Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-453/2023 27.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 aprel tarixli 2-2(103)380/2023 saylı qətnaməsindən verilmiş Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İşin halları
1. «Qaz sayğacını n çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 2022-ci il 6 aprel tarixli, ******* və ******* nömrəli aktlarda göstərilmişdir ki, “Turbin” tipli G-1000 markalı 83045556 nömrəli sayğac çıxarılmış, çıxarılmaya səbəb kimi müvafiq hissədə hər hansı qeyd aparılmamış, “Turbin” tipli G-1000 markalı 83045268 nömrəli sayğac quraşdırılmış, quraşdırılmanın səbəbi isə müvəqqəti əvəzetmə olmuşdur. 2. 2022-ci il 21 aprel tarixli, 02073 nömrəli qüsur aktında qəbul olunmuş G-1000 markalı 83045556 nömrəli sayğacda batareyanın (EK 220) müddətinin az, impuls ötürücüsünün nasaz olduğu qeyd edilmişdir. 3. 2022-ci il 21 aprel tarixli, 29/1640-00824 nömrəli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında aktda qeyd edilmişdir ki, Cavabdeh İB-nin SOCAR**********31791640X00824 saylı 2022-ci il 4 aprel tarixli telefonoqramına əsasən dövlət yoxlamasına aparılmış G1000 markalı 83045556 nömrəli turbin tipli “ELSTER” qaz sayğacı 2022-ci il 6 aprel tarixində xətdən çıxarılmış, 2022-ci il 15 aprel tarixində Metrologiya Departamenti tərəfindən yoxlanılmışdır. Aktda həmçinin 2021-ci il 9 noyabr-2022-ci il 6 aprel tarixlərini əhatə edən dövrdə impuls ötürücünün nasazlığı səbəbindən elektron göstəricinin Vt mexaniki göstəricidən 27680 m3 az olduğu, şteykerin yenisi ilə əvəz olunmalı olduğu müəyyən edilmiş, yoxlamanın nəticəsi kimi batareya və impuls ötürücünün tələb olunduğu qeyd edilmişdir. 4. 2022-ci il 21 aprel tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən 2022-ci il 15 aprel tarixində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və aşkar olunmuş nöqsanlar qrafasında batareyanın istismar müddətinin sonuna 36 ay (2019) qaldığı, impuls ötürücünün nasazlığı səbəbindən elektron göstəricinin Vt mexaniki göstəricidən 27680 m3 az olduğu qeyd olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra -“iddiaçı”) Cavabdehnə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçıya məxsus **********00001 nömrəli abonent koduna 2022-ci il 21 aprel tarixli, ******* saylı akt (bundan sonra-“0346537 saylı akt”) əsasında hesablanmış 18.233,25 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin X2 İstismarı İdarəsinin əməkdaşları iddiaçıya məxsus G-10 00 markalı, 83045556 nömrəli qaz sayğacını(bundan sonra- “qaz sayğacı”) açıb götürərək müayinə laboratoriyasında növbədənkənar dövlət yoxlaması aparmış, yoxlama nəticəsində ******* saylı akt tərtib edilərək iddiaçının abonent koduna 72933 kub metr itirilmiş qaz hesablanmaqla 18.233,25 manat borc daxil edilmişdir.
7. Həmin hərəkətləri qanunsuz və əsassız hesab edən iddiaçı Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini X1 filialına müraciət etmişdir. Müraciətlə bağlı aparılmış araşdırma ilə cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə Qaydaları”nın (bundan sonra-“ Qazdan istifadə Qaydaları”) 5.2-ci və həmin Qaydaların 3 nömrəli əlavəsinin “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi”nin 2.2.5-ci yarımbəndinin tələblərinin pozulduğu müəyyən edilmişdir.
8. Qeyd edilənlərə əsasən cavabdehə pretenziya qaydasında müraciət edilsə də, müraciətlər nəticəsiz qalmışdır. Belə olan halda isə iddiaçının hüquqları pozulur, çünki qanunvericiliyin pozulması nəticəsində borc hesablanmış, həm də bu borca əsasən iddiaçıya qazın verilməsinin dayandırılacağı bildirilmişdir.
9. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 560.1-ci maddəsin, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra -“Qaz təchizatı haqqında” Qanun) 13-cü maddəsinə və Qazdan istifadə Qaydalarının 5.2-ci bəndinə istinad edilmişdir.
10. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçıya məxsus qaz xəttinin üzərində quraşdırılmış G-1000 markalı qaz sayğacına baxış keçirilən zaman sayğacın qeyriməqbul işləməsi (elektron göstəricinin mexaniki göstəricidən geri qalması) müəyyən edilmişdir. Həmçinin G-1000 markalı qaz sayğacı iddiaçının vəsaiti hesabına alınmış və təsərrüfat sahəsində quraşdırılmışdır. “Qaz təchizatı haqqında” Qanunun və Qazdan istifadə Qaydalarının tələblərinə əsasən istehlakçılar qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Belə olan halda, iddiaçı müəssisədə istismarda olan qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır.
11. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 17 yanvar tarixli e-2-2(113)-203/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir (hakim N.Əhmədova).
12. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdehin əməkdaşları tərəfindən dövlət yoxlamasının aparılması məqsədi ilə 2022-ci il 6 aprel tarixində 83045556 nömrəli sayğac çıxarılmış, həmin sayğaca 2022-ci il 21 aprel tarixində cavabdehin Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş, 2022-ci il 21 aprel tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilərək 83045556 nömrəli sayğacda impuls ötürücünün nasaz olması, batareyasının müddətinin az qaldığı, impuls ötürücünün nasazlığı səbəbindən elektron göstəricinin (Vt) mexaniki göstəricidən 27680 m3 az olduğu qeyd olunmuş, həmin akt əsasında hesablama aparılaraq 29 aprel 2022-ci il tarixli uçotu aparılmayan təbii qazın həcminin hesablanmasına dair tələbnamə ilə 72.933 m3 uçotu aparılmayan qaz həcmi müəyyən edilm iş və iddiaçıya 18.233,25 (72.933*0.25) manat borc hesablanmışdır.
13. Məhkəmə qeyd etmişdir ki, laboratoriya rəyindəki məlumatlardan görünür ki, iddiaçının turbin tipli “Elster” qaz sayğacında nasazlıq yaranmış, bu səbəbdən elektron göstərici düzgün işləməmişdir. Sayğacda yaranmış bu nasaslığın istehlakçının təqsiri nəticəsində baş vermədiyi işin mübahisəsiz halıdır. Belə olan halda qaz sayğacında yaranmış nasazlığa görə istehlakçıya əlavə sərfiyyat hesablanmasının qanuni əsası olduğunu sübut etmək öhdəliyi cavabdehin üzərinə düşdüyü halda cavabdeh bu hesablamanın qanuni əsasını göstərə bilməmişdir.
14. Azərbaycan Respublikasında qaz növlərinin istehsalı, emalı, nəqli, saxlanması, paylanması, satılması və istifadəsi üzrə fəaliyyət “Qaz təchizatı haqqında” Qanun və Qazdan istifadə Qaydalar ı ilə tənzimlənir. Qeyd edilən Qanunda və Qaydalarda istehlakçının təqsiri olmadan qaz sayğacında yaranmış texniki qüsurlarla əlaqədar istehlakçıya əlavə sərfiyyat hesablanması və bu hesablamanın mexanizmi nəzərdə tutulmamışdır. 15. “Qaz təchizatı haqqında” Qanunun 5.2-ci maddəsinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçıdan ödənilməsini tələb edə bilməz.
16. Qeyd edilən normaların tələblərindən göründüyü kimi, istehlakçı tərəfindən sayğaca müdaxilə edilmədiyi hallarda qazın dəy ərinin yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablanması nəzərdə tutulmuşdur.
17. Abonent saldosundan görünür ki, istehlakçının hər ay istehlak etdiyi qaz sərfiyyatı, o cümlədən 2021-ci ilin noyabr ayından 2022-ci ilin aprel ayına qədər olan sərfiyyat cavabdeh tərəfindən hesablanaraq saldoda qeyd edilmiş, iddiaçı hər ay hesablanmış borca uyğun ödənişlər həyata keçirmişdir.
18. Bundan başqa, iddiaçının qaz təchizatı sisteminə cavabdeh tərəfindən keçirilmiş baxış sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır.
19. Cavabdeh tərəf bildirir ki, qaz təchizatı sisteminə cavabdeh tərəfindən keçirilmiş yoxlamanın dövri yoxlama olması səbəbindən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınması zərurəti olmamışdır. Məhkəmə aşağıdakılara istinadən cavabdehin arqumetini əsassız hesab etmişdir. 20. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2, 13, 20.1, 20.2 və 34.1-ci maddələri şamil edilir.
21. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulm ası ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 22. “Qaz təchizatı haqqında” Qanunun 5-ci maddəsinə əsasən sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir.
23. Həmin Qanunun 5-1-ci maddəsinə əsasən qaz paylayıcısının səlahiyyətli nü mayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
24. Həmin Qanunun 5-2-ci maddəsinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma)hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbay can Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.
25. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmalar, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və dig ər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
26. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
27. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
28. Qeyd edilməlidir ki, qaz sayğacının sahibkarlıq subyektinə məxsus obyektin daxilində və ya kənarda yerləşməsindən asılı olmayaraq qaz təchizatı sahəsində inhisarçı mövqe tutan hüquqi şəxs kimi cavabdehin əməkdaşları tərəfindən qaz sayğacının göstəricisinin oxunması halı istisna olmaqla sahibkarlıq subyektinin qaz təchizatı sisteminə baxış keçirildiyi və bu baxışın nəticəsinin istehlakçı üçün əlavə öhdəlik yaratdığı hər bir halda həyata keçirilən yoxlama (baxışın) qeydə alınmalıdır. Lakin cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır.
29. O da nəzərə alınmalıdır ki, Qazdan istifadə Qaydalarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qaz paylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi ni müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Lakin məhkəməyə cavabdeh tərəfindən sözügedən qaz sayğacının balans mənsubiyyəti sərhəddinə dair sübutlar təqdim edilməmiş, qaz sayğacının iddiaçıdan 2 km kənarda, Lənkəran qaz paylayıcı stansiyada yerləşdiyi qeyd edilməklə kifayətlənilmişdir.
30. Vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi olmadığından və bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilmədiyindən məhkəmə belə qənaətə gəlmişdir ki, yoxlamanın hüquqi nəticəsi qanunsuz hesab edilməli və 2022-ci il 21 aprel tarixli akt əsa sında hesablanmış borc silinməlidir.
31. Məhkəmə gəldiyi nəticəni “Qaz təchizatı haqqında” Qanunun 3.5, 3.5-1, 3.5-2, 5.2-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4, 1.5, 5.2-ci bəndlərinə, Qazdan istifadə Qaydalarının 1.3-cü bəndinə istinad etməklə əsaslandırmışdır.
32. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
33. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 aprel tarixli 2-2(103)-380/20 23 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər V.Baxışova və A.Hüseyn).
34. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddia əsaslıdır. Belə ki, cavabdeh tərəfindən iddiaçıdan tələb edilən 18233,25 manat borcun hesablanmasına əsas olan akt və həmin aktın tərtib edilməsinə əsas olmuş yoxlama qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamışdır.
35. Belə olan halda isə həmin yoxlama nəticəsində hesablanan itirilmiş qazın dəyəri iddiaçıdan tələb oluna bilməz. Çünki istinad olunan “S ahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
36. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmiş və göstərmişdir ki, iddiaçının turbin tipli “Elster” qaz sayğacında yaranmış nasaslığın istehlakçının təqsiri nəticəsində baş verməsi hər hansı sübutla təsdiq olunmur. “Qaz təchizatı haqqında” Qanun və Qazdan istifadə Qaydalarında istehlakçının təqsiri olmadan qaz sayğacında yara nmış texniki qüsurlarla əlaqədar istehlakçıya əlavə sərfiyyat hesablanması və bu hesablamanın mexanizmi nəzərdə tutulmamışdır. Həmin Qaydaların 5.2-ci maddəsində isə qeyd edilir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçıdan ödənilməsini tələb edə bilməz. Abonent saldosundan da görünür ki, istehlakçının hər ay istehlak etdiyi qaz sərfiyyatı, o cümlədən 2021-ci ilin noyabr ayından 2022-ci ilin aprel ayına qədər olan sərfiyyat cavabdeh tərəfindən hesablanaraq saldoda qeyd edilmiş, i ddiaçı hər ay hesablanmış borca uyğun ödənişlər həyata keçirmişdir. Bu baxımdan məhkəmə belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Məhkəmə gəldiyi nəticəni “Qazdan istifadə qaydaları”nın 2.11-1, 2.11-2, 5.2-ci, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1, 3.2, 13.1, 13.2, 13.3, 17.1, 20.1-ci, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4, 1.5, 5.2-ci bəndlərinə istin ad etməklə əsaslandırmışdır.
38. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
39. MPM-nin 9.1-ci maddəsinin tələbləri pozulmuşdur- məhkəmə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında“ Azərbaycan Respublikası Qanununun tələblərinin cavabdeh tərəfindən pozulması barədə səhv qənaətə gəlmişdir.Belə ki, cavabdehin X2 İstismar İdarəsinin tərəfindən iddiaçıya məxsus müəssisənin qaz xətti üzərində quraşdırılmış qaz sayğacının işləmə prinsipində nasazlıqlar olduğu üçün yoxlanılmış və q az sayğacında olan nasazlığın yerində aradan qaldırılması mümkün olmadığı üçün qaz xəttindən çıxarılaraq laboratoriyaya göndərilmişdir. Məhkəmə əsassız olaraq sayğacın arxiv yaddaşına əsasən aparılmış hesabatı yoxlama kimi qiymətləndirmiş, cavabdehin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında“ Azərbaycan Respublikası Qanununun tələblərinin cavabdeh tərəfindən pozulması barədə səhv qənaətə gəlmiş və 18.233,25 manat borcun silinməsi barədə qərar qəbul etmişdir. Qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətlər “Qazdan istifadə Qaydaları” ilə tənzimlənir və Qaydaların 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı Müqaviləsinə əsasən həyata keçirilir. Cavabdehin nümayəndələri tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə daxil olmadan, yalnız “Qazdan istifadə Qaydaları”nın 4.1ci bəndinə uyğun olaraq balans mənsubiyyəti sərhədində quraşdırılmış qaz sayğaclarına baxış keçirilir.
40. MPM-nin 88 və 386-cı maddələrinin tələbləri pozulmuşdur- “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İşə baxan məhkəmələr iş üzrə olan sübutları araşdırmadan, iddiaçıya məxsus qaz sayğacına müdaxilə olunmasını, 37.214,1 manat məbləğində qaz sərfinin sayğacın arxiv məlumatları əsasında hesablanmasını nəzərə almam ışdır. Bu cür hallarda istehlaçıların təbii qazdan səmərəli istifadəyə laqeyid yanaşmasına zəmin yaradır və nəticədə cavabdehin zərər çəkməsinə səbəb olur.Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
42. MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
43. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq 44. “Qazdan istifadə qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “1. Ümumi müddəalar 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı a rasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir....” “2. Qaz qurğularının istismarı... 2.11-1.Qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 2.11-2.Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanun suz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər....” “5. Qazın dəyərinin ödəmə şərtləri... 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İste hlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz....” 45. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 3.Yoxlamaların qanuniliyi 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq f əaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. “Maddə 13.Yoxlamaların vahid məlumat reyestri 13.1.Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. 13.2.Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 13.3.Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəs ində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar....” “Maddə 17.Yoxlamanın aparılması haqqında qərarın qəbul edilməsi 17.1. Yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır....” “ Maddə 20.Yoxlamanın aparılması 20.1. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir....” 46. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat rey estrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur. “İ. Ümumi müddəalar... 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keç irildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur....” “V. Reyestrdən məlumatların verilməsi qaydası … 5.2. Yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır....” 47. “Qaz Təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Qaz qurğularının tikintisi, qurulması və istismarı üzrə tətləb lər “Maddə 3.Ümumi tələblər...
5. Sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. 5-1. Qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 5-2. Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər....”
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının dü zgün tətbiq edilməsini yoxlayır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 50. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
51. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və qeyd edir ki, kassasiya şikayətinin həmin dəlilləri eyni zamanda, apellyasiya şikayətinin də dəlilləri olmuşdur. Kollegiya cavabdehin həmin dəlillərinə münasibətdə a pellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda, bu qərarın 34-37-ci bəndi)
52. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə mübahisələndirilən borcun 2022-ci il 21 aprel tarixində cavabdeh tərəfindən iddiaçıya təbii qazın uçotu və TQİQ-na riayət olunmasının yoxlanılması nəticəsində tərtib olunmuş ******* nömrəli akta əsasən hesablandığını nəzərə alır və qeyd edilməsini zəruri hesab edir ki, həm “Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda, həm də Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 saylı Fərmanı ilə təsdiq edilmiş “ Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də (bax yuxarıda bu qərarın 45-46-cı bəndləri) hər hansı istisna olmadan, imperativ şəkildə, bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) müvafiq Reyestrdə qeydiyyata alınmasının təmin edilməsi təsbit edilmişdir.
53. Nəzərə alınmalıdır ki, reyestr sahibkarlıq subyektlərinin hüquqlarının müdafiəsi, iqtisadi tərəqqinin təmin edilməsi, sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması, suiistifadələrin qarşısının alınması baxımından mühüm və səmərəli dövlət nəzarəti mexanizminin bir elementi kimi nəzərdə tutulmuşdur. Bu səbəbdən də, qanunverici liyə əsasən, vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
54. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, işdəki sübutlar mülki prose ssual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir.
55. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
56. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiya sının 2023-cü il 25 aprel tarixli 22(103)-380/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov İ.Ə.Şəfiyev