Məhkəmə qərarları › İş №2-2(102)-519/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-519/2021

03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-519/2021 03.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı "xxxx" X3 cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədov Natiq Alı oğlunun, iddiaçının vəkili, cavabdehin vəkilinin iştirakları ilə, iddiaçı "xxxx" X3 cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya işi üzrə cavabdeh "xxxx" ASC tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2 021-ci il 24 iyun tarixli, 2-2(103)-668/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 09.06.2020-ci il tarixli NQD 007398 saylı akta görə, Bakı şəhəri, Binəqədi yerləşən "xxxx" İKT-yə (MTK) məxsus obyektdə elektrik enerjisi uçotu və “X5 Qaydaları”na riayət edilməsinin yoxlanılması məqsədilə baxış keçirən zaman məlum olmuşdur ki, hər ay hesab-fakturada məişət abonentlərinin qeyd etdiyi cəm sərfiyyatının 3%-i baş sayğacdan çıxılır. 2. 12.06.2020-ci il tarixli icra vərəqinə əsasən, hesab-fakturada məişət abonentlərinin qeyd etdiyi cəm sərfiyyatının 3%-inin baş sayğacdan çıxılması nəzərə alınaraq "xxxx" İKTyə kvts miqdarında əlavə sərfiyyat hesablanmışdır.

3. Abunə haqqında məlumata görə, abonent "xxxx" İKT-yə 12 iyun 2020-ci il t arixdə “X5 Qaydaları”nın pozulmasına görə NDQ 007398 saylı akta əsasən 19.622,52 manat məbləğində borc hesablanmış, 12.06.2020-ci il tarixli hesab-faktura ilə abonent "xxxx" İKTdən 19.622,52 manat məbləğində borcun ödənilməsi tələb edilmişdir.

4. Energetika Nazirliyi Enerji X1 "xxxx" İKT-yə ünvanladığı 19.06.2020-ci il tarixli məktubuna görə, əlavə elektrik enerjisi sərfiyyatının hesablanması barədə "xxxx" İKT-nin müraciəti Agentlikdə araşdırılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC-nin Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən “hər ay hesab fakturada məişət abonentlərinin qeyd etdiyi cəm sərfiyyatın 3%-i baş sayğacdan çıxılması” əsas göstərilərək 09.06.2020-ci tarixli 007398 nömrəli akt tərtib edilmişdir. Hər ay istehlakçıya təqdim edilmiş hesab fakturada elektri k enerjisinin dəyərinin düzgün hesablanmamasına enerji təchizatı müəssisəsi tərəfindən yol verildiyi nəzərə alınmadan tərtib edilmiş akta əsasən 17.08.2017-ci il tarixindən 13.05.2020-ci il tarixinədək olan dövr üçün "xxxx" ASC-nin Akt komissiyası tərəfindən 12.06.2020-ci il tarixdə 218028 kVts elektrik enerjisi miqdarında (dəyəri 19622,52 manat) əlavə sərfiyyat hesablanmışdır. Qeyd olunanlar nəzərə alınaraq 29.02.2020-ci il tarixli 018179 nömrəli akta əsasən hesablanmış məbləğin hesabatına “X5 Qaydaları”nın tələblərinə uyğun yenidən baxılması və Enerji X1 Bakı filialına rəsmi məlumat verilməsi üçün “Azərişıq" ASC-yə 19.06.2020-ci il tarixli AERA-18-1120/20 nömrəli məktub göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı "xxxx" X7 (bund an sonra – “iddiaçı”) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, сavabdeh tərəfindən əsassız olaraq iddiaçıya hesablanmış 19.662,52 manat məbləğində elektrik enerjisinə görə borcun silinməsi və 09.06.2020-ci il tarixli, 007398 nömrəli aktı ilə təsdiq edilmiş hər ay hesab fakturada məişət abonentlərinin qeyd etdiyi cəm sərfiyyatın 3%-nin baş sayğacdan çıxılmasının yenidən təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması, iddiaçıya məxsus 1831 saylı transformator məntəqəsinin cavabdehin balansına verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən hər ay iddiaçıya təqdim edilən hesab-fakturada məişət abonentlərini n qeyd etdiyi cəm sərfiyyatın 3%-inin baş sayğacdan çıxılması ilə əlaqədar 09.06.2020-ci il tarixli, 007398 nömrəli akt tərtib edilmiş və iddiaçıya əlavə sərfiyyat hesbalanmışdır. Sözügedən akt rəsmi olaraq onlara təqdim edilməmişdir və həmin aktda qeyd olunan 12.08.2017-ci il tarixdən 13.05.2020-ci il tarixinədək olan dövr üçün ASC-nin akt komissiyası tərəfindən 12.06.2020-ci il ta+rixdə ******* kVts elektrik enerji miqdarında əlavə sərfiyyatın necə hesablanmasından, habelə aktın özünün mövcudluğundan məlumatları yoxdur. Bildirirlər ki, cavabdeh və Binəqədi ETİ-nin işçiləri tərəfindən hər ay MTK-nın sayğacına və binada yaşayan sakinlərin sayğaclarına baxış keçirilmiş və onlara bildiriş-xəbərdarlıq verilmiş, borc hesablanmış, MTK-nın sayğacı ilə vətəndaşların sayğacları arasında fərq, yəni təchizat elektrik enerjisi itkisi abonentin, onların sərfiyyatdan çıxılmışdır. Hazırda isə cavabdeh 09.06.2020-ci il tarixli aktla əsassız olaraq həmin itkilər və aylıq hesabatları nəzərə almadan onlara əlavə borc hesablamışdır. Məsələ ilə bağlı müraciətlərinə cavab olaraq Energetika Nazirliyi Enerji X2 19 iyun 2020-ci il tarixli və 23 iyul 2020-ci il tarixli məktublarında bildirilmişdir ki, mübahisəli akta əsasən iddiaçıya 17.08.2017-ci il tarixindən 13.05.2020-ci il tarixinədək olan dövr üçün ASC-nin Akt komissiyası tərəfindən 12.06.2020-ci il tarixdə 218028 kVts elektrik enerjisi miqdarında (dəyəri 19622,52 manat) əlavə sərfiyyat hesablanmış, lakin əlavə sərfiyyat hesablanarkən elektrik enerjisinin dəyərinin enerji təchizatı müəssisəsinin səhvi nəticəsində düzgün hesablanmaması nəzərə alınmamışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X5 Qaydaları”nın 8.2-ci bəndinə əsasən istehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərin enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Əlavə olaraq qeyd edirlər ki, 09.06.2020-ci il tarixli, 007398 nömrəli aktda qeyd olunan 3% məbləğinin onlara borc olaraq hesablanması əsassız, həmin məbləğ silinməli olduğu halda əsassız olaraq onlardan tələb edilir.

7. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 05 mart tarixli, e-2-2(113)-745/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh tər əfindən iddiaçıya 2020-ci ilin iyun ayında hesablanmış 19.622,52 (on doqquz min altı yüz iyirmi iki manat əlli beş qəpik) manat məbləğində borcun silinməsi, iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, dövlət rüsumunun qalan 10 (on) manat hissəsi iddiaçıya aid edilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir (hakim – L.Əliyeva).

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının silinməsini tələb etdiyi əlavə sərfiyyat məbləği elektrik enerjisi təchizatı müəssisəsinin səhvi nəticəsində iddiaçıya təqdim edilən hesab-fakturalarda məişət abonentlərinin cəm sərfiyyatlarının 3%-nin (transformator itkilərinin) baş sayğacın göstəricilərindən çıxılması, yəni elektrik enerjisi təchizatı müəssisəsi tərəfindən elektrik enerjisinin dəyərinin hesablanması zamanı səhvə yol verilməsi ilə əlaqədar hesablanmışdır.

9. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X5 Qaydaları”nın 8.2-ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göründüyü kimi, mübahisə obyekti olan 19.622,52 manat məbləğində borcun abonentdən tələb edilməsi “X5 Qaydaları”nın 8.2-ci bəndinin tələblərinə ziddir.

10. X4 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, "xxxx" ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsində aparıcı mühəndis vəzifəsində işləyir. Məlumat bazasında "xxxx" X3 sərfiyyatına baxdıqda azalma müşahidə olunduğundan, firmaya məxsus sayğaca və xətlərə yerində baxış keçirmişlər. Baxış zamanı "xxxx" ASC tərəfindən sistemin səhvi nəticəsində əhali abonentləri üçün əlavə itkilərin hesablanması nəzərdə tutulmadığı halda, əhali abonentləri üçün hər ay 3% itki hesablandığı və həmin itkilərin əs assız olaraq "xxxx" X3 sərfiyyatından çıxıldığı müəyyən edilmişdir. Bununla bağlı akt tərtib edilmişdir.

11. Transformator məntəqəsinin cavabdehin balansına verilməsi barədə iddia tələbinə gəldikdə məhkəmə qeyd etmişdir ki, iddiaçı həmin hissədə iddia tələbinin qanuni əsası kimi hər hansı qanunvericilik normasına istinad etməmişdir. Digər tərəfdən, tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqısı müqaviləsində, eləcə də “X5 Qaydaları”nda elektrik enerji təchizatı müəssisəsinin istehlakçının mülkiyyətində olan transformator məntəqəsini öz balansına götürmək öhdəliyini daşıması nəzərdə tutulmadığından, həmin hissədə iddia tələbinin təmin edilməsi üçün qanuni əsasın mövcudluğu müəyyən edilmir.

12. Həmçinin, iddiaçı məişət abonentlərinin cəm sərfiyyatlarının sayğacdan çıxılmasının yenidən təmin edilməsi tələbini irəli sürsə də, məişət abonentlərinin sərfiyyatlarının balans sayğacının göstəricilərindən çıxılmamasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

13. Cavabdehin iddiaçıya təqdim etdiyi hesab-fakturalardan da göründüyü həm mübahisəli dövrdə, həm də hal-hazırda iddiaçıya X5yə görə borc məbləğləri hər ay transformator məntəqəsinə qoşulmuş abonentlərin (o cümlədən məişət abonentlərinin) sərfiyyatlarının balans sayğacının göstəricilərindən çıxılması yolu ilə hesablanır.

14. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – "Mülki Məcəllə”) 385.1, 386.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – "Mülki Prosessual Məcəllə”) 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

15. Cavabde h həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin, borcun silinməsi hissəsində qismən ləğv edilməsini və iddianın həmin hissədə də rədd olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

16. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 24 iyun tarixli, 2-2(103)-668/2021 saylı qətnaməsi ilə (hakimlər V.M.Məmmədov (sədrlik edən), R.Ə.Qurbanov və V.Ə.Baxışova) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 05 mart tarixli, e-2-2(113)-745/2021 saylı qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır.

17. Apelyasiya instansiyası məhkəməsi öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik aktlarına (bax yuxarıda §§ 10-17) əsaslandırmış, onun gəldiyi nəticələrlə razılaş mışdır.

18. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və iddianın tam rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

19. Mübahisələndirilən akta əsasən cavabdeh tərəfindən iddiaçı ilə yenidən hesablaşmanın aparılması “Elektrik enejisindən istifadə Qaydaları”nın 8.15-ci bəndinin tələbi ilə əsaslandırılmışdır. Həmin bəndə əsasən, elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərti ilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparma lıdır.

20. Lakin, işə baxan məhkəmə mübahisəyə EEİQ-nin 8.15-ci bəndini tətbiq edib, iddianı rədd etməli olduğu halda tətbiq etməmiş və əsassız olaraq EEİQ-nin 8.2-ci bəndini tətbiq edərək, qeyd edilən borc məbləğini silmişdir. Bununla da məhkəmə maddi hüquq normalarının pozuntusuna yol vermişdir.

21. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88, 217.1 və 217.3-cü maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. İddiaçının etirazında qeyd edilmişdir ki, hər ay hesab fakturada məişət abonentlərinin qeyd etdiyi cəm sərfiyyatın 3%-i baş sayğacdan çıxılaraq 09.06.2020-ci il tarixli, 007398 nömrəli akt tərtib olunaraq hesablanmışdır. Lakin uzun müddət keçdikdən sonra cavabdeh 07 sentyabr 2020-ci il tar ixli xəbərdarlıq məktubu ilə iddiaçının borcunun olduğunu bildirmişdir. 09.06.2020-ci il tarixli aktın dəfələrlə tələb edilməsinə baxmayaraq, cavabdeh tərəfindən bu akt təqdim edilməmişdir.

23. Cavabdeh və Binəqədi ETİ-nin işçiləri hər ay MTK-nın sayğacına və binada yaşayan sakinlərin sayğaclarına baxış keçirilmiş və iddiaçıya bildiriş-xəbərdarlıq verilmiş, borc hesablanmış, iddiaçı MTK sayğac ilə vətəndaşların sayğacları arasında fərqi, yəni təchizat elektrik enerjisi itkisini abonentin (iddiaçının) sərfiyyatından çıxılmışdır. İddiaçı MTK yüksək mərtəbəli binada yaşayan əhaliyə mənzil istismar xidməti göstərir. Cavabdeh isə 09.06.2020-ci il tarixdə aktla həmin itkilər və aylıq hesabatları nəzərə almadan iddiaçıya əlavə borc hesablamışdır.

24. Müvafiq qanunvericiliyə uyğun olaraq qeyd olun an itkilər 3% məbləğində çıxılmamaqla bu günədək 19.662,52 manat məbləğində borc hesablanmışdır, hal-hazırda cavabdeh həmin hesablanmış itkiləri iddiaçıdan tələb edir və qanunvericiliklə həmin silinməli olan məbləği elektrik enerjisi sərfiyyatı üzrə borc məbləği kimi hesablayaraq əsassız olaraq ödəniş edilməsini tələb edir. c) Məhkəmə icraatı iştirakçısının izahatı

25. Cavabdehin vəkili kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

26. İddiaçının vəkili kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında, yəni apelyasiy a instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. İş üzrə cavabdeh tərəf apelyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

29. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Ka ssasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. II. TƏTBİQ EDİLƏN HÜQUQ

30. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

31. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ v ardır”. “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 24 iyun tarixli, 2-2(103)-668/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

33. Cavabdehin kassasiya ş ikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, apelyasiya məhkəməsinin də düzgün olaraq qeyd etdiyi kimi iddiaçının silinməsini tələb etdiyi əlavə sərfiyyat məbləği elektrik enerjisi təchizatı müəssisəsinin səhvi nəticəsində iddiaçıya təqdim edilən hesab-fakturalarda məişət abonentlərinin cəm sərfiyyatlarının 3%-nin (transformator itkilərinin) baş sayğacın göstəricilərindən çıxılması, yəni elektrik enerjisi təchizatı müəssisəsi tərəfindən elektrik enerjisinin dəyərinin hesablanması zamanı səhvə yol verilməsi ilə əlaqədar hesablanmışdır.

34. Tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqısı müqaviləsində, eləcə də “X5 Qaydaları”nda elektrik enerji təchizatı müəssisəsinin istehlakçının mülkiyyətində olan transformator məntəqəsini öz balansına götürmək öhdəliyini daşıması nəz ərdə tutulmamışdır.

35. Həmçinin, həm mübahisəli dövrdə, həm də hal-hazırda iddiaçıya X5yə görə borc məbləğləri hər ay transformator məntəqəsinə qoşulmuş abonentlərin (o cümlədən məişət abonentlərinin) sərfiyyatlarının balans sayğacının göstəricilərindən çıxılması yolu ilə hesablanır. Bu hallar cavabdehin, işə baxan məhkəmənin mübahisəyə EEİQ-nin 8.15-ci bəndini tətbiq edib, iddianı rədd etməli olduğu halda tətbiq etmədiyi və əsassız olaraq EEİQ-nin 8.2-ci bəndini tətbiq edərək, qeyd edilən borc məbləğini silməsi barədə dəlilinin əsassız olduğunu təsdiq edir.

36. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin qismən təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası Elektrik enerjisinə görə hesablaşmaların uçot cihazlarının h esablaşma dövründəki göstərişlərinə əsasən aparıldığını, bir qayda olaraq, hesablaşma dövrünün 1 ay qəbul olunduğunu, enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməli olduğunu, istehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərinin enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsinin tələb edilə bilmədiyini, digər tərəfdən iş materiallarına əsasən ödəmə sənədlərində səhv və ya sayğacın göstəricilərində hər hansı anlaşılmazlığın aşkar olunmadığını beləliklə, 19.622,52 manat məbləğində borcun abonentdən tələb e dilməsinın “X5 Qaydaları”nın tələblərinə zidd olduğunu nəzərə alaraq kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.

37. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 24 iyun tarixli, 2-2(103)-668/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

39. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 24 iyun tarixli, 2- 2(103)-668/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar