Məhkəmə qərarları › İş №2-2(102)-520/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-520/2023

07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-520/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR 2-2(102)-520/2023 07.11.2023 Açar sözlər: qazdan istifadəyə görə hesab-faktura əsasında borc tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi, hakimlər X1 və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “təbii qazdan istifadəyə görə borcun ödənilməsi” dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 may tarixli 2-2(103)-472/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasınd a baxılmışdır. I. İŞİN HALLARİ

1. Bir tərəfdən bundan sonra paylayıcı adlanacaq İddiaçı İB ilə digər tərəfdən istehlakçı adlanacaq "xxxx" MMC arasında bağlanmış 2019-cu il 25 oktyabr tarixli müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müqavilənin 4.4-cü bəndinə əsasən istehlakçıya G-1000 markalı, 83044882 nömrəli sayğac quraşdırılmışdır. 2. 142 nömrəli hesab-fakturaya əsasən 2019-cu il 31 oktyabr tarixə Cavabdeh MMCnin borc məbləği 3.574,40 manat, 181 nömrəli hesab-fakturaya əsasən 2019-cu il 30 noyabr tarixə borc məbləği 48.505,80 manat, 243 nömrəli hesab-fakturaya əsasən 201 9cu il 31 dekabr tarixə borc məbləği 56.562,40 manat, 192 nömrəli hesab-fakturaya əsasən 2020-ci il 31 yanvar tarixə borc məbləği 120.629,40 manat, 260 nömrəli hesab-fakturaya əsasən 2020-ci il 29 fevral tarixə borc məbləği 120.332 manat, 204 nömrəli hesabfakturaya əsasən 2020-ci il 31 mart tarixə borc məbləği 148.876,20 manat, 39 nömrəli hesab-fakturaya əsasən 2020-ci il 30 aprel tarixə borc məbləği 139.929,90 manat, 184 nömrəli hesab-fakturaya əsasən 2020-ci il 30 aprel tarixə borc məbləği 126.033 manat, 219 nömrəli hesab-fakturaya əsasən 2020-ci il 31 may tarixə borc məbləği 126.040,60 manat, 216 nömrəli hesab-fakturaya əsasən 2020-ci il 31 oktyabr tarixə borc məbləği 130.910,80 manat, 149 nömrəli hesab-fakturaya əsasən 2020-ci il 30 noyabr tarixə borc məbləği 144.717,80 manat, 215 nömr əli hesab-fakturaya əsasən 2020-ci il 31 dekabr tarixə borc məbləği 125.510,60 manat, 219 nömrəli hesab-fakturaya əsasən 2021-ci il 31 yanvar tarixə borc məbləği 181.776,40 manat, 254 nömrəli hesab-fakturaya əsasən 2021ci il 28 fevral tarixə borc məbləği 183.473,20 manat, 189 nömrəli hesab-fakturaya əsasən 2021-ci il 30 aprel tarixə borc məbləği 166.856,40 manat, 251 nömrəli hesab-fakturaya əsasən 2023-cü il 31 mart tarixə borc məbləği 131.541,20 manat təşkil etmişdir.

3. Abonent Cavabdeh MMC-nin saldosuna (abonent kodu **********00000) əsasən, cavabdehin qazdan istifadəyə görə ümumi borc məbləği 131.541,20 manat təşkil etmişdir.

4. İddiaçı İB tərəfindən Cavabdeh MMC-yə 2022-ci il 13 dekabr tarixli pretenziya qaydasında xəbərdarlıq məktubu ünvanlanaraq, 131.541,20 manat məbləğinə borcun öd ənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. II. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı (bundan sonra – “iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə 2022-ci il 16 dekabr tarixində Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 131.541,20 manat borcun və 421.54 manat ödənilmiş rüsumun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2019-cu il 25 oktyabr tarixli, AMX7198/19 saylı müqavilə əsasında cavabdehi təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmi ş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq müqavilə öhdəliklərinə əməl etməmiş, istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Nəticədə 2021-ci il 1 noyabr tarixə 131.541,20 manat borcu yaranmışdır. Tərəflər arasında bağlanmış qazın alqı-satqı müqaviləsinin 3.4-cü bəndinin tələbi cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, müqavilənin 3.4-cü bəndinə əsasən, hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir.

7. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin ( bundan sonra – “MM”) 385.1, 442, 443.1-ci maddələrinə; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə; Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və iqtisadiyyatının enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” 356 saylı 2000-ci il 29 iyun tarixli Fərmanına; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə istinad edilmişdir.

8. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim etməmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 28 fevral tarixli e-2-2(113)-561/2023 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 131.541,20 manat borc məbləği və 421,54 manat ödənilmiş rüs um xərcləri tutularaq iddiaçının ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, MH AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, VÖEN **********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi qət edilmişdir (hakim – İ.Əhmədov).

10. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cavabdehin iddiaçıya qazdan istifadə edilməsinə görə yaranmış borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 2019-cu il 25 oktyabr tarixli “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilədən irəli gəlmişdir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçının tərəflər arasında bağlanmış müqavilə və MM-in sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ yaranmışdır.

11. Məhkəmə istinad etdiyi qanunver icilik normalarına, eləcə də cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun müqavilə üzrə iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 131.541,20 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

12. İddiaçı eyni zamanda iddia tələbində 421,54 manat məbləğində mediasiya və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

13. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 131.541,20 manat borc və 421,54 manat ödənilmiş rüsum xərcləri tutularaq iddiaçıya ödənilməlidir.

14. Mə hkəmə öz mövqeyini MM-in 385.1, 442, 567-ci maddələrinə; “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra – “Qaydalar”) 5.2, 5.5-ci bəndlərinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 107, 119.1, 238 -ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

15. Cavabdeh 2023-cü il 3 aprel tarixində apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 28 fevral tarixli e-2-2(113)-561/2023 saylı qətnaməsini tam ləğv edərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Bakı Apellyasiya Məhkəmə sinin Kommersiya Kollegiyasının 2023-cü il 25 may tarixli 2-2(103)-472/2023 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 28 fevral tarixli e-22(113)-561/2023 saylı qiyabi qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – A.Hüseyn, hakimlər – R.Qurbanov və V.Baxışova).

17. Tərəflər arasında bağlanmış 2019-cu il 25 oktyabr tarixli “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdeh aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq iddiaçı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. 18. 251 nömrəli hesab-fakturaya əsasən 2023-cü il 31 mart tarixə borc məbləği 131.541,20 manat təşkil etmişdir.

19. İ ddiaçı cavabdehin bu öhdəliyini lazımınca icra etmədiyini bildirmişdir, cavabdeh həmin məbləğin akta əsasən qanunsuz hesablanmış cərimə məbləği olduğunu bildirmişdir.

20. Cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etməməsi nəticəsində onun müqavilə üzrə iddiaçıya borcunun yaranması öz təsdiqini tapdığından məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 131.541,20 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə düzgün nəticəyə gəlmişdir.

21. Cavabdeh apellyasiya şikayətində həmin məbləğin iddiaçının nümayəndələri tərəfindən tərtib edilmiş akta əsasən hesablandığını bildirsə də, bununla bağlı sübutları təqdim edə bilməmişdir.

22. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, birinci instansiya mə hkəməsinin qiyabi qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğun olmuşdur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassız və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməzdi.

23. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-nin 385.1, 442-ci maddələrinə, Qaydaların 5.2, 5.5-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.

24. Həmin qətnamə 2023-cü il 2 iyun tarixində tərəflərin elektron kabinetində yerləşdirilmişdir.

25. Cavabdeh 2023-cü il 7 avqust tarixində kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 may tarixli 2-2(103)-472/2023 saylı qətnaməsini tam ləğv edərək iddianın rədd olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. III. KASSASİYA ŞİKAYƏTİ NİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a)Kassasiya şikayətinin dəlilləri

26. MM-in 448.2-ci maddəsinin tələbi pozulmuşdur – cavabdeh tərəfindən hesablanmış qazın dəyərinin ödənilməsi vaxtı aşkar olunmuşdur ki, iddiaçı tərəfindən qazdan istifadəyə görə əvəllər ödəniş məbləği nəzərə alınmamışdır. Yəni həmin məbləğ hesablanmış dəyərdən çıxılmadığından, həmçinin iddiaçı tərəfindən itirilmiş qazın bərpası üçün hesabat düzgün aparılmadığından, yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin cavabdehdən tələb edə bilməz. Buna görə də itirilmiş qazın bərpasına görə artıq hesablanmış 131.541,20 manat məbləğində borc silinməlidir. Bundan əlavə Məhkəmə cərimə məbləğinin hansı əsaslarla yazıldığını araşdırmadan qətnamə qəbul etmişdir.

27. MPM-in 77.1-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, göstərilən normanın hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli etməli olmasına dair tələbi hazırki işdə gözlənilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. İddiaçı 2023-cü il 11 sentyabr tarixdə kassasiya şikayətinə qarşı etiraz göndərərək bildirmişdir ki, abonent saldosu qazdan nə qədər istifadə olunduğu, bu istifadə nəticəsində yaranmış borc məbləğini, abonent tərəfindən yaranmış borcun ödənilib-ödənilmədiyini və abonent haqqında məlumatları, eləcə də sayğac göstəricisini özündə ehtiva edən sənəddir. Bu sənədin rəsmi sənəd olmadığını hesab etmək üçün orada yerləşdirilmiş məlumatların əsassızlığını sübut etmək lazımdır. Əgər abonent tərəfindən ödənilmiş pul məbləği və digər məlumatlar da burada öz əksini tapmışsa, həmçi nin abonentin bu pul məbləğinin az və ya çox olmasına münasibət bildirməmişsə, yalnız sayğac göstəricisi olan hissənin qəbul olunmaması sənədin rəsmi sənəd olmadığına dair dəlillərin əsassız olduğunu göstərir. IV.KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

30. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır.

31. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılm asa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. V. TƏTBİQ EDİLƏN HÜQUQ

32. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “5. QA ZİN DƏYƏRİNİN ÖDƏMƏ ŞƏRTLƏRİ... 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.... 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənlə şdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir....”

34. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apel lyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” VI. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

35. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi).

36. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alı nması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 may tarixli, 22(103)-472/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

38. Kassasiya şikayətinin dəlilləri bundan ibarət olmuşdur ki, cavabdeh tərəf indən hesablanmış qazın dəyərinin ödənilməsi vaxtı iddiaçının qazdan istifadəyə görə əvvəlki ödənişinin nəzərə alınmadığı aşkar olunmuşdur. Həmin məbləğ hesablanmış dəyərdən çıxılmadığından, həmçinin iddiaçı tərəfindən itirilmiş qazın bərpası üçün hesabat düzgün aparılmadığından, yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyəri cavabdehdən tələb edilə bilməzdi.

39. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən ilk öncə nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 40. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən iş in hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

41. Məhkəmə kollegiyası ca vabdehin kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsaslı hesab etmir.

42. Belə ki, Qaydaların 5.2-ci bəndinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Həmin qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

43. Bununla yanaşı, tərəflər arasında bağlanmış müqavilədə də cavabdehin qaz sayğacının göstəricisinə uyğun olaraq aldığı qazın dəyərini iddiaçı tərəfindən təqdim olunan hesaba əsasən ödəməsi öhdəliyi də nəzərdə tutulmuşdur.

44. Hazırkı halda işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarına əsasən iddiaçı tərəfindən cavabdehdən ödənilməsi tələb olunan 131.541,20 manat borc məhz Qaydaların tələblərinə uyğun və müqavilədə də nəzərdə tutulduğu kimi hesab-faktura əsasında hesablanmış borc olmuşdur. Həmçinin, abonent olaraq cavabdehin saldosundan da (abonent kodu **********00000) onun qazdan istifadəyə görə ümumi borc məbləğinin 131.541,20 manat təşkil etdiyi müəyyən olunmuşdur (bax §3). Cavabdeh isə həmin məbləğin iddiaçının nümayəndələri tərəfindən tərtib olunmuş akt üzrə hesablandığını bildirsə də, bununla bağlı hər hansı sübutlarını aşağı instansiya məhkəmələrinə təqdim etməmişdir.

45. Halbuki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut olunması prosessual vəzifəsini də ehtiva edir.

46. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında müəyyən edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əs asən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi işdə olan sübutlar əsasında hüquqi qiymətləndirməni mülki prosessual qanunvericiliyin tələblərinə əsasən düzgün aparmışdır və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə işə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqinə dair bağlı gəldiyi nəticə ilə razılaşır.

48. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi ü çün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, işin apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən işdə olan sübutlar mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ətraflı araşdırılmış, hüquqi qiymət verilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

49. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlillərinə yuxarıda göstərilən qaydada münasibət bildirildiyindən kassasiya şikayətinə qarşı etirazın dəlilləri üzrə də hüquqi qiymətləndirmənin aparılması zərurəti aradan qalxmışdır.

50. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavab deh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 may tarixli, 2-2(103)-472/2023 saylı qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

51. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

52. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 may tarixli, 2-2(103)-472/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar