Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-536/2024 16.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ Açar sözlər: təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası, hakim Şamayev Elşad Yaquboviçin məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 14 may tarixli, 22(103)-398/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İşin halları
1. Paylayıcı q ismində Cavabdeh ilə istehlakçı X6 arasında qazın alqı-satqısı barədə 2018-ci il 10 oktyabr tarixli müqavilə bağlanmış, istehlakçıya 2014-cü il 7 mart tarixdə “G-6” markalı 1205AQ**********4 nömrəli və 2017-ci il 30 oktyabr tarixdə “G-1000” markalı 83047525 nömrəli qaz sayğacları quraşdırılmışdır.
2. X6 2019-cu il 22 may tarixdə ölmüşdür.
3. X1 Qüdrət Adil oğlunun arvadı olmuşdur. 4. 2022-ci il 22 sentyabr tarixli 02961 nömrəli qüsur aktında əsasən “G-1000” markalı 83047525 nömrəli sayğacın sıradan çıxmış hissələrinin mövcud olduğu və yenisi ilə əvəz edilməli olması göstərilmişdir. 5. 2022-ci il 10 oktyabr tarixli ******* nömrəli aktda əsasən G1000 markalı 83047525 nömrəli qaz sayğacının 2022-ci il 28 sentyabr tarixdə keçirilmiş yoxlamadan sonra yerində quraşdırıldığı qeyd olunmuşdur.
6. X 7 ilə Cavabdeh İB arasında 2022-ci il 22 sentyabr tarixli 1098ST nömrəli xidmət müqaviləsi bağlanmış, G1000 markalı 83047525 nömrəli qaz sayğacının 2022-ci il 22 sentyabr tarixli 02961 nömrəli qüsur aktı əsasında təmiri və ehtiyat hissəsinin ayrılması ilə əlaqədar sifarişçi və icraçı arasında münasibətlər müqavilənin predmetini təşkil etmişdir.
7. Paylayıcı Cavabdeh ilə istehlakçı X7 arasında qazın alqı-satqısı barədə 2022-ci il 3 noyabr tarixli müqavilə bağlanmış, 2014-cü il 7 mart tarixdə “İtron” tipli “G-6” markalı 1205AQ**********4 nömrəli (plomb nömrəsi – ********) qaz sayğacı quraşdırılmışdır. 8. 2023-cü il 10 mart tarixli akta əsasən 2023-cü ilin fevral ayı üzrə sayğacın elektron göstəriciləri arasında fərq 29.394 metr3 olmuş, əlavə olaraq qaz sayğacı sərfiyyatı xəta nəticəsində qey d etmədiyi üçün 69.187 metr3 qaz sərfi hesablanmışdır (29.394 m3+69.187m3=98.581m3).
9. Bundan sonra 2023-cü il 19 mart tarixdə Paylayıcı qismində Cavabdeh ilə istehlakçı qismində İddiaçı arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, istehlakçının qaz sayğacı olaraq 2014-cü il 7 mart tarixdə quraşdırılmış “İtron” tipli “G-6” markalı 1205AQ**********4 nömrəli (plomb nömrəsi – ********) sayğac qalmışdır.
10. İddiaçı **********00020 nömrəli abonent saldosunda 2023-cü ilin fevral ayına 98.581m3 sərfiyyat həcmi qeyd edilmiş, həmin sərfiyyatın bir hissəsi (29.394 metr3 = 6.466,68 manat) “sərfin məbləği” sütununda, digər hissəsi isə (69.187 metr3 = 15.221,14 manat) “qalıq və aktlar” sütununa daxil edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən təbii X5nın pozulması haqqında 2023-cü il 17 mart tarixli akt əsasında hesablanmış 15.221,14 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus istixanaya qanuni əsaslarla qaz xətti çəkilərək 2022-ci il 10 oktyabr tarixdə ******* nömrəli akt əsasında müvafiq qaz sayğacı quraşdırılmış və həmin sayğacdan istifadə edilərək borc vaxtlı-vaxtında ödənmişdir. 2023-cü il 17 mart tarixdə cavabdehin nümayəndələri tərəfindən həmin sayğaca baxış keçirilmiş, daha sonra isə məlum olmuşdur ki, həmin xətdə su olduğu səbəbindən, iddiaçıya 15.221,14 manat borc hesablanmışdır. İddiaçı etiraz ını bildirərək qaz sayğacına vaxtlı-vaxtında baxış keçirildiyini, sayğacda hər hansı bir qüsurun olmadığını bildirsə də, bunun heç bir nəticəsi olmamışdır. Cavabdehlərin nümayəndələri tərəfindən 17 mart 2023-cü il tarixdə istixananın qaz sayğacına texniki baxış keçiriləcəyi barədə iddiaçıya heç bir rəsmi bildiriş təqdim edilməmişdir. Mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi mümkün olmamışdır.
13. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 23 yanvar tarixli, e-2-2(113)386/2024 nömrəli qətnaməsi ilə (hakim N.Əhmədova) iddia təmin edilmişdir.
14. Birinci instansiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, qaz sayğacının sahibkarlıq subyektinə məxsus obyektin daxilində və ya kənarda yerləşməsindən asılı olmayaraq qaz təchizatı sahəsində inhisarçı mövqe tutan hüquqi şəxs kimi cavabdehin əməkdaşları tərəfindən qaz sayğacının göstəricisinin oxunması halı istisna olmaqla sahibkarlıq subyektinin qaz təchizatı sisteminə baxış keçirildiyi və bu baxışın nəticəsinin istehlakçı üçün əlavə öhdəlik yaratdığı hər bir halda həyata keçirilən yoxlama (baxış) qeydə alınmalıdır. Lakin cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır.
15. Bununla yanaşı, sayğacda sərfiyyatın qeyd edilmədiyi aktda qeyd edilsə də, elə həmin aktla 6.466,68 manat məbləğində qaz sərfi hesablanmış, bu da əvvəlki aydan (2023-cü ilin birinci ayı 5.032,5 manat) çox olmuşdur. Belə olan halda, aktla əlavə olaraq müəyyən olunan 69.187 metr3 qaz sərfinin hansı əsasla müəyyən edildiyi aydın olmamışdır. Eyni zamanda analoji işlərdə mövcud olan laborator müayinə aktı da hazırk ı iş materiallarında mövcud deyildir. Bu isə qaz sayğacı üzrə oxumanı həyata keçirən məsul əməkdaşın müvafiq laborator təchizat və avadanlıq olmadan sayğacda texniki xətanı müəyyən etməsi, hətta həmin xəta nəticəsində qeydə alınmayan qaz sərfini hesablaması imkanını şübhə altına qoymuşdur. Digər tərəfdən, 2022-ci il 22 sentyabr tarixli 1098 ST nömrəli xidmət müqaviləsi əsasında G1000 markalı 83047525 nömrəli qaz sayğacı məhz cavabdehin əməkdaşları tərəfindən təmir edilmiş, ehtiyat hissələri dəyişdirilmişdir.
16. Məhkəmə cavabdehin nümayəndələrinin məhkəmə iclaslarında iştirak etməyərək 2023-cü il 10 mart tarixli akt üzrə hesablamanın hüquqi və faktiki əsası ilə bağlı arqumentlərini irəli sürməmişlər. Beləliklə məhkəmə akt əsasında hesablanan borc məbləğinin hüquqi və faktiki əsasının olmam ası nəticəsinə gəlmişdir.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3, 3.2-ci, “Qaz təchizatı haqqında” Qanunun 3.5, 3.5-1, 3.5-2-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4, 1.5, 5.2ci bəndlərinə, X5nın 5.2-ci bəndinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 14 may tarixli, 2-2(103)-398/2024 nömrəli qətnaməsi ilə (hakim R.Qurbanovun sədrliyi və məruzəsi ilə, hakimlər V.Baxışovadan və Z.Şirinovdan ibarət tərkibdə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya məhkəməsi əlavə olaraq göstərmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüq uqi aktların tələblərinin pozulması ilə, o cümlədən vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
21. Bundan əlavə, 2023-cü il 10 mart tarixli aktda qeyd olunan faktların faktiki mövcud olması qəbul edilsə belə, iddiaçıdan qeydə alınmayan qazın dəyəri tələb oluna bilməzdi. Belə ki, cavabdehin qeyd etdiyi sayğacdakı nasazlıqların (qaz sayğacının sərfiyyatı xəta ilə qeyd etməsi) abonentin hərəkətləri nəticəsində baş verməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu isə qazın dəyərinin səhv hesablanmış olduğunu göstərir. Həmin yoxlama keçirilənədək isə iddiaçıya məxsus abonent kodu üzrə təqdim olunmuş bütün hesab-fakturalar üzrə ödənişlər edilmişdir.
22. Apellyasiya kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək bildirmişdir ki, mübahisələndirilən borc iddiaçının adına olan abonent koduna aid olduğundan və iddiaçıdan tələb edildiyindən, o hazırkı iddianı qaldırmağa müvafiq subyektiv hüquqa malik olmuş, apellyasiya şikayətinin iddiaçı ilə qazın alqı-satqısı ilə bağlı müqavilənin 2023-cü il 18 mart tarixdə bağlanması, hesablanmış 15.221,14 manat miqdarında qaz sərfinin isə 2023-cü ilin fevral ayına aid olması ilə bağlı dəlilləri əsaslı olmamışdır.
23. Apellyasiya məhkəməsi gəldiyi nəticəni “X5”nın 2.11-1, 2.11-2, 5.2; “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1,4, 1.5, 5.2-ci bəndlərinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.1, 3.2, 13.1-13.3, 17.1, 20.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
24. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş edilmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən aşağıdakı maddi və prosessual hüquq normaları pozulmuşdur: - “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndi üzrə - X4 məxsus istixanada heç bir yoxlama keçirilməmiş, qaz sayğacı istismardan çıxarılmamışdır. Qaz sayğacına yerində texniki xidmət göstərilmişdir ki, bu da yoxla ma kimi qiymətləndirilə bilməz. Məhkəmə əsassız olaraq qaz sayğacına texniki xidməti və sayğacın arxiv yaddaşına əsasən aparılmış hesabatı yoxlama kimi qiymətləndirmiş, cavabdehin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında“ Azərbaycan Respublikası Qanununun tələblərinin cavabdeh tərəfindən pozulması barədə səhv qənaətə gəlmiş və borcun silinməsi barədə qərar qəbul etmişdir. İstixanada istismarda olan qaz qurğularının tam və dəqiq uçotu aparılarkən məlum olmuşdur ki, istehlakçı tərəfindən Qaydaların 3.4.1-ci yarımbəndinin tələbləri pozularaq tikinti obyektinin qazlaşdırma layihəsindən kənar qaz qurğuları özbaşına quraşdırılmış və istismar edilmişdir. - Mülki Məcəllənin 386-cı maddəsi üzrə - iddiaçının 15.221,14 manat borcun si linməsi ilə bağlı cavabdehə qarşı iddia qaldırılması üçün subyektiv hüququ olmamışdır. Belə ki, **********00020 nömrəli abonent kodu ilə qeydə alınmış istixana 2014-cü il 20 fevral tarixdə fiziki şəxs Qüdrət Dadaşovun adına abonent qeydiyyatına alınmışdır. 2022-ci il 3 noyabr tarixdə qeyd olunan istixanada təbii qazdan istifadə ilə bağlı X7 ilə “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi “ bağlanılmış və 2022-ci il 18 noyabr tarixdə **********00020 nömrəli abonent kodu X3 adına abonent qeydiyyatına alınmışdır. Sayğaca texniki xidmət göstərilməsi və arxiv yaddaşına əsasən qaz sərfinin hesablanması Şəfa Zeynallı ilə bağlanmış müqavilə qüvvədə olduğu müddətdə təmin edilmişdir. İddiaçı ilə isə 2023-cü il 18 mart tarixdə “Qaz paylayıcısı ilə sənay e qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi” bağlanılmışdır. Arxiv yaddaşına əsasən hesablanmış 15221,14 manat miqdarında qaz sərfinin 2023-cü ilin fevral ayında aparılması nəzərə alınaraq iddiaçının həmin borcun silinməsi ilə bağlı iddia qaldırmaq üçün subyektiv hüququ olmamışdır.
26. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
27. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
28. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
29. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: 30. “Qaz Təchizatı haqqında” Azərba ycan Respublikası Qanununu: “Qaz qurğularının tikintisi, qurulması və istismarı üzrə tələblər “Maddə 3.Ümumi tələblər...
5. Sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. 5-1. Qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 5-2. Qaz paylayıcısını n səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər....”
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X5”: “1. Ümumi müddəalar 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıc ısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir....” “2. Qaz qurğularının istismarı... 2.11-1.Qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 2.11-2.Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər....” “5. Qazın dəyərinin ödəmə şərtləri... 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməs i) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz....” 32. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununu: “Maddə 3.Yoxlamaların qanuniliyi 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. “Maddə 13.Yoxlamaların vahid məlumat reyestri 13.1.Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. 13.2.Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 13.3.Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğ un olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar....” “Maddə 17.Yoxlamanın aparılması haqqında qərarın qəbul edilməsi 17.1. Yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır....” “Maddə 20.Yoxlamanın aparılması 20.1. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir....” 33. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qa ydası haqqında” Əsasnamə: “İ. Ümumi müddəalar... 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə q eydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur....” “V. Reyestrdən məlumatların verilməsi qaydası … 5.2. Yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır....”
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri. 416.1. Kassasiy a instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər;...”. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellya siya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərinə ətraflı hüquqi qiymət vermişdir.
37. Kassasiya şikayətinin dəlilləri əsassızdır.
38. Belə ki, sahibkarlıq subyektlərində aparılan yoxlamaların, o cümlədən belə subyektlərin qaz qurğularının müayinəsinin və onlara nəzarətlə bağlı hərəkətlərin vah id məlumat reyestrində qeydə alınmalı olması, belə qeydiyyat olmadan aparılan yoxlamanın hüquqi nəticəsinin olmaması “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci və “Qaz Təchizatı haqqında” Qanunun 5-ci maddələrinin dispozisiya şərtləri ilə müəyyən olunur.
39. İddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmamasına dair kassasiya şikayətinin dəlili həmçinin əsassızdır.
40. Belə ki, apellyasiya məhkəməsinin də göstərdiyi kimi, mübahisələndirilən borc iddiaçının adına olan abonent koduna aid olunmuş və iddiaçıdan tələb edilir. Belə olan halda, onun hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmuşdur.
41. Odur ki, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razıla şaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 14 may tarixli, 2-2(103)-398/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbu