Məhkəmə qərarları › İş №2-2(102)-511/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-511/2023

01.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-511/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı İB-nin Cavabdeh2 qarşı iş üzrə QƏRAR 2-2(102)511/2023 Açar sözlər: istehlak edilmiş qaza görə borcun tutulması 01.11.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədova Mehparə Tofiq qızı, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı İB-nin Cavabdeh2 qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 23 may tarixli, 2-2(103)-504/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı ilə cavabdeh arasında 2020-ci il 24 noyabr tarixli, AMX-4554/20 saylı təbii qazın alqı-satqısı müqaviləsi bağlanmışdır.

2. İşə əlavə edilmiş abonent saldosundan görünür ki, Cavabdeh2 məxsus **********00000 saylı abonent kodu üzrə ümumilikdə qazdan istifadəyə dair 374.921,06 manat məbləğində borc hesablanmışdır. Qeyd edilən borcun yaranması əsası isə məhz qazdan istifadə üzrə debitor borcu təşkil edir. Belə ki, abonent saldosunun “qalıq və aktlar” qrafasına nəzər yetirildikdə aydın olur ki, qeyd edilən qrafa üzrə pul hesablanmamışdır.

3. İş materiallarında olan 2022-ci il 1 dekabr tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı İB tərəfindən mediasiya xərcinin əvəzi olaraq 400 manat məbləğində pul ödəmişdir.

4. İşin müəyyə n olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh2 arasında 2020-ci il 24 noyabr tarixdə, AMX-4554/20 saylı qazın alqı-satqısı haqqında müqavilə bağlanmış və İddiaçı İB Cavabdeh2 məxsus qeyri-yaşayış sahəsini təbii qazla təchiz etməyi öhdəsinə götürmüşdür. Ancaq bundan öncə də, tərəflər arasında qazın alqı-satqısı haqqında müqavilə olmuşdur.

5. Həmçinin işin müəyyən olunmuş digər halı ondan ibarətdir ki, tərəflər arasında bundan əvvəl də, məhkəmə mübahisəsi olmuş və bu mübahisə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-338/2021 saylı 2021-ci il 16 fevral tarixli qətnaməsi ilə həll edilmişdir. Qeyd edilən qətnamədən görünür ki, Cavabdeh2 İddiaçı İB-nin xeyrinə 2020-ci il 16 iyun tarixinə yaranmış borca görə 214.204,20 manat məbləğində pulun tutulması qət edil mişdir və müvafiq olaraq icra vərəqəsi verilmişdir.

6. İddiaçı tərəf ilkin nüsxədə məhkəməyə ərizə verərkən səhvən yuxarıda qeyd edilmiş qətnamə ilə qət edilmiş 214.204,20 manat pulu da hazırda tələb edilən məbləğə əlavə edərək 374.921,06 manatı tələb etsə də, sonradan iddiasının həcmini azaltmış və 160.716,86 manat pulun tutulmasını xahiş etmişdir. II. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh2 (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 160.716,86 manat borcun və 664,92 manat ödənilmiş rüsumun məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslan dırılmışdır ki, iddiaçı 2020-ci il 24 noyabr tarixli, AMX4554/20 saylı müqavilə əsasında cavabdehə məxsus qeyri-yaşayış sahəsini təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq müqavilə öhdəliklərinə əməl etməmiş istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Nəticədə 2022-ci il 1 may tarixə 160.716,86 manat borc yaranmışdır. Mübahisənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə mediasiya şurasına və pretenziya qaydasında müraciət olu nmasına baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Məktubda cavabdehə borcunu ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir.

9. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 442, 443.1-ci maddələrinə, “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” 356 saylı, 2000-ci il 29 iyun tarixli Fərmanına, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə istinad etmişdir.

10. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilməmişdir.

11. Bakı Kommersiya Məhkəmə sinin 2023-cü il 6 mart tarixli, e-2-2(113)-563/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, təbii qazdan istifadəyə görə yaranmış borc üzrə 160.716 (yüz altmış min yeddi yüz on altı) manat, 86 (səksən altı) qəpik məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı İB-yə ödənilməsi qət edilmişdir ( Sədrlik edən hakim – K.Hüseynov).

12. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəf də, mövcud olan 374.921,06 manat borcdan Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-338/2021 saylı 2021-ci il 16 fevral tarixli qətnaməsi ilə tutulmuş 214.204,20 manat borcu çıxmış və hazırda da, qalan 160.716,86 manat borcu tələb edir.

13. Belə olan halda yəni, tələb edilən borcun qazdan istifadə üzrə yaranmış debitor borcu olmasını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli və qazdan i stifadə üzrə yaranmış borc olan 160.716,86 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

14. Məhkəmə iclasında iddiaçı tərəf 664,92 manat ödənilmiş rüsumun cavabdehdən tələb edilməsi ilə bağlı qeyd etmişdir ki, qeyd edilmiş məbləğ mediasiya sessiyası üçün ödənilmiş 400 manat məbləğində xərci və ödənilmiş 264,92 manat dövlət rüsumunu əhatə edir və qarşı tərəfdən iddiaçının xeyrinə tutulmalıdır.

15. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

16. Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 23 may tarixli, 2-2(102)504/2023 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 6 mart tarix li e-2-2(113)-563/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim - R.Qurbanov, hakimlər V.Baxışova, A.Hüseyn).

17. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 2011-ci il 12 may tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən cavabdeh istehlak etdiyi qazın dəyərinin ödənilməsi öhdəliyini daşıyır.

18. İş materiallarından olan abonentin saldosundan da görünür ki, cavabdehə məxsus **********00000 saylı abonent kodu üzrə ümumilikdə qazdan istifadəyə dair 374.921,06 manat məbləğində borc hesablanmışdır. Qeyd edilən borcun yaranması əsası isə məhz qazdan istifadə üzrə debitor borcu təşkil edir.

19. Belə ki, abonent saldosunun “qalıq və aktlar” qrafasına nəzə r yetirildikdə aydın olur ki, qeyd edilən qrafa üzrə pul hesablanmamışdır.

20. Eyni zamanda tərəflər arasında bundan əvvəl də, məhkəmə mübahisəsi olmuş və bu mübahisə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-338/2021 saylı 2021-ci il 16 fevral tarixli qətnaməsi ilə həll edilmişdir. Həmin qətnamə ilə cavabdehdən iddiaçının xeyrinə 2020-ci il 16 iyun tarixinə yaranmış borca görə 214.204,20 manat məbləğində pulun tutulması qət edilmiş və müvafiq olaraq icra vərəqəsi verilmişdir.

21. İddiaçı da mövcud olan 374.921,06 manat borcdan Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-338/2021 saylı 2021-ci il 16 fevral tarixli qətnaməsi ilə tutulmuş 214.204,20 manat borcu çıxmış və hazırda da, qalan 160.716,86 manat borcu tələb etmişdir.

22. Bu baxımdan apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, idd ia təmin edilməli və 160.716,86 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

23. Apellyasiya şikayətinin dəlilləri isə əsassız hesab edilmişdir. Belə ki, təbii qazın istehlakına görə cavabdehin iddiaçıya 160.716,86 manat məbləğində borcunun olması iş materiallarında olan abonentin saldosu ilə təsdiq olunmuşdur. Eyni zamanda yuxarıda da qeyd olunduğu kimi həmin borc hər hansı akt əsasında deyil, məhz təbii qazdan istifadə üzrə yarandığı vurğulanır. Bundan əlavə, cavabdeh tərəfindən abonent saldosunda göstərilən həcmdə qaz sərfiyyatının qeyri-mümkünlüyü ilə bağlı sübutlar (quraşdırılmış avadanlıqlar, onların texniki göstəriciləri və maksimal qaz sərfiyyatı ilə bağlı sənədlər) təqdim edilməmişdir.

24. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, birinci i nstansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 2011-ci il 12 may tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə istinad etməklə əsaslanmışdır.

26. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi 2023-cü il 5 iyun tarixində tərəflərin şəxsi elektron kabinetinə yerləşdirilmişdir.

27. Cavabdeh 2023-cü il 23 iyul tarixində həmin qətnamədən kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-504/2023 saylı, 2023-cü il 23 may tarixli qətnaməsinin tamamilə ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. III. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

28. MM-in 567 maddəsinin tələbləri pozulmuşdur. Belə ki, istelakçıya bu qədər qazın verilməsinə dair heç bir subut məhkəməyə təqdim olunmamışdır. Ümumiyyətlə həmin dövrdə qeyri-yaşayış sahəsinin fəaliyyət göstərməməsi və buna görə də bu qədər qaz sərfiyyatınını yaranması və Paylayıcının bu müddət ərzində heç bir tədbir görməməsi qətiyyən mümkün deyildir. 29. “Qazdan istifadə Qaydalarının” 5.2 və 5.5-ci bəndlərinin tələbləri pozulmuşdur. İşin hallarında da qeyd edildiyi kimi paylayıcı tərəfindən istehlakçıya hər hansı bir bildirişin göndərilməsi barədə sübut məhkəməyə təqdim olunmamışdır. Lakin, buna baxmayaraq məhkəmə tərəfindən həmin hallar nəzərə alınmamışdır.

30. MPM-in 8.1, 9, və 88-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə işin hərtərəfli araşdırılmasında üzərinə düşən vəzifələrini icra etməmişdir.

31. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə tərəfindən qanunun bu prinsipi pozulmuşdur.

32. Məhkəmə faktlara deyil, iddiaçının subyektiv fikirlərinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək bildimişdir ki, kassatorun şikayətinin əsasını iddiaçı tərəfindən istehlakçıya bir ədəd olsun hesabın, hesabfakturanın, sayğacın göstəricisindən çıxarışın, elektron-qaimənin və bildirişin təqdim olunmaması təşki l edir. Borcun yaranma əsasını təşkil edən sənədlərin olmadığı göstərilir. Lakin kassator bu məsələni öz şikayətinin əsasını təşkil edən hal kimi vurğulasa da sübuta yetirə bilməmişdir. Abonent saldosunun rəsmi sənəd olmamasına kassator tərəfindən bildirilən münasibəti iddiaçı əsassız hesab edir. Məlum olduğu kimi, abonent saldosu qazdan nə qədər istifadə olunduğu, bu istifadə nəticəsində yaranmış borc məbləğini, abonent tərəfindən yaranmış borcun ödənilib-ödənilmədiyini və abonent haqqında məlumatları, eləcə də sayğac göstəricisini özündə ehtiva edən sənəddir. Bu sənədin rəsmi sənəd olmadığını hesab etmək üçün orada yerləşdirilmiş məlumatların əsassızlığını sübut etmək lazımdır. Əgər abonent tərəfindən ödənilmiş pul məbləği və digər məlumatlar da burada öz əksini tapmışdırsa, həmçinin abo nent bu pul məbləğinin az olması və ya cox olması barədə heç bir münasibət bildirməmişdirsə, yalnız sayğac göstəricisi olan hissəni qəbul etməməsi sənədin rəsmi sənəd olmadığına dair gətirilmiş dəlilləri əsassız edir. Həmçinin qeyd olunmuşdur ki, iddiaçı tərəfindən hər ay abonentə hesab-fakturalar təqdim edilmişdir. Bu hal həm birinci instansiya məhkəməsi tərəfindən, həm də apellyasiya instansiya məhkəməsi tərfindən araşdırılmış və işin bu halına qanuna uyğun şəkildə çıxarılmış qətnamələrlə hüquqi qiymət verilmişdir. IV. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci m addəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

35. İş üzrə iddiaçı tərəf apelyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

36. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. V. TƏTBİQ EDİLƏN HÜQUQ

37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 2011-ci il 12 may tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”-nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur. “5. Qazın dəyərinin ödəmə şərtləri... 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənil dikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz....”

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur. “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılm alıdır.” VI. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

39. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

40. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

41. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən i lk öncə nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPMnin 416.1-ci maddəsi). 42. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğu n olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

43. Kassasiya şikayətinin dəlillərinin mahiyyəti bundan ibarət olmuşdur ki, paylayıcı tərəfindən istehlakçıya hər hansı bir bildirişin göndərilməsi, istelakçıya borcun hesablandığı həcmdə qazın verilməsinə dair heç bir subut məhkəməyə təqdim olunmamışdır.

44. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsaslı hesab etmir.

45. Belə ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı”na dair 2020-ci il 24 noyabr tarixli, AMX-4554/20 saylı müqavilənin 2.3.1-ci bəndinə görə, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifələrindən biri kimi müəyyən olunmuşdur.

46. Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən cavabdeh istehlak etdiyi qazın dəyərinin ödənilməsi öhdəliyini daşıyır.

47. İşin aşağı instansiya məhkəmələri tərəfindən abonentin saldosuna əsasən cavabdehə məxsus **********00000 saylı abonent kodu üzrə borcun “qalıq və aktlar” üzrə hesablanmadığı və borcun yaranma sı əsasının məhz qazdan istifadə üzrə debitor borcunu təşkil etməsi müəyyən olunmuşdur.

48. MPM-ə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarın yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-in 9.3, 14.2, 77.1-ci maddələri).

49. Prosessual qanunvericiliyin sadalanan normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşd irir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. Tərəflərin çəkişməli prosesdə iştirak dərəcəsi onların öz iradələrindən asılıdır.

50. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, işin apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən işdə olan sübutlar mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ətraflı araşdırılmış, hüquqi qiymət verilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

51. Məhkəmə kollegiyası vurğulayır ki, kassasiya şikayətinin dəlillərinə yuxarıda göstərilən qaydada hüquqi qiymət verildiyindən, kassasiya şiakyətinə qarşı etirazın dəlillərinə qiymət verilməsi zərurəti aradan qalxmışdır.

52. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasi ya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

53. Şərh olunanları və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 23 may tarixli, 2-2(103)-504/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar