Məhkəmə qərarları › İş №2-2(102)-486/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-486/2022

30.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-486/2022 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdehə qarşı iş üzrə Açar sözlər: qaz sərfiyyatına görə qanunsuz hesablanmış borcun silinməsi 30.08.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin Cavabdehnə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 4 aprel tarixli, 2-2(103)-287/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. MMC (bundan sonra – “iddiaçı”) ilə Cavabdeh (bundan sonra – “cavabdeh”) arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 2018-ci il 1 mart tarixdə bağlanmış AKX-2/910 saylı Müqaviləyə əsasən, paylayıcı cavabdeh ilə istehlakçı iddiaçı arasında olan razılığa görə qazın qiyməti Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən hər 1 m3 üçün 0,20 manat məbləğdə müəyyən edilməklə, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.

2. Bakı Regional Qazın Satışı Departamentinin cavabdehin Baş direktorunun satış və istismar üzrə müavininə ünvanlanmış 2019-cu il 16 dek abr tarixli “Göstəriciyə düzəliş” adlı Xidməti yazı ilə, Xəzər rayonunun xidmət ərazisində yerləşən iddiaçıya məxsus sayğacda 2019-cu il 30 noyabr tarixdə mexaniki göstərici 414.654, elektron göstərici isə təkrar 497.861 kimi qeyd olunduğu və növbəti ayda sayğac elektron göstəricini qeydə aldığına görə yaranan 429.328 m3 fərqin düzəldilməsi üçün göstəriş verilməsi xahiş edilmişdir. 3. 2020-ci il 18 mart tarixli, SS 29/1640-00407 nömrəli “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” akta görə, Xəzər rayonu ərazisində yerləşən xidmət sahəsinin qaz xətti üzrərində quraşdırılmış G400 markalı ********** nömrəli turbin tipli “İtron” qaz sayğacı 2020-ci il 18 fevral tarixdə xətdən çıxarılmış, 2020-ci il 17 mart tarixdə Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında texnik baxış keçirilmiş və aşağıdakılar müəyyən edilmişdir:

1. Sayğacın daxili çirklidir. Sayğacın pərinin dişlərinin hamısı qırılıb, pər fırlanmır. Göstəricilər arasında fərq var; 2. 2020-ci il 16 yanvar - 2020-ci il 16 mart tarixlərini əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=4.20 bar, Pbaza=1.01325, Tbaza=20 dərəcə selsidir. Korreksiya olunmuş maksimal qaz həcmi 1.401 metr3 korreksiya olunmamış qaz həcmi 693 metr3 qeydə alınmışdır. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Tempratur və təzyiq çeviriciləri normaldır. Elektron göstərici Vt mexaniki göstəricidən 626 m3 azdır. Gündəlik arxivə əsasən son sərfiyyat 2020-ci il 4 fevral tarixdə qeydə alınmışdır. Sonrakı tarixlərdə xətdə təzyiq 1.03-4.09 bar civarında dəyişmişdir. Korrektor gövdəyə bərkidilən kranşteyn qırıqdır. 4. 2020- ci il 31 mart tarixdə təsdiq edilmiş ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” akta əsasən, Xəzər rayonu Zirə qəsəbəsi ərazisində yerləşən abonent kodu **********00099 olan iddiaçıya məxsus xidmət sahəsində qaz sayğacının işləmədiyi dövr olan 14 gün üçün 372.136 m3 qaz sərfi və həmin sərfə görə 74.427,20 manat borc hesablanmışdır.

5. EBAİ seriyalı, 635559 saylı, 2020-ci il 10 aprel tarixli elektron qaiməyə əsasən 667.210 m3 qaz sərfinə görə 133.442 manat, EBAS seriyalı, 445097 saylı, 2020-ci il 11 noyabr tarixi elektron qaiməyə əsasən 50.520 m3 qaz sərfinə görə 10.104,01 manat məbləğində, EBAT seriyalı, 870448 saylı, 2020-ci il 14 dekabr tarixli elektron qaiməyə əsasən 244.403 m3 qaz sərfinə görə 48.880,60 manat, EBAW seriyalı, 128373 s aylı, 2021-ci il 14 yanvar tarixli elektron qaiməyə əsasən 293.553 m3 qaz sərfinə görə 58.710 manat, EBAX seriyalı, 351280 saylı 2021-ci il 11 fevral tarixli elektron qaiməyə əsasən 75.860 manat, EBAY seriyalı, 983240 saylı elektron qaiməyə əsasən 61.447 manat, EBBA seriyalı, 236555 saylı 2021-ci il 15 aprel tarixli elektron qaiməyə əsasən 259.207 m3 qaz sərfinə görə 51.841 manat məbləğində, EBBB seriyalı, 793233 saylı, 2021-ci il 18 may tarixli elektron qaiməyə əsasən 54.457 m3 qaz sərfinə görə 10.891,41 manat, EBBC seriyalı, 844243 saylı, 2021-ci il 7 iyun tarixli elektron qaiməyə əsasən 9000 m3 qaz sərfinə görə 1,80 manat məbləğində iddiaçıya təbii qazdan istifadəyə görə borc hesablanmışdır. 6. 2020-ci il 6 oktyabr tarixli ödəmə tapşırığına əsasən iddiaçının 2020-ci il 31 may tarixə b orc məbləği 160.792,02 manat təşkil etmişdir.

7. İddiaçı tərəfindən 2020-ci il 7 avqust tarixdə cavabdehə pretenziya göndərilərək qanunsuz hesablanmış 160.792,02 manat borcun 5 gün müddətində silinməsi xahiş olunmuş, əks təqdirdə bununla bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı 2020-ci il 28 avqust tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək istehlak edilmiş təbii qaza görə qanunsuz hesablanmış 160.792,02 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddia tələbi bununla əsaslandırılmışdır ki, tərəflər arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavi lə imzalanmış, iddiaçı tərəfindən müqavilə imzalanan tarixdən hazırkı dövrə qədər istifadə edilmiş təbii qazın dəyəri tam olaraq cavabdehin hesabına ödənilmişdir. 2020-ci il 17 yanvar tarixdə cavabdeh tərəfindən iddiaçıya istehlak olunmuş təbii qaza görə 160.792,02 manat debitor borcun yarandığı barədə məktub göndərilmiş, lakin məktubda borcun hansı əsaslarla 160.792,02 manat olduğu əsaslandırılmamışdır. Borcun bu həddə qalxması və bu məbləğdə borcun düzgün hesablanmaması ilkin mərhələdə 2019-cu ilin dekabr ayına təsadüf etmişdir. Belə ki, 2019-cu ilin oktyabr ayında cəmiyyətə aid olan təsərrüfat sahəsində təbii qazın ümumi sərfiyyatı 87.086 metr3, noyabr ayında 249.179 metr, dekabr ayında isə 712.318 metr3 qeyd edilmişdir ki, dekabr ayında olan sərfiyyatla bağlı cavabdehə dəfələrcə müraci ət edilsə də, müraciətlərə məhəl qoyulmamışdır. Müqayisə üçün əvvəlki 2018-ci ilin oktyabr ayında qeyd edilən ərazi üzrə təbii qazın ümumi sərfiyyatı 65.621 metr3, noyabr ayı üzrə 241.878 metr3, dekabr ayı üzrə 85.100 metr3 təşkil etmişdir ki, illər üzrə ayların sərfiyyatı təhlil edilən zaman 2019-cu ilin dekabr ayında hesablanmış 142.463,6metr3 təbii qaz sərfiyyatı özü ilə bərabər suallar yaratmışdır.

10. İddiaçı tərəfindən bununla bağlı cavabdehə müraciət ünvanlanmış, artıq hesablanmış sərfiyyatla bağlı araşdırma aparılması istənmişdir. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən 2019-cu il 16 dekabr tarixdə cavabdehə xidməti yazı ünvanlanmış, həmin xidməti yazıda Xəzər rayonunun xidmət ərazisində yerləşən iddiaçı 2019-cu il 30 noyabr tarixdə mexaniki göstərici 414.654 metr3 elekt ron göstərici təkrar 497.861 metr3 kimi qeydə alınmış, növbəti ayda isə sayğac elektron göstəricini qeydə aldığına görə yaranan 429.328 metr3 fərqin düzəldilməsi üçün göstəriş verilməsi xahiş edilmiş, lakin cavabdeh tərəfindən bu müraciətə hər hansı münasibət bildirilməmişdir. Göstərilən 429.328 metr3 olan fərq 2019-cu ilin dekabr ayındakı sərfiyyata əlavə edildiyidən ortaya real olmayan bir məbləğ çıxmışdır. Bu fərq cavabdeh tərəfindən borcla bağlı göndərilmiş məktubda qeyd olunan məbləğin tərkibində yer almışdır. 429.328 metr3 təbii qazın qiyməti hazırda 85.866 manat təşkil edir ki, bu məbləğ də iddia tələbi ilə irəli sürülən 160.792,02 manat pul vəsaitinə daxildir.

11. Bundan başqa, 2020-ci ili fevral ayında cəmiyyətin təbii qaz sərfiyyatı ilə bağlı sayğacına cavabdehin əməkdaşları tərə findən baxış keçirilmiş, “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” 2020-ci il 18 mart tarixli, SS 29/1640-00407 nömrəli akt tərtib edilmişdir. Həmin aktda cavabdehin SOCAR**********31791640X00407 nömrəli 2020-ci il 14 fevral tarixli telefonoqramı əsasında cəmiyyətin qaz xətti üzərində quraşdırılmış qaz sayğacının 2020-ci il 18 fevral tarixdə xətdən çıxarıldığı, 2020-ci il 17 mart tarixdə sayğaca texniki baxış keçirildiyi qeyd olunmuşdur. Bundan sonra, 2020-ci il 31 mart tarixdə təsdiq edilmiş “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” ******* nömrəli akt tərtib edilmiş, həmin akta əsasən sayğacsız olaraq 14 təqvim günü üçün 14 günlük sərfiyyat 372.136 metr3 olaraq hesablanmışdır ki, onun dəyəri də 74.427,20 manat təşkil edir. Bu səbəbdən 2020-c i ilin mart ayı üçün 667.210 metr3 qaz sərfiyyatı hesablanmışdır. Yəni, fevral ayında cəmiyyətin aylıq qaz sərfiyyatı 239.230 metr3 təşkil etdiyi halda, mart ayı üçün sərfiyyat 667.210 metr3 olmuşdur ki, bu sərfiyyata 14 gün üçün sayğacsız olaraq hesablanmış 372.136 metr3 təbii qazın sərfiyyatı da əlavə edilmişdir. Halbuki, fevral ayının mart ayına nisbətən daha soyuq keçdiyi məlumdur. Cəmiyyətin 2019-cu ilin mart ayı üçün hesablanmış aylıq sərfiyyatı 332.012 metr3 təşkil etdiyi halda, bir ildən sonra mart ayı üçün sərfiyyatın 2 dəfədən artıq miqdarda hesablanmasının heç bir əsası olmamışdır. 2020-ci ilin mart ayında 14 təqvim günü üçün hesablanmış 74.427,20 manatlıq qaz sərfiyyatı məbləği də cavabdehin borc barədə məktubunda və üzləşdirmə aktında qeyd edilmiş məbləğin tərkibində olmuşdur.

12. Beləliklə, cavabdeh tərəfindən hesablanmış olan 160.792,02 manatlıq məbləğ iki qanuni əsası olmayan mənbədən yaranmışdır. Bunlardan birincisi 2019-cu ilin dekabr ayı üçün hesablanmış 712.318 metr3 qaz sərfiyyatıdır ki, bununla bağlı yaranan 429.328 metr3 fərqin düzəldilməməsi səbəbindən 2019-cu ilin dekabr ayı üçün aylıq sərfiyyat real sərfiyyatdan təxminən 3 dəfə artıq bir rəqəmlə hesablanmışdır. İkincisi isə 2020-ci ilin mart ayında 14 təqvim günü üçün sayğacsız olaraq real sərfiyyatdan uzaq bir rəqəmin hesablanaraq cəmiyyətin mart ayında istifadə etdiyi təbii qaza görə borcunun şişirdilməsinə səbəb olmuşdur.

13. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - “MM”) 400-cü, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanunun un 5-ci, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13.4-cü maddələrinə istinad olunmaqla əsaslandırılmışdır.

14. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim olunmamışdır.

15. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 1 noyabr tarixli, e-2-2(113)-202/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən iddiaçıya istehlak edilmiş təbii qaza görə qanunsuz hesablanmış 160.792,02 manat borcun silinməsi qət olunmuşdur (hakim – F.Qasımov).

16. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, abonentin saldosu nəzərdən keçirilərkən həqiqətən də mexaniki göstəricinin 414.654, elektron göstəricinin isə təkrar 497.861 kimi qeyd olunduğu və növbəti ayda sayğacın elektron göstəricini qeydə aldığına görə 429.328 m3 fərq yarandığı görünmüşdür. Bu xüsusat Bakı Regional Qaz ın Satışı Departamentinin cavabdehə ünvanladığı 2019-cu il 16 dekabr tarixli xidməti yazıda da əksini tapmışdır. Yəni, həmin borcun hesablanmasının qanuni əsası və ya müqavilə əsası olmamışdır. Bu səbəbdən məhkəmə iddianın həmin hissədə təmin olunması üçün əsasların mövcud olması qənaətinə gəlmişdir.

17. Bundan başqa, cavabdeh tərəfindən tərtib olunmuş 2021-ci il 31 mart tarixli, ******* saylı akta əsasən 372.136 metr3 hesablanmış qaz sərfinin məbləği 74.427,20 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra – “Qaydalar”) tələblərinə uyğun olaraq hesablama aparıldıqda müəyyən olunur ki, əvvəlki ay – fevral ayı üçün sərfiyyat 239.230 m3 təşkil etmişdir. Həmin a yın göstəricilərinə əsasən gündəlik sərfiyyat (239230:29=8249) 8249 m3 təşkil edir. Belə olduğu təqdirdə sayğacsız dövr - 14 gün üçün aparılmış hesablama 115.486 m3 olmalı idi. Lakin cavabdeh tərəfindən əsassız olaraq 372.136 metr3 sərfiyyat hesablanmışdır. 2020-ci ilin mart ayının qalan 17 günü üçün hesablamanın hansı əsaslarla aparılması ilə bağlı da məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Saldoda mart ayı üçün ümumilikdə 667.210 m3 qaz sərfiyyatı qeyd olunmuşdur. Həmin rəqəmdən 14 gün üçün əsassız olaraq hesablanmış 372.136 metr3 sərfiyyat çıxıldıqda 17 gün üçün 295.074 m3 sərfiyyat aparıldığı məlum olur. Həmin günlər üçün də hesablama yuxarıda göstərilən qaydada aparılarsa, real rəqəm 140.233 m3 təşkil edir. Digər ayların və əvvəlki illərin göstəricilərinə nəzər saldıqda da 17 g ün ərzində həmin sərfiyyatın olmasının mümkün olmadığı aydın olur. Beləliklə, 2020-ci ilin mart ayı üçün sərfiyyat 255.719 m3 hesablanmalı olduğu halda, əsassız olaraq 667.210 m3, yəni, 411.491 m3 artıq hesablanmışdır. Belə olduğu təqdirdə isə əsassız hesablanmalı və silinməli olan məbləğ 82.298,2 manat təşkil edir.

18. Gəldiyi nəticəni məhkəmə Qaydaların 4.2, 4.8, 4.9, 5.4-cü bəndlərinə istinad etməklə əsaslandırmışdır.

19. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi ilə bağlı yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 4 aprel tarixli, 2-2(103)-287/2022 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Məmmədov, hakimlər – V.Baxışova və R.Qurbanov).

21. Apellyasiya məhkəməsi bildirmişdir ki, 2019-cu ilin noyabr ayında mexaniki göstərici 414.654, elektron göstərici isə təkrar 497.861 kimi qeyd olunsa da, növbəti ayda sayğac elektron göstəricini (1.210.179) qeydə aldığına görə 429.328 metr3 fərq yaranmışdır. Bu səbəbdən, cavabdeh 429.328 metr3 əlavə fərq yaranan qazın dəyəri olan 85.866 manat borcun Qaydalara istinadən hesab təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı olmamışdır.

22. Bundan başqa, qaz təhcizatı sahəsində təbii inhisarçı mövqeyə malik hüquqi şəxs olan cavabdeh (onun əməkdaşları) tərəfindən 2020-ci il 18 fevral tarixdə idd iaçıya məxsus qaz sayğacına baxış keçirilmiş, baxış zamanı sayğac xətdən çıxarılaraq, laboratoriya müayinəsinə göndərilmiş, bundan sonra isə sonuncuya 2020-ci il 31 mart tarixli aktla 14 günə görə 74.427,20 manat məbləğdə sərfiyyat hesablanmışdır. Bununla da, mübahisəli baxış birbaşa “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun təsir dairəsinə düşmüşdür. Belə ki, Qanun yoxlamanın nəticəsində akt tərtib edilməməsi və sanksiyalar tətbiq edilməməsi halında belə hər növdən olan müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd və baxışın yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparıla bilməyəcəyini açıq bəyan etmişdir. Həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri də tətbiq edilə bilməz.

23. Məhkəmə kollegiyası iddia tələbinin ikinci hissəsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və əlavə olaraq bildirmişdir ki, Qaydalara görə qaz sayğacı qaz paylayıcısı tərəfindən çıxarıldıqda sayğacın olmadığı müddət ərzində istifadə edilmiş qazın dəyərinin sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılması tələbi nəzərə a lınmaqla, iddiaçıya məxsus abonentin saldosundan aydın olduğu kimi, sayğacın çıxarıldığı 2020-ci ilin mart ayından əvvəlki fevral ayında (bütöv ay ərzində) iddiaçının qaz sərfinin məbləği 47.846 manat olduğu halda, mart ayının 14 günü üçün mübahisəli aktla hesablanan 74.427,20 manat olması əsaslı sayıla bilməzdi. Bu rəqəm xüsusən də həmin məbləğin üstünə mart ayına hesablandığı saldoda qeyd edilən 59.014,80 manatın gəlinməsi ilə ağlabatanlıqdan və inandırıcılıqdan uzaq olmuşdur. Sayğac 2021-ci ilin mart ayında 51.841,40 manatlıq sərfiyyat qeydə almış, yəni sonrakı ilin eyni dövründə də sərfiyyat artıq olmamışdır.

24. Məhkəmə kollegiyası apellyasiya şikayəti iki dəlildən ibarət olduğunu göstərmişdir. Birinci dəlil iddiaçıya 2019-cu ilin dekabr ayında hesablanmış borc məbləğinin qaz sayğacın ın göstəricilərinə əsasən müəyyən edilərək iddiaçının qaz hesabına işlənməsindən, ikinci dəlil isə iddiaçıya 2020-ci ilin mart ayında 14 gün üçün 115.486 metr3 qaz həcmi hesablanmalı olduğu halda, 372.136 metr3 hesablansa da, məhkəmənin 2020ci ilin mart ayında müəyyən edilmiş məbləğin hamısının silinməsini qət etməsindən ibarət olmuşdur. Apellyasiya məhkəməsi şikayətin birinci dəlilinə münasibətdə bildirmişdir ki, 2019-cu ilin dekabr ayında hesablanmış borc məbləği qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilərək, iddiaçının qaz hesabına işlənsə də, həmin əlavə fərqin yanlış hesablanması saldodan aşkar görünməklə yanaşı, cavabdehin buna bilavasitə səlahiyyətli olan qurumu Bakı Regional Qazın Satışı Departamenti tərəfindən etiraf edilmiş və bu səhvin aradan qaldırılması üçün müvafiq hərəkətlər edilmişdir.

25. Şikayətin ikinci dəlilinə münasibətdə qeyd olunmuşdur ki, cavabdeh bu dəlilin özündə də 2020-ci ilin mart ayında 14 gün üçün 372.136 metr3 qaz həcminin hesablana bilməməsini qəbul etmişdir. Digər tərəfdən, cavabdehin də qəbul etdiyi 115.486 metr3 qaz həcmi də daxil olmaqla qanunsuz hesablanmış məbləğin silinməsinə dair tələbin bu hissəsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanuna uyğundur. Bundan başqa, əgər sayğacsız dövr üçün hesablama qanunvericiliyə əsasən əvvəlki ayın gündəlik sərfinə uyğun aparılmalı idisə, o halda sayğacsız dövrün 14 gününə görə hesablanan məbləğ əvvəlki ayın 30 gününə hesablanan məbləğdən təqribən üçdə birindən çox ola bilməzdi. Həmçinin, saldoda eyni dövrə görə 59. 014,80 manatlıq sərfiyyat göstərildiyi, habelə iddiaçı tərəfindən 2020-ci ilin mart ayında 47.846 manat, aprel ayında 70.000 manat ödəniş edildiyi nəzərə alındıqda, birinci instansiya məhkəməsinin 2020-ci ilin mart ayının mübahisəli 14 günündə sərf edilmiş qaz həcmi məbləğinin hamısını silmədiyi, başqa sözlə, qanunsuz hesablandığı məhkəmə araşdırması ilə sübuta yetirilən 74.427 manat məbləğdə borcun düzgün olaraq sildiyi öz təsdiqini tapmış olur.

26. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.1, 2.3, 3.1, 13.1, 13.2, 13.3, 13.4-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarlar ın maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-İVQ nömrəli Qanunun tətbiqi barədə” 2013-cü il 28 avqust tarixli, 955 nömrəli Fərmanının 4.3-cü bəndinə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5-ci, Qaydaların 2.10, 5.2, 5.4, 5.5-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

27. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 9 aprel tarixdə iş üzrə tərəflərə göndərilmiş, həmçinin həmin tarixdə tərəflərə və onların nümayəndələrinə məxsus şəxsi elektr on kabinetlərdə yerləşdirilmişdir.

28. Cavabdeh qətnamədən iddiaçı 2022-ci il 23 may tarixdə kassasiya şikayəti verərək, onun ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

29. Qaydaların 1.3, 3.3, 4.1, 4.8-ci maddələrinin tələbləri pozulmuşdur. Qaydalara əsasən, qaz sayğacına görə məsuliyyət bütövlükdə hüquqi şəxsin üzərinə qoyulmuş, məhkəmə göstərilən tələbi nəzərə almamışdır.

30. Qaydaların 5.2-ci bəndinin tələbi pozulmuşdur. İddiaçıya 2019-cu ilin dekabr ayında hesablanmış borc məbləği qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilərək iddiaçının qaz hesabına işlənmişdir. İddiaçının istismarında olan qaz sayğacının işləmədiyi i şin mübahisəsiz halıdır və iddiaçıya 2020-ci ilin mart ayında 14 gün üçün 115.486 metr3 (əvvəlki ay – fevral ayı üçün sərfiyyat 239.230 metr3) təşkil etmişdir. Həmin ayın göstəricilərinə əsasən gündəlik sərfiyyat (239.230/29=8249) 8249 metr3 təşkil edir. Belə olduğu təqdirdə sayğacsız dövr – 14 gün üçün 115.486 metr3 qaz həcmi hesablanmalı olduğu halda, 372.136 metr3 hesablanmışdır. Buna baxmayaraq, məhkəmə 2020-ci ilin mart ayında müəyyən edilmiş məbləğin hamısının silinməsini qət etmişdir. Belə olduqda, məhkəmə sayğacsız dövr üçün faktiki istifadə edilmiş qaza görə yaranmış qaz borcunu da silmişdir.

31. MPM-in 88-ci maddəsinin tələbi pozulmuşdur. Cavabdeh tərəfindən belə bir məktubun mövcud olmadığı qeyd olunsa da, aşağı instansiya məhkəmələri üzərində sadəcə tarix olan, imzasız və möh ürsüz, Bakı Regional Qazın Satışı Departamenti tərəfindən cavabdehə göndərilməsi fərz olunan məktuba istinad etmişdir. Həmçinin, cavabdeh hər ayın ilk 10 günlüyündə əvvəlki ayın sayğac göstəricilərinə əsasən müvafiq hesablaşmalar aparır. 2019-cu il 16 dekabr tarixli məktuba əsasən dekabr ayı bitmədən BRQSD tərəfindən cavabdehə məktubun göndərilməsi ağlabatan hesab edilə bilməz. Ayın ortasında belə bir məktub göndərilmiş olsaydı, bu 2019-cu ilin noyabr ayı üçün nəzərdə tutulan uyğunsuzluq olmalı idi. İddiaçı isə dekab ayını bütövlükdə mübahisələndirmişdir ki, ay sona çatmamış, hesabatlar tam icra edilməmiş belə bir müraciət ola bilməzdi.

32. MPM-in 217, 220.4-cü maddələrinin tələbləri pozulmuşdur. Apellyasiya məhkəməsinin qətnaməsində istinad olunan akt qaz sayğacının çıxarılması, quraşdırı lması və istismara qəbulu haqqında olmuşdur. Tərtib olunmuş aktın tərəflər üçün yaratdığı hüquqi nəticə sayğacın çıxarılması və ya müvəqqəti əvəzlənməsi halının təsdiqidir. Tələbə əsasən həmin aktda edilmiş dəyişikliyin etibarsız hesab edilməsi halında faktiki sərf olunmuş və dəyəri ödənilmiş borc məbləği də silinmiş olacaqdır. Apellyasiya məhkəməsi məhz akta edilmiş düzəlişə əsaslansa da, mübahisə doğurmayan və iddiaçının məlumatı olan (təbii qaza görə yaranmış borc barədə elektron bildirişlər hər ayın 10-a kimi istehlakçıya təqdim olunur və saldoya daxil edilir) abonent saldosunda öz əksini tapmış dəlillərə qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, cavabdeh aşağı instansiya məhkəmələri nin istinad etdiyi xidməti məktubun mövcudluğunu mübahisələndirsə də, 2021-ci il 20 may tarixli qərardad əsasında belə bir məktubun mövcud olmadığına dair müvafiq cavabını və sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, cavabdeh göstərilən məktubun mövcudluğunu apellyasiya şikayətində mübahisələndirməmiş, bu barədə hazırda kassasiya şikayətində qeyd etmişdir. Həmçinin, cavabdeh apellyasiya şikayətində göstərdiyi, qaz sayğacına görə məsuliyyətin hüquqi şəxsin üzərinə düşməsinə dair dəlilini kassasiya şikayətində də təkrarlamış və kassasiya şikayətində birinci instansiya məhkəməsinin göstərilən hala düzgün qiymət vermədiyini bildirmişdir. Halbuki, kassasiya şikayəti ilə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin mübahisələndirilməsi əsassız olmuşdur.

34. Cavabdeh tərəfindən yeni quraşdırılan sayğacda 2021-ci ilin mart ayında - yəni 2020-ci ilin mart ayında hesablanmış 667.210 metr3 qaz həcmi ilə müqayisədə təxminən 3 dəfə daha az 259.207 metr3 (51.841,40 manat) qaz sərfiyyatı hesablanmışdır. Bu isə, bundan bir il əvvəl – 2020-ci ilin mart ayında aparılmış hesablamanın qanunsuzluğuna və əsassızlığına dəlalət edir. Bundan başqa, aşağı instansiya məhkəmələrinin qətnamələrində 2020-ci ilin mart ayında həmin ay üçün hesablanmış vəsaitin tam şəkildə silinməsi qeyd olunmamışdır. Sadəcə, sayğacın olmadığı 14 gün üçün aparılan hesablamanın düzgün aparılmadığı, düzgün hesablama nəticəsində yaranmış olan fərqin silinməsi aparılmışdır. Belə ki, ümumilikdə silinmiş 160.792,02 manatlıq borc məbləğinin yaranmasının iki mənbəyi mövcud olmuş və hər ikisinin düzgün olmadığı ö z təsdiqini tapmışdır. Göstərilənlər, xidməti məktubla yaranmış olan fərqin silinməsinə dair tapşırığın icra edilməməsi və sayğac çıxarıldıqdan 14 gün üçün aparılan hesablamanın düzgün olmamasında ehtiva olunmuşdur. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

35. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin verildiyi gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

36. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələbləri baxımından yoxlanılacaqdır.

37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ 38. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun “ M a d d ə

2. Qanunun tətbiq dairəsi 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müay inələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.... 2.3. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.” “ M a d d ə

3. Yoxlamaların qanuniliyi 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır....” “M a d d ə

13. Yoxlamaların vahid məlumat reyestri 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövrili yi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. 13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. 13.4. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər.” 39. ““Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-İVQ nömrəli Qanunun tətbiqi barədə” 2013-cü il 28 avqust tarixli, 955 nömrəli Fərmanının 4.3 “...

4. Müəyyən edilsin ki: 4.3. həmin Qanunun 13.1-ci, 13.3-cü, 13.4-cü maddələrində, 15.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 16.11-ci, 33.6-cı, 34.1-ci və 34.5ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;...”

40. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin “İ. Ümumi müddəalar... 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keç irildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 1.5-1. Bu Əsasnamənin müddəaları cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. 1.5-2. Enerji, su, istilik, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı aparılan yoxl amalara bu Əsasnamənin 3.2.3cü, 3.3.6-cı, 3.3.7-ci, 3.4.4-cü, 3.4.9-cu, 3.4.10-cu, 3.4.12-ci, 3.4.15-ci, 5.1.7-ci, 5.1.8-ci, 5.1.9-cu və 5.1.13-cü yarımbəndləri şamil edilmir....”

41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “2. Qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması, istismara qəbulu və istismarı... 2.10. Sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir....” “4. Qaz sayğaclarının quraşdırılması və istismarı... 4.2. Məişət qaz qurğ ularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.... 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcıs ı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir....” “5. Qazın dəyərinin ödəmə şərtləri... 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sa yğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.... 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakç ıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir....”

42. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarını n əsası kimi istinad etdiyi halları sübut etməlidir.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

43. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

44. Kasasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kasasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

45. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

46. Məhkəmə kollegiyası kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarınının pozulması ilə qəbul olunması ilə bağlı qeyd edir ki, şikayətin dəlilləri əsassızdır və qanuni qətnamənin ləğv olunmasına əsas ola bilməz.

47. İşin hallarında göründüyü kimi, tərəflər arasında qazın alğı-satqısına dair 2018-ci il 1 mart tarixli, AKX-2/910 saylı müqaviləyə əsasən qazın qiyməti Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən hər 1 m3 üçün 0,20 manat məbləğdə müəyyən edilmişdir. 48. 2020-ci il 6 oktyabr tarixli ödəmə tapşırığına əsasən iddiaçının 2020-ci il 31 may tarixə borc məbləği 160.792,02 manat təşkil etmişdir.

49. İş materiallarından görünür ki, fevral ayı üçün hesablanan sərfiyyat 239.230 m3 təşkil etmişdir. Həmin ayın göstəricilərinə əsasən gündəlik sərfiyyat 8.249 m3 təşkil edir. Belə olduğu təqdirdə sayğacsız dövr 14 gün üçün sərfiyyat 115.486 m3 olduğu halda, bu rəqəm 372.136 m3 hesablanmışdır.

50. Bundan başqa 2020-ci il 31 mart tarixdə təsdiq edilmiş ******* nömrəli akta əsasən qaz sayğacının işlədiyi dövr olan 14 gün üçün 74.427,20 manat borc məbləği hesablanmışdır. 2020-ci ilin mart-aprel ayları üçün iddiaçı tərəfindən cavabdehə 117.846 manat məbləğində pul vəsaiti ödənilmişdir. Belə olan halda cavabdeh tərəfindən iddiaçıya hesablanan 74.427,20 manat məbləğində vəsaitinin silinməsinə dair gəlinən nəticə düzgün olmuşdur.

51. Məhkəmə kollegiyası qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarında aşağıdakılar nəzərdə tutulmu şdur: - 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; - 2.3-ci maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; - 3.2.-ci maddəsinə əsasən, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktlar ın tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

52. Sadalanmış müddəaların mənasından bəlli olur ki, xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan qurum tərəfindən müəyyən edilmiş qaydada yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamaqla apardığı yoxlamalar nəticəsində qanun pozuntusu müəyyən edilsə belə, onların hüquqi nəticəsi əhəmiyyətsizdir və bu vəziyyətdə məsuliyyət tədbirləri tətbiq oluna bilməz.

53. Tə rəflər arasında qazın alqı-satqısı barədə müqavilə münasibətləri yaranmış və həmin müqavilə üzrə tərəf olan cavabdeh qazdan istifadə ilə bağlı inhisarçı mövqe tutan hüquqi şəxs olduğundan, müqavilə şərtlərinin yerinə yetirilməsi ilə bağlı apardığı yoxlamalarla, baxışlarla bağlı istinad edilmiş qanunun müddəalarının tələblərinə riayət etməli idi. Təbii inhisarçı barəsində bu cür davranış “Qazdan istifadə qaydaları”nın 2.10-cu bəndinin müəyyənləşdirdiyi tələbdir.

54. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi qanunvericiliyin yuxarıda əks olunmuş müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmişdir.

55. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərə findən verilmiş kassasiya şikayətində göstərilən digər dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 4 aprel tarixli, 2-2(103)-287/2022 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

56. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

57. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 4 aprel tarixli, 2-2(103)-287/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar