Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-507/2024 18.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: təbii qazdan istifadəyə görə əssasız hesablanmış borcun silinməsi, sübutetmə vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, iddiaçının Cavabdehə qarşı “borcun silinməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 16 may tarixli 2-2(103)-495/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icr aat qaydasında baxılmışdır. İşin halları
1. Cavabdeh (Paylayıcı) ilə (İstehlakçı) arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 2018-ci il 6 aprel tarixli müqaviləyə əsasən, paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.
2. Həmin müqaviləyə əlavə olan 1 saylı protokola əsasən, Xəstəxananın qaz sayğacı “Elster G-25” markalı 75117541 nömrəli sayğacdır və istehlakçıya aid digər 6 müəssisənin qaz sayğacının marka və zavod nömrəsi, qaz işlədiciləri razılaşdırılmışdır.
3. Xəstəxana 2021-ci il 12 noyabr tarixli 329 nömrəli məktubla Cavabdehnə mür aciət edərək, Tibbi bərpa şöbəsinin qaz xətti üzərinə quraşdırılmış “G-25” markalı 75117541 nömrəli qaz sayğacının növbəti dövlət yoxlamasında olması nəzərə alınaraq, qaz təminatının verilməsinin mövcud cihazların saatlıq qaz sərfiyyatına uyğun olaraq hesablanmaqla verilməsinə köməklik göstərilməsini xahiş etmişdir.
4. Xəstəxanaya məxsus **********00030 nömrəli abonent saldosundan görünür ki, 2010-cu ilin 12-ci ayı üçün “qalıq və aktlar” sütununa 32.233,23 manat, 2021-ci ilin 11-ci ayı üçün “qalıq və aktlar” sütununa 2.880 manat, 12-ci ayı üçün “qalıq və aktlar” sütununa 3.720 manat məbləğində borc daxil edilmişdir. 2024-cü il 8 fevral tarixinə qalıq borc məbləği 24.553,01 manat təşkil edir.
5. Xəstəxananın abonent saldosuna əsasən, 2009-cu ilin əvvəlinə 22.584,63 manat borc olmaqla həmin il üzrə ümumilikdə 17.940 manat sərfiyyat qeydə alınmış, ilin sonuna borc isə 32.776,63 manat olmuşdur. 2010-cu ilin əvvəlinə 32.776,63 manat borc olmaqla həmin il üzrə ümumilikdə 2.355,4 manat sərfiyyat qeydə alınmış, ilin sonuna borc isə 32.233,23 manat olmuşdur. 6. 2024-cü il 7 yanvar tarixli 01-AA/05-HŞ-02 nömrəli arayışa əsasən, Xəstəxana İstismarı İdarəsinin Xızı xidmət sahəsində abonent kimi qeydiyyatdadır, onun 2024-cü il 1 yanvar tarixinə 24.894,54 manat məbləğində təbii qazdan istifadəyə görə yaranmış, ödənilməmiş debitor borcu vardır. Bu borcun 7.678,25 manat hissəsi iddiaçının direktoru Bəhdaş Nəbiyevin “obyektin sayğacının dövlət yoxlamasında olduğu dövr ərzində qaz işlədici cihazların saatlıq qaz sərfiyyatına uyğun hesablanması barədə” 2021-ci il 12 noyabr tarixli 329 saylı m əktubuna əsasən hesablanmışdır (2021-ci ilin noyabr ayı üçün 2.880 manat; dekabr ayı üçün 3.720 manat; 2022-ci ilin yanvar ayı üçün 1.078,25 manat cəmi – 7.678,25 manat), 17.216,29 manat hissəsi isə təbii qazdan istifadəyə görə yaranmış sayğacla müəyyən edilən debitor borcudur. 24.894,54 manat borc hər hansı ziyan aktına görə deyil, iddiaçının qaz işlədici cihazlarında istifadə olunmuş təbii qaza görə yaranmış, ödənilməmiş debitor borcudur. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
7. Xəstəxana (bundan sonra – “iddiaçı”) Cavabdehə (bundan sonra – “cavabdeh”) qarşı iddia və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış mənbəyi məlum olmayan 32.233 manat borcun və 2021-ci ilin 11 və 12-ci aylarına ya zılan borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı dövlət tərəfindən yaradılan X3dir və dövlət sifarişi ilə dövlət büdcəsi hesabına təyinatlı tədbirlərin həyata keçirilməsi üçün məqsədli vəsaitlər dövlət büdcəsindən ona ödənilir. Ödənişlər Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 25 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət adından yaradılan X3lərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi” qaydası ilə müəyyən edilir. Ödənilmiş vəsaitlər X3lər tərəfindən təyinatı üzrə istifadə olunmalıdır. İddiaçı istifadə etdiyi qaz sərfiyyatına görə bu günə kimi vaxtında ödənişlərini etsə də, bir müddət sonra X2 İstismar İdarəsinin əməkdaşları tərəfindən dəfələrlə şifahi olaraq guya 2010-cu ilin 12- ci ayına 32.233 manat mənbəyi məlum olmayan borc olması göstərilmiş və borcun ödənilməyəcəyi təqdirdə qazın verilməsinin dayandırılacağı bildirilmişdir. İddiaçı tərəfindən həmin borcun nəyə əsaslandığı barədə məlumat istənilsə də, açıqlaması verilməmişdir. Həmçinin keçən 13 il ərzində həmin borcun tələb edilməməsinin səbəbləri də qeyri-müəyyəndir. Hətta cavabdeh hesab edirsə ki, müvafiq borc mövcuddur, onda həmin məbləği tələb etmək üçün iddia müddəti ötürülmüşdür. Bundan başqa, 2021-ci ilin 11 və 12-ci aylarında istifadə edilən qaz sərfiyyatından artıq hesabat aparılmışdır ki, bunu da təsdiq edən heç bir sənəd cavabdeh tərəfindən təqdim edilməmişdir.
9. Cavabdeh tərəfindən iddia tələbinə qarşı yazılı etiraz təqdim edilərək, etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazi rlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra – “Qazdan istifadə Qaydaları”) 6.1.4-cü bəndinin tələbinə əsasən, qazın sayğacla müəyyənləşdirilən hesabının istehlakçıya qaz paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində tam ödənilməməsi istehlakçıya qazın verilməsinin dayandırılması üçün əsasdır. Lakin cavabdehin Xızı xidmət sahəsinin işçiləri xəstəxanadakı şəxslərin, yəni xəstələrin xüsusi ilə həssas qrupa aid olduğunu, Xızı rayonunun dağlıq ərazidə yerləşməklə hava iqliminin sərt, soyuq olduğunu nəzərə alaraq iddiaçının qaz təminatını dayandırmamışlar. Beləliklə, abonentin təbii qazdan istifadəyə görə borcu ilbəil artmışdır. Cavabdehin Avtomatlaşdırılmış Qaz İnformasiya Sistemində (AQİS) 2010-cu ilin sonuna iddiaçının borcu 32.233,23 manat göstərilmişdir. 2023-cü ilin sentyabr ayına isə iddiaçının təbii qaza görə borcu 23.949,79 manat təşkil edir. Həmçinin iddiaçının bu borcun tələb edilməsi üçün iddia müddətinin keçməsinə dair mövqeyi də yanlışdır. Belə ki, birincisi, iddiaçı pozulmuş hüququnun müdafiəsi üçün, yəni müqavilə öhdəliklərindən irəli gələn borcun qaytarılması üçün iddia qaldırmamışdır ki, bu iş üzrə iddia müddəti tətbiq edilsin. İkincisi, Mülki Məcəllənin 380-cı maddəsinə əsasən, borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Cavabdehin 2010-cu ilin sonuna 32.233,23 manat olan borcu hazırda 23.949,79 manatdır. Deməli, debitor borcdan bu illər ərzində iddiaçı tərəfindən 8.283,44 manat məbləğ ödənilmişdir. Məsələn, 2023-cü ilin mart ayında təbii qazdan 3.364 m3 və ya 841 manat məbləğində istifadə edilmişdir. Lakin həmin ay 1.980,50 manat qaza görə ödəniş edilmişdir. Göründüyü kimi, iddiaçı 2023-cü ilin mart ayında mübahisələndirilən debitor borcundan 1.139,50 manat ödəmişdir ki, bu ödəniş də borcu etiraf edən hərəkətdir.
10. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 8 fevral tarixli e-2-2(113)-252/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh tərəfindən **********00030 nömrəli abonent koduna 2010-cu ilin 12-ci ayı, 2021-ci ilin 11 və 12-ci ayları üzrə akt əsasında hesablanmış ümumilikdə 24.553,01 manat məbləğində borcun silinməsi, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 127 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir (hakim – N.Əhmədova).
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, cavabdeh borc məbləği ilə bağlı 2009 və 2010-cu illər üçün “abonent saldosu” kimi iddia etdiyi sənədləri məhkəməyə təqdim etmişdir. Lakin “abonent saldosu” özü-özlüyündə borcun mövcud olduğunu təsdiq edən mötəbər sənəd hesab oluna bilməz. Belə ki, yalnız müvafiq borcun əsasında duran hesab-fakturalar, aktlar, qaimələr, sayğac barədə məlumatlar və s. təqdim edildikdə borcun əsaslılığı məhkəmə tərəfindən yoxlanıla və əsaslı olub-olmaması barədə qənaət formalaşa bilər. Hazırkı işdə isə 2009 və 2010-cu illər üçün abonent saldosundan borcun əsaslılığının yoxlanılması mümkün deyildir.
12. Məhkəmə müddətin keçməsi səbəbindən borcun əsasında duran sənədlərin artıq mövcud olmadığı barə də cavabdehin arqumentlərinə münasibətdə qeyd etmişdir ki, borc məbləği tam ödənilmədiyi halda, onun mübahisələndirilməsi və ya məhkəmə qaydasında tələb edilməsi ehtimalı mövcud olduğundan həmin sənədlərin məhv olması və ya itirilməsinin riskini də cavabdeh daşıyır. Hətta nəzərə alınmalıdır ki, 2010-cu ildən etibarən qaz təchizatının dayandırılmaması məqsədilə ödənilən ödənişlər iddiaçının etirafedici hərəkətləri hesab oluna bilməz. Cavabdeh təbii qazı təchizat nöqtələrindən qəbul edərək, paylanması və satışını həyata keçirən təbii inhisar subyektidir və istehsalatın müvafiq sahəsində rəqabət mümkün deyildir. Belə olan halda, borc məbləği ilə razı olunmasa da, edilən ödənişlər etirafedici hərəkətlər kimi yozula bilməz.
13. Beləliklə, 32.233 manat borcun əsaslılığı ilə bağlı cavabdeh sübute tmə vəzifəsini yerinə yetirə bilmir və bu səbəbdən – həmin borc əsassız olduğundan silinməlidir.
14. Məhkəmə iddia tələbinin 2021-ci ilin 11 və 12-ci aylarına yazılan borcun silinməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması zamanı qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsinin dayandırılmadığı və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmaların sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılması nəzərdə tutulmuşdur.
15. Məhkəməyə təqdim edilən 2022-ci il 27 yanvar tarixli aktdan, abonent saldosundan və iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 2021-ci il 12 noyabr tarixli 329 nömrəli məktubdan ayd ın olur ki, iddiaçıya məxsus “G-25” markalı 75117541 nömrəli qaz sayğacı 2021-ci il 1 iyun tarixində dövlət yoxlamasına aparılmış, iddiaçı 2021-ci il 12 noyabr tarixində cavabdehə müraciət edərək iddiaçının Tibbi bərpa şöbəsinin qaz xətti üzərinə quraşdırılmış “G-25” markalı 75117541 nömrəli qaz sayğacının növbəti dövlət yoxlamasında olması nəzərə alınaraq qaz təminatının verilməsinin mövcud cihazların saatlıq qaz sərfiyyatına uyğun olaraq hesablanmaqla verilməsinə köməklik göstərilməsini xahiş etmiş, bundan sonra qazın verilişi bərpa edilmiş və qaz sayğacının olmadığı dövr – 2021-ci ilin noyabr və dekabr ayları üzrə istifadə edilmiş qazın dəyəri hesablanaraq abonent saldosuna daxil edilmişdir.
16. Cavabdehin məhkəmə iclaslarında iştirak edən nümayəndələri mübahisələndirilən sayğacsız dövr də borcun hesablanması barədə aktları məhkəməyə təqdim edə bilməmişdir. Lakin həmin dövrdə qazdan istifadə edilmişdir. Belə olan halda, mübahisələndirilən – 2021-ci ilin 11 və 12-ci aylarına qaz sərfi hesablanmalıdır. Sayğac çıxarıldığı gündən əvvəlki ay sərfiyyat qeydə alınmamış, sonuncu sərfiyyat 2021-ci ilin aprel ayında qeydə alınmışdır. Ona görə də, sayğacsız istifadə edilmiş dövr üzrə qazın dəyəri 2020-ci ilin analoji dövrünə uyğun olaraq hesablanmalıdır.
17. Bu mənada abonentin saldosundan görünür ki, 2020-ci ilin 11-ci ayı üçün sərfin məbləği 661,20 manat, 12 ayı üçün 958,20 manat olmuşdur. Bu halda iddiaçının 2021-ci ilin noyabr və dekabr ayları üzrə qaz sərfinin məbləği müvafiq olaraq 661,20 manat və 958,20 manat təşkil edir.
18. Belə olan halda, iddia tələbi 37.213,6 manat (akt əsasında hesablanmış aylar üzrə sərfiyyat (2.880+.3720) – məhkəmə tərəfindən müəyyən edilən sərfiyyat (661,20+958,20); silinməli borc məbləği = 32.233+4.980,60) manat borcun silinməsi hissəsində əsaslıdır.
19. Bununla yanaşı, silinməsi tələb edilən və məhkəmə tərəfindən əsassızlığı müəyyən edilən borc məbləğindən ödənişlər edilmişdir. Belə olan halda, iddia tələbinin obyektini təşkil edən borc ödənildiyindən həmin hissədə məhkəmə tərəfindən silinmənin aparılması mümkün deyildir. Belə ki, iddiaçının tələbini borcun silinməsi təşkil edir və bu halda yalnız cavabdeh tərəfindən hesablanmış və iddiaçının tələbinin faktiki əsasına uyğun olan mövcud borcun silinməsi mümkündür.
20. Qeyd edilənlərə əsasən, cavabdeh tərəfindən **********00030 nömrəli abonent koduna 2010-cu ilin 12-ci ayı, 2021-ci ilin 11 və 12-ci ayları üzrə akt əsasında hesablanmış ümumilikdə 24.553,01 manat məbləğində borc silinməlidir.
21. Birinci instansiya məhkəməsi mövqeyini “Qazdan istifadə Qaydaları”nın 5.2, 5.4-cü bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
22. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin qismən təmin olunması hissəsində ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 16 may tarixli 2-2(103)-495/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi m übahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Z.Şirinov, hakimlər – İ.İbrahimli və V.Baxışova).
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, abonent saldolarında borcun yaranma əsası kimi aktlar göstərilsə də, həmin aktlar məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən abonent saldosundan borcun əsaslılığının yoxlanılması mümkün olmamışdır.
25. Apellyasiya instansiyası məhkəməsi mövqeyini “Qazdan istifadə Qaydaları”nın 5.2, 5.4-cü bəndlərinə, MPM-in 77.2-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
26. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin təkrar araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini x ahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. MPM-in 9.1, 88, 386-cı maddələri üzrə - iddiaçıya məxsus 2009-2024-cü illəri əhatə edən abonent saldolarında borcun istifadə edilmiş qaz sərfiyyatlarının tam ödənilməməsi səbəbindən yaranması öz təsdiqini tapır. Xızı Rayon Mərkəzi Xəstəxanasının saldosundan görünür ki, 2009-cu ilin əvvəlinə 22.584,63 manat borc olmaqla, həmin il üzrə ümumilikdə 17.940 manat sərfiyyat qeydə alınmış, ilin sonuna borc isə 32.776,63 manat olmuşdur. 2010-cu ilin əvvəlinə 32.776,63 manat borc olmaqla həmin il üzrə ümumilikdə 2.355,4 manat sərfiyyat qeydə alınmış, ilin sonuna borc isə 32.233,23 manat olmuşdur. 2010-cu ilin noyabr ayınadək istehlakçıların təbii qaz dövriyyəsi “FOKSPRO” proqramı vasitəsilə ap arılmışdır. 2010-cu ilin dekabr ayından istehlakçıların təbii qaz dövriyyəsinin “AQİS” proqramı vasitəsilə aparılmasına başlanılmış və istehlakçıların 2010-cu il 1 dekabr tarixinədək olan borcları “AQİS” proqramına köçürülmüş və 2010-cu il 1 dekabr tarixinədək olan debitor borclar “AQİS” proqramında qalıq və aktlar sütununda öz əksini tapmışdır. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş 2009-2010-cu illərin abonent saldosunda qeyd olunanlar öz təsdiqini tapır. Lakin məhkəmə qeyd olunanlarla bağlı araşdırma aparmadan, təqdim olunmuş saldolara sübut kimi qiymət vermədən, abonent saldosunun 2010-cu ilin dekabr ayı üzrə qalıq və aktlar bölməsində qeyd olunan 32.233,23 manat borcu akt əsasında yazılmış borc kimi qiymətləndirmişdir. Əgər məhkəmə 32.233,23 manat borcu akt əsasınd a yazılmış borc kimi qiymətləndirmişdirsə, onda qətnamə qəbul edərkən 24.553,01 manat borcun deyil, 32.233,23 manat borcun silinməsi barədə qətnamə qəbul etməli idi. Məhkəmə 24.553,01 manat borcun silinməsi barədə qətnamə qəbul etməklə abonent saldosunda 2010-cu ilin dekabr ayı üzrə qalıq və aktlar bölməsində qeyd olunan 32.233,23 manat borcu debitor borc kimi qəbul etmişdir. Belə olan halda məhkəmə 24.553,01 manat borcun silinməsi barədə səhv qənaətə gəlmişdir.
28. Borcun 7.678,25 manat hissəsi iddiaçının direktorunun “obyektin sayğacının dövlət yoxlamasında olduğu dövr ərzində qaz işlədici cihazların saatlıq qaz sərfiyyatına uyğun hesablanması barədə” 2021-ci il 12 noyabr tarixli 329 saylı məktubuna əsasən hesablanmışdır (2021-ci ilin noyabr ayı üçün 2.880 manat; dekabr ayı üçün 3.720 manat; 2022-ci ilin yanvar ayı üçün 1.078,25 manat, cəmi – 7.678,25 manat). Qeyd olunan borcların hesablanması barədə aktlar isə məhkəməyə təqdim olunmuşdur. Qeyd olunanlardan müəyyən olunur ki, iddiaçıya məxsus müəssisəyə heç bir dəymiş ziyan aktı tərtib edilməmişdir. İddiaçının mübahisələndirdiyi borc məbləği istifadə edilmiş təbii qazın dəyərinin tam şəkildə ödənilməməsi nəticəsində yaranmış borcdur.
29. Birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsi iddiaçının təbii qazdan istifadəyə görə 2010-cu il 1 dekabr tarixinə 32.233,23 manat, 2023-cü il 1 dekabr tarixinə isə 24.894,54 manat borcu olmasını, iddiaçının 32.233,23 manat borcdan 7.338,69 manat ödəməsini iddiaçı tərəfindən mövcud borcun etiraf edilməsini nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın də lilləri
30. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmiş, etirazında cavabdehin heç bir hüquqi əsaslandırma, hər hansı yeni bir hal, yeni sübut olmadan birinci instansiya və apellyasiya məhkəməsində gətirdiyi həqiqətə uyğun olmayan faktları formal olaraq eyni qaydada kassasiya şikayətində göstərməklə süründürməçiliyə və vaxt qazanmağa yönəldiyini qeyd edərək, kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Kassasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin ma ddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay ü zrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.... 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik s ərfinə uyğun aparılır....”
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, mə hkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri. 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mö vqeyi
35. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.
36. Abonent saldosunun məhkəmə tərəfindən nəzərə alınmamasına dair dəlillərlə bağlı -İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarından belə məlum olur ki, cavabdeh istinad etdiyi abonent saldosunda 2009 və 2010-cu illər üzrə əks olunmuş borcun əsaslılığını təsdiq edən hər hansı tutarlı sənədi (hesab-fakturalar, aktlar, qaimələr və s.) MPM-in 77.1-ci maddəsinin (bax § 34) tələblərinə uyğun olaraq, işə baxan məhkəmələrə təqdim edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən birtərəfli qaydada tərtib olunan “abonent saldosu”nu mötəbər sübut kimi qəbul etməməklə hər hansı hüquq pozuntusuna yol verməmişdi r.
37. Məhkəmənin 24.553,01 manat borcu silməklə abonent saldosunda 2010-cu il üzrə qeyd olunan 32.233,23 manat borcu debitor borc kimi qəbul etdiyindən yalnız 24.553,01 manat borcun silinməsi barədə səhv qənaətə gəlməsinə dair dəlillərlə bağlı – İş üzrə qəbul edilmiş qətnamələrdən görünür ki, birinci instansiya məhkəməsi sözügedən 32.233 manat borcun tam həcmdə əsassız olduğu qənaətə gəlmiş, lakin həmin borc məbləğindən ödənişlər edildiyindən yalnız cavabdeh tərəfindən hesablanmış və iddiaçının tələbinin faktiki əsasına uyğun olan mövcud borcun, yəni 24.553,01 manatın silinməsini mümkün hesab etmişdir. Odur ki, məhkəmə kollegiyası sözügedən dəlili də aşağı məhkəmənin iş üzrə gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün yetərli əsas hesab etm ir.
38. İddiaçının 32.233,23 manat borcdan 7.338,69 manat ödəməsinin mövcud borcun etirafı olmasına dair dəlillər üzrə - Birinci instansiya məhkəməsi öz qətnaməsində belə nəticəyə gəlmişdir ki, 2010-cu ildən etibarən qaz təchizatının dayandırılmaması məqsədilə ödənilən ödənişlər iddiaçının etirafedici hərəkətləri hesab oluna bilməz. Cavabdeh təbii qazı təchizat nöqtələrindən qəbul edərək, paylanması və satışını həyata keçirən təbii inhisar subyektidir və istehsalatın müvafiq sahəsində rəqabət mümkün deyildir. Belə olan halda, borc məbləği ilə razı olunmasa da, edilən ödənişlər etirafedici hərəkətlər kimi yozula bilməz. Məhkəmə kollegiyasının mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsi tamamilə haqlı olaraq həmin nəticəni əsassız hesab etməmişdir. 39. 2021-ci ilin noyabr və dekabr ay ları üzrə hesablanmış borcun düzgün silinməməsinə dair dəlillər üzrə - İş üzrə qəbul edilmiş qətnamələrdən görünür ki, məhkəmə mövcud vəziyyətə uyğun olaraq (bax §§ 15-16) həmin borcun yalnız 2020-ci ilin analoji dövründə olan istehlakdan artıq hesablanmış hissəsini silmişdir. Kassator isə məhkəmə tərəfindən aparılmış sözügedən hesablama zamanı konkret olaraq hansı pozuntulara yol verildiyini tutarlı dəlillərlə təkzib edə bilməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin məsələ ilə bağlı da apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmamaq üçün hər hansı əsas tapmır.
40. Kassasiya şikayətinin digər dəlilləri isə bilavasitə işin faktiki halları ilə bağlı olduğundan məhkəmə kollegiyası MPM-in 407.2-ci maddəsinin (bax § 34) tələblərinə əsasən həmin dəlillər üzrə hüquqi dəyərl əndirmə aparılmasını mümkün hesab etmir.
41. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 34) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 34) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
42. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 16 may tarixli 2-2(103)-495/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kolleg iyası QƏRARA ALİR: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 16 may tarixli 22(103)-495/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.