Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-460/2023 12.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi ilə, hakimlər Şamayev Elşad Yaquboviç, X1 ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 3 may tarixli, 2-2(103)-358/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. Cavabdeh İB tərəfindən iddiaçı barəsində 2022-ci il 10 mart tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda qeyd edilmişdir ki, abonent küçə xəttinin torpaqla təmas hissəsindən sayğacdan kənar əlavə xətt qaynaq edərək rezin boru vasitəsilə istixananın daxilinə çəkərək daxili qaz xəttinə birləşdirmiş və təbii qazdan qeyri-qanuni istifadə edir.
2. Cavabdeh İB-nin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən 2022-ci il 10 mart tarixində qəbul olunmuş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, ******* nömrəli akt əsasında hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır (65 x 24 x 90 = 140400 m3 ).
3. İddiaçı ilə Cavabdeh İB arasında qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktından müəyyən olunur ki, İddiaçı 2022-ci il 10 mart tarixinə Cavabdeh İB-yə 23.888 manat borcu vardır. Qeyd olunan akt tərəflərin imzası ilə təsdiq edilmişdir.
4. İddiaçı ilə Cavabdeh İB arasında 2022-ci il 11 mart tarixli Razılaşma Protokolu (debitor borcun ödənilməsi haqqında) bağlanmışdır. Həmin razılaşmanın: - 1.1-ci bəndində qeyd olunmuşdur ki, istehlakçı təbii qazdan istifadəyə görə Cavabdeh İB-yə 33.888 manat məbləğində borcunun olmasını qəbul edir. - 1.2-ci bəndində qeyd edilmişdir ki, istehlakçı həmin borcdan ilkin olaraq 10.000 manat ödəməklə, qalan 23.888 manat məbləği hər ay istifadə edəcəyi təbii qaz sərfiyyatından əlavə olaraq 3 ay müddətində 2022-ci il aprel ayının 1-nə qədər 8.000 manat, 2022-ci il mayın ayının 1-nə qədər 8.000 manat, 2022-ci il iyun ayının 1-nə qədər 7.888 manat məbləği Cavabdeh İB-yə ödəməyi öhdəsinə götürür. - 1.3-cü bəndi ndə qeyd olunmuşdur ki, istehlakçı hesab faktura təqdim edildikdən sonra təbii qazın sərfiyyatı və bu Razılaşma Protokolunun 1.2-ci yarımbəndinin tələblərinə uyğun olaraq qalıq borcu üzrə ödəniş etmədiyi təqdirdə təbii qazın verilişinin dayandırılacağını qəbul edir və bununla bağlı “Azəriqaz" İB-yə qarşı heç bir tələb irəli sürməyəcəyini bildirir. X2 tərəflərin imzası ilə təsdiq edilmişdir. 5. 2022-ci il 19 oktyabr tarixində çap olunmuş abonentin saldosundan müəyyən olunur ki, İddiaçı 2021-ci ilin aprel ayında akt əsasında 180,40 manat, 2022-ci ilin mart ayında 30.888 manat borc hesablanmışdır. Saldodan görünür ki, həmin tarixə olan borc 30.204,86 manat təşkil edir.
6. İddiaçı tərəfindən Cavabdeh İB-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, borc məbləğinin silinməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. 7. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 2022-ci il 9 sentyabr tarixli arayışdan görünür ki, Cavabdeh İB sessiyanın tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, həmin sessiyada iştirak etməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh İB-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən artıq hesablanmış 31.000 manat pulun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus istixana Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Təzə sahə 653 ünvanında fəaliyyət göstərir. 202 2-ci ildə cavabdehin nümayəndələri müəssisəyə baxış keçirmiş və iddiaçıya bildirmişdirlər ki, ümumi baxış keçirilir və heç bir problem yoxdur. Bir gün sonra digər nümayəndələr tərəfindən qaz təchizatı dayandırılarkən iddiaçıya məlum olmuşdur ki, müəssisədə quraşdırılmış, öz hesabına aldığı və mülkiyyətində olan G-65 markalı qaz sayğacından düzgün istifadə edilməməsi ilə bağlı akt tərtib olunmuşdur. Sonradan akt iddiaçıya təqdim edildikdə ona məlum olmuşdur ki, bu akt qazdan istifadə qaydalarının pozulması haqqında aktdır. İddiaçı dəfələrlə şifahi etirazını bildirmişdir. İddiaçıya təqdim olunmuş akta görə hesabat aparılaraq 31.000 manat cərimə yazılmışdır. İddiaçı hesabatla razı olmamışdır. Cavabdeh tərəfindən artıq hesabat aparılmış və iddiaçıdan qanunsuz pul tələb edilmişdir.
10. Azərba ycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 2011-ci il 14 mart tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları”nın qeydinə əsasən, hesablanmış qazın dəyərinin ödənilməsi vaxtı istehlakçı tərəfindən qazdan istifadə qaydalarının pozulması aşkar olunan günə qədər ödənilmiş qazın dəyəri nəzərə alınmalıdır, yəni həmin məbləğ hesablanmış dəyərdən çıxılmalıdır. Göstərilən qaydalardan da aydın olur ki, hesablanmış qazın dəyərinin ödənilməsi vaxtı iddiaçı tərəfındən qazdan istifadə qaydalarının pozulması aşkar olunan günə qədər ödənilmiş qazın dəyəri və ya sayğac vasitəsi ilə istifadə edilən qaz həcmi cavabdeh tərəfindən nəzərə alınmalıdı r, yəni həmin məbləğ hesablanmış dəyərdən çıxılmalıdır.
11. Hesablanmış qazın dəyərinin ödənilməsi vaxtı iddiaçı tərəfindən qazdan istifadə qaydalarının pozulması aşkar olunan günə qədər ödənilmiş qazın dəyəri nəzərə alınmadığından, yəni həmin məbləğ hesablanmış dəyərdən çıxılmadığından, həmçinin cavabdeh tərəfindən itirilmiş qazın bərpası üçün hesabat düzgün aparılmadığından cavabdeh yol vermiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfındən ödənilməsini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Qazın dəyəri düzgün hesablanmadığından, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından iddi açı cavabdeh qarşısında məsuliyyət daşımır.
12. İddia tələbinin maddi hüquqi əsası kimi MM-in 448.2-ci maddəsinə istinad olunmuşdur.
13. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 6 dekabr tarixli, e-2-2(113)-5494/2022 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim - Z.Axundova).
14. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə Təzə sahə 653 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə cavabdeh tərəfindən iddiaçının adına **********00653 saylı abonent kodu açılaraq təbii qazla təchiz edilmişdir. Cavabdehin əməkdaşları tərəfindən qeyd edilən qeyri-yaşayış sahəsinə dair 2021-ci il 10 mart tarixli, ******* nömrəli akt tərtib olunmuş və aktda abonentin küçə xəttinin torpaqla təmas hissəsindən sayğacdan kənar əlavə xəttin qaynaq edilərək, rezin boru vasitəsilə istix ananın daxilinə çəkilərək, daxili qaz xəttinə birləşdirilməsi və təbii qazdan qeyri-qanuni istifadə olunması, qazanların isti vəziyyətdə olması, dəymiş ziyanın hesablanması və kənar xəttin ləğv edilməsi qeyd olunmuş və akt abonentin nümayəndəsi tərəfindən imzalanmışdır. Daha sonra itirilmiş qazın bərpası üçün hesabat aparılmış və iddiaçıya dəymiş ziyana görə 30.888 manat borc hesablanmışdır. Bundan sonra tərəflər arasında qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı və 2022-ci il 11 mart tarixli Razılaşma Protokolu (debitor borcun ödənilməsi haqqında) tərtib və təsdiq olunmuşdur.
15. Tərəflər arasında qüvvədə olan Üzləşdirmə aktı və Razılaşma Protokolu ilə silinməsi istənilən borc məbləği iddiaçı tərəfindən etiraf olunmuş və həmin borcdan ödənişlər edilmişdir. Qeyd olunan protokolla i ddiaçı mübahisələndirilən borcla bağlı cavabdehə qarşı heç bir tələb irəli sürməyəcəyinə dair öhdəlik götürmüşdür. Ona görə də tərəflər arasında qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı və 2022-ci il 11 mart tarixli Razılaşma Protokolunun qüvvədə olduğunu nəzərə alaraq məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbi əsassız olmuşdur.
16. Məhkəmə gəldiyi nəticəni MM-in maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
17. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun tam ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 3 may tarixl i, 2-2(103)-358/2023 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, yeni qətnamə qəbul edilmiş, iddia təmin edilərək iddiaçıya **********00653 saylı abonent kodu üzrə hesablanmış 31.000 manat borcun silinməsi cavabdehə həvalə olunmuşdur (sədrlik edən hakim – V.Baxışova, hakimlər – A.Hüseyn və R.Qurbanov).
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən 31.000 manat borc məbləği aktlar əsasında hesablanmış və həmin aktlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamış yoxlama nəticəsində tərtib edilmişdir.
20. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona istinad etmişdir ki, iddiaçı borc üzrə qismən ödəniş etdiyindən, o cü mlədən borcun məbləği barədə üzləşdirmə aktı, razılaşma protokolu imzalamaqla həmin borcu ödəməyi öhdəsinə götürdüyündən borcun silinməsi barədə iddia təmin oluna bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmamışdır. Belə ki, abonent saldosundan göründüyü kimi, iddiaçıya məxsus obyekt istixana olaraq fəaliyyət göstərmişdir.
21. Apellyasiya şikayətində qeyd edilənlərdən də göründüyü kimi, obyektin qaz təchizatının borca görə dayandırılması sahibkara xeyli maddi ziyan dəyməsinə səbəb olacağından iddiaçı qarşı tərəfin təqdim etdiyi razılaşma protokolunu və abonent saldosunda qeyd edilmiş üzləşmə aktını imzalamağa məcbur olmuşdur. Buna görə də, məhkəmə hesab etmişdir ki, iddiaçının təbii inhisar subyekti olan cavabdeh tərəfindən ona qanunun tələblərinə əmə l etmədən hesabladığı borcu hissə-hissə ödəməyi öhdəsinə götürməsi həmin borcun qanuniliyini və əsaslılığını mübahisələndirmək hüququndan məhrum etmədiyindən bu əsasla iddia rədd oluna bilməz.
22. Aktlar əsasında hesablanmış borcun qanuni və əsaslı olduğunu sübut etmə yükü cavabdehin üzərinə düşdüyü halda cavabdeh yoxlamaların sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınması barədə sübut təqdim edə bilmədiyindən, o cümlədən borcla bağlı hesabatın hansı qanun normasına əsasən həyata keçirildiyini əsaslandıra bilmədiyindən məhkəmə hesab etmişdir ki, mübahisələndirilən qətnamə ləğv olunaraq iddia təmin edilməlidir.
23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 2.3, 3.1, 13.1, 13.2, 13.3 və 13.4-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli, 714-İVQ nömrəli Qanununun tətbiqi barədə” 2013-cü il 28 avqust tarixli, 955 nömrəli Fərmanının 4.3-cü bəndinə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4 və 1.5-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.
24. Apellyasiya məhkəməsinin qətnaməsi 2023-cü il 11 may tarixində cavabdehin nümayəndəs inə məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir.
25. Cavabdeh həmin qətnamədən 2023-cü il 10 iyul tarixində kassasiya şikayəti onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
26. MM-in 21.1, 21.2, 1096 və 1097.1-ci maddələrinin, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra - “Qazdan istifadə Qaydaları”) 6.5-ci bəndinin tələbləri pozulmuşdur. Qeyd olunan qanunvericilik normalarına əsasən, başqa şəxsə zərər vurulması mülki vəzifələrin əmələ gəlməsinin əsaslarından hesab olu nur və zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Odur ki, cavabdehin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib olunmuş akt və iş materiallarında olan digər sübutlar iddiaçı tərəfindən cavabdehə vurulmuş zərəri sübut edir. Cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş aktdan və akt tərtib olunarkən çəkilən fotoşəkillərdən də açıqaşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Belə olan halda paylayıcının ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin iddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmaya dair sübutların olmasına baxmayaraq, apellyasiya instansiya məhkəməsi iddia tələbini təmin etmə klə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir.
27. MM-in 354.2-ci maddəsinin tələbi pozulmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarı ilə müəyyən olunanlara riayət edilməmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərkən tərəflər arasında imzalanmış üzləşmə aktı və razılaşma protokolu ilə bağlı qətnaməsində qeyd etmişdir ki iddiaçının təbii inhisar subyekti olan cavabdeh tərəfindən ona qanunun tələblərinə əməl etmədən hesabladığı borcu hissə-hissə ödəməyi öhdəsinə götürməsi həmin borcun qanuniliyi ni və əsaslılığını mübahisələndirmək hüququndan məhrum etmədiyindən bu əsasla iddia rədd oluna bilməz. Bununla bağlı kassator bildirir ki, qeyd olunan razılaşma protokolu hüquqi formasına və məzmununa görə tərəflər arasında imzalanmış əqddir. Bu səbəbdən, həmin əqdin qüvvədə olduğu müddətdə onun yaratdığı hüquqi nəticələr də qüvvədə olmalıdır.
28. Hazırda isə iddiaçı tərəfindən qeyd olunan razılaşma protokolu mübahisələndirilməmiş və həmin razılaşma protokolu məhkəmə tərəfindən də etibarsız hesab edilməmişdir. Odur ki, hazırda qüvvədə olan əqd üzrə iddiaçı tərəfindən götürülmüş öhdəlik üzrə borcun məhkəmə tərəfindən silinməsi qeyd olunan maddi hüquq normalarının tələblərinin də məhkəmə tərəfindən kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Mə cəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel Qərarıda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, MM-in 354.2-ci maddəsinə əsasən, iradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Lakin apellyasiya instansiya məhkəməsi qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə almamış, həmin normaları hazırki işə düzgün tətbiq etməmiş və düzgün olmayan qətnamə qəbul etmişdir. 29. “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinin, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamala rın vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4 və 1.5-ci bəndlərinin tələbləri pozulmuşdur. Məhkəmə qətnamədə borcun silinməsi barədə iddia tələbinin təmin edilməsini “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında“ Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulması ilə əsaslandırmışdır. Məhkəmə qətnamədə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus müəssisədə aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadığı üçün həmin yoxlamanın hər hansı bir hüquqi nəticəsi yoxdur. Kassator bildirir ki, məhkəmə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında“ Azərbaycan Respublikasının Qanununun tələblər inin cavabdeh tərəfindən pozulması barədə səhv qənaətə gəlmişdir. 30. “Qazdan istifadə Qaydaları”nın müvafiq bəndlərinə, tərəflər arasında imzalanmış müqavilənin qeyd olunan bəndlərinin tələblərinə əsasən, cavabdehin əməkdaşları tərəfindən əraziyə baxış keçirilən zaman iddiaçıya məxsus müəssisənin təbii qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə vasitəsilə istifadə etdiyi müəyyən edilmişdir. Cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus müəssisədə hər hansı bir yoxlama aparılmamış, əraziyə baxış keçirilən zaman istehlakçı tərəfindən küçə xəttinə qeyri-qanuni birləşmə vasitəsilə qoşulma faktı aşkar olunmuş və bununla bağlı akt tərtib edilərək fotoşəkilləri çəkilmişdir. Daha sonra isə tərtib olunmuş akt əsasında hesabat aparılaraq qüvvədə olan təbii qazın tarif dəyərinə əsasən cavabde hə vurulmuş ziyanın məbləği müəyyən edilmiş və istehlakçının hesabına əlavə olunmuşdur. Bundan sonra isə tərəflər arasında borca dair üzləşmə aktı, həmçinin də borcun qəbul edilməsi və hissə-hissə ödənilməsinə dair razılaşma protokolu imzalanmışdır.
31. Odur ki, apellyasiya instansiya məhkəməsi əsassız olaraq cavabdehin əməkdaşlarının xidməti əraziyə baxış keçirməsini və aşkar olunmuş faktla bağlı aparılmış hesabatı yoxlama kimi qiymətləndirmiş, cavabdehin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında“ Azərbaycan Respublikasının Qanununun tələblərinin cavabdeh tərəfindən pozulması barədə səhv qənaətə gəlmiş və borcun silinməsi barədə qərar qəbul etmişdir. Kassator bildirir ki, qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizat ı üzrə münasibətlər “Qazdan istifadə Qaydaları” ilə tənzimlənir və Qaydaların 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Cavabdeh tərəfindən Qaydaların 4.1-ci bəndinə uyğun olaraq balans mənsubiyyəti sərhədində quraşdırılmış qaz sayğaclarına baxış keçirilir və qazın alqı-satqısı müqaviləsinin 2.1.6-cı yarımbəndinə uyğun olaraq istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotu aparılır. 32. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən, bu Qanunun tətbiq dairəsi yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyət inin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə şamil edilir. Cavabdehin nümayəndələri tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə daxil olmadan, yalnız “Qazdan istifadə Qaydaları”nın tələblərinə əsasən, xidməti əraziyə və Qaydaların 4.1-ci bəndinə uyğun olaraq balans mənsubiyyəti sərhədində quraşdırılmış qaz sayğaclarına baxış keçirilir. Lakin apellyasiya instansiya məhkəməsi qətnamə qəbul edərkən göstərilən maddi hüquq normalarının tələblərini nəzərə almamış, bununla da pozuntuya yol vermişdir.
33. MPM-in 77-ci maddəsinin tələbi pozulmuşdur. Cavabdeh tərəfindən iddia tələbinin tamamilə əsassız olduğunu sübuta yetirildiyi halda, həmçinin iddiaya etirazla məhkəməyə kifayət qədər mötəbər sübutlar təqdim edilməsinə baxmayaraq apellyasiya i nstansiya məhkəməsi əsas olmadan apellyasiya şikayətini təmin etmişdir. Belə olan halda isə apellyasiya instansiya məhkəməsi prosessual hüquq normasını pozaraq qanunsuz qətnamə qəbul etmişdir.
34. MPM-in 88 və 217-ci maddələrinin tələbləri pozulmuşdur. Apellyasiya instansiya məhkəməsi sübutların faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsi iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus müəssisədə hər hansı bir yoxlama aparılmamış, sadəcə əraziyə baxış keçirilən zaman istehlakçı tərəfindən küçə xəttinə qeyri-qanuni birləş mə vasitəsilə qoşulma faktı aşkar olunmuş və bununla bağlı akt tərtib edilərək fotoşəkilləri çəkilmişdir. Qeyd olunanları məhkəmə nəzərə almamışdır. Bundan əlavə tərəflər arasında borcun qəbuluna və hissə-hissə ödənilməsinə dair razılaşma protokoluna (əqdə) da apellyasiya instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilməmiş və qüvvədə olan əqd üzrə iddiaçı tərəfindən götürülmüş öhdəlik üzrə borcun silinməsinə dair qanunsuz qətnamə qəbul etmişdir. Odur ki, iş materiallarında yer almış və cavabdeh tərəfindən təqdim olunan sübutlar apellyasiya şikayətinin tamamilə əsassız olmasını təsdiq etdiyi halda məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmiş, nəticədə səhv nəticəyə gələrək şikayəti təmin etməklə qanunsuz qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlillə ri
35. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
36. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
37. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
38. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edi b-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ 39. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
2. Qanunun tətbiq dairəsi 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.... 2.3. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. (17 iyun 2022-ci il tarixli 547-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 2.3-cü maddəsinə “su” sözündən sonra “, istilik” sözü əlavə edilmişdir.)” “Maddə
3. Yoxlamaların qanuniliyi 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır....” “ Maddə
13. Yoxlamaların vahid məlumat reyestri 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. 13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. 13.4. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamı ş yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər....”
40. Azərbaycan Respublikası Prezidentinin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-İVQ nömrəli Qanununun tətbiqi barədə” 2013-cü il 28 avqust tarixli, 955 nömrəli Fərmanının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “4.3. həmin Qanunun 13.1-ci, 13.3-cü, 13.4-cü maddələrində, 15.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 16.11-ci, 33.6-cı, 34.1-ci və 34.5-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədli yyə Nazirliyi həyata keçirir; (7 iyul 2023-cü il tarixli 2201 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 4.3-cü bənddən “, 34.1-ci” sözləri çıxarılmışdır.)”
41. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “İ. Ümumi müddəalar... 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. (7 iyul 2023-cü il tarixli 2201 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin ilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bənddə “sahibkarlıq fəaliyyəti subyektlərində” sözləri “yoxlama obyektlərində” sözləri ilə əvəz edilmişdir.) 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız R eyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur....”
42. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 3 may tarixli, 2-2(103)-358/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
44. Məhkəmə kollegiyası iş üzrə apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və ilkin olaraq qeyd edir ki, iddiaçı tərəfindən mübahisələndirilən 31.000 manat borc məbləği aktlar əsasında hesablanmış və həmin aktlar sahibk arlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamış yoxlama nəticəsində tərtib edilmişdir. Belə olan halda, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Qaz təchizatı sahəsində təbii inhisarçı mövqeyə malik hüquqi şəxs olan cavabdeh mübahisəli yoxlama barədə məlumatları Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə verməmiş, bu yoxlama tədbirini əvvəlcədən yoxlamaların vahid məlumat reyestrində qeydə aldırmamışdır.
45. Aktlar əsasında hesablanmış borcun qanuni və əsaslı olduğunu sübut etmə yükü cavabdehin üzərinə düşdüyü halda cavabdeh yoxlamaların sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınması barədə sübut təqdim edə bilmədiyindən apellyasiya instansiya məhkəmə si iddianı təmin etməkdə haqlı olmuşdur.
46. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, cavabdeh sahibkarlıq subyekti ilə bağlı hər hansı yoxlama aparılmadığını bildirsə də, onun əməkdaşları tərəfindən iddiaçının istifadəsində olan obyektə baxış keçirilmiş, baxış zamanı qanun pozuntusunun aşkarlanması barədə akt tərtib olunmuş, nəticədə dəymiş ziyan hesablanmışdır. Bütün bunlar isə o deməkdir ki, mübahisəli baxış birbaşa “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinin təsir dairəsinə düşür. Qanun yoxlamanın nəticəsində akt tərtib olunmaması və sanksiyalar tətbiq edilməməsi halında belə hər növdən olan müayinə, moni torinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd və baxışın yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparıla bilməyəcəyini açıq bəyan etmişdir. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Eyni tələb Əsasnamənin 1.4-cü bəndində əks olunmuş və bu tələb həm də Əsasnamə ilə “habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər” kimi cavabdehə aid edilmişdir.
47. Qaz sayğacının balans mənsubiyyəti sərhədində quraşdırılmış qurğu olması və sahibkarlıq subyekti ərazisinə daxil olmamasına dair kassasiya şikayətinin dəlili ilə ba ğlı kollegiya qeyd edir ki, MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla yanaşı, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, cavabdehin aşağı instansiya məhkəmələrində müvafiq sübutlarını təqdim etmək imkanı olmuşdur. Lakin cavabdeh bu hüququndan istifadə etməmiş, balans mənsubiyyətinə dair dəlilini kassasiya şikayətində qeyd etmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxladığı üçün, cava bdeh müvafiq sübutlarını aşağı instansiya məhkəmələrinə təqdim etməli olduğu halda, həmin sübutları təqdim etmədiyinə görə onun yuxarıda qeyd edilən dəlili apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil.
48. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
49. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 3 may tarixli, 2-2(103)-358/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 3 may tarixli, 2-2(103)-358/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.