Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-526/2024 25.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı İB-nin cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 20 may tarixli 2-2(105)-55/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayə tinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2022-ci il 29 noyabr tarixli abonentin saldosuna əsasən "xxxx" MMC-yə məxsus **********00150 nömrəli abonent hesabına 2014-cü ilin aprel ayından 2020-ci ilin dekabr ayınadək istifadə olunan təbii qaza görə sərfiyyat üzrə 297.688,10 manat, aktlar əsasında 31.552,20 (2019-cu ilin noyabr ayında 4.343,80 manat, 2019-cu ilin dekabr ayında 15.718 manat, 2020-ci ilin yanvar ayında 5.755,80 manat, 2020-ci ilin fevral ayında 1.853,20 manat, 2020-ci ilin mart ayında 1.030,60 manat və 2020-ci ilin noyabr ayında 2.850,80 manat olmaqla) manat borc hesablanmış, həmin borcdan 303.250,70 manat ödəniş edilmiş, nəticədə son borc 25.989,60 manat qalmışdır. 2. 2022-ci il 29 noyabr tarixli abonentin saldosuna əsasən "xxxx" MMC-yə məxsus **********00150 nömrəli abonent hesabına 2017-ci ilin yanvar ayından 2022-ci ilin yanvar ayınadək istifadə olunan təbii qaza görə sərfiyyat üzrə 706.475,20 manat, akt əsasında 6.000 manat (2018-ci ilin noyabr ayında) borc hesablanmış, həmin borcdan 547.379,20 manat ödəniş edilmiş, nəticədə son borc 165.096 manat qalmışdır. 3. 2022-ci il 1 dekabr tarixli abonentin saldosuna əsasən "xxxx" MMC-yə məxsus **********00151 nömrəli abonent hesabına istifadə olunan 2015-ci ilin fevral ayından 2020-ci ilin may ayınadək təbii qaza görə sərfiyyat üzrə 317.873,80 manat, akt əsasında 6.988,20 manat (2017-ci ilin noyabr ayında) borc hesablanmış, həmin borcdan 228.144,99 manat ödəniş edilmiş, nəticədə son borc 96.717,01 manat qalmışdır. 4. “İstehlak olunmuş təbii qazın dəyərinin ödənilməsi barədə” 2019-cu il 23 sentyabr tarixli xx/xx/2019 nömrəli razılaşma protokoluna görə "xxxx" MMC-yə məxsus 01/25800 ödəyici kodu üzrə “İstehlakçının 2019-cu il 01 sentyabr tarixinə İddiaçı İB-yə ümumilikdə 598.570,01 manat debitor borcu vardır. “İstehlakçı" aylıq istehlak olunmuş təbii qazın dəyərinin ödənilməsindən əlavə 2019-cu il 1 sentyabr tarixinə yaranmış 598.570,01 manat debitor borcunu göstərilən qrafik üzrə ödənilməsini təmin etməyi öhdəsinə götürür. İstehlakçı 2019-cu il 23 sentyabr tarixində borcunun 100.000 manat hissəsinin ödənilməsini təmin edir və 2019-cu ilin sentyabr ayı da daxil olmaqla sonrakı aylarda istehlak etdiyi qazın dəyərindən əlavə olaraq 50.000 manat ödənilməsini öz üzərinə götürür. “İstehlakçı” protokol əsasında hər ay borcunun ödənilməsini təmin edir və borc ödənilmədiyi halda qanunvericili yə müvafiq olaraq təbii qazın verilməsinin dayandırılmasına etiraz etmir. BRQSD-nin "İstehlakçı” tərəfindən debitor borcun ödənişi qrafik üzrə aparılmadıqda borcun tam ödənilməsini tələb etməklə təbii qazın verilişini müvafiq qaydada dayandırır.
5. Paylayıcı İddiaçı İB ilə istehlakçı "xxxx" MMC arasında bağlanmış 2019-cu il 4 oktyabr tarixli AMX-2547/19 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəyir.
6. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 23 may tarixli 2-2(85)- 187/2018 nömrəli qət naməsinə əsasən 2017-ci il 1 sentyabr tarixinədək istifadə olunmuş təbii qaza görə yaranmış 204.490,11 manat borcun və 30 manat dövlət rüsumunun "xxxx" MMC-dən tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi qərara alınmışdır. Həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin X1 2018-ci il 9 oktyabr tarixli 2-2(105)-75/2018 nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. 7. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 2017-ci il 18 noyabr tarixli Okt.0001115 nömrəli akta (istehlakçının hesab kodu **********00151) əsasən qaz sayğacının işləmədiyi dövr ərzində noyabr ayı üçün hesablanmış qaz sərfinin miqdarı 34.941 m3 və qaz sərfinin məbləği 6.988,20 manat müəyyən edilmişdir.
8. İddiaçı İB tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının poz ulması haqqında” 2018-ci il 19 noyabr tarixli ******* nömrəli akta əsasən "xxxx" MMC-yə məxsus **********00150 nömrəli abonent hesablı müəssisənin qaz təsərrüfatına baxış keçirilən zaman sayğacdan kənar xəttin “Yetsan” su qızdırıcı qazanına qoşulduğu aşkar olunmuşdur. 9. 2018-ci il 30 noyabr tarixdə qaz işlədicilərindən su qızdırıcı qazanın maksimal saatlıq qaz sərfinin hesabatı aparılmış, "xxxx" MMC-yə məxsus **********00150 nömrəli abonent hesablı ünvana quraşdırılmış sayğacın maksimal saatlıq qaz sərfi 50 m3/saat, orta günlük iş rejimi 20 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda itirilmiş qazın miqdarı 30.000 m3 həcmində müəyyən olunmuşdur. 10. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması ha qqında” 2019-cu il 29 noyabr tarixli ******* nömrəli akta (istehlakçının hesab kodu **********00150) əsasən qaz sayğacının işləmədiyi dövr ərzində noyabr ayı üçün hesablanmış qaz sərfinin miqdarı 21.719 m3 və qaz sərfinin məbləği 4.343,80 manat müəyyən edilmişdir. 11. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 2019-cu il 30 dekabr tarixli ******* nömrəli akta (istehlakçının hesab kodu **********00150) əsasən qaz sayğacının işləmədiyi dövr ərzində dekabr ayı üçün hesablanmış qaz sərfinin miqdarı 7.859 m3 və qaz sərfinin məbləği 15.718 manat müəyyən edilmişdir. 12. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 2020-ci il 31 yanvar tarixli ******* nömrəli akta (istehlakçının hesab kodu **********00150) əsasən qaz sayğacını n işləmədiyi dövr ərzində yanvar ayı üçün hesablanmış qaz sərfinin miqdarı 23.813 m3 və qaz sərfinin məbləği 4.762,60 manat müəyyən edilmişdir. 13. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 2020-ci il 31 yanvar tarixli 000022 nömrəli akta (istehlakçının hesab kodu **********00150) əsasən qaz sayğacının işləmədiyi dövr ərzində yanvar ayı üçün hesablanmış qaz sərfinin miqdarı 4.966 m3 və qaz sərfinin məbləği 993,20 manat müəyyən edilmişdir. 14. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 2020-ci il 28 fevral tarixli 000422 nömrəli akta (istehlakçının hesab kodu **********00150) əsasən qaz sayğacının işləmədiyi dövr ərzində fevral ayı üçün hesablanmış qaz sərfinin miqdarı 9.266 m3 və qaz sərfinin məbləği 1.853,20 manat müəyyən edilmişdir. 15. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 2020-ci il 31 mart tarixli ******* nömrəli akta (istehlakçının hesab kodu **********00150) əsasən sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində mart ayı üçün 5.153 m3 və qaz sərfinin məbləği 1.030,60 manat müəyyən edilmişdir.
16. İddiaçı İB tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 2020-ci il 30 noyabr tarixli ******* nömrəli akta görə İddiaçı İB-nin 2020-ci il 2 noyabr tarixli SS 29/1640-01933-1 nömrəli “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” akt əsasən "xxxx" MMC-yə məxsus **********00150 nömrəli abonent hesabına dəymiş ziyanın hesablanması qərara alınmışdır. Həmin akt əsasında qeyd olunan abonent koduna 2.850,80 manat borc hesablanm ışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
17. İddiaçı (bundan sonra – “iddiaçı”) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – “cavabdeh”) qarşı 2023-cü il 18 sentyabr tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən təbii qazdan istifadəyə görə **********00150 saylı hesab üzrə yaranmış 25.989,60 manat, **********00150 saylı hesab üzrə yaranmış 165.096 manat, **********00151 saylı hesab üzrə yaranmış 96.717,01 manat olmaqla, ümumilikdə 287.802,61 manat borcun, ödənilmiş 400 manat mediasiya xərcinin və 177,80 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçının müvafiq bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2019-cu il 4 oktyabr tarixli AMX2547/1 9 saylı müqavilə əsasında cavabdehi təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq müqavilə öhdəliklərinə əməl etməmiş, istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmiş, nəticədə borcu (bax § 17) yaranmışdır.
19. Daha sonra iddiaçı 2023-cü il 5 dekabr tarixində iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdehdən təbii qazdan istifadəyə görə **********00150, **********00150 və **********00151 saylı abonent hesabları üzrə ümumilikdə 83.312,50 manat borcun və mediasiya ilə əlaqədar ödənilmiş 400 manat mediasiya xərcinin t utularaq iddiaçının müvafiq bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Cavabdeh iddiaya etiraz edərək, bildirmişdir ki, Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin 2018-ci il 23 may tarixli 2-2(85)-187/2018 nömrəli qətnaməsinə əsasən istifadə olunmuş təbii qaza görə yaranmış 204.490,11 manat borcun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi qət edilmişdir. İddia tələbində tələb olunan 204.490,11 manat məbləği **********00150, **********00150 və **********00151 abonent nömrələri üzrə 2017-ci il 1 sentyabr tarixinə olan sərfiyyat borclarını əks etdirmişdir. İş materiallarına əlavə edilmiş **********00150 abonentin saldosu 2014-cü ilin aprel ayından 2019-cu ilin sentyabr ayınadək olan dövrü əhatə edir. Həmin saldoda sayğac oxunması 276.947,10, ödəmələr 275. 850,70, son borc 1.096,40 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş **********00151 abonentin saldosu 2015-ci ilin fevral ayından 2019-cu ilin sentyabr ayınadək olan dövrü əhatə edir. Lakin sayğacın quraşdırılma tarixi 2017-ci il 28 noyabr tarixidir. Həmin sayğacın oxunması 317.873,80, ödəmələr 228.144,99, aktlar 6.988,20, son borc 96.717,01 (aktla birlikdə) qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş **********00150 abonentin saldosu 2017-ci ilin yanvar ayından 2019-cu ilin sentyabr ayınadək olan dövrü əhatə edir. Lakin sayğacın quraşdırılma tarixi 2017-ci il 25 yanvar tarixidir. Həmin saldoda sayğac oxunması 706.475,20, ödəmələr 312.878,60, aktlar 6.000, son borc 399.596,60 (aktla birlikdə) qeyd edilmişdir. İddiaçının İSQN ilə cavabdeh arasında bağlanmış, 2017-ci il 15 noyabr tarixli (KP01/25800) “İstehlak olunmuş təbii qaza görə yaranmış debitor borcun ödənilməsi barədə” razılaşma protokolu ilə 2017-ci il 15 noyabr tarixinə cəmi debitor borcu 179.258 manat məbləğində müəyyən edilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş e-2-2(085)593/2019 nömrəli iş üzrə iddiaçının iddia tələbi **********00150, **********00150 və **********00151 abonent kodlar üzrə 2019-cu il 25 oktyabr tarixinə yaranmış 447.587,41 manat borcun tutulmasından ibarət olmuşdur. **********00151 abonentin saldosuna görə 2019-cu il üçün sentyabr ayına elektron göstərici 1.960.627 və qalıq borc 96.717,01 manat, **********00150 abonentin saldosuna görə 2019-cu il üçün oktyabr ayına elektron göstərici 1.663.271 və qalıq borc 3.171,40 manat, **********00150 abonentin saldosuna gö rə 2019-cu il üçün oktyabr ayına elektron göstərici 3.532.898 və qalıq borc 349.596,60 manat təşkil etmiş, 2019-cu ilin oktyabr və noyabr aylarında 150.000 manat məbləğində ödənişlər edilmişdir. Sözügedən iş baxılmamış saxlanılmışdır. Hazırkı iş üzrə iddia ərizəsinə “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” 1133-04-14 nömrəli (kod: **********00150) müqavilə əlavə edilmişdir. Həmin müqavilədə qaz qurğusuna dair məlumatlar göstərilmişdir: (su qızdırıcı qazan) G-250 markalı, 80110180 nömrəli, 02609898 və 02609900 plomblar. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş e-2-2(085)-593/2019 nömrəli işə əlavə edilmiş 2019-cu il 30 sentyabr tarixli abonent saldolarına görə 1) abonent: **********00150 (qazanxana). Su qızdırıc ı qazan (8/8). Sayğac: Tip: Elster G-250 RVG EK-220, № 80110180; quraşdırma tarixi: 2014-cü il 29 aprel; 2) Abonent: **********00151. Su qızdırıcı qazan (2/2). Sayğac: Tip: Elster G-250 RVG EK-220, №75141587; quraşdırma tarixi: 2017-ci il 28 noyabr; 3) Abonent: **********00150 (qazanxana). Su qızdırıcı qazan (3/3). Sayğac: Tip: Elster G1000 TRZ EK220, №83047617; quraşdırma tarixi: 2017-ci il 25 yanvar. Sadalanan kodlar üzrə abonent saldolarında sərfiyyat borcu ilə cərimə aktları da daxil edilmişdir. Sadalanan saldolarda 2019- cu il 10 yanvar tarixinə **********00150 kod üzrə borc 3.171,40 və **********00151 kod üzrə borc 96.717 manat qeyd edilmişdir. Göstərilənlərdən belə qənaətə gəlmək olur ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 23 may tarixli 2-2(85)-187/2018 nömrəli qə tnaməsində qət edilmiş məbləğ təkrar olaraq hazırkı iddia ilə tələb olunur. Bundan başqa, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-44/2020 nömrəli kommersiya işi üzrə iddiaçının iddia tələbi 449.485 manat təşkil etmiş və iddiaçının ərizəsi baxılmamış saxlanılmışdır. Həmin iş üzrə hökumət ödəniş portalından 2019-cu il 23 sentyabr tarixli aparılmış ödəniş əməliyyatları üzrə hesabat təqdim edilmişdir. Həmin hesabatda MMC tərəfindən həyata keçirilmiş ödənişlər öz əksini tapmışdır. İddia tələbi 2019-cu il 4 oktyabr tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” AMX-2547/19 nömrəli müqaviləyə istinad edilmişdir. Lakin sonradan iddiaçı ilə cavabdeh arasında “İstehlak olunmuş təbii qazın dəyərinin ödənilməsi barədə” 2019-cu il 23 sentyabr tarixli razılaşma protokolu ilə yaranmış borcun ödənilməsi razılaşdırılmışdır. Hazırda iddiaçı qüvvədə olmasına baxmayaraq həmin razılaşma protokolunu mübahisələndirmir. Bundan başqa iddiaçı 2023-cü il 5 dekabr tarixində iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək, cavabdehdən 83.312,50 manat məbləğini tələb edir. Sonradan tələb olunan 83.312,50 manat məbləğ də əsassızdır. Çünki iddiaçı iddia tələbini adi riyazi hesablama edərək 2018-ci il 23 may tarixli 2-2(85)-187/2018 nömrəli qətnaməsində qət edilmiş 204.490,11 manat məbləğini nəzərə alaraq azaltmışdır. Lakin iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərini və edilmiş məbləğləri tam hesablanmamışdır. Belə ki, cavabdeh tərəfindən ümumi borcdan ödənişlər 2019-cu il 23 dekabr tarixində (17:32:44) 10.000 manat, 2019 -cu il 23 dekabr tarixində (17:32:05) 10.000 manat, 2019-cu il 23 dekabr tarixində (17:31:41) 10.000 manat, 2019-cu il 23 dekabr tarixində (17:39:12) 10.000 manat, 2019-cu il 21 dekabr tarixində (14:37:56) 10.000 manat, 2019-cu il 23 oktyabr tarixində (16:20:45) 15.000 manat, 2019-cu il 23 oktyabr tarixində (16:19:48) 15.000 manat, 2019-cu il 23 oktyabr tarixində (16:18:49) 15.000 manat, 2019-cu il 23 oktyabr tarixində (16:21:31) 5.000 manat, 2019-cu il 22 noyabr tarixində (12:50:57) 15.000 manat, 2019-cu il 22 noyabr tarixində (15:05:28) 15.000 manat, 2019-cu il 22 noyabr tarixində (15:06:15) 5.000 manat, 2019-cu il 22 noyabr tarixində (12:49:57) 15.000 manat təşkil etmişdir. Belə ki, onlayn ödəmə qaydasında 2019-cu il 22 noyabr tarixinə, qalıq borc 304.596,60 manat təşkil etmişdir. Həmin qalıq məbləğdən sonra 2019-cu ilin 21-23 dekabr tarixlərində 50.000 manat ödənilməsini, habelə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 23 may tarixli 2-2(85)-187/2018 nömrəli qətnaməsində qət edilmiş 204.490,11 manat məbləği də birgə hesablansa (204.490,11+50.000=254.490,11) da, məbləğin həcmində uyğunsuzluq yaranır. Bunu isə məhkəmə iclasında iddiaçının nümayəndəsi tam izah edə bilməmişdir. Belə ki, müvafiq aktlar üzrə cərimə tətbiq edilməsi və ümumi borca hesablanması istisna deyildir. Çünki abonent saldolarında **********00150 kod üzrə akt yarımbölməsində 31.552,20 manat, **********00151 kod üzrə akt yarımbölməsində 6.988,20 manat və **********00150 kod üzrə akt yarımbölməsində 6.000 manat olmaqla, ümumi 44.540,40 manat təşkil edir. Bu da kiçik bir məbləğ deyildir. Əvvəlki i claslarda iddiaçının nümayəndəsi akt kimi qeyd edilmiş məbləğlərin cərimə məbləği olmadığı bildirməsinə baxmayaraq tam əsaslandırmamışdır. Həmin akt üzrə cərimə tətbiq edilməsi daha inandırıcıdır. Bununla yanaşı, iddiaçı iddia müddətini ötürmüşdür. Çünki iddiaçı xx/xx/2019 nömrəli razılaşma protokolunu deyil, AMX-2547/19 nömrəli 2019-cu il 4 oktyabr tarixli müqavilə üzrə yaranmış borcu tələb edir. Buna görə də iddia tələbi əsassızdır.
21. Cavabdeh həmçinin məhkəməyə ərizə təqdim edərək, iş üzrə iddia müddətinin ötürüldüyünü bildirmiş, iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir.
22. Sumqayıt Kommersiya Məhkəməsinin 2024-cü il 12 yanvar tarixli e-2-2(119)47/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehdən təbii qazdan istifadəyə görə **********00150 nömrəli, **** ******00150 nömrəli və **********00151 nömrəli abonent hesabları üzrə yaranmış 38.772,10 manat məbləğində borc, mediasiya ilə əlaqədar ödənilmiş 400 manat məbləğində mediasiya xərci və 177,80 məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 39.349,90 manat pul vəsaitinin tutularaq iddiaçının müvafiq bank hesabına ödənilməsi, cavabdehdən 28,52 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim – H.Alıyeva)
23. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddia ərizəsində tutulması xahiş olunan 83.312,50 manat borcun 38.772,10 manatı istifadə olunmuş təbii qaza görə sayğac göstəriciləri əsasında, 44.540,40 manatı isə qeyd olunan müvafiq aktlar əsasında hesablanmışdır.
24. Məhkəmə qeyd etmişdir ki, iddiaçının əməkdaşları tərəfindən cavabdehə baxış keçirilərək aktlar tərtib edilmiş, həmin aktlara əsasən cavabdehə məxsus **********00150 nömrəli, **********00150 nömrəli və **********00151 nömrəli abonent hesablarına ümumilikdə 44.540,40 manat məbləğində borc hesablanmış, lakin iddiaçı tərəfindən aparılan yoxlamalar yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. İddiaçı tərəfindən aparılan yoxlamalar qanunsuz olduğundan onların hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.
25. Bununla yanaşı, iddiaçı tərəfindən qaz sayğacının işləmədiyi dövrdə borcun hansı əsaslarla hesablanmasını (hesablamalar 2019-cu ilin dekabr, 2020-ci ilin yanvar, fevral və mart aylarının günləri üçün müxtəlif tariflərlə hesablanmışdır) təsdiqləyən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. B undan başqa, qanunvericilikdə qaz sayğacının işləmədiyi dövrdə mexaniki üsulla (akt əsasında) qaz sərfiyyatının hesablanması nəzərdə tutulmamışdır.
26. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, cavabdehdən sayğac göstəricilərinə əsasən istifadə olunan təbii qaza görə **********00150 nömrəli, **********00150 nömrəli və **********00151 nömrəli abonent hesabları üzrə yaranmış 38.772,10 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.
27. Məhkəmə cavabdeh tərəfindən təqdim olunmuş iddia müddətinin tətbiq olunması barədə ərizəni əsaslı hesab etməmişdir.
28. Birinci instansiya məhkəməsi bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 442, 567-ci, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2, 31.2, 31.2.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88, 217.3, 217.4, 218.3-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4, 1.5, 5.2-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra – “Qaydalar”) 5.2, 5.5, 2.11.2, 4.2, 4.9, 5.4-cü bəndlərinə istinad etməklə əsaslandırmışdır.
29. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin iddianın rədd edilmiş hissəsində ləğv edilməsi və iddia tələbini n tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
30. Qətnamə iddiaçı tərəfindən qismən, yəni iddia tələbinin rədd edildiyi hissədə mübahisələndirdiyindən apellyasiya instansiya məhkəməsi də qətnamənin əsaslılığını yalnız həmin hissədə yoxlamışdır.
31. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 20 may tarixli 2-2(105)-55/2024 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Z.Məmmədov, hakimlər – A.Süleymanova və M.Hüseynov).
32. Apellyasiya instansiyası məhkəməsi ilk öncə apellyasiya şikayətinin “mövcud olmayan borc məbləğinin silinməsi” barədə dəlili ilə bağlı qeyd etmişdir ki, ümu miyyətlə iddia tələbi borcun tutulması ilə bağlı olmuş, birinci instansiya məhkəməsi öz növbəsində, iddia tələbini qismən əsaslı hesab etmiş, borc məbləğinin cavabdehdən qismən tutulması nəticəsinə gəlmişdir. Bu səbəbdən mövcud olmayan borc məbləğinin silinməsi ilə bağlı apellyasiya şikayətinin dəlili əsassızdır.
33. Həmçinin apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin aktlar əsasında cavabdehə hesablanmış borc məbləğinin əsaslı olmasına dair dəlilini də əsassız hesab edərək, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə, hüquqi dəyərləndirmə və əsaslandırma ilə razılaşmışdır.
34. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 5.3, 385.1, 425.1, 427.3, 442-ci, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6- cı, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 3.2, 13.1, 13.2, 13.3, 31.2, 31.2.3, 32ci, MPM-in 14.1, 14.2, 77.1, 88, 372.6, 372.7, 384.0.2, 402.1-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4, 1.5, 5.1, 5.2-ci, Qaydaların 1.3, 2.11-2, 5.2-ci, bəndlərinə istinad etməklə əsaslandırmışdır.
35. İddiaçı kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv olunması və işin təkrar araşdırılması üçün apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
36. MPM-in 9.1-ci maddəsi üzrə - İş materiallarından da göründüyü kimi cavabdehin istifadəsində olan G250 tipli, 80110180 nömrəli (kod: **********00150) qaz sayğacının elektron korrektor hissəsi 2019-cu ilin noyabr ayından sıradan çıxmış və 2020-ci ilin noyabr ayınadək cavabdehə qaz sayğacının mexaniki göstəricilərinə əsasən ümumilikdə 31.552,20 manat “qalıq və aktlar” bölümündə borc hesablanmışdır. Sözügedən kod üzrə abonent saldosuna baxdıqda görünür ki, cavabdeh hesablanmış borcu qəbul etmiş və hesablanmış 31.552,20 manat borcun 5.562,60 manat hissəsi ödəmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması barədə” 2019-cu il 28 noyabr tarixli ******* nömrəli, 2019-cu il 30 dekabr tarixl i ******* nömrəli, 2020-ci il 31 yanvar tarixli ******* nömrəli, 2020-ci il 31 yanvar tarixli 000022 nömrəli, 2020-ci il 28 fevral tarixli 000422 nömrəli, 2020-ci il 31 mart tarixli ******* nömrəli aktlardan görünür ki, qeyd olunan aktlar üzrə hesablanmış qaz sərfləri dəymiş ziyan deyil, cavabdehin istifadə etdiyi qaz sərfidir. Qeyd olunan aktlarda cavabdehin nümayəndələri aktlara imza etmiş, hesablanmış qaz sərfiyyatları ilə razı olduqlarını qeyd etmişlər. Qeyd olunan aktlar mücərrəd müqavilə xarakterli olmaqla tərəflərin iradəsini əks etdirir. Bundan əlavə 2017-ci ilin noyabr ayında cavabdehin istifadəsində olan digər G-250 tipli, 75141587 nömrəli (kod:**********00151) qaz sayğacı olmadığından və cavabdeh təbii qazdan 12 gün müddətində sayğacsız istifadə etdiyinə görə cavabdeh tərəfindən 2017-ci il 18 noyabr tarixli ******* saylı akt tərtib edilərək 6.988,20 manat məbləğində istifadə edilmiş təbii qazın dəyəri hesablanmışdır. Tərtib edilmiş akt istehlakçının nümayəndəsi tərəfindən imzalanmış, dolayısı ilə məbləğ cavabdeh tərəfindən qəbul edilmişdir. Qeyd olunanlardan müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə məxsus müəssisədə heç bir yoxlama keçirməmiş, tərəflər arasında tərtib olunmuş aktlar əsasında hesabat aparmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi isə aparılmış hesabatları yoxlama kimi qiymətləndirərək yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmaması əsası ilə apellyasiya şikayətini təmin etməmişdir. Bu cür hallar istehlakçıların təbii qazdan səmərəli istifadəyə laqeyd yanaşmasına zəmin yaradır və nəticədə id diaçının zərər çəkməsinə səbəb olur.
37. MPM-in 88-ci maddəsi üzrə - Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən işin faktiki halları araşdırılmamışdır.
38. Kassasiya şikayətində həmçinin MPM-in 386-cı maddəsinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
40. Apellyasiya instansiyası mə hkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
41. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq 42. “Qaz təchizatı haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası Q anununun müvafiq “Maddə
3. Ümumi tələblər...
5. Sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir....”
43. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 2.10. Sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir.... 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehla kçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.... 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır....” 44. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
2. Qanunun tətbiq dairəsi 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yo xlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir....” “Maddə
3. Yoxlamaların qanuniliyi... 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.” 45. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
12. Sahibkarın hüquq və qanuni mənafelərinin dövlət tərəfindən müdafiəsi
1. Mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir....”
46. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “1.1. Bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbay can Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir.... 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata k eçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.... 1.7. Reyestrin informasiya resursu vahid məkanda saxlanılmaqla öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra – Ədliyyə Nazirliyi) tər əfindən aparılır....”
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin ya randığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.... 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən qismən əsaslı hesab edir.
49. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ondan ibarət olmuşdur ki, iddiaçının əməkdaşları tərəfindən cavabdehdə qaz təsərrüfatına baxış keçirilərək yuxarıda qeyd olunan aktlar tərtib edilmiş, həmin aktlara əsasən cavabdehə məxsus **********00150 nömrəli, **********00150 nömrəli və **********00151 nömrəli abonent hesablarına ümumilikdə 44.540,40 manat məbləğind ə borc hesablanmış, lakin iddiaçı tərəfindən aparılan yoxlamalar yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. İddiaçı tərəfindən aparılan yoxlamalar qanunsuz olduğundan onların hüquqi nəticələri də qanunsuz hesab edilməlidir... Bununla yanaşı, iddiaçı tərəfindən qaz sayğacının işləmədiyi dövrdə borcun hansı əsaslarla hesablanmasını (hesablamalar 2019-cu ilin dekabr, 2020-ci ilin yanvar, fevral və mart aylarının günləri üçün müxtəlif tariflərlə hesablanmışdır) təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, qanunvericilikdə qaz sayğacının işləmədiyi dövrdə mexaniki üsulla (akt əsasında) qaz sərfiyyatının hesablanması nəzərdə tutulmamışdır.
50. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, cavabdehin mübahisəli borcunun bir hissəsi qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında tərtib edilmiş aktlarla, digər hissəsi isə təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş aktlarla hesablanmışdır.
51. Məhkəmə kollegiyası təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş aktlarla hesablanmış borca münasibətdə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşdığından, prosessual qənaət prinsipi baxımından kassasiya şikayətinin həmin borcla bağlı dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparılmasına lüzum görmür.
52. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, digər aktlarla hesablanmış borcla bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi qanuni və əsaslı hesab edilə bilməz.
53. Belə ki, apellyasiya instansiyası məhkəməsinin ö zünün də istinad etdiyi Qaydaların 4.9 və 5.4-cü bəndlərinin (bax § 43) məzmunundan aydın olur ki, qaz sayğacı istehlakçının təqsiri olmadan zədələndiyi halda qaz paylayıcısı tərəfindən həmin sayğacın təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması həyata keçirilməli, qaz sayğacları qaz paylayıcısı tərəfindən çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmamalı və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılmalıdır.
54. Göründüyü kimi, Qaydaların tələblərinə əsasən, qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə istehlakçının sərf etdiyi qazın həcmi və dəyəri müvafiq qaydada hesablanmalıdır. Yəni, sözügedə n dövr üzrə Qaydaların tələblərinə uyğun şəkildə hesablanmış borcun tələb edilməsi qaz paylayıcı müəssisənin haqqıdır. Hazırkı halda da yuxarıda qeyd olunduğu kimi, borcun bir hissəsinin iddiaçı tərəfindən məhz qaz sayğacının olmadığı və ya işləmədiyi müddət üzrə hesablandığı görünür. Belə olan halda, məhkəmə həmin borcun düzgün, yəni Qaydaların tələblərinə uyğun şəkildə hesablanıbhesablanmadığına qiymət verməli, düzgün hesablanmadığı təqdirdə, məhkəmə həmin borcu (özü və ya ekspert rəyi ilə) Qaydalara uyğun olaraq müəyyən etməli idi.
55. Lakin sözügedən borcun iddiaçı tərəfindən Qaydalarla müəyyən edilməmiş qaydada və/və ya artıq hesablanması, məhkəmə kollegiyasının mövqeyinə görə, iddia tələbinin həmin borc hissəsində rədd edilməsi üçün əsas ola bilməz. Əks yanaşma, istehlakçının müvafiq dövrə faktiki sərf etdiyi qazdan əvəzsiz yararlanaraq əsassız varlanmasına səbəb ola bilər.
56. Apellyasiya instansiyası məhkəməsi isə öz mövqeyini qaz sayğacının işləmədiyi dövrdə iddiaçı tərəfindən borcun hansı əsaslarla hesablanmasını təsdiq edən sübutun təqdim edilməməsi, həmçinin mexaniki üsulla (akt əsasında) qaz sərfiyyatının hesablanmasının nəzərdə tutulmaması ilə əsaslandırmış, müvafiq dövrdə faktiki sərf edilmiş qaza görə cavabdehin Qaydaların tələblərinə uyğun olaraq ödəməli olduğu borca isə heç bir qiymət verməmişdir.
57. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə sərf olunmuş qaza görə ödənilməli borca münasibətdə qanunu düzgün tətbiq etməmiş, nəticədə MPM-in 217.1-ci maddəsinə (bax § 47) zidd olaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bu baxımdan, həmin qətnamənin dəyişdirilmədən saxlanılması mümkün deyildir.
58. Bununla belə, mübahisələndirilən qətnamədə qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında tərtib edilmiş aktlarla və təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş aktlarla hesablanmış borcun məbləğləri bir-birindən dəqiq fərqləndirilmədiyindən qətnamənin qismən ləğv edilməsi qeyrimümkündür.
59. Odur ki, kassasiya şikayəti təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 20 may tarixli 2-2(105)-55/2024 nömrəli qətnaməsi ləğv edilməli və iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalıdır.
60. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir. Bu zaman nəzərə alınmalıdır ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş aktlarla hesablanmış borc barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi məhkəmə kollegiyası tərəfindən əsaslı hesab edilmişdir. Odur ki, hazırkı halda qətnamənin prosessual baxımdan tam ləğvi kassatorun mövqeyinin sözügedən hissədə də əsaslı olması anlamına gəlmir.
61. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçının kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 20 may tarixli 2-2(105)-55/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Sumqayıt Apel lyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.