Məhkəmə qərarları › İş №2-2(102)-447/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-447/2019

30.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-447/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı x1 cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Hüseynova Zəmilə Əli qızının katibliyi, İddiaçının vəkili Ramazanov Nicat Rüfət oğlunun, Cavabdehin vəkili Hacıyev İntiqam Məcid oğlunun iştirakları ilə, İddiaçı x1 cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə qarşı “borcun ödənilməsi” tələbinə d air iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 25 aprel tarixli 2-2(103)-164/2019 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı (Paylayıcı) ilə Bakı şəhəri Baş Səhiyyə İdarəsi (İstehlakçı) arasında qazın alğı-satqısı barədə 2016-cı il 5 yanvar tarixli, ***-**-** nömrəli müqavilə imzalanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən, Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İddiaçı 2017-ci il 20 dekabr tari xdə cavabdehə pretenziya qaydasında müraciət edərək təbii qazdan istifadəyə görə yaranmış 26.372 manat məbləğində borcun ödənilməsini xahiş etmiş, lakin müraciət təmin edilməmişdir. İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək istifadə olunmuş təbii qaza görə yaranmış 20.822 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun cavabdeh Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasından tutularaq onun hesabına ödənilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Bakı şəhəri Baş Səhiyyə İdarəsindən təbii qazdan istifadəyə görə yaranmış 34.403,28 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq onun hesabına ödənilməsini xahiş etmişdir. İddia çının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə öhdəliklərinə əməl etməmiş, istehlak olunmuş təbii qazın dəyərini tam şəkildə ödəməmiş, bunun nəticəsində iddiaçıya 2018-ci il 1 yanvar tarixə borc yaranmışdır. Mübahisənin məhkəməyədək həll olunması məqsədi ilə iddiaçı tərəfindən pretenziya qaydasında müraciət olunmasına baxmayaraq, cavabdeh təşkilat tərəfindən heç bir cavab verilməmişdir. Qarşı tərəf üzləşmə aktlarında həmin borcu təsdiq edir, sadəcə ziddiyyətli qeydlərin etməsi, guya əvvəlki Binəqədi rayon Tibb Şöbəsinin borcu olub, borcu qəbul etmirlər. Lakin indiki cavabdeh o qurumun hüquqi varisidir və borcu ödəməlidir. İddiaçı göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 385.1, 442-ci maddələrinə, “Qazdan istifadə Qaydaları”nın 3.2.1, 5.5-ci bəndlərinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə və iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı iddia müddətini buraxmışdır. Belə ki, iddiaçının tələb etdiyi borc məbləği keçmiş Binəqədi rayon Səhiyyə Şöbəsinin dövründən qalmışdır. Belə bir borc yoxdur. Əgər belə bir borc olsa belə iddia müddəti ötürülmüşdür. Belə ki, tələb olunan borc 2006-cı il tarixdən yaranmış və tərəflər arasında qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktlarında da Bakı Şəhər Baş Səhiyyə İdarəsi tərəfindən borcun 2006ci il tarixdən yaranması və öhdəliyə götürülməməsi qeyd olunmuşdur. Bu aktlarda qeyd olunanlara iddiaçı tərəfindən hər hansı etiraz qeyd olunmamış, eləcə də keçən 12 il müddətində də məhkəməyə müraciət edilməmişdir. Bundan başqa, iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş arayış həqiqəti əks etdirmir. Belə ki, orada qeyd olunanlara əsasən guya 6 nömrəli Birləşmiş Xəstəxanasının 2009-cu ildə 3.151,73 manat, 2010-cu ildə 8.122,5 manat borcu, 2011-ci ildə isə 7.073,36 manat borcu olmuşdur. Halbuki, qarşılıqlı üzləşmə aktında 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 2011-ci il tarixə debitor borcu 20.677,28 manat olmuşdur. Beləliklə, iddia tələbini qəbul etmir və həmin hissədə iddia müddətinin tətbiq olunmasını xahiş edir. İddia ərizəsinə əlavəni, artırma olan hissəni yeni borc olduğu üçün qəbul edir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 31 yanvar tarixli 2-2(81)357/2018 nömrəli qərardadı ilə cavab deh Bakı şəhəri Baş Səhiyyə İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə əvəz edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 27 aprel tarixli 2-2(81)-357/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 13.580,60 manat borcun tutularaq iddiaçının hesabına ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin olunan hissəsi ilə bağlı qeyd etmişdir ki, cavabdeh iddiaçıya 13.580,60 manat məbləğində borcunun olduğunu qəbul etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd olunan hissəsi ilə bağlı hesab etmişdir ki, iddiaçı iddia müddətini ötürmüşdür. İddiaçı qətnamədən apellyas iya şikayəti verərək qətnamənin qismən – iddia tələbinin rədd olunan hissəsində ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir. Cavabdeh həmin qətnaməni mübahisələndirməmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-405/2018 nömrəli 2018-ci il 14 sentyabr tarixli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisad i Kollegiyasının 2018-ci il 18 dekabr tarixli 2-2 (102)-486/2018 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 14 sentyabr tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə iddianın rədd edilməsi hissəsində müqavilə üzrə borcun müəyyən edilməsi məqsədilə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 88-ci maddəsinin tələbləri pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzib ati-İqtisadi Kollegiyasının 2019-cu il 25 aprel tarixli 2-2(103)-164/2019 nömrəli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi dəyişdirilmiş, cavabdehdən iddiaçının xeyrinə təbii qazdan istifadəyə görə 2018-ci il 31 mart tarixədək yaranmış 24.000,52 manat borcun tutulması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehdən tələb edilən borcun 24.000,52 manatı 2015-ci il 1 yanvar tarixdən sonra yarandığından, həmin borcun ödənildiyinə dair cavabdeh tərəfindən sübut təqdim edilmədiyindən və son üç il ərzində yaranmış borcun məbləği cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, iddia tələbi 2018-ci il 31 mart tarixədək yaranmış 24.000,52 manat borcun tutulması hissəsində əsaslıdır. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir. O, qətnamənin qismən – iddia tələbinin rədd olunan hissəsində ləğv edilməsini və iddianın həmin hissədə təmin olunmasını tələb edir. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermişdir. O, qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətlərinin dəlilləri: İddiaçının kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə borcun 10.402,76 manat hissəsinə dair iddia müddətinin ötürülməsi ilə bağlı yanlış nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan abunə arayışından görünür ki, cavabdeh 2015-ci ildən əvvəl və sonra mübahisəli borclara dair ödənişlər etmişdir. Abonent tərəfindən ödənilən məbləğ ilk öncə daha əvvəl yaranmış borclara yönəldilir. Nəticə etibarilə, hal-hazırda cavabdehdən tələb edilən borcun ümumiyyətlə 2015-ci ilədək yaranmasına dair gəlinən nəticə əsaslı hesab oluna bilməz. Bundan əlavə, MM-in 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Cavabdehin mübahisəli borc üzrə müxtəlif vaxtlarda ödənişlər etməsi həmin borca dair iddia müddətinin ötürülməsini istisna edir. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını iddia müddətinin tətbiq edilməsi barədə ərizədə və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iddia tələbi düzgün cavabdehə qarşı qaldırılmamışdır. Belə ki, 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası hüquqi şəxs olmaqla öz nizamnaməsi əsasında məhkəmədə iddiaçı və cavabdeh olmaq hüququna malikdir. Eləcə də 6 nömrəli Birləş miş Şəhər Xəstəxanası büdcədən maliyyələşməklə yaranmış borclarını özləri ödəyirlər. Yəni hazırkı iddia tələbi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə qarşı deyil, 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına qarşı qaldırılmalı idi. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdeh təşkilat düzgün seçilməmiş, iddia tələbi iddiaya cavab verməli olmayan təşkilata yönəlmişdir. Halbuki, 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası birbaşa Səhiyyə Nazirliyinə deyil, Bakı Şəhər Baş Səhiyyə İdarəsinə tabedir. Məhz cavabdehin düzgün seçilməməsi faktı iddia tələbinin tam rədd edilməsi üçün əsaslardandır. İddiaçı tərtib edilmiş birtərəfli saldodan başqa sübut təqdim etməmişdir. Hansı ki, həmin saldo birtərəfli olduğundan mötəbər sübut hesab oluna bilməzdi. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını, həmçinin cavabdehin kassasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını, həmçinin iddiaçının kassasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Əsaslandırıcı hissə: Şikayətlər aşağıdakı səbəblərə görə təmin oluna bilməz. MM-in 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidi r, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesab ın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Paylayıcı ilə İstehlakçı arasında bağlınmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alğı-satqısı barədə” müqavilənin 1-ci bəndinə əsasən, Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfi yyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müqavilənin 2.1.9-cu bəndinə əsasən istehlakçıya verilən qazın dəyərini sayğacın göstəricilərinə əsasən tam hesablamaq və bu barədə istehlakçıya hesab təqdim etmək iddiaçının vəzifələrinə aid edilmişdir. Sayğac göstəricilərinə əsasən sərfiyyatın həcmi və istehlakçının həyata keçirdiyi ödənişlər abonent saldosunda öz əksini tapdığından və cavabdeh tərəfindən abonent saldosuna daxil edilmiş sərfiyyat göstəriciləri və ödənişlərin məbləği barədə məlumatların həqiqətə uyğun olmadığına dair sübutlar təqdim edilmədiyindən apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin sənədi təbii qazdan istifadəyə görə borcun məbləğinin müəyyənləş dirilməsi üçün mötəbər sübut kimi qəbul etmişdir. Bundan başqa, birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh son üç ilin borcunu qəbul etdiyini bildirmişdir. Beləliklə, iddia müddətinin əhatə etdiyi son üç ilin borcu 10.412,92 manat və 2018-ci ilin yanvar-mart aylarında istehlak edilmiş təbii qaza görə ödənilməmiş 13.580,6 manat olmaqla, cavabdehin cəmi 24.000,52 manat borcu olduğuna dair nəticə düzgündür. İddia müddətinin tətbiqi ilə bağlı iddiaçının dəlillərinə gəldikdə, məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. MM-in 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. MM-in 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydada n istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. MM-in 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. MM-in 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Cavabdeh tərəfindən məhkəməyə mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edilmişdir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh tərəfindən 2015-ci il 1 yanvar tarixdən sonra 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının qalıq borcları üzrə ödəniş həyata keçirilmədiyindən və yalnız cari borc ödənildiyindən, iddiaçının həmin ödənişləri birtərəfli qaydada hansı dövrə aid etməsindən asılı olmayaraq, 2015-ci il 1 yanvar tarixədək yaranmış borc tələbi üzrə iddia müddətinin axımı kəsilməmişdir. Belə ki, öhdəlik vaxtaşırı ödəmələri nəzərdə tutduğu halda, həmin ödənişin icrası digər vaxtaşırı ödəmələr üzrə iddia müddətinin axımının kəsilməsinə səbəb olmur. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətlərin təmin olunması üçün əsaslar yoxdur. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayətləri təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 25 aprel tarixli 2-2(103)-164/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılır. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar