Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-464/2019 29.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi X1 Hüseynov (sədrlik edən, məruzəçi), hakimlər Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, Vahid Süleyman oğlu Rizvanovun katibliyi, iddiaçı Birliyin vəkili X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 12 iyun 2019-cu il tarixli qətnaməsindən cavabdeh Kiçik Müəssisə tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN E TDİ 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.Əhmədov; iş No 2-2(81)-386/2018) iddia tələbinin təmin edilməsi; istifadə olunmuş təbii qaza görə yaranmış 28.806,95 manat əsas borc məbləğinin və 30 manat məbləğində dövlət rüsumunun cavabdeh Kiçik Müəssisədən tutularaq iddiaçı İstehsalat Birliyinin hesabına ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 iyun 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən Ü.Mayilov, hakimlər M.Tağızadə və K.Abiyeva, iş № 22(103)-264/2019) cavabdeh yanında Bakı şəhəri Kiçik Müəssisə tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 fevral 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qətnamədən cavabdeh Kiçik Müəssisə kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadə olunmuş təbii qaza görə yaranmış 28.806,95 manat əsas borc məbləğinin və 30 manat məbləğində dövlət rüsumunun cavabdeh Kiçik Müəssisədən tutularaq iddiaçı İstehsalat Birliyinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırkı iş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Kiçik Müəssisəs Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 iyun 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, məhkəmə kollegiyasından həmin qətnamənin ləğv edlməsi, işin yenid ən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tətbiqi zamanı qanun pozuntusuna yol vermiş, nəticədə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. KASSASİYA ŞİKAYƏTİNƏ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlillərinə dair hər hansı yazılı etiraz məhkəmə kollegiyasına təqdim edilməmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasında çıxış edən iddiaçının vəkili E.Əbilov kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 avqust 2019-cu il tarixli qətnaməsinin də yişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdeh Kiçik Müəssisənin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, işin materiallarında olan, tərəfər aras ında bağlanmış «Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə» 09 sentyabr 2014-cü il tarixli, 1929-09-14 nömrəli müqavilənin 1-ci maddəsinə əsasən Paylayıcı-iddiaçı İstehsalat Birliyi bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçı-caabdeh Kiçik Müəssisəni keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İşin materiallarında olan iddiaçı İstehsalat Birliyi tərəfindən cavabdeh Kiçik Müəssisəyə göndərilən 23.06.2017-ci il tarixli, 1486 nömrəli «Debitor borcun ödənilməsi» barədə pretenziya məktubuna görə, tərəflər arasında qazın alqı-satqısı barədə bağlanmış müqaviləyə əsasən, X4 Müəssisəni təbii qazla t əchiz etsə də, sonuncu həmin müqaviləni pozmuş və istifadə edilmiş təbii qazın dəyəri tam ödənilmədiyindən 01.06.2017-ci il tarixə 28.806,95 manat debitor borcu yaranmışdır. İşin materiallarında olan cavabdeh Kiçik Müəssisəyə aid “xxxx”na müvafiq olaraq cavabdeh Kiçik Müəssisə tərəfindən iddiaçı İstehsalat Birliyinə 2011-ci il üçün 0,00 manat, 2014-cü il üçün 7.310,00 manat, 2015-ci il üçün 10.140,00 manat, 2016-cı il üçün 0,00 manat, 2017-ci il üçün 0,00 manat ödəniş edilmişdir. Araşdırılan qətnamədən göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək, haqlı olaraq belə hesab etmişdir ki, hazırkı mübahisə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlmişdir, iddiaçı İstehsalat Birliyi satılmış qazın dəyərinin ödənilməməs inə görə 28.806,95 manat pul tələb edir. Cavabdeh Kiçik Müəssisənin tddaçı İstehsalat Birliyinə borcun olmamasını sübuğ edə bilmir. O, öz dəlillərində, qaz sərfiyyatı ilə əlaqədar iddiaçı İstehsalat Birliyi tərəfindən Kiçik Müəssisəyə borc hesablanan dövr ərzində, yəni 2011-ci ildən başlayaraq hazırkı dövrə qədər fəaliyyətlərinin dayandırılması barədə vergi orqanlarına müəyyən edilmiş qaydada arayışlar təqdim olunmasına, həmin vaxtdan Kiçik Müəssisənin hər hansı fəaliyyətinin olmamasını və qazdan istifadə etməməsini bildirsə də, iş üzrə müəyyən olunmuşdur ki, Kiçik Müəssisə həmin dövr ərzində fəaliyətinin dayandırılması ilə əlaqədar qaz təchizatının dayandırılması barədə iddiaçı İstehsalat Birliyinə məlumat verməmiş, əksinə həmin dövr ərzində istifadə olunmuş qazın dəyəri kimi 2014-cü il üçün 7.310,00 manat, 2015-ci il üçün 10.140,00 manat ödəniş etmişdir. Bu əsaslarla, iddiaçı İstehsalat Birliyinin iddia tələbi əsaslı və qanuni olduğundan 1-ci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edimlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Həmin Məcəllənin 399.1-ci maddəsinə müvafiq olaraq müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 399.4-cu maddəsinə görə, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 443.1-ci maddəsinə uyğun olaraq öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər ş ərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə müvafiq olaraq bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırm alı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə uyğun olaraq tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə görə, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 88-ci maddəsinə uyğun olaraq məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə müvafiq olaraq, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, caabdeh Kiçik Müəssisəninkassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu üçün qəbul edilməməlidir. Kassator şikayətində ona hesablanmış təbii qazdan istifadəyə görə borcun müəssisəyə aid olmamasını, artıq istifadənin onun təqsiri olmadan baş vermiş qaz sızıntısı nəticəsində yarandığını qeyd etsə də, iş üzrə müəyyən edilir ki, müəssisəyə daxil olan təbii qaz onun özü tərəfindən çəkilmiş 1.050 metrlik boru kəməri vasitəsi ilə daxil olur və həmin əmla kın mülkiyyətçisi cavabdeh Kiçik Müəssisə (balansaxlayıcı) olduğundan bu əmlakda hər hansı nasazlığın baş verməsinə görə iddiaçı İstehsalat Birliyi cavabdehlik daşımır. Azərbaycan Respublikası MPM-nin 217 və 220.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 4 saylı 24.11.2005-ci il tarixli qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şə rh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-2(102)-464/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-464/2019
29.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver