Məhkəmə qərarları › İş №2-2(102)-53/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-53/2022

25.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-53/2022 25.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehə qarşı iş üzrə QƏRAR Açar sözlər: “debitor borcun silinməsi” Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “debitor borcun silinməsi” tələbi, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” barədə qarşılıqlı iddia tələbinə dair kommersiya işi üzrə iddiaçı "xxxx" MMC tərəfindən Şəki Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 30 sentyabr tarixli, 2-2(107)-75/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. Cavabdeh nümayəndələri tərəfindən 26.09.2019-cu il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib edilmiş ******* nömrəli akta əsasən sayğacın daxili çirklidir və göstəricilər arasında fərq mövcuddur. İmplus ötürücünün naqili steykerə birləşən hissədən cüzi aralanıb. 04.02.2019-cu il tarixdən 08.07.2019-cu il tarixədək saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=2.35 bar, korreksiya olunmuş maksimal qaz həcmi 331 kub metr, korreksiya olunmuş qazın həcmi 173 kub metr qeydə alınmış, impuls ötürücünün ştikerinin nasazlığı səbəbindən elektron göstərici mexaniki gös təricidən 21634 kub metr azdır.

2. Həmin akt əsasında 30.09.2019-cu il tarixdə verilmiş “Dəymiş ziyanın bərpasına dair” tələbnaməyə əsasən impuls ötürücünün şteykerin nasazlığı səbəbindən elektron göstərici mexaniki göstəricidən 21634 kub metr azdır, mütləq təzyiq P=2,35. 21634 kub.m x 2,35=50840 kub.m x 0,20 qəpik = 10.168 manat.

3. Cavabdeh nümayəndələri tərəfindən 19.07.2019-cu il tarixdə tərtib edilmiş “Qeyriəhali qaz sayğacının yoxlanması haqqında” Akta (SS №29/1640- 01494) əsasən, yoxlama nəticəsində normal sərfiyyatda xətanın normaya uyğun olmadığı müəyyən edilmiş, şteyker yenisiylə əvəz edilmişdir.

4. Qərara əsasən, "xxxx" MMC-yə məxsus kərpic sexinin hesabında göstəricinin abonent bazasına düzgün işlənilməməsi səbəbindən 1131,80 manat borc məbləğinin silinməsi qərara alınmışdır. 5. 23.02.2021-ci il tarixdə quraşdırılmış sayğacın göstəricilərinə əsasən hazırlanan Abonentin saldosunda 2019-cu ilin 04.02.2019-08.07.2019-cu il tarixləri ərzində işlədilən təbii qaza əsasən 8147,20 manat, iyul-avqust aylarında işlədilən təbii qaza görə 10168 manat pul hesablanmışdır. 6.Cavabdeh İB-nin məktubuna görə, abonent kodu **********00180 olan istehlakçı "xxxx" MMC-yə (kərpic istehsal edən müəssisə) verilən təbii qazın hesabatını aparan G250 markalı 75019142 nömrəli rotor tipli elektrik qaz sayğacı layihə smeta sənədlərinə əsasən müəssisədən 5,5 kv.m məsafədə 5 saylı X1 Stansiyasında (müəssisənin ərazisində deyil) mənbədə quraşdırılmışdır. 7. 03.06.2021-ci il tarixli Abonent saldosuna görə, qeyd edilən tarixə "xxxx" MMC-nin 27.642,20 manat borcu vardır. 8. "xxxx" Məhdud Məsuliyyət li Cəmiyyəti 2019-cu ilin yanvar, fevral, mart, aprel və may aylarında fəaliyyət göstərməsinə, yəni təbii qazdan istifadə etməsinə baxmayaraq, həmin aylarda sayğacın göstəricisi “0” olmuş, sərfiyyat olmaması kimi qeyd edilmiş, əvvəlki ildən qalıq borc 8.426,12 manat qeyd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı "xxxx" MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh İB-nə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus **********00180 saylı abonent koduna işlənmiş 21.634 kub metr və onun dəyəri olan 17.183,40 manat debitor borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, MMC geniş istehsal həcmli müəssisə olmaqla təbii qazdan ist ifadə ilə bağlı öhdəliklərini vaxtında icra edir. Onlara xidmət edən qaz sayğacı həqiqətən X1 stansiyada yerləşir. Onların həmin stansiyaya giriş imkanları həmin stansiyanı məlumatlandırmaqla onların nümayəndəsi ilə birlikdə mümkündür. Cavabdeh təşkilatın yerli qurumları tərəfindən təqdim edilən bildiriş əsasında qaz borclarını vaxtında ödəmişlər. 2019-cu ilin yanvar-iyun aylarında təmsil etdiyi müəssisə fəaliyyət göstərmiş, 2019-cu ilin sentyabr ayında mübahisələndirilən akt yazıldıqdan sonra fəaliyyəti bir müddət dayanmış və sonradan fəaliyyəti bərpa edilmişdir. Cavabdeh təşkilat onlara əsassız borc yazmış və bunu əsaslandıra bilməmişdir.

11. Cavabdeh "xxxx" MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, 41.324,20 manat məbləğind ə əsas borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, MMC-yə xidmət edən qaz sayğacı X1 stansiyada yerləşir və ilkin iddiaçının həmin stansiyaya müvafiq məlumatlandırma aparmaqla ora daxil olma imkanları mövcuddur. İddiaçıya xidmət edən sayğaca baxış keçirilərkən 24.06.2019-cu il tarixdə sayğacın elektron göstəricisinin sərfiyyatı qeyd etməməsi müəyyən edilmiş, sayğac çıxarılmış, çıxarılan zaman mexaniki göstəricidə qeydə alınmış qaz sərfiyyatının məbləği olan 8.147,20 manat həmin təşkilatın saldosuna qeyd edilmiş və sonradan sayğacın laboratoriyada müayinəsı zamanı İmpuls ötürücünün ştekerinin nasazlığı səbəbindən elektron göstərici ilə mexaniki göstərici arasında 21634 kub metr fərq o lduğu müəyyən edilmiş və həmin qazın dəyəri olan 10.168 manat məbləğində vəsait onun saldosunda qeyd edilmişdir. Bundan əlavə, iddiaçı təşkilat 2019-cu ilin yanvar-may aylarında fəaliyyət göstərsə də, onun qaz sayğacında göstərici “0” olmuş, sayğac keçən təbii qazı qeyd etməmiş, iddiaçının analoji 2018-ci ildə, 2017-ci ildə analoji aylarda qaz sərfiyyatı iddiaçının mübahisələndirdiyi məbləğdən dəfələrlə artıq olmuşdur.

13. Şəki Kommersiya Məhkəməsinin 2021-ci il 03 iyun tarixli, e-2-2(117)-159/2021 saylı qətnaməsi ilə ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, iddiaçıdan 27.642,20 (iyirmi yeddi min altı yüz qırx iki manat iyirmi qəpik) manat məbləğində pul və 20,03 (iyirmi manat üç qəpik) manat dövlət rüsumu tutularaq cavabdehin hesabına ödənilməsi, ödənilmiş 9,93 (doqquz manat doxsan üç) qəpik dövlət rüsumunun cavabdehə aid edilməsi, qalan hissədə qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir (hakim – M.Hüseynov).

14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 21634 kub metr təbii qaza görə hesablanmış 17.183,40 manat məbləğində təbii qazın dəyərinin onun abonent kodundan silinməsini tələb edir. Lakin, həmin 21634 kub metr təbii qazın dəyəri 17.183 manat deyil, 10.168 manatdır. Ona görə də iddiaçı qalan digər məbləği mübahisələndirməmişdir.

15. Cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır.

16. İddiaçıya məxsus olan sayğaca texniki baxış keçirilərkən və sayğac dəyişdi rilərkən qeyd edilən normalara riayət edilmişdir. Həmin sayğac iddiaçının fəaliyyət göstərdiyi sahədə deyil, 5,5 km aralıda X1 stansiya da yerləşir. Bu səbəbdən yuxarıda qeyd edilən qanunvericiliyin tələbləri pozulmamışdır. Bu faktları tərəflər və iş materialları təsdiq edir və işin mübahisələndirilməyən hallarıdır.

17. İlkin iddia üzrə işin mübahisələndirilən halı 2019-cu ilin yanvar, fevral, may, aprel və may ayına qədər hesablanan 8.147,20 manat pul, həmçinin sentyabr ayında yenidən yoxlama keçirilərkən hesablanan 10.168 manat pulun əsassız hesablanması ilə bağlıdır.

18. İddiaçının nümayəndəsi məhkəmədə verdiyi izahatında həmin dövrlərdə müəssisənin fəaliyyətdə olduğunu təsdiqləyir. Həmçinin, abonent saldosunda digər fəaliyyət illəri ilə müqayisə aparılan zaman da təbii qazdan həmin m əbləğdə istifadə edilməsinin mümkünlüyünü ağlabatan hesab edir. Belə ki, 2014-2020-ci illərin sərfiyyat göstəricilərinə baxdıqda istənilən ilin ilk beş ayında təbii qazdan istifadənin məbləği 2019cu ilin ilk beş ayı üçün hesablanan məbləğdən xeyli çoxdur. Həmin məbləğdə təbii qazdan istifadə edilməsi ağlabatandır. 2019-cu ildən əvvəlki 2018-ci ilin yanvar-may aylarında iddiaçı müəssisə qaz sərfiyyatına görə 61.706 manat məbləğində vəsait ödəmişdir. Bundan əlavə 8147,20 manat 2019-cu ilin iyun ayının 24-də sayğac çıxarılarkən üzərində mexaniki göstəricinin qaz sərfi olmuş və ilk iddiaçının hesabına vurulmuşdur. Baxmayaraq ki, bu məbləğ iddiaçı tərəfindən mübahisələndirilməmişdir. 19. 2019-cu ilin fevral-iyul ayları üçün hesablanan 10168 manata münasibətdə məhkəmə qeyd etmişdir ki, iyul ayın da yeni quraşdırılan sayğacda baş verən nasazlıqlarla bağlı yenidən yoxlama keçirilərkən müəyyən edilmişdir ki, sayğacın daxili çirklidir və göstəricilər arasında fərq mövcuddur. Belə ki, impuls ötürücünün şteykerinin nasazlığı səbəbindən elektron göstərici mexaniki göstəricidən 21634 kub metr azdır. Bununla bağlı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib edilmiş ******* nömrəli akt tərtib edilmişdir. Cavabdeh nümayəndələri tərəfindən 19.07.2019-cu il tarixdə aparılan yoxlama nəticəsində normal sərfiyyatda xətanın normaya uyğun olmadığı müəyyən edilmiş və iddiaçıya məxsus kərpic sexinin hesabında göstəricinin abonent bazasına düzgün işlənilməməsi səbəbindən 1.131,80 manat borc məbləğinin silinərək bununla bağlı “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” Akt (SS № 29/1640-01494) tərtib olunmuşdur.

20. Cavabdeh tərəfindən 2019-cu il üzrə iddiaçıya hesablanan itirilmiş təbii qazın dəyəri ilə bağlı borc məbləği mövcud olduğundan, iddiaçı tərəfindən dolayı yolla etiraf edildiyindən, yəni, müəssisə işləyə-işləyə sayğacın 2019-cu ilin ilk beş ayı sərfiyyatı qeyd etməməsi və analoji illərin ilk beş ayında iddiaçının qaz sərfiyyatı mübahisələndirilən məbləğdən dəfələrlə artıq olduğundan, bu səbəbdən ilkin iddia əsassız olduğundan rədd edilməlidir.

21. İlkin iddiaçı mütəmadi olaraq ona xidmət edən sayğacın sazlığını nəzarətdə saxlamalı və nöqsan aşkar etdiyi təqdirdə qaz xidmətini həyata keçirən təşkilatı məlumatlandırmalıdır. O cümlədən qaz təchizatını həyata keçirən şəxsin nümayəndəsi də eyni vəzifələri daşıyır. Düzdür, 2019-cu ilin ilk beş ayı ərzində say ğac göstəricisinin sərfiyyat olmaması kimi “0” qeyd etməsini cavabdehin yerli nümayəndələrinin səhlənkarlığı nəticəsində baş verməməsini istisna etmək mümkün deyildir. Lakin faktiki olaraq istifadə edilmiş qazın dəyəri ilkin iddiaçı tərəfindən ödənilməmişdir.

22. Cavabdehin məhkəməyə təqdim etdiyi 03.06.2021-ci il tarixli “Abonent saldosu”na görə, iddiaçının həmin tarixə 27.642,20 manat borcu mövcuddur. Həmin borcun olduğu sonuncu tərəfindən qismən qəbul edildiyindən, cavabdeh təşkilat tərəfindən iddiaçıya 26.09.2019-cu il tarixli ******* nömrəli akt əsasında 21634 kub metr təbii qaza görə hesablanmış 10.168 manat, həmçinin 2019-cu ilin iyun ayının 24-də ilk iddiaçıya məxsus sayğacın yenisi ilə əvəz edilməsi üçün çıxarılarkən sayğacın mexaniki göstəricisində olan qaz sərfinin dəyəri olan 8.147,20 manat məbləğində vəsaitin mövcudluğu təsdiq edildiyindən, məhkəmənin ilk iddianın hüquqi qiymətləndirilməsi zamanı həmin iddia təmin edilmədiyindən, cavabdehin hərəkətlərini qanuni hesab etdiyindən, qarşılıqlı iddia üzrə əlavə araşdırma aparılmasına ehtiyac yoxdur.

23. Cavabdeh tərəfindən qarşılıqlı iddia üzrə tələb edilən 41.324,20 manat borcun ödənilməsi tələb edilsə də, iddiaçı tərəfindən ödəniş edilərək həmin məbləğ azalaraq 27.642,20 manat təşkil etdiyindən, məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia həmin hissədə əsaslıdır.

24. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1. 4, 1.5, 1.6-cı bəndlərinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – ““Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanun”) 1.1.2, 2.1, 3.1, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2, 34.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “Mülki Məcəllə”) 560.1, 560.2, 560.3-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.1, 4.8-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.

25. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, qarşılıqlı iddia tələbinin rədd edi lməsini və ilkin iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

26. Şəki Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 30 sentyabr tarixli, 2-2(107)-75/2021 saylı qətnaməsi ilə (hakimlər V.İ.Məlikov (sədrlik edən), R.R.Rəfiyev və E.Ş.Hüseynov) iddiaçının аpelyasiya şikayəti təmin edilməmiş, Şəki Kommersiya Məhkəməsinin 2021-ci il 03 iyun tarixli, e-2-2(117)-159/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

27. Apelyasiya instansiyası məhkəməsi öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik aktları ilə (bax yuxarıda §§ 14-24) əsaslandırmış, onun gəldiyi nəticələrlə razılaşmışdır.

28. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və işin yeni apelyasiya baxışına qa ytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

29. İlkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin olunması hissəsində məhkəmə gəldiyi nəticələrini "Təbii qazın istifadə qaydalarının pozulması haqqında” cavabdeh tərəfindən tərtib edilmiş 26.09.2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair" 30.09.2019-cu il tarixli, “Qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında” 19.07.2019-cu il tarixli aktlarla əsaslandırmışdır ki, bu da hazırki mübahisəli hüquq münasibətləri üzrə mötəbər sübut hesab oluna bilməz.

30. Cavabdehin tərtib etdiyi bu aktlar onların subyektiv mövqelərini özündə əks etdirən birtərəfli qaydada tərtib edilmiş sənədlərdir ki, bu da sübut kimi məhkəmə tərəfindən qiym ətləndirilərkən həmin sübutların işin nəticəsində maraqlı olan şəxslər tərəfindən təqdim edildiyini nəzərə almamışdır.

31. Məhkəmə mübahisənin hazırkı vəziyyətində işin obyektiv tədqiqinə lazımi şəraitin yaradılması məqsədilə iş üzrə texniki ekspertiza təyin etməmiş və yalnız cavabdehin təqdim etdiyi sübutlarla öz qətnaməsini əsaslandırmışdır.

32. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14.1, 88-ci maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müdd ətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

35. İş üzrə cavabdeh tərəf apelyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

36. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

37. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

560. Hüquqdan sui-istifadənin qadağan edilməsi “ 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi...”; 39. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanun”un müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə“2.“Qanunun tətbiq dairəsi “ 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahid ələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə“(elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla)“bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir”. “ “Maddə“3.“Yoxlamaların qanuniliyi 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların g edişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz”. “Maddə“20.“Yoxlamanın aparılması “ “20.1. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir”.

40. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “ Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “İ.“Ümumi müddəalar 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata a lınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

41. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Şəki Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 30 sentyabr tarixli, 2-2(107)-75/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

42. İşin apelyasiya məhkəməs i tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 2014-2020-ci illərin sərfiyyat göstəricilərinə baxdıqda istənilən ilin ilk beş ayında təbii qazdan istifadənin məbləği 2019-cu ilin ilk beş ayı üçün hesablanan məbləğdən xeyli çoxdur. Buna görə də həmin məbləğdə təbii qazdan istifadə edilməsi ağlabatandır. 2019cu ildən əvvəlki 2018-ci ilin yanvar-may aylarında iddiaçı müəssisə qaz sərfiyyatına görə 61706 manat məbləğində vəsait ödəmişdir. Bundan əlavə 8.147,20 manat 2019-cu ilin iyun ayının 24-də sayğac çıxarılarkən üzərində mexaniki göstəricinin qaz sərfi olmuş və ilk iddiaçının hesabına vurulmuşdur.

43. Apelyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iyul ayında yeni quraşdırılan sayğacda baş verən nasazlıqlarla bağlı yenidən yoxlama keçirilərkən müəyyən edilmişdir ki, sayğacın da xili çirklidir və göstəricilər arasında fərq mövcuddur, impuls ötürücünün şteykerinin nasazlığı səbəbindən elektron göstərici mexaniki göstəricidən 21634 kub metr azdır, Cavabdeh nümayəndələri tərəfindən 19.07.2019-cu il tarixdə aparılan yoxlama nəticəsində normal sərfiyyatda xətanın normaya uyğun olmadığı müəyyən edilmiş və iddiaçıya məxsus kərpic sexinin hesabında göstəricinin abonent bazasına düzgün işlənilməməsi səbəbindən 1131,80 manat borc məbləğinin silinərək bununla bağlı “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” Akt tərtib olunmuşdur. Beləliklə, müəssisə işlədiyi halda sayğacın 2019-cu ilin ilk beş ayı sərfiyyatı qeyd etməməsi və analoji illərin ilk beş ayında iddiaçının qaz sərfiyyatı mübahisələndirilən məbləğdən dəfələrlə artıq olması barədə iddiaçının kassasiya şikayətin in dəlillərinin əsassız olduğunu sübut edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Şəki Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 30 sentyabr tarixli, 2-2(107)-75/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 30 sentyabr tarixli, 2-2(107)-75/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikay əti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar