Məhkəmə qərarları › İş №2-2(102)-452/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-452/2022

21.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-452/2022 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçının Cavabdeh Şirkətinə qarşı iş üzrə 21.06.2022 Açar sözlər: barışıq sazişinin təsdiq edilməsi və icraata xitam verilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 9 fevral tarixli e-22(103)-136/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ

1. İddiaçınin Nümayəndəliyi Cavabdeh Şirkətin Azərbaycan Respublikasındakı Nümayəndəliyi olan “X1” Şirkətinə qarşı 2021-ci il 23 fevral tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı “X1” adlı Nümayəndəliyinin adına qeydiyyata alınmış A ünvanında yerləşən nömrələri iddia ərizəsində qeyd edilmiş 30 ədəd fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarına xitam verilməsi və qeyd edilən fərdi yaşayış evləri üzərində İddiaçınin mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 13 iyul tarixli e-2-2(113)-1577/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – E.Əliyev).

3. İd diaçınin Azərbaycan Nümayəndəliyi 2021-ci il 10 sentyabr tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, 2021-ci il 9 iyun tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 9 fevral tarixli 2-2(103)-136/2022 saylı qərardadı ilə iş üzrə icraata tərəflər arasında barışıq sazişi bağlanması ilə əlaqədar xitam verilməsi və barışıq sazişinin şərtlərinin təsdiq edilməsi barədə iddiaçının vəsatəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 13 iyul tarixli e-2-2(113)-1577/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə icraata işə məhkəmədə b axılmalı olmaması əsası ilə xitam verilməsi qərara alınmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və V.Məmmədov).

5. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı qanunvericiliyə əsasən (“Notariat haqqında” Azərbaycan Respublikası Qanunu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”, Azərbaycan Respublikası Vergi Məcəlləsi) dövlət rüsumu, ödəmə mənbəyindən vergi tutulması, həmin əmlakların özgəninkiləşdirilməsinə qadağanın olub-olmamağı və ya əmlaka həbs qoyulub-qoyulmamasının yoxlanılması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən müvafiq məbləğdə rüsum ödənilməklə arayışın alınması nəzərdə tutulduğundan hazırkı halda tərəflər arasında bağlanmış sazişin məhkəmə tərəfindən təsdiq e dilməsi daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı qanunvericiliyin tələblərinə, o cümlədən daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı notariat əməliyyatının həyata keçirilməsi ilə əlaqədar dövlət büdcəsinə daxil olacaq rüsum və vergilərin ödənilməməsi dövlətin mənafeyinə zidd olduğundan məhkəmə tərəfindən sazişin təsdiq edilməsindən imtina edilməlidir.

6. Məhkəmə cavabdehin tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən iddiaçının vəsaiti hesabına inşa etdiyi daşınmaz əmlakların (30 ədəd fərdi yaşayış evi) iddiaçının mülkiyyətinə keçirilməli olduğunu və hazırda həmin əmlaklar üzərində mülkiyyət hüququnun iddiaçıya ötürülməsi üçün zəruri hərəkətlərin həyata keçirilməsinə etiraz etmədiyini nəzərə alaraq hesab etmişdir ki, tərəflərin həyata keçirilməsini arzu etdiklə ri əməliyyat notariat orqanları tərəfindən rəsmiləşdirilməli olduğundan iş üzrə icraata xitam verilməli, tərəflərə izah edilməlidir ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsi barədə aralarında bağlanacaq əqdin təsdiq edilməsi və bununla bağlı müvafiq rəsmiləşmənin qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilməsi üçün notariat orqanına müraciət etməlidirlər.

7. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçı tərəfindən mübahisələndirilən qətnamə tərəflər arasında mübahisənin mövcud olmadığının məhkəmə tərəfindən müəyyən edildiyini qeyd etsə də, MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam vermək əvəzinə iddianın rədd edilməsi barədə qətnamə qəbul etmişdir.

8. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1, 5.1, 52.3, 52.5, 261.0.1-ci, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 1, 17, 46-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.

9. İddiaçı 2022-ci il 3 mart tarixində həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddia üzrə barışıq sazişi mübahisə predmeti olan evlər üzərində mülkiyyət hüququnun cavabdehdən iddiaçıya keçməsi ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən ödənilməli olan bütün vergi, rüsum və digər ödənişlərin ödənilməsi şərti ilə təsdiq edilməsini və ya bu mümkün deyilsə, işin mahiyyəti üzrə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə yönləndirilməsini və Bakı Apellyasiya Məhkəməsinə işə mahiyyəti üzrə baxarkən mübahisə predmeti olan evlər üzərində mülkiyyət hüququnun cavabdehdən iddiaçıya keçməsi ilə əlaq ədar Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən ödənilməli olan bütün vergi, rüsum və digər ödənişlərin hesablanması (və ya bunun üçün ekspert təyin edilməsi) göstərişinin verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri 10. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.4-cü və MM-in 139-1.1.4-cü maddələri üzrə - Müqavilə öhdəliyinin cavabdeh tərəfindən yerinə yetirilməməsi ilə bağlı mübahisə olduğundan, məhkəmənin işə baxmaqdan imtina etməsi qanunvericiliyə ziddir.

11. MPM-in 52.5-ci maddəsi üzrə - İddiaçı qeyd edilən evlər üzərində mülkiyyət hüququnun cavabdehdən iddiaçıya keçməsi ilə əlaqədar ödənilməli bütün vergi, rüsum və digər ödənişləri ödəməyə hazırdır. Bu baxımdan, məh kəmə əgər barışıq sazişini iddiaçının ödənilməli bütün vergi, rüsum və digər ödənişləri ödəməsi şərti ilə təsdiq edərsə, bu, MPM-in 52.5-ci maddəsinə istinadən, heç bir tərəfin, o cümlədən Qərardadda qeyd edildiyi kimi, dövlətin qanuni mənafeyinə zidd olmaz. İkincisi, hazırkı prosessual norma barışıq sazişinin məhkəmənin qeyd etdiyi kimi "dövlət mənafeyinə zidd olduğu" halları əhatə etmir. Bu norma yalnız "qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarının və qanunla qorunan mənafeyinin pozulması” hallarını əhatə edir.

12. MPM 261.0.1-ci maddəsi üzrə - tərəfimizdən verilən izahat məhkəmə tərəfindən düzgün təfsir edilməmişdir. Bildirmək istəyirik ki, hazırkı iddia ərizəsi verildiyi tarixə və iş Bakı Kommersiya Məhkəməsinin icraatında olduğu müddətdə mübahisə mövcud olmuş, lakin sonr adan tərəflər MPM-in 52.3-cü maddəsində nəzərdə tutulmuş hüququndan istifadə edərək öz aralarında mübahisənin həll edilməsi üçün razılaşdırılmış barışıq sazişini məhkəməyə təqdim etmişlər. Bu hal Bakı Kommersiya Məhkəməsinin şifahi məhkəmə baxışının protokolları ilə sübuta yetirilir. Lakin buna baxmayaraq həm Bakı Kommersiya Məhkəməsi, həm də Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası eyni yanlış yanaşmanı tətbiq etmişlər. Məlum olduğu kimi, cavabdeh müqavilənin 12.3-cü bəndini (“Mülkiyyət hüquqlarının ötürülməsi”) uzun illərdi pozmaqda davam edirdi. Nəticədə iddiaçı öz hüququndan yararlanaraq məhkəməyə müraciət etmişdir. İş məhkəmənin icraatına daxil olmuş və bir neçə məhkəmə baxışı zamanı tərəflər arasında məhkəmə çəkişməsi davam etmiş, sonra isə hər iki şirkətin rəhbərliyi m əsələnin öz aralarında həll etməyi qərara almışlar. Hesab edirik ki, həm Bakı Kommersiya Məhkəməsi, həm də Bakı Apellyasiya Məhkəməsi tərəflərin məhkəməyə müraciət etmək və məhkəmə icraatı zamanı işin barışıq sazişi bağlanması vasitəsilə yekunlaşdırmaq hüquqlarını əsassız olaraq məhdudlaşdırmışdır.

13. MPM-in 14.3-cü maddəsi üzrə - Məhkəmə, məhkəmə baxışını barışıq sazışi ilə tamamlamağı təklif etməmiş, həm də tərəflərin təqdim etdiyi barışıq sazişini belə təsdiq etməkdən imtina etmişdir. Məhkəmə tərəfindən atılan bu addım ümumiyyətlə mülki prosessual qanunvericiliyin mahiyyətinə ziddir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

17. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması z əruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

18. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər....” “Maddə

5. Məhkəmədə mülki işə başlama 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır....” “Maddə

52. İddiad an imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi... 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər.... 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.” “Maddə

261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə;...” İİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq belə qənaətə gəlir ki, həmin dəlillər (bax yuxarıda §§ 10-13) əsassız, apellyasiya instansiyası məhkəməsinin mövqeyi isə qanunauyğundur.

20. Belə ki, aşağı instansiya məhkəmələrinin mövqeyi ondan ibarətdir ki, qanunvericiliyə əsasən hazırkı halda tərəflər arasında bağlanmış sazişin məhkəmə tərəfindən təsdiq edilməsi daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı qanunvericiliyin tələblərinə, o cümlədən daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı notariat əməliyyatının həyata keçirilməsi ilə əlaqədar dövlət büdcəsinə daxil olacaq rüsum və vergilərin ödənilməməsi dövlətin mənafeyinə zidd olduğundan məhkəmə tərəfindən sazişin təsdiq edilməsindən imtina edilmişdir.

21. Məhkəmə kollegiyası bu apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və əlavə olaraq qeyd ed ir ki, tərəflər arasında ümumiyyətlə mübahisənin mövcud olması iş materiallarından görünmür.

22. Belə ki, hazırkı iddia ərizəsi məhkəməyə verildikdən sonra cavabdeh tərəfin iştirak etdiyi məhkəmə iclas protokollarından da göründüyü kimi, cavabdeh tərəf iddia tələbini qəbul etdiyini bildirmiş, heç bir etiraz təqdim etməmişdir ( İ cild, i/v 80, 157, 170).

23. Bundan başqa, iddia ərizəsi məhkəməyə təqdim olunmamışdan əvvəl də cavabdehin iddiaçının mövqeyi ilə razılaşmadığını təsdiq edən hər hansı sənəd iş materiallarında yoxdur.

24. Bununla da işdən görünür ki, tərəflər arasında mübahisə ümumiyyətlə mövcud deyildir, deməli, tərəflər arasında barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi üçün hüquq əsas(lar) da ola bilməz.

25. Yuxarıda göstərilənləri ümumiləşdirərək, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi məsələ ilə bağlı düzgün nəticəyə gəlmiş, qərardad qəbul olunarkən hər hansı prosessual pozuntuya yol verilməmişdir.

26. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 9 fevral tarixli e-22(103)-136/2022 saylı qərardadı həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar