Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-507/2019 18.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası iddiaçı Azərbaycan Dövlət Mədəniyyət və Cavabdeh1 Universitetinin cavabdehlər Cavabdeh1 MTK-ya, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə və üçüncü şəxs Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR (iş № 2-2(102)-507/2019) Bakı şəhəri xxx 2019-cu il (açar sözlər: təhsil müəssisəsinə məxsus torpaq sahəsi və qeyri-yaşayış sahəsi qanunsuz olaraq özəlləşdirilmişdir). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, üçüncü şəxsin nümayəndəsi X2, vəkili Vəkil iştirakl arı, N.Əhmədovun katibliyi ilə, iddiaçı Azərbaycan Dövlət Mədəniyyət və Cavabdeh1 Universitetinin cavabdehlər Cavabdeh1 MTK-ya, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, üçüncü şəxs Təhsil Nazirliyinə qarşı şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-2(103)-543/2019 saylı qətnaməsindən Cavabdeh1 MTK və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Dövlət Mədəniyyət və Cavabdeh1 Universiteti cavabdehlər Cavabdeh1 MTK-ya, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ilə Cavabdeh1 MTK arasında bağlanmış xxx 2006-cı il tarixli *** nömrəli və xxx 2007-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi və onların hüquqi nəticələrinin ləğv edilməsi, xxx 2006-cı il tarixli şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxx 2019-cu il tarixli, 2-2(81)326/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir (hakim – F.İ.Mədətli). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-2(103)-543/2019 saylı qətnaməsi ilə (sədrlik edən M.N.Tağızadə, hakimlər Ü.A.Mayılov və K.N.Abiyeva) Cavabdeh1 MTK-nin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 MTK və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qətnaməsinin ləğv edilməsi, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, məhkəmə qətnamə qəbul edərkən Təhsil Nazirliyinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə və üçüncü şəxs Cavabdeh 1 MTK-ya qarşı iddiası əsasında xxx 2016-cı il tarixdə xxx 2003-cü il tarixli, 515 nömrəli sərəncamının 2-1(81)416/2016 saylı qərarla etibarsız hesab edilməsini, Nazirlər Kabinetinin 014 saylı, xxx 1997-ci il tarixli, 118 saylı xxx 2011-ci il tarixli qərarlarını, “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xxx 2016-cı il tarixli, 1003 saylı Fərmanını, “Təhsil haqqında” Qanunun 37.6-cı maddəsi üzrə Dövlət Komitəsi ilə Cavabdeh1 MTK arasında bağlanmış xxx 2006-cı il tarixli, 993 saylı və xxx 2007-ci il tarixli, 442 saylı müqavilələrinin mövcudluğundan məhkəmə araşdırması zamanı xəbərdar olmalarını əsas götürmüş, Azərbaycan Dövlət Mədəniyyət və Cavabdeh1 Univer siteti Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə Cavabdeh1 MTK arasında bağlanmış xxx 2006-cı il tarixli, 993 saylı və xxx 2007-ci il tarixli, 442 saylı müqavilələrinin mövcudluğundan məhkəmə araşdırması zamanı yox, ondan əvvəl, yəni 2007-ci ildə tikintiyə başlanandan xəbərdar olmuş, həmçinin şəhadətnamələrin və müqavilələrin verilməsindən 12 il keçmiş, həmin şəhadətnamələrin verilməsindən və tikinti işlərinin aparılmasından Təhsil Nazirliyinin və Azərbaycan Dövlət Mədəniyyət və Cavabdeh1 Universitetinin keçmiş və hazırkı rəhbərliyinin 2007-ci ildən məlumatı olmuşdur. Tərəflərin izahatları Üçüncü şəxsin nümayəndəsi X4 və vəkili X5 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, Bakı Apell yasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı Azərbaycan Dövlət Mədəniyyət və Cavabdeh1 Universiteti, cavabdehlər Cavabdeh1 MTK və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası iddiaçı Azərbaycan Dövlət Mədəniyyət və Cavabdeh1 Universiteti, cavabdehlər Cavabdeh1 MTK və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunm ası zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, üçüncü şəxsin nümayəndəsi X2, vəkili X3 izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 22(103)-543/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 014 saylı 08 fevral 1997-ci il tarixli Qərarına əsasən Bakı Neft və Baza Energetika texnikumları birləşdirilərək, Bakı Neft Texnikumunun bazasında y erləşdirilməklə orta ixtisas təhsili verən Bakı Neft-Energetika Kolleci yaradılmış, ünvan 1 ünvanlarında yerləşən binaları bütövlükdə Ə.Hüseynzadə adına Azərbaycan Dövlət və Mədəniyyət Universitetinə verilmiş, Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Özünəməxsus ərazilərdə tikinti işlərinin aparılmasına icazə verilməsi” haqqında *** saylı xxx 2003-cü il tarixli Sərəncamına əsasən Yasamal rayonu, İnşaatçılar prospektindəki 581-582 saylı məhəllələrdə yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün 0,16 ha torpaq sahəsi icarə əsasında Cavabdeh1 MTK-nın istifadəsinə verilmiş, Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx 1976-cı il tarixli *** saylı qərarının ləğv edilməsi, ərazidə yerləşən tikililərin sökülməsi, mövcud qanunvericilik əsasında vəsaitin ödənilməsi Cavabdeh1 MTK-ya tapşırılmış, A zərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə ünvanladığı **** saylı, xxx 2006cı il tarixli məktubuna görə Azərbaycan Dövlət Mədəniyyət və Cavabdeh1 Universitetinin əmək kollektivinin təsisçiliyi ilə Cavabdeh1 MTK-nın rəhbərliyi onlara müraciət edərək, universitet kollektivinin mənzilə olan tələbatını ödəmək məqsədilə, universitetin həyətində Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 581-582 ünvanında yerləşən 0,16 ha torpaq sahəsinin və həmin sahədə yerləşən 400 m2 qeyri-yaşayış sahəsinin icarəyə verilərək gələcəkdə özəlləşdirilməsinə razılıq verilməsini xahiş etmiş, qeyd olunan ünvanda 0,16 ha torpaq sahəsinin və orada yerləşən 400 m2 qeyri-yaşayış sahəsinin müraciət edən müəssisəyə icarəyə verilər ək gələcəkdə özəlləşdirilməsinə etiraz edilməmiş, Cavabdeh1 MTK xxx 2006-cı il tarixli *** saylı icarə müqaviləsi əsasında Yasamal rayonu, İnşaatçılar prospekti 9-da yerləşən icarəyə götürdüyü 337.1 kv.metr qeyri-yaşayış sahəsini Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə Cavabdeh1 MTK arasında bağlanmış xxx 2006-cı il tarixli əmlakın alqı-satqı müqaviləsinə əsasən satın almış və bu barədə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən xxx 2006 tarixli, *** saylı Şəhadətnamə verilmiş və həmin şəhadətnamə əsasında tərəflər arasında torpaq sahəsinin tikinti və infrastrukturu altında yerləşən 1600 m2 hissəsinın alınmasına dair alqı-satqı müqaviləsi bağlanmış, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin “özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması” na dair **** qeydiyyat nömrəli xxx 2007-ci il tarixli Şəhadətnaməyə əsasən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 9 ünvanda yerləşən qeyriyaşayış sahəsinin yerləşdiyi 1600 kv.metr torpaq sahəsi 4096 manata Cavabdeh1 MTK tərəfindən satın alınmış, Yasamal rayonu İcra Hakimiyyəti Başçısının xxx 2003-cü il tarixli məktubuna görə Azərbaycan Dövlət Mədəniyyət və Cavabdeh1 Universiteti kollektivinin təsis etdiyi Cavabdeh1 MTK-nin rəhbərliyi Yasamal Rayon icra hakimiyyətinə Bakı şəhər İcraiyyə Komitəsinin xxx 1976-cı il tarixli qərarı ilə İnşaatçılar prospekti 581-582-ci məhəllədə keçmiş Bakı Energetika Texnikumuna ayrılmış torpaq sahəsində yüksək mərtəbəli yaşayış evinin tikint isinə icazə verilməsi haqqında müraciət etmiş, Yasamal rayon icra hakimiyyəti qeyd olunan tikintinin aparılmasına etiraz etməmişdir. İş materialları ilə həmçinin müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə və üçüncü şəxs Cavabdeh1 MTK) qarşı Bakı şəhər İcra Hakimiyyəti Başçısının 28.11.2003-cü il tarixli, 515 nömrəli sərəncamının etibarsız hesab edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş, 1 saylı Bakı İnzıbati-İqtisadi Məhkəməsinəxxx 2016-cı il tarixli, 2-1(81)-416/2016 saylı qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 515 saylı 28 noyabr 2003-cü il tarixli sərəncamı etibarsız hesab edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx 2017-ci il tarixl i 2-1(103)-1178/2017 saylı qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-138/2018 saylı, xxx 2018-ci il tarixli qərarı ilə kasasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməmiş, kasasiya şikayəti mümkün sayılmamış və onun icraata qəbulundan imtina edilmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, “Azərbaycan Respublikası Dövlət əmlakının Özəlləşdirilməsinin İİ dövlət Proqramı”nın 2.2.6-cı bəndinə əsasən dövlət mülkiyyətində olan təhsil müəssisələri (dövlət icbari ümumi ümumi orta təhsil müəssisələri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin Qərarı ilə özəlləş dirilən müəssisə və obyektlərin sırasına aid edildiyi halda, Universitetin ərazisinin özəlləşdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin hər hansı bir qərarı mövcud olmamış, beləliklə də Əmlak Məsələləri Dövlət Komitəsi səlahiyyəti olmadan qeyri-yaşayış sahəsini və onun yerləşdiyi torpaq sahəsini satmaqla dövlət əmlakının özəlləşdirilməsi qaydasını müəyyən edən normativ hüquqi aktların tələblərini pozmuş, Cavabdeh1 MTK-nın adına rəsmiləşdirilmiş torpaq sahəsi Azərbaycan Respublikasının Təhsil Nazirliyinin balansında olmaqla Azərbaycan Dövlət Mədəniyyət və Cavabdeh1 Universitetinin istifadəsində olmuş, Universitet dövlət müəssisəsi, onun yerləşdiyi torpaq isə dövlət mülkiyyətində olduğundan, onun istifadəsində olan torpaq sahəsinin özəlləşdirilməsi qanunvericiliklə qadağan olunur, Azərbaycan Dövlət Mədəniyyət və Cavabdeh1 Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxx 2011-ci il tarixli, **** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların” siyahısına daxildir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxx 1997-ci il tarixli, 14 nömrəli Qərarı ilə ünvan 3 ünvanda yerləşən binalar bütövlükdə Azərbaycan Dövlət Mədəniyyət və Cavabdeh1 Universitetinə verilmiş və hazırda Universitet həmin ünvanda fəaliyyət göstərir, iddiaçı Universitetə aid torpaq şahısının özəlləşdirilməsi barədə hər hansı bir normativ akt qəbul edilməmiş, Təhsil Nazirliyinin balansında və istifadəsində olan torpaq sahəsinin özəlləşdirilməsi zamanı dövlət əmlakının özəlləşdirilməsi qaydasını nizama sa lan normativ hüquqi aktların tələbləri pozulmuş, mübahisələndirilən müqavilələrin və şəhadətnamənin verilməsinə zəmin olmuş Bakı şəhər İcra Hakimiyyətinin Başcısının xxx 2003-cü il tarixli sərəncamının ləğv edilməsinə dair qüvvədə olan məhkəmə qərarı mövcuddur, bundan əlavə iddiaçı mübahisələndirilən həmin müqavilələrdən məlumatı olmadığından, ilkin olaraq məhkəməyə şəhadətnamənin etibarsızlığı ilə bağlı müraciət etmiş, yalnız birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq ƏMDK tərəfindən məhkəməyə təqdim edilmiş müqavilələrdən məlumatı olduqdan sonra iddia tələbinin həcmini artırmaqla onları mübahisələndirmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi nin 44-cü maddəsinə əsasən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin vəzifələri torpaqlardan səmərəli istifadə edilməsi və onların mühafizəsi məqsədilə torpaq qanunvericiliyinin tələblərinə bütün dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin əməl etməsini təmin etməkdən ibarətdir. Məcəllənin 46-cı maddəsinə əsasən dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sortsınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; habelə, dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində olan torpaqlar hesab edilir. Məcəllənin 109-cu maddəsinə əsasən torpaq istifadəçiləri və ica rəçiləri tərəfindən mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.25-ci maddəsinə əsasən institut (ali məktəb) - müstəqil və ya universitetlərin struktur bölməsi olaraq, konkret ixtisaslar üzrə ali təhsilli mütəxəssis hazırlığını, orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, tətbiqi tədqiqatlar aparan ali təhsil müəssisəsidir. Qanunun 37.6-cı maddəsinə əsasən dövlət mülkiyyətində olan təhsil müəssisəsinin (məktəbəqədər təhsil müəssisələri istisna olunmaqla) özəlləşdirilməsi qadağandır. “Dövlət Əmlakının Özəlləşdirilmə si haqqında” Qanunun 6-cı maddəsinə əsasən özəlləşdirmə baxımından dövlət mülkiyyətində olan əmlak aşağıdakı kimi təsnifatlaşdırılır: 6.1.1. özəlləşdirilməsi qadağan olunan əmlak; 6.1.2. özəlləşdirilməsi barədə qərar qəbul edilən anadək dövlət mülkiyyətində saxlanılan əmlak; 6.1.3. müvafiq icra hakimiyyəti orqanının qərarı ilə özəlləşdirilən əmlak; 6.1.4. dövlət əmlakı satıcısının qərarı ilə özəlləşdirilən əmlak. Qanunun 31-ci maddəsinə əsasən Qanunun və dövlət əmlakının özəlləşdirilməsi qaydasını müəyyən edən digər normativ hüquqi aktların pozulması, Dövlət əmlakının bu qanuna uyğun olaraq alıcı kimi tanınmayan şəxs tərəfindən özəlləşdirilməsi dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdlərin etibarsız hesab edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sər əncamına əsasən "Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016cı il xxx 2016-cı il tarixli **** nömrəli Fərmanının 1.1.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 iyul tarixli 430s nömrəli Sərəncamının 1.1-ci bəndinə uyğun olaraq: "Orta müddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin Siyahısı" 1 və 2 nömrəli Əlavələr əsasında Siyahıları təsdiq edilmişdir. Həmin Əlavə (1 nömrəli əlavə) üzrə tərtib edilən Siyahının 6.3-cü bəndinə əsasən Azərbaycan Dövlət Mədəniyyət və Cavabdeh1 Universiteti Azərbaycan Respublikası Təhsil Nazirliyinə tabedir. Azərbaycan Respubl ikası Prezidentinin 2000-ci il xxx tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının 2.2.6-cı yarımbəndinə əsasən dövlət mülkiyyətində olan təhsil müəssisələri (dövlət icbari ümumi orta təhsil müəssisələri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin qərarı ilə özəlləşdirilən müəssisə və obyektlər siyahısına daxil edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağla ndığı andan etibarsızdır. Apellyasiya Məhkəməsi qeyd etmişdir ki, əqdlərin etibarsızlığı əqdlərin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticənin yaranmasına səbəb olur. Etibarsız əqdlər elə hüquqazidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən nəticəyə səbəb olmur. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnmir, müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən təhsil müəssisəsinin özəlləşdirilməsi dedikdə, həmin müəssisənin öz funk sional fəaliyyətinin həyata kecirilməsi üçün maddi texniki bazasına daxil olan müxtəlif təyinatlı binaların özəlləşdirilməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası Cavabdeh1 MTK-nın adına rəsmiləşdirilmiş torpaq sahəsinin Azərbaycan Respublikasının Təhsil Nazirliyinin balansında olmaqla, Azərbaycan Dövlət Mədəniyyət və Cavabdeh1 Universitetinin istifadəsində olduğunu, Universitet dövlət müəssisəsi, onun yerləşdiyi torpaq isə dövlət mülkiyyətində oldu ğundan, onun istifadəsində olan torpaq sahəsinin özəlləşdirilməsinin qanunvericiliklə qadağan olunduğunu, Azərbaycan Dövlət Mədəniyyət və Cavabdeh1 Universitetinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011ci il tarixli, 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların” siyahısına daxil olduğunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.02.1997-ci il tarixli, 14 nömrəli Qərarı ilə ünvan 3 ünvanda yerləşən binaların bütövlükdə Azərbaycan Dövlət Mədəniyyət və Cavabdeh1 Universitetinə verildiyini və hazırda Universitetin həmin ünvanda fəaliyyət göstərdiyini, təhsil müəssisələrinə aid hazırkı halda isə iddiaçı Universitetə aid torpaq sahəsının özəlləşdirilməsi barədə hər hansı bir normati v aktın qəbul edilmədiyini, iddiaçının Təhsil Nazirliyinin balansında olmaqla istifadəsində olan torpaq sahəsinin özəlləşdirilməsi zamanı dövlət əmlakının özəlləşdirilməsi qaydasını nizama salan normativ hüquqi aktların tələblərinin pozulduğunu, mübahisələndirilən müqavilələrinin və şəhadətnamənin verilməsinə zəmin olmuş Bakı şəhər İcra Hakimiyyətinin Başcısının 28 noyabr 2003-cü il tarixli sərəncamının ləğv edilməsinə dair qüvvədə olan məhkəmə qərarının mövcud olduğunu, iş materiallarına əsasən iddiaçı mübahisələndirilən həmin müqavilələrdən məlumatı olmadığından, ilkin olaraq məhkəməyə şəhadətnamənin etibarsızlığı ilə bağlı müraciət etdiyini, yalnız birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq ƏMDK tərəfindən məhkəməyə təqdim edilmiş müqavilələrdən məlumatı olduqdan sonra iddia tələbinin həcmini artırmaqla onları mübahisələndirdiyini nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-2(103)-543/201 9 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: MPM-nin 417, 419-cu Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-2(103)-543/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-507/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-507/2019
18.12.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver