 manat məbləğində pul vəsaitinin cavabdehin hesabından iddiaçının xeyrinə tutulması və iddiaçıya qanunsuz hesablanmış 34.749 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı fəaliyyətini dayandırmış olduğu 6-7 ildən artıq müddətdən sonra fəaliyyətini yenidən bərpa edərkən 2018-ci il 9 fevral tarixində cavabdehin əməkdaşları tərəfindən smart tipli sayğacın quraşdırılmalı olması əsası ilə müəssisəyə məxsus sayğac iddiaçının vəsaiti hesabına yeni sayğacla dəyişdirilmiş, sonradan iddiaçıya 35.000 manat cərimənin hesablanması barədə məlumat verilsə də, bu borcun hansı qaydada hesablanmasına dair müvafiq sənədlər təqdim olunmamışdır. Müəssisəyə su təminatının həyata keçirilməsi üçün əsas boru kəmərinə qoşulmaqla 3 min metrdən artıq boru xətti də iddiaçının vəsaiti hesabına çəkilsə də, suyun təzyiqi aşağı olduğundan, müəssisə su ilə yalnız elektrik enerjisi hesabına işləyən nasos vasitəsi ilə təmin edilə bilmiş, əvvəlki dövrlərdə sayğac dəyişdirildikdən sonra iddiaçı tərəfindən suyun təmin olunması üçün istifadə olunan su nasosu üçün istehlak olunmuş elektrik enerjisinin və iddiaçı tərəfindən 2016-2018 və 2018-2020-ci illər ərzində istehlak edilmiş suyun dəyəri eyni olmuşdur. Bu səbəbdən, iddiaçı hesab edir ki, ona istehlak edilmiş suy a görə hesablanmış borc əsassız olmuş və onun tərəfindən su sayğacına müdaxilə edilməmişdir. İddiaçı tərəfindən cavabdehə qarşı borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunsa da, sonradan mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi ehtimalı yarandığından, iddia ərizəsi geri götürülmüş və baxılmamış saxlanılmışdır.

9. Bundan başqa, tərəflər arasında 2006-cı il 6 yanvar tarixli müqavilənin mövcud olmasına və həmin müqavilədə tərəflərin onun ləğvi ilə bağlı təşəbbüs göstərmədiyi təqdirdə onun hər növbəti il üçün uzadılmasının öz əksini tapmasına baxmayaraq, cavabdeh tərəfindən iddiaçıya 2020-ci il 12 oktyabr tarixli 3 illik müqavilə təqdim olunmuş, əvvəlki müqavilədə hər 1 m3 suyun əlavə dəyər vergisi ilə birlikdə qiyməti 28,3 qəpik müəyyən olunsa da, yeni müqaviləd ə bu qiymət 1 manat təşkil etmişdir.

10. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 25, 26, 71-ci, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunun 1, 2, 5, 12, 13, 19-cu maddələrinə istinad olunmuşdur.

11. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim olunmamışdır.

12. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 15 aprel tarixli, e-2-2(113)-969/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən iddiaçıya hesablanmış 34.749 manat məbləğində borcun silinməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır (hakim A.Əliyeva).

13. Həmin məhkəmə işin § 1-6-da qeyd olunan hallarına istinad edərək gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və nəticəsi mübahisələndirilən aktdan cavabdehin iddiaçı barəsində apardığı yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl olunmadığı, yoxlamanın vahid məlumat reyestrində qeydə alınmadığı aydın olmuşdur. Cavabdehin hər hansı yoxlamanı aparmadığı, sayğacın yeni smart tipli sayğacla dəyişdirildiyi üçün baxış keçirilməsi barədə dəlilləri ilə bağlı qeyd edilmşdir ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən dəyişmə ilə bağlı cavabdehə müraciət olunması öz təsdiqini tapmamış, eyni zamanda sayğac fevral ayında çıxarılmış, yeni tipli smart sayğac aprel ayında quraşdırılmışdır.

14. Məhkəmə su ilə təmin olunma öhdəliyinin cavabdehin üzərinə qoyulması və maddi zərərin tutulması tələbini əsassız hesab edərək göstərmişdir ki, iddia ərizəsində istinad olunan göstərilən halları sübut et mək vəzifəsi MPM-nin 77.1-ci maddəsinə uyğun olaraq iddiaçının üzərinə düşsə də, iddiaçı göstərilən dəlillərini, sübuta yetirə bilməmişdir.

15. Məhkəmə gəldiyi nəticəni “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3.2, 31.2, 31.2.3-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin (bundan sonra – “Əsasnamə”) 1.4, 1.5, 5.2-ci bəndlərinə, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30.1, 61.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli, 262 s aylı Qərarı ilə təsdiq edilmiş “X4”nın (bundan sonra – “Qaydalar”) 4.1.3, 5.1, 6.15-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

16. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını, iddiaçı isə apellyasiya şikayəti verərək onun iddia tələbinin təmin olunmadığı hissədə ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişlər.

17. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 14 oktyabr tarixli, e-2-2(113)-969/2021 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. b) Apellyasiya instansiyası məhkəməsində ki icraat

18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 2 mart tarixli, 2-2(103)-170/2022 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər V.Baxışova (sədrlik edən və məruzəçi), V.Məmmədov və R.Qurbanov).

19. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə apellyasiyanın hədləri ilə bağlı göstərmişdir ki, qətnamə cavabdeh tərəfindən iddianın təmin edildiyi hissədə mübahisələndirildiyindən apellyasiya baxışının predmetini həmin hissə təşkil edir.

20. Həmin məhkəmə birinci instansiya məhkəaməsinin iddiaçıya hesablanmış 34.729 manat borcun silinməsi barədə nəticəsi ilə razılaşmış və qeyd etmişdir ki, apellyasiya şikayətində n də göründüyü kimi, Cavabdeh ASC-nin əməkdaşları iddiaçı tərəfin səlahiyyətli şəxslərinin razılığı ilə 09 fevral 2018-ci ildə iddiaçının su təchizatı sisteminə cari baxış keçirmiş, iddiaçının mexaniki su sayğacı çıxarılaraq yoxlamaya göndərilmiş, 15 fevral 2018-ci il tarixli, 0253/0032191 saylı rəyə əsasən sayğacın zavod plombuna və hesablama mexanizminə müdaxilə aşkar olunmuş və həmin rəy əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X4nın” 4 nömrəli əlavəsinə uyğun olaraq dəymiş ziyan hesablanmışdır. Həmin Qaydaların 6.16 və 6.17-ci bəndlərinin tələblərindən göründüyü kimi, istehlakçının suölçən cihazın və onun üzərindəki plombun zədələnməsi halları aşkar olunduqda bu barədə akt tərtib edilməklə dəymiş ziyan hesa blana bilərdi.

21. Hazırkı halda Cavabdeh ASC iddiaçıya məxsus obyektdən çıxarılmış mexaniki sayğaca müdaxilə edildiyini və üzərindəki plombun zədələndiyini iddia etdiyi halda bu barədə qanunla nəzərdə tutulmuş qaydada müvafiq akt tərtib edilməmişdir.

22. Məhkəmə həmçinin göstərmişdir ki, Qaydaların 6.15-ci bəndinə əsasən suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının Xidmətin müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmini aşağıdakı qaydada müəyyənləşdirir və hesablaşma aparır: istehlakçının müdaxiləsi halında bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq; pozuntu (suölçən cihazın göstəricilərinin xətasının Xidmətin müəyyən et diyi normalardan artıq olması) aşkar edildikdə isə istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə(istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən.

23. Cavabdeh iddiaçıdan tələb edilən 34 729 manat borcun hansı qaydada və hansı dövr üçün hesablanması barədə məhkəməyə hər hansı sənəd təqdim etməmiş, sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiq edən sübutlar iş materiallarına əlavə olunmamışdır.

24. Apellyasiya şikayətində bu barədə məhkəməyə fotoşəkillər təqdim edildiyi qeyd edilsə də, iş materiallarına əlavə edilmiş fotoşəkillərlə cavabdehin dəlillərinin əsaslı olduğu təsdiq olunmur.

25. Bundan əlavə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Az ərbaycan Respublikası Qanunun 3.2, 31.2, 31.2.3-cü maddələrinə, Qaydaların 6.15, 6.16, 6.17-ci, Əsasnamənin 1.4, 1.5, 5.2-ci bəndlərinə uyğun olaraq, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır.

26. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 28 mart tarixində iş üzrə tərəflərə və onların nümayəndələrinə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmiş, cavabdeh həmin qətnamədən 2022-ci il 6 may tarixdə kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi və ödənilmiş 97,13 manat dövlət rüsumunun iddiaçıdan tutularaq cavabdehə ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayəti nin dəlilləri

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 1097.1, 1115-ci maddələrinin, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci bəndinin, 72-ci maddəsinin, Qaydaların 4.1.5, 6.15-ci bəndlərinin tələbləri pozulmuşdur-cavabdehin əməkdaşlarının iddiaçı tərəfin səlahiyyətli şəxslərinin razılığı ilə həyata keçirdikləri su təchizatı sisteminə cari baxış sahibkarlıq fəaliyyətinin yoxlanılması kimi qiymətləndirilə bilməz. Bu baxış qanunvericiliyin tələblərinə riayət edilməklə həyata keçirilmişdir. Belə ki, fövqəladə hadisə zamanı, obyekt sahibi işlərin aparılmasına etiraz etmədikdə və suyun çirklənməsini, ondan qeyri məqsədlər üçün və səmərəsiz istifadəni aradan qaldırmaq və həmçinin Qanunun müddəalarının pozulmasının qarşısını almaq üçün su təchizatı və kanalizasiya müəssisələrinin səlahiyyətli nümayəndələri obyektlərə əvvəlcədən bildirmədən daxil ola bilərlər. Cavabdehin əməkdaşları tərəfindən iddiaçının su təchizatı sisteminə baxış keçirilməsi onun sahibkarlıq fəaliyyətinin və ya təsərrüfat fəaliyyətinin yoxlanılması olmadığından, bu baxışın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilməsi barədə tələbin heç bir hüquqi əsas olmamışdır. Tərəflər arasında bağlanmış su təchizatı və kanalizasiya xidmətlərinə dair müqavilənin 4.1.5-ci bəndinə əsasən, müəssisə ölçü cihazlarına, siyitmələrə, hidrantlara və digər tənzimləyicilərə vurulmuş möhürlərin (plombların) bütövlüyünü təmin edir, onları daim işlək vəziyyətdə saxlayır.

28. MPM-in 77.1, 88 və 175.1-ci maddələrinin tələb ləri pozulmuşdur-iddiaçı tərəf öz tələblərinin əsaslandığı halları sübut etməli olduğu halda, bununla bağlı məhkəməyə sübut qismində heç bir sənəd təqdim etməmişdir. Cavabdeh tərəfindən isə sayğaca müdaxilə faktını təsdiq edən sübutlar, borcun hesablanması qaydası haqqında məlumatı özündə əks etdirən abonent məlumat vərəqələri təqdim olunsa da, məhkəmə cavabdeh tərəfindən təqdim olunmuş sübutlara lazımi hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin verildiyi gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

31. MPM-in 403 və 416-cı maddələrinin tələblərinə uyğun olaraq, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı baxımından yoxlanılacaqdır.

32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi qiymətləndirilməməlidir. III. faktiki halların yoxlanılması və araşdırılması kimi TƏTBİQ EDİLƏN HÜQUQ 33. “Sahibk arlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun müddəalarında nəzərdə tutulmuşdur: “ M a d d ə

3. Yoxlamaların qanuniliyi... 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.” M a d d ə

31. Yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi... 31.

2. Yoxlama aktında aşağıdakılar göstərilir: 31.2.1. yoxlayıcı orqanın adı; 31.2.2. aktın nömrəsi və tərtib edildiyi tarix; 31.2.3. yoxlamaların vahid məlumat reyestrindən verilən kod; …”

34. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamədə nəzərdə tutulmuşdur: İ. Ümumi müddəalar... 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəali yyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur....” V. Reyestrdən məlumatların verilməsi qaydası... 5.2. Yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması ba rədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır....” 35. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarında nəzərdə tutulmuşdur: “ M a d d ə 3

0. Verilən suyun həcminin hesablanması

1. Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanma mış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz....” “ M a d d ə 6

1. Xidmət haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri

1. Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır....”

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli, 262 saylı Qərarı ilə təsdiq edilmiş “X4”nın

4. İstehlakçıların vəzifələri 4.1. İstehlakçıların vəzifələri aşağıdakılardır:... 4.1.3. bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdıla n tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək;...” “5. İstehlakçıların hüquqları 5.1. İstehlakçıların hüquqları aşağıdakılardır: 5.1.1. qanunsuz qoşulma ilə əlaqədar tərtib olunmuş akt və onun məzmunu barədə öz mülahizələrini, izahatlarını təqdim etmək, habelə aktı imzalamaqdan imtina etmək; 5.1.2. su təchizatı və kanalizasiya xidmətləri və sudan istifadə üçün müqavilə bağlanılmasını tələb etmək; 5.1.3. müqavilə öhdəliklərinin icrasını tələb etmək; 5.1.4. müqavilədə və mülki qanunvericilikdə göstərilmiş hallarda və qaydada müqavilə öhdəliyinin icrasından birtərəfli qaydada imtina etmək; 5.1.5. verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək; 5.1.6. tələbatına görə keyfiyyət standartlarına uyğun məişət (təsərrüfat)-içməli su ilə təmin olunmaq; 5.1.7. tullantı sularının fasiləsiz axıdılmasını tələb etmək; 5.1.8. STKM-in balansında olan STTSAS-da baş vermiş qəzaların, nasazlıqların aradan qaldırılmasını tələb etmək.”

6. Suölçən cihazların quraşdırılması və istismarı... 6.15. Suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının Xidmətin müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmini aşağıdakı qaydada müəyyənləşdirir və hesablaşma aparır: 6.15.1. istehla kçının müdaxiləsi halında bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq; 6.15.2. pozuntu (suölçən cihazın göstəricilərinin xətasının Xidmətin müəyyən etdiyi normalardan artıq olması) aşkar edildikdə isə istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən. 6.16. Su təchizatı qurğularının, suölçən cihazın və onun üzərindəki plombun zədələnməsi halları aşkar olunduqda, habelə STKM-in nümayəndəsinin suölçən cihaza baxmasına istehlakçı tərəfindən lazımi şərait yaradılmadıqda, müvafiq akt tərtib edilir. Aktın bir nüsxəsi istehlakçıya təqdim edilir. 6.17. Tərtib edilmiş akta əsasən istehlakçının təqsiri üzündən STKM-ə maddi zərər vurulması müəyyən edildikdə, dəymiş ziyan hesabla naraq istehlakçıya ödəniş sənədi təqdim edilir....”

37. Azərbaycan Respublikasının Mülki Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 4 16.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.....” İV.KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdi rilməsi üçün əsas yoxdur. 39.Cavabdehin kassasiya şikayətinin dəlillərinə gəldikdə qeyd edilməlidir ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, mübahisəli borc cavabdeh tərəfindən iddiaçıya məxsus su təchizatı sisteminə baxış keçirililməsinin nəticələri üzrə hesablanmışdır. Eyni zamanda cavabdeh iddiaçıdan tələb edilən 34.729 manat borcun hansı qaydada və hansı dövr üçün hesablanması barədə məhkəməyə hər hansı sənəd təqdim etməmişdir (bax yuxarıda § 20-23). 40.İddia tələbi üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3.2, 31.2, 31.2.3-cü maddələrinə istinad olunaraq qeyd olunmuşdur ki, cavab deh tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmamış, sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus təsərrüfat subyektində aparılacaq yoxlama, Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeyd alınmadan aparılmışdır. Ona görə də, həmin yoxlamanın hüquqi qüvvəsi nəticəsi yoxdur, iddiaçıdan həmin yoxlama nəticəsində hesablanan zərərin əvəzi tələb oluna bilməz. 41.Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin nəticəsini qanunvericiliyin qeyd olunan tələblərinə uyğun hesab edir. 42.Cavabdeh kassasiya şikayətində yoxlama deyil, iddiaçının su təchizatı sisteminə cari baxış keçirildiyini göstərsə də, “Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və Azərbaycan Respublikası Prezidentinin 2 011-ci il 15 fevral tarixli, 383 saylı Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin (bax yuxarıda § 34) hər hansı istisna olmadan, imperativ şəkildə, bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) müvafiq Reyestrdə qeydiyyata alınmasının təmin edilməsi müəyyən edilmişdir. Baxılan iş üzrə isə həmin tələblərə əməl edilməmişdir. Bu baxımdan Kollegiya kassasiya şikayətinin maddi hüquq normalarının pozulmasına dair dəlillərini əsassız hesab edir. 43.Məhkəmə kollegiyası şikayətin prosessual hüquq normalarının pozulması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, pros essual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 14, 77.1, 80, 88-ci maddələrinin tələblərinə əməl edilmiş (bax yuxarıda § 37), işdəki sübutlar ətraflı araşdırılmış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

44. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilmə məlidir.

45. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 02 mart tarixli 2-2(103)-170/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.M.Məmmədli B. F.Qəribov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar