Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-491/2023 01.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: qaz sərfiyyatına görə borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə hakimlər Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı hesablanmış borcun ödənilməsi tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 aprel tarixli, 2-2(106)33/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLA Rİ
1. İşdə olan tərəflər arasında 2019-cu il 26 fevral tarixli AMX-306/19 saylı Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi Sabirabad rayonu Qaralar kəndində qeydiyyatda Cavabdeh arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən paylayıcı həmin müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.
2. İşdə olan abonent saldosundan görünür ki, verilən qaz xətti üzrə abonent kodu **********00064 olan Cavabdeh qeydiyyata alınmış, ünvan 1i ünvanında qaz sayğacı quraşdırılmışdır.
3. İddiaçı cavabdehə borcunu ödəməsinə dair 2021-ci il 10 noybr tarixdə pretenziya məktubu göndərərək, ona məxs us qeyri-yaşayış sahəsində təbii qazdan istifadəyə görə 2022-ci il 1 yanvar tarixə yaranmış 25.959,20 manat məbləğində borcunun 3 gün müddətində İddiaçı hesabına ödənilməsinin təmin edilməsi təklif edilmiş, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdeh xəbərdar edilmişdir.
4. İşdə olan Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X1 Şirvan filialının 2022-ci il 14 noyabr tarixli mütəxəssis rəyinə əsasən təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, ünvan 1ində yerləşən Cavabdeh məxsus istixanada təbii qazdan istifadə olunması üçün qaz paylayıcısı ilə istehlakçı arasında 2019-cu il 26 fevral tarixli AMX306/19 nömrəli qazın alqı-satqısı müqaviləsi bağlanılmışdır. İstixananın qaz təchizatı sayğacla müəyyən olunmuş borcun ödənilməməsi səbəbindən 2020-ci il 28 yanvar tarixindən 2021-ci il 12 iyul tarixinədək müxtəlif vaxtlarda qapayıcı plomb vasitəsilə 4 dəfə dayandırılmışdır. Belə ki, 2020-ci il 25 dekabr tarixində 54/1415 nömrəli akt tərtib olunaraq istixananın qaz xəttinin üzərindəki bağlayıcıya 20055281 nömrəli plomb vurulmaqla qaz təchizatı dayandırılmışdır. Aktda G160 markalı 21780376 nömrəli qaz sayğacının mexaniki göstəricisi 156917 m3, elektron göstəricisi 164689 m3 dayandırılma səbəbi razılaşma protokoluna əsasən müəyyən olunmuş sərfiyyatdan əlavə olaraq 1500 manat məbləği ödəmədiyi qeyd olunmuşdur. İstixananın qaz təchizatı 2021-ci il 12 iyul tarixində növbəti dəfə qaynaq vasitəsilə dayandırılmış, 54/283 nömrəli akt tərtib olunmuşdur. Aktda qazın dayandırılma səbəbi 32188,8 manat borc məbləğinin ödənilməməsi, istixananın qaz xə ttinin üzərində quraşdırılmış G160 markalı 21780376 nömrəli qaz sayğacının mexaniki göstəricisi 217760 m3, elektron göstəricisi 238794 m3 qeyd olunmuşdur. Azəriqaz İB-nin 2022-ci il 21 iyun tarixli 01553 nömrəli müraciətinə əsasən Cavabdeh məxsus istixananın qaz xəttinin üzərində quraşdırılmış G160 markalı rotor tipli 21780376 nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına aparılması məqsədilə çıxarılmış, 2022-ci il 5 iyul tarixli ******* nömrəli akt tərtib olunmuşdur. Aktda qaz sayğacının mexaniki göstəricisi 217759 m3, elektron göstəricisi 238795 m3, eləcə də, korrektorun (sayğacın elektron hissəsinin) nömrəsi (1********), sayğacın üzərindəki flyansdan, eləcə də, termoyuvadan çıxarılan plombların nömrələri qeyd olunmuşdur. Qaz xəttinin üzərində müvəqqəti qaz sayğacı quraşdırılmamı ş və qaz təminatı bərpa olunmamışdır. Bundan sonra G160 markalı qaz sayğacına İddiaçı İB-nin Metrologiya Departamenti tərəfindən 2022-ci il 10 avqust tarixli SS 29/1640-01553-5 nömrəli akta əsasən laboratoriyada texniki baxış keçirilmiş, aktda sayğacın daxilinin çirkli olduğu, implus ötürücüsünün daxildə olduğu, hesablama mexanizminin işlədiyi, sonuncu rəqəminin diyircəyinin sıçrayışla işlədiyi, termoyatağın gövdənin üzərində aşkar olunmadığı qeyd olunmuşdur. Həmçinin aktda 2021-ci il 25 oktyabr tarixindən 2022-ci il 5 iyul tarixinədək olan dövrdə saatlıq arxivə əsasən maksimal mütləq təzyiqin P=1,03 bar olduğu və qaz həcminin qeydə alınmadığı qeyd olunmuşdur. Yoxlamanın nəticəsi olaraq, minimal sərfiyyatda sayğacın xətasının normaya uyğun olmadığı, batareya və təzyiq çeviricisinin tələb o lunduğu barədə qərar verilmişdir. Abonent saldosuna əsasən 2021-ci il 1 yanvar tarixinə istixananın qaz sayğacının mexaniki göstəricisi 156917 m3, elektron göstəricisi 164689 m3 və borc məbləğinin isə 17367,8 manat olduğu müəyyən olunur. Borcdan 6229,2 manat məbləği akta əsasən yaranmışdır. 2021-ci il 1 yanvar tarixindən 2021-ci il 1 iyun tarixinədək G160 tipli qaz sayğacının göstəricilərinin saldoya təkrar daxil edildiyi, iyun ayında isə sayğac göstəricilərinin oxunduğu, mexaniki göstəricinin 217759 m3, elektron göstəricinin 238795 m3 və qaz sərfiyyatınin 74105 m3 məlum olmuşdur. Bu qaz sərfiyyatı barədə 2021-ci il 30 iyun tarixli 146 nömrəli sərfiyyat aktı abonentə təqdim olunmuşdur. Sayğac göstəricilərinin fərqi 74105 m3 dəyəri 14821 manat məbləği saldoya daxil edilmiş və 2021-ci il 3 0 iyun tarixinə 32188,8 manat ümumi borc məbləği yaranmışdır. Saldoda 2022-ci ilin dekabr ayında bu borcdan 6229,6 manat məbləğin ödənildiyi və ya silindiyi görünür. Yekun olaraq, qaz təchizatının dayandırılması barədə tərtib olunmuş 2021-ci il 12 iyul tarixli 54/283 nömrəli aktdan, qaz sayğacının çıxarılması barədə 2022-ci il 5 iyul tarixli ******* nömrəli aktdan, qaz sayğacının laboratoriyada yoxlanılması zamanı tərtib olunmuş 2022-ci il 10 avqust tarixli SS 29/1640-01553-5 nömrəli aktdan və 2021-ci il 30 iyun tarixli 146 nömrəli sərfiyyat aktından sayğacın mexaniki göstəricisinin 217759 m3, elektron göstəricisinin 238795 m3 olduğu məlum olur. 11138,2 (17367,8 - 6229,6) manat məbləği sayğacla müəyyən olunmuş sərfiyyatın dəyərinə uyğun yaranmışdır və 14821 manat məbləğinin sayğacla müəyyə n olunduğunu dəqiqləşdirmək üçün elektron hissəsinin (180900197 nömrəli korrektorun) yaddaş arxivi məlumatlarının 2021-ci il 1 yanvar tarixindən 2021-ci il 1 iyul tarixinədək olan dövr üçün (qaz sərfi barədə aylıq, günlük məlumatlar) təqdim olunması məqsədəuyğun hesab edilir. İİ. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı İB (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı, istixanada təbii qazdan istifadəyə görə yaranmış 25.959,2 manat məbləğində əsas borcun, 200 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” AMX-306/19 nömrəli, 2019-cu il 6 fevral tarixli müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq cavabdeh həmin müqavilənin şərtlərini pozaraq ünvan 1ində yerləşən istixanada istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmiş və 2021-ci il 1 noyabr tarixinə iddiaçıya 25959,2 manat məbləğində borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmasına, hesabfaktura təqdim olunmasına və pretenziya göndərilməsinə baxmayaraq o, borcunu ödəməmiş, kreditorla borclu arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin, eləcədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra –“MM”) tələblə rini pozmuşdur. Belə ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı barədə” müqavilənin 3.4cü maddəsinə əsasən hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən bank və poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir.
7. İddiaçı tələbinin maddi hüquqi əsası kimi MM-in 385.1, 442 və 425-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və İstiqsadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” 356 saylı, 2000-ci il 29 iyun tarixli Fərmanına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixl i Qərarına, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.3 və 4.6-cı maddələrinə istinad etmişdir.
8. Cavabdeh iddia ərizəsinə qarşı etiraz verərək bildirmişdir ki, iddia tələbini 11138.20 manat hissəsini qəbul edir, 14.821 manat hissəsini qəbul etmir. O, Sabirabad rayonu ərazisində yerləşən istixanada tərəvəz məhsullarının istehsalı ilə məşğuldur. İstixanada quraşdırılmış qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə edir. İstifadə etdiyi təbii qazın dəyərini həmişə vaxtında ödəmişdir. 2020-ci ilin oktyabr ayında istixanaya qaz açılmışdır. 2020-ci ilin oktyabr-dekabr ayları ərzində 9.687,80 manat dəyərində qazdan istifadə etmiş, 9497 manat ödəniş etmişdir. İstixanada əkil ən şitillər xəstəlik səbəbindən korlanmışdır. Bu səbəbdən xeyli miqdarda ziyana məruz qalmışdır. İddiaçının Salyan qaz idarəsinin nümayəndələri onun hesabında yaranmış borcun ödənilməsini tələb etsələr də, böyük məbləğdə ziyan etdiyi üçün borcu ödəyə bilməmişdir. İddiaçının nümayəndələri tərəfindən 2020-ci ilin dekabr ayında istixananın qazı kəsilmişdir. İstixananın qazı kəsilərkən hesabında 17.367,80 manat borc olmuşdur. Borcun 6.229,60 manat hissəsi cərimə olmuş və həmin cərimə 2021-ci ilin dekabr ayında hesabından silinmişdir. Onun iddiaçıya 11.138,20 manat borcum qalmışdır. İddiaçı tərəfindən 2021-ci ilin iyun ayında onun hesabına 14.821 manat əsassız borc yazılmışdır. İddiaçı həmin borcun sayğaca əsasən hesablandığını bildirmişdir. Qeyd etdiyi kimi onun istixanasının qazı 2020-ci ilin dekabr ayında kəsilmişdir. Sayğac istixanadan uzaq məsafədə yerləşir. İddiaçının işçiləri ayda 3-4 dəfə sayğaca baxırlar, göstəricisini qeyd edirlər. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hesabat cədvəlindən görünür ki, 2021-ci ilin yanvar ayından 2021-ci ilin iyun ayına qədər sayğacın göstəricisi 156.917 olmuşdur. Amma iyun ayında sayğac göstəricisini 217.760 qeyd etmişlər. Əgər o, 14.821 manat qaz işlətmişdisə, onda iddiaçının işçiləri hər ay sayğaca azı 4-5 dəfə baxdığı halda 5 ay ərzində həmin borcu niyə qeyd etməmişdilər. İstixanada aprel ayından etibarən qazdan istifadə olunmur, əgər həmin qazı o, istifadə etmişsə, iyun ayında 14.821 manat dəyərində qazı necə işlədə bilərdi. Qeyd etdikləri iddiaçının iddia tələbinin 14.821 manat borcun tələb olunması hissəsində əsassız olmasın ı təsdiq edir. Cavabdeh məhkəmədən iddiaçının iddia tələbinin 14.821 manat hissəsində təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
9. Şirvan Kommersiya Məhkəməsinin 2022-ci il 13 dekabr tarixli, e-2-2(121)2204/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehdən 11138,2 manat məbləğində borc, 80 manat mediyasiya xərci, cəmi 11.218,2 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, 60 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (N.Misirzadə).
10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı təbii qazdan istifadəyə görə yaranmış borcu tələb etməkdə haqlı olmuşdur. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən ca vabdeh təbii qazdan fasiləsiz istifadə etmək hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə(lər)yə uyğun olaraq qaz sayğacının göstəricisinə əsasən hesablanmış qazın dəyərini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə müqavilə(lər) əsasında təbii qazdan fasiləsiz istifadə etməsinə dair hüququndan istifadə etmiş, lakin müqavilə(lər)yə uyğun olaraq qaz sayğacının göstəricisinə əsasən hesablanmış qazın dəyərini ödəməli olmasına dair vəzifələrini isə tam şəkildə yerinə yetirməmişdir.
11. Məhkəmə hesab etmişdir ki, cavabdehdən borcun tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X1 Şirvan filialının iş materiallarına əlavə ed ilən 2022-ci il 14 noyabr tarixli mütəxəssis rəyindən, sayğacın mexaniki göstəricisinin 217.759 m3, elektron göstəricisinin 238795 m3 olduğu məlum olur. 11.138,2 (17.367,8 – 6.229,6) manat məbləği sayğacla müəyyən olunmuş sərfiyyatın dəyərinə uyğun yaranmışdır.
12. İddiaçı tərəfindən 14.821 manat məbləğində borcun sayğacla müəyyən olunmasına dair hər hansı bir mötəbər sübut təqdim edilmədiyindən, məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilərək, təbii qazdan istifadə nəticəsində yaranmış 11.138,2 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
13. Məhkəmə qeyd etmişdir ki, sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, iddiaçı tərəfindən yol verilmiş səhvə görə cavabdeh məsuliyyət daşımadığından, cavabdeh istifadə olunmuş qaza görə idd iaçı qarşısında məsuliyyət daşımır. Odur ki, iddiaçının cavabdehdən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır.
14. Məhkəmə həmçinin iddianın 200 manat mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab etmişdir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir.
15. Məhkəmə bu qənaətini MM-in 385.1, 448.2, 443.1-ci maddələrinə, “Q az təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsi, 8-ci maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı 1999-cu il 31 may tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 2011-ci il 12 may tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.5-ci maddəsinə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1, 9-1.1-ci madələrinə, MPM-in 14.2, 77.1, 217.4 və 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
16. Qətnamə ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, Şirvan K ommersiya Məhkəməsinin 2022-ci il 13 dekabr tarixli, e-2-2(121)-2204/2022 saylı qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 aprel tarixli, 2-2(106)-33/2023 saylı qətnaməsi ilə İddiaçı İB-nin apellyasiya şikayəti təmin edilmiş, Şirvan Kommersiya Məhkəməsinin 2022-ci il 13 dekabr tarixli, e-2-2(121)2204/2022 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmuşdur (sədrlik edən hakim – P.Əhmədov, hakimlər – T.Kərimov və C.İmanov).
18. Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur.
19. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd etmişdir ki, işdən də göründüyü kimi, tərəflər arasında 2019-cu il 26 fevral tarixli AMX306/19 saylı qazın alqı-satqısı barədə müqavilə bağlanmış və həmin müqavilənin tələbinə uyğun olaraq paylayıcı müəyyən edilmiş şərtlərlə istehlakçını təbii qazla təmin etmiş, ancaq istehlakçı aldığı və istifadə etdiyi təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X1 Şirvan filialının 2022-ci il 14 noyabr tari xli mütəxəssis rəyindən görünür ki, sayğacın mexaniki göstəricisinin 217.759 m3, elektron göstəricisinin 238.795 m3 olduğu məlum olmuşdur ki, 11.138,2 (17.367,8 – 6.229,6) manat məbləği sayğacla müəyyən olunmuş sərfiyyatın dəyərinə uyğun yaranmışdır. Habelə, həmin rəydə iddia tələbində göstərilən 14.821 manat məbləğinin sayğacla müəyyən olunduğunu dəqiqləşdirmək üçün elektron hissəsinin (180900197 nömrəli korrektorun) yaddaş arxivi məlumatlarının 2021-ci il 1 yanvar tarixindən 2021-ci il 1 iyul tarixinədək olan dövr üçün (qaz sərfi barədə aylıq, günlük məlumatlar) təqdim olunması məqsədəuyğun hesab edilmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, tələb edilən və təmin edilməyən digər hissə borcu – 14.821 manat məbləği təsdiq edən sübut - sayğacın arxiv məlumatı da birinci instansiya məhkəməsinə təqdim edilmişdir ki, həmin arxiv məlumatlarında istifadə olunmuş qaz sərfi öz təsdiqini tapsa da, məhkəmə bunları nəzərə almamışdır. Apellyasiya instansiyasında cavabdehə məxsus sayğacın qeyd edilən arxiv məlumatı əsasında əldə edilmiş Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X1 Şirvan filialının 2023-cü il 11 aprel tarixli mütəxəssis rəyindən aşkar olur ki, cavabdehə aid abonent saldosuna əsasən 2021-ci il 1 yanvar tarixinə istixananın qaz sayğacının mexaniki göstəricisi 156.917 m3, elektron göstəricisi 164.689 m3 və borc məbləğinin isə 17.367,8 manat olduğu müəyyən olunur. Borcdan 6.229,2 manat məbləği akta əsasən yaranmışdır. 2021-ci il 1 yanvar tarixindən 2021-ci il 1 iyun tarxinədək G160 tipli qaz sayğacının göstəricilərinin saldoya təkrar daxil edildiyi, iyun ayında isə sayğac göstəricilərinin oxunduğu, mexaniki göstəricinin 217.759 m3, elektron göstəricinin 238.795 m3 və qaz sərfiyyatının 74.105 m3 olduğu məlum olmuşdur. 2020-ci il 25 dekabr tarixində qazın dayandırılması barədə tərtib edilmiş 54/1415 nömrəli aktda elektron göstərici 164.689 m3 qeydə alınmış, təqdim edilmiş sayğacın yaddaş arxivi cədvəlinə əsasən sayğacın göstəricisi 2021-ci il 1 yanvar tarixinə 169854 m3 -dək, 2021-ci il 1 may tarixinə isə 238.794 m3 - dək artmışdır. Nəticədə sayğacda 2020-ci il 25 dekabr tarixindən 2021-ci il 1 may tarixinədək 74.105 m3 (238.794 m3 -164.689 m3 ) qaz sərfiyyatı qeydə alınmış və dəyəri 14.821 manat məbləğ təşkil etmişdir. Saldo üzrə 2021-ci il 30 iyun tarixinə 321.88,8 manat ümumi borc məbləği yaranmış, 2021-ci ilin dekabr ayında bu borcd an 6.229,6 manat məbləği ödənilmiş və ya silinmiş, 2021-ci il 31 dekabr tarixinə istehlakçının qazdan istifadəyə görə 25.959,2 manat məbləğində borcu olmuşdur.
20. Kollegiya nəzərə çatdırmışdır ki, Energetika Nazirliyi Enerji X1 Şirvan filialının 2023cü il 11 aprel tarixli mütəxəssis rəyinin tərtib edilməsi üzrə cavabdehə məxsus sayğacın arxiv məlumatı barədə göstəricilər birinci instansiya məhkəməsində təqdim olunmuş və işə əlavə edilmişdir. Ancaq həmin sübut araşdırılmamış və iş üzrə digər sübutlarla yanaşı tədqiq edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində mütəxəssis qismində dindirilmiş Energetika Nazirliyi Enerji X1 Şirvan filialının əməkdaşı Əşrəf Salmanov 2023cü il 11 aprel tarixli mütəxəssis rəyində olan mövqeyini müdafiə etmişdir.
21. Beləliklə, məhkəmə kollegiyası aparılm ış məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi hərtərəfli araşdırma apararaq işin faktiki hallarına düzgün qiymət verməmiş və yekun olaraq yanlış nəticəyə gəlmişdir. Beləcə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1 və 386.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2011-ci il 20 may tarixli qərarına, “Qa z təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11.6, 13.8-ci maddələrinə, Nazirlər Kabinetinin “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə, Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları” ilə bağlı qərarının 5.5-ci maddəsinə, “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2006-cı il 31 yanvar tarixli qərarına, “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2008-ci il 6 avqust tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikas ı Konstitusiya Məhkəməsinin Plenumunun 2009-cu il 13 iyul tarixli qərarına, MPM-in 14.2, 77.1, 217.2, 372.1, 372.6, 372.7-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
23. Cavabdeh kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-ci il 18 aprel tarixli 2-2(106)-33/2023 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinin tələbləri pozulmuşdur. İlk növbədə qeyd olunmalıdır ki, Şirvan Kommersiya Məhkəməsində icraat zamanı iddiaçının nü mayəndəsi arxiv məlumatı adlandırdıqları 2 vərəqdən ibarət cədvəl formatında yığılmış məlumatları təqdim etmiş, məhkəmə onları qeyd olunan sənədin həqiqiliyini təsdiq edən sübutların təqdim olunmasını təklif etmişdir. Lakin iddiaçı tərəfindən bu barədə heç bir sübut təqdim edilməmişdir. Bu səbəbdəndə məhkəmə həmin cədvəlləri sübut qismində qəbul etməmişdir.
25. Bundan əlavə Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X1 Şirvan filialının 2023-cü il 11 aprel tarixli mütəxəssis rəyinin əsasını təşkil edən arxiv məlumatlarının həqiqiliyi də şübhə doğurur ki, Şirvan Apellyasiya Məhkəməsi qeyd olunan xüsusatı nəzərə almamışdır.
26. Belə ki, mütəxəssis rəyindən də müəyyən olunur ki, sayğacın arxiv məlumatları iddiaçı tərəfindən Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X1 Şirvan filialına təqdim edilmiş və həmin məlumatlar əsasında rəy verilmişdir. Əlbətdəki iddiaçı öz iddiasının əsaslı olmasını əsaslandırmaq üçün arxiv məlumatlarını öz maraqlarına uyğun tərtib edə bilər və Agentliyə təqdim edə bilərdi.
27. Əgər sayğacın arxiv məlumatları əsasında qaz sərfi qeydə almaq mümkündürsə və xüsusən də bu səlahiyyət iddiaçıya məxsusdursa və cavabdeh 2021-ciilin yanvar-may aylarında qazdan istifadə etmişdirsə onda paylayıcı hansı səbəbdən 5 ay müddətində sayğac göstəricisini təkrar qeydə alır, iyun ayında isə cavabdehə sayğac göstəricisi əsasında borc hesablayır.
28. Nəzərə alınmalıdır ki, qaz sayğacı cavabdehə məxsus istixanadan xeyli kənarda yerləşir, paylayıcı istənilən vaxt sayğaca baxış keçirmək imkanındadır, belə olan halda cavabdehin qazdan istifadə etməsi, lakin paylayıcının nümayəndələrinin bu halı aşkar etməməsi inandırıcı deyildir.
29. Şirvan Apelyasiya Məhkəməsi işin hallarını düzgün, hərtərəfli araşdırmadan Şirvan Kommersiya Məhkəməsinin qətnaməsini ləğv etmiş və iddiaçının iddia tələbinin tam təmin edilməsi barədə əsassız qətnamə qəbul etmişdir.
30. MPM-in 88 və 77-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya instansiya məhkəməsi iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Şirvan Apellyasiya Məhkəməsi iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş abonentin saldosu adlanan sənəddə cavabdehin 2021-ci ilin yanvar-may ayları ərzində qaz sayğacı göstəricilərini qeydə almamasını, borc olması ilə bağlı cavabdehə heç bir bildiriş, hesab-faktura təqdim etməməsini, 2021-ci ilin iyun ayında birdən birə 14821 manat borc yazmasını nəzərə almamışdır. Halbuki qeyd olunan saldo iddia tələbinin 14821 manat hissəsində əsassız olmasını təsdiq edir.
31. İş materiallarından da göründüyü kimi iddiaçı iddia tələbini əsaslandırdığı halları sübut etmək üçün tutarlı və mötəbər sübutlar təqdim etməmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
34. Hazırkı icraat çərçivəsində m əhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən yoxlanılacaqdır.
35. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (b orclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” 37. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması...
8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nə zərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə mü əyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir....”
38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 may 1999-cu il tarixli 87 saylı qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qa z təchizatının ümumi şərtlərini təyin edən” Qaydalarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
5. Qaz istehlakı intizamına riayət olunması 5.1 qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” ilə müəyyən edilir....”
39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 ma y tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “5. Qazın dəyərinin ödəmə şərtləri... 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qaz ın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.... 5.5 Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir....”
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət hədd ində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan i ş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 aprel tarixli, 2-2(106)-33/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
42. Kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X1 Şirvan filialının 2023-cü il 11 aprel tarixli mütəxəssis rəyinin əsasını təşkil edən arxiv məlumatlarının həqiqiliyi şübhə doğurur.
43. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlili ilə razılaşmır. Belə ki, Energetika Nazirliyi Enerji X1 Şirvan filialının 2023-cü il 11 aprel tarixli mütəxəssis rəyinin tərtib edilməsi üzrə cavabdehə məxsus sayğacın arxiv məlumatı barədə göstəricilər birinci instansiya məhkəməsində təqdim olunmuş və işə əlavə edilsə də, birinci instansiya məhkəmə si tərəfindən həmin sübut araşdırılmamış və iş üzrə digər sübutlarla yanaşı tədqiq edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində isə mütəxəssis qismində dindirilmiş Energetika Nazirliyi Enerji X1 Şirvan filialının əməkdaşı Əşrəf Salmanov 2023cü il 11 aprel tarixli mütəxəssis rəyində olan mövqeyini müdafiə etmişdir. 44. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
45. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, aparılmış məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi hərtərəfli araşdırma apararaq işin faktiki hallarına düzgün qiymət verməmiş və yekun olaraq yanlış nəticəyə gəlmişdir. Beləcə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmişdir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəyə düzgün tətbiq etmişdir.
46. Kassasiya şikayətlərinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 14, 77.1, 80, 88, 217-ci maddələrinin tələblərinə əməl edilmiş, işdəki sübutlar ətraflı araşdırılmış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
47. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 aprel tarixli, 2-2(106)-33/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda gö stərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 aprel tarixli, 2-2(106)-33/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan qanuni qüvvəyə minir.