Məhkəmə qərarları › İş №2-2(102)-453/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-453/2019

29.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-453/2019 29.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi X1 Hüseynov (sədrlik edən, məruzəçi), hakimlər Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, Vahid Süleyman oğlu Rizvanovun katibliyi, iddiaçı MMCnin vəkili X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh «xxxx» ASC-yə qarşı borcun silinməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 avqust 2019-cu il tarixli qətnaməsindən cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməs inin 22.05.2019-cu il tarixli qətnaməsi ilə (hakim.S.Nuriyeva; iş No 2-1(81)-331/2019) iddia tələbinin qismən təmin edilməsi, «xxxx» ASC tərəfindən hesablanmış 19.437 manat borcun İddiaçı MMC-nin hesabından silinməsi; iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın «xxxx» MMC-dən tutularaq İddiaçı» MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 avqust 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən C.Yusifov, hakimlər V.Ağayev və A.Nuriyeva, iş № 22(103)-559/2019) cavabdeh ASC-nin apellyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.05.2019-cu il tarixliqətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən cavabde h ASC kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı MMC cavabdeh «xxxx» ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız hesablanan 19.437 manat borc məbləğinin silinməsi, vurulmuş 700 manat məbləğində zərərin əvəzinin və 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 730 manat məbləğində vəsaitin cavabdeh ASC tərəfindən iddiaçı MMC-yə ödənilməsi və «Komfort» yaşayış kompleksinə elektrik enerjisinin verilişinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hazırkı iş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh ASC Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 avqust 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, məhkəmə kollegiyasından həmin qətnam ənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir etmişdir. KASSASİYA ŞİKAYƏTİNƏ ETİRAZİN DƏLİLLƏRİ Məhkəmə kollegiyasına kassasiya şikayətlərinin dəlillərinə dair yazılı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasında çıxış edən iddiaçı MMC-nin vəkili S.Məhərəmova kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 avqust 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə cavabdeh ASC-nin nümayəndə ləri gəlmədiyindən və bunun səbəbi barədə məlumat vermədiyindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının 26 aprel 2016-cı il tarixli, 47 saylı sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev, Ş.Mirzəyev və M.Şərifli küçələrinin kəsişməsi, 2458-ci məhəllədə yerləşən binaların sökülməsi və həmin ün vanda yeni binanın tikintisini təmin etmək məqsədi ilə binalar yerləşən torpaq sahəsi İddiaçı MMC-nin istifadəsinə verilmişdir. İddiaçı MMC tərəfindən göstərilən istiqamətdə işlər görülmüş, həmin sahədə əksər sahə mülkiyyətçiləri ilə müqavilələr bağlanaraq sahələrdən köçürülmüş, həmin sahələr sökülmüşdür. Bundan sonra cavabdeh ASC iddiaçı MMC-dən həmin ərazidə yaşayış sahələrinin mülkiyyətçilərinin və istifadəçilərinin elektrik enerjisinin istifadəsinə görə yaranmış borclarının ödənilməsini tələb etmişdir. Araşdırılan qətnamədən göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək, haqlı olaraq belə hesab etmişdir ki, iddiaçı MMC-nin abonent hesabına işlənilmiş borcun mübahisələndirilən ərazidə yaşayan sakinlərin elektrik energisindən istia fdəyə görə cavabdeh ASC-yə olan debitor borcları olduğu işin tərəflər arasında mübahisələndirilməyən hallarını təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli 18 №-li qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.18-cü bəndinə əsasən, istehlakçı, o cümlədən məişət abonenti tutduğu ərazidən, binadan köçdükdə, öz fəaliyyətini dayandırdıqda və ya ləğv edildikdə O, on gün əvvəl enerjitəchizatı müəssisəsinə elektrik enerjisinin alqı-satqı müqaviləsinin ləğv olunması barədə müraciət etməli və sonuncu günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqını ödəməlidir. Yeni istehlakçının, o cümlədən məişət abonentinin elektrik şəbəkəsinə qoşulması və sənədləşdirilməsi bu Qaydalara uyğun aparılır. Göründüyü kimi, tutduğu ərazidən, bin adan köçdükdə, 10 gün əvvəl enerjitəchizatı müəssisəsinə müraciət edərək sonuncu günə qədər istifadə etdiyi elektrik enerjisi haqqını ödəmək məişət abonentinin vəzifəsidir Cavabdeh ASC «Qaydalar»ın qeyd olunan normasını səhv təfsir edir və mübahisəli ərazidən köçən sakinlərin elektrik energisindən istifadəyə görə yaranmış debitor borclarını ödəmək öhdəliyini iddiaçı MMC-nin üzərinə qoymaqla, başqa sözlə, özgələrinin borc öhdəliyinin yerinə yetirilməsini həmin MMC-dən tələb edir. Halbuki, həmin “Qaydaları”n 8.2-ci bəndinə görə, enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənil dikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göründüyü kimi, istelakçı elektrik enerjisindən istifadəyə görə yalnız öz sayğacının göstərilərinə əsasən ona hesab təqdim edildikdə, borcunu ödəmək öhdəliyi yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 387.3-cü maddəsinə müvafiq olaraq öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Beləliklə, qeyd edilənlər onu deməyə əsas verir ki, cavabdeh ASC tərəfindən iddiaçı ASC-nin abunə hesabına 19.437 manat məbləğində borc işlənilməsi əsassız olduğu sübuta yetirilir. Belə olan halda, iddiaçı MMC-nin iddia tələbi 1-ci instansiya məhkəməsi tərəfindən düzgün olaraq qismən, 19.437 manat hissəsində təmin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, cavabdeh ASC-nin kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu üçün qəbul edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 88 və 106.1-ci maddələrinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafıq olaraq qiymət verməli, həmçinin işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları işdə toplanmış digər sübutlarla yanaşı yo xlanılmaqla qiymətləndirilməlidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 01 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR Cavabdeh «xxxx» ASC-nin kassasiya şikayəti təmin edi lməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar