Məhkəmə qərarları › İş №2-2(102)-535/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-535/2019

25.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-535/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təbii qazdan istifadəyə görə borcun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 25.12.2019 Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Hüseynova Zəmilə Əli qızının katibliyi, İddiaçının vəkili X1, Cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 1 5 avqust tarixli 2-2(103)-403/2019 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Tərəflər arasında bağlanmış “Qazın alğı-satqısı barədə” 2016-cı il 19 iyul tarixli, 1147-07-16 saylı müqavilənin 1-ci bəndinə əsasən, Paylayıcı (iddiaçı) müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını (cavabdehi) keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İddiaçı 2018-ci il 29 iyun tarixdə cavabdehə müraciət edərək istehlak olunmuş təbii qazdan istifadəyə görə 2018-ci il 1 sentyabr tarixə olan 21.596,41 manat məbləğdə borcun ödənilməsini xahiş etmiş, lakin mürac iət təmin edilməmişdir. İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək istifadə olunmuş təbii qaza görə yaranmış 21.596,41 manat əsas borc məbləğinin və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq onun hesabına ödənilməsi xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2016-cı il 19 iyul tarixli müqaviləyə əsasən cavabdehi təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə ikitərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf müqavilədə üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh müqavilə öhdəliklərinə əməl etməmiş, istehlak olunmuş təbii qazın dəyərini tam şəkildə ödəməmiş, bunun nəticəsində iddiaçıya 2018-ci il 1 sentyabr tarixə 21.596,41 manat məbləğində borc yaranmışdır. Qeyd olunan mübahisənin məhkəməyədək həll olunması məqsədi ilə 2018-ci il 29 iyun tarixli məktubla cavabdehə müraciət olunmasına baxmayaraq, cavabdehdən heç bir cavab alınmamışdır. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki,cavabdeh asfalt işləri üçün nəzərdə tutulmuş bütün avadanlıqları “xxxx” MMC-dən icarəyə götürmüşdür. Tələb olunan borc da “xxxx” MMC-nin dövründə istehlak olunmuş təbii qaza görə yaranmışdır. Həmin borcla bağlı hal-hazırda və bu iddiadan qabaq verilmiş “xxxx” MMC-nin, İddiaçı İB-nə qarşı iddiası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatındadır. Cavabdeh məlumat üçün bildirir ki, İddiaçı İB tərəfindən “xxxx” MMC-yə əsassız borc hesablanmış, istehlak olunan təbii qazın hesabatını aparan sayğacda, təbii qazın paylayıcısı İddiaçı İB tərəfindən normadan artıq təzyiq verildiyinə görə nasazlıq yarandığından göstəricilər səhv qeydə alınmış, həmin sayğac çıxarılaraq yoxlamaya aparılan dövrdə, yəni sayğac yerində olmadığı halda bir neçə dəfə özbaşına sayğac göstəricisi götürülərək hesabata daxil edilmiş və nəticədə əsassız borc yaranmışdır. Bütün bu hallar məhkəmə araşdırmasındadır və iş üzrə ekspertiza təyin edilmişdir. Odur ki, qeyd olunan mübahisəli hallara məhkəmə tərəfindən tam araşdırılaraq yekun qərar verilməyənədək hazırkı işə baxıla bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 5 dekabr tarixli 2-2(82)926/2018 nömrəli qətnaməsi ilə iddia təl əbi təmin edilmiş, istifadə olunmuş təbii qaza görə yaranmış 21.596,41 manat əsas borc məbləğinin və 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 21.626,41 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh 2016-cı il 19 iyul tarixli müqavilə ilə üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 15 avqust tarixli 2-2(103)-403/2019 nömrəli qətnaməsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instan siyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermişdir. O, qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiya məhkəməsi borcun cavabdehə mənsubluğunu müəyyən etmədən qeyd olunan qətnaməni qəbul etmişdir. Belə ki, cavabdeh asfalt işləri üçün nəzərdə tutulmuş bütün avadanlıqları 2016-cı ildə icarəyə götürmüşdür. Tələb olunan borc da əvvəlki istifadəçi “xxxx” MMC-nin dövründə istehlak olunmuş təbii qaza görə yaranmışdır. Çünki, işdə olan tərəflər arasında təbii qazın alğısatqı müqaviləsi 2016-cı ildə bağlanmış, müqavilədə əvvəlki MMC-yə məxsus borc göstərilməmiş və sıfır vəziyyətdə cavabdehə təhvil ve rilmişdir. Bundan başqa, “xxxx” MMC-nin İddiaçı İB-yə qarşı iddiasına 2 saylı Bakı İnzibatiiqtisadi Məhkəməsində baxılmış, həmin iş üzrə iddianın təmin olunması barədə qətnamə qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 22 oktyabr tarixli qətnaməsi ilə İddiaçı İB-nin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan əlavə, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehin iştirakı təmin edilməmiş, bu barədə cavabdehin hüquqi ünvanına heç bir bildiriş göndərilməmiş, sonradan qətnaməni alıb apellyasiya şikayəti verilmişdir ki, bu zaman sübutların ətraflı araşdırılması mümkün olmamışdır. Məhkəmə tərəflər arasında müqavilə öhdəliklərinin 2016-ci ildən yaranma sına, 21.596,41 manat borcun 15.300 manat hissəsinin ayrıca məhkəmə qaydasında mübahisələndirlməsinə və həmin borcun cavabdehə heç bir aidiyyətinin olmamasına əhəmiyyət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bundan əlavə, məhkəmə MPM-in 9, 14, 77.1, 88-ci maddələrinin tələblərini pozmuş, sübutların obyektiv qiymətləndirməsini təmin etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasın ı xahiş etdi. İddiaçının vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əsaslandırıcı hissə: Şikayət qətnamənin ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. MPM-in 365-ci maddəsinə əsasən, apellyasiya icraatına XLİ fəslin və həmin Məcəllənin müddəaları tətbiq olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci maddəsinin müddəalarına əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (2 17.1). Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, cavabdehin iddiaya etirazlarının əsasları iş üzrə təsdiqini tapmır... Belə ki, cavabdeh birinci instansiya məhkəməsinə öz etirazının əsasları ilə bağlı heç bir mötəbər sübut təqdim etməmiş, bu sənədləri apellyasiya şikayətinə də əlavə etməmişdir. Apellyasiya şikayətinin dəlilləri isə, əsasən, başqa hüquqi şəxsin İddiaçı İB ilə olan münasibətlərinə istinad edir. Digər tərəfdən, cavabdehin fəaliyyətə başladığı 2016-cı ilin iyun ayından sonrakı dövrdə istehlak etdiyi təbii qazın dəyəri və ödənilməsi dinamikasını əks etdirən ona məxsus abonentin saldosundan görünür ki, sonuncunun borcları hətta 2018-ci ilin iyul ayında 58.083,80 manat, avqust ayında 35.038,81 manat təşkil etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaətini MPMin 88-ci maddəsinin və 217-ci maddəsinin yuxarıda qeyd edilən müddəalarının tələblərinə uyğun hesab etmir. Apellyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi, MM-in 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Tərəflər arşında təbii qazın alğı-satqısına dair müqavilə bağlanmışdır. Azərbaycan Respubli kası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda aşağıdakılar təsbit olunmuşdur: 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alğı-satqı müqaviləsində göstərilir... 2.5. Qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alğı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilmə si müqaviləyə uyğun təmin edilir. 5.6. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alğı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir... İşdən göründüyü kimi, cavabdeh iddia tələbinə qarşı etirazının əsası kimi “xxxx” MMC ilə bağladığı icarə müqaviləsinə istinad etmiş, müqaviləni etiraza əlavə etmişdir. Cavabdehin həmin etirazında əsaslandığı hallara apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamədə hər hansı münasibət bildirliməmişdir. Halbuki, 2016-cı il 9 iyun tarixli icarə müqaviləsinə görə cavabdeh istehsalat sahəsini və avadanlıqları icarədardan icarəyə götürmüş, həmin müqavilə ilə icarəçi (cavabdeh) təbii qazdan istifadəyə görə icarədarın hər-hansı öhdəliyini öz üzərinə götürmə mişdir. Digər tərəfdən, cavabdeh (icarəçi) qaz paylayıcısı (iddiaçı) ilə 2016-cı il 19 iyul tarixdə “qazın alğı-satqısı barədə” müstəqil müqavilə bağlamışdır. “Qazdan istifadə Qaydaları”nın tələbinə görə də, mübahisə tərəfləri arasında münasibətlər məhz həmin müqavilə ilə tənzimlənməlidir. Həmin müqavilənin şərtlərində də, cavabdehin üzərinə əvvəlki istehlakçının (icarədarın) borcları üzrə hər hansı öhdəlik qoyulmamışdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi özünün də istinad etdiyi, cavabdehin adına tərtib olunmuş abonent saldosunda göstərilən məlumatları mübahisə tərəflərinin arasındakı müqavilə münasibətlərinə uyğun araşdırmamış, abonent saldosunda göstərilən hesabatların hansı hissəsinin əvvəlki istehlakçıya, hansının isə hazırkı iş üzrə cavabdehə aid olduğunu tədqiq etməmi ş, tərəflər arasında müqavilə münasibətlərinin yaranmasınadək abonent saldosunda əvvəldən borcun mövcud olduğuna, cavabdehin qazdan istifadə etdiyi dövrdə ödənişlərin məbləğlərinin sərfin məbləğindən artıq olduğuna baxmayaraq, iddia edilən borcun yaranma əsaslarına aydınlıq gətirməmiş, onlara münasibət bildirməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını yuxarıda istinad edilən prosessual və maddi hüquq normalarının tələblərini, o cümlədən tərəflərin müqavilədə müəyyən etdikləri şərtləri nəzərə almaqla araşdırmalı, onlara qiymət verməli idi. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması və yuxarıda qeyd edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Qətnamə y uxarıda qeyd edilən prosessual normaların tələblərinin pozulması ilə çıxarıldığından və iş həmin normaların tələblərinin təmin olunması üçün yeni apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 418, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 15 avqust tarixli 2-2(103)-403/2019 nömrəli qətnaməsi ləğv edilir. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova Z.M.Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar