Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-506/2021 27.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun silinməsi, cavabdehin təqsiri nəticəsində dəymiş maddi ziyanın əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu, Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçının vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi, cavabdehin təqsiri nəticəsində dəymiş maddi ziyanın əvəzinin ödənilməsi” tələ binə dair kommersiya işi üzrə Cavabdeh ASC tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 25 may tarixli, 2-2(103)-537/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 13.10.2020-ci il tarixli NDQ seriyalı 008082 saylı Akta görə, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən istehsalat sahəsinə baxış keçirilmiş və baxış zamanı sayğacın sərf olunan elektrik enerjisini qeyd etməməsi aşkar edilmişdir. 2. 21 oktyabr 2020-ci il tarixli icra vərəqinə görə, iddiaçı tərəfindən NDQ seriyalı 008082 saylı Akta əsasən cavabdehə dəymiş ziyan 220147 kvts, 19.813,23 manat müəyyən edilmişdir.
3. Abunə haqqına görə, cavabdeh tərəfindən iddiaçıya NDQ seriyalı 008082 saylı akta əsasən 19.813,23 manat məbləğində borc hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13.10.2020-ci il tarixində tərtib edilmiş NDQ seriyalı 008082 saylı akta əsasən hesablanmış 19.813,23 manat borcun (hesabatın) qanunsuz hesab edilməklə silinməsi, iddiaçıya verilən elektrik enerjisinin qanunsuz kəsilməsi nəticəsində 28 oktyabr 2020-ci il tarixindən etibarən elektrik enerjisinin bərpa ediləcəyi günə qədər hər gün üçün orta hesabla 15.000 manat məbləğində maddi zərərin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, id diaçı polimer tərkibli məhsulların istehsalı və satışı ilə məşğul olan, yüzlərcə vətəndaşı iş yeri ilə təmin edən, hər il dövlət büdcəsinə yüz minlərlə manat vergi və digər büdcə ödənişləri ödəyən qeyri-neft sektoruna aid şirkətdir. Siyəzən rayonu ərazisində yerləşən yeganə istehsalat müəssisəsi olan şirkət fəaliyyəti ilə rayonun sosial iqtisadi inkişafına, işsizliyin azaldılmasına birbaşa müsbət töhfəsini verdiyi şübhəsizdir. Ancaq, bəzən müxtəlif inzibati orqanlar tərəfindən şirkətin fəaliyyətinə qanunsuz müdaxilələr edilməkdə, maneələr yaradılmaqdadır. Belə ki, cavabdeh tərəfindən heç bir əsas olmadan şirkət barəsində xeyli miqdarda borc hesablanmışdır. Həmin borcun əsassız olmasına dair 17 oktyabr 2020-ci il tarixli, 72 saylı şikayət ərizəsi ilə cavabdehə, həmçinin 06 noyabr 2020-ci il tarixli pretenziya məktubu ünvanlansa da, müraciətlərə heç bir rəsmi cavab gəlməmiş, problem müsbət həllini tapmamışdır. Cavabdehin 22 oktyabr 2020-ci il tarixli 310 saylı məktubunda qeyd edilmişdir ki, cavabdehin Nəzarət Departamentinin əməkdaşları tərəfindən 13.10.2020-ci il tarixində tərtib edilmiş NDQ seriyalı 008082 saylı akta əsasən 19.813,23 manat hesabat verilmişdir. Şirkətin X1yə görə 21.10.2020-ci il tarixinə ümumi borcu 24.517,91 manat, bu borcun 4.704,68 manatlıq qismi debitor borc təşkil edir. Debitor borc artıq ödənilmişdir. 13.10.2020-ci il tarixli NDQ seriyalı 008082 saylı aktda qeyd edilmişdir ki, “baxış zamanı məlum oldu ki, sayğac sərf olunan elektrik enerjisini qeyd etmir. Sayğacın elektron tablosu sönüb, sayğac işləmir”. Həmin aktda şirkətin əməkdaşı İsmayılov Təbri zin imzası olsa da, aktda qeyd edilən hallarla bağlı baxış keçirilərkən Təbriz İsmayılov orada olmamışdır. T.İsmayılov aktı təhvil alması məqsədi ilə imza çəkmiş, aktda göstərilən halları təsdiqləmək niyyəti olmamışdır. Bununla bağlı 23 oktyabr 2020-ci il tarixində şirkətin 2 nəfər əməkdaşı, həmçinin Təbriz İsmayılov da cavabdehin aktların uçotu və icrasına nəzarət şöbəsinin rəisinin qəbulunda olmuş, imza atılmasının əsl səbəbi və aktın əsassızlığı ilə bağlı vəzifəli şəxsə məlumat verilmişdir. Hətta həmin aktda qeyd edilən halların düzgün olması ehtimalında belə həmin hallara görə şirkət heç bir məsuliyyət daşıya bilməz. Belə ki, elektrik transformatoru şirkətin ərazisindən kənardadır və elektrik sərfiyyatını ölçən sayğac da transformatorun içərisindədir. Tranformatora nəzarət isə birbaşa cavabdehin məsuliyyətindədir. Belə olan halda şirkətin ərazisində yerləşməyən cavabdehin nəzarətində olan bir transformator və sayğacla bağlı yarana biləcək hər hansı bir nasazlığa görə şirkətin məsuliyyət daşıması əsassızdır. Həmçinin sayğacda nasazlıq olduğunu bildirən əməkdaşlar 16 oktyabr 2020-ci il tarixində sayğacı çıxarmış, yerinə isə yenisi qoymuşlar. Daha sonra isə 17 oktyabr 2020-ci il tarixində saat 10-11 radələrində mütləq şirkətin əməkdaşının iştirakı ilə cavabdehdə sayğacın açılacağı və gərginliyin olubolmaması, sayğacın sərfiyatı ölçüb-ölçmədiyinin müəyyənləşdiriləcəyi bildirilmişdir. Sonra isə 17 oktyabr tarixində şirkətin əməkdaşı cavabdehin əməkdaşları ilə mobil telefon vasitəsi ilə əlaqə saxladığı zaman sayğacın bir neçə gün sonra Bakı şəhərində açılacağı və açılma tarix i ilə bağlı iddiaçıya məlumat veriləcəyi bildirilmişdir. Lakin sayğac şirkətin əməkdaşının iştirakı olmadan açılmış və 20 oktyabr 2020-ci il tarixli, 199284 saylı sayğacların və cərəyan transformatorlarının yoxlanılmasına dair qanunsuz prokotol (akt 008082) tərtib edilmişdir. Həmin prokotol (akt 008082) çox ciddi qanun pozuntuları ilə müşayiət edilərək tərtib edilmişdir. Belə ki, qeyd edildiyi kimi 16 oktyabr 2020-ci il tarixində əvvəlki elektron sayğac cavabdehin Nəzarət Departamentinin əməkdaşları tərəfindən sökülərək çıxarılmışdır. Həmin proses aktlaşdırılmamış, iddiaçıya bu barədə rəsmi məlumat verilməmişdir. Daha sonra isə sayğaca mütləq şəkildə iddiaçının əməkdaşlarının iştirakı ilə baxış keçiriləcəyi bildirilsə də, əməkdaşlarının iştirakı təmin edilməmiş, müəmmalı şəkildə baxış keçi rilməsi prosesi iddiaçıdan gizlədilmişdir. Elektron sayğacların göstərmə paneli enerji axımını göstərməsə belə gərginliyin axdığını qeydə ala bilir. İndiki halda isə iddiaçının iştirakı olmadan baxışın keçirilməsi birmənalı şəkildə ciddi şübhə yaradan haldır. Ərizəyə əlavə edilmiş cavabdeh tərəfindən göndərilmiş EBAİ seriyalı 918850 saylı 18.04.2020-ci il tarixli elektron qaiməyə görə, həmin tarixə şirkətin elektrik enerjisi istehlakına görə 8.229,05 + 1.481,23 (ƏDV) cəmi 9710,28 borcu yaranmışdır. Həmin dövrdə maddi sıxıntı olduğu üçün borcun ödənilməsi gecikmiş və 10 gün sonra 28 aprel 2020-ci il tarixində şirkətə verilən elektrik enerjisinin axımı dayandırılmışdır. Daha sonra ərizəyə əlavə edilmiş 13 may 2020-ci il tarixli ödəmə tapşırığından da göründüyü kimi şirkət tərəfindən 8.000 ma nat elektrik enerjisi istehlak borcu və əlavə olaraq 1.440 manat ƏDV ödənilmişdir. Bundan sonra 13 may 2020-ci il tarixində şirkətə verilən elektrik enerjisinin axımı bərpa edilmişdir.
6. Habelə, 22.09.2020-16.10.2020-ci il tarixində şirkətdəki dəzgahların bəzilərində nasazlıq yarandığı üçün istehsalat tam gücü ilə işləməmiş, çox az məhsul istehsal edilmiş, beləliklə də az miqdarda elektrik enerjisi sərf edilmişdir. Bugünki günlərdə belə sifarişlərin sayının azalması səbəb ilə istehsalat müəssisəsi tam gücü ilə işləmir. Dolayısıyla da şirkət tərəfindən təbii olaraq bəzən elektrik enerjisində çox miqdarda bəzən isə az miqdarda istifadə ediləcəkdir. Buna baxmayaraq heç bir əsas və dəlil olmadan şirkəti tərəfindən elektrik enerjisinə ehtiyac duyulmadığı bir dövrdə də yüksək miqdarda elektri k enerjisi istehlakı hesablanılması açıqca özbaşınalıqdır. Hətta cavabdehin Nəzarət Departamentinin əməkdaşlarının iddiaları düz olsa belə yenə də həmin dövrə dair 19.813,23 manat borcun (hesabatın) hesablanılması mümkünsüzdür. Müstəqil mütəxəssis də dəvət edilərək yenidən hesablama həyata keçirilə bilər. Əməkdaşlar tərəfindən məqsədli şəkildə qanunsuzluq edilmiş, qəsdən bilə-bilə səhv hesablamalar aparılmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410- İVQ nömrəli Qanununun müddəalarına və həmçinin həmin Qanunun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının tələblərinə əsasən təbii inhisarçı olması səbəbi ilə cavabdeh inzibati orqan funksiyası həyata keçirdiyi üçün sahibkarlıq sahəsində yoxlamalar həyata keçirə bilməz. Bütün bu qeyd edilənlərlə yanaşı, cavabdehin əməkdaşları tərəfindən 28 oktyabr 2020-ci il tarixində şirkətə verilən elektrik enerjisi dayandırılmışdır. İndiki halda elektrik enerjisi kəsildiyi üçün istehsalat tamamilə dayanmışdır. Şirkətin 2019-cu ilin sentyabr ayı üzrə dövriyyəsi - istehsalat 404.038,42 manat, satış 367.307,66 manat, oktyabr ayı üzrə dövriyyəsi - istehsalat 1.945.236,00 manat, satış 1.693.505,32 manat, noyabr ayı üzrə dövriyyəsi - istehsalat 785.651,92 manat, satış 632.985,98 manat olmuşdur. Göründüyü kimi 1 gün belə elektrik enerjisinin kəsilməsi şirkət üçün külli miqdarda zərərin yaranması deməkdir.
7. Bakı Kommersiya Məhkəməsinin 2021-ci 22 fevral tarixli, e-2-2(113)-514/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh tərəfindən iddiaçı barəsində 13.10.2020-ci il tarixində tərtib edilmiş NDQ seriyalı 008082 saylı akta əsasən hesablanmış 19.813,23 manat borcun qanunsuz hesab edilməklə silinməsi, qalan hissədə iddianın rədd edilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan 15 manat məbləğinin iddiaçıya aid edilməsi qət edilmişdir (hakim – Z.Pirverdiyev).
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən istehsalat sahəsinə keçirilmiş baxış zamanı sayğacın sərf olunan elektrik enerjisini qeyd etməməsi aşkar olunaraq, 13.10.2020-ci il tarixli NDQ seriyalı 008082 saylı akt tərtib edilmişdir. Nəticədə cavabdeh tərəfindən iddiaçıya 008082 saylı akta əsasən 19.813,23 manat məbləğində borc hesablanmışdır.
9. Yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan, onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.
10. Cavabdeh tərəfindən tərtib edilmiş aktda sayğacda olan nöqsanlar qeyd edilmişdir. Həmin nöqsanların məhz iddiaçının təqsirindən baş verməsi ilə bağlı hər ha nsı bir qeyd edilməmişdir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.
11. Məhkəmə iddia tələbinin maddi zərərlə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uz laşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
12. Zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmayı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097-ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərə rə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir.
13. Mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübut a yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.
14. Həmçinin zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçı, müəssisənin fəaliyyətinin dayanmasını məhz cavabdehin təqsiri üzündən baş verməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir.
15. Beləliklə, maddi zərərlə bağlı iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından, iddia həmin hissədə təmin oluna bilməz.
16. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Nazirlə r Kabinetinin 2005-ci il 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "X1 Qaydaları"nın 7.6, 8.33, 9.1, 9.10-cu bəndlərinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2, 31.2-ci və 31.2.3-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4, 1.5, 5.2ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – "Mülki Prosessual Məcəllə”) 14.2, 77.1, 76.1, 76.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
17. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnam ənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
18. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 25 may tarixli, 2-2(103)-537/2021 saylı qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov (sədrlik edən), C.A.Yusifov və V.Ə.Baxışova) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci 22 fevral tarixli, e-2-2(113)-514/2021 saylı qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır.
19. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh yoxlamanın qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmasını təmin etməmişdir.
20. Belə olan halda isə həmin yoxlama nəticəsində hesablanan borc iddiaçıdan tələb oluna bilməz. Çünki istinad olunan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
21. Eyni zamanda, iddiaçıya məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış elektrik sayğacına "xxxx" ASC-nin nümayəndələri tərəfindən baxış keçirilməsi məhz Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların v ahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndində göstərilən yoxlamaya aiddir.
22. Məhkəmə bu qənaətini “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2, 31.2-ci və 31.2.3-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4, 1.5, 5.2-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.
23. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın tam rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
24. Məhkəmə müvafiq akta əsasən hesablanmış borcun silinməsi qənaətinə gələrkən mübahisəyə əsassız olaraq "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamənin müddəalarını tətbiq etmişdir.
25. İddiaçı sahibkarlıq subyekti olsa da, cavabdehin apardığı yoxlama onun maliyyətəsərrüfat və sahibkarlıq fəaliyyətinin araşdırılması ilə bağlı olmamış, cavabdeh iddiaçının fəaliyyət göstərdiyi obyektdə yalnız elektrik enerjisinin uçotu və "X1 Qaydaları"na riayət olunması vəziyyətini yoxlamışdır.
26. Məhkəmə hazırkı iş üzrə mübahisəyə "X1 Qaydaları"nın 8.15 və 8.16-cı bəndlərini tətbiq etməli olduğu halda, əsassız olaraq tətbiq etməmişdir.
27. Belə ki, mübahisələndirilən akta əsasən cavabdeh tərəfindən iddiaçı ilə yenidən hesablaşmanın aparılması EEİQ-nin 8.15-ci və 8.16-cı bəndlərinin tələblərinə əsaslanmışdır.
28. Həmin bəndlərə əsasən elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərti ilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır.
29. İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Mübahisələndirilən akta əsasən cavabdeh tərəfindən iddiaçı ilə yenidən hesablaşmanın aparılması EEİQ-nin 8.15 və 8.17-ci bəndlərinin tələblərinə əsaslanmışdır.
30. Cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş 13.10.2020-ci İl tarixli NDQ seriyalı 008082 saylı akta əsasən iddiaçıya məxsus Siyəzən şəhəri, B.Səfəroğlu küçəsində yerləşən istehsalat sahəsində elektrik enerjisinin uçotu və "X1 Qaydalarına riayət olunması vəziyyəti yoxlanılarkən məlum olmuşdur ki, sayğac sərf olunan elektrik enerjisini qeyd etmir, sayğacın elektron tablosu sönüb və işləmir, 20.10.2020-ci it tarixli 199284 saylı laborator müayinə protokoluna əsasən 28.04.2020-13.05.2020, 22.09.202016.10.2020-ci il tarixlərində gərginlik kəsilmələrinin olması barədə rəy verilmişdir.
31. Akt komissiyasının 21.10.2020-ci il tarixli İcra vərəqinə əsasən, istehlakçı ilə 39 gün müddətinə yenidən hesablaşma aparılaraq, 220147 kvts əlavə sərfiyyat (19.813,23 manat borc) hesablanmışdır.
32. Aktda göstərilən hallar EEİQ-nin 8.15-ci və 8.16-cı bəndlərində nəzərdə tutulan elektrik enerjisinin uçotunda səhvin aşkar edilməsi və uçotun müvəqqəti pozulması hallarını ifadə etmişdir. Sözügedən hallar sayğacların və cərəyan transformatorlarının yoxlanmasına dair laborator müayinə protokolu ilə öz təsdiqini tapmışdır.
33. Kassasiya şikayəti Mülki Prosessual Məcəllənin 88, 217.1, 217.3-cü maddələrin in tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçısının izahatı
35. İddiaçının vəkili Nümayəndə1 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
36. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir.
37. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.
38. Məhkəmə kollegiyası cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
39. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
40. İş üzrə cavabdeh tərəf apelyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MP M-nin 403 və 416-cı maddələri).
41. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
42. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 43. “Sahibkarlıq sahəsin də aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanun”un müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
3. Yoxlamaların qanuniliyi 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz”. “Maddə
31. Yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi 31.2. Yoxlama aktında aşağıdakılar göst ərilir: 31.2.1. yoxlayıcı orqanın adı; 31.2.2. aktın nömrəsi və tərtib edildiyi tarix; 31.2.3. yoxlamaların vahid məlumat reyestrindən verilən kod”;
44. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: İ. Ümumi müddəalar 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti sub yektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. “V. Reyestrdən məlumatların verilməsi qaydası 5.2. Yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən ç ıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
45. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 25 may tarixli, 2-2(103)-537/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
46. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, cavabdeh mübahisəli yoxlamanın qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlam aların vahid məlumat reyestrində qeydiyyata alınmasını təmin etmədiyindən, həmin yoxlama nəticəsində hesablanan borc iddiaçıdan tələb oluna bilməz. Çünki istinad olunan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
47. Eyni zamanda cavabdeh kassasiya şikayətində iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə məhz onun elektrik enerjisinin uçotu və "X1 Qaydaları"na riayət olunması vəziyyətini yoxlamaq məqsədi ilə getdiyini inkar etmir və buna görə də bu yoxlama qanunverilcilyin istinad olunan tələblərinə əsasən yalnız rəsmi reyestrdə qeydiyyatdan keçdikən sonra həyata keçirilə bilərdi. Digər tərəfdən cavabdeh enerji təchizatı müəssisəsi olaraq iddiaçının maliyyə-təsərrüfat fəaliyyətini yoxlamaq səlahiyyətinə malik orqan deyildir və buna görə də kassasiya şikayətində buna dair qeyd edilənlər uğurlu müqayisə hesab edilə bilməz.
48. Digər tərəfdən, iddiaçıya məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış elektrik sayğacına cavabdehin nümayəndələri tərəfindən baxış keçirilməsi məhz Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndində göstərilən y oxlamaya aiddir.
49. Cavabdeh, iddiaçının sayğaca müdaxilə etməsi faktını mötəbər sübutlarla təsdiq edə bilmədiyindən, kassasiya şikayətində istinad olunan EEİQ-nın 8.17-ci bəndinin (hesablama uçot cihazlarının zədələnməsi və qoşulma sxemlərinin pozulması) iddiaçı tərəfindən pozulması dəlilləri də əsaslı hesab edilə bilməz. Cavabdeh tərəfindən tərtib edilmiş aktda sayğacda olan nöqsanlar qeyd edilsə də, sayğac sxeminin qoşulması ilə bağlı həmin nöqsanların məhz iddiaçının təqsirindən, onun tərəfindən baş verməsi ilə bağlı hər hansı bir qeyd edilməmişdir.
50. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası cavabdehin tərəfindən aparılmış yoxlamanın qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyy ata alınmasını təmin etmədiyini, iddiaçıya məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış elektrik sayğacına cavabdehin nümayəndələri tərəfindən baxış keçirilməsinin məhz Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndində göstərilən yoxlamalara aid edildiyini, belə yoxlamaların isə hüquqi nəticəsinin olmadığını nəzərə alaraq kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.
51. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiy a şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 25 may tarixli, 2-2(103)-537/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
53. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 25 may tarixli, 2-2(103)-537/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.