Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-530/2022 28.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: əsassız hesablanmış borcun ləğv edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “əsassız hesablanmış borcun ləğv edilməsi” tələbi barədə iddiasına dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 iyun tarixli, 2-2(103)-433/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 2017-ci il 7 iyul tarixli, 2326-07-17 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilədən görünür ki, Cavabdeh İB iddiaçı "xxxx" MMC-ni nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyətli qazla təmin etməyi, iddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq cavabdehin hesabına ödəməyi öhdələrinə götürmüşlər.
2. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 11 iyun tarixli 2-2(103)-179/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı "Mahmud Topçu K” MMC cavabdeh "Azəriqaz” İB-yə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciə t edərək, 2015, 2016, 2017 və 2018-ci ilin may ayından avqust ayına qədər "Azəriqaz” İB tərəfindən iddiaçıya hesablanmış 43.413 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-2(82)-104/2019 saylı, 2019-cu il 4 dekabr tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının göstərilən qətnaməsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
3. Abonentin saldosunun surətindən görünür ki, Cavabdeh İB tərəfindən iddiaçı "xxxx" MMC-yə 2021-ci ilin sentyabr ayına 109.908,20 manat borc hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı "xxxx" MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh İB-yə (bu ndan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya 2018-ci ilin sentyabr ayından 2021-ci ilin noyabr ayına kimi əsassız hesablanmış 108.100,78 manat məbləğində borcun ləğv edilməsi, iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun və vəkilə ödənilmiş 1.000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmışdır. Müqavilə bağlandıqdan sonra hər ayın sonunda iddiaçı cavabdeh tərəfindən təqdim edilmiş hesab faktura əsasında heç bir gecikmə etmədən qazdan istifadəyə görə hesabl anmış pul məbləğini ödəmişdir. Lakin sonradan iddiaçıya məlum olmuşdur ki, cavabdeh tərəfindən göndərilən hesab fakturalarda göstərilən rəqəmlər sayğacın göstəriciləri ilə üst-üstə düşməmiş və nəticədə 2018-ci ilin sentyabr ayında 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə artıq hesablanmış və ödənilmiş qaz pulunun geri tələb edilməsi və artıq hesablanmış və ödənilməmiş borcun silinməsinə dair iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən 2015, 2016, 2017 və 2018-ci ilin may ayından avqust ayına qədər cavabdeh tərəfindən iddiaçıya hesablanmış 43.413 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-104/2019 saylı 2019-cu il 4 dekabr tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 11 iyun tarixli, 2-2(103)-179/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Buna baxmayaraq, cavabdeh tərəfindən qanunsuz və qərəzli formada artıq borc hesablanmaqda davam edir.
7. Belə ki, 2018-ci ilin sentyabr ayı üçün İ sayğac üzrə 32.794 m3, İİ sayğac üzrə 1182 m3 qazdan istifadə edilsə də, göndərilən fakturada həmin göstəricilər İ sayğac üzrə 48.957 m3, İİ sayğac üzrə 1756 m3 qeyd edilmiş və bu səbəbdən də müvafiq olaraq İ sayğac üzrə 6.558,81 manat əvəzinə 9.791,4 manat (3.232,59 manat artıq), İİ sayğac üzrə 2 36,40 manat əvəzinə 353 manat (116,60 manat artıq) artıq ödəmə olmuşdur. Müvafiq olaraq 2018-ci ilin oktyabr ayı üçün İ sayğac üzrə 8.436,40 manat əvəzinə 12.038,60 manat (3.602,20 manat artıq), İİ sayğac üzrə 249,60 manat əvəzinə 356,2 manat (106,60 manat artıq); 2018-ci ilin dekabr ayı üçün, İ sayğac üzrə 6.175,40 manat əvəzinə 8.457,80 manat (2.282,40 manat artıq), İİ sayğac üzrə 425,80 manat əvəzinə 583,2 manat (157,40 manat artıq); 2019-cu ilin yanvar ayı üçün İ sayğac üzrə 9.158,40 manat əvəzinə, 12.254 manat (3.095,60 manat artıq), İİ sayğac üzrə 425,40 manat əvəzinə, 569,2 manat (143,80 manat artıq); 2019-cu ilin mart ayı üçün 6.915 manat əvəzinə, 13.340,8 manat (6.425,80 manat artıq), İİ sayğac üzrə 322 manat əvəzinə, 586,2 manat (264,20 manat artıq); 2019-cu ilin aprel ayı üçün 6.262,80 manat əvəzinə, 9.248,6 manat (2.985,80 manat artıq), 339,80 manat əvəzinə, 501,80 manat (162 manat artıq); 2019-cu ilin may ayı üçün İ sayğac üzrə 6.718,80 manat əvəzinə, 11.257,60 manat (4.538,80 manat artıq), İİ sayğac üzrə 204,80 manat əvəzinə, 334,40 manat (129,60 manat artıq); 2019-cu ilin iyun ayı üçün 7.236 manat əvəzinə, 9.951,6 manat (2.715,60 manat artıq), İİ sayğac üzrə 202,60 manat əvəzinə, 278,60 manat (76 manat artıq); 2019-cu ilin iyul ayı üçün 8.005,20 manat əvəzinə, 11.155,20 manat (3.150 manat artıq), İİ sayğac üzrə 216 manat əvəzinə, 301 manat (85 manat artıq); 2019-cu ilin avqust ayı üçün 6.007 manat əvəzinə, 9.158,4 manat (3.151,40 manat artıq), İİ sayğac üzrə 210,80 manat əvəzinə, 321,4 manat (110,60 manat artıq); 2019-cu ilin sentyabr ayı üçün İ sayğac üzrə 5.998 manat əvəzinə, 8.652,2 manat (2.627,20 manat artıq), İİ sayğac üzrə 188,20 manat əvəzinə, 270,6 manat (82,40 manat artıq); 2019-cu illin oktyabr ayı üçün 6.858 manat əvəzinə, 9.647 manat (2.789 manat artıq); İİ sayğac üzrə 217,60 manat əvəzinə, 306,20 manat (88,60 manat artıq); 2019-cu ilin noyabr ayı üçün İ sayğac üzrə 9.629,60 manat əvəzinə, 11.576 manat (1.946,40 manat artıq), İİ sayğac üzrə 348,20 manat əvəzinə, 418,60 manat (70,40 manat artıq); 2019-cu ilin dekabr ayı üçün 8.419,80 manat əvəzinə, 9.786,80 manat (1.367 manat artıq); İİ sayğac üzrə 409,20 manat əvəzinə, 475,60 manat (66,40 manat artıq); 2020-ci ilin yanvar ayı üçün İ sayğac üzrə 12.253,40 manat əvəzinə, 14.611,40 manat (2.358 manat artıq); İİ sayğac üzrə 408,60 manat əvəzinə, 487,20 manat (78,6 manat artıq); 2020-c i ilin fevral ayı üçün İ sayğac üzrə 11.685 manat əvəzinə, 14.717,20 manat (3.032,20 manat artıq); İİ sayğac üzrə 324,40 manat əvəzinə, 408,60 manat (84,20 manat artıq); 2020-ci ilin mart ayı üçün İ sayğac üzrə 8.952,20 manat əvəzinə, 12.093 manat (3.140,80 manat artıq); İİ sayğac üzrə 323,80 manat əvəzinə, 453 manat (129,20 manat artıq); 2020-ci ilin aprel ayı üçün İ sayğac üzrə 5.639,20 manat əvəzinə, 8.135 manat (2.495,80 manat artıq); İİ sayğac üzrə 303,40 manat əvəzinə, 437,60 manat (134,20 manat artıq); 2020-ci ilin may ayı üçün İ sayğac üzrə 6.765,20 manat əvəzinə, 10.685,20 manat (3.920 manat artıq); İİ sayğac üzrə 170,40 manat əvəzinə, 269,20 manat (98,80 manat artıq); 2020-ci ilin iyun ayı üçün İ sayğac üzrə 9.814,80 manat əvəzinə, 13.030,80 manat (3.216 manat artıq); İİ sayğac ü zrə 144 manat əvəzinə, 191 manat (47 manat artıq); 2020-ci ilin iyul ayı üçün İ sayğac üzrə 8.105 manat əvəzinə, 11.310 manat (3.205 manat artıq); İİ sayğac üzrə 106,40 manat əvəzinə, 148,40 manat (42 manat artıq); 2020-ci ilin avqust ayı üçün İ sayğac üzrə 8.166 manat əvəzinə, 10.190,60 manat (2.024,60 manat artıq); İİ sayğac üzrə 129,60 manat əvəzinə, 161,80 manat (32,20 manat artıq) olmaqla, cəmi 69.607,99 manat artıq borc hesablanmışdır.
8. Bundan əlavə, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 2020-ci il 23 iyul tarixli, 1135 saylı məktubda cavabdehin qanunsuz hesablamalarına əsasən 2020-ci il 21 iyul tarixə iddiaçının 91.218,83 manat borcu yarandığı göstərilmişdir. İddiaçı tərəfindən cavabdehə əsassız hesablanmış borcun silinməsi, onlar tərəfindən aparılan hesablamaların məhkəmələr tərəfindən qanunsuz hesab edilməsi barədə pretenziya məktubu göndərilməsinə baxmayaraq, cavabdeh əsassız olaraq müəssisəyə borc hesablamaqda davam edir.
9. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 1091.1, 1091.2, 1092.1-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə istinad edilmişdir.
10. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.
11. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 4 oktyabr tarixli, e-2-2(113)-257/2021 saylı qərardadı ilə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 21 dekab r tarixli 9/8055 saylı rəyinə əsasən, 2017-ci il 1 iyul tarixli 2326-07-17 saylı müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 108.100,78 manat məbləğində artıq borc hesablandığı müəyyən edilmişdir.
12. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 4 fevral tarixli e-2-2(113)-45/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən iddiaçıya 2018-ci ilin sentyabr ayından 2021-ci ilin noyabr ayına kimi hesablanmış 108.100,78 manat məbləğində borc ləğv edilmiş, ödənilmiş 30 manat dövlət rüsumu və vəkilin göstərdiyi yardıma görə ödənilmiş 1000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğində ekspertiza xərcinin cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim – Z.Pirverdiyev).
13. Birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarına istinadən gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin şərtlərindən göründüyü kimi, istehlakçı yalnız qaz sayğacının göstəricilərinə əsasən ona hesablanan qazın dəyərini paylayıcının hesabını aldıqdan bir ay ərzində ödəməyə borcludur. İşə əlavə olunmuş, mübahisəndirilən illərə dair iddiaçıya təqdim edilən hesablarda, sayğacın ayın əvvəlinə və sonuna olan göstəriciləri arasında fərq olduğu, daha konkret, hər dəfə artırıldığı aydın görünür
14. İş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyində tədqiqat nəticəsində cavabdehin iddiaçıya təqdim etdiyi hesablar üzrə aşağıdakı uyğunsuzluqlar müəyyən olunmuşdur: 2018-ci il 5 oktyabr - 2019-cu il 11 yanvar tarixlərdə - 9.497,79 manat; 2019-cu il 8 fevral - 2020-ci il 11 yanvar tarixlərdə - 36.071,60 manat; 2020-ci il 10 fevral - 2020-ci il 31 dekabr tarixlərdə - 32.051,59 manat; 2021-ci il 11 fevral - 2021-ci il 1 noyabr tarixlərdə - 30.479,80 manat, ümumilikdə 108.100,78 manat məbləğində artıq borc hesablanmışdır. Rəyin tədqiqi hissəsindən görünür ki, ekspert tədqiqatı zamanı hesablama hər ilə görə ayrılıqda qrafik şəklində izahlı olaraq, sayğacın elektron göstəricisinin ayın əvvəlinə və sonuna olan göstəriciləri arasındakı fərq əsasında aparılmışdır. Ekspertin gəldiyi nəticənin inandırıcılığı şübhə doğurmur.
15. Beləliklə də, tədqiq olunan s übutlara əsasən müəyyən olunmuşdur ki, iddiaçıya cavabdeh tərəfindən 2018-ci il 5 oktyabr - 2021-ci il 1 noyabr tarixlərdə qaz sərfiyyatı düzgün hesablanmamış, ümumilikdə ona 108.100,78 manat məbləğində artıq borc hesablanaraq ödənilməsi tələb olunmuşdur.
16. İş materiallarında olan 2020-ci il 15 sentyabr tarixli AZ0000107 saylı ödəniş tapşırığının surətindən görünür ki, iddiaçı vəkilin göstərdiyi yardıma görə Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 1.000 manat ödəniş etmişdir. Məhkəmə vəkilin göstərdiyi yardıma görə ödənilmiş 1.000 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağlabatan məbləğ hesab etmişdir.
17. Məhkəmə bu qənaətini MM-in 1091.1, 1091.2, 1092.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təs diq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 119.1, 121.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
18. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, həmin qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 iyun tarixli, 2-2(103)-433/2022 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – V.Baxışova, hakimlər – R.Qurbanov və V.Məmmədov).
20. Apellyasiya instansiyası məhkəməsi qeyd etm işdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın tələblərinə əsasən, istehlak edilmiş qazın dəyəri qaz paylayıcısı tərəfindən yalnız istehlakçı ilə bağlanmış müqaviləyə əsasən quraşdırılmış sayğacın və ya sayğacların göstəricilərinə əsasən hesablanmalıdır. Digər qaydada hesablama aparılması Qaydalarda nəzərdə tutulmamışdır. Eyni zamanda, tərəflər arasında bağlanmış müqavilənin 2.1.8-ci bəndində istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək qaz paylayıcının vəzifələrinə aid edilmişdir.
21. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdeh həm müqavilə şərtlərini, həm də “Qazdan istifadə Qaydaları” nın tələblərini pozaraq 2018-ci ilin sentyabr ayından 2021-ci ilin noyabr ayına qədər olan dövr üzrə iddiaçıya 108.100,78 manat sayğac göstəricilərindən kənar borc hesablamışdır. Məsələn, abonent saldosundan görünür ki, 2018-ci ilin sentyabr ayı üzrə iddiaçının G-650 markalı sayğacın göstəricisinə əsasən 6.558,80 manat dəyərində qaz sərfiyyatı olmuş, saldonun qalıq və aktlar bölməsində həmin ay üçün 3.232,60 manat əlavə borc qeyd edilmişdir. 2018-ci ilin senytabr ayında sayğacın elektron göstəricisi 3.422.930 olmuş, əvvəlki ayda isə 3.390.136 olmuşdur. Bu iki göstərici arasında fərq 32.794 etdiyi halda, saldodan görünür ki, iddiaçıya sentyabr ayında istehlak edilmiş qazın 48.957 m3 olduğu qeyd edilmişdir.
22. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndələri 2022-ci il 1 iyun tarixli məhkəmə iclasında verdikləri izahatlarında bu uyğunsuzluğun səbəbini izah etməyə çalışaraq göstərmişlər ki, iddiaçıya məxsus G-650 markalı sayğacla cavabdehə məxsus ROC tipli sərfölçən cihaz arasında təxminən 2 km-ə yaxın məsafə var. Həmin məsafədə olan qaz borusu iddiaçının balansında olduğu üçün yolda yaranan itkilərə görə iddiaçıya ROC tipli sərfölçən cihazın göstəricilərinə əsasən əlavə sərfiyyat hesablanmış və bu sərfiyyat abonent saldosunda hər ay qalıq və aktlar bölməsində qeyd olunmuşdur. Cavabdehin mövqeyinə görə iddiaçının balansında olan qaz xəttində yaranan itkilərə görə cavabdehlik iddiaçının üzərinə düşdüyündən qazın dəyəri itkilərlə bir yerdə tam ödənilməlidir. Qeyd edilən qaz xəttinin iddiaçının balansında olması barədə sübutlar məhkəməyə təqdim edilməmiş, cavabdeh bu hesablamanın qanuni əsasını göstərə bilməmişdir.
23. İddiaçıya sayğac göstəricisindən əlavə hesablanmış borcun hesablanması üçün işə birinci instansiya qaydasında baxılarkən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 21 dekabr tarixli 9/8055 saylı ekspert rəyinə əsasən cavabdeh tərəfindən iddiaçıya göndərilmiş hesab-fakturalara əsasən 2018-ci ilin sentyabr ayından 2021-ci ilin noyabr ayına kimi sayğac göstəricilərindən artıq hesablanmış borcun ümumilikdə 108.100,78 manat olduğu müəyyən edilmişdir. 24. 2021-ci il 21 dekabr tarixli 9/8055 saylı ekspert rəyi məhkəmə tərəfindən qoyulmuş suallar tam və aydın şəkildə cavablandırıldığı üçün (hesablamanın hansı şəkildə həyata keçirildiyi cədvəllər tərtib edilməklə əsaslandırılmaqla) məhkəmə tərəfindən həmin rəy sübut kimi qəbul edilmişdir. Cavabdeh apellyasiya şikayətində ekspert rəyinin ehtimallar əsasında tərtib edildiyini, dəqiq olmadığını, hesablamanın 2017-ci ildən həyata keçirildiyini qeyd etsə də, məhkəmə araşdırması zamanı bu mülahizələrin əsassız olduğu müəyyən edilmişdir. Belə ki, ekspert rəyinin tədqiqat hissəsində qeyd edilənlərə əsasən, ekspertiza tədqiqatı ehtimallar əsasında deyil, cavabdeh tərəfindən iddiaçıya göndərilmiş hesab fakturalardakı məlumatlar əsasında həyata keçirilmişdir. Bundan əlavə rəyin tədqiqat hissəsindən göründüyü kimi, hesablama 2018-ci il 1 sentyabr tarixdən 2021-ci il 1 yanvar tarixədək qazdan istifadəyə görə tələb edilmiş borcla bağlı hesab fakturalar üzrə aparıldığından ekspert tərəfindən mübahisəl əndirilməyən dövr üzrə hesablama aparıldığı həqiqətə uyğun deyil.
25. İş materiallarında vəkilə hüquqi xidmət xərcinin ödənilməsi barədə sübut olduğundan (2020-ci il 15 sentyabr tarixli AZ0000107 saylı ödəniş tapşırığı, 1-ci cild, i.v. 94) qətnamə vəkilin göstərdiyi yardıma görə ödənilmiş 1.000 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində də qanuni və əsaslı hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.1, 5.2-ci bəndlərinə və MPM-in 14.2, 77.1, 121.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
27. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 13 iyun tarixdə tərəflərin elektron kabinetində yerləş dirilmişdir.
28. Cavabdeh tərəfindən 2022-ci il 28 iyun tarixində kassasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3, 3.3, 4.1, 4.8, 5.2-ci maddələrinin tələbləri pozulmuşdur. Kommersiya işinin materiallarına nəzər saldıqda görünür ki, mübahisələndirilən dövr ərzində hesablanmış borc məbləği qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilərək iddiaçının qaz hesabına işlənmişdir. Qaz sayğacına görə məsuliyyət bütövlükdə hüquqi şəxsin üzərinə qoyulmuşdur. Bi rinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Belə ki, iddiaçıya məxsus G-650 markalı sayğacla cavabdehə məxsus ROC tipli sərfölçən cihaz arasında təxminən 2 km-ə yaxın məsafə var. Həmin məsafədə olan qaz borusu iddiaçının balansında olduğu üçün qeyd olunan məsafədə yaranan itkilərə görə iddiaçıya ROC tipli sərfölçən cihazın göstəricilərinə əsasən əlavə sərfiyyat hesablanmış və bu sərfiyyat abonent saldosunda hər ay qalıq və aktlar bölməsində qeyd olunmuşdur. İddiaçının balansında olan qaz xəttində yaranan itkilərə görə cavabdehlik məhz iddiaçının üzərinə düşdüyündən, qazın dəyəri itkilərlə bir yerdə tam ödənilməlidir. Lakin apelyasiya instansiyasi m əhkəməsinin qətnamədə göstərdiyi dəlillər işin faktiki və həqiqi hallarına uyğun olmadığından, apelyasiya instansiyası məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.
30. MPM-in 217-ci və 220.4-cü maddələrinin tələbləri pozulmuşdur. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Bakı Apelyasiya Məhkəməsi, saldoda olan qalıq və aktlar bölməsinin tədqiqatını ətraflı aparmadığından, mövcud borca münasibətdə düzgün olmayan normativ hüquqi akt tətbiq etmiş, həmin sübutları səhv qiymətləndirmiş, yaranmış borca münasibətdə məhz hansı qanunun tətbiq edilməli olduğunu düzgün müəyyən etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
33. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM -in 403 və 416-cı maddələri).
34. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “4. QAZ SAYĞACLARİNİN QURAŞDİRİLMASİ VƏ İSTİSMA Rİ 4.1. Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır....” “5. QAZİN DƏYƏRİNİN ÖDƏMƏ ŞƏRTLƏRİ 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz....”
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəl i sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022ci il 1 iyun tarixli, 2-2(103)-433/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
38. Belə ki, cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, “iddiaçının balansında olan qaz xəttində yaranan itkilərə görə cavabdehlik məhz iddiaçının üzərinə dü şdüyündən, qazın dəyəri itkilərlə bir yerdə tam ödənilməlidir. Lakin, apellyasiya instansiyasi məhkəməsinin qətnamədə göstərdiyi dəlillər işin faktiki və həqiqi hallarına uyğun olmadığından, apellyasiya instansiyası məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir”.
39. Cavabdehin mövqeyinə görə iddiaçının balansında olan qaz xəttində yaranan itkilərə görə cavabdehlik iddiaçının üzərinə düşdüyündən qazın dəyəri itkilərlə bir yerdə tam ödənilməlidir.
40. Dəlildə göstərilən hallarla bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən qeyd edilən qaz xəttinin iddiaçının balansında olması barədə sübutlar məhkəməyə təqdim edilməmiş, cavabdeh isə məhkəmədə işə baxılarkən bu hesablamanın qanuni əsasını göstərə bilməmişdir. Məhkəmə mühasibatlıq ekspertizasının rəyini də işdəki digər sübutlarla birlikdə qiymətləndirən apellyasiya məhkəməsi həmin rəylə razılaşmış və cavabdeh tərəfindən iddiaçıya göndərilmiş hesab-fakturalara əsasən ümumilikdə 2018-ci ilin sentyabr ayından 2021-ci ilin noyabr ayına kimi sayğac göstəricilərindən 108.100,78 manat artıq borcun hesablandığını müəyyən etmişdir.
41. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Qazdan istifadə Qaydaları”nın tələblərinə əsasən, istehlak edilmiş qazın dəyəri qaz paylayıcısı tərəfindən yalnız istehlakçı ilə bağlanmış müqaviləyə əsasən quraşdırılmış sayğacın göstəricilərinə əsasən hesablanmalıdır. Digər qaydada hesablama aparılması isə Qaydalarda nəzərdə tutulmamış, tərəflər arasında bağlanmış müqavilənin 2.1.8-ci bəndində də istehlakçı ya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək qaz paylayıcı olaraq cavabdehin vəzifələrinə aid edilmişdir.
42. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi bu hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən şikayətin dəlillərinə müfəssəl və düzgün hüquqi qiymət verildiyi üçün kassasiya şikayətinin eyni dəlillərinə tənqidi yanaşır.
43. Məhkəmə kollegiyası kassasiya şikayətinin prosessual hüquq normalarının pozulması ilə bağlı dəlillərini də əsassız hesab edərək qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas təşkil etmir. İşdə olan sübutlar mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ətraflı araşdırılmış, düzgün hüquqi qiymət verilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
44. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 iyun tarixli, 2-2(103)433/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara a ldı: Bakı Apellyasiya Məhkəməsinin X1 Kollegiyasının 2022-ci il 1 iyun tarixli 2-2(103)433/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.