Məhkəmə qərarları › İş №2-2(102)-465/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-465/2019

19.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-465/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı “xxxx” ASC-nin Cavabdeh1 ASC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: borc tələbi, üzləşmə aktı 19.11.2019 giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X3 və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı “xxxx” ASC-nin vəkili X1 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin (bundan sonra iddiaçı) Cavabdeh1 ASC-yə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs Cavabdeh1 ASC-nin X6 İdarəsi, bundan sonra üçüncü şəxs) borc tələbinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-316/ 2019 saylı, 18 iyun 2019-cu il qətnaməsindən cavabdehin verdiyi kassasiya şikayətinə baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə işin halları: İddiaçı ilə Cavabdeh1 ASC-nin X6 İdarəsi arasında imzalanmış 05.03.2018-ci il tarixli “Qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktı”na əsasən cavabdehin iddiaçıya 01.03.2018-ci il tarixə 21.029,80 manat borcu olmuşdur, həmin akt iddiaçının və cavabdehin X6 İdarəsinin rəhbərləri və baş mühasibləri tərəfindən imzalanaraq möhürlərlə təsdiq edilmişdir. İddiaçı tərəfindən Cavabdeh1 ASC-nin X6 İdarəsinə ünvanlanmış 16.04.2018-ci il tarixli pretenziyaya əsasən iddiaçı 21.029,80 manat məbləğində borcun ödənilməsini tələb etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ASC-nin X6 İdarəsi ilə aralarında imzalanmış, 5 mart 2018-ci il tarixli “Qarşılıqlı hesablaşmalar haqqında üzləşmə” aktı ilə təsdiqlənmiş 21.029,80 manat borcun və həmin borc üzrə uçot faiz dərəcəsi tətbiq edilməklə hesablanmalı olan müvafiq faiz üzrə məbləğin cavabdehdən tutulub iddiaçının hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə Mülki Məcəlləsinin 882.5-ci maddəsinə əsasən, əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Tərəflər arasında bağlanmış müqavilədə onun müddətinin göstərilməsinə istinad edilərək, cavabdeh tərəfindən öhdəliyin icrasından imtina edilməsi cəhdi də əsassızdır. İddiaçı tərəfindən cavabdehə qeyd olunan borcun ödənilməsi ilə bağlı 16.04.2018-ci il ta rixdə pretenziya məktubu göndərilmişdir. Həmin məktub cavabdeh tərəfindən 20.04.2018-ci il tarixdə rəsmi poçt qəbzinə imza edilməklə qəbul edilmişdir. Amma buna baxmayaraq cavabdeh tərəfindən pretenziyada göstərilən öhdəliklər bu günə kimi yerinə yetirilməmişdir. Tərəflər arasında imzalanmış 5 mart 2018-ci il tarixli “Qarşılıqlı hesablaşmalar haqqında üzləşmə” akt ilə Cavabdeh1 ASC-nin X6 İdarəsinin iddiaçıya 21029,80 manat məbləğində borcunun olması öz təsdiqini tapmışdır. Bu səbəbdən Cavabdeh1 ASC-nin X6 İdarəsi yaranmış borcun ödənilməsi üzrə öhdəliyi öz üzərinə götürmüşdür. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X4, 2-2(81)-1008/2018 saylı iş) 17 dekabr 2018-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiya sının (hakimlər X5məruzəçi, X12 və X2, 2-2(103)-316/2019 saylı iş) 18 iyun 2019-cu il tarixli qətnaməsi iləcavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 dekabr 2018-ci il tarixli qətnaməsi qismən, yəni iddianın “borc üzrə uçot faiz dərəcəsi tətbiq edilməklə hesablanmalı olan müvafiq faiz üzrə məbləğin cavabdehdən tutulub iddiaçının hesabına ödənilməsi hissəsində ləğv edilmiş, iddia həmin hissədə yeni qətnamə çıxarılmaqla təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikasını n Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, “Qətnamə işin baxılması və həll olunması zamanı qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır”. Lakin işə baxan məhkəmə kollegiyası MPM-in yuxarıda göstərilən tələblərini pozmuş, faktlara və sübutlara, təqdim edilmiş hüquqi dəlillərə qətnamə çıxararkən düzgün qiymət verməmiş, öz qətnaməsini qüvvədə olan maddi hüquq normalarına uyğun əsaslandırmamışdır. Bakı Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsini qismən qüvvədə saxlaması əsaslı və qanuni olmamışdır. Birinci instansiya məhkəməsi yol verdiyi pozuntuların məntiqi nəticəsi olaraq faktları düzgün araşdırmamış, sübutlara düzgün qiymət verməmiş, nəticə etibarı ilə qanunsuz və əsassız qətnamə çıxarmışdır. Məhkəmə qətnamə qəbul edərkən 05.03.2018-ci il tarixli “Qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktı”na istinad etmiş, lakin məhkəmə üzləşmə aktında göstərilən məbləğin yəni mübahisəli borc məbləğinin nə vaxt yaranmasını, hansı əsaslara görə yaranmasını araşdırmamış, həmçinin bu barədə hər hansı müqavilə, maliyyə arayışı, qaimə və hesab fakturalar iddiaçı tərəfindən təqdim edilməmişdir. Yuxarıda göstərilənlər bir daha təsdiq edir ki, apellyasiya instansiya məhkəməsi prosessual hüquq normalarını pozmuş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazları nın əsası kimi istinad etdiyi halları sübut etməlidir. tərəflərin izahatı: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 415.3-cü maddəsinə əsasən hazırkı vəziyyətdə işə baxılması mümkün sayılmışdır. əsaslandırıcı hissə: 5 mart 2018-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktında cavabdehin iddiaçıya 1 mart 2018-ci il tarixə 21.029,80 manat borcu olması əksini tapmışdır. Mülki Məcəllənin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz a ralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Həmin Məcəllənin 881.2-ci maddəsinə əsasən, barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur... Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur... (881.3-cü maddə). Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edi lən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir (882.1-ci maddə). Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz (882.2-ci maddə). Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir (882.5-ci maddə). Cavabdeh iddiaçıya borcunu 5 mart 2018-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktı ilə etiraf etmişdir. İddia tələbi də cavabdehin borcu etiraf etdiyi məbləğdə təmin edilmişdir. Cavabdeh kassasiy a şikayətində bildirmişdir ki, məhkəmə qətnamə qəbul edərkən 5 mart 2018-ci il tarixli üzləşmə aktında göstərilən məbləğin nə vaxt yaranmasını, hansı əsaslara görə yaranmasını araşdırmamış, bu barədə hər hansı müqavilə, maliyyə arayışı, qaimə və hesab fakturalar iddiaçı tərəfindən təqdim edilməmişdir. İddiaçının cavabdehdən tələb etdiyi məbləğ cavabdehin imzası və möhürü ilə təsdiq edilən 5 mart 2018-ci il tarixli aktla sübuta yetir. Cavabdeh 5 mart 2018-ci il tarixli aktda olan imza və möhürün ona aid olmaması ilə bağlı mübahisə açmamışdır. Cavabdeh 5 mart 2018-ci ildən sonra həmin məbləğin iddiaçıya ödənilməsi barədə, həmçinin şikayətində qeyd etdiyi kimi, müqavilə, maliyyə arayışı, qaimə və hesab fakturalarla təkzib edilməsi barədə məhkəmələrə sübut təqdim etməmişdir. MPM-in 14.2-ci mad dəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (76.1-ci maddə). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1-ci maddə) Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (88-ci maddə). Cavabdeh etirazının əsası kimi məhkəmələrə hər hansı sübut təqdim etməmiş, apellyasiya instansiyası məhkəməsi prosessual qanunvericiliyin qeyd edilən normalarına əməl edərək işdə olan sübutlara düzgün hüquqi qiymət vermişdir. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilə bilməz. Kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisə olunan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.1 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının2-2(103)-316/2019 saylı, 18 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar